Məhkəmə qərarları › İş №2-2(103)-72/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-72/2024

10.01.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-72/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və "xxxx" MTK-ya qarşı kommersiya mübahisəsi Açar söz: korporativ mübahisə, kooperativin ləğvi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdeh3, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh2 ləğv edilməsi, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə ümumi yığıncağın çağırılması öhdəliyin qoyulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(113)- 3376/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. 11 yanvar 2006-cı il tarixli “Ay -Ulduz” Mənzil Kooperativinin yaradılmasına dair təsis müqaviləsindən görünür ki, kooperativ təsis edilərkən 5 üzvü olmuş, pay fondu 200 manat təşkil etmiş və İddiaçı pay fondundakı mütləq pay haqqı – 40 manat, yəni 20% olmuşdur.

2. xx.xx.2006-cı il tarixli X1 Reyestrindən Çıxarışla təsdiq edilir ki, “Ay -Ulduz” Mənzil Kooperativi xx.xx.2006-cı il tarixində (xx.xx.2006-cı il tarixli protokol və digər sənədlər əsasında) dövlət qeydiyyatına alınmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-5644/16 nömrəli qərarından görünür ki, xx.xx.2011-ci il tarixli Mənzil Xidməti və Tikinti Kooperativinin təsisçilərinin qərarı ilə “Ay-Ulduz-2010” Mənzil İstismar Kooperativi yaradılmış və Cavabdeh3 kooperativin sədri seçilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsinin X1 reyestrinin çıxarışına və nizamnaməsinə əsasən “Ay-Ulduz- 2010” Mənzil İstismar Kooperativi xx.xx.2012-ci il tarixində rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2017-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, İddiaçı (VÖEN: ********** olan) Cavabdeh1 əvvəlki təsisçisi kimi nizamnamə kapitalında 20% paya sahib olmuş, hazırda isə 40 paya malikdir. MMC-nin 100% payla əvvəlki təsisçisi X6 olmuş, hazırda isə 100% pay "xxxx" MMC-yə məxsusdur.

6. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2017-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, (VÖEN: ********** olan) Cavabdeh1 nizamnamə kapitalı 1.520 manatdır.

7. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2017-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, Cavabdeh3 (VÖEN: ********** olan) Cavabdeh1ndə 40 paya malikdir.

8. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2017-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, Cavabdeh3 (VÖEN: ********** olan) Cavabdeh1 qanuni təmsilçisidir.

9. Cavabdeh1 xx.xx.2017-ci il tarixdə qeydə alınmış 2-ci redaksiya nizamnaməsinin 1.3-cü bəndinə əsasən Cavabdeh1 istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın (binaların) tikintisi başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcəllə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevirilməlidir.

10. Nizamnamənin 4.6 və 4.7-ci bəndlərinə görə kooperativin ilkin pay fondu 1520 manat, hər bir üzvün mütələq pay haqqı 1 manat olmaqla 38 üzvün hər birinin 40 manat 40 payı qeyd edilmiş, o cümlədən İddiaçı 40 manat dəyərində 40 paya malik olduğu göstərilmişdir.

11. Nizamnamənin 7.1-ci bəndinə əsasən növbədənkənar ümumi yığıncaq koperativ sədrinin, təftiş komissiyasının, təşəbbüsü yaxud səs hüququna malik üzvlərin azı dördə birinin tələbi ilə çağırılır.

12. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 22 iyun 2018ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X2 və qeyrilərinə (o cümlədən Cavabdeh3) qarşı kooperativlərin ləğv edilməsi və ümumi yığıncağın protokollarının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən görünür ki, iş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 19 dekabr 2016-cı il tarixli protokoluna görə, Cavabdeh1 siyahı üzrə səs vermə hüququna malik cəmi 72 nəfər üzvündən 42 nəfərinin iştirakı ilə Simuzər Hüseynovanın Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri vəzifəsindən azad edilməsi, Cavabdeh3 Cavabdeh1 sədri təyin edilməsi, Qəmər Cəfərquluzadə, Cavanşir Manafov və Dilarə Məşədiyevanın idarə heyətinin üzvləri təyin edilməsi, "xxxx" MTK-ya məxsus bütün mövcud sənədlərin, habelə möhür və ştampın yeni təyin edilmiş sədrə təhvil verilməsi, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə yeni sədrin seçilməsi ilə bağlı dəyişikliklərin dövlət qeydiyyatına alınmasının Cavabdeh3 həvalə edilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Cavabdeh1 və "xxxx" Mənzil İstismar Kooperativlərinin ləğvi ilə bağlı qanunda nəzərdə tutulan tələbləri yerinə yetirməməklə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, sədrlik etdiyi Cavabdeh1 qanuna müvafiq qaydada və müddətdə ümumi yığıncağının çağırılaraq, kooperativin ləğvi məsələsinin həll edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 11 yanvar 2006-cı il tarixində “Təsisçilərin Mənzil Kooperativinin yaradılmasına dair təsis müqaviləsinə əsasən yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixində dövlət qeydiyyatına alınaraq, bu barədə reyestrdən çıxarış verilmişdir. Kooperativin hüquqi ünvanı ünvan 1 Kooperativinin beş təsisçisindən biridir və ümumi yığıncağın xx.xx.2006-cı il tarixli qərarına əsasən o Cavabdeh1 sədri seçilmişdir. 2011-ci ildə binaya köçən Cavabdeh3 ona məxsus olan binanın birinci mərtəbəsində yerləşən 53 kv metr qeyri-yaşayış sahəsini ələ keçirmək üçün ona qarşı qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddialar irəli sürmüş, lakin onun verdiyi iddia tələbləri təmin edilməmişdir (Ali Məhkəmənin qərarı əlavə olunur). Bundan sonra o, eyni ünvanda başqa oxşar adla, yəni Cavabdeh2 təsis edərək özünü eyni vaxtda həmin kopperativin də sədri elan etmiş və artıq Cavabdeh1nın mövcud olduğu ünvanda qanunsuz fəaliyyət göstərməyə, sakinlər arasında çaşqınlıq yaratmağa, onlardan müxtəlif adlarla, məsələn, məhəllədəki avtomobillərdən dayanacağı kimi istifadə edərək pul yığmaqla özbaşınalıq və qanunsuzluqlar etməyə başlamışdır. Bundan başqa həmin kooperativin adından heç bir aidiyyatı və əsas olmadığı halda ona qarşı qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddialar irəli sürməyə başlamışdır. Halbuki sözügedən qeyri-yaşayış sahəsi 30 ildir ki, onun qanuni istifadəsindədir. Cavabdeh1 yaradılarkən qarşıya qoyduğu məqsədlərə nail olunmuş, həmçinin binadakı mənzillər tam olaraq özəlləşdirilərək payçıların xüsusi mülkiyyətinə keçmişdir. Bunu nəzərə alaraq Mənzil Məcəlləsinin 109-cu maddəsinin tələblərinə əsasən kooperativin ləğv olunması zərurəti yaranmışdır. Bu barədə hazırda 40 faiz pay hüququna malik təsisçi olaraq, o dəfələrlə kooperativlərin sədrinə rəsmi qaydada yazılı müraciətlər etsə də, Cavabdeh3 bu barədə heç bir qanunamüvafiq tədbirlər görməmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdilər ki, ünvan 2 ünvanındakı ev kooperativ bina olmaqla Cavabdeh1nə məxsusdur. Sözügedən kooperativ 1995-ci ildən mövcud olmuş “Sovet işçisi» kooperativinin hüquqi varisi kimi 11 yanvar 2006-ci il tarixdə Cavabdeh1 adı ilə təsis edilmiş və 22 fevral 2006-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 Nizamnaməsinin: 7.1.1- ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin ümumi yığıncağıdır və Kooperativin fəaliyyətinə aid olan bütün məsələləri həll etmək səlahiyyətinə malikdir. Ümumi Yığıncağ kooperativin sədri tərəfindən ildə bir dəfə, lakin maliyyə ilinin başa çatmasından ən geci 3 ay keçənədək çağırılır. Növbədənkənar ümumi yığıncaq kooperativ sədrinin, müşahidə şurasının təşəbbüsü, yaxud səsə hüququna malik olan üzvlərinin azı dörddə birinin tələbi ilə çağırılır. Müvafiq təşəbbüs və ya tələb irəli sürüldükdən sonra 15 gün müddətində sədr növbədənkənar ümumi yığıncağın keçirilməsini təmin etməlidir; 7.1.2- ci maddəsinə əsasən ümumi yığıncaq üzvlərinin yarıdan çoxu iştirak etdikdə, səlahiyyətlidir. O “AyUlduz” MK-nin təsisçisi olaraq, dəfərlərlə Cavabdeh3, kooperativin mənfəəti barədə hesabat verməyi, ümumi yığncağının çağırılmasını və sonuncu dəfə isə qanunun tələbinə müvafiq olaraq, kooperativin ləğvi məsələsinin gündəliyə çıxarılmasını tələb etsə də, o bu günədək bir dəfə də olsun ümumi yığıncaq çağırmamış, hesabatları verməmiş, Mənzil Məcəlləsinin 109-cu maddəsində göstərilən imperativ tələbinə əsasən kooperativlərin ləğvini təmin etməmişdir. Cavabdeh T.Cahagirovanın bu qanunsuzluğu onun təsisçisi olduğu Cavabdeh1 MK-nin böyük məbləğdə cərimə olunması ilə nəticələnə bilər ki, bu da onların qanuni mənafelərinə ziddir. Bu barədə Cavabdeh3 dəfələrlə xəbərdarlıq edilsə də o, buna məhəl qoymamış, öz qanunsuz əməllərinə davam etmişdir. İnzibati Xətalar Məcəlləsinin 393-1.1- ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Əlavə olunmuş məktublardan və poçt qəbzlərindən də aydın görünür ki, Cavabdeh3 tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də o, təsisçinin rəsmi müraciətlərinə cavab verməmiş və umumi yığıncaq çağırmaqdan imtina edərək qanunsuz fəaliyyət göstərməkdə davam etmişdir. Həmçinin bildirir ki, Cavabdeh1 beş nəfər təsisçilərindən birinin, yəni onun həyat yoldaşı X4 vəfat etdiyindən kooperativin fəaliyyəti özlüyündə hazırda qanunsuzdur. Bu barədə də cavabdehlərə rəsmi məlumat verilsə də, qulaq ardına vurmuşdur. Qeyd edir ki, Nizamnaməyə əsasən təsisçi X3 da payı ona keçmişdir. Göründüyü kimi dəfələrlə rəsmi müraciət olunduğuna baxmayaraq, Cavabdeh3, sədrlik etdiyi Cavabdeh1 və "xxxx" Mənzil İstismar Kooperativlərinin ləğvi ilə bağlı qanunda nəzərdə tutulan tələbləri yerinə yetirməməklə hərəkətsizliyə yol vermiş, ünvan 3 ünvanındakı qanunsuz fəaliyyətini davam etdirmiş, təsisçinin və qanunun koopertivin ləğv edilməsi barədə Ümumi yığıncağın cağırılması barədə tələblərinə məhəl qoymamaqla qanunvericiliyi dəfələrlə və kobud pozuntulara yol vermişdir. Odur ki, cavabdehlərin fəaliyyəti məhkəmə qaydasında qanunsuz hesab edilməklə, umumi yığıncağın çağırılaraq, kooperaativlər ləğv edilməsi barədə qərar qəbul edilməli və bu barədə qeydiyyat aparan orqana məlumat verilməlidir. Əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin verdiyi xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən Cavabdeh3 Cavabdeh1nın və Cavabdeh2 sədri olduğu qeyd olunmuşdur.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3376/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia rədd edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 “AyUlduz” Mənzil Kooperativinin və Cavabdeh2 sədri, İddiaçı isə Cavabdeh1 üzvü olması iş materiallarına əsasən təsdiq olunsa da, İddiaçı Cavabdeh2 üzvü olmasına dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda İddiaçı “Ay Ulduz-2010" Mənzil İstismar Kooperativin üzvü olmadığından iddiaçının həmin kooperativin ləğvi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsini tələb etməyə dair subyektiv hüquqa malik olmaması açıq-aşkardır.

17. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Mülki Məcəllənin 111.8-ci maddəsinin və Cavabdeh1 nizamnaməsinin tələbləri baxımından Cavabdeh1nə münasibətdə də ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbini irəli sürməkdə də haqlı deyildir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarına görə mənzil tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar kooperativin üzvlərinin ümumi yığıncağında qəbul edilə bilər. Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İddiaçı Cavabdeh1 72 üzvündən biri olduğundan ümumi yığıncağın çağırılaraq, kooperativin ləğvi məsələsinin həll edilməsini tələb etməkdə də haqlı deyil.

18. İddianın Cavabdeh1 ləğv edilməməsinə dair Cavabdeh3 hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 113.1-ci maddəsinin tələbləri baxımından kooperativin könüllü ləğvi kooperativ sədrinin deyil, onun üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aid məsələ olduğundan həmin hissədə də iddia əsassızdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3376/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, iddiaçı “AY ULDUZ “ MK-nin təsisçisi olaraq, dəfərlərlə Cavabdeh3, kooperativin mənfəəti barədə hesabat verməyi, Umumi yığncağınını çağırılmasını və sonuncu dəfə isə qanunun tələbinə müvafiq olaraq, kooperativin ləğvi məsələsinin gündəliyə çıxarılmasını tələb etsəm də o bu günədək bir dəfə də olsun Umumi yığıncaq çağırmamış, hesabatları verməmiş, Mənzil Məcəlləsinin 109-cu maddəsində göstərilən imperativ tələbinə əsasən Kooperativlərin ləğvini təmin etməmişdir. Cavabdeh T.Cahagirovanın bu qanunsuzluğu onun təsisçisi olduğu Cavabdeh1 MK-nin böyük məbləğdə cərimə olunması ilə nətəcələnə bilər ki, bu da onun qanuni mənafeyimizə ziddir. Bu barədə Cavabdeh3 dəfələrlə xəbərdarlıq edilsə də o, buna məhəl qoymamış, öz qanunsuz əməllərinə davam etmişdir. Cavabdeh1 beş nəfər təsisçilərindən biri-X4 vəfat etdiyindən kooperativin fəaliyyəti özlüyündə hazırda qanunsuzdur. Bu barədə də cavabdehlərə rəsmi məlumat verilsə də qulaq ardına vurmuşdur. Nizamaməyə əsasən təsisçi X3 da payı ona keçmişdir. Göründüyü kimi dəfələrlə rəsmi müraciət olunduğuna baxmyaraq, Cavabdeh3, sədrlik etdiyi “AYULDUZ” Mənzil Kooperativinin və “AY-ULDUZ-2010” Mənzil İstismar Kooperativlərinin ləğvi ilə bağlı qanunda nəzərdə tutulan tələbləri yerinə yetirməməklə qanunsuzluğa yol vermiş, ünvan 3 ünvnındakı qanunsuz fəaliyyətini davam etdirmiş, təsisçinin və qanunun koopertivin ləğv edilməsi barədə ümumi yığıncağın cağırılması barədə tələblərinə məhəl qoymamaqla qanunvericiliyi dəfələrlə və kobud pozuntulara yol vermişdir. Odur ki, cavabdehlərin fəaliyyəti məhkəmə qaydasında qanunsuz hesab edilməklə, umumi yığıncağın çağırılaraq, kooperaativlər ləğv edilməsi barədə qərar qəbul edilməli və bu barədə qeydiyyat aparan orqana məlumat verilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı, onun nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdirlər.

22. Cavabdeh3, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və təmin edilməməsini xahiş etmişdirlər.

23. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 109-4.1-ci maddə- kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; 109-4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək; 109-4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; 109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq; 109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək; 109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 113.1-ci maddə- kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. 113.2-ci maddə- kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 59.2-ci maddə- hüquqi şəxs onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq ləğv edilə bilər. 111.8-ci maddə- kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə (maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) çağırılır. Bu halda kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

24. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

25. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3376/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh1 və "xxxx" Mənzil İstismar Kooperativlərinin ləğvi barədə irəli sürülmüş iddiaya Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilsə də, hazırda qaldırılan iddianın əsası fərqli olduğundan iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmir. Hazırkı halda iddiaçı hər iki kooperativin qarşısında qoyulmuş məqsədlərə çatdıqları üçün nizamnamələrində və Azərbaycan Respublikası Mənzil Məcəlləsində nəzərdə tutulmuş qaydada ləğv edilməli olduğunu göstərərək bu məqsədlə ümumi yığıncağın çağırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş edir. Əvvəl qaldırılmış iddiada isə kooperativlərin məhkəmə tərəfindən faktiki fəaliyyət göstərməməsi, yeni sədrin qanun pozuntusu ilə seçilməsi və digər əsaslarla ləğv edilməsi xahiş edilmişdir.

27. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, İddiaçı “Ay Ulduz-2010" Mənzil İstismar Kooperativinin üzvü olmadığından həmin kooperativin ləğvi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsini tələb etməyə subyektiv hüquqa olmadığından iddia həmin hissədə əsassızdır. Apellyasiya şikayətində iddiaçı qətnamənin bu hissədə hansı əsasla ləğv edilməli olduğunu göstərməmişdir.

28. Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışdan və kooperativin 2-ci redaksiyada nizamnaməsindən görünür ki, Cavabdeh1 təsis edilərkən onun 5 üzvü olsa da, sonradan üzvlərinin sayı artmiş, 2017-ci ildə 38 olmuşdur. Kooperativin xx.xx.2023-cü il tarixdə keçirilmiş ümumi yığıncağının protokolunda onun səs hüququna malik üzvlərinin sayının 72 olduğu, onlardan 61 nəfərinin iclasda iştirak etdiyi qeyd edilmişdir. Apellyasiya şikayətində iddiaçının vəfat etmiş həyat yoldaşı X4 vəfat etdikdən sonra onun payının da iddiaçıya keçdiyi qeyd edilsə də, məhkəməyə bu barədə hər hansı sənəd təqdim edilməmişdir. 29.Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 111.8-ci maddəsinin və Cavabdeh1 nizamnaməsinin tələbləri nəzərə alınarsa İddiaçı kooperativin üzvlərindən biri olaraq Cavabdeh1 növbədənkənar ümumi yığıncağının çağırılmasını tələb etmək və həmin yığıncağın gündəliyini (hüquqi şəxsin ləğv edilməsi) müəyyənləşdirmək səlahiyyəti yoxdur. Belə ki, MM-nin 113.1-ci maddəsinə əsasən kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə ləğv edilə bilər. O cümlədən mənzil tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar kooperativin üzvlərinin ümumi yığıncağında qəbul edilə bilər. Hüquqi şəxsin sonuncu redaksiyada nizamnaməsində kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağını çağırmaq hüququ idarə heyətinin (sədrinə), müşahidə şurasına, təftiş komissiyasına (müfəttişə) yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinə aid edildiyindən məhkəmə hesab edir ki, İddiaçı digər üzvlərin iradə ifadəsi olmadan bu barədə tələb irəli sürmək hüququna malik deyil.

30. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-cu maddəsinin tələbinin məhkəmə tərəfindən nəzərə alınmaması maddi hüquq pozuntusu kimi göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi xx.xx.2009-cu ildən-Cavabdeh1 xx.xx.2006-cı ildə hüquqi şəxs kimi qeydiyyata alındıqdan sonra qanuni qüvvəyə mindiyindən kooperativin ləğv edilməsi əsasları ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 87-ci maddəsinin tələbinə ziddir.

31. Məhkəmə birinci instansiya məhkəməsi ilə bu hissədə də razılaşır ki, Mülki Məcəllənin 113.1-ci maddəsinin tələbləri baxımından kooperativin könüllü ləğvi kooperativ sədrinin deyil, onun üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aid məsələ olduğundan Cavabdeh1 ləğv edilməməsinə dair Cavabdeh3 hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair iddia tələbi də əsassızdır.

32. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3376/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3376/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar