Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-674/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı şirkətinin filialı cavabdehlər Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2358/2020 nömrəli qərardadından (hakim Fərrux Qasımov) İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı şirkətin filialı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə “Verio Group Limited” şirkəti arasında bağlanmış “boru məhsullarının alğı-satqısı”na dair PUR/BOC 032/20 saylı, xx.xx.2020-ci il tarixli müqavilənin 01/20 saylı Spesifikasiyasına əsasən şərtləşdirilmiş və müqavilə bağlanan tarixdə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “Verio Group Limited” şirkətinə ödənilməsi üçün şirkətin “xxxxxx” ASC-də olan hesabından köçürülmüş 424000 ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalaması Fondu tərəfindən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2358/2020 nömrəli qərardadına əsasən iş məhkəmədə baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv olunmasını, iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdim edilən sənədlərə əsasən şirkətin “xxxxxx” ASC-də olan hesabından “Verio Group Limited” şirkətinin hesabına köçürülməsi üçün şirkətin hesabından silinmiş 424000,00 ABŞ dolları məbləğində pul vəsaitinin qaytarılması ilə əlaqədar şirkət tərəfindən dəfələrlə cavabdehlərə müraciət olunmuş, lakin, nə şirkətin tələbi həmin təşkilatlar tərəfindən yazılı şəkildə qeydə alınmamış, nə də şirkətin müraciətlərinə razılıq və ya imtina barədə təsdiqedici cavab verilməmişdir. Tələbin məzmunundan görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının hesabı “xxxxxx” ASC-də olmuşdur, pul vəsaiti həmin hesaba köçürülmüşdür və hazırkı tələb də faktiki olaraq “xxxxxx” ASC-yə qarşı yönəlmişdir. Lakin “xxxxxx” ASC ləğvetmə prosesində olduğuna görə qanunvericilik həmin hüquqi şəxsə qarşı iddia qaldırılmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1- ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı işlərin icraatına xitam verilməsini nəzərdə tutur. İrəli sürülmüş iddia tələbi bankın hüquq qabiliyyətindən irəli gələn iddia olduğundan iş üzrə icraata xitam verilməsi barədə məhkəmə düzgün nəticəyə gəlməmişdir. İddiaçının şikayəti Bakı Kommersiya Məhkəməsini xx xxxxxxx 2020-ci il tarixli, e-2- 2(113)- 2358/2020 nömrəli qərardadı ilə təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iclasda öz nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2358/2020 nömrəli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi icraata xitam verilməli olduğuna dair iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının kreditor tələbi ləğv prosesində olan “xxxxxx” ASC-nə qarşı yönəldiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1- ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2017-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin məzmununda iddiaçı mübahisənin ləğv prosesində olan “xxxxxx” ASC-dəki hesablaşma hesabındakı vəsaitin iddiaçıya verilməməsi ilə bağlı yarandığı qeyd edilsə də, iddiaçı iddianı ləğv prosesində olan “xxxxxx” ASC-yə qarşı deyil, Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı qaldırmışdır. İddia ərizəsində iddiaçı ona məxsus vəsaitin cavabdehlər tərəfindən mənimsənildiyini qeyd edərək tələb hissəsində həmin vəsaitin cavabdehlərdən tutulmasını tələb edir. Göründüyü kimi, hazırkı halda iş üzrə cavabdehlər ləğv prosesində olmadığından iş üzrə icraata xitam verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə iddiaçının tələblərinə mahiyyəti üzrə baxaraq onlara hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2358/2020 nömrəli qərardadı ləğv edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 398.0.2, 400-402-ci maddələrini rəhbər tutaraq qərаrа аldı: İddiaçı şirkətinin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2358/2020 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-674/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-674/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver