Məhkəmə qərarları › İş №2-2(103)-719/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-719/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-719/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9nə, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından üçüncü şəxs Maraqlı şəxs MMC tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 21 aprel 2017-ci il tarixli **********19817/İM-l №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh11 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 20 ünvanında istifadədə olan 0,01392 ha torpaq sahəsində yerləşən 295,7 kv.m. ümumi sahədən ibarət, E5 literli qeyri-yaşayış binasına (Kotec) (1-ci poteka predmeti), 20 aprel 2017-ci il tarixli **********19817/İM-2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh11 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 16 ünvanında istifadədə olan 0,01392 ha torpaq sahəsində yerləşən 295,7 kv.m. ümumi sahədən ibarət, E6 literli qeyri-yaşayış binasına (Kotec) (2-ci İpoteka predmeti), 20 aprel 2017-ci il tarixli **********19817/İM-3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 10 ünvanında istifadədə olan 0,01392 ha torpaq sahəsində yerləşən 295,7 kv.m. ümumi sahədən ibarət, E8 literli qeyri-yaşayış binasına (Kotec) (3-cü İpoteka predmeti), 20 aprel 2017-ci il tarixli **********19817/İM-5 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus- A, 4 ünvanında istifadədə olan 0,01392 ha torpaq sahəsində yerləşən 295,7 kv.m. ümumi sahədən ibarət, E11 literli qeyriyaşayış binasına (Kotec) (4-cü İpoteka predmeti), 20 aprel 2017-ci il tarixli **********19817/İM-6 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km 2, korpus “A”, 2 ünvanında istifadədə olan 0,01392 ha torpaq sahəsində yerləşən 295,7 kv.m. ümumi sahədən ibarət, E12 literli qeyri-yaşayış binasına (Kotec) (5-ci İpoteka predmeti), 11 oktyabr 2017-ci il tarixli **********19817/İM-7 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus- A, 18 ünvanında istifadədə olan 0,01392 ha torpaq sahəsində yerləşən 295,7 kv.m. ümumi sahədən ibarət, E2 literli qeyri-yaşayış binasına (Kotec) (6-cı İpoteka predmeti), 07 may 2018-ci il tarixli **********19817/İM-8 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh9 MMC-yə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi, 14-cü km-2, korpus “A”, 1 “A” ünvanında istifadədə olan 0,05609 ha torpaq sahəsində yerləşən 1438,9 kv.m. ümumi sahədən ibarət, 3 mərtəbəli qeyri-yaşayış binasına (Kotec) (7-ci ipoteka predmeti) tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına Maraqlı şəxs MMC-nin 19 aprel 2017-ci il tarixli **********19817 №-li Kredit müqaviləsi (1-ci Kredit müqaviləsi) üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 2476190,48 manat məbləğində əsas borcu, 18 oktyabr 2022-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 267480,16 manat məbləğində adi faizlər üzrə borc məbləği, 18 oktyabr 2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanmış 939198,41 manat məbləğində cərimə, ümumilikdə 3682869,06 manat; 18 oktyabr 2022-ci il tarixindən başlayaraq 1-ci Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 6% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 910 manat məbləğində çəkilmiş xərclər 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı və 7-ci İpoteka predmetlərinin dəyərindən; 23 aprel 2019-cu il tarixli **********35518/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0,084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (8-ci İpoteka predmeti), 23 aprel 2019-cu il tarixli **********35518/İM-2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1,9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631,2 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (9cu İpoteka predmeti), 23 aprel 2019-cu il tarixli **********35518/İM-3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0,2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1590,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (10-cu İpoteka predmeti), 23 aprel 2019-cu il tarixli **********3551 8/İM-4 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0,077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255,4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (11-ci İpoteka predmeti), 23 aprel 2019-cu il tarixli **********35518/İM-5 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0,1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (12-ci İpoteka predmeti) tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına Maraqlı şəxs MMC-nin 23 aprel 2019-cu il tarixli **********35518 №-li Kredit müqaviləsi (2-ci Kredit müqaviləsi) üzrə ASC «Xalq» Bankı qarşısındakı 383483,04 manat məbləğində əsas borcu, 18 oktyabr 2022-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 31288,17 manat məbləğində adi faizlər üzrə borc məbləği, 18 oktyabr 2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 30 % dərəcəsi ilə hesablanmış 145453,71 manat məbləğində cərimə, cəmi 560224,92 manat; 18 oktyabr 2022-ci il tarixindən başlayaraq 2ci Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 650 manat məbləğində çəkilmiş xərclər 8ci, 9-cu, 10-cu, 11-ci və 12-ci İpoteka predmetlərinin dəyərindən; 23 avqust 2019-cu il tarixli **********50079/İM-İ №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində, 16,17 mərtəbəli, 117b nömrəli binanın 1-ci girişində, 16-cı mərtəbədə yerləşən 196,8 kv.m. ümumi, 118,9 kv.m. yaşayış sahəsindən ibarət, 4 otaqlı 58 nömrəli mənzilə (13-cü İpoteka predmeti), 23 avqust 2019-cu il tarixli **********50079/İM-2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, Südçülük sovxozu, Balaxanı küçəsində mülkiyyətdə olan 0,6 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 99,2 kv.m. yaşayış, 19,9 kv.m. köməkçi sahədən ibarət, 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə (14-cü İpoteka predmeti), 23 avqust 2019-cu il tarixli **********50079/İM3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus olan ünvan 8 ünvanında yerləşən 54,15 kv.m. ümumi sahədən ibarət, 2 otaqlı, 9 saylı mənzilə (15-ci İpoteka predmeti) 23 avqust 2019cu il tarixli **********50019/İM-4 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, b.18, mənzil 3 (Yeni qaydalarla: AZ 1000, ünvan 9 ünvanında yerləşən 61 kv.m. ümumi sahədən ibarət 3 otaqlı mənzilə (16-cı İpoteka predmeti), 23 avqust 2019-cu il tarixli **********50019/SİM-5 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0,1694 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1764,8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (12-ci İpoteka predmeti), 23 avqust 2019-cu il tarixli **********50019/SİM-4 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0,077 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 255,4 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (11ci İpoteka predmeti), 23 avqust 2019-cu il tarixli **********500/9/SİM-3 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0,2414 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1590,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (10-cu İpoteka predmeti), 23 avqust 2019-cu il tarixli **********50079/SİM-2 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 1,9282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 631,2 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (9- cu İpoteka predmeti), 23 avqust 2019-cu il tarixli **********50019/SİM-l №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində mülkiyyətdə olan 0,084 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 719 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına (8-ci İpoteka predmeti) tutma yönəldilməsi, ipoteka pıedmetlərinin açıq hərrac satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına borc alan Maraqlı şəxs MMC-nin 23 avqust 2019-cu il tarixli **********50019 №-li Kredit müqaviləsi (3-cü Kredit müqaviləsi) üzrə iddiaçı "xxxx" ASC qarşısındakı ******* manat məbləğində əsas borcu, 18 oktyabr 2022-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 285827,69 manat məbləğində adi faizlər üzrə borc məbləği, 18 oktyabr 2022-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 30% dərəcəsi ilə hesablanmış 1327083,33 manat məbləğində cərimə, ümumilikdə 5112911,02 manat; 18 oktyabr 2022-ci il tarixindən başlayaraq 3-cü Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, gecikdirmənin hər günü üçün illik 30% dərəcəsi ilə hesablanan cərimə, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 810 manat məbləğində çəkilmiş xərclər 13-cü, 14-cü, 15-ci, 16-cı, 12-ci, 11-ci, 10-cu, 9-cu və 8-ci İpoteka predmetlərinin dəyərindən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət (ərizə) ünvanlayaraq hazırki işin ərazi aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət (ərizə) rədd edilmişdir. Hazırda müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və kommersiya mübahisəsinin baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin İsmayıllı rayonu ərazisində yerləşən əmlaklara yönəldilməsi və cavabdehlərin sahibliyindən alınması ilə əlaqədar olduğundan işin Şəki Kommersiya Məhkəməsində baxılmalı olduğu üçün ərazi aidiyyəti üzrə vəsatət təmin edilməli idi. Bakı Kommersiya Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9nə, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı kredit müqavilələri üzrə borcun ipoteka predmetlərinə yönəldilməsi tələbini irəli sürmüşdür. İş materiallarından isə görünür ki, hazırkı iş üzrə iddiaçının ödənilməsini tələb etdiyi borc məbləği iddia üzrə üçüncü şəxs Maraqlı şəxs MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********19817 №-li Kredit müqaviləsi və xx.xx.2017- ci il tarixli 01 №-li, xx.xx.2018-ci il tarixli 02 №-li, xx.xx.2019-cu il tarixli 03 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklər, xx.xx.2019-cu il tarixli **********35518 №-li və xx.xx.2019-cu il tarixli **********50019 №-li digər kredit müqavilələri əsasında yaranmışdır. xx.xx.2017-ci il tarixli **********19817 №-li kredit müqaviləsinə əsasən borc verən tərəfindən borcalana 84 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 2.600.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Maraqlı şəxs MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh11 mülkiyyətində olan daşınmaz əmlaklar, Cavabdeh8 mülkiyyətində olan daşınmaz əmlaklar, Cavabdeh2 mülkiyyətində olan daşınmaz əmlaklar və Cavabdeh9 MMC-nin mülkiyyətində olan daşınmaz əmlaklar ipoteka müqavilələrinə əsasən "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli **********35518 №-li digər kredit müqaviləsinə əsasən borc verən tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək, illik 5 faiz dərəcəsi ilə 400.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Maraqlı şəxs MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 mülkiyyətində olan daşınmaz əmlaklar ipoteka müqaviləsinə əsasən "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli **********50019 №-li digər kredit müqaviləsinə əsasən borc verən tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək, illik 5 faiz dərəcəsi ilə 400.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Maraqlı şəxs MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 mülkiyyətində olan daşınmaz əmlaklar, Cavabdeh5 mülkiyyətində olan daşınmaz əmlaklar, Cavabdeh3 mülkiyyətində olan daşınmaz əmlaklar ipoteka və sonrakı ipoteka müqavilələrinə əsasən "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İddia üzrə digər cavabdehlər Cavabdeh11, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 ipoteka müqavilələri bağlanarkən ipoteka ilə yüklü edilmiş mülkiyyət hüquqi ilə onlara məxsus olan daşınmaz əşyalara tutma yönəldildikdə və o satıldıqda həmin daşınmaz əşyaları tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci (müstəsna aidiyyət) maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Yuxarıda göstərilən normanın məzmunundan göründüyü kimi daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərarı). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçının iddia tələbi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi (daşınmaz əşya mülkiyyətiçiləri borcalan Maraqlı şəxs MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə ipoteka müqaviləsi bağladığından iddiaçının tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsini ehtiva etmir) və ya sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) kateqoriyasına aid deyildir. Yəni hazırki mübahisəyə müstəsna aidiyyət şamil oluna bilməz. MPM-in 35-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmçinin, işdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 Bakı şəhərində qeydiyyatdadırlar. Cavabdeh9 MMC-nin hüquqi ünvanı da Bakı şəhərində yerləşir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq kommersiya mübahisəsinin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətin rədd edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar