Məhkəmə qərarları › İş №2-2(103)-640/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-640/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-640/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kommersiya işi Açar söz: müqavilə üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 494/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh2 arasında sonuncunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Sultan” restoranında “Umico” bonus proqramına partnyor olaraq qoşulması barədə 29 mart 2019-cu il tarixli 00306 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1 bəndinə əsasən proqram çərçivəsində müştəri tərəfindən Hesablayan Partnyorun TMMində əməliyyatlar həyata keçirildikdə partnyor müştəriyə bonus manatlarının hesablanmasını maliyyələşdirməyi öhdəsinə götürür. Belə halda operator proqramın qaydalarına uyğun olaraq müştərinin bonus hesabına bonus manatlarını hesablamağı, bonus manatlarının ekvivalenti məbləğinin hesablanmasını təmin etməyi, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının uçotunu təmin etməyi, eləcə də, müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişini yerinə yetirməyi öhdəsinə götürür. Partnyor operatorun müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına operator tərəfindən hesablanan bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. 3.1.1 bəndə əsasən tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində bonus manatları müştərinin partnyorun TMM-ində həyata keçirdiyi əməliyyatlarının məbləğindən 7 (yeddi) % dərəcəsi ilə hesablanır. 3.2. bəndə əsasən proqram çərçivəsində müştəri tərəfindən istifadə edən partnyorun TMM-ində əməliyyatlar həyata keçirildikdə partnyor müştərinin bonus manatlarından istifadə etməyi öhdəsinə götürür. Belə halda operator proqramın qaydalarına uyğun olaraq müştərinin bonus hesabından istifadə edilmiş bonus manatlarını silməyi, bonus manatlarının ekvivalent məbləğinin hesablanmasını təmin etməyi, partnyorun müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. 4.1 bəndə əsasən, partnyor operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. 4.1.1-ci bəndinə əsasən, partnyorun operatorun xeyrinə ödədiyi haqqın məbləği proqram çərçivəsində müştərilərin partnyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 3-nü (üç) % (18% dərəcə ilə ƏDV daxil olmaqla) təşkil edir.

2. 29 mart 2019-cu il tarixli 00306 saylı xidmət müqaviləsinə əlavə olaraq “Sultan” fiziki şəxs Cavabdeh2 “partnyor”, İddiaçı MMC arasında imzalanmış 24 iyun 2019-cu il tarixli əlavə 1-ə əsasən əsas müqavilənin 3.1.1 bəndinə əlavə olaraq: tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində bonus manatları müştərinin partnyorun TMM-ində həyata keçirdiyi əməliyyatlarının məbləğindən 25 (iyirmi beş) % dərəcəsi ilə hesablanır. 4.1.1 bəndinə əlavə olaraq: partnyorun operatorun xeyrinə ödədiyi haqqın məbləği proqram çərçivəsində müştərilərin partnyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 7-ni (yeddi) % (18% dərəcə ilə ƏDV daxil olmaqla) təşkil edir.

3. X4 və İddiaçı MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 00306 saylı xidmət müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə razılaşmaya əsasən X4 hazırki razılaşma ilə Cavabdeh2 (Sultan restoran) xx.xx.2019-cu il tarixli, 00306 saylı müqavilə ilə İddiaçı MMC-yə yaranmış 5330,40 manat məbləğində pul öhdəliyini öz üzərinə götürmüş, tərəflər razılaşmışlar ki, sözügedən məbləğ X4 tərəfindən İddiaçı MMC-yə aşağıda qeyd olunan qrafik üzrə ödəniləcəkdir: 10 mart 1000 manat, 10 aprel 750 manat, 10 may 750 manat, 10 iyun 750 manat, 10 iyul 750 manat, 10 avqust 750 manat, 10 sentyabr 580,4 manat. Sözügedən məbləğ qrafik üzrə ödənilmədiyi təqdirdə İddiaçı MMC-nin həm müqavilə, həm hazırki razılaşma tərəflərindən cərimə faizləri hesablanaraq öhdəliklərinin icrasını tələb etmək hüququ vardır.

4. EBAC seriyalı 420549 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 736,96 manat, EBAE seriyalı 026276 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 55,45 manat, EBAB seriyalı 288724 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 2.267,14 manat İddiaçı MMC tərəfindən Cavabdeh2 ödənilməsi üçün təqdim edilmişdir.

5. İddiaçı MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, tələb edilən borc xx.xx.2022 tarixinədək 2019-cu ilin sentyabr, oktyabr, noyabr ayları üçün hesablanmış bonus və komissiya olmaqla 1830,39 manat əsas borcdan, 3 ədəd elektron qaimə üzrə ödənişin vaxtında ödənilməməsinə görə hesablanmış 7567.27 manat cərimə borcundan ibarətdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış 1830,39 manat məbləğində borc, cərimə üzrə hesablanmış 7567,27 manat, dövlət rüsumu olaraq 113,98 manat, cəmi 9511,64 manat müştərək qaydada cavabdehlər Cavabdeh2, X5 və X2 İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli, 00306 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri Cavabdeh2 müqavilə üzrə “Partnyor” (VÖEN: **********), İddiaçı MMC - “Operator” olaraq müəyyən olunmuşdur. Qeyd olunan müqavilə üzrə Cavabdeh2 xx.xx.2014 tarixli, 734253 nömrəli etibarnamə əsasında X5 təmsil etmişdir. Bundan əlavə X4 ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixində xx.xx.2019-cu il tarixli, 00306 saylı xidmət müqaviləsi üzrə əlavə razılaşma bağlanmışdır. Razılaşmanın şərtlərinə əsasən X1 Azad Xosrov oğlunun xx.xx.2019-cu il tarixli, 00306 saylı müqavilə ilə İddiaçı MMC-yə yaranmış pul öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin predmetinə əsasən, “partnyor” proqrama hesablayan və istifadə edən partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1ci bəndində qeyd edildiyi kimi “Umico” istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi (bundan sonra “müştəri” adlandırılacaq) tərəfindən partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə partnyor müştəriyə bonus manatlarının hesablanmasının maliyyələşdirməyi, operator isə bonus manatlarının müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməti öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən partnyor operatorun müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. Belə ki, müqavilə bağlandığı tarixdən müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə Cavabdeh2 1830,39 manat məbləğində borcu yaranmışdır. Cavabdeh2 1830,39 manat məbləğində borc qalığının ödənilməsinə dair dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-494/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh1 1830,39 manat manat məbləğində borc, 54,9 manat cərimə, 60 manat mediasiya xərci, 53,98 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

9. Məhkəmə iddianı Cavabdeh1 münasibətdə əsaslı hesab etmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi, cavabdeh M. Şahtaxtinski Cavabdeh2 (Sultan restoran) xx.xx.2019-cu il tarixli, 00306 saylı müqavilə ilə İddiaçı MMC-yə yaranmış 5330,40 manat məbləğində pul öhdəliyini öz üzərinə götürmüş, ödəniş şərtləri tərəflər arasında razılaşdırılmışdır. Bununla da Cavabdeh1 əvvəlki borclunu (Cavabdeh2) əvəz etmiş, iddiaçı buna icazə verərək müqavilə bağlamaqla öz iradəsini ifadə etmişdir. Eyni zamanda iddiaçı pul məbləğinin Cavabdeh3 “Sultan” restoranının faktiki sahibi olması, həmçinin müqavilə imzalanarkən Cavabdeh2 xx.xx.2014 tarixli, 734253 nömrəli etibarnamə əsasında təmsil etməsi əsası ilə tutulmasını tələb etmişdir. Cavabdeh Q. Şahtaxtinskiyə qarşı iddia tələbinin qanuni əsası yoxdur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının iddia etdiyi kimi onun restoranın faktiki sahibi olması və ya digər cavabdehin səlahiyyətli nümayəndəsi olması hazırki mübahisədə həmin şəxs üçün öhdəlik yaratma əsası kimi çıxış edə bilməz.

10. Məhkəmə cərimə borcu ilə bağlı qeyd etmişdir ki, X4 və İddiaçı MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 00306 saylı xidmət müqaviləsinə xx.xx.2020 tarixli əlavə razılaşmaya əsasən X4 hazırki razılaşma ilə sözügedən məbləği razılaşdırılmış qrafik üzrə ödəmədiyindən İddiaçı MMC cərimə öhdəliklərinin icrasının tələb etmək hüququna malikdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-494/2023 nömrəli qətnaməsinin Cavabdeh1 barəsində təmin olunması hissəsində ləğv olunaraq, borcun müştərək qaydada M. Şahtaxtinski, Q. Şahtaxtinski və Cavabdeh2 tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından aydın görünür ki, qeyd olunan “Sultan” restoranının faktiki sahibi Cavabdeh3dır və müqavilə bağlanarkən Cavabdeh3 Cavabdeh2 etibarnamə əsasında təmsil etmiş və imzalamışdır. Faktiki olaraq borc Cavabdeh3 olduğu üçün, Cavabdeh3oğlu Cavabdeh1 öhdəliyi öz üzərinə götürmüş və əlavə razılaşma imzalamışdır. Lakin məhkəmə yuxarıda qeyd olunanhalları araşdırmamış, cavabdehlərin məhkəmədə iştirakını təmin etməmiş, onların ifadələrini almamış və yalnış qərar qəbul etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

14. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, digər cavabdehlərin ünvanları üzrə göndərilmiş bildirişlər çatmamış, M.Şaxtaxtinskiyə SMS xəbərdarlıq göndərilərək iclasın vaxtı barədə xəbərdar edilmişdir.

15. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.2-ci maddə- öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 522.1-ci maddə- kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddə-əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə-məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə iddiaçı tərəfindən qismən – iddia tələbinin digər cavabdehlərə qarşı rədd edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-494/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, Cavabdeh2 və Cavabdeh3 qarşı hissədə iddia əsassızdır.

19. İş materillarından göründüyü kimi, Cavabdeh3 ilə iddiaçı arasında hər hansı öhdəlik münasibəti yoxdur. Ona qarşı iddia tələbinin faktiki əsası olaraq həmin şəxsin Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinin xx.xx.2015-cü il tarixli etibarnamə əsasında Cavabdeh3 tərəfindən imzalanması göstərilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qeyd edilən hal öhdəliyin icrasını Cavabdeh3 tələb etməyə əsas vermədiyindən həmin şəxsə qarşı hissədə iddia əsassızdır.

20. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X4 və İddiaçı MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən X1 Azad Xosrov oğlunun xx.xx.2019-cu il tarixli, 00306 saylı müqavilə ilə İddiaçı MMC-yə yaranmış 5330,40 manat məbləğində pul öhdəliyini öz üzərinə götürmüşdür. Bu müqavilə əsasında kreditorun razılığı ilə Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 00306 saylı müqavilə üzrə öhdəliyi MM-nin 522-ci maddəsinə əsasən X3 ötürüldüyündən və hazırda iddiaçı qeyd edilən razılaşmaya istinad etməklə X3 qarşı öhdəliyin icrası ilə bağlı iddia qaldırdığından üçüncü şəxsə verilmiş öhdəliyin eyni zamanda Cavabdeh2 tələb edilməsi əsassızdır.

21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 494/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-494/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar