Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-654/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “telekanalların yayımlanmasının qadağan edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1425/2025 saylı qətnaməsindən iddiaçı verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. "xxxx" MMC (lisenziya verən) ilə İddiaçı MMC (lisenziya alan) arasında 01 noyabr 2018-ci il tarixdə 057/to/az saylı lisenziya müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə lisenziya verən müəyyən bir mükafata əsasən lisenziya alana qeyri-müstəsna lisenziyanı təqdim edir.
2. 01 noyabr 2018-ci il tarixdə 057/to/az saylı lisenziya müqaviləsinə 2 və 3 nömrəli Əlavə sazişlər imzalanmışdır.
3. "xxxx" MMC (prinsipal) ilə İddiaçı MMC (agent) arasında 01 oktyabr 2018- ci il tarixdə 1508/18 saylı agentlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə agent AR ərazisində dəyişməz formada “Bridge TV”, “BVT” televiziya kanalından ibarət prinsipala məxsus ardıcıl proqram məcmusunun yayımına verilmiş qeyri-müstəsna hüquqları üçüncü şəxslərə təqdim etmək kimi qeyri-müstəsna öhdəlikləri qəbul edir.
4. "xxxx" MMC "xxxx" MMC “X2 Limited” (DCEL) ilə İddiaçı MMC (operator) arasında 18 dekabr 2020-ci il tarixdə ******* saylı birləşmə haqqında saziş bağlanmışdır. Qeyd olunan saziş üzrə DCEL operatora qeyri-müstəsna hüquq verir, operator isə lisenziya müddəti ərzində bu sazişdə nəzərdə tutulmuş qaydada lisenziya ödənişlərinin DCEL-ə operator tərəfindən ödənilməsi şərtilə abunəçilərə kanalların təhvil verilməsi üçün bütün Abunəçilərə paylanma sistemləri vasitəsilə kodlaşdırılmış formatda ərazidə ödənişli televiziya vasitəsi ilə kanalları qəbul etməyi və sublisenziya verənlər vasitəsi ilə yayımlamağı öhdəsinə götürür.
5. İddiaçı MMC ilə Strim televiziya şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC-yə qeyri-müstəsna hüquq verilmişdir.
6. İddiaçı MMC ilə Evrokino şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC-yə qeyri-müstəsna hüquq verilmişdir.
7. İddiaçı MMC ilə “X6” X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli lisenziya müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdən 31 dekabr 2024-cü il tarixədək olan müddətə avtomatik prolonqasiya şərti ilə operatorlara telekanal yayımlanmaq hüququnun təqdim edilməsi üçün qeyri-müstəsna hüquq verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X9” Qapalı Səhmdar Cəmiyyətinə «Ред Медиа»: «365 дней ТВ», «Авто Плюс», «ИНДИЙСКОЕ КИНО», «КИНОСЕРИЯ», «КИНОКОМЕДИЯ», «КИНОМИКС», «КИНОПРЕМЬЕРА», «КИНОСВИДАНИЕ», «Кинохит», «Кухня ТВ», «Матч! Планета», «Мужское кино», «Наше новое кино», «Ностальгия», «РОДНОЕ КИНО», «Русская ночь», «КИНОСЕМЬЯ», «БОКС ТВ ПЛЮС», HD Life, Телеканал КХЛ (KHL TV Channel), КИНОУЖАС, Телеканал «Кто есть кто»; «Сигнал Медиа»: «Мульт», «Моя Планета», «Наука», «Живая Планета», «Техно 24», «Настоящее страшное телевидение (НСТВ)», «Мотор Спорт ТВ», «Синема», «Мама»; «ТНТ Музыкальный»; «ТВ Центр-İnternational» (TVCİ); Телеканал «ЕвроКино»; «Старт Медиа»: «Драйв (Drive)», «АВТО24 (AVTO24)»; «Стрим»: «Охота и рыбалка», «Ретро», «Усадьба ТВ», «Здоровое телевидение», «Вопросы и ответы», «Домашние животные», «Психология 21», «Иллюзион+», «Зоопарк», «Русский Иллюзион», «Детский»; Телеканал «Точка отрыва»; «Бридж ТВ»; «Discovery»: «Discovery», «Carton Network», «Animal Planet», «İD», «TLC», «Eurosport 1», «Eurosport 2»; «СТСİ»; «Домашнийİ»; «Перецİ»; «Ren TV İnternational»; «TMB»; «RU.TV»/«РУ.ТВ»; «ARİRANG» telekanallarının yayımının özü tərəfindən yayımlanmasının, habelə başqa şəxslərə ötürülməsinin qadağan edilməsinə və ödənilmiş 100,40 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə «X9» QSC arasında Kabel şəbəkələri ilə televiziya kanallarının yayımlanması haqqında 30 dekabr 2023- cü il tarixində 2-İM-AGS-23 saylı Lisenziya Razılaşması imzalanmışdır. 01 aprel 2024-cü il tarixində isə 1 saylı Əlavə Razılaşma ilə müqavilənin müddəti 31 dekabr 2024-cü ilədək uzadılmışdır. 1 saylı Əlavə Razılaşmaya əsasən «X9» QSC özünəməxsus kabel (İPTV) şəbəkəsi vasitəsi ilə «Ред Медиа»: «365 дней ТВ», «Авто Плюс», «ИНДИЙСКОЕ КИНО», «КИНОСЕРИЯ», «КИНОКОМЕДИЯ», «КИНОМИКС», «КИНОПРЕМЬЕРА», «КИНОСВИДАНИЕ», «Кинохит», «Кухня ТВ», «Матч! Планета», «Мужское кино», «Наше новое кино», «Ностальгия», «РОДНОЕ КИНО», «Русская ночь», «КИНОСЕМЬЯ», «БОКС ТВ ПЛЮС», HD Life, Телеканал КХЛ (KHL TV Channel), КИНОУЖАС, Телеканал «Кто есть кто»; «Сигнал Медиа»: «Мульт», «Моя Планета», «Наука», «Живая Планета», «Техно 24», «Настоящее страшное телевидение (НСТВ)», «Мотор Спорт ТВ», «Синема», «Мама»; «ТНТ Музыкальный»; «ТВ Центр- İnternational» (TVCİ); Телеканал «ЕвроКино»; «Старт Медиа»: «Драйв (Drive)», «АВТО24 (AVTO24)»; «Стрим»: «Охота и рыбалка», «Ретро», «Усадьба ТВ», «Здоровое телевидение», «Вопросы и ответы», «Домашние животные», «Психология 21», «Иллюзион+», «Зоопарк», «Русский Иллюзион», «Детский»; Телеканал «Точка отрыва»; «Бридж ТВ»; «Discovery»: «Discovery», «Carton Network», «Animal Planet», «İD», «TLC», «Eurosport 1», «Eurosport 2»; «СТСİ»; «Домашнийİ»; «Перецİ»; «Ren TV İnternational»; «TMB»; «RU.TV»/«РУ.ТВ»; «ARİRANG» telekanallarını xx.xx.2024-cü il tarixindən yayımlayır. Üçüncü tərəflər yuxarıda göstərilən Lisenziyalı Kanalları «X9» QSCdən alır və bu kanalları özləri yayımlayırlar. Bu hərəkətlər 30 dekabr 2023-cü il tarixli 2-İM- AGS-23 saylı Lisenziya Razılaşmasının şərtlərinin kobud şəkildə pozulmasıdır. 2-İM-AGS- 23 saylı Lisenziya Razılaşmasının 1.1-ci bəndinə əsasən: « ... Operator hazırki Razılaşmaya əsasən Agent tərəfindən təqdim olunan heç bir huquqların heç bir üçüncü şəxsə subliseniyalama hüququna malik deyil.» Abunəçilər - Operatorla müvafiq razılaşma əsasında Lisenziya Kanallarını qəbul edən və gələcəkdə kanalları yayımlamaq hüququna malik olmayan X4 fiziki və/və ya hüquqi şəxsləridir (son istehlakçılar). «X9» QSC bu hərəkətləri ilə iddiaçıya maddi ziyan vurmuş və imicinə və işgüzar nüfuzuna xələl yetirmişdir. «X9» QSC müqavilə şərtlərini kobud şəkildə pozaraq həmin kanalların yayım hüququnu üçüncü tərəfə - "xxxx" MMC-yə və "xxxx" MMC-yə qeyri-qanuni olaraq satır. Bildirirl’r ki, bu hal iddiaçının hüquqlarının pozulmasıdır. Qeyd edirlər ki, İddiaçı MMC ilə «X9» QSC arasında Kabel şəbəkələri ilə televiziya kanallarının yayımlanması haqqında 30 dekabr 2023-cü il tarixli müqavilə tərəflərindən xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada ləğv edilmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilə tərəflərindən ləğv edilməsinə baxmayaraq «X9» QSC tərəfindən kanalların qanunsuz və əsassız olaraq yayımlanması və eləcə də 3-cü şəxslərə ötürülməsi hərəkətləri davam etdirilməkdədir. Göründüyü kimi cavabdeh bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuşdur.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1425/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istinad olunan normaların məzmunundan məlum olduğu kimi yalnız müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri həmin hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Eləcə də müəlliflik hüququnu və əlaqəli hüquqları pozan hərəkətlərin dayandırılmasını da yalnız həmin hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tələb edə bilərlər. Məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilən lisenziya (sublisenziya) müqavilələrinə əsasən İddiaçı MMC-yə həmin telekanalların kabel şəbəkəsi vasitəsilə Azərbaycan Respublikası ərazisində yayımlanmasına dair qeyri-müstəsna lisenziya verilmişdir. İşin halları ilə təsdiq edilmişdir ki, İddiaçı MMC Azərbaycan Respublikası ərazisində yayımlanmasına dair qeyri-müstəsna lisenziyaya sahib olduğu telekanallara münasibətdə müəllif və digər əlaqəli hüquqların sahibi olmamaqla həmin hüquqların Azərbaycan Respublikası ərazisində istifadəçilərdən biridir. Belə olan halda isə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun tələbləri baxımından iddiaçı "xxxx" MMCnin iddia ərizəsində göstərilən telekanallarla bağlı müəllif hüquqlar və əlaqəli hüquqların müdafiəsinin, həmin hüquqları pozan hərəkətlərin qadağan edilməsi ilə bağlı iddia irəli sürməyə dair subyektiv hüquqa malik deyildir. Bundan başqa qeyd edilmişdir ki, iddiada qeyd edilmiş «Мульт», «Моя Планета», «Наука», «Живая Планета», «Техно 24», «Настоящее страшное телевидение (НСТВ)», «Мотор Спорт ТВ», «Синема», «Мама»; kanallarına münasibətdə, iddiaçının “X6” şirkəti ilə, müstəsna yayım hüququ ilə bağlı müqaviləsi olsa da, qeyd edilmiş müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Ona görə də, qeyd edilmiş kanalların yayımının qadağan edilməsi tələbi ilə bağlı da, iddiaçının subyektiv hüququ yoxdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 30.2, 44.1, 44.2, 45.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "X7" MMT istisna olmaqla digər şirkətlərlə bağlanmış müqavilələrdə qeyri-müstəsna hüquq verildiyindən həmin kanallara münasibətdə məhkəməyə iddia ilə müraciət etmək üçün iddiaçının subyektiv hüququnun olmaması; "X7" MMT ilə müstəsna hüquqa dair müqavilənin mövcud olmasına baxmayaraq həmin müqavilə üzrə müddətin bitməsi səbəbindən adıçəkilən şirkətin pozulmuş hüquqlarının qorunmasına subyektiv hüququn olmaması; Məhkəmənin birinci mövqeyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. Kanal sahibləri ilə iddiaçı arasında bağlanmış müqavilələrin əksəriyyətində qeyrimüstəsna hüquq verilsə də lakin həmin müqavilələrdə adıçəkilən kanalların digər şəxslər tərəfindən icazəsiz olaraq retransliyasiyası zamanı kanal sahibinin hüquqlarının pozulmasının qarşısını almaq üçün iddiaçıya hüquqlar verilmişdir. Lakin işə baxan məhkəmə müqavilə üzrə bu halı nəzərə almamış və yalnız qeyri-müstəsna hüquqa toxunmaqla öz işini bitmioş hesab etmişdir. Halbuki iddianı rədd etməklə məhkəmə adıçəkilən kanalların ölkə ərazisində qanunsuz olaraq yayımına şərait yaratmaqla hüquqi şəxsləri hüquqazidd əməllər törətməyə həvəsləndirmişdir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçının şikayəti əsasında Audiovizual Şura tərəfindən cavabdeh hüquqi şəxs öz qanunsuz hərəktlərinə görə inzibati qaydada tənbeh tətbiqinə məruz qalmışdır. Məhkəmənin bu mövqeyi qeyd edilən kanalların ödəniş əsasında yayımını həyata keçirən hüquqi şəxsləri də vicdanlı olmamağa sövq edir. Bu isə telekommunikasiya sahəsində təhlükəli presidentin yaranmasına gətirib çıxarır. Əgər cavabdeh təşkilat mübahisə predmeti olan telekanalların yayımına dair kanal sahibləri ilə müqaviləsi olsa idi, o zaman bu hüquqazidd əməllrədən qorunmaq üçün məhkəməyə müraciət etmək zərurəti də ortadan qalxacaqdı. Məhkəminin "X7" MMT ilə bağlı arqumentinə dair bildirmək istəyir ki, adıçəkilən müqavilədə prolonqasiya hüququ nəzərdə tutulsa da işə baxan məhkəmə bilərəkdən həmin hissəyə toxunmamış və hesab etmişdir ki, guya həmin subyektə mənsub kanallar üzrə müstəsna yayım hüququnun qüvvəsi mövcud deyildir. Lakin müqavilə diqqətlə nəzər yetidikdə bu hüququn hazırda da mövcud olduğu aşkar görünür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının tələbinin əsası kimi əlavə olaraq lisenziya müqavilələri bağladığı şirkətlərin məktublarına istinad etdi, məktublarda onların müstəsna səlahiyyətə malik olduğunun ifadə olunduğunu bildirdi.
17. Cavabdehin nümayəndəsi və vəkili iddiaçının apellyasiya şikayətinin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq Chrono Events FZE ilə aralarında bağlanılmış lisenziya müqaviləsinə əsasən mübahisəli kanalları yayımlamaq hüququnun olmasını bildirdi.
Tətbiq edilən hüquq:
18. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 44.1-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. -45.1-ci maddəsinə görə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. -30.1-ci maddəsinə görə bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Əmlak hüquqlarının verilməsi müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (müstəsna lisenziya), yaxud qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi (qeyri-müstəsna lisenziya) əsasında həyata keçirilə bilər. - 30.2-ci maddəsinə əsasən müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir. -30.3-cü maddəsinə görə qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyri-müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa şəxslə bərabər istifadəyə icazə verir.
19. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, İddiaçı MMC “X9” Qapalı Səhmdar Cəmiyyətinə «Ред Медиа»: «365 дней ТВ», «Авто Плюс», «ИНДИЙСКОЕ КИНО», «КИНОСЕРИЯ», «КИНОКОМЕДИЯ», «КИНОМИКС», «КИНОПРЕМЬЕРА», «КИНОСВИДАНИЕ», «Кинохит», «Кухня ТВ», «Матч! Планета», «Мужское кино», «Наше новое кино», «Ностальгия», «РОДНОЕ КИНО», «Русская ночь», «КИНОСЕМЬЯ», «БОКС ТВ ПЛЮС», HD Life, Телеканал КХЛ (KHL TV Channel), КИНОУЖАС, Телеканал «Кто есть кто»; «Сигнал Медиа»: «Мульт», «Моя Планета», «Наука», «Живая Планета», «Техно 24», «Настоящее страшное телевидение (НСТВ)», «Мотор Спорт ТВ», «Синема», «Мама»; «ТНТ Музыкальный»; «ТВ Центр-İnternational» (TVCİ); Телеканал «ЕвроКино»; «Старт Медиа»: «Драйв (Drive)», «АВТО24 (AVTO24)»; «Стрим»: «Охота и рыбалка», «Ретро», «Усадьба ТВ», «Здоровое телевидение», «Вопросы и ответы», «Домашние животные», «Психология 21», «Иллюзион+», «Зоопарк», «Русский Иллюзион», «Детский»; Телеканал «Точка отрыва»; «Бридж ТВ»; «Discovery»: «Discovery», «Carton Network», «Animal Planet», «İD», «TLC», «Eurosport 1», «Eurosport 2»; «СТСİ»; «Домашнийİ»; «Перецİ»; «Ren TV İnternational»; «TMB»; «RU.TV»/«РУ.ТВ»; «ARİRANG» telekanallarının yayımının özü tərəfindən yayımlanmasının, habelə başqa şəxslərə ötürülməsinin qadağan edilməsinə, yəni müəllif hüquqlarının müdafiəsinə dair iddia tələbi irəli sürmüşdür.
25. Kollegiya ilk növbədə qeyd edir ki, müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyinin tələblərinə əsasən yalnız müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.
26. Odur ki, məhkəmə tərəfindən ilk növbədə iddiaçının hazırkı iddianı irəli sürməyə dair subyektiv hüququnun olub-olmaması yoxlanılmalıdır.
27. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.
29. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
30. Hazırkı halda iddiaçı müəllif hüququnun sahibi olmasını təsdiq etmək üçün yuxarıda adı çəkilən telekanallara dair müəllif və digər əlaqəli hüquq sahibləri olduqları iddia edilən "xxxx" MMC, "xxxx" MMC, “X2 Limited” şirkəti, Evrokino şirkəti, “X6” X3 və Strim televiziya şirkəti ilə bağladığı lisenziya müqavilələrini məhkəməyə təqdim etmişdir. Həmin müqavilələrin məzmunundan göründüyü kimi sözügedən müqavilələrə əsasən adıçəkilən şirkətlər tərəfindən iddiaçıya telekanallardan istifadəyə dair qeyri-müstəsna hüququn verilməsi nəzərdə tutulmuşdur.
31. Bu zaman qeyd edilməlidir ki, “X6” X3 ilə bağlanmış lisenziya müqaviləsinin tərcüməsində həmin müqaviləyə əsasən verilmiş lisenziyanın müstəsna olması göstərilsə də, işə apellyasiya instansiya məhkəməsində baxılarkən tərəflərin iştirakı ilə müqavilənin mətni və tərcüməsi müqayisə edilmiş və tərcümədə səhvə yol verildiyi və sözügedən müqavilədə də iddiaçıya qeyri-müstəsna hüquqların verilməsinin nəzərdə tutulduğu müəyyən edilmişdir.
32. Bununla bağlı qeyd edilir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin məzmunundan göründüyü kimi əqli mülkiyyət obyektindən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadə etmək hüququ ilə yanaşı digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququna malik olan müstəsna lisenziyanın sahibindən fərqli olaraq qeyri-müstəsna (sadə) lisenziya sahibi yalnız eyni üsulla istifadəyə razılıq almış başqa şəxslə(şəxslərlə) bərabər əqli mülkiyyət hüququndan istifadə etmək hüququna malik olur. Odur ki, hazırkı halda iddiaçının lisenziya müqavilələri bağladığı şirkətlərin mübahisəli telekanallarla bağlı müəllif və əlaqəli hüquqların sahibləri olması ehtimal edilsə belə iddiaçı həmin lisenziya müqavilələri əsasında yalnız əqli mülkiyyət obyektindən istifadəyə dair qeyri-müstəsna hüquq, yəni əqli mülkiyyət obyektindən digər istifadəçilərlə yanaşı istifadə hüququ əldə etdiyindən müəlliflik və ya əlaqəli hüquqların sahibi hesab edilmir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, telekanallarla bağlı müəllif hüquqlar və əlaqəli hüquqların müdafiəsinin, həmin hüquqları pozan hərəkətlərin qadağan edilməsi ilə bağlı hazırkı iddianı qaldırmağa dair subyektiv hüququ yoxdur.
33. müəllif hüquqları sahibləri olması iddia olunan şirkətlər tərəfindən göndərilmiş və apellyasiya instansiya məhkəməsində təqdim edilmiş iddiaçıya telekanallara dair AR ərazisində müstəsna hüquq verilməsi barədə məktublara münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin mümkün olmamasını əsaslandıra bilməmişdir. Odur ki, MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından həmin sübutların apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməsi üçün əsaslar mövcud deyildir.
34. Digər tərəfdən həmin sənədlər sübut kimi qəbul edilsə belə, qeyd edilməlidir ki, yuxarıda göstərilən qanunvericilik normalarının məzmunundan da göründüyü kimi əqli mülkiyyət obyektinə dair müstəsna və qeyri-müstəsna hüquqların verilməsi hüquq sahibi ilə bağlanılmış lisenziya müqavilələri əsasında həyata keçirilməlidir. İddiaçı yuxarıda göstərilən şirkətlərlə mübahisəli telekanallara dair müstəsna hüquqların verilməsinə dair yeni lisenziya müqavilələrin bağlanmasını və ya aralarında bağlanmış qeyri-müstəsna lisenziya müqavilələrinə müvafiq dəyişiklik edilməsini təsdiq edən razılaşmaları, eləcə də kontragentlərinin telekanallar üzərində hüquq sahibi olmasını təsdiq edən sübutları təqdim etməmişdir. Odur ki, sözügedən məktublar iddiaçının telekanallarla bağlı AR ərazisində müstəsna hüquqlara malik olması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1425/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Elnur Həsənov
Təranə Mahmudova