Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-711/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pay haqqına xitam verməklə payın naturada ayrılması və s.” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1585/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh ASC-də olan 82,7% pay haqqına xitam verməklə Cavabdeh ASC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın naturada ayrılması, daşınar əmlakın iddiaçıya təhvil verilməsi və daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması və bu haqda çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1585/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “pay haqqına xitam verməklə payın naturada ayrılması və s.” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1585/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsi qeyd edilən işin icraata götürülməsi barədə qərardad qəbul etmişdir. İcraata xitam verilməsi isə məhkəmə baxışının predmeti deyildir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmənin qərardadından görünür ki, bu məsələyə toxunulmamış və qanunvericiliyin tələbi kobud şəkildə pozulmuşdur. Məhkəmə gedişində cavabdehin qanuni təmsilçisi Cavabdeh ASC-nin faktiki olaraq əmlakının mövcud olmamasını bildirmiş və iddiaçı bununla bağlı vəsatət verilərək əmlakın mənimsənilməsi barədə prokurorluğa məlumat verilməsinə dair xüsusi qərardadın qəbul edilməsini tələb etmişdir. Lakin məhkəmə vəsatətə ümumiyyətlə qiymət verməmiş və birmənalı olaraq cavabdehin mənafeyini müdafiə etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 98.2-ci maddəsinə əsasən, səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. Göründüyü kimi, iddiaçının cəmiyyətdə müstəsna pay haqqı vardır və o, payını naturada ayrılmasını tələb etmişdir. Lakin məhkəmə özünə məxsus formada bu məsələyə qiymət vermiş və səhmdarın payının naturada ayrılmasını tələb etmək hüququnun olmamasını göstərmişdir. Bu isə mülki qanunvericiliyin tələbinin kobud pozulmasıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən apellyasiya şikayətinə etiraz verilmiş və şikayətin təmin edilməməsi xahiş edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının tələbi 1) iddiaçının cavabdeh "xxxx" ASCdə olan 82,7% pay haqqına xitam verməklə 2) Cavabdeh ASC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın naturada ayrılması, daşınar əmlakın iddiaçıya təhvil verilməsi və daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması və 3) bu haqda çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələblərindən ibarət olmaqla 3 hissədən ibarət olmuşdur. İddiaçının Cavabdeh ASC-də olan 82,7% pay haqqına xitam verməklə Cavabdeh ASC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın naturada ayrılması, daşınar əmlakın iddiaçıya təhvil verilməsi və daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması tələbləri ilə bağlı məhkəmə belə bir obyektiv hüququn olmamasını ətraflı qiymətləndirmiş və həmçinin göstərmişdir ki, obyektiv hüquqla təsbit olunan və ya qorunan (hər hansı normativ hüquqda təsbit olunan və ya qorunan) hüquq, azadlıqlarının və mənafelərinin məhkəmə müdafiəsi tələb oluna bilər. İddiaçının səhmdar cəmiyyətindən pay almaqla bağlı qanunla tanınan yeganə hüququ cəmiyyətin ləğvindən sonra qalan əmlakdan hissə almaq hüququdur. İddiaçının iddiasının faktiki əsasını isə bu hal təşkil etmir. İddiaçı pay haqqına xitam verilməklə əmlakın ayrılmasını tələb edir. Belə bir hüquq isə qanunda təsbit olunmamışdır, yəni obyektiv hüquq mövcud deyildir. Belə olan halda obyektiv hüquqla tanınmayan hüquq və azadlığın müdafiəsindən, yəni mövcud olmayan hüququn pozulmasından və məhkəmə müdafiəsindən söhbət gedə bilməz. Başqa sözlə, iddiaçı səmdarların növbəti ümumi yığıncağının və ya əsas səhm sahibi kimi (Mülki Məcəllənin 107-1.6-cı maddəsinə əsasən səsli səhmlərin 10% malik olan səhmdar növbədənkənar ümumi yığıncağın keçirilməsini tələb edə bilər) səmdarların növbədənkənar ümumi yığıncağının çağırılmasını tələb etməklə, həmin yığıncağın gündəliyinə hüquqi şəxsin ləğv edilməsi məsələsinin daxil edilməsini tələb etməklə həmin məsələni qaldıra bilər və hüquqi şəxsin fəaliyyətinə xitam verilərsə, Mülki Məcəllənin 106-1.3.8-ci maddəsində nəzərdə tutulmuş hüququnu realizə edə bilər. Digər tərəfdən, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə bağlı isə göstərilməlidir ki, iddiaçı çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə çıxış etsə də, müvafiq hüquqi əsaslar olarsa və inzibati orqan hüququn qeydiyyatından, müvafiq sənədin verilməsindən imtina edərsə və ya hərəkətsizlik göstərərsə, inzibati orqanın hərəkətsizliyindən müdafiəyə və ya inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia ilə çıxış edilə bilər və qeyd olunan iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin bildirmək istəyirik ki, şikayətin üçüncü qrup dəlillərinə münasibətdə isə Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, qanunverici xüsusi qərardad çıxarılmasını bu və ya digər vəsatətlə əlaqələndirməmiş, yeganə meyar kimi proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərinin aşkara çıxarılmasını göstərilmişdir. Hazırkı işdə belə hallar aşkar olunmadığından xüsusi qərardad çıxarılmamışdır və ayrıca olaraq vəsatətə münasibət bildirilməsinə ehtiyac olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərinə görə, 1) məhkəmənin səhmdar cəmiyyətin əmlakının səhmdarın payın uyğun naturada ayrılması növündə obyektiv hüququn olmadığı qənaətinə gəlməsi yanlış olmuşdur; 2) məhkəmə tərəfindən işə xitam verilsə də, ərizəçinin hansı orqana müraciət etməsi göstərilməmişdir; 3) məhkəmə tərəfindən xüsusi qərardadın çıxarılması barədə vəsatətə münasibət bildirilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi 1) iddiaçının Cavabdeh ASC-də olan 82,7% pay haqqına xitam verməklə 2) Cavabdeh ASC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın naturada ayrılması, daşınar əmlakın iddiaçıya təhvil verilməsi və daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması və 3) bu haqda çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələblərindən ibarət olmaqla 3 hissədən ibarət olmuşdur. İddiaçının Cavabdeh ASC-də olan 82,7% pay haqqına xitam verməklə Cavabdeh ASC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın naturada ayrılması, daşınar əmlakın iddiaçıya təhvil verilməsi və daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması tələbləri ilə bağlı məhkəmə belə bir obyektiv hüququn olmamasını ətraflı qiymətləndirmiş və həmçinin göstərmişdir ki, obyektiv hüquqla təsbit olunan və ya qorunan (hər hansı normativ hüquqda təsbit olunan və ya qorunan) hüquq, azadlıqlarının və mənafelərinin məhkəmə müdafiəsi tələb oluna bilər. İddiaçının səhmdar cəmiyyətindən pay almaqla bağlı qanunla tanınan yeganə hüququ cəmiyyətin ləğvindən sonra qalan əmlakdan hissə almaq hüququdur. İddiaçının iddiasının faktiki əsasını isə bu hal təşkil etmir. İddiaçı pay haqqına xitam verilməklə əmlakın ayrılmasını tələb edir. Belə bir hüquq isə qanunda təsbit olunmamışdır, yəni obyektiv hüquq mövcud deyildir. Belə olan halda obyektiv hüquqla tanınmayan hüquq və azadlığın müdafiəsindən, yəni mövcud olmayan hüququn pozulmasından və məhkəmə müdafiəsindən söhbət gedə bilməz. Başqa sözlə, iddiaçı səmdarların növbəti ümumi yığıncağının və ya əsas səhm sahibi kimi (Mülki Məcəllənin 107-1.6-cı maddəsinə əsasən səsli səhmlərin 10% malik olan səhmdar növbədənkənar ümumi yığıncağın keçirilməsini tələb edə bilər) səmdarların növbədənkənar ümumi yığıncağının çağırılmasını tələb etməklə, həmin yığıncağın gündəliyinə hüquqi şəxsin ləğv edilməsi məsələsinin daxil edilməsini tələb etməklə həmin məsələni qaldıra bilər və hüquqi şəxsin fəaliyyətinə xitam verilərsə, Mülki Məcəllənin 106- 1.3.8-ci maddəsində nəzərdə tutulmuş hüququnu realizə edə bilər. Digər tərəfdən, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə bağlı isə göstərilməlidir ki, iddiaçı çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə çıxış etsə də, müvafiq hüquqi əsaslar olarsa və inzibati orqan hüququn qeydiyyatından, müvafiq sənədin verilməsindən imtina edərsə və ya hərəkətsizlik göstərərsə, inzibati orqanın hərəkətsizliyindən müdafiəyə və ya inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia ilə çıxış edilə bilər və qeyd olunan iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılır. Şikayətin üçüncü qrup dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, qanunverici xüsusi qərardad çıxarılmasını bu və ya digər vəsatətlə əlaqələndirməmiş, yeganə meyar kimi proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərinin aşkara çıxarılmasını göstərmişdir. Hazırkı işdə belə hallar aşkar olunmadığından xüsusi qərardad çıxarılmamışdır və ayrıca olaraq vəsatətə münasibət bildirilməsinə ehtiyac olamamışdır. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməsi əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1585/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-711/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-711/2024
04.07.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver