Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-645/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X4rşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-674/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC ilə “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X9 arasında xx.xx.2018-ci il tarixdə ***-**** nömrəli mobil rabitə xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır.
2. Müqaviləyə əsasən iddiaçı həmin müqavilənin 1 saylı əlavəsi ilə razılaşdırılan 60 ədəd mobil nömrəni cavabdehə təqdim etməyi, cavabdeh isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verməyi və xidmət haqqını vaxtlıvaxtında ödənməyi öz öhdəsinə götürmüşdür.
3. İddiaçının adıçəkilən müqavilə üzrə cavabdehə göstərəcəyi ayrı-ayrı xidmətlərin tarifləri isə 2 saylı əlavə ilə razılaşdırılmışdır.
4. Həmin müqavilənin 1.5-ci bəndində əsasən, bu müqavilə üzrə nömrələrin və istifadəçilərin sayının gələcəkdə artırılması və ya azaldılması “Korporativ Abunəçi”nin səlahiyyətli şəxsinin müvafiq yazılı məktubu və ya elektron müraciəti əsasında həyata keçirilə bilər.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X4rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 29 avqust 2018-ci il tarixli mobil rabitə xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 2585,77 manat məbləğində xidmət haqqının və 60 manat mediasiya xərcinin, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Halhazırda cavabdehin 2023-cü ilin avqust ayına olan dövr üçün iddiaçıya 2585,77 manat ödənilməmiş borcu qalmışdır.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı 06 yanvar 2023-cü il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək adıçəkilən müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulduğunu, göstərilmiş rabitə xidmətlərinə görə 2587,77 manat məbləğində borcun yarandığını və bu borcun 10 iş günü müddətində ödənilməsini bildirmişdir. Müvafiq pretenziya məktubu ilə bağlı iddiaçı ilə işçi qaydada əlaqə saxlanılmış və bu zaman cavabdehə müqaviləyə 1 saylı qoşmada öz əksini tapmayan əlavə nömrələrin olduğu bildirilmiş və onların siyahısı “Excel” cədvəlində təqdim edilmişdir. Pretenziya məktubuna cavab olaraq iddiaçıya xx.xx.2023-cü il tarixli 3-44-14/2-3/16-273/2022 nömrəli məktub göndərilmiş və qeyd edilmişdir ki, müqaviləyə 1 saylı qoşmaya əsasən, cavabdehin işçilərinin xidmət istifadəsi üçün 60 ədəd əlaqə nömrəsi təqdim olunmuşdur. Lakin cavabdehə təqdim olunan əlaqə nömrələrinin əks olunduğu “Excel” cədvəlinə əsasən ödənilməli olan 2587,77 manat borc məbləğinin 402 ədəd əlaqə nömrəsinə mütənasib olaraq yarandığı müəyyən olunmuşdur. Pretenziya məktubunda qeyd edilən borc məbləğinin formalaşdığı tarix aralıqları ilə bağlı isə heç bir məlumat əks olunmamışdır. Sözügedən məsələ ilə bağlı münasibət bildirmələri iddiaçıdan xahiş edilmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd olunan məktuba heç bir münasibət bildirilməmişdir. Müqavilə bəndlərindən görünür ki, cavabdehə təqdim olunan telefonların, cihazların, ödəmə və kontur kartı və ya digər rabitə xidmətlərinin dəyəri müvafiq əlavə(lər) ilə müəyyən edilməli və təhviltəslim aktı əsasında təqdim olunmalı idi. Lakin iddiaçı tərəfindən cavabdehə “Excel” cədvəlində göstərilən 402 nömrədən yalnız 60 nömrənin verilməsinə dair sənəd təqdim olunmuşdur, digər nömrələrin iddiaçıya təqdim olunmasına dair heç bir sənəd və ya təhvil-təslim aktı göndərilməmişdir. Həmçinin tərəflər arasında imzalanmış müvafiq müqaviləyə əsasən, iddiaçının öhdəliklərindən biri kimi də hər növbəti ayın 20-dən gec olmayaraq əvvəlki ay ərzində göstərilmiş xidmətlərə görə hesabı və izahlı qaiməni cavabdehə təqdim etmək müəyyən olunmuşdur. Lakin iddiaçı tərəfindən bu öhdəlik pozulmuş, cavabdehə təqdim olunmuş xidmətlərə dair hesab və izahlı qaimə iddiaçı tərəfindən göndərilməmişdir. Eyni zamanda müqaviləyə əsasən, iddiaçının istifadə edilməyən nömrələri cavabdehi xəbərdar etmədən üçüncü şəxslərə vermək səlahiyyəti olmuşdur. Lakin xidmətlərə dair hesab və izahlı qaimə, təhvil-təslim aktı göndərilmədiyi üçün cavabdeh hansı nömrələrin, hansı müddət ərzində istifadə edildiyi və borcun dəqiq yaranma tarixi barədə məlumat əldə edə bilməmişdir. Həmçinin Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuşdur. Əgər borc məbləğinin hansı müddətdə yarandığı məlum olarsa, iddiaçının borc məbləği üzrə məhkəməyə müraciət etməsi də qanunsuz və əsassız hesab oluna bilər.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izanahtında bildirdi ki, tərəflər arasında bağlanmış 29 avqust 2018-ci il tarixli müqaviləyə əlavədə qeyd edilən 60 mobil nömrə ilə yanaşı, cavabdehin istifadəsinə digər nömrələr də verilmişdir. Belə ki, tərəflər arasında yaranmış işgüzar praktika müqavilənin 1.5-ci bəndinə uyğun olaraq mobil nömrələrin elektron qaydada tələb edilməsi və aktivləşdirilməsi şəklində olmuşdur. İddiaçının sisteminə cavabdehin nümayəndəsi tərəfindən bu barədə müraciət edilmiş, iddiaçı isə həmin müraciətlərə müsbət yanaşmış, mobil nömrələri təqdim etmişdir. Lakin təqdim edilmə təhvil-təslim aktları ilə rəsmiləşdirilməmişdir. Müraciətlərin elektron qaydada qəbul edilməsi və baxılmasının məqsədi də məhz kağız sərfiyyatının, yazılı rəsmiləşdirmənin aradan qaldırılması olmuşdur. Müraciətlərin elektron qəbulu imkanı isə birbaşa 29 avqust 2018-ci il tarixli müqavilənin 1.6-cı bəndində təsbit olunmuşdur.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, müqaviləyə əlavədə əks olunan 60 mobil nömrə istisna olmaqla digər nömrələrin təqdim edildiyini cavabdeh qəbul etmir. Sirac Hümbətov 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlinədək cavabdehin departament müdiri olsa da, 29 avqust 2018-ci il tarixli müqavilədə əlaqələndirici şəxs kimi göstərilsə də, o, mobil nömrələrin tələb edilməsi üçün 29 avqust 2018-ci il tarixli müqavilənin 1.6-cı bəndində göstərilən “səlahiyyətli şəxs” hesab oluna bilməz. Həmçinin mobil nömrələrin verilməsi ilə bağlı təhvil-təslim aktı da iş materiallarına əlavə edilməmişdir.
10. Cavabdehin nümayəndəsi eyni zamanda “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.20233-cü il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, əgər 2018-ci ildə bağlanmış müqaviləyə görə borc yaranıbsa, bu borcun yaranma tarixi barədə iddiaçı cavabdehə vaxtında məlumat verməli idi. Lakin bu barədə cavabdehə 2023-cü ilin yanvar ayında (pretenziya məktubu ilə) bildirilmişdir. Əgər iddia edilən borc məbləği, həqiqətən, cavabdehə aiddirsə, bu borcun yaranmasından 4 ildən çox müddət ötmüşdür. Bu səbəbdən də (iddia müddəti ötdüyündən) İddiaçı MMC-nin cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X4rşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasından imtina barədə qətnamə çıxarılmalıdır.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-674/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə arasında bağlanmış 29 avqust 2018-ci il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 2270,54 manat məbləğində pul cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X5 tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X9 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmamış, baş verən hadisənin hallarını düzgün tövsif etməmiş, işin hallarına uyğun olmayan yekun məhkəmə aktı çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili X6 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
17. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
18. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
19. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
20. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
21. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır 22.Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 25.“Telekommunikasiya haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən, habelə bu xidmətlərdən və radiotezliklərdən istifadə edən bütün dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur.
26. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Belə ki, tərəflər arasında bağlanmış “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir.
30. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
31. Bununla yanaşı, Mülki Məcəllənin 390.1-ci maddəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 32.“Telekommunikasiya haqqında” Qanunun 4.2-ci maddəsində isə təsbit edilmişdir ki, telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən, habelə bu xidmətlərdən və radiotezliklərdən istifadə edən bütün dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur.
33. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
34. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sözügedən müqavilənin 1 saylı əlavəsi ilə razılaşdırılan 60 ədəd mobil nömrəni cavabdehə təqdim etməyi, cavabdeh isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verməyi və xidmət haqqını vaxtlı-vaxtında ödənməyi öz öhdəsinə götürmüşdür. İddiaçının adıçəkilən müqavilə üzrə cavabdehə göstərəcəyi ayrı-ayrı xidmətlərin tarifləri isə 2 saylı əlavə ilə razılaşdırılmışdır.
35. İddiaçı 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsi üzrə cavabdehin istifadəsinə verilmiş 402 mobil nömrə üzrə ümumilikdə 2585,77 manat məbləğində xidmət haqqının tutulmasını tələb edir, təqdim etdiyi maliyyə arayışı və ona əlavə olunan sənədlərlə 402 mobil nömrədən 2 nömrənin 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1 saylı qoşmasındakı nömrə, 318 nömrənin elektron müraciət əsasında cavabdehə verilmiş nömrə, 82 nömrənin isə cavabdehin istifadəsində olan, lakin sonuncuya verilməsi təsdiq oluna bilməyən nömrə olduğunu iddia edir.
36. Cavabdeh 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsi yalnız 60 nömrənin təqdim edildiyini, xidmət haqqı tələb olunan digər 400 nömrənin cavabdehə təhvil verilmədiyini (bu barədə təhvil-təslim aktlarının iş materiallarında mövcud olmadığını), Sirac Hümbətovun iddiaçıdan cavabdehin nümayəndəsi kimi elektron qaydada nömrə tələb etmək səlahiyyətinin olmadığını, 29 avqust 2018-ci il tarixli müqavilə üzrə xidmət haqqının ödənilməsi tələbinə dair iddia müddətinin ötdüyünü bildirir.
37. Məhkəməyə təqdim edilən xx.xx.2018-ci il tarixli müştəri məlumat blankından görünür ki, “cavabdehin vebsayt və “email” sətrində “Elektron ünvan ” elektron poçtu, cavabdehin əlaqələndici şəxsi qismində isə Hümbətov Sirac göstərilmişdir.
38. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 1.5-ci bəndində əsasən, bu müqavilə üzrə nömrələrin və istifadəçilərin sayının gələcəkdə artırılması və ya azaldılması “Korporativ Abunəçi”nin səlahiyyətli şəxsinin müvafiq yazılı məktubu və ya elektron müraciəti əsasında həyata keçirilə bilər.
39. İş materiallarına əlavə edilən “Elektron ünvan ” elektron poçtuna və ya elektron poçtundan ünvanlanan yazışmalarından görünür ki:
40. 08 oktyabr 2018-ci il tarixdə iddiaçı tərəfindən 100 ədəd mobil nömrənin (552011516, 552012024, 552012044, 552012071, 552016323, 552016324, 552016325, 552016366, 552016375, 552016376, 552016377, 552016387, 552016388, 552016399, 552016660, 552016671, 552016672, 552016692, 552016693, 552021599, 552024403, 552024413, 552024421, 552024423, 552024425, 552024427, 552024429, 552024432, 552024435, 552024457, 552024469, 552024473, 552024481, 552024482, 552024485, 552026976, 552026986, 552028105, 552052026, 552052074, 552052238, 552052265, 552052269, 552052701, 552052710, 552052733, 552054705, 552054709, 552054715, 552072112, 552072133, 552072166, 552072191, 552076511, 552076544, 552077705, 552077708, 552079022, 552098666, 552150181, 552154801, 552154811, 552154828, 552156325, 552156345, 552158701, 552158707, 552158717, 552158725, 552158735, 552158745, 552158747, 552158755, 552158766, 552159939, 552159956, 552242744, 552242771, 552245271, 552245277, 552247311, 552247399, 552247501, 552247511, 552247522, 552247533, 552247566, 552248525, 552263522, 552265141, 552266141, 552266144, 552266146, 552266171, 552267017, 552267033, 552267099, 552269200, 552269246, 5********) aktivləşdirilməsinin təsdiq edilməsi xahiş edilir, Sirac Hümbətov tərəfindən həmin nömrələrin aktiv edilməsi təsdiq edilir;
41. 12 oktyabr 2018-ci il tarixdə Sirac Hümbətov tərəfindən siyahısı əlavədə olan 114 ədəd mobil nömrənin (552016020, 552033090, 552050051, 552066999, 552142474, 552550109, 553330355, 553330600, 553330900, 553335525, 554148101, 554148111, 554148182, 554445501, 554445502, 554445507, 554445575, 554445585, 554447656, 554447745, 554500025, 554500035, 554500150, 554500151, 554500302, 554500304, 554500305, 554501000, 554501112, 554503303, 554503313, 554505001, 554505015, 554505025, 554505035, 554505045, 554505055, 554505065, 554505075, 554505095, 554506500, 554506585, 554506707, 554571122, 554574737, 554579757, 555050070, 555050900, 555050905, 555051055, 555110113, 555111213, 555112055, 555113500, 555114155, 555115311, 555115444, 555116000, 555116500, 555116888, 555117771, 555150405, 555150905, 555151122, 555151464, 555151474, 555151484, 555152101, 555152646, 555153606, 555153676, 555155154, 555155165, 555155565, 555155575, 555155585, 555155595, 555159500, 555159501, 555159502, 555159503, 555159504, 555159506, 555159507, 555159508, 555159509, 555159510, 555159511, 555159512, 555159513, 555159514, 555159516, 555159517, 555159518, 555159519, 555159520, 555159521, 555159522, 555159523, 555159524, 555159525, 555159526, 555159527, 555159528, 555159529, 555159530, 555159531, 555159532, 555159533, 555159534, 554500101, 552010151, 552010191, 5********) gün ərzində çatdırılması xahiş olunur, 16 oktyabrda iddiaçının nümayəndəsi həmin nömrələrin aktivləşdirilməsinin təsdiq edilməsini xahiş edir, həmin gün Sirac Hümbətov tərəfindən nömrələrin 1 AZN limitlərlə aktiv edilməsi təsdiqlənir;
42. 13 noyabr 2018-ci il tarixdə iddiaçı tərəfindən 18 ədəd (552540101, 552060011, 552202100, 552520413, 552520421, 552520445, 552520449, 552520470, 552520495, 552520546, 552520578, 552520579, 552520650, 552520671, 552520674, 552520683, 552520715, 5********) mobil nömrənin aktiv edilməsi xahiş edilir, həmin gün Sirac Hümbətov tərəfindən nömrələrin aktivləşdirilməsi təsdiq edilir;
43. 12 avqust 2021-ci il tarixdə Sirac Hümbətov nömrə sifarişlərinin hazırlandığını və günün sonuna kimi təqdim ediləcəyini iddiaçıya bildirir, 16 avqust 2021-ci il tarixdə iddiaçının nümayəndəsi 123 ədəd nömrənin (552010218, 552010234, 552010235, 552010245, 552010248, 552010249, 552010258, 552010298, 552010518, 552010520, 552010529, 552010531, 552010538, 552010561, 552010568, 552010569, 552010576, 552010578, 552010587, 552010594, 552010599, 552220129, 552220134, 552220136, 552220145, 552220146, 552220148, 552220150, 552220153, 552220163, 552220179, 552220185, 552220186, 552220187, 552220193, 552220195, 552220196, 552220197, 552220198, 552220215, 552220236, 552220248, 552220253, 552220254, 552220259, 552220263, 552220264, 552220267, 552220276, 552220283, 552220284, 552222035, 552222043, 552222047, 552222048, 552222051, 552222053, 552222054, 552222057, 552222065, 552222071, 552222073, 552222078, 552222089, 552222093, 552222098, 552222401, 552222405, 552222416, 552222418, 552222431, 552222447, 552222450, 552222468, 552222471, 552222475, 552222485, 552222493, 552222495, 552222543, 552222563, 552222586, 552222589, 552222594, 552222597, 552222598, 552222612, 552222617, 552222635, 552222640, 552222647, 552222657, 552222676, 552222681, 552222683, 552222684, 552222685, 552222817, 552222820, 552222830, 552222835, 552222837, 552222854, 552222855, 552222861, 552222862, 552222863, 552222871, 552222877, 552222893, 552222895, 552222896, 52222903, 552222906, 552222912, 552222940, 552222948, 552222953, 552222955, 552222957, 552222963, 552222981, 5********) qısa zamanda təqdim olunacağını bildirir, 201 ilə başlayan 5 ədəd nömrənin (552019354, 552019355, 552019356, 552019357, 5********) tarifinin müəyyənləşdirilməsini təklif edir, 19 avqust 2021-ci il tarixdə Sirac Hümbətov 1 ədəd (**********) nömrənin də siyahıya əlavə olunmasını xahiş edir, digər nömrələrin tarifləri ilə bağlı suallar verir, həmin gün iddiaçının nümayəndəsi təqdim edilən nömrələrlə bağlı tariflər barədə məlumat verir.
44. Tərəflər arasında bağlanmış 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1 saylı qoşmasından görünür ki, cavabdehə təhvil verilməli 60 ədəd mobil nömrə (552020011, 552010133, 552002051, 552051555, 554147401, 554147402, 554147403, 554147405, 554147406, 554147407, 554147408, 554147409, 554147410, 554147411, 554147412, 554147413, 554147415, 554147416, 554147417, 554147418, 554147419, 554147420, 554147421, 554147422, 554147423, 554147425, 554147426, 554147427, 554147428, 554147429, 554147430, 554147431, 554147432, 554147433, 554147435, 554147436, 554147437, 554147438, 554147439, 554147440, 554147441, 554147442, 554147443, 554147445, 554147446, 554147448, 554147449, 554147450, 554147451, 554147452, 554147453, 554147455, 554147456, 554147457, 554147458, 554147459, 554147460, 554147461, 554147462, 5********) üzrə tariflər razılaşdırılmışdır.
45. İş materiallarında olan 29 mart 2023-cü il tarixli maliyyə arayışına qoşma kimi əlavə edilən borca dair məlumatdan görünür ki:
46. 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1 saylı qoşmasında göstərilən 2 ədəd mobil nömrə (554147443, 5********) üzrə borc 19,38 manat təşkil edir;
47. Elektron müraciət əsasında ayrılmış 318 ədəd mobil nömrə (552010569, 552054709, 552222471, 555159524, 553330600, 552222895, 552222903, 552269246, 552024482, 552150055, 552010248, 552220236, 552222862, 555050070, 552245271, 552222957, 554503313, 554447656, 552033090, 552222955, 552220153, 552024427, 555159509, 552222685, 552222418, 555159526, 554501112, 554579757, 552076511, 555159501, 552267033, 552220195, 552021599, 552010298, 555159525, 552242744, 552028105, 555050905, 555159514, 555110113, 552052238, 552520578, 552024403, 552220185, 552010235, 552010520, 555159507, 552024421, 552159956, 552220253, 552248525, 552052710, 552019355, 555153676, 552222640, 552520495, 552222043, 552222817, 552520650, 555114155, 552016324, 552158717, 552267099, 552052701, 552222098, 552222684, 552016693, 552156345, 552154801, 552010578, 552222855, 552242771, 552550109, 554505015, 552080011, 552222053, 552222837, 552222940, 552024457, 555113500, 552052074, 555155154, 554445575, 555159534, 555159531, 552222563, 555116500, 555159519, 552222416, 552520715, 552010234, 554500305, 552222035, 555159530, 554500304, 555159512, 552016377, 554500151, 552267017, 552016388, 552220263, 552158735, 552222401, 552010529, 552154828, 552220198, 552054705, 552266146, 552220179, 552158725, 552024425, 554447745, 552222485, 552520546, 554505001, 554148111, 552024481, 552269200, 555159517, 552016660, 552220187, 552159939, 552019358, 552012044, 552222048, 552026986, 552220215, 552520671, 555159529, 552024473, 552247311, 552016672, 555151464, 552222057, 552222586, 554505035, 552016376, 552520738, 552222071, 552012024, 552222078, 552222683, 552050051, 552220134, 552222893, 552016375, 554503303, 555150905, 552024432, 554500302, 552024429, 554445502, 555159508, 555159502, 552220186, 552024469, 552222681, 552010594, 554148101, 555051055, 552158707, 552247522, 554445501, 555152101, 552540101, 555159532, 552098666, 552222617, 552266171, 552269255, 555116888, 552076544, 552222861, 552222065, 552158745, 555155575, 552016399, 552222963, 552156325, 552220148, 552220145, 552010576, 552222089, 552077708, 552222594, 555159500, 552222405, 552150181, 555159504, 552222912, 552158755, 555159503, 552222877, 552072166, 554500025, 552222493, 552220259, 552154811, 552010538, 552222981, 552158766, 552520674, 552222589, 552222431, 552158701, 552024435, 555112055, 555155595, 552012071, 552520413, 552220276, 552220136, 552222948, 552520445, 552024485, 552266144, 554505075, 552220129, 552222647, 552222598, 552010587, 552222871, 552247399, 555159523, 555159513, 552247501, 552222635, 552220196, 552016671, 552072191, 555111213, 552220254, 552220267, 552220146, 552010249, 552019356, 555159516, 552052733, 552016387, 552222054, 552010531, 552222543, 552016325, 554505045, 552222986, 552010568, 552222657, 552052265, 555155585, 552263522, 552066999, 552220193, 552247533, 552220197, 555159533, 554506500, 552222830, 552010151, 554505095, 554500150, 552054715, 552222906, 552220264, 552247566, 552222447, 552520683, 552222612, 555159520, 555159522, 552019354, 552024413, 555153606, 552010245, 552220283, 552079022, 552222047, 554506585, 552222495, 552142474, 552222863, 552222953, 552222854, 552222475, 555159521, 554500035, 552072133, 552220150, 552520470, 552222597, 552520579, 552010561, 552158747, 552245277, 555159527, 552220248, 555151484, 553330900, 552222450, 554505025, 552026976, 555050900, 555116000, 552520449, 554505065, 552220163, 552010599, 552010218, 552024423, 555155565, 552520421, 552220284, 555159510, 552019357, 555159528, 555159518, 552222468, 554445585, 5********) üzrə borc 2251,16 manat təşkil edir;
48. Ayrılması barədə elektron müraciət aşkar edilməmiş 82 ədəd (552072146, 552051436, 552016623, 552010435, 552026994, 552016985, 552054832, 552052239, 552072154, 552072156, 552054769, 552024419, 552016638, 552052732, 552016358, 552054719, 552019223, 552072150, 552057885, 552016695, 552016897, 552016653, 552052249, 552057893, 552072135, 552058529, 552016642, 552029138, 552013702, 552024415, 552054758, 552058542, 552013715, 552006733, 552058527, 552026973, 552016340, 552015568, 552016683, 552054718, 552052263, 552012296, 552015260, 552016396, 552030419, 552052248, 552010437, 552016807, 552522023, 552055887, 552012058, 552016654, 552026984, 552054874, 552522445, 552016845, 552051907, 552052718, 552058504, 552016624, 552011237, 552054760, 552020702, 552054716, 552057836, 552071518, 552052261, 552016379, 552054867, 552016339, 552072136, 552016643, 552016678, 552522095, 552011833, 552055879, 552056887, 552017319, 552015583, 552058513, 552051479, 5********) mobil nömrə üzrə borc 315,23 manat təşkil edir.
49. Qeyd olunan sübutlatra təsdiq edilir ki, tərəflər arasında 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1.5-ci bəndi ilə bağlı (bu müqavilə üzrə nömrələrin və istifadəçilərin sayının gələcəkdə artırılması və ya azaldılması “Korporativ Abunəçi”nin səlahiyyətli şəxsinin müvafiq yazılı məktubu və ya elektron müraciəti əsasında həyata keçirilə bilər) formalaşmış işgüzar praktika cavabdehin nümayəndəsi (xx.xx.2018-ci il tarixli müştəri məlumat blankında cavabdehin əlaqələndici şəxsi qismində təsbit olunmuş Hümbətov Sirac) tərəfindən elektron poçtla yazışma qaydasında nömrələrin seçilməsi (sifariş edilməsi), nömrələr təhvil alındıqdan sonra iddiaçının nümayəndəsinin onları aktivləşdirmək üçün cavabdehin nümayəndəsindən təsdiq istəməsi və cavabdehin həmin nömrələri aktiv edilmək üçün təsdiqləməsi formasında olmuşdur. Bu qaydada müqaviləyə 1 saylı qoşmada göstərilən 60 nömrədən başqa 361 ədəd nömrə cavabdehin istifadəsinə verilmişdir və hazırda xidmət haqqı tələb edilən və maliyyə arayışının qoşmasının “elektron müraciət əsasında ayrılmış nömrələr üzrə borc” qrafasında istinad edilən 318 ədəd nömrə də məhz həmin 361 nömrənin içində olmuşdur.
50. Cavabdehin Sirac Hümbətovun səlahiyyətli şəxs olmaması ilə bağlı dəlillərə dair qeyd edilir ki, xx.xx.2018-ci il tarixli müştəri məlumat blankında əlaqələndirici şəxs kimi Sirac Hümbətov göstərilmiş, onun “gov.az” domenli elektron poçtuna cavabdehin “email”i kimi istinad edilmiş, 08 oktyabr 2018-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək bütün yazışmalar məhz rəsmi “gov.az” domenli elektron poçt ilə aparılmış, yazışma sonluqlarında X1 texnologiyaları və innovativ həllər departamentinin müdiri olduğu göstərilmişdir. Bütün bu hallar iddiaçının vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etdiyi və iddiaçı tərəfindən cavabdehin nümayəndəsinin, həqiqətən, cavabdehi təmsil etdiyi qənaətinə gəlinməsinin əsaslı olduğunu göstərir.
51. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli 318 mobil nömrə cavabdehin istifadəsində olmuş, göstərilən xidmətlər üzrə müvafiq borclar yaranmışdır.
52. Cavabdehin 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1 saylı qoşmasında göstərilən 2 ədəd mobil nömrə (554147443, 5********) üzrə həmin qoşmada limitin 1 manat müəyyən edildiyi və faktiki borc məbləğinin limiti keçdiyi ilə bağlı dəlillərə dair qeyd edilir ki, həmin müqavilənin 2 saylı qoşmasında 1 manat hər bir “business freedom” tarifli nömrə üçün aylıq abunə haqqı kimi göstərilmiş, həmin tarifli nömrələr üçün şəbəkədaxili və xarici zənglərin, ölkədaxili internetin də qiymətləri müəyyən edilmişdir. Bu mənada limit aylıq abunə haqqını göstərməklə, iddiaçının təqdim etdiyi digər xidmətlərdən istifadəni məhdudlaşdırmamış, korporativ abunəçinin işçiləri tərəfindən digər xidmətlərdən (şəbəkədaxili və xarici zənglər, ölkədaxili internet və s.) istifadə zamanı borcun yaranmasına mane təşkil etməmişdir.
53. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin ödəniş şərtlərində xidmət haqqının köçürmə yolu ilə ödəniş edən korporativ abunəçinin hər növbəti ayın 30dan gec olmayaraq, fərdi qaydada ödəniş edən korporativ abunəçinin hər növbəti ayın 15-dən gec olmayaraq ödənilməsi şərtləşdirilmişdir.
54. Cavabdeh isə 29 avqust 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsinin 1 saylı qoşmasında göstərilən 2 ədəd mobil nömrə üzrə 19,38 manat və onun elektron müraciəti əsasında təqdim edilən 318 mobil nömrə üzrə 2251,16 manat xidmət haqqının ödənilməsi barədə sübutları təqdim etməmişdir.
55. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq ödənilməyən 2270,54 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır (19,38 + 2251,16=2270,54).
56. İddia müddətinin ötürülməsi ilə bağlı qeyd edilir ki, Mülki Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3).
57. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. ... Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
58. Yuxarıda istinad olunan elektron poçt yazışmalarından isə müəyyən edilir ki, sonuncu mobil nömrə (**********) 19 avqust 2021-ci il tarixdə cavabdehin istifadəsinə verilmiş, müqavilənin bağlandığı andan həmin tarixədək tərəflər arasında öhdəlik münasibəti davamlı xarakterdə olmuş, müxtəlif mobil nömrələr cavabdehə təqdim edilmiş, onların tariflərində dəqiqləşdirmələr aparılmışdır. Sonuncu mobil nömrənin təqdim edilmə tarixindən (19 avqust 2021-ci il) hesablandıqda isə xidmət haqqının tələb edilməsi üçün üç illik iddia müddətinin iddia ərizəsinin məhkəmənin icraatına qəbul edildiyi tarixə (xx.xx.2023-cü il) başa çatmadığı aydın olur.
59. Göstərilənlərə əsasən müəyyən edilir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti keçməmişdir.
60. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxaıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
61. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
62. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-674/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov