Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-691/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin ("xxxx" ASC və “X5 Kompleksi” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-662/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC-nin ("xxxx" ASC və “X5 Kompleksi” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 22 dekabr 2017-ci il tarixli 2-2(82)-1098/2017 saylı qətnaməsinin icrası nəticəsində Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının İddiaçı MMC-yə yaranmış 3.007.733,33 manat artıq ödəməsindən “X5 Kompleksi” MMC-nin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına təqdim etdiyi 25 aprel 2023-cü il tarixli 001 saylı “tələb hüququnun ötürülməsi barədə” müqaviləsinin icrası təmin edilərək 562.356,5 manat məbləğinin Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı ilə “X5 Kompleksi” MMC arasında bağlanmış 05 mart 2019-cu il tarixli 00497 saylı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilmiş hesab edilməsinə və 2.445.376,83 manat məbləğindəki İddiaçı MMC-nin qalıq artıq ödəməsinin, ödənilmiş 400 manat mediasiya xərcinin və 1894 manat dövlət rüsumunun Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatından tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-662/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını kölgə altına salmaqla iddianın əsassız rədd edilməsi qənaətinə gələrək qanunsuz qərar qəbul etmişdir. Belə ki, qətnamənin 6-cıbəndində bildirilib ki, “İddiaçıya və iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir”. Məhkəmənin bu fikri tamamilə yanlışdır.İstər İddiaçı MMC,istərsə də,digər iştirakçılar ("xxxx" ASC xaric) məhkəmənin vaxtı və yeri lazımi qaydada məlumatlandırıldığı halda məhkəmə iclaslarında iştirak etmiş və hər dəfə hakim hazırlıq iclasından məhkəmə baxışına keçilməsinə kameraları söndürdükdən sonra münasibət bildirmişdir.Hakimin mövqeyi qeyri-obyektiv olduğundan məhkəmənin qərarını və baxışa keçməsini bir iclasla bitirmişdir.Bununla da, prosessual hüquq normalarını kobud şəkildə pozaraq məhkəmə baxışının keçirilməsi və məlumatlandırılması ilə bağlı hüquq normalarını pozmuşdur. Məhkəmə baxışı zamanı tərəfindən İddiaçı MMC adından "xxxx" QSCyasaxta məktub yəni, müəssisə rəhbərinin imza və möhürünün ksero-surət üzərində düzəldilib "xxxx" QSC-da əməliyyat aparılması ilə bağlı dəfələrləverilən vəsatətlər rədd olunaraq qərəzli şəkildə "xxxx" QSC-nınsaxtakarlığının ifşa edilməməsi üçün məhkəmə ümumiyyətlə, artıq ödəmənin geri tələb edilməsi iddiasını mümkünsüz hesab etmişdir. Bütün bunlar iş materiallarındakı sübutlarla təsdiq olunur. Cavabdeh "xxxx" QSC İddiaçı MMC-nin 3 007 733,33 manat artıq ödəməsini öz məktubunda qəbul edərək həmin məbləği digər naməlum öhdəliklərə sildiyini etiraf edir.Açıq-aşkar görünür ki, məhkəmənin gəldiyi nəticə tərəflər arasında mövcud olan öhdəliyin təkzibedilməz şəkildə əks fikridir.Məhkəmənin gəldiyi nəticə əsaslıdırsa,bu “X6 Müəssisəsi” MMC-nin "xxxx" QSC qarşısında mövcud öhdəliyinin olması anlamına gətirib çıxarır. Qətnamənin 30-cu bəndində qeyd edilib ki,“Hazırki iş üzrə iddiaçı xx.xx.2017-ci il tarixli qətnaməyə istinad etsə də, Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatından artıq ödənilmiş pulun geri qaytarılmasını tələb edib. Lakin, həmin qətnamə ilə pulun verilməsi deyil, əmlaklara dair mülkiyyət hüququnun keçməsi qət edilmişdir”.Məhkəmə əmlakın qarşılığının pul olması faktını unudaraq mövcud borcun əmlak şəklində olması fikrinə gəlinməsinə səbəb olmuşdur.Elə olduğu təqdirdə borc miqdarından kəmiyyətcə artıq verilmiş əmlakların geri qaytarılması fikri yaradılır.Əgər belə fikir formalaşdırılırsa,mövcud artıq ödənişlərin bank tərəfindən qəbul olunaraq digər silinmələrə yönəldilmə faktının məhkəmənin izahında yer almaması hakimin qərəzli olduğunun açıq-aşkar göstəricisidir. Məhkəmənin gəldiyi fikrə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə 82 adda əmlakın "xxxx" QSC-nın mülkiyyətinə keçməsi barədə qərar qəbul edilməsi üzrə 76 885 794,54 manat borc əvəzində 80 188 331,94 manatlıq əmlakın "xxxx" QSC-nın mülkiyyətinə keçməsi İddiaçı MMC-nin bankdan artıq ödənilmiş məbləğinin (əmlak hesabına) geri tələb etmə hüququnu məhrum edə bilməz. İcra hərəkətləri aparılarkən banka mövcud olan borc qədər icra olunması mümkün olmadığından əmlaklar böyük kvadratlarda dövlət reyestr çıxarışları ilə təsdiq olunduğundan İddiaçı MMC məcbur olaraq əmlakları "xxxx" QSC-ya təqdim etmişdir.Məhkəmənin bu hissədəki mövqeyi işin həqiqi hallarını əks etdirmir. Hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsini rəhbər tutaraq işdə olan sübut kimi istifadə olunan saxta məktubların həqiqiliyini və o cümlədən,müəssisə direktorunun məktubu olsa belə,bank daxilində hər hansı bir imza və möhür olmadan 3007 733,33 manatlıq əməliyyatın aparılmasına hüquqi qiymət verməli idi. Qətnamənin 31-ci bəndində göstərilən “məhkəmə iddiaçının nümayəndəsi/vəkilindən hazırki iddia tələbinin hüquqi əsasının göstərilməsini tələb etsə də, tələbin hüquqi tərəfini əsaslandıra bilməmişdir” fikrinə gəldikdə bir daha bildirir ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 45.3 və 45.7-ci bəndlərinə əsasən hər bir borclu öz mövcud olduğu borcu məbləğində ödənişi həyata keçirməyə (istər pul,istər əmlak şəklində) borcludur.Sözügedən əmlaklar zamanında bankın müəyyən etdiyi qiymətləndiricilər tərəfindən yarı qiymətə qiymətləndirilərək "xxxx" QSC-nın mülkiyyətinə keçirilməsinə nail olunmuşdur.Bu hal az imiş ki, "xxxx" QSC mövcud olan 76 885 794,54 manat borc əvəzində 80 188 331,94 manatlıq əmlakı öz mülkiyyətinə keçirərək borcdan artıq keçmiş əmlakın dəyərini ödəməkdən boyun qaçırmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən bank “əsassız varlanma” halı ilə mülki hüquq prinsiplərinə xələl gətirmişdir. Qətnamənin 38-ci bəndində məhkəmə qanuni qüvvəyə minməmiş qətnaməni "xxxx" QSC ilə “X5 Kompleksi” MMC arasındakı məhkəmə mübahisəsinə dair sübut kimi istifadə etmişdir. Bu da yolverilməzdir. Şikayət təqdim olunduğundan qətnamə hələ öz qanuni qüvvəsini almamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
8. Üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
12. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
15. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsinə əsasən borcalana 2.550.000 manat məbləğində borc verilmiş və borc alan müqavilə şərtləri əsasında xx.xx.2023-cü il tarixədək hissəhissə geri qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra 2017-ci ildə İddiaçı MMC-nin "xxxx"ASC qarşısında 76885794,54 manat borc öhdəliyi yaranmış və həmin borc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASCyə məxsus “problemli aktivlər” (borclar) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 22 dekabr 2017-ci il tarixli 2- 2(82)-1098/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək müəssisənin ümumi dəyəri 80188331,94 manat olan 82 adda daşınmaz əmlakı Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının balansına keçirilmişdir. Daha sonra “X5 Kompleksi” MMC və İddiaçı MMC arasında bağlanmış 25 aprel 2023-cü il tarixli 001 saylı “tələb hüququnun ötürülməsi” barədə müqaviləyə əsasən İddiaçı MMC-nin 3007733,33 manat dəyərində Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına olan artıq ödəməsindən 562356,5 manat tələb hüququnun müvafiq qanunvericilik çərçivəsində “X5 Kompleksi” MMC-yə keçirilməsi qərarlaşdırılmışdır. Bu barədə Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına rəsmi məktublar göndərilmişdir.
16. Qeyd edilənlər iş materiallarında olan məhkəmə aktları, məktublar, müqavilə və digər sənədlərlə təsdiqlənmişdir.
17. İddiaçının mövqeyinə görə icra mərhələsində faktiki olaraq İddiaçı MMC 3.007.733,33 manat dəyərində cavabdehə artıq ödəmə etmiş və bu günə qədər cavabdehin İddiaçı MMC qarşısında öhdəliyi mövcuddur. Bu məbləğdən 562356,5 manat hissəsi tələb hüququnun Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatından tutularaq “X5 Kompleksi” MMC-yə ödənilməsi və 2445.376,83 manat dəyərindəki qalıq artıq ödəmənin isə İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
18. İddiaçı MMC ilə “X5 Kompleksi” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 001 saylı tələb hüququnun ötürülməsi barədə müqavilədə qeyd edilmişdir ki, “Property”nin 3007733,33 manat dəyərində "xxxx" QSC-yə olan artıq ödəməsindən 562365,5 manat tələb hüququ müvafiq qanunvericilik çərçivəsində “AASK”ya keçirilsin “Property”-nin "xxxx" QSC-yə olan artıq ödəməsi 2445376,83 manat müəyyən edilsin.
19. Cavabdehin iddiaya etiraz edərək qeyd etmişdir ki, İddiaçı MMC Cavabdeh QSC-yə xx.xx.2020-ci il tarixdə PR-x/20 saylı məktubla müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(10)-788/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında öz borcu üzrə yaranmış 2496522,24 manat məbləğində artıq ödəməsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-178/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə “X6 Müəssisəsi” MMC-nin Cavabdeh QSC-yə olan 1418470,70 ABŞ dolları məbləğində borcu ilə əvəzləşdirilməsini, “X6 Müəssisəsi” MMC-nin həmin borcu əvəzində Cavabdeh QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin əvvəllki mülkiyyətçi "xxxx" ASC-yə ("xxxx" ASC) qaytarılmasını xahiş etmiş və bununla bağlı yaranacaq fərqdən də imtina etdiklərini bildirmişlər.
20. Cavabdeh QSC BOKT-un "xxxx" MMC-yə ünvanlandığı xx.xx.2023-cü il tarixli, 13-7/2-3-13/924/2023 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli, 015 saylı məktuba Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatında (bundan sonra - Cavabdeh QSC) baxılmışdır. İddiaçı MMC-nin Cavabdeh QSC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli, PR-x/20 saylı məktubundan görünür ki, İddiaçı MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)-1098/2017 saylı qətnaməsi üzrə yaranmış artıq ödəmənin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(82)178/2018 saylı qətnaməsi üzrə “X6 Müəssisəsi” MMC-nin Cavabdeh QSC-yə olan 1.418.470,70 ABŞ dolları məbləğində borcu ilə əvəzləşdirilməsini, “X6 Müəssisəsi” MMC-nin həmin borcu əvəzində Cavabdeh QSC-nin mülkiyyətinə verilmiş Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsinin şərqində 4085-ci məhəllənin qərbində yerləşən 0,04 ha torpaq sahəsinin əvvəllki mülkiyyətçi "xxxx" ASC-yə ("xxxx" ASC) qaytarılmasını xahiş etmiş və bununla bağlı yaranacaq fərqdən də imtina etmişdir. Eyni zamanda, bu məsələ ilə bağlı "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 05-01/253 saylı və “X6 Müəssisəsi” MMCnin xx.xx.2020-ci il tarixli, 01-01/025 saylı müraciətləri də nəzərə alınaraq İddiaçı MMC-nin Cavabdeh QSC-yə olan borcu üzrə yaranmış artıq ödəmə hesabına “X6 Müəssisəsi” MMC-nin Cavabdeh QSC-yə olan 1.418.470,70 ABŞ dolları borcu uçotdan çıxarılmış, həmin borcun əvəzində Cavabdeh QSC-yə təqdim edilmiş sözügedən torpaq sahəsi "xxxx" ASC-yə qaytarılmışdır. Qeyd olunanları nəzərə alaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)- 1098/2017 saylı qətnaməsində qeyd olunan borc üzrə İddiaçı MMC-nin Cavabdeh QSC-yə hər hansı artıq ödəməsi qalmamışdır.
21. İşdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 2(82)1098/2017 saylı qətnaməsi qəbul olunan zaman İddiaçı MMC-nin iddiaçı Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına olan borc məbləğinin nə gədər olması (76.885.794,54 manat, 168.806,15 ABŞ dolları və 427,73 avro) müəyyən edilmiş və həmin borcun müqabilində 82 adda, hər bir əmlakın ayrı-ayrılıqda dəyəri elə həmin məhkəmə araşdırılması zamanı audit rəylərinə əsasən müəyyən edilməklə qətnamədə qeyd olunmuşdur. Yəni, sözügedən qətnamə qəbul olunan zaman İddiaçı MMC Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına 76.885.794,54 manat, 168.806,15 ABŞ dolları və 427,73 avro borc məbləğləri müqabilində 82 adda və dəyəri qeyd olunan borc məbləğlərindən artıq olan əmlakların Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına keçməsinə (borcların həmin əmlaklara yönəldilməsi və mülkiyyət hüququnun QSC BOKT-na keçməsinə) razılıq vermişdir. Qətnamə ilə İddiaçı MMC-nin mülkiyyət hüququna xitam verilmiş, həmin qətnamədən İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir.
22. İddiaçının mülkiyyət hüququ cavabdehə keçdiyi üçün iddiaçının cavabdehdən pul tələb etməsi əsassızdır və heç bir hüquqi əsasa söykənmir.
23. Məhkəmə Kollegiyası qeyd edir ki, kredit borcunun ödənilməsi və tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi tələbləri üzrə qəbul edilən məhkəmə qətnamələrinin icrası zamanı açıq xərrac təşkil olunur, əmlaklar hərracdan satılır, borc məbləğləri ödənilir və artıq qalmış pul vəsaiti olduğu zaman artıq qalmış məbləğ ipoteka qoyana (mülkiyyətçiyə) geri qaytarılır. Və qeyd olunan məsələlər məhkəmə icraatında deyil, qətnamənin icrasını təmin edən icra üzrə icraat mərhələsində həll olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)- 1098/2017 saylı qətnaməsi ilə qeyd edilən prosedur, yəni hərrac və sair nəzərdə tutulmamışdır. Hazırki işdən görünür ki, qeyd olunan qətnamə üzrə borc məbləği hərhansı ipoteka predmetlərinə yönəldilməklə satılması və borcun ödənilməsi deyil, əmlaklara birbaşa mülkiyyət hüququn keçməsi ilə “əvəzləşdirilmişdir”. Belə olan (1.əmlaklara mülkiyyət hüququnun keçməsi, 2. qətnamə üzrə hər-hansı pulun ödənilməməsi, 3. qeyd olunan 2017-ci il tarixli qətnamədən İddiaçı MMC tərəfindən ümumiyyətlə apellyasiya şikayətinin verilməməsi, 4. hazırki iş üzrə iddiaçının cavabdehə məhkəmə qətnaməsi və ya məhkəmə qətnaməsində kənar hər-hansı artıq ödənişin həyata keçirilməsi halının, sübutun və əsasının müəyyən edilməməsi) halda artıq ödənilmiş 2.445.376,83 manatın cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması tələbi tamamilə əsassız və qanunsuz hesab edilməlidir.
24. Göründüyü kimi iddiaçının iddiasının digər hissəsi tələb hüququnu güzəşt etdiyi üçüncü şəxs “X5 Kompleksi” MMC-nin əvəzindən cavabdehdən 562356,5 manatın tələb edilməsindən ibarətdir.
25. Məhkəmə kollegiyası iddianın bu hissəsinə münasibətdə qeyd edir ki, Property İnvestments” MMC-nin xx.xx.2023-cü il tarixli 001 saylı tələb hüququnun ötürülməsi barədə müqaviləyə istinadən bu cür iddia tələbinin qaldırılması üçün sübyektiv hüquqa malik deyil. Belə ki, xx.xx.2023-cü il tarixli 001 saylı tələb hüququnun ötürülməsi barədə müqaviləyə əsasən tələb hüququ İddiaçı MMC -dən “X5 Kompleksi” MMC-yə keçmişdir, “X5 Kompleksi” MMC özü qarşılqlı iddia tələbi olmaqla Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına qarşı eyni tələblə Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmış və məhkəmə tərəfindən iddiası rədd edilmişdir.
26. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-662/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.