Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-730/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X22 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, Çalbay Ayhanın Cavabdeh MTK-ya qarşı “sənədlərin təqdim olunması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-2301/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı1, Çalbay Ayhan Cavabdeh MTK-ya qarşı “sənədlərin təqdim olunması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın inşa etdiyi və tikintisi başa çatmış ünvan 1 ünvanında 20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binası və ünvan 2 ünvanında 1 girişli 19 mərtəbəli “B” bloklu yaşayış binasının təsdiq olunmuş tikinti layihələri, tikintiyə cəlb edilmiş vəsaitlər, çəkilmiş xərclər, yaşayış və qeyri-yaşayış sahələrinin satışından daxil olmuş vəsaitlər və təsisçilərlə hesablaşmaya dair sənədlərin iddiaçılara təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına (**********242400) əsasən 08 noyabr 2012-ci il tarixində yaradılmış, 14 noyabr 2012-ci il tarixində ********** nömrə dövlət qeydiyyatına alınmış Cavabdeh Mənzil Tikinti Kooperativinin (MTK) qanuni təmsilçisi X2r və MTK-nın aşağıdakı mütləq payda üzvləri vardır: 1. X3 – 19.8 %, 2. X9 – 4.95 %, 3. X14 – 1 %, 4. X19 – 24.752 %, 5. Əli-X23 – 24.75 %, 6. İddiaçı1 – 4.95%, 7. Çalbay AYHAN – 19.8%. Yuxarıda qeyd edilən məlumatlar xx.xx.2022-ci il tarixli, 35 nömrəli vəkil sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********440300 nömrəli məktubu və məktuba əlavə edilən sənədlər əsasında əldə edilmişdir. Bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 01 fevral 2013-cü il tarixli 029 №-li Cavabdeh MTKya yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Sərəncamı qəbul edilmişdir. Sərəncama əsasən ünvan 3 ünvanında 1.25 ha torpaq sahəsinin 0.8265 ha hissəsi MTK-nın istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə MTK tərəfindən 19 mərtəbəli və 20 (+zirzəmi) mərtəbəli yaşayış binaları tikilmişdir və başa çatmışdır. Tikintilərin Dövlət reyestrindən əldə edilən çıxarışa əsasən; 1) ünvan 4 ünvanında 1 girişli 19 mərtəbəli“B” bloklu yaşayış binasının tikintisinə xx.xx.2017-ci il tarixdə icazə verilmişdir. Tikinti obyektinə xx.xx.2017-ci il tarixində 00800003-1-1101-001233/1217 kod verilmişdir. Tikinti obyektinin əsas texniki göstəriciləri Tikinti ərazisi – 0.8265 ha, Tikinti sahəsi – 889.9 m2, Binanın ümumi sahəsi – 12558.2 m2 Binanın həcmi – 55727.6 m3 Girişlərin sayı – 1, Mənzillər (otaqlar üzrə): 1 otaqlı – 36, 2 otaqlı –30, 3 otaqlı –54. 2) ünvan 1 ünvanında 20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binasının tikintisinə xx.xx.2019-cu il tarixdə icazə verilmişdir. Tikinti obyektinə xx.xx.2019cu il tarixində 00800003-1-1101-002011/0719 kod verilmişdir. Tikinti obyektinin əsas texniki göstəriciləri Tikinti ərazisi – 0.8265 ha, Tikinti sahəsi – 833.7 m2, Binanın ümumi sahəsi – 17124.9 m2 Binanın həcmi – 57253.2 m3 Mənzillərin yaşayış sahəsi – 10553 m2. MTK-da mütləq pay haqqı və hüququ olan üzvləri Ayhan Çalbay və İddiaçı1 MTK-nın sədri Etiram Məmmədova "xxxx" ərizə ilə müraciət edərək, MTK-nın dövlət qeydiyyatına alındığı tarixdən hazırki tarixədək apardığı hündürmərtəbəli bina tikinti işləri və tikinti işlərinə cəlb edilmiş vəsaitlər, xərclər, MTK-nın üzvlərinin ümumi yığıncaqları və gündəliyə çıxarılan məsələlər və ödənilməli olan dividendlər barədə məlumatın verilməsini və bununla bağlı sənədlərin təqdim edilməsini xahiş etmişlər. MTK-nın sədri Etiram Məmmədov müraciətə xx.xx.2022-ci il tarixli 33 nömrəli məktubu ilə cavab olaraq bildirmişdir ki, Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 Ümumi Yığıncağın xx.xx.2017ci il tarixli 12 saylı Protokolu ilə Kooperativin üzvlüyündən çıxarılmışlar. MTK-nın sədri Etiram Məmmədovun xx.xx.2022-ci il tarixli, 33 nömrəli məktubu heç bir həqiqəti əks etdirmir. Belə ki, Ayhan Çalbay və İddiaçı1 MTK-nın təsisçiləridir, mütləq pay hüquqları saxlanılır və bu fakt İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********440300 nömrəli məktubu və məktuba əlavə edilən sənədlər əsasında sübut olunur. Bununla belə, Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 xx.xx.2022-ci il tarixində MTK-nın sədri Etiram Məmmədova Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4 və 111.8-ci maddələrinə əsaslanaraq, Cavabdeh MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması haqqında müraciət ünvanlamışlar. Müraciətdə ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin daxil edilməsi xahiş olunmuşdur: - ünvan 5 ərazisində Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının tikintisinə cəlb olunan vəsait və binanın tikintisinə sərf olunan xərclər haqqında, - ünvan 5 ərazisində Cavabdeh MTK tərəfindən tikintinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələr, binanın qeyri yaşayış sahələrinin və mənzillərinin satış müqavilələri haqqında, - Kooperativin mənfəəti və onun bölüşdürülməsi haqqında. MTK-nın sədri X8 üzvlərinin ümumi yığncağının çağırılması əvəzinə Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli 43 nömrəli məktubunda əvvəlki xx.xx.2022-ci il tarixli 33 nömrəli məktubuna istinad etməklə məlumatların, sənədlərin verilməsindən və ümumi yığıncağın çağırılmasından imtina etmişdir. Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 MTKnın qanuni təmsilçisi X4 bununla bağlı mübahisəyə mediasiyada baxılması üçün X1 Barədə Təklif irəli sürülmüş, lakin Təklifə heç bir münasibət bildirilməmişdir. Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 mübahisəyə baxılması üçün Bakı 5 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. X1 Barədə Təklif-də MTK-nın maliyyə təsərrüfat fəaliyyətinə dair məlumatların və sənədlərin verilməsi, gəlir-xərc barədə sənədlərin təqdim edilməsi, xalis gəlirin bölüşdürülməsi barədə ümumiyığıncağın çağırılması və Kooperativin cari fəaliyyəti ilə bağlı digər məsələlərə dair mübahisəyə baxılmasını təklif edilmişdir. Mübahisəyə baxılması ilə əlaqədar Bakı 5 saylı Mediasiya Təşkilatında 25 avqust 2022-ci il tarixində X12 keçirilmiş və sessiyada MTK-nın nümayəndəsi iştirak etməmiş və eyni tarixdə İlkin MediasiyaSessiyasında X13 MŞB/2-02784 nömrəli arayış verilmişdir. Bununla yanaşı Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 MTK-nın sədri X4 xx.xx.2022- ci il tarixində Pretenziya göndərilmiş və Pretenziyada həmçinin 10 gün müddətində ünvan 5 ünvanında tikilmiş hündürmərtəbəli binalarda mənzillər və qeyri-yaşayış sahələrinin satışından əldə olunmuş Kooperativin mənfəəti barədə rəsmi məlumat və sənədlərin verilməsi xahiş olunsa da, məlumat və sənədlər verilməmişdir. İddia ərizəsində qeyd edilən dəlillərimizdən göründüyü kimi, MTK-nın təsisçiləri və mütləq pay haqqı olan üzvləri Ayhan Çalbay və İddiaçı1 mülki qanunvericiliklə qorunan hüquqları pozulmuş və MTK-dan məlumatlar və sənədlərin alınması üçün məhkəmədənkənar qaydada bütün vasitələrdən istifadə etsələr də mümkün olmamışdır.
3. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıların Cavabdeh MTK-ya qarşı “sənədlərin təqdim olunması” tələbinə dair iddiası əsassızdır. Belə ki, iddiaçılar Cavabdeh MTK-nin kooperativ üzvü kimi heç vaxt kooperativ fəaliyyətində, nə də kooperativdə yaranmış xərclərin ödənilməsində iştirak etməmiş və beləliklə üzərilərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Bu səbəbdən Cavabdeh MTKnin əsas təsisçisi X19 və digər təsisçilərin təşəbbüsü ilə ümumi yığıncaq çağırılmış və 7 saylı may 2016-cı il tarixli protokoluna əsasən kooperativin üzvləri İddiaçı2 və İddiaçı1 kooparativin üzvlüyündə qalıb qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilməsi qərara alınmışdır. Həmçinin Cavabdeh MTK-nin noyabr 2016-cı il tarixli ümumi yığıncağının 10 nömrəli protokolundan görünür ki, kooperativin üzvləri İddiaçı2 və İddiaçı1 yığıncağa təkrarən gəlmədikləri, habelə Kooperativdə qalıb qalmayacaqlarının bildirmədikləri üçün axırıncı dəfə xəbərdarlıq edilməsi qərara alınmışdır. Lakin iddiaçılar kooperativin ümumi yığıncağına gəlməkdən boyun qaçırmışlar, beləliklə Cavabdeh MTK-nin üzvlərinin 13 may 2017-ci il tarixli ümumi yığıncağın 12 nömrəli protokoluna əsasən kooperativin nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədiklərinə görə İddiaçı2 və X15 Cavabdeh MTK-nın üzvlüyündən çıxarılması qərara alınmışdır. Həmçinin Cavabdeh MTK-nin mütləq pay hüququ olan üzvü X5 xx.xx.2018-ci il tarixə vəfat etmiş və bu səbəbdən Cavabdeh MTK iddiaçılar Ayhan Çalbay və İddiaçı1 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövltə qeydiyyatı idarəsində Cavabdeh MTK-nin üzvləri siyahısından qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Beləliklə, iddiaçılar Ayhan Çalbay və İddiaçı1 Cavabdeh MTK-nin üzvlüyündən çıxarılmaları onların kooperativ ilə bağlı kommersiya sirri olan sənədlərin tələb edilməsi üçün hər hansı bir hüquqlarının olmadığını göstərir. Bu səbəbdən iddiaçılar tərəfindən tələb edilən sənədlərin kommersiya sirri olduğundan və iddiaçıların kooperativ üzvləri olmadığından həmin sənədlər onlara təqdim edilməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2301/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MTK tərəfindən Cavabdeh MTK-nın inşa etdiyi və tikintisi başa çatmış ünvan 1 ünvanında 20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binası və ünvan 2 ünvanında 1 girişli, 19 mərtəbəli “B” bloklu yaşayış binasının təsdiq olunmuş tikinti layihələri, tikintiyə cəlb edilmiş vəsaitlər, çəkilmiş xərclər, yaşayış və qeyri-yaşayış sahələrinin satışından daxil olmuş vəsaitlər, təsisçilərlə hesablaşmaya dair sənədlərin iddiaçılar İddiaçı1 və Çalbay Ayhana təqdim edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və Çalbay Ayhana ödənilməsi qət edilmişdir.
5. Cavabdeh MTK apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-2301/2023saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçılar Çalbay Ayhan və İddiaçı1 iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar Çalbay Ayhan və İddiaçı1 CavabdehMTK-nin üzvü kimi heç vaxt kooperativin fəaliyyətində, görülmüş işlər üçün çəkilmiş xərclərin qarşılanmasında, nə də kooperativin digər xərclərinin qarşılanmasında ümumiyyətlə iştirak etməmiş və nizamnaməyə əsasən üzərilərinə götürdükləri öhdəliklərin icrasından yayınmışlar. İşin hallarından da göründüyü kimi, iddiaçılar Çalbay Ayhan və İddiaçı1 Cavabdeh MTK-nın üzvlərinin 13 may 2017-ci il tarixli ümumi yığıncağının 12 saylı protokoluna əsasən kooperativin nizamnaməsinə uyğun olaraq iddiaçıların kooperativin fəaliyyətində və faəliyyət dövründə yaranmış xərclərin qarşılanmasında iştirak etməmələri səbəbindən ”Lider F” MTK-nin üzvlüyündən çıxarılması qərarı alınmışdır. Məhkəmə tərəfindən çəkişmə prinsipinə formal əməl olunmuşdur. İşin hallarından və birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi, Cavabdeh MTK-nın mütləq pay hüququ olan üzvü X5 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və bu səbəbdən Cavabdeh MTK iddiaçılar Ayhan Çalbay və İddiaçı1 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində Cavabdeh MTK-nin üzvləri siyahısından qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Hazırda isə Cavabdeh MTK-nın iki təsisçi vəfat etmiş,bu səbəbdən onların vərəsələrinin dairəsi müəyyən edilənədək iddiaçılar Çalbay Ayhan və İddiaçı1 CavabdehMTK-nin üzvləri siyahısında qeydiyyatdan çıxarılması mümkün deyildir. Buna baxmayaraq, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 2301/2023saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin 31-ci bəndində məhkəmə qeyd etmişdir ki, iddiaçıların kooperativ üzvlüyündən çıxarılmaları ilə bağlı hüquqi şəxslərin dövlət reyestrində hər hansı bir dəyişiklik aparılmadığından, kommersiya qurumlarının dövlət reyestrindən sonuncu çıxarışa əsasən iddiaçılar hazırda da kooperativ üzvləri olduğundan onların Mülki Məcəllənin 109-4.1.3-cü maddəsində, habelə həmin Kooperativin Nizamnaməsinin 5.3-cü bəndində nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilərlər. Birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi, Cavabdeh MTK-nın məhkəməyə hansı səbəbdən iddiaçıların dövlət reyestrində qeydiyyatdan çıxarılmaması səbəbinin göstərməsinə baxmayaraq, məhkəmə ümumiyyətlə bu məsələ barədə münasibət bildirməmiş və qanunsuz, ədalətsiz qətnamə çıxararaq bu maddənin müddəalarını pozmuşdur. Cavadbeh CavabdehMTK-nin əsas təsisçisi X19 və digər təsisçilərin təşəbbüsü ilə ümumi yığıncaq çağırılmış və 7 saylı may 2016-cı il tarixli protokola əsasən kooperativin üzvləri Çalbay Ayhan və İddiaçı1, onların kooperativin üzvlüyündə qalıb-qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirimələri haqqında xəbərdarlıq edilmələri qərara alınmışdır. Həmçinin, Cavabdeh MTK-nin 10 saylı noyabr 2016-cı il tarixli protokoluna əsasən, kooperativin üzvləri Çalbay Ayhan və İddiaçı1 yığıncaqda iştirak etməmələri və Kooperativdə qalıb-qalmayacağlarını bildirməkləri üçün sonuncu dəfə xəbırdarlıq edilmələri qərarı alınmışdır. Buna baxmayaraq iddiaçılar həmin yığıncaqda iştirak etməkdən və kooperativdə qalıb-qalmayacağları barədə kooperativə məlumat verməkdən boyun qaçırmışlar. Beləliklə, CavabdehMTK-nin üzvlərinin 13 may 2017-ci il tarixli ümumi yığıncağının 12 saylı protokoluna əsasən kooperativin nizamnaməsinı uyğun olaraq vəzifə borclarını layiqincə yerinə yetirməmə səbəbi ilə Çalbay Ayhan və İddiaçı1 CavabdehMTK-nin üzvlüyündən çıxarılması qərarı alınmışdır. Nəticə etibarı ilə, iddiaçılar Çalbay Ayhan və İddiaçı1 Cavabdeh MTK-nin üzvlüyündən faktiki olaraq çıxarılmışlar. Lakin,birinci instansiya məhkəməsi hansı səbəbdən üzvlükdən çıxarılmaları, həmçinin onların protokol əsasında kooperativin üzvlüyündən çıxarılması hallarını nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, 14 noyabr 2012-ci il tarixində aşağıdakı təsisçilərdən ibarət Cavabdeh MTK yaradılmışdır: - Ayhan Çalbay (Türkiyə Respublikası)-2096, 4 pay pul şəklində, - Əli-X23 — 2596, 5 pay pul şəklində, - X19-2596, 5 pay pul şəklində, - X16-2596, 5 pay pul şəklinə,-İddiaçı1- 596, 1 pay pul şəklində. Sonradan təsisçilər arasında pay alqı-satqısı olmuş və bütün təsisçilərin iştirakı ilə keçirilən ümumi yığıncağın yekdilliklə qərarı əsasında Cavabdeh MTK-nın nizamnaməsinin 4.4-cü bəndi yeni redaksiyada qəbul edilmiş və Cavabdeh MTK təsisçiləri aşağıdakı şəxslərdən ibarət olmuşdur. - Ayhan Çalbay (Türkiyə Respublikası)- 19.890, -Əli-X23- 24.7592, - X19-24.7596, - X3-19.896, - İddiaçı1 – 4.9596, - X9-4.9590, - X14-196. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən alınan rəsmi məlumata əsasən Cavabdeh MTK təsisçilərində hər hansı bir dəyişiklik olmamışdır. Cavabdehin hazırki apellyasiya şikayətinin əsası Türkiyə Respublikasının vətəndaşı Ayhan Çalbay və İddiaçı1 Cavabdeh MTK-nın təsisçiliyindən çıxarılması və bu şəxslərin MTK-nın fəaliyyətində iştirakının olmaması təşkil etmişdir. Bununla bağlı bildiririk ki, hazırki iddiaçıların iddia tələbinin qaldırılmasında subyektiv hüquqlarının olması Bakı Kommersiya Məhkəməsində araşdırılmış, dövlət reyestrində yoxlanılmış və təsisçilərin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5, 49.1, 49.4, 49.5, 49.6, 109-4.1.3-cü maddələri, nizamnamənin 5.3-cü bəndində təsbit edilən hüquqları qorunmuş və ədalətli qərarını vermişdir. Məlum olduğu kimi MTK-nın cari fəaliyyətinə 2 il müddətinə seçilən sədr cavabdehlik daşıyır. MTK-nın adından çıxış edən sədr təmsil etdiyi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməli, MTK-nın təsisçilərinin maraqlarına sadiq olmalı, MTK-nın maraqlarını öz maraqlarından üstün tutmalı, ehtiyatlı olmalı, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmalıdır. Sədr vəzifəsini qanunsuz həyata keçirən X14 bu sadalananlardan kənarda qalaraq, qanunsuz əməllərlə məşğuldur. Onun sədr vəzifəsindən kənarlaşdırılması məqsədilə iddiaçılar tərəfindən Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış və hazırda mübahisəyə baxılır. Cavabdeh iddiaçıların MTK-nın fəaliyyətində iştirak etməmələrini qeyd etsə də, bunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, cavabdehin təsis sənədlərində və digər hüquqi sənədlərinə baxmaq kifayət edir ki, iddiaçılar rəsmi dəvət olunduqları ümumi yığıncaqlarda iştirak etmiş və qərarların qəbul edilməsində səs vermişlər. Eyni zamanda iddiaçılardan İddiaçı1 MTK-nın yaradılması və dövlət qeydiyyatından keçirilməsində öz adından və digər təsisçilər tərəfindən ona verilmiş etibarnamələr əsasında onları təmsil etmişdir. Ayhan Çalbay digər təsisçilər ilə birlikdə Cavabdeh MTK-ya 530,000.00 manat məbləğində vəsaitin ödənilməsinə dair sənədlərə imza atmışdır, bu sənədlər məhkəməyə təqdim edilmişdir. Eyni zamanda Ayhan Çalbay MTK-nın fəaliyyəti ilə əlaqədar "xxxx" MMC-yə 20,020.00 manat pul ödəmişdir. Təsisçilər cari fəaliyyətlə bağlı qərarların verilməsi üçün yalnız ümumi yığıncaqların keçirilməsi zamanı toplaşırlar ki, iddiaçılar qərəzli olaraq ümumi yığıncaqlara çağırılmamışlar və onlardan xəbərsiz qanunsuz iclaslar keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin diqqətinə çatdırmaq istəyirik ki, bir halda ki, bizim iştirakımız təmin edilmədən keçirilən ümumi yığıncaqda mərhum ölmüş şəxs — X3 təsisçilər ilə bir masada əyləşir, iştirak edir, qərar qəbul edir və imza atır, iştirakımız olmadan keçirilən iclasların həqiqiliyi şübhə altına salınmalıdır. Bu fakt aşkardır və Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılır. Bu faktı iddiaçılar cavabdehin özü tərəfindən könüllü şəkildə Bakı Kommersiya Məhkəməsinə təqdim etdiyi Protokoldan aşkar etmişdir. Bütün bunlar ona dəlalət edir ki, MTKda saxta ümumi yığıncaqlar keçirilmiş və hər şey milyonlarala vəsaitin mənimsənilməsinə hesablanmışdır. İddiaçıların “sənədlərin təqdim edilməsi tələbi” onların hüğuqlarıdır və digər saxtakarlıq cinayətlərinin aşkar olunması üçün məhkəmə müdafiə tədbirləridir. ünvan 6 ünvanında tikintisi başa çatmış 19 və 20 mərtəbəli binalardan əldə olunmuş milyonlarla vəsaitin mənimsənilməsinə yol vermiş bütün şəxslər qanun qarşısında cavab verəcəklər və yuxarıda qeyd etdiyimiz kimi, iddiaçıların Baş Prokurora müraciəti əsasında Prokurorluğun xüsusilə mühüm işlər idarəsində araşdırma aparılır. Bu araşdırmada Cavabdeh MTK-nın əvvəl təsisçisi olmuş X16, hazırki təsisçi Əli-X23 və X14 şübhəli şəxslərdir ki, onların izahatları alınmaqdadır. Həmin şəxslər binalardan mənzil və qeyri yaşayış sahəsi alan şəxslərin verdikləri pulları oz adlarından müxtəlif təyinatlarla MTKya təsisçi kimi mədaxil etmişlər. İddiaçılardan Türkiyə Respublikasının vətəndaşı Ayhan Çalbay təsisçi kimi hüquqlarının müdafiə olunması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti orqanlarına müraciət etmiş, Türk vətəndaşı olaraq Türkiyə Respublikasının aidiyyəti orqanlarına müvafiq sənədləri tərcümə təsdiq edərək göndərməkdədir, eləcə də Azərbaycan Türkiyə İş Adamları Birliyinə (ATİB) müraciət hazırlanmaqdadır. X18 təsisçi kimi hüquqlarının pozulması faktlarını Türkiyə Respublikasının vətəndaşı olaraq Türkiyə və Azərbaycanda ən yüksək səviyyədə müzakirəyə çıxarılması istiqamətində zəruri tədbirlər həyata keçirməkdədir. Cavabdehin vəkili və nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin iclasında formal mülahizələr əsasında Cavabdeh MTK-nın faktiki olaraq ailənin üzvü olan X10 məxsus olduğunu bildirmişdir. Bildiririk ki, bu absurd ifadələr qəbul edilməzdir və qanunaziddir. X6 MTK-da payı 2596-dir və o həmin faiz nisbətində səs hüququna malik olmuşdur. Mərhum öldükdən sonar onun adından ifadələr işlətmək olmaz. Bununla yanaşı bildirmək istəyirik ki, mərhum X19 məhz MTK-nın əvvəl təsisçisi olmuş X7 və hazırki təsisçilərdən olan Əli-X23nun saxta əməllərinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Hazırda MTK-nı idarə edən bu şəxslərdir və bu şəxslər barəsində toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iş materiallarına əlavə etdiyi AR Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında da bir daha iddiaçı tərəfin binanın inşası zamanı heç bir pul vəsaiti qoymadığı, heç bir pul vəsaitini kassaya mədaxil etmədiyini, onun ümumiyyətlə Cavabdeh MTK-nın fəaliyyətində iştirak etmədiyi, formal olaraq pay hüququna malik olması öz əksini tapmışdır. AR Mülki Məcəlləsinin 49-cu maddəsinə əsasən qeyd olunur ki, hüquqi şəxsin zərərlə işlədiyi halda hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Lakin hazırki iş üzrə İddiaçı1, Çalbay Ayhanın belə bir hüququ yoxdur, çünki onlar formal təsisçilərdir. Həmçinin, iş materiallarına vergidən sənəd təqdim eləmişlər ki, mənfəətlə fəaliyyət göstərirlər.
9. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, İddiaçı1, Türkiyə Respublikasının vətəndaşı Çalbay Ayhan Cavabdeh MTK-nın cəmi 24 75% səs və pay hüququ olan təsisçiləridir və bu fakt Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən alınan rəsmi məlumat ilə təsdiq olunur və reyestrdə hər hansı bir dəyişiklik baş verməmişdir. Cavabdeh hazırki tarixədək Əmlak paylarının həcmi və verilmə qaydası barədə ümumi yığıncaq keçirməmişdir. Cavabdehin təsisçilərinin hüquqları və vəzifələri Nizamnamənin 5-ci bəndində açıq şəkildə qeyd edilmişdir. Bu hüquq və vəzifələri təkzib etmək özlüyündə kobud qanun pozuntusudur. İddiaçılar ümumi yığıcaq iclaslarına dəvət olunmamışlar və onların iştirakı olmadan keçirilən iclaslar saxtakarlıqla keçirilmişdir və qəbul edilən qərarların heç bır hüquqi qüvvəsi yoxdur. İddiaçılar cavadehin idarəçiliyində və orqanlarına seçilməkdə qərəzli şəkildə kənarda saxlanmışlar. ünvan 7 ünvanında tikilmiş 19 və 20 mərtəbəli binaların tikinti layihələri biz təsisçilərə təqdim edilməmişdir. Eyni zamanda həmin layihələrin ekspertizadan keçirilməsinə dair sənədlər verilməmişdir. Halbuki tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından, vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsindən ibarətdir Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli fərmanı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq hazırlanmış “Tikinti layihələrinin ekspertizadan keçirilməsi" Qaydaları mövcuddur və bu qaydaların tələblərinə sənədlər üzərindən riayət edilib- edilməsini bilmək biz təsisçilərin hüquqlarıdır. Bundan əlavə, təsisçi olaraq yaşayış və qeyri yaşayış sahələrinin satışını müəyyən edən müqavilələrin, maliyyə arayışlarının, mədaxil və məxaric qəbzlərinin surətlərinin alınmasında haqlılar.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 49.4-cü maddəsinin tələbinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır: hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.
11. Həmin Məcəllənin 49.6-cı maddəsinə əsasən bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir.
12. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.
13. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.
14. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır.
15. Həmin Məcəllənin 109.10-cu maddəsinə əsasən kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir.
16. Həmin Məcəllənin 109-2.1-ci maddəsinə əsasən kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər.
17. Həmin Məcəllənin 109-4.1.3-cü maddəsinə əsasən kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativin üzvlərinin hüquqlarıdır.
18. Həmin Məcəllənin 109.4.1.8-ci maddəsinə əsasən bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək kooperativin üzvlərinin hüquqlarıdır.
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənziltikinti kooperativləri hesab edilir.
20. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin nizamnaməsində kooperativin adı, onun olduğu yer, fəaliyyət predmeti və məqsədləri haqqında, kooperativə üzv olmaq qaydası, kooperativdən çıxmaq və pay haqqının, digər haqların qaytarılması qaydası haqqında, daxilolma və pay haqlarının miqdarı, onların tərkibi və ödənilməsi qaydası haqqında, pay haqlarının ödənilməsi üzrə öhdəliklərin pozulmasına görə məsuliyyət haqqında, kooperativin idarəetmə orqanları və onların səlahiyyətləri, qərar qəbul etməsi, o cümlədən barəsində qərarların sadə və ya üçdə iki səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında, kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında, kooperativin yenidən təşkili və ləğv edilməsi qaydası haqqında məlumatlar göstərilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********242400 nömrəli çıxarışdan görünür ki, Cavabdeh MTK xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalında mayaların miqdarı: X3 – 19,8 %, X9 – 4,95 %, X11 – 1 %, X19 – 24,75 %, Əli-X23 – 24,75 %, İddiaçı1 – 4,95 %, Çalbay Ayhan (Türkiyə Respublikası) 19,8 %. Qanuni təmsilçisi X2r.
24. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh MTK-nin Nizamnaməsindən görünür ki, MTK-nın üzvləri F.Əliyev, N.Quliyev, F.Əlizadə və iddiaçılardır. Nizamnamənin 1.2-ci bəndinə əsasən cavabdeh istehlak kooperatividir. Nizamnamənin 4.4-cü bəndinə əsasən Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski 106, 27/1 ünvanında qeydiyyatda olan Cavabdeh MTK-nin iştirakçılarının pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları aşağıdakı kimi müəyyən edilmişdir. X19 -5 AZN, 25%, 5 pay şəklində. Əli-X23 – 5 AZN, 25 %, 5 pay pul şəklində. X16 – 5 AZN, 25% 5 pay şəklində. Çalbay Ayhan – 4 AZN, 20 %, 4 pay pul şəklində. İddiaçı1 – 1 AZN, 5 % 1 pay pul şəklində. Nizamnamənin 5.3-cü bəndinə əsasən Kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək, habelə Kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativ üzvlərinin hüquqlarıdır.
25. Cavabdeh MTK-nın üzvlərinin may 2016-cı il tarixli ümumi yığıncağının 7 nömrəli protokolundan görünür ki, kooperativin üzvləri Çalbay Ayhan və İddiaçı1 kooperativin üzvüyündə qalıb qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilməsi qərara alınmışdır.
26. Cavabdeh MTK-nın üzvlərinin noyabr 2016-cı il tarixli ümumi yığıncağının 10 nömrəli protokolundan görünür ki, kooperativin üzvləri Çalbay Ayhan və İddiaçı1 yığıncağa təkrarən gəlmədikləri, habelə Kooperativdə qalıb qalmayacaqlarını bildirmədikləri üçün axırıncı dəfə xəbərdarlıq edilməsi qərara alınmışdır.
27. Cavabdeh MTK-nın üzvlərinin 13 may 2017-ci il tarixli ümumi yığıncağının 12 nömrəli protokolundan görünür ki, kooperativin nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədiklərinə görə Çalbay Ayhan və İddiaçı1 Cavabdeh MTK-nın üzvlüyündən çıxarılması qərara alınmışdır.
28. Tikintilərin dövlət reyestrindən elektron çıxarışa əsasən ünvan 2 ünvanında 1 girişli 19 mərtəbəli “B” bloklu yaşayış binasının tikintisinə xx.xx.2017-ci il tarixdə cavabdehə icazə verilmişdir.
29. Tikintilərin dövlət reyestrindən elektron çıxarışa əsasən ünvan 2 ünvanında 20 mərtəbəli “A” bloklu yaşayış binasının tikintisinə xx.xx.2019-cu il tarixdə cavabdehə icazə verilmişdir.
30. İddiaçılar tərəfindən Cavabdeh MTK-nın sədri Etiram Məmmədova göndərilmiş pretenziya məktubu ilə Mülki Məcəllənin 49.6-cı maddəsinə əsasən sənədlərin 5 iş günü ərzində təqdim edilməsi tələb edilmişdir.
31. Cavabdeh MTK tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçılar kooperativin fəaliyyətində iştirak etməmiş, dəfələrlə çağırılmış Ümumi yığıncağın iclaslarında iştirak etməmiş, kooperativin fəaliyyəti üçün qanunvericiliklə zəruri olan mütləq və əlavə pay haqlarını ödəməmişlər. Odur ki, onların ümumi yığıncağın xx.xx.2017-ci il tarixli 12 saylı protokolu ilə kooperativ üzvlüyündən çıxarılmalarının nəzərə alınması xahiş olunmuşdur.
32. Hazırkı işin halları ilə müəyyən olunur ki, Cavabdeh MTK xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış, kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar hazırda həmin kooperativin üzvləridir.
33. Kollegiya qeyd edir ki, iddiaçıların kooperativ üzvlüyündən çıxarılmaları ilə bağlı hüquqi şəxslərin dövlət reyestrində hər hansı bir dəyişiklik aparılmamışdır, kommersiya qurumlarının dövlət reyestrindən sonuncu çıxarışa əsasən iddiaçılar hazırda da kooperativ üzvləri olduğundan onların Mülki Məcəllənin 109-4.1.3-cü maddəsində, habelə həmin Kooperativin Nizamnaməsinin 5.3-cü bəndində nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilərlər.
34. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməklə bağlı gəldiyi qənaət düzgün olmuşdur.
35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2301/2023 saylı, 07 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov