Məhkəmə qərarları › İş №2-2(103)-674/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-674/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-674/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı “X7 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair ilk, Cavabdeh iddiaçı “X7 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” qarşılıqlı tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-111/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödənilməmiş 88736 manat borcun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-dən "xxxx"-ya olan borc - 43712,26 manat tutularaq Cavabdeh MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-111/2024 nömrəli qətnaməsi ilə iddiaçı “X7 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair ilkin iddiasının təmin edilməsi, Cavabdehndən müqavilə üzrə ödənilməmiş 88736 (səksən səkkiz min yeddi yüz otuz altı) manat məbləğində pul vəsaitin alınaraq iddiaçı “X7 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Cavabdeh iddiaçı “X7 (PMC)” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-111/2024 nömrəli qətnaməsini tam ləğv edərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Railistics GmbH, PMC və Railistics Azərbaycan arasında 01 dekabr 2021-ci il tarixli X8 imzalanmışdır (müqavilənin surəti iş materiallarında var). 01 dekabr 2021-ci il tarixli X8 PMC üçün ümumi məbləği 471.092,00 AZN müəyyən edir. Bu məbləğdən 20%-lik “ehtiyat” Layihə ilə bağlı gözlənilməz xərclər üçün “risk ehtiyatı” kimi müəyyən edilmişdir. Bu, PMC üçün 94.218,40 AZN-dir. Müqaviləyə əsasən, müvafiq gözlənilməz xərclər Railistics GmbH və PMC arasında 80/20 nisbətində bölüşdürüləcəkdir. Müxtəlif səbələrə görə layihə xərcləri əhəmiyyətli dərəcədə artdı. Risklər üçün ayrılmış ümumi məbləğ onları tam əhatə etmək üçün kifayət deyil. Bütün gözlənilməz xərcləri aparıcı partnyor Railistics GmbH öz üzərinə götürmüşdür. Bu xərclər aşağıdakılardır: a) Gözlənilməz xərclər, Layihənin dayandırılması və “pilot layihə” Layihə rəsmi olaraq 3 iyun 2020-ci ildə başladı (Layihənin başlamasını təsdiq edən məktubun surəti iş materiallarında var). 2020-ci ildə koronovirus pandemiyası ilə əlaqədar vəziyyətə görə layihə rəsmi olaraq 27 iyul 2020-ci ildə 12 aprel 2021-ci il tarixinədək, demək olar ki, bir il müddətinə dayandırıldı (Layihənin dayandırlması ilə bağlı razılaşmanın surəti iş materiallarında var). Layihə rəsmi olaraq Bakıda açılış iclası ilə yenidən başladı (Layihənin yenidən başlaması ilə bağlı iclas protokolunun surəti iş materiallarında var).2020-ci ilin iyulundan 2021-ci ilin aprelinə qədər olan rəsmi fasilə zamanı aparıcı məsləhətçi Railistics GmbH Layihə üzərində davamlı işləməli oldu – bu gözlənilməz idi. Bu planlaşdırılmamış işin əsas səbəblərindən biri PMC ilə Müştəri arasında “pilot layihə” haqqında ikitərəfli şifahi razılaşma idi. PMC aparıcı partnyor kimi Railistics GmbH ilə məsləhətləşmədən Birgə Müəssisə adından “pilot layihə” həyata keçirməyə razılaşdı. Gələcək Layihənin tam məzmunu üçün “nümunə” kimi xaricdən yerinə yetirilməli olan bu “pilot layihə” Railistics GmbH ilə Müştəri arasında mübahisəyə səbəb oldu. Railistics GmbH izah etməli oldu ki, bu “pilot layihə”ni həyata keçirmək mümkün deyil, çünki o, tam Layihə ilə eyni işi ehtiva edir. Lakin Müştəri fərqli fikirdə idi və PMC aparıcı partnyor Railistics GmbH-dan fərqli olaraq bu fikri dəstəklədi. Bu “pilot layihə” və müzakirələr yüksək xərclərə və nəhayət, bu Layihənin ümumilikdə böyük itkisinə səbəb oldu. Bu “pilot layihə”nin nəticələrinin heç biri Layihə zamanı istifadə edilə bilmədi. PMC ilə bu insident PMC əvəzinə daha etibarlı yerli tərəfdaşları işə cəlb etmək ehtiyacını ortaya çıxardı. X1 etimadını itirdi və bu etimad sonradan Bakıda iş zamanı yüksək səylə yenidən bərpa olunmalı oldu. Bu “pilot layihə” üzrə xərclər cəmi 235.345,65 avro təşkil etmişdir (Layihənin dayandırılması zamanı çəkilmiş xərclərə dair hesablama əlavə olunur). Railistics GmbH və PMC arasında bölüşdürülürsə, bu məbləğ Railistics GmbH üçün 80% - 188.276,52 avro və PMC üçün 20% - 47.069,13 avro və ya 87.165,06 AZN kimi bölünür. Bu xərclər gözlənilməz olub və onlar Layihənin müqavilə ilə məyyənləşdirilmiş məzmunu ilə əlaqəli deyildi. Bundan əlavə, onlar X4 təsbit olunmuş layihə tərəfdaşları arasında razılaşdırılmış koordinasiya olmadan PMC tərəfindən başlanmışdır. Bundan əlavə, hesabatların və nəticələrin hazırlanması və Müştəri ilə müzakirə tam olaraq Railistics GmbH tərəfindən həyata keçirilməli olduğu üçün PMC bu gözlənilməz işin həllinə töhfə vermədi. Xüsusilə qeyd etmək lazımdır ki, bu pilot layihənin kimin təşəbbüsü ilə başlaması onun müqavilədə qeyd olunduğu kimi gözlənilməz olduğu və gözlənilməz xərc yaratması baxımından heç bir əhəmiyyət kəsb etmir və araşdırılmasına ehtiyac da yoxdur. PMC də bunu mübahisələndirmir. Ehtiyat vəsait məhz bu cür xərcləri qarşılamaq üçü nəzərdə tutulmuşdur. Pilot layihə ideyasının kim tərəfindən irəli sürülməsi heç bir əhəmiyyət kəsb etməsə də, onun məhz PMC tərəfindən başlanması, amma bütün xərclərin isə Railistics tərəfindən qarşılanması bu xərclərin ehtiyat vəsait hesabına qarşılanmalı olduğunu əlavə olaraq təsdiq edir. Yerli dəstək vəzifəsi və X13 işə cəlb edilməsi. 17 mart 2020-ci il tarixli X6 əsasən, PMC yerli dəstək işlərini həyata keçirməli idi. Buraya tapşırıqların həyata keçirilməsində dəstək, tapşırıqların uğurla yerinə yetirilməsinə vaxt ayırmaq, ekspertlərin fəaliyyətini təmin etmək, məlumatların toplanması və yayılmasında köməklik, yerli hakimiyyət orqanları ilə əlaqə, ofis dəstəyi, hesabatların və təqdimatların tərcüməsi, ekspertlər üçün əsas sənədlərin tərcüməsi daxildir. PMC yerli katiblik və tərcümə fəaliyyətləri ilə bağlı 17 mart 2020-ci il tarixli Birgə Müəssisə. Müqaviləsinə qismən əməl etdi (Lakin tərcümə işi çox gec başladı və bu da Layihənin yekunlaşdırılmasının bir neçə ay gecikməsinə səbəb oldu). Müştəri ilə yerli əlaqə ümumiyyətlə həyata keçirilmədi. Buna görə də, Müştəri yerli dəstək üçün əlavə işçilər işə götürməyi xahiş etdi. Railistics GmbH bu məqsədlə cənab Ramin Nurullanı işə götürdü. Bunun üçün xərclər tamamilə gözlənilməz olub və Layihənin risklə bağlı xərclərinə əlavə edilməlidir. Bu əlavə işçinin cəlb edilməsinə ehtiyac yalnız PMC mütəxəssislərinin Layihə ilə bağlı Müştəri ilə əlaqədə öz vəzifələrini yerinə yetirməməsi ilə əlaqədar idi. X13 2021-2022-ci illər arasında cəlb edilməsi ilə bağlı xərclər 67.067,53 avro təşkil etmişdir. İki tərəf arasında bölüşdürüldükdə bu məbləğ Railistics GmbH üçün 80% - 53.654,02 avro, PMC üçün isə 20% - 13.413,51 avro və ya 24.839,83 AZN təşkil edir. İstənilən halda, Ramin Nurulla və Pol Pauerin cəlb edilməsi əvvəlcədən əsas layihədə nəzərdə tutulmamışdı, bu, gözlənilməz xərc idi və ehtiyat vəsaitlər hesabına qarşılanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Layihənin dayandırılması zamanı X10 etimadını itirdi. Buna görə də Müştəri Layihənin nəticələrinə və davam edən iş performansına nəzarət etmək üçün Birgə Müəssisədən neytral və etibarlı ekspert işə götürülməsini gözləyirdi. Railistics GmbH ADY-də gördüyü digər işlərə görə ADY ilə və bu Layihədə həyata keçirilən işlərlə tanış olan cənab Pol Paueri işə götürdü. Onun əsas vəzifəsi Layihənin keyfiyyətini təmin etmək idi. X18 cəlb edilməsi Railistics GmbH üçün gözlənilməz idi. X18 öz vəzifələrini yerinə yetirmək üçün Layihə yenidən başladıqdan sonra Bakıya iki qısa missiyası olub. Bundan sonra etimad tam bərpa olundu. X17 cəlb edilməsi ilə bağlı xərclər 25.050,00 avro təşkil etdi. İki tərəf arasında bölüşdürüldükdə bu məbləğ Railistics GmbH üçün 80% - 20.040,00 avro və PMC üçün 20% - 5.010,00 avro və ya 9.277,78 AZN təşkil edir. b) Əsas ekspertlərə və yerli qısamüddətli ekspertlərə ödəniş. Bu Layihədə iştirak edən ekspertlər komandası qismən Birgə Müəssisə şirkətlərinin işçiləri və qismən də kənar məsləhətçilər kimi işə götürülüb. Railistics GmbH tərəfindən işə götürülən məsləhətçilər Railistics GmbH-nın müqaviləyə uyğun Layihə payının, PMC tərəfindən işə götürülən ekspertlər isə onun müvafiq Layihə payının bir hissəsidir. 2023-cü ilin yanvar ayında Müştəri tərəfindən 3-cü ödəniş tamamlandı və müqaviləyə uyğun olaraq müvafiq məbləğ PMC-yə köçürüldü. Railistics GmbH-ya PMC ekspertlərinin dediyinə görə, onlar müqavilələrinə uyğun olaraq ödənişlərini almadılar. Buna görə də, bu ekspertlər Müştərinin istəyi ilə Layihənin Bakıda keçiriləcək yekun təqdimatına getməkdən imtina etdilər. Bu, həmçinin PMC tərəfindən müqavilənin pozulmasını təşkil edir və Railistics GmbH-nın Müştəri qarşısındakı reputasiyasına təsir göstərir. Bundan əlavə, PMC subpodratçı ekspertlər Halil Demir, Musa Yılmaztürk, Tural Hezenzade və Xəzər Qasımzadəyə bildirmişdir ki, Railistics GmbH onların ödəmə məbləğini PMC-yə ödəmədən tutmuşdur. Buna görə də PMC mütəxəssislərə pul ödəməyəcək. Bu, həqiqətə uyğun olmayan bəyanatdır və dərhal PMCnin məsul şəxsi Nümayəndə2 bu haqda bildirilmişdir (emailin surəti əlavə olunur). Railistics GmbH və Layihənin uğuru həmin ekspertlərin töhfəsindən çox asılı idi. Mütəxəssislər gözləntilərə uyğun nəticələr versələr də, müqavilələrinə uyğun olaraq maaş almadıqları halda bu, Birgə Müəssisə və Railistics GmbH-nın reputasiyasına da mənfi təsir göstərərdi. Buna görə də Railistics GmbH bu ekspertlərə birbaşa ödəniş etdi, çünki Nümayəndə2 / PMC açıq şəkildə bildirdi ki, onlar 4-cü ödənişi aldıqda belə ekspertlərə pul verməyəcəklər. Bu məbləğ 91.848,00 AZN təşkil edir. Bu məbləğ tam şəkildə PMC tərəfindən ödənilməli idi (ekspertlərə ödəniş edilməsini təsdiq edən sənədlər əlavə olunur). Risklə bağlı xərclər üzrə ödənişlərin ümumi məbləği 327.463,18 avro təşkil edir. İki tərəf arasında bölüşdürüldükdə bu məbləğ Railistics GmbH üçün 80% - 261.970,54 avro və PMC üçün 20 65.492,64 avro və ya 121.282,66 AZN təşkil edir. Bu məbləğ PMC ilə bağlı ehtiyat məbləğ 94.218,40 AZN-dən 27.064,26 AZN çoxdur. 20% risk ehtiyatının məbləği faktiki xərcləri ödəmədiyindən əlavə xərclər də X4 razılaşdırıldığı kimi tərəflər arasında bölüşdürülür. Buna görə də 27.064,26 AZN məbləğində risklə bağlı əlavə xərclər PMC-yə 4-cü ödənişdən çıxılır. Eyni zamanda PMC ekspertlərinə ödəniş 91.848,00 AZN də PMCyə 4-cü ödənişdən çıxılmalıdır. Bu halda PMC-yə ödənişdən çıxılacaq ümumi məbləğ 118.912,26 AZN edir. PMC-yə 4-cü ödənişin məbləği 75.200,00 manat olmalı idi (ƏDVsiz). PMC tərəfindən Railistics-ə ödənilməli məbləğ isə 118.912,26 manat təşkil edir. Bu halda PMC-nin Railistics-ə 43.712,26 manat borcu yaranmış olur. PMC-dən Railistics-ə olan borc - 43.712,26 manat tutularaq Railistics Azərbaycana ödənilməlidir. Məhkəmə Railistics Azərbaycanın qarşılıqlı iddiada göstərilən tələbləri irəli sürmək hüququnun olmadığına görə bu faktiki hallara qiymət verməmişdir. Əlavə olaraq məhkəmə şahid, Railistics GmbH-nın rəhbəri X11 ifadələrini tam qeyd etməmiş və düzgün təfsir etməmişdir. Nəzərə alınmalıdır ki, Udo Sauerbrey xarici dildə (alman dilində) danışmış və nitqi tərcümə olunmuşdur. O, əslində demək istəmişdir ki (məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli mülahizələrdə də göstərildiyi kimi), PMC 3-cü ödənişi aldıqdan az sonra Railistics-ə qarşı hüquqi proseslərə başladı. Railistics bütün əvvəlki hesab-fakturalar dərhal ödənildiyi kimi, 4-cü PMC-yə eyni şəkildə ödəyəcəkdi. Railisticsin hesab-fakturaları ödəməyəcəyini güman etmək üçün ən kiçik səbəb yox idi. Mübahisəyə yalnız PMC-nin iddia qaldırması səbəb oldu. Railistics də belə olan halda 4-cü ödənişi PMC-yə deyil, PMC-nin ekspertlərinə etmişdir. Bu konteksdə məhkəmənin qeyd etdiyi “iddiaçının ekspertlərə pul ödəməyə söz verəcəyi halda özünün ödədiyi pulu geri qaytararaq 4-cü ödənişi ödəməyə hazır olduqlarını da bildirmişdir” cümləsi məhkəmə tərəfindən düzgün başa düşülməmişdir. X15 PMC-nin iddia qaldırdığı halda ona ödəniş edilməsinin əhəmiyyətsiz olduğunu və PMC iddiasını geri götürəcəksə, ekspertlərə ödədiyi pulu geri qaytararaq 4-cü ödənişi ödəməyə hazır olduqlarını bildirmişdir. Buna uyğun olaraq məhkəmənin qeyd etdiyi 4-cü ödənişin “iddiaçının ekspertlərə pul ödəməsi üçün təzyiq vasitəsi olaraq qəsdən ödənilməməsi” fikri kontekstdən çıxarılaraq qeyd olumuşdur. Belə ki, Udo Sauerbrey özü belə bir fikir səsləndirməmişdir. Hakim məhz bu sualı ünvanlamış, Udo Sauerbrey isə sadəcə cavab vermişdir. X14 xarici dildə danışması və buna uyğun olaraq yarana biləcək anlaşılmazlıqlar da nəzərə alınmalıdır. İstənilən halda isə bu, hüquqi əhəmiyyəti olmayan ifadə olmuşdur. Məhkəmə də bu ifadəyə istinad etsə də, ona hüquqi qiymət verə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, (qətnamənin 13-cü səhifəsi), “xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən "xxxx" iddiaçı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli X8 üzrə ödənişlərin verilməsi öhdəliyini cavabdehə vermiş və iddiaçı kreditor olaraq buna icazə vermişdir. Belə olan halda isə Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən Cavabdeh MMC borclu "xxxx"-ni əvəz edir və Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə cavabdehdir”. Railistics Azərbaycanın PMC-nin iddiasına qarşı 05 iyun 2023cü il tarixli etirazında onun əsl cavabdeh olmadığı, əsl cavabdehin Railistics GmbH olduğu əsaslandırılmış, 05 iyun 2023-cü il tarixli qarşılıqlı iddia isə buna uyğun olaraq məhkəmə tərəfindən həmin etiraz nəzərə alınmayacağı halda təmin olunması qeyd-şərti ilə irəli sürülmüşdü. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 22(102)-626/2023 nömrəli qərarı ilə Railistics Azərbaycanın etirazı təmin edilməmişdir. Belə olan halda, əgər Railistics Azərbaycan da bu iş üzrə cavabdeh, yəni borclu heab edilirsə, onda Railistics Azərbaycan və Railistics GmbH birgə borclular hesab edilir. Railistics Azərbaycanın Railistics GmbH-nı əvəz etməsinə gəldikdə isə, Railistics Azərbaycan cavabdeh kimi tanındığından, məhkəmə özünün də istinad etdiyi xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmanın 4-cü bəndini də nəzərə almalı idi. Həmin bəndə əsasən Aparıcı Tərəfdaş (Railistics GmbH) və Railistics Bakı (Railistics Azərbaycan) Birgə Müəssisə haqqında Müqavilənin 3.1.7-ci bəndinin Railistics Bakı tərəfindən yerinə yetirilməsinə və Railistics Bakının Sifarişçiyə vura biləcəyi hər hansı zərərə görə birgə və ayrılıqda məsuliyyət daşıyırlar. Beləliklə, Railistics Azərbaycan hətta cavabdeh olsa belə, Railsitcs GmbH-nı əvəz etməmişdir və Railistics Azərbaycan və Railistics GmbH birgə borclulardır. Mülki Məcəllənin 502-ci maddəsinə əsasən birgə borclunun kreditora qarşı müqavilənin mahiyyətindən irəli gələn və ya yalnız özünün hüququ çatan, yaxud birgə borcluların hamısı üçün ümumi olan bütün qarşılıqlı tələbləri irəli sürmək ixtiyarı vardır. Eyni zamanda Mülki Məcəllənin 503-cü maddəsinə əsasən borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. Railistics Azərbaycan və Railistics GmbH birgə borclular olduğundan Railistics Azərbaycanın Railistics GmbH-nın PMCyə qarşı irəli sürə biləcəyi bütün qarşılıqlı tələbləri irəli sürmək hüququ, yəni subyektiv hüququ var. Məhkəmə qeyd etmişdir ki (qətnamənin 13-cü səhifəsi), “İddiaçının başqa şəxslər (ekspertlər) qarşısında öhdəliyinin olması və cavabdeh tərəfindən iddiaçının razılığı olmadan həmin öhdəliyin icra edilməsi cavabdehi iddiaçı qarşısındakı öhdəlikdən imtina etməsinə əsas vermir”. Mülki Məcəllənin 431.1-ci maddəsinə görə öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Göründüyü kimi, məhkəmə kobud səhvə yol verərək, öhdəliyin üçüncü şəxs tərəfindən icrası zamanı kreditorun razılığının tələb olunmamasını müəyən edən Mülki Məcəllənin 431.1-ci maddəsini nəzərə almamışdır. Railistics GmbH tərəfindən PMC-nin ekspertlərinə ödənişi təsdiq edən ekspertlərin məktubları iki dəfə məhkəmə təqdim olunmuşdur. Üçüncü şəxs tərəfindən öhdəliyin icrası nəticəsində kreditor əsassız varlanmış olur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 528-ci maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Öhdəliyə xitam verilməsi mübahisəsiz olaraq varlanma hesab olunur. PMC varlanıb. Mütəxəssislərə ödəniş Railistics GmbH tərəfindən edildiyinə görə PMC Railistics GmbHnın hesabına varlanıb. PMC-nin bu cür varlanması üçün hüquqi əsas mövcud deyildi (yəni, Railistics GmbH-nın, məhkəmənin də qeyd etdiyi kimi, PMC-nin ekspertlərinə ödəniş etmək öhdəliyi yox idi). Beləliklə, Railistics GmbH tərəfindən mütəxəssislərə edilmiş ödənişlər nəticəsində PMC əldə etdiklərini Railistics GmbH-ya qaytarmalıdır. Başqa sözlə, Railistics GmbH-nın PMC-yə qarş tələbi mövcuddur. Mülki Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Railstics GmbH PMC-nin tələblərini özünün PMC-yə qarşı ola tələbləri ilə əvəzləşdirmişdir. Yaranan əlavə fərq isə PMC-dən tələb olunur. PMC bu əvəzləşdirmədən ən azı qarşılıqlı iddia qaldırıldığı vaxtdan məlumatlı olmuşdur. Yuxarıda əsaslandırıldığı kimi, birgə borclular olduğundan, Railsitcs Azərbaycan Mülki Məcəllənin 502 və 503-cü maddələrinə uyğun olaraq Railistics GmbHnın PMC-yə qarşı irəli sürə biləcəyi bütün tələb və etirazları irəli sürə bilər. Xüsusilə, Mülki Məcəllənin 503-cü maddəsinin 2-ci cümləsinə əsasən borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə də qalan borcluları icradan azad edir. Əlavə olaraq qeyd edir ki, məhkəmə iclasında iştirak etmiş Railistics GmbH-nın qanuni təmsilçisi Udo Sauerbrey də tələblərin Railistics Azərbaycan tərəfindən irəli sürülməsinə razı olmuş və buna etiraz etməmişdir. Əgər Railistics Azərbaycanın bu tələbləri irəli sürmək üçün subyektiv hüququ yox idisə, məhkəmənin 2 saata yaxın müddət ərzində Udo Sauerbreydən nəyə görə PMCnin ekspertlərinə ödəniş etməsini soruşması da sual doğurur – bu, qarşılıqlı iddia ilə bağlı məsələ idi. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddənin mətnindən tamamilə aydındır ki, məhkəmə iddiaçının tələb hüququ olmayan şəxs olması nəticəsinə gəldikdə onun əsl cavabdehlə əvəz edilməsini təklif emtəli və iddiaçının razılığı olmadıqda iddiaya irəli sürülmüş tələblər üzrə baxmalıdır. Yəni, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsinin həlli məkəmənin vəzifəsidir. Bu, məhəkəmə təcrübəsində də öz əksini tapır. Məsələn, Ali Məhkəmənin 2(102)-474/2020 №-li, xx.xx.2020-ci il tarixli qərarını (səhifə 6), 2(102)-213/2022 №li, xx.xx.2022-ci il tarixli qərarını (26 və 28-ci bəndlər) qeyd etmək olar. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tələb hüququ Railistics Azərbaycana deyil, Railistcs GmbH-ya məxsusdur. Belə olan halda, məhkəmə tərəfindən iddiaçının (Railistics Azərbaycanın) əsl iddiaçı (Railistics GmbH) ilə əvəz edilməsini təklif etməli idi. Məhkəmə belə bir təklif etməmiş, Railistics Azərbaycan da bundan imtina etməmişdir. Məhkəmə də qətnamədə bu haqda heç bir qeyd etməyib. Railistcs GmbH-nin qanuni təmsilçisi Udo Sauerbreyin məhkəmə iclasında iştirak etməsi və Railistics Azərbaycanın tələblərinə uyğun ifadə verməsi də onu ifadə edir ki, Railistics Azərbaycan üçün tələbin Railistics GmbH tərəfindən irəli sürülməsi təklifi etirazla qarşılanmayacaqdı. Beləliklə, məhkəmə kobud prosessual səhvə yol vermişdir. Railistics GmbH tərəfindən PMC-nin ekspertlərinə ödənişi təsdiq edən ekspertlərin məktubları (iki dəfə), habelə “pliot layihə” və Ramin Nurulla/Pol Pauerlə bağlı Railisticsin xərclərini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmudur. Məhkəmə bu sənədləri nəzərə almamaqla, tərəflər arasında olan real faktiki vəziyyəti düzgün qiymətləndirməmişdir və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ümumilikdə məhkəmənin gəldiyi nəticə maddi və prosessual ədalət baxımdan uğurlu hesab edilə bilməz. Bu qətnamə nəticəsində Railistics iki dəfə ödəniş etmiş olur – PMC-nin ekspertlərinə (bu ödənişin qaytarılması üçün hüquqi əsas mövcud deyil) və PMC-yə - amma onun PMC-yə qarşı olan tələbləri isə nəzərə alınmamış olur. Bu nəticə tərəflər arasındakı faktiki maraqlar balansını nəzərə almamışdır və ona uyğun deyil. Məhkəmə Railistics Azərbaycan tərəfindən tələbin güzəşti haqqında müqavilənin təqdim ediləcəyi halda subyektiv hüququnun olacağını qeyd etmişdir (qətnamənin 14-cü səhifəsi). Buna müvafiq olaraq, 29 aprel 2024-cü il tarixində bağlanmış, 1 iyun 2023-cü il tarixindən qüvvəyə minən tələbin güzəşti haqqında müqavilə təqdim olunur. Qeyd olunduğu kimi, məhkəmə tərəfindən Railistics Azərbaycanın subyektiv hüququnun olmaması ilk dəfə məhz qətnamədə qeyd edilmişdir. Tələbin güzəşti haqqında müqavilənin tələb olunması da yalnız qətnamə ilə bildirilmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsl iddiaçı ilə əvəz olunması məsələsini həll etmək və bu təşəbbüsü irəli sürmək məhkəmənin vəzifəsi olmuşdur. Məhkəmə isə bu vəzifəsini icra etmədən qətnamə qəbul etmişdir. Railistics Azərbaycan üçün bu, gözlənilməz idi. Ona görə də bu müqaviləni yalnız indi təqdim etmək mümkündür. Mülki Məcəllənin 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Buna görə də müqavilənin 1 iyun 2023-cü il tarixdən qüvvəyə minməsi maddi hüquqi baxımdan mümkündür. Bu məsələnin ortaya çıxması məhkəmənin öz vəzifəsini icra etməməsindən qaynaqlandığından, bu müqavilənin məhkəmə tərəfindən qəbul edilməsi prosessual hüquq baxımından da mümkündür. Bu müqavilə PMC-nin maraqlarını da pozmur. Belə ki, Mülki Məcəllənin 194.1-ci maddəsinin birinci cümləsinə əsasən tələbin güzəşti zamanı borclunun razılığı tələb olunmur. Əlavə olaraq Mülki Məcəllənin 195-ci maddəsinə əsasən tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında öhdəliklərini icra edə bilər. Həmçinin Mülki Məcəllənin 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. Beləliklə, müqavilə 1 iyun 2023-cü il tarixindən qüvvəyə mindiyi halda, bu PMC-nin maraqlarını pozmur, çünki o, bu vaxta qədər öhdəliyini Railistics GmbH qarşısında icra etmiş olsaydı, Railistcs Azərbaycan qarşısında öhdəliyin icrasından azad olardı. Həmçinin PMC Railistcs GmbH-ya qarşı irəli sürə biləcəyi etirazları Railistics Azərbaycana qarşı da irəli sürə bilər. Beləliklə, tələbin güzəşti haqqında müqavilə apellyasiya məhkəməsi tərəfindən qəbul edilə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında ilk iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təqdim etdiyi yazılı izahatı müdafiə edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.

9. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda (24.02.203-cü il tarixli Qanunla ““Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri çıxarılmışdır) tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

10. Həmin Məcəllənin 194.4-cü maddəsinə əsasən sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.

11. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

15. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

16. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. Həmin Məcəllənin 522.1, 522.2, 522.3-cü maddələrinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin qarşılıqlı iddiaçı tərəfindən verilməsini, apellyasiya şikayətinin dəlillərinin ilk və qarşılıqlı iddiaların hər ikisinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

24. İşin halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" və İddiaçı MMC "xxxx" QSC tərəfindən həyata keçirilən “Dəmiryolu infrastrukturunun saxlanılması üzrə Əməliyyat Planının hazırlanması” adlı layihənin işlənib hazırlanması üçün layihədə işləmək və istinad şərtlərinə və texniki təklifə əsasən xidmətlər göstərmək məqsədilə, layihənin uğurunu təmin etmək üçün tam əməkdaşlıq etməyə və tədbirlər görməyə razılıq vermişlər. Bundan sonra xx.xx.2021-ci il tarixli əlavə sazişə əsasən "xxxx" xx.xx.2020-ci il tarixli müqavilə üzrə onunla iddiaçının fakturalarının və Azərbaycan Dəmiryolları QSC tərəfindən ödənişlərin monitorinqi və fakturalaşma ilə bağlı maliyyə idarəetmə xidmətləri öhdəliyini cavabdehə vermişdir. Cavabdeh isə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 4 mərhələdə ödənilməli olan ödənişlərin üçünü ödəmiş, 4-cü mərhələ üzrə ödənilməli olan 75200 manatı (ƏDV-siz) ödəməkdən imtina etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, hər iki tərəf layihənin başa çatdırıldığını və layihə üzrə ödənişlərin "xxxx" QSC tərəfindən tam ödənildiyini, 3 mərhələ üzrə ödənişlərin ödənildiyini, lakin 4-cü mərhələ üzrə ödənişin edilmədiyini etiraf etmişlər. 4-cü mərhələ üzrə iddiaçıya ödənilməli olan məbləğ ƏDV-siz 75200 manat, 13536 manat ƏDV ilə birlikdə 88736 manat təşkil edir.

25. Qeyd edilənlər işə əlavə edilmiş müqavilələr, məktub, əməliyyat tapşırıqları, elektron qaimə, maliyyə arayışı və digər sənədlərlə təsdiq edilmişdir.

26. İlk iddiaçı layihə üzrə üzərinə düşən xidmətləri yerinə yetirdiyi üçün 88736 manat məbləğini qarşılıqlı iddiaçıdan tələb edir. İş materiallarında olan sübutlar ilk iddiaçının qarşılıqlı iddiaçıdan tələb etmək hüququnun olmasını təsdiq etmişdir. Qarşılıqlı iddiaçı "xxxx" QSC-nin müştəri kimi narazılığının olmamasını təsdiq etmişdir.

27. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh "xxxx" QSC-dən ödəniş qəbzini aldıqdan sonra maksimum 15 iş günü ərzində iddiaçıya köçürməni etməli idi. Cavabdehin öhdəliyin icrasından imtina etməsi şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, şahid, "xxxx"-nin rəhbəri X16 Sauerbreyin ifadəsindən də aydın olur ki, iddiaçıya ödənilməli olan məbləği cavabdeh tərəf onun göstərişi ilə, iddiaçının ekspertlərə pul ödəməsi üçün təzyiq vasitəsi olaraq qəsdən ödənilməmişdir. Hətta şahid iddiaçının ekspertlərə pul ödəməyə söz verəcəyi halda özünün ödədiyi pulu geri qaytararaq 4-cü ödənişi ödəməyə hazır olduqlarını da bildirmişdir.

28. xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən "xxxx" iddiaçı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli X8 üzrə ödənişlərin verilməsi öhdəliyini cavabdehə vermiş və iddiaçı kreditor olaraq buna icazə vermişdir. Belə olan halda isə Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən Cavabdeh MMC borclu "xxxx"-ni əvəz edir və Mülki Məcəllənin 448.1ci maddəsinə əsasən Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə cavabdehdir. İddiaçının başqa şəxslər (ekspertlər) qarşısında öhdəliyinin olması və cavabdeh tərəfindən iddiaçının razılığı olmadan həmin öhdəliyin icra edilməsi cavabdehi iddiaçı qarşısındakı öhdəlikdən imtina etməsinə əsas vermir. Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən cavabdeh öhdəliyindən birtərəfli qaydada imtina edə bilməz. Buna görə də iddiaçı Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən cavabdehdən 88736 manat pulun ödənilməsini tələb etməkdə haqlıdır.

29. Məhkəmə araşdırması zamanı cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə pulun ödənilməsini tələb edilməsi barədə qarşılıqlı iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Çünki xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən "xxxx" xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənişlərin verilməsi öhdəliyini cavabdehə vermiş, lakin tərəflər arasında "xxxx"-nin tələbinin cavabdehə güzəşt edilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Halbuki Mülki Məcəllənin 194.4-cü maddəsinə əsasən sadə yazılı formada bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsaslanan tələbin güzəşti də həmin yazılı formada həyata keçirilməlidir. Cavabdehin nümayəndəsi "xxxx"-nin tələbinin cavabdehə güzəşt edilməsi ilə bağlı məhkəməyə müqavilə təqdim etməmişdir.

30. Qarşılıqlı iddiaçı ilkin iddiaçıdan yaranmış xərclərlə bağlı pul tələb etmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, onların arasında layihələrlə bağlı müqavilə bağlanmamış, Almaniyada yaradılmış şirkət "xxxx" ilk iddiaçıya olan tələb hüququnu qarşılıqlı iddiaçıya güzəşt etməmiş, yalnız sazişlə müəyyən edilmişdir ki, ilk iddiaçının ödəniş tələbini qarşılıqlı iddiaçı təmin etməlidir. Yəni sazişlə Almaniya şirkəti ilkin iddiaçı qarşısında öhdəliyini qarşılıqlı iddiaçıya ötürmüşdür. Göründüyü kimi tərəflər arasında birbaşa müqavilə münasibətləri yaranmadığından qarşılıqlı iddiaçının subyektiv tələb etmə hüququ yaranmamışdır.

31. Apellyator şikayətdə qeyd edir ki, "xxxx" və Cavabdeh MMC-ni birgə borclu olduğundan Mülki Məcəllənin 503-cü maddəsinə əsaslanaraq qarşılıqlı iddiaçının subyektiv hüququ olmuşdur.

32. Bu mövqeyin hüquqi əsası yoxdur. Belə ki, Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

33. Maddənin məzmunundan göründüyü kimi üçüncü şəxs borclunu əvəz edir və birgə borclu olmaları istisna edilir. Odur ki, Mülki Məcəllənin 503-cü maddəsinin tətbiq edilməsi mümkün deyil. (Mülki Məcəllənin 503-cü maddəsi: Borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur.)

34. Qeyd edilənlərdən görünür ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar iş materialları ilə təsdiqini tapmamış və əksinə inkar edilmişdir.

35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-111/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar