Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-686/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X6 X2 Sanayi ve Ticaret Limited Şirkətinin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun və əldən çıxmış faydanı ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-787/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı X6 X2 Sanayi ve Ticaret Limited Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı X6 X2 Sanayi ve Ticaret Limited Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək, 88694,93 ABŞ dolları əsas borc, 30% dəbbə pulu – 26608,48 ABŞ dolları, “ T.C. Hazine ve Maliye Bakanlığına” ödənilmiş 94127 ABŞ dolları cərimə məbləğinin, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 5000 manatın, mediasiya xərclərinə görə ödənilmiş 400 manatın və ödənilmiş 247 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı X6 X2 Sanayi ve Ticaret Limited Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçı malları satmağı, cavabdeh isə müqavilə üzrə razılaşdırılmış malları qəbul edərək dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, cavabdehə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə mallar satılmışdır. Lakin müqavilə üzrə 88694,93 ABŞ dolları əsas borc, 30% dəbbə pulu 26608,48 ABŞ dolları və ödənilmiş 94127 ABŞ dolları cərimə məbləği cavabdeh tərəfindən geri ödənilməmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 80.462,84 ABŞ dolları əsas borc, 30% dəbbə pulu 24.138,852 ABŞ dolları, tərəflərindən “ T.C. Hazine ve Maliye Bakanlığına” ödənilmiş 94127 ABŞ dolları cərimə məbləğinin; hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 5000 manatın, mediasiya xərclərinə görə ödənilmiş 400 manatın və ödənilmiş 247 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı X6 X2 Sanayi ve Ticaret Limited Şirkətinə ödənilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslanıdırlmışdır ki, 80.462,84 ABŞ dolları borc məbləği iddiaçı tərəfindən cavabdehə göndərilmiş qaimələr əsasında hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə cəmi dəyəri 210.462,84 ABŞ dolları olan qaimələr təqdim edilmiş, cavabdeh tərəfindən isə cəmi 130000 ABŞ dolları ödənilmişdir (210.462,84- 130.000=80.462,84). Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumatdan da görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə bəyan edilmiş 35189,19 ABŞ dolları məbləği, xx.xx.2023-cü il tarixdə 2-ci dəfə bəyan edilmiş 35225,31 ABŞ dolları məbləği ümumilikdə xx.xx.2022-ci il tarixdə ödənilən 70000 ABŞ dolları məbləğində olan qaiməni əks etdirir. Daha sonra, xx.xx.2023-cü il tarixdə bəyan edilmiş 7947,63 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə bəyan edilmiş 32857 ABŞ dolları toplanılaraq ümumilikdə xx.xx.2023-cü il tarixdə ödənilən 40000 ABŞ dolları olan qaimədə öz əksini tapmışdır. xx.xx.2023-cü il tarixdə bəyan edilmiş 9330,75 ABŞ dolları olan qaimə xx.xx.2023-cü il tarixdə avans kimi ödənilən 10000 ABŞ dollarını əhatə edir. xx.xx.2023-cü il tarixdə bəyan edilmiş 35549,17 ABŞ dollarının 10000 ABŞ dolları məbləği xx.xx.2023-ci il tarixdə qaimə ilə ödənilmiş və 25549,17 ABŞ dolları borc məbləği qalmışdır. Sonuncu olaraq bəyan edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bəyannamələr üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, sonuncu olaraq iddiaçı tərəfindən 10000 ABŞ dolları həcmində qaimə cavabdeh tərəfindən bəyan edilməmişdir. Yuxarıda qeyd olunalara əsasən, Cavabdeh 80462,84 dollar məbləğində ödənilməmiş borcu vardır.
5. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən göndərlmiş SFE**********3 nömrəli xx.xx.2023-cü il tarixli qaiməyə uyğun olaraq cavabdeh tərəfindən bəyan edilmiş xx.xx.2023-cü il tarixli **********0181 nömrəli, xx.xx.2023-cü il tarixli **********0201 nömrəli, xx.xx.2023-cü il tarixli **********0250 nömrəli bəyannamələrə uyğundur. İddiaçı tərəfindən göndərilmiş SFE**********757 nömrəli, xx.xx.2023-cü il tarixli qaimə cavabdeh tərəfindən bəyan edilmiş xx.xx.2023-cü il tarixli **********1031 nömrəli bəyannaməyə uyğundur. İddiaçı tərəfindən göndərilmiş SFE**********557 nömrəli xx.xx.2023-cü il tarixli qaimə cavabdeh tərəfindən bəyan edilmiş xx.xx.2023-cü il tarixli **********7036 nömrəli nömrəli bəyannaməyə uyğundur. İddiaçı tərəfindən göndərilmiş SFE********** 975 nömrəli xx.xx.2023-cü il tarixli qaimə cavabdeh tərəfindən bəyan edilmiş xx.xx.2023cü il tarixli **********5348 nömrəli bəyannaməyə uyğundur. Gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əmaliyyatları haqqında məlumatda qeyd olunan bəyannamələr heç də yuxarıda götərilən və digər qaimələr üzrə ödənişlərin edilməsi demək deyildir. Məhkəməyə təqdim edilmiş digər qaimələr üzr isə cavabdeh tərəfindən ümumiyyətlə gömrük bəyannamələri üzrə məbləğlər doğru bəyan edilməmişdir. Belə ki, 10.000 ABŞ dolları qaimə məbləği cavabdeh tərəfindən gömrük bəyannaməsində göstərilməmişdir.
6. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmiş və iddiaya münasibətini bildirməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-787/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 71.832,84 ABŞ dolları borc məbləği, hüquqi yardımla bağlı çəkilmiş xərcin əvəzi olaraq 520 manat, dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 413 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X6 X2 Sanayi ve Ticaret Limited Şirkətinə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
8. İddiaçı X6 X2 Sanayi ve Ticaret Limited Şirkəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən dəfələrlə iddia ərizəsinə dəqiqləşmə və izah verilmiş, borc məbləğinin qaimələr və dekontlar üzrə hansı qaydada hesablandığı göstərilmişdir. Buna baxmayaraq məhkəmə borc məbləğininin ödənilməsi hissəsində iddianı qismən təmin etmişdir. Həmçinin, iddiaçı tərəfindən “T.C. Hazine ve Maliye Bakanlığına” 94127 ABŞ dolları cərimə məbləğinin ödənilməsinə dair sübut iş materillarına əlavə olunsa da, məhkəmə araşdırması zamanı bu fakt ümumiyyətlə qiymətləndirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi.
12. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
14. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.
15. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.
16. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: alqı-satqı müqaviləsində - satıcının (25.1.1).
17. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
19. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
20. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
22. Həmin Məcəllənin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
26. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda (443.0.1); iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə (443.0.7).
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin edilməmiş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Belə ki, ilk olaraq kollegiya qeyd edir ki, hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə vergi ödəyicisi kimi qeydiyyata alınmış hüquqi şəxs olduğundan, eləcə də mübahisə xarici ölkədə şifahi qaydada (razılaşdırılmış) bağlanılmış (alqısatqı) malların satılmasına dair müqaviləsindən irəli gəldiyindən) məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
30. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
31. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda (443.0.1); iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə (443.0.7).
32. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında şifahi qaydada razılaşdırılmış alqı-satqı münasibətləri üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, satılmış malların dəyərinin ödənilməməsindən irəli gəlir. Həmin müqaviləyə görə tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrin həlli üzrə hər hansı şərtləri barədə razılaşmamışlar.
33. Eyni zamanda, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçmiş (VÖEN-i olan), hüquqi ünvanı Azərbaycan Respublikası olan hüquqi şəxs Cavabdeh MMC-dir.
34. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar.
35. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.
36. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər mübahisəli müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrin hansı dövlətin hüququnun əsasında həll edilməli olması ilə bağlı şərt nəzərdə tutmamışlar.
37. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: alqı-satqı müqaviləsində - satıcının (25.1.1).
38. Belə olan halda müqavilə tərəflər arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığından qanunvericiliyin tələbinə görə alqı-saqtı müqaviləsindən irəli gələn hazırkı mübahisəyə tətbiq edilməli olan hüquq satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin yəni, Türkiyə Respublikasının hüququ tətbiq edilir.
39. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
40. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.
41. Birinci instansiya məhkəməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüşdür.
42. Belə ki, məhkəmə Türkiyə Respublikasının müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədləri məhkəməyə təqdim edilməsini iddiaçı tərəfə təklif etmiş, eyni zamanda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edərək, alqı-satqı müqaviləsi haqqında ümumi müddəaları, eləcə də mülki hüquq münasibətlərində öhdəliyinin icra edilməsi vaxtı və yeri, öhdəliklərə xitam verilməsi əsasları, iddia müddəti ilə bağlı, pul vəsaitlərinin gecikdirilməsinə görə faizlərin hesablanması müddəaları əhatə edən Türkiyə Respublikasının mülki hüquq qanunvericiliyindən çıxarışların Azərbaycan dilinə tərcümə olunmuş lazımi qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etsə də, məhkəmənin sorğusuna cavab məktubu məhkəməyə daxil olmamışdır.
43. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.
44. Bu baxımdan, kollegiya hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.
45. Mübahisənin mahiyyətinə dair isə kollegiya aşağıdakıları qeyd edir.
46. 01.02.2022-ci il tarixli hesab-fakturaya əsasən Cavabdeh MMC-yə 1350 ABŞ dolları məbləğində, xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən 105963,61 BŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən 17278,38 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən 800 ABŞ dolları dəyərində xx.xx.2023-cü il tarixli il tarixli hesab-fakturaya əsasən 32857 ABŞ dolları dəyərində, 29.072023-cü il tarixli hesab-fakturaya əsasən 33115,80 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixli il hesabfakturaya əsasən 12618,05 ABŞ dolları dəyərində mal göndərildiyi və xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən isə nəqliyyat vasitəsinin gözlənilməsi ödənişi 6480 ABŞ dolları dəyərində müəyyən olunmuşdur.
47. 12.10.2022-ci il tarixli təklif alma və sifariş anketinə əsasən Cavabdeh MMCyə 105674,8 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə isə 13732635 ABŞ dolları dəyərində mal göndərilməsi nəzərdə tutulmuş və anket formu hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir.
48. X6 X2 Sanayi ve Ticaret Limited Şirkətinə məxsus xx.xx.2022-ci il tarixli mühasibatlıq əməliyyatları qəbzinə əsasən 70000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli mühasibatlıq əməliyyatları qəbzinə əsasən 10000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli mühasibatlıq əməliyyatları qəbzinə əsasən 10000 ABŞ dolları, xx.xx.2023-cü il tarixli mühasibatlıq əməliyyatları qəbzinə əsasən 40000 ABŞ dolları məbləğində olmaqla cəmi 130000 ABŞ dolları məbləğində "xxxx" MMC tərəfindən ödənişlər edilmişdir.
49. Cavabdeh MMC-yə məxsus gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək olan məlumata əsasən X6 X2 Sanayi ve Ticaret Limited Şirkəti tərəfindən MMC-yə xx.xx.2023-cü il tarixində 35189,13 ABŞ dolları dəyərində, eyni tarixdə 35225,31 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixində 35549,17 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixində 7947,63 ABŞ dolları dəyərində, eyni tarixdə 9330,75 ABŞ dolları dəyərində, xx.xx.2023-cü il tarixində 32857 ABŞ dolları dəyərində, xx.xx.2023cü il tarixində 19169 ABŞ dolları dəyərində, eyni tarixdə 13946,80 ABŞ dolları dəyərində və xx.xx.2023-cü il tarixində 12618,05 ABŞ dolları olmaqla cəmi 201.832,84 ABŞ dolları dəyərində mal göndərilməsi bəyan edilmişdir.
50. Beləliklə, tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmasa belə, cavabdehin alqısatqı müqaviləsini, eləcə də alqı-satqının predmeti barədə zəruri məlumatları və qiymətini əks etdirən invoysu gömrük orqanına təqdim etməklə malları götürməsi tərəflər arasında mübahisəli malların alqı-satqısı ilə bağlı müqavilənin mühüm şərtləri barədə razılığa gəlməsini, yəni tərəflər arasında mübahisəli malların alqı-satqısına dair şifahi alqı-satqı müqaviləsinin bağlanmasını sübut olunur.
51. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir.
52. Həmin maddənin dispozisiya şərtlərinə görə isə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
53. Yuxarıda qeyd olunan Cavabdeh MMC-yə məxsus gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında xx.xx.2023-cü ildən xx.xx.2023cü il tarixinədək olan məlumata əsasən tərəfindən cavabdehə 201.832,84 ABŞ dolları dəyərində mal göndərilməsi bəyan edilmişdir.
54. Eyni zamanda, iddiaçıya məxsus mühasibatlıq əməliyyatları qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 130.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir.
55. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı cavabdehə cəmi 201.832,84 ABŞ dolları dəyərində mal satmış, sonuncu tərəfindən 130.000 ABŞ dolları ödənilmişdir.
56. Belə olan halda isə ödənilməyən məbləğ 71.832,84 ABŞ dolları təşkil edir (201.832,84-130.000=71.832,84).
57. İddiaçı isə cəmi 210.462,84 ABŞ dolları məbləğində malın satıldığını və ona görə ödənilməyən məbləğin 80.462,84 ABŞ dolları təşkil etdiyini (210.832,84- 130.000=80.462,84) bildirsə də, bu halları təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
58. Bu baxımdan, kollegiya hesab edir ki, əsas borcun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
59. Eyni zamanda, əsas borc məbləğinə hesablanmış 30 %, yəni 24.138,852 ABŞ dolları məbləğində cərimənin tutulması barədə tələblərin rədd edilməsi hissəsində də məhkəmə düzgün nəticəyə gəlmişdir.
60. Belə ki, Mülki Məcəllənin 462.1, 463.1 və 463.2-ci maddələrinin tələblərinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır və yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
61. Tərəflər arasında isə dəbbə pulu haqqında yazılı razılaşma bağlanılmamışdır. Ona görə də, həmin iddia tələbi əsassızdır.
62. Bundan əlavə, iddiaçı bildirir ki, cavabdeh ona göndərilmiş malların dəyərini vaxtında ödəmədiyinə görə Türkiyə Respublikasında Maliyyə və Xəzinə Nazirliyi tərəfindən 94.127 ABŞ dolları məbləğində cərimə olunmuşdur. Həmin cəriməni ödədiyi üçün həmin məbləğin cababdehdən zərər kimi tutulması tələbini irəli sürmüşdür.
63. Kollegiya qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
64. Hazırki işdə isə müəyyən edilməli olan birinci, yəni zərərin mövcüd olması əsası mövcüd deyil.
65. Belə ki, iddiaçı zərərin mövcüd olmasını sübut etmək üçün “Halkbank” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzini təqdim etmişdir. Həmin qəbzdə iddiaçı tərəfindən 1.286.653,62 Türk Lirası məbləğində katma değer vergisinin ödənildiyi qeyd edilmişdir. Katma değer vergisi isə əlavə dəyər vergisidir.
66. Göründüyü kimi iddiaçı 94.127 ABŞ dolları məbləğində cərimə olunduğunu bildirsə də, onun tərəfindən cərimə deyil, həmin məbləğdə əlavə dəyər vergisi ödənilmişdir. Əlavə dəyər vergisi isə cərimə kimi qiymətləndirilə bilməz və onun zərər kimi cavabdehdən tələb edilməsi əsassızdır.
67. Ona görə də, həmin hissədə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür.
68. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər yuxarıda qeyd edilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
69. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X6 X2 Sanayi ve Ticaret Limited Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-787/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov