Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-65/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh3 MTK-ya və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-283/2024 nömrəli, 20 iyun 2024-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlərin nümayəndəsi (vəkili) tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları
1. ASC "xxxx" Bankı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********55219 №-li Kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Borcalana 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 5 % (beş faiz) ödənilməsi şərtilə, 1.060.000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açılmışdır.
2. xx.xx.2019-cu il tarixdə Borcalanla İddiaçı arasında Kredit xətti müqaviləsinə 01 №-li Əlavə saziş bağlanmışdır. Həmin Sazişlə, kredit xətti limiti 140 000 ABŞ dolları məbləğində artırılaraq 1 200 000 ABŞ dolları müəyyən edilmişdir.
3. Borcalanla İddiaçı arasında Kredit xətti müqaviləsinə xx.xx.2019-cu il tarixli 02 №-li Əlavə saziş bağlanmaqla Kredit xətti müqaviləsi üzrə kredit xətti limiti 1 975 000 (ABŞ dolları məbləğində artırılaraq 3 175 000 ABŞ dolları müəyyən edilmişdir.
4. Borcalanla İddiaçı arasında Kredit xətti müqaviləsinə bağlanmış xx.xx.2020-ci il tarixli 03 №-li Əlavə sazişə əsasən kredit xətti limiti yenidən 883 000 ABŞ dolları məbləğində artırılaraq 4 058 000 ABŞ dolları müəyyən edilmişdir.
5. Borcalanla İddiaçı arasında Kredit xətti müqaviləsinə bağlanmış xx.xx.2020-ci il tarixli 04 №-li Əlavə sazişə əsasən güzəşt müddəti 6 ay artırılaraq 18 aya çatdırılmışdır.
6. Borcalanın Kredit xətti müqaviləsi (o cümlədən xx.xx.2019-cu il tarixli 01 №-li, xx.xx.2019-cu il tarixli 02 №-li, xx.xx.2020-ci il tarixli 03 №-li və xx.xx.2020-ci il tarixli 04 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla) üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə:
7. İddiaçı ASC "xxxx" Bankı ilə Borcalan Cavabdeh2 MMC və Cavabdeh4 arasında sonuncuya məxsus olan Sumqayıt şəhəri, Bakı- Quba yolunun 32-ci kilometrində istifadəsində olan 0.7804 ha torpaq sahəsində yerləşən 6 mərtəbəli, 12 013.0 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (bundan sonra «1-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********55219/İM-6 №-li İpoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2019-cu il tarixli 01 №-li və xx.xx.2019-cu il tarixli 02 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra "xxxx" adlandırılacaq);
8. İddiaçı ASC "xxxx" Bankı ilə Borcalan Cavabdeh2 MMC və “İNKİŞAF-1 MTK” arasında sonuncuya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 106 (Yeni qaydalarla: AZ1032, ünvan 1 ünvanında yerləşən 850 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (bundan sonra «2-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2020-ci il tarixli **********55219/İM-7 №-li İpoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2019-cu il tarixli 01 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra "xxxx" adlandırılacaq);
9. İddiaçı ASC "xxxx" Bankı ilə Borcalan Cavabdeh2 MMC və Cavabdeh1 arasında sonuncuya məxsus olan ünvan 2 ünvanda yerləşən 92.5 kv.m. ümumi sahədən ibarət 76 nömrəli mənzilin (bundan sonra «3-cü İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********55219/SİM-1№-li Sonrakı ipoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2019-cu il tarixli 01 №-li, xx.xx.2019-cu il tarixli 02 №li, xx.xx.2020-ci il tarixli 03 №-li və xx.xx.2020-ci il tarixli 04 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra "xxxx" adlandırılacaq);
10. İddiaçı ASC "xxxx" Bankı ilə Borcalan Cavabdeh2 MMC və Cavabdeh1 arasında sonuncuya məxsus olan ünvan 2 ünvanda yerləşən 141.6 kv.m. ümumi sahədən ibarət 77 nömrəli mənzilin (bundan sonra «4-cü İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********55219/SİM-2№-li Sonrakı ipoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2019-cu il tarixli 01 №-li, xx.xx.2019-cu il tarixli 02 №li, xx.xx.2020-ci il tarixli 03 №-li və xx.xx.2020-ci il tarixli 04 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra "xxxx" adlandırılacaq);
11. İddiaçı ASC "xxxx" Bankı ilə Borcalan Cavabdeh2 MMC və Cavabdeh1 arasında sonuncuya məxsus olan ünvan 3 ünvanda yerləşən 409.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin (bundan sonra «5-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********55219/SİM- 3 №-li Sonrakı ipoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2019-cu il tarixli 01 №-li, xx.xx.2019-cu il tarixli 02 №li, xx.xx.2020-ci il tarixli 03 №-li və xx.xx.2020-ci il tarixli 04 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra “5-ci İpoteka müqaviləsi” adlandırılacaq)bağlanmışdır.
12. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışlara əsasən ünvan 4 ünvanında və ünvan 5 ünvan 6 ünvanında yerləşən daşınmaz əmlaklar "xxxx" Bank ASC-nin xeyrinə yüklü edilmişdir.
13. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışlara əsasən ünvan 7 ünvanında və ünvan 8az əmlaklar "xxxx" Bank ASC-nin xeyrinə yüklü edilmişdir.
14. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışlara əsasən Sumqayıt şəhəri, Bakı Quba yolunun 32-ci kilometrində yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" Bank ASC-nin xeyrinə yüklü edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı "xxxx" Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********55219/İM-6 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci kilometrində istifadəsində olan 0.7804 ha torpaq sahəsində yerləşən 6 mərtəbəli, 12 013.0 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (1-ci İpoteka predmeti), xx.xx.2020-ci il tarixli **********55219/İM-7 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh “İNKİŞAF-1 MTK”-yaməxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 106 (Yeni qaydalarla: AZ1032, ünvan 1 ünvanında yerləşən 850 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə(2-ci İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********55219/SİM-1 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 29 ünvanda yerləşən 92.5 kv.m. ümumi sahədən ibarət 76 nömrəli mənzilə (3-cü İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********55219/SİM-2 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən 141.6 kv.m. ümumi sahədən ibarət 77 nömrəli mənzilə (4-cü İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********55219/SİM-3 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan ünvan 3 ünvanda yerləşən 409.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (5-ci İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********55219/GM №-li Girov müqaviləsi üzrə girov predmeti qismində çıxış edən Cavabdeh2 MMC-yə məxsus olan - ASSTRA TRAİD markalı Pos terminal Aer POS 3615(intel i3-2120 3.3GH/RAM 4bg/SSD120bg) 1 (1-ci «Girov predmeti»); - ASSTRA TRAİD markalı Pos terminal Aer POS 3615(intel i3-2120 3.3GH/RAM 4bg/SSD120bg) 1 ədəd (2-ci «Girov predmeti» ); - ASSTRA TRAİD markalı Pos terminal Aer POS 3615(intel i3-2120 3.3GH/RAM 4bg/SSD120bg) 1 ədəd (3-cü «Girov predmeti»); - ASSTRA TRAİD markalı Pos terminal Aer POS 3615(intel i3-2120 3.3GH/RAM 4bg/SSD120bg) 1 ədəd (4-cü «Girov predmeti»); - ASSTRA TRAİD markalı Pos terminal Aer POS 3615(intel i3-2120 3.3GH/RAM 4bg/SSD120bg) 1 ədəd (5-ci «Girov predmeti»); - ASSTRA TRAİD markalı Pos terminal Aer POS 3615(intel i3-2120 3.3GH/RAM 4bg/SSD120bg) 1 ədəd (6-cı «Girov predmeti»); - ASSTRA TRAİD markalı Canon Printer i-SENSYS MF411dw 1 ədəd (7-ci «Girov predmeti»); - İntellekt merkuri markalı Fiskal registrator (kompyuter kassa sisteminin daxilində işləyən kontrol-kassa aparatı) Star 500F 1 ədəd(8-ci «Girov predmeti»); - İntellekt merkuri markalı Fiskal registrator (kompyuter kassa sisteminin daxilində işləyən kontrol-kassa aparatı) Star654f-1 1ədəd(9-cu «Girov predmeti»); - İntellekt merkuri markalı Fiskal registrator (kompyuter kassa sisteminin daxilində işləyən kontrol-kassa aparatı) Star654f-2 1ədəd(10-cu «Girov predmeti»); - İntellekt merkuri markalı Fiskal registrator (kompyuter kassa sisteminin daxilində işləyən kontrol-kassa aparatı) Star654f-3 1 ədəd(11-ci «Girov predmeti»); - İntellekt merkuri markalı Fiskal registrator (kompyuter kassa sisteminin daxilində işləyən kontrol-kassa aparatı) Star654f4 1ədəd (12-ci «Girov predmeti»); - Digital Solutions YERLİ markalı Server HP ProLiant DL120 Gen9 (788097-425)-1 ədəd (13-cü «Girov predmeti»); - Samsung markalı TV HAİER LE42K5500TF 1 ədəd (14-cü «Girov predmeti»); - Samsung markalı TV PM43H-1 1 ədəd (15-ci «Girov predmeti»); - Samsung markalı TV PM43H-2 1 ədəd (16-cı «Girov predmeti»); - Samsung markalı TV PM43H-3 1 ədəd (17-ci «Girov predmeti»); - Samsung markalı TV PM43H-4 1 ədəd (18-ci «Girov predmeti»); - Samsung markalı TV PM43H-5 1 ədəd (19-cu «Girov predmeti»); - ALEF TRAİD İMPORT markalı Avtomatik qəhvə maşını WMF 5000S 1 ədəd (20-ci «Girov predmeti»); - ALEF TRAİD İMPORT markalı Süd soyudan soyuducu WMF 8000S 1 ədəd (21-ci «Girov predmeti»); - Franke Foodservice Systems markalı Kartofun qablaşdırılması üçün dozator 940x1000x1450 1 ədəd (22-ci «Girov predmeti»); - Franke Foodservice 1 markalı Birtərəfli termoşkaf PC EHB24CE (L843xW358xH282mm.) 1 ədəd (23-cü «Girov predmeti»); - Franke Russia, LLC markalı Frityür üçün ventilyasiya çətiri 1743*966*978 mm , universal 1 ədəd (24-cü «Girov predmeti»); - Franke Foodservice Systems markalı FFV-810 S qapaqlı dondurucu, 830x745x837 2 ədəd (25-ci «Girov predmeti»); - Franke Foodservice markalı Elektrik soba şkafı (Broyler) NİECO JF94E 1053*1068*1637 мм 1 ədəd (26-cı «Girov predmeti»); - Franke Foodservice markalı Elektrofrityür FM 4FQE30U FFFF L1588xW786xH1152мм 1 ədəd (27-ci «Girov predmeti»); - Franke Foodservice markalı Kartofun qablaşdırılması üçün dozator - tək 559*781*1982mm 1 ədəd (28-ci «Girov predmeti»); - Franke Russia, LLC markalıJF94E/93E,G 1527x1320x840 UL300 NFPA üçün universalsorucu çətir 1 ədəd (29-cu «Girov predmeti»); - Franke Foodservice markalı Dondurma və kokteyllərin hazırlaması üçün maşın Carpigiani K3/E 1 ədəd (30-cu «Girov predmeti»); - Franke Foodservice markalı Taxıclı və iplimikser В 100 500W, 230V/50- 60Hz/1Ph 1 ədəd (31-ci «Girov predmeti»); - Franke Russia, LLC markalı Paylama stansiyası 1055x1000x900 1 ədəd (32-ci «Girov predmeti»); - Franke Russia, LLC markalı Qəhvə stansiyası 706x1000x900 2 ədəd (33-cü «Girov predmeti»); - Franke Foodservice markalı Su qızdırıcısı Bunn-O-Matic HW2A 240V/50Cy/1Ph 1.7 КВт 2 ədəd (34-cü «Girov predmeti»); - Franke Foodservice markalı Piroq şkafı PC 524 L320xW256xH649мм 1 ədəd (35-ci «Girov predmeti»); - Franke Foodservice Systems markalı 2 səviyyəli qızdırılan bunker SSR 1050x650x610 mm 1 ədəd (36-cı «Girov predmeti»); - Franke Russia, LLC markalı Əsas hazırlama modulu "А" 1616x1040x900/1230 1 ədəd (37-cı «Girov predmeti»); - Franke Russia, LLC markalı Əsas hazırlama modulu "B" 778x1040x900 1 ədəd (38-ci «Girov predmeti»); - Franke Russia, LLC markalı Əsas hazırlama modulu "C" 940x1040x900/1230 1 ədəd (39-cu «Girov predmeti»); - Franke Foodservice markalı Mikrodalğalısoba Amana DEC18E2 230В/50Гц/1фаз/2.9кВт 1 ədəd (40-cı «Girov predmeti»); - Franke Foodservice markalı İkitərəfli termoşkaf PC EHB34ACE, L843xW358xH461мм 2 ədəd (41-ci «Girov predmeti»); - Franke Foodservice markalı Şaquli toster PC Evolution-DCFT BKUK 559*216*631 мм 2 ədəd (42-ci «Girov predmeti»); - Franke Foodservice markalı X10 SKSR L699xW835xH508mm 1 ədəd (43-cü «Girov predmeti»); - Franke Foodservice markalı X5 İCC Russia Ш255xГ40xB305mm 1 ədəd (44-cü «Girov predmeti»); - Printer AVERY Fresh Marx 9417+ Д301xШ213xВ255 мм 1 ədəd (45-ci «Girov predmeti»); - Franke Foodservice Systems markalı 1 vannalıçanaq 1219x762x940 1219x762x940/1149 1 ədəd (46-cı «Girov predmeti»); - Franke Foodservice Systems markalı Su damcılarından qoruyan 3 vannalıçanaq 2057x762x940/1149 1 ədəd (47-ci «Girov predmeti»); - Franke Foodservice markalı Soyuducu True T-23-HC metal qapılı 686*750*2074 mm 2 ədəd (48-ci «Girov predmeti»); - Franke Foodservice markalı Dondurucu TRUE T-23F-HC-MC metal qapılı L686xW750xH2125мм -yə (49-cu «Girov predmeti»); - xx.xx.2019-cu il tarixli **********55219/GM №-li Girov müqaviləsi üzrə girov predmeti qismində çıxış edən Cavabdeh2 MMC-yə məxsus olan: - Franke Foodservice Systems markalı Kartofun qablaşdırılması stansiyası 940x1000x1450 1 ədəd (50-ci «Girov predmeti»); - Franke Foodservice markalı Birtərəfli termoşkaf PC EHB24CE (L843xW358xH282mm.) 1 ədəd (51-ci «Girov predmeti») - Franke Russia, LLC markalı Frityür üçün ventilyasiya çətiri 1743*966*978 mm , universal 1 ədəd (52-ci «Girov predmeti»); - Franke Foodservice markalı Elektrofrityür FM 4FQE30U FFFF L1588xW786xH1152мм 1 ədəd (53-cü «Girov predmeti»); - Franke Foodservice markalı Kartofun qablaşdırılması üçün dozator - tək 559*781*1982mm 1 ədəd (54-cü «Girov predmeti»); - Franke Foodservice Systems markalı FFV-810 S qapaqlı dondurucu, 830x745x837 2 ədəd (55-ci «Girov predmeti»); - Franke Russia, LLC markalıJF94E/93E,G 1527x1320x840 UL300 NFPA üçün universal sorucu çətir 1 ədəd (56-cı «Girov predmeti»); - Franke Foodservice markalı Elektrik soba şkafı (Broyler) NİECO JF94E 1053*1068*1637 мм 1 ədəd (57-ci «Girov predmeti»); - Franke Russia, LLC markalı Paylama stansiyası 1055x1000x900 1 ədəd (58-ci «Girov predmeti»); - Franke Russia, LLC markalı Paylama stansiyası 1055x1000x900 1 ədəd (59cu «Girov predmeti»); - Franke Foodservice markalı Şüşə qapılısoyuducu TRUE TSD- 09G-HC-LD, L915xW534xH893mm 1 ədəd (60-cı «Girov predmeti»); - Franke Russia, LLC markalı Qəhvə stansiyası 706x1000x900 1 ədəd (61-ci «Girov predmeti»); - Franke Foodservice markalı Su qızdırıcı Bunn-O-Matic HW2A 240V/50Cy/1Ph 1.7 КВт 1 ədəd (62-ci «Girov predmeti»); - Franke Foodservice Systems markalı 2 səviyyəli qızdırılan bunker SSR 1050x650x610 mm 1 ədəd (63-cü «Girov predmeti»); - Franke Foodservice Systems markalı Əsas hazırlama modulu "C" 940x1040x900/1230 1 ədəd (64-cü «Girov predmeti»); - Franke Russia, LLC markalı Əsas hazırlama modulu "А" 1616x1040x900/1230 1 ədəd (65-ci «Girov predmeti»); - Franke Foodservice markalı Mikrodalğalısoba Amana DEC18E2 230В/50Гц/1фаз/2.9кВт 1 ədəd (66-cı «Girov predmeti»); - Franke Foodservice markalı İkitərəfli termoşkaf PC EHB34ACE, L843xW358xH461мм 2 ədəd (67-ci «Girov predmeti»); - Franke Foodservice markalı Şaquli toster PC Evolution-DCFT BKUK 559*216*631 мм 2 ədəd (68-ci «Girov predmeti»); - Franke Foodservice markalı X9 SKSR L699xW835xH508mm 1 ədəd (69-cu «Girov predmeti»); - Kitchen Minder İCC Russia 1 ədəd (70-ci «Girov predmeti»); - Franke Foodservice Systems markalı 1 vannalı çanaq 1219x762x940 Kataloq üzrə nömrəsi Franke US#2383 1 ədəd(71-ci «Girov predmeti»); - Franke Foodservice Systems markalı Su damcılarından qoruyan 3 gözlü çanaq 2057x762x940 1 ədəd (72-ci «Girov predmeti»); - ASSTRA TRAİD markalı Pos terminal Aer POS 3615(intel i3-2120 3.3GH/RAM 4bg/SSD120bg 1 ədəd (73-cü «Girov predmeti»); - ASSTRA TRAİD markalı Pos terminal Aer POS 3615(intel i3-2120 3.3GH/RAM 4bg/SSD120bg 1 ədəd (74-cü «Girov predmeti»); - ASSTRA TRAİD markalı Pos terminal Aer POS 3615(intel i3-2120 3.3GH/RAM 4bg/SSD120bg 1 ədəd (75-ci «Girov predmeti»); - ASSTRA TRAİD markalı Pos terminal Aer POS 3615(intel i3-2120 3.3GH/RAM 4bg/SSD120bg 1 ədəd (76-cı «Girov predmeti»); - ASSTRA TRAİD markalı Pos terminal Aer POS 3615(intel i3-2120 3.3GH/RAM 4bg/SSD120bg 1 ədəd (77-ci «Girov predmeti»); - ASSTRA TRAİD markalı Pos terminal Aer POS 3615(intel i3-2120 3.3GH/RAM 4bg/SSD120bg 1 ədəd (78-ci «Girov predmeti»); - Hotpoint-Ariston markalı Paltaryuyan maşın HOTPOİNT AWM 1081 (EU) 1 ədəd (79-cu «Girov predmeti»); - Canon markalı Printer L150 Canon i-sensys 1 ədəd (80-ci «Girov predmeti»); - Star Fiskal registrator (kompyuter kassa sisteminin daxilində işləyən kontrolkassa aparatı) Star 500F (81-ci «Girov predmeti»); - Starmarkalı Fiskal registrator (kompyuter kassa sisteminin daxilində işləyən kontrol-kassa aparatı) Star654f-11 ədəd (82-ci «Girov predmeti»); - Starmarkalı Fiskal registrator (kompyuter kassa sisteminin daxilində işləyən kontrol-kassa aparatı) Star654f-21 ədəd (83-cü «Girov predmeti»); - Starmarkalı Fiskal registrator (kompyuter kassa sisteminin daxilində işləyən kontrol-kassa aparatı) Star654f31 ədəd (84-cü «Girov predmeti»); - Starmarkalı Fiskal registrator (kompyuter kassa sisteminin daxilində işləyən kontrol-kassa aparatı) Star654f-41 ədəd (85-ci «Girov predmeti»); - Starmarkalı Fiskal registrator (kompyuter kassa sisteminin daxilində işləyən kontrol-kassa aparatı) Star654f-51 ədəd (86-cı «Girov predmeti»); - ProLiant markalı Server HP ProLiant DL120 Gen9 (788097-425) 1 ədəd (87-ci «Girov predmeti»); - Samsung markalıTV PM43H – 11 ədəd (88-ci «Girov predmeti»); - Samsung markalıTV PM43H – 2 1 ədəd (89-cu «Girov predmeti»); - Samsung markalıTV PM43H – 3 1 ədəd (90-cı «Girov predmeti»); - Samsung markalıTV PM43H – 4 1 ədəd (91-ci «Girov predmeti»); - ALEF TRAİD İMPORT markalı Avtomatik qəhvə maşını WMF 5000S 1 ədəd (92-ci «Girov predmeti»); - ALEF TRAİD İMPORT markalı Süd soyudan soyuducu WMF 8000S 1 ədəd (93-cü «Girov predmeti») tutma yönəldilməsi, ipoteka və girov predmetləri açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan Cavabdeh2 MMC-nin xx.xx.2019-cu il tarixli **********55219 №-li Kredit xətti müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 3778679.63 ABŞ dolları məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 118 972.60 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 517 908.62 ABŞ dolları məbləğində penya, cəmi 4 415 560.85 ABŞ dolları və xx.xx.2023-cü il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 495 manat ASC "xxxx" Bankının xeyrinə tutulmas, iddia ərizəsinin verilməsinə görə 4543.23 manat məbləğində dövlət rüsumunun və Mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 manat məbləğində rüsumun ödənilməsi üzrə çəkilmiş xərclər birgə qaydada cavabdehlər Cavabdeh2 MMC,“İNKİŞAF-1 MTK”, Cavabdeh1 və Cavabdeh4 iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli **********55219/İM-6 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh4 qızma məxsus olan Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci kilometrində istifadəsində olan 0.7804 ha toıpaq sahəsində yerləşən 6 mərtəbəli, 12 013.0 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (1-ci İpoteka predmeti), xx.xx.2020-ci il tarixli **********55219/İM-7 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən cavabdeh “İNKİŞAF-1 MTK”- ya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 106 (Yeni qaydalarla: AZİ032, ünvan 9 ünvanında yerləşən 850 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (2-ci İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********55219/SİM-l №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən 92.5 kv.m. ümumi sahədən ibarət 76 nömrəli mənzilə (3-cü İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********55219/SİM2 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən 141.6 kv.m. ümumi sahədən ibarət 77 nömrəli mənzilə (4-cü İpoteka predmeti), xx.xx.2019-cu il tarixli **********55219/SİM-3 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan ünvan 3 ünvanda yerləşən 409.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (5-ci ipoteka predmeti), tutmanın yönəldilməsi, ipoteka predmetləri açıq hərracda satılması və Cavabdeh1 məxsus olan ünvan 3 ünvanda yerləşən 409.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (5-ci İpoteka predmeti), tutmanın yönəldilməsi, ipoteka predmetləri açıq hərracda satılsın və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan Cavabdeh2 MMC-nin xx.xx.2019-cu il tarixli **********55219 №-li Kredit xətti müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 3 661 032,57 ABŞ dolları məbləğində əsas borcu, kreditdən istifadəyə görə xx.xx.2023-cü il tarixinə qədər hesablanmış 101 128,84 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 867 112,19 ABŞ dolları məbləğində penya, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək illik 5 % dərəcəsi ilə hesablanmış 129 588,45 ABŞ dolları məbləğində əldən çıxmış fayda, cəmi 4 758 862,05 ABŞ dolları məbləğində borc, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 495 manat məbləğində çəkilmiş xərclər və iddia ərizəsinin verilməsinə görə 4823,16 manat məbləğində dövlət rüsumunun və Mediasiya prosesinin tətbiq edilməsi ilə bağlı 400 manat məbləğində rüsumun ödənilməsi üzrə çəkilmiş xərclər birgə qaydada cavabdehlər Cavabdeh2 MMC, “İNKİŞAF- 1 MTK”, Cavabdeh1 Flikmət oğlu və Cavabdeh4 İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-283/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 MMC-nin **********55219 saylı kredit müqaviləsi üzrə 3.661.032,57 ABŞ dolları əsas borc məbləğinin, 96.715,44 ABŞ dolları faiz borcunun, 183.052 ABŞ dolları dəbbə pulunun, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilə kimi illik 5 % ilə hesablanan 127620 ABŞ dolları faiz borcunun, dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 4249 manatın və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınmasına görə 495 manatın ödənilməsini təmin etmək üçün tələb üzrə tutmanın aşağıdakı ipoteka predmetlərinə yönəldilməsi: Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci kilometrində istifadəsində olan 0.7804 ha torpaq sahəsində yerləşən 6 mərtəbəli, 12 013.0 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 6.200. 000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bankı ASC-nin borc tələbi ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh4 qaytarılması; - Cavabdeh3 MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 106 (Yeni qaydalarla: AZ1032, ünvan 1 ünvanında yerləşən 850 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 2.700.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bankı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 MTK-ya qaytarılması; - Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 29 ünvanda yerləşən 92.5 kv.m. ümumi sahədən ibarət 76 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 225.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bankı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılması; - Cavabdeh1 məxsus olan ünvan 2 ünvanda yerləşən 141.6 kv.m. ümumi sahədən ibarət 77 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 340.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bankı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılması; - Cavabdeh1 məxsus olan ünvan 3 ünvanda yerləşən 409.0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 286.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı "xxxx" Bankı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
18. İddiaçı "xxxx" Bankı ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-283/2024 nömrəli, 20 iyun 2024-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını, dövlət rüsumunun cavabdehlər tərəfindən ödənilməsini xahiş etmişdir.
19. Cavabdehlərin nümayəndəsi və vəkili Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-283/2024 nömrəli, 20 iyun 2024-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək, qətnamənin Cavabdeh2 MMC ilə bağlanmış **********55219 saylı kredit müqaviləsi üzrə əsas bocun 3.247.543 $ tutulması, iddianın Cavabdeh2 MMC-nin 96.715,44 ABŞ dolları faiz borcunun, 183.052 ABŞ dolları dəbbə pulunun, xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü ilə kimi illik 5 % ilə hesablanan 127620 ABŞ dolları faiz borcunun tutulması hissəsində rədd edilməsi, Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci kilometrində istifadəsində olan 0.7804 ha torpaq sahəsində yerləşən 6 mərtəbəli, 12 013.0 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə bazar qiymətinin dəyişdirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı "xxxx" Bankı ASC apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə xx.xx.2023-cü il tarixinə qədər hesablanmış 101 128,84 ABŞ dolları məbləğində təşkil edən adi faizlərin 4 413,40 ABŞ dolları məbləğində azaldılması, yəniqismən təmin edilməsi; iddia ərizəsinin penya tələbi üzrə hissəsinin684 060,19 ABŞ dollarıməbləğində azaldılması, yəni qismən təmin edilməsi; iddia tələbi üzrəəldən çıxmış faydanın əvəzinin (zərərin) tutulmasına dair hissəsinin 1 968,45 ABŞ dollar məbləğində azaldılması, yəni qismən təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmırlar, Belə ki, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərəalaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslımənafeləri nəzərəalınır. Qeyd olunan normanın tələbinə görə, Məhkəmə cərimənin tənasüblüyünümüəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərəalmalıdır. Lakin bizim halda Məhkəmə Bankın867 112,19 ABŞ dolları məbləğində penya tələbini 684 060,19 ABŞ dolları məbləğində azaldaraq, cəmi 183 052 ABŞ dollarıhissədə təmin etməklə bunun əksini etmişdir. Göründüyü kimi, Məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərini deyil, ancaq cavabdehin mənafelərini nəzərəalmışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tənasübün müəyyənləşdirilməsinə dair müddəalarının pozulmasınıtəsdiq edir. Qeyd etmək istəyirik ki, qanunvericiliyin «tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafelərinin, həm də bütün əsaslı mənafelərinin nəzərə alınır» müddəası imperativ xarakter daşıyır və məhkəmə tərəfindən mütləq nəzərə alınmalı idi. Tərəfimizdən təqdim edilmiş mötəbər sübutları nəzərəalmamış, yalnız ARƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9927 №-li ekspertrəyini mötəbər sübut növü kimi qəbul etmişdir. Məhkəmənin tərəfimizdən təqdim edilmiş sübut növləri ilə ekspert rəyini qarşılıqlı tədqiq etmədən Ekspert rəyində göstərilən məbləğlərə istinad etməsi ədalətli məhkəmə araşdırması prinsipinə zidd olmaqla yanaşı, qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhəaltına alır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət verməli, Ekspert rəyinin yaxud Bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı idi. bəzi hallarda faizlər üzrə borcun olmasına baxmayaraq Bank müştərinin borcunun şişməsinin qarşısını almaq məqsədilə ödənilən məbləğlərin tam və ya qismən əsas borcdan silinməsinə yönəldə bilər. Lakin Bank tərəfindən təqdim olunmuş sənədlər ekspert tərəfindən tam olaraq nəzərə alınmamışdır. Məsələn xx.xx.2022-ci il tarixində ödənilmiş 47 563.12 ABŞ dolları məbləğində vəsait Bank tərəfindən tam olaraq əsas borcdan silinmişdir. Ekspert isə həmin ödənişin faiz borcundan silindiyini göstərmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində ödənilmiş 696 204.43 ABŞ dolları məbləğində vəsaitdən 231 757.25 ABŞ dolları məbləği əsas borcdan, 464 447.18 ABŞ dolları məbləği isə faiz borcundan silinmişdir. Eskpert isə həmin vəsaitin 273 482.84 ABŞdolları məbləğinin əsas borcdan, 422 721.59 ABŞ dolları məbləğinin isə faiz borcundan silindiyini göstərmişdir. Habelə,ekspert rəyində cərimə faizlərinin məbləği Bank tərəfindən hesablanmış cərimə məbləğinə uyğun deyildir. Digər tərəfdən eskpert tərəfindən tərtib edilmiş cədvəldə və nəticə hissəsində göstərilmiş məbləğlər bir birinə uyğun deyildir. Nəticədə, belə uyğunsuzluqlara görə yekun məbləğlər də fərq yaranmışdır. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumunu müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, o, ümumilikdə 4823,16 (dörd min səkkiz yüz iyirmi üç manat 16 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinə iş üzrə 4543,23 manat məbləğində rüsumun ödənilməsinimüəyyən etmişdir. Sonuncu ödənilmiş rüsumu, yəni xx.xx.2024-cü il tarixli iddia tələbinin həcminin artırılması barədə Bank tərəfindən verilmiş ərizə üzrə ödənilmiş 279,93 (iki yüz yetmiş doqquz manat 93 qəpik) manat məbləğində dövlət rüsumunu (iş materiallarında mövcuddur) nəzərə almamışdır. Bildiririk ki, iş materiallarındaiş üzrə xx.xx.2024-cü il tarixində, 279,93 manat məbləğində ödənilmiş və xx.xx.2023-cü il tarixində 4543,23 manat məbləğində ödənilmiş dövlət rüsumuna dair qəbzlər mövcuddur.
21. Cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, müqavilənin 8-ci bəndində fors major hallar nəzərdə tutulmişdur. Belə ki, müqavilənin 8-ci bənddində deyilir ki, “tərəflər bu müqavilə ilə üzərlərinə götürdükləri 3. 4. 5. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digərformada hər hansı ödəniş tələb edilə bilməz. Müqavilənin qeyd edilən bəndlərində tərəflərin iradəsindən asılı olmayan hallara görə (o cümlədən dövlət orqanlarının qədul etdikləri aktlara görə) məsuliyyət nəzərdə tutulmamışdır. Müqavilənin şərtlərinə görə kredit üzrə alınmış pul vəsaiti satış nöqtələrinin açılmasına sərfedilmişdir. Belə ki, Cavabdeh2 MMC-nin fəaliyyəti “Burger King” restoranların qurulması və onların işlədilməsindən ibarət olmuşdur. 2020-ci ilin əvvəlinə 4 restoran ticarət mərkəzlərində - 28 Mall, Park Bulvar, Dəniz Mall və Gənclik Mall-da fəaliyyət göstərmişlər. Lakin, pandemiya nəticəsində ictimai iaşə sektorunun fəaliyyəti məhdudlaşdırılmış və bunun da nəticəsində borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmişdir. Ümumi qaydada fors major hadisələrə insan iradəsindən asılı olmayan həyati hallar daxildir. Belə ki, 4 iyun 2019-cu ildə kredit müqaviləsi bağlanmış, tərəflər pandemiya böhranı başlanana qədər öz öhdəlikərini vicdanla icra etmişlər. 2020-ci ildə dünyada Covid-19 pandemiya böhranı başlamışdır. 2020-ci ilin mart ayında Azərbaycan Respublikasının Höküməti öz Qərarı ilə pandemiyaya qarşı mübarizə apararaq bütün ticarət mərkəzlərinin fəaliyyətini dayandırmış, insanların həmin mərkəzlərə gediş-gəlişinə qadağa qoymuşdur. Yəni, 2020-ci ilin mart ayından 2021ci ilin sentyabr ayına kimi, 18 ay ərzində ticarət mərkəzlərində yerləşmiş bütün restoranlar Hökümətin qərarına əsasən fəaliyyət göstərə bilməmişlər. əsas borca olan faizlər məhkəməyə müraciət edən tarixə 27 sentyabr 2023-cü il tarixinə kimi hesablanmalıdır. Belə ki, Bank həmin müraciəti etdikdən sonra da bir neçə ay keçmiş, onların da faizlərini hesablayıb məhkəmədən iddia məbləğinin artırılmasını xahiş etmişdir. Bundan başqa, Bank məhkəməyə müraciət etdiyi tarixdən bir neçə ay sonra, 2024-cü ilin yanvar-fevral aylarında Cavabdeh2 MMC tərəfindən 200.000 manat (117.700 $) pul girovda olan restoran avadanlığının dəyəri ödənilmiş və həmin avadanlıq artıq girovdan çıxarılmış, lakin göstərilmiş vəsait ümumi borcdan silinməmişdir. Beləliklə, hesab edirik ki, Bank tərəfindən tələb olunan məbləğ iddia ərzəsində hesablandığı kimi yox, aşağıdakı kimi hesablanmalıdır: Kreditin məbləği: 4.058.000 ABŞ dolları; Faiz dərəcəsi: 5%; Aylıq faiz: 16.908 $; Pandemiya dövrü: 18 ay – 16.908 x 18 = 304.350 $; Girovun satışından əldə olunan vəsait: Restoran avadanlığının girovdan çıxarılması ilə bağlı ödənilmiş 117.700 $ məbləğ borcdan silinməlidir, 3.247.543 $ (3.365.243 – 117.700). Bundan başqa, 200 nəfərdən çox işçisi olan Cavabdeh2 MMC-nin müflis vəziyyətə düşməsinin səbəbi də helə pandemiya böhranının yaranması olmuşdur. Beləliklə, Banka olan borc 3.247.543 $ hesablanmalı (əsas və faiz borcu biryerdə), dəbbə və cərimənin tutulması hissəsində tam rədd olunmalıdır. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş LP 029/2024 saylı 29 mart 2024cü il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci kmində yerləşən Cavabdeh4 mülkiyyətində olan əmlak kompleksinin bazar qiyməti 8 9 00 000 (səkkiz millyon doqquz yüz min) manat qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 69-390/21nömrəli, 13 aprel 2021-ci il tarixli Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-ində yerləşən Cavabdeh4 mülkiyyətində olan əmlak kompleksinin daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan göründüyü kimi, qeyd olunan əmlak komleksinin bazar qiyməti, 10.787.500,0 (on milyon yeddi yüzsəksən yeddi min beş yüz) manat təşkil edir. İş materiallarında olan əmtəəşünaslıq ekspertizası rəylərində Bakı- Quba yolunun 32-ci km-ində yerləşən Cavabdeh4 mülkiyyətində olan əmlak kompleksinin qiymətləri arasında kəskin fərqlər olduğu üçün birinci instansiya məhkəməsində təkrar əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə veridiyimiz vəsatəti əsassız olaraq rədd etmişdir. Ona görə də ipoteka ilə yüklü edilmiş əmlakın qiyməti real vəziyyətinə uyğun deyil. Ona görə də yenidən ekspertiza keçirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehlər tərərfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
24. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
28. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
29. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
30. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
31. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
32. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
33. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
34. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
35. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
“İpoteka haqqında” Qanun
36. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
37. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
38. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.
39. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
40. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.
41. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: .. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
42. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
43. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı
44. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
45. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.
46. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.
47. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
51. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
54. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
58. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisləndirilən hissələrində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsmumunu məbləği və mübahisləndirilən ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, iddiaçının apellyasiya şikayəti qismən (dövlət rüsumunun məbləği hissəsində) təmin edilməli, cavabdehin apellyasiya şikayəti (ipoteka predmetinin ilkin satış qiyməti ) qismən təmin edilməlidir.
60. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
61. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
62. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ASC "xxxx" Bankı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********55219 №-li Kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Borcalana 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 5 % (beş faiz) ödənilməsi şərtilə, 1.060.000 ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açılmış, xx.xx.2019-cu il tarixdə Borcalanla İddiaçı arasında Kredit xətti müqaviləsinə 01 №-li Əlavə saziş bağlanmışdır. Həmin Sazişlə, kredit xətti limiti 140 000 ABŞ dolları məbləğində artırılaraq 1200 000 ABŞ dolları müəyyən edilmiş, borcalanla İddiaçı arasında Kredit xətti müqaviləsinə xx.xx.2019-cu il tarixli 02 №-li Əlavə saziş bağlanmaqla Kredit xətti müqaviləsi üzrə kredit xətti limiti 1 975 000 (ABŞ dolları məbləğində artırılaraq 3 175 000 ABŞ dolları müəyyən edilmiş, borcalanla İddiaçı arasında Kredit xətti müqaviləsinə bağlanmış xx.xx.2020-ci il tarixli 03 №-li Əlavə sazişə əsasən kredit xətti limiti yenidən 883 000 ABŞ dolları məbləğində artırılaraq 4 058 000 ABŞ dolları müəyyən edilmiş, borcalanla İddiaçı arasında Kredit xətti müqaviləsinə bağlanmış xx.xx.2020-ci il tarixli 04 №-li Əlavə sazişə əsasən güzəşt müddəti 6 ay artırılaraq 18 aya çatdırılmışdır.
63. Birinci instansiya məhkəməsində icraat zamanı təyin olunmuş ekspertiza əsasında verilmiş ekspertin xx.xx.2024-cü il tarixli, 9/9927 saylı rəyində Cavabdeh2 MMCnin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il taixli **********55219 saylı bərpa olunmayan kredit xətti müqaviləsinin və xx.xx.2019-cu il tarixli, 01 nömrəli, xx.xx.2019-cu il tarixli, 02 nömrəli, xx.xx.2020-ci il tarixli, 03 nömrəli və xx.xx.2020-ci il tarixli, 04 nömrəli əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu cəmi 3.881.232,60 ABŞ dolları məbləğində və xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 3899103,93 ABŞ dolları məbləğində, "xxxx" MMC ilə "xxxx" Bank ASC arasında bağlanmış 0.06.2019cu il tarixli **********55219 saylı bərpa olunmayan kredit xətti müqaviləsinin 6.2-ci bəndinə əvə təqdim edilmiş cərimə hesabından çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə 479478,46 ABŞ dolları məbləğində və xx.xx.2023-cü il tarixə 481052,91 ABŞ dolları məbləğində cərimə borcu, xx.xx.2019-cu il tarixli **********55219 saylı bərpa olunmayan kredit xətti müqaviləsi üzrə iş materiallarında olan hesabdan çıxarışa məlumatlarından göründüyü kimi Cavabdeh2 MMC-nin kredit üzrə banka xx.xx.2023-cü il tarixədək 952231,38 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, Bank tərəfindən həmin məbləğin 672911,01 ABŞ dolları faiz borcuna və 279320,37 ABŞ dolları isə əsas borca silindiyi müəyyən edilmişdir.
64. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən, təkrar məhkəmə kompleks əmtəəşünaslıq və mühasibatlıq ekspertizaları təyin edilmiş, mühasibatlıq ekspertizası üzrə ekspertin xx.xx.2025-ci il tarixli, 9/9927 saylı rəyində Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə suallarda soruşulan tarixlərə olan borcu xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 3.784.517,16 ABŞ dolları, faiz borcu üzrə 96.715,44 ABŞ dolları, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 3.784.517,16 ABŞ dolları, faiz borcu üzrə 114.586,77 ABŞ dolları müəyə edilmişdir. O cümlədən Cavabdeh2 MMC ilə "xxxx" Bankı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********55219 saylı bərpa olunmayan kredit xətti müqaviləsinin 6.2-ci bəndinə və təqdim edilmiş cərimə hesabından çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə 479.478,46 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixinə isə 481.052,91 ABŞ dolları məbləğində cərimə borcu müəyyən edilmiş, Cavabdeh2 MMC tərəfindən iddiaçı "xxxx" Bankı ASC-nə xx.xx.2023-cü il tarixdə 117.647,06 ABŞ dolları məbləğində ödənişin aparıldığı, həmin ödənişin də bank tərəfindən gecikdirilmiş əsas borcdan silinməsi müəyyən olunmuşdur. Lakin ekspert qarşısında qoyulmuş cavabdehin borcunun xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə qeyd olunan 117.647,06 ABŞ dolları məbləğində ödəniş hazırkı hesablama zamanı nəzərə alınmadığı qeyd olunmuşdur.
65. ƏN Məhkəmə Eskpertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10300/2024 saylı eskpert rəyində Sumqayıt şəhəri, Bakı Quba yolunun 32-ci kilometrində və ya həmin ərazidə yerləşən analoji əmlak kompleksinə dair məlumat olmadığından, tədqiqat aparılmasının mümkün olmadığı qeyd olunmuşdur.
66. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, təkrar məhkəmə kompleks əmtəəşünaslıq və mühasibatlıq ekspertizası təyin olunmuş, əmtəəşünaslıq ekspertizalarının aparılması Əmlak Ekspertizası Mərkəzinə, mühasibatlıq ekspertizasının aparılması AR Auditorlar Palatasına həvalə olunması qərara alınmışdır.
67. Əmlak Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-də yerləşən Cavabdeh4 mülkiyyətində olan əmlak kompleksinin bazar qiymətinin 7.572.000 manat, likvid dəyərinin 6.286.312 manat olduğu müəyyən olunmuşdur.
68. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış məlumatdan görünür ki, digər əmlaklarla bağlı mühasibatlıq ekspertizasının aparılması üçün Auditorlar Palatası tərəfindən ayırılmış audit şirkəti yüksək məbləğdə xidmət haqqı tələb etdiyindən ekspertizasının keçirilməsi mümkün olmamışdır.
İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı
69. Apellyasiya baxışı zamanı alınmış təkrar ekspertiza rəyini də nəzərə alan kollegiya hesab edir ki, müvafiq rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi əsas, faiz və cərimə borclarının məbləğini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.
70. Belə ki, müqavilənin 2.6-c i bəndinə əsasən Kredit xəttindən istifadəyə görə faizlər Borc alanın ssuda hesabı üzrə borcunun yarandığı gündən başlamaqla hər təqvim günü üçün (əsas kimi ayda 30 gün. ildə isə 36(1 gün gülürülür) borcun tam ödənildiyi tarixə qədər hesablanır.
71. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borcunun məbləğləri ilə bağlı gəldiyi nəticə ilə də razılaşır.
72. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranı gecikdirildiyi halda), gecikdirilən məbləğə (kreditin ödənilməmiş hissəsinə) görə kreditora cərimə ödəyir.
73. Göründüyü kimi müqavilədə kredit ödənişləri üzrə gecikmələrin olduğu təqdirdə dəbbə pulunun ödənilməsi şərti nəzərdə tutulmuşdur.
74. Həmçinin, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
75. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi və Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, dəbbə pulunun təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
76. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
77. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə məbləğlərini ağlabatan və ədalətli həddədək azaltmışdır.
78. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin həcminin artırılması barədə verilmiş ərizə üzrə ödənilmiş dövlət rüsmunun ödənilməsi dəlilli ilə razılaşaraq qeyd edir ki, ödəniş tapşırığına əsəsən iddiaçı tərəfindən 279,93 (iki yüz yetmiş doqquz manat 93 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənməlidir.
79. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə bağlı
80. Cavabdehlər apellyasiya şikayətinin dəlillərində tərəflər arasında bağlanmış kredit müqaviləsinin 8-ci bəndinə əsasən istinad edərək fors major hal baş verdiyindən onlara münasibətdə cərimə borcunun tutulmalı olmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müqavilə şərtlərinə əsasən cavabdehlərin fors major halın baş verməsi barədə 3 gün müddətində iddiaçıya məlumat vermək vəzifəsi müəyyən olunmuş, lakin hamıya bəlli olan “Covid” pandemiyası olsada müqavilə şərtlərindən irəli gələrək məlumat vermə vəzifəsini həyata keçirməsinə dair hər hansı sübut təqdim olunmamışdır.
81. Belə ki, xx.xx.2019-cu il tarixli **********55219 №-li Kredit xətti müqaviləsinin 8-ci maddəsinə əsasən, tərəflər bu Müqavilə ilə üzərilərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Müqavilənin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən gorə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar. Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlannın bu Müqavilənin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktlan aiddir.Bu Müqavilənin 8.1-ci bəndində göstərilən səbəblərdən Müqavilənin icrası mümkün ohnadiqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. Fors-major halların təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyiindən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar elməlidir. Fors-major halların baş verməsi barədə xəbərdar elməyən və ya vaxtlı-vaxtında xəbərdar etməyən Tərəf Müqavilə üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallara istinad etmək hüququnu itirir. Fors-major halların baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf qüvvədə olun qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Fors-major halların mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
82. Nəzərə alınmalıdır ki, qanunvericilik, yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
83. Apellyasiya şikayətinin dəlillərində cavabdehlər girov predmetinin satışından əldə olunan 705.882 ABŞ dolları vəsaitin əsas borcdan silinməli olmasını qeyd etsədə, hansı girovun satışından əldə olunan vəsait olduğunu, ödənişin edilməsisi barədə hər hansı sübutu təqdim etməmişdir.
84. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
85. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
86. Kollegiya apellyasiya şikayətinin restoran avadanlığının girovdan çıxarılması ilə bağlı ödənilmiş 117.700 ABŞ dolları məbləğin borcdan silinməli olması dəlilini əsassız hesab edərək qeyd edir ki, ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9927 saylı eskpert rəyində Cavabdeh2 MMC tərəfindən iddiaçı "xxxx" Bankı ASC-nə xx.xx.2023-cü il tarixdə 117.647,06 ABŞ dolları məbləğində ödənişin edildiyini, həmin ödənişin də bank tərəfindən gecikdirilmiş əsas borcdan silinməsinin müəyyən olunduğu qeyd olunmuşdur.
87. Apellyasiya şikayətinin dəlillərində iş üzrə keçirilmiş ekspertizalara əsasən Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-ində yerləşən Cavabdeh4 mülkiyyətində olan əmlak kompleksinin qiymətləri arasında kəskin fərqlər olduğu üçün yenidən ekspertiza keçirilməsi dəlilinin araşdırılması məqsədi ilə məhkəmə kollegiyasının müvafiq məhkəmə əməətşünaslıq eskpertizaları təyin olunmuş, son mütəxəssis rəyinə əsasən mübahisəli əmlak kompleksinin likvid dəyəti 6.286.000 manat müəyyən olunmuşdur.
88. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələdirilən ipoteka predmetinin qiyməti ilə bağlı bir-birindən fərqlənən qiymətləndirici rəyləri mövcuddur və məhkəmənin istinad etdiyi rəydə göstərilən qiymətlə tərəflərin ipoteka müqaviləsində razılaşdırdıqları qiymət arasındakı kəskin fərq ötən dövr ərzində daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyinin hər kəs tərəfindən bilinən reallıq olduğunu nəzərə alaraq sonuncu rəy işdəki digər sübutlarla birgə dəyərləndirilərək Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-ində yerləşən Cavabdeh4 mülkiyyətində olan əmlak kompleksinin ilkin satış qiymətinin 6.286.000 manat müəyyən edilməlidir.
89. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.1
90. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
91. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-283/2024 nömrəli, 20 iyun 2024-ci il tarixli qətnaməs Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-ində yerləşən Cavabdeh4 mülkiyyətində olan əmlak kompleksinin ilkin satış qiymətinin məbləği hissəsində və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmunun tuutlması hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmdən saxlanılmalıdır.
92. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş mühasibatlıq ekspertizanın dəyəri olan 200 (iki yüz) manat pul vəsaiti iddiaçı və cavabdehlərdən müştərək qaydada, əmtəəşünaslıq ekspertizanın dəyəri olan 100 ( yüz) manat pul vəsaiti cavabdehlərdə tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı mütəxəssis rəyinin tərtib edilməsi üçün 5.800 (beş min səkkiz yüz) manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq Əmlak Ekspertiza Mərkəzinin hesabına köçürülməli, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorların özünə aid edilməlidir.
93. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
94. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.3, 389, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" Bankı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3 MTK və Cavabdeh4 nümayəndəsi vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-283/2024 nömrəli, 20 iyun 2024-ci il tarixli qətnaməsi Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-ində yerləşən Cavabdeh4
1 Ali Məhkəmə, İş № 2-2(102)-553/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 49 mülkiyyətində olan əmlak kompleksinin ilkin satış qiymətinin məbləği hissəsində və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmunun tutulması hissəsində dəyişdirilsin. İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-ində yerləşən Cavabdeh4 mülkiyyətində olan əmlak kompleksinin ilkin satış qiyməti 6.286.000 (altı milyon iki yüz səksən altı min) manat məbləğində müəyyən edilsin. İddia ərizəsinin verilməsinə dair iddiaçı tərəfindən ödənillmiş dövlət rüsumunun əvəzi olaraq 4528.93 manat ( 4249+279.93) pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilıməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.