Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-735/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1361/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı (İ tərəf) ilə cavabdeh (İİ tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 1,999 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 1,0721 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 1,3475 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 0,58 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 1,4878 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 0,974 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən veirlmiş çıxarışa görə Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən 1,4545 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2023).
9. Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 46000 manat zərərin, 379364,23 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “X6 istehsal kompleksi” MMC arasında xx.xx.2023-cü il tarixdə “Birgə fəaliyyət haqqında müqavilə” bağlanmışdır. Sözügedən müqavilə ilə “X6 istehsal kompleksi” MMC-yə məxsus Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən, ümumi sahəsi 560 ha olan, müasir suvarma sistemləri ilə təhciz edilmiş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində çuğundur bitkisinin əkilməsindən, əkin üzrə tərəflərin birgə, qarşılıqlı, əldə edilən gəlirin bölüşdürülməsindən və bundan irəli gələn digər hüquq və vəzifələr tənzimlənmişidir. Yuxarıda istinad olunan müqavilənin şərtlərinə uyğun olaraq “X6 istehsal kompleksi” MMC tərəfindən 560 ha əkinə yararlı, kənd təsərrüfatı təyinatlı, pivot suvrama sistemi ilə təhciz olunmuş torpaq sahəsi birgə fəaliyyətin məqsədləri üçün Cavabdeh MMC-nin faktiki və əməli istifadəsinə verilmişdir. Yuxarıda istinad olunan müqaviləyə əsasən Cavabdeh MMC ona təqdim olunmuş, suvarma sistemləri ilə təhciz edilmiş torpaq sahəsində öz vəsaiti hesabına çuğundur bitkisinin əkinini və ona aqrotexniki qulluğun həyata keçirilməsini (bax 2.2.1), hazırkı müqavilənin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2024-cü il tarixinədək yuxarıda sözügedən torpaq sahəsində quraşdırılmış, “X6 İstehsal kompleksi” MMC-yə məxsus suvarma sistemindən səmərəli və effektiv istifadə edilməsini, eləcə də həmin suvarma sistemini saz və işlək vəziyyətdə saxlanılması qaydalarına əməl etmək öhdəliklərini (bax bənd 2.2.3) üzərinə götürsə də, birgə fəaliyyət haqqında müqavilənin qüvvədə olduğu dövrdə tərəfimizdən aparılan araşdırmalar, manitorinqlər və yerində baxış nəticəsində müəyyən edilmişdir ki, ümumi dəyəri 114000 (bir yüz on dörd) manat məbləğində olan 6 (altı) hissədən ibarət pivot suvarma sistemi (avadanlığı) Cavabdeh MMC-nin əməkdaşlarının məsuliyyətsiz və müqavilə şərtlərinə zidd hərəkətləri nəticəsində qismən yararsız hala düşmüşdür ki, bununla da “X6 istehsal kompleksi” MMC-yə hazırkı vaxta 46000 (qırx altı min) manat məbləğində maddi zərər vurulmuşdur. Həmçinin ilkin araşdırmalarla müəyyən edilmişdir ki, pivot suvarma sisteminin plastik su borularının istifadəyə yararsız hala salınmasına nasosxanada çıxış suyunun təzyiqinin nəzarətsiz saxlanması, bununla da təzyiqin 8-9 ATM-ə çıxması səbəb olmuşdur. Nəzərinizə çatdırmağı zəruri hesab edirik ki, pivot suvarma sistemləri saz və işlək vəziyyətdə istifadə üçün Cavabdeh MMC-yə təqdim olunarkən suyun təzyiqinin 6 ATM-dən yuxarı olmasının bu sistemin yerüstü plastik borularının yararsız hala düşməsinə səbəb olacağı cavabdehə çatdırılmışdır. Yuxarıda göstərilənlərlə yanaşı zərinizə çatdırmağı zəruri hesab edirik ki. Cavabdeh MMC-yi ilə “X6 istehsal kompleksi” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, “birgə fəaliyyət haqqında” müqavilənin 3.2-ci bəndinin tələbinə görə bu müqavilənin məqsədləri üçün çəkilməli olan bütün xərclər Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməli olduğu halda, həmin öhdəlik tərəfinizdən icra olunmamış, bu səbəbdən də 560 ha torpaq sahəsinin 200 ha-da aparılmış əkinin toxumu “X6 istehsal kompleksi” MMC tərəfindən alınmışdır. Sözügedən müqavilənin 2.2.1-ci bəndinə əsasən çuğundur əkinini və ona aqrotexniki qulluğun həyata keçirilməsi öhdəliyini də Cavabdeh MMC üzərinə götürməsinə baxmayaraq müqavilənin qüvvədə olduğu 20 oktyabr, 30 oktyabr, 15 noyabr 2023-cü il tarixlərdə, eləcə də bununla da tərəfimizdən cavabdehin diqqətinə çatdırılmışdır ki, bu tarixlərdən sonrakı müxtəlif vaxtlarda tərəfimizdən 560 ha torpaq sahəsində aparılmış əkinə yerində baxış keçirilərkən əkininin, eləcə də aqrotexniki qulluğun düzgün aparılmadığı müəyyən edilmişdir ki, bu da son nəticədə “X6 istehsal kompleksi” MMC-yə maddi zərərin vurulmasına əsas olacaqdır. Cavabdeh MMC tərəfindən “X6 istehsal kompleksi” MMC-yə ünvanlanmış elektron məktubda “X6 istehsal kompleksi” MMC arasında bağlanmış 2- ci müqaviləyə istinad edilməklə göstərilmişdir ki, 205 ha (95 ha+75 ha+35 ha) torpaq sahəsindəki bitki “X6 istehsal kompleksi” MMC-yə aiddir. Daha sonra həmin məktubda göstərilmişdir ki. xx.xx.2024-cü il tarixdən sonra bütün məsuliyyəti “X6 istehsal kompleksi” MMC daşıyır. Yuxarıda göstərilən məktubda qeyd edilənlərlə əlaqədar qeyd edirik ki, Cavabdeh MMC ilə “X6 istehsal kompleksi” MMC-ti arasında xx.xx.2023-cü il tarixdə “birgə fəaliyyət haqqında” müqavilə bağlandıqdan sonra hər hansı “2-ci müqavilə” bağlanmamışdır. xx.xx.2023-cü il tarixli müqavilənin “xüsusi şərtlər” adlanan Vİİ hissəsində əks olunmuş şərtə əsasən bu müqavilənin imzalanması ilə tərəflər arasında buna qədər aparılmış, razılaşdırılmış, imzalanmış hər hansı sənəddə əks olunmuş bütün münsaibətlər bu müqavilə ilə tənzimlənir. İstinad olunan 31 avqust 2023-cü il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin 6.1-ci bəndinin tələbinə görə öhdəliyini icra etməyən, yaxud öhdəliyini lazımınca icra etməyən tərəf bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidir. Yuxarıda göstərilən xüsusatlarla yanaşı o da qeyd edilir ki, cavabdehlə bağlanmış birgə fəaliyyət haqqında müqavilənin 3.2-ci bəndinin tələbinə əsasən birgə fəaliyyətdən əldə olunan mənfəətin 36%-i “X6 istehsal kompleksi” MMCnin hesabına köçürülməlidir. Sözügedən müqavilənin “Müqavilənin müddəti”ni ehtiva edən 4.1-ci bəndinin tələbinə görə bu müqavilə imzalandığı anadan qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. Müqavilənin ləğv edilməsi tərəflərin bu müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərdən azad etmir. Sözügedən bəndin tələbindən göründüyü kimi müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Cavabdehə olan mübahisənin məhkəmədənkənar həll edilməsi mümkün olmamışdır. Belə ki, “X6 istehsal kompleksi” MMC tərəfindən İnternet Vergi İdarəsi vasitəsi ilə cavabdehə xx.xx.2024-cü il tarixində ünvanlanmış pretenziyada 31 avqust 2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin 3.2-ci bəndindən yaranan öhdəliyinin icra olunması, hazırkı vaxta pivot suvarma sistemlərinə vurulmuş 46000 (qırx altı min) manat məbləğində zərərin əvəzinin ödənilməsi, eləcə də sahəni boşaltmaqla pivot suvarma sisteminin yuxarıda sözügedən müqavilə şərtlərinə uyğun olaraq “X6 istehsal kompleksi” MMC-yə təhvil verilməsi xahiş olunsa da, cavabdeh buna əməl etməmişdir. Yuxarıda sadalanan xüsusatlarla yanaşı qeyd etməyi zəruri hesab edirik ki, “X6 istehsal kompleksi” MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən aparılmış audit yoxlaması nəticəsində verilən Auditor rəyi ilə müəyyən edilmişdir ki, “X7-İstehsalat Kompleksi” MMC ilə Cavabdeh MMC arasında Birgə fəaliyyət haqqında” Müqavilədən irəli gələn öhdəliklərə əsasən Cavabdeh MMC-nin “X7-İstehsalat Kompleksi” MMC-yə 379364,23 manat məbləğində ödənilməmiş öhdəliyi mövcuddur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır.
12. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 56519,70 manat məbləğində zərərin, 379364,23 manat pulun, ümumilikdə 435883,93 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1361/2025 nömrəli, 19 may 2025ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
14. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1361/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki,iş materiallarından göründüyü kimi, iddiaçı “X3 kompleksi” MMC iləc cavabdeh "xxxx"MMC arasında xx.xx.2023-cü iltarixdə“Birgə fəaliyyət haqqında müqavilə” bağlanmışdır. Sözü gedən müqavilə ilə“X6 istehsal kompleksi” MMC-yə məxsus Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən, ümumisahəsi 560 ha olan, müasir suvarma sistemləri ilə təhciz edilmiş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində çuğundur bitkisinin əkilməsindən,əkin üzrə tərəflərin birgə, qarşılıqlı, əldə edilən gəlirin bölüşdürülməsindən və bundan irəli gələn digər hüquq və vəzifələr tənzimlənmişidir. Yuxarıda istinad olunan müqavilənin şərtlərinə uyğun olaraq “X6 istehsal kompleksi”MMC tərəfindən 560 ha əkinə yararlı, kənd təsərrüfatı təyinatlı, pivot suvrama sistemi ilə təhciz olunmuş torpaq sahəsi birgə fəaliyyətin məqsədləri üçün "xxxx"MMC-nin faktiki vəəməli istifadəsinə verilmişdir. Yuxarıdaistinad olunan müqaviləyə əsasən "xxxx"MMC ona təqdim olunmuş, suvarma sistemləri ilətəhciz edilmiş torpaq sahəsində öz vəsaiti hesabına çuğundur bitkisinin əkinini və ona aqrotexniki qulluğun həyata keçirilməsini müqavilənin qüvvədə olduğumüddətdə, yəni xx.xx.2024-cü iltarixinədək yuxarıda sözügedən torpaq sahəsində quraşdırılmış, "xxxx" MMC-yə məxsus suvarma sistemindən səmərəli vəeffektiv istifadə edilməsini,eləcə də həmin suvarma sistemini saz və işlək vəziyyətdə saxlanılması qaydalarına əməl etmək öhdəliklərini (bax bənd 2.2.3) üzərinə götürsə də, birgə fəaliyyət haqqında müqavilənin qüvvədə olduğu dövrdə tərəfimizdən aparılan araşdırmalar, manitorinqlər və yerində baxış nəticəsində müəyyən edilmişdir ki, ümumi dəyəri 114000 (bir yüz on dörd min) manat məbləğində olan 6 (altı) hissədən ibarət pivot suvarma sistemi(avadanlığı) "xxxx" MMC-nin əməkdaşlarının məsuliyyətsiz və müqavilə şərtlərinə zidd hərəkətləri nəticəsində qismən yararsız hala düşmüşdür ki, bununla da “X6 istehsal kompleksi” MMC-yə hazırkı vaxta 46000 (qırx altımin) manatməbləğində maddizərər vurulmuşdur. Həmçinin ilkin araşdırmalarla müəyyən edilmişdir ki, pivot suvarma sisteminin plastik su borularının istifadəyə yararsız halasalınmasına nasosxanadaçıxış suyunun təzyiqinin nəzarətsiz saxlanması, bununla datəzyiqin 8-9 ATM-ə çıxmasısəbəb olmuşdur. Pivotsuvarma sistemlərisaz vəişlək vəziyyətdəistifadə üçün "xxxx"MMC-yə təqdim olunarkən suyun təzyiqinin 6 ATM-dən yuxarı olmasının bu sistemin yerüstü plastik borularının yararsız hala düşməsinə səbəb olacağı cavabdehə çatdırılmışdır. Göstərilənlərəəsasən, xx.xx.2023-cü iltarixdə birgəfəaliyyət haqqında müqavilənin mümhüm şərtləri barədə tərəflər arasında razılığın əldə edilməsi tərəflər arasında müqavilə bağlanmışdır. Müqavilənin 3.2-ci bəndinin tələbinəəsasən birgəfəaliyyətdən əldə olunanmənfəətin 36%-i "xxxx" MMC- nin hesabına köçürülməlidir. "xxxx"MMC-ninmütəxəssisləri tərəfindən dəymiş zərərlə bağlı tərtib olunan qüsur aktlarından müəyyən etmək olmuşdur. Suyun təzyiqinin 6 ATM-dən yuxarı olmasının bu sistemin yerüstü plastik borularının yararsız hala düşməsinə səbəb olacağın cavabdehə çatdırılması, lakin cavabdeh tərərfindən təzyiqin 8-9 ATM-ə çatdırılması ilə cavabdeh tərəfindən delikt (mülki hüquq pozuntusu) törədilməsi ümumiyyətlə araşdırılmamışdır. Bununla da iddiaçı “X6 istehsal kompleksi” MMC bir il ərzində həm ona məxsus ünvan 3i ünvanında yerləşən, sahəsi 560 ha olan torpaq sahəsindən və həm də həmin torpaq sahəsindən olan müasir suvarma sistemlərindən məhrum olmuş, cavabdeh isə bu müddət ərzində həmin torpaq sahəsi və müasir suvarma sistemlərindən istifadə etmişdir. Beləliklə, nəticədə iddiaçı"xxxx" MMC ümid etməyə haqqı çatanlardan məhrum olmuş, cavahdeh Cavabdeh MMC isə iddiaçıya torpaq sahəsindən və müasir suvarma sistemlərindən istifadə etməklə ondan bəhrələnmişdir. Göstərilən xüsusatlar sübut olunduğu halda, məhkəmə əsassiz olaraq cavabdehin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli birgə fəaliyyət haqqında müqavilə üzrə gəlir əldə etməsinin öz təsdiqini tapmamasına istinad etmişdir. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmir. Cavabdeh MMC tərəfindən verilən məktublar cavabdehin gəlirlər eldə etməməsinin sübutu kimi qəbul edilə və qiymətləndirilə bilməz. Ona görə ki, cavabdeh 200 hektar deyil, ona təhvil verilmiş 560 ha torpaq sahəsinin hamısında çuğundur əkinini hayata keçirmiş və məhsulun başqa emal müəssisənə təhvil verilməsi istisna olunmur. Ona görə ki, göstərilən məktublardan göründüyü kimi, "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 067/2025 saylı və xx.xx.2025-ci il tarixli, 116/2025 saylı məktublarda Cavabdeh MMC tərəfindən Salyan rayonu ərazisində 200 (iki yüz) hektar qışlıq, 80 (səksən) ha ərazidə (cəmi 280 ha ərazidə) isə yazlıq çuğundur əkilməsi göstərilir.
17. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
19. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
21. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
34. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. İddiaçı (İ tərəf) ilə cavabdeh (İİ tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə görə müqavilənin predmetini Salyan rayonu, Qaraçala kəndi ünvanında yerləşən, sahəsi 560 ha olan müasir suvarma sistemləri ilə təhciz edilmiş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində çuğundur bitkisinin əkilməsi, əkin üzrə tərəflərin birgə qarşılıqlı fəaliyyətinin əsaslarının, əldə edilən gəlirin bölüşdürülməsi və bundan irəli gələn digər hüquq və vəzifələr tənzimlənməsi təşkil edir.
40. Müqavilənin 3.1-ci bəndinə görə tərəflərin birgə fəaliyyət haqqında bu müqavilədən əldə etdikləri gəlirlər bütün xərclər çıxıldıqdan sonra bu müqaviləyə uyğun olaraq tərəflər arasında bölüşdürülür.
41. Müqavilənin 3.2-ci bəndinə görə bu müqavilənin məqsədləri üçün çəkilməli olan bütün xərclər İİ tərəfin vəsaiti hesabına həyata keçirilir. Birgə fəaliyyətdən əldə olunan mənfəətin bölgüsü 64% - İİ tərəfin sərəncamında saxlanılır, 36 % - İ tərəfin hesabına köçürülür.
42. "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 067/2025 saylı məktubda göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən Salyan rayonu ərazisində 200 (iki yüz) hektar ərazidə qışlıq çuğundur əkilib 390,97 (üç yüz doxsan) ton məhsul zavoda verilib, 80 (səksən) ha ərazidə isə yazlıq çuğundur əkilib 651,56 ton məhsul zavoda təhvil verilmişdir. Lakin təhvil verilən malın dəyəri zavodumuz tərəfindən “X8"MMC-yə satılan xidmət və toxumun məbləğini qarşılamadığından, həmçinin Cavabdeh MMC” tərəfindən təhvil verilmiş yazlıq çuğundur üçün qaimə göndərməməsi və təhvil verilən çuğundura görə təhvil-təslim aktının fermer tərəfindən imzalanmaması kimi səbəblərdən istənilən sənədləri Məhkəməyə təqdim edə bilmirik. Hal hazırda Cavabdeh MMC hər iki sezonda təhvil verilən şəkər çuğundurunun miqdarı çıxıldıqdan sonra belə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılan xidmət, dərman və toxum haqqına görə borclu qalmışdır.
43. "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 116/2025 saylı məktubda göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən Salyan rayonu ərazisində 200 (iki yüz) hektar ərazidə qışlıq çuğundur əkilib 390,97 (üç yüz doxsan) ton məhsul zavoda verilib, 80 (səksən) ha ərazidə isə yazlıq çuğundur əkilib 651,56 ton, yəni 84200,58 manat dəyərində məhsul zavoda təhvil verilmişdir. Lakin təhvil verilən malın dəyəri zavodumuz tərəfindən Cavabdeh MMC-yə satılan 105538,35 manat dəyərində xidmət və toxumun məbləğini borcunu qarşılamadığından, həmçinin Cavabdeh MMC” tərəfindən təhvil verilmiş yazlıq çuğundur üçün qaimə göndərməməsi və təhvil verilən çuğundura görə təhvil-təslim aktının fermer tərəfindən imzalanmaması kimi səbəblərdən istənilən sənədləri Məhkəməyə təqdim edə bilmirik. Hal hazırda "xxxx" MMC hər iki sezonda təhvil verilən şəkər çuğundurunun miqdarı çıxıldıqdan sonra (84200,58-105538,35 manat (borc)) belə müəssisəmiz tərəfindən satılmış olan xidmət, dərman və toxum haqqına görə "xxxx" İstehsalat Birliyi MMC-yə 21337,77 manat məbləğində borcu qalmışdır.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə iddiaçı cavabdehin 200 hektar deyil, ona təhvil verilmiş 560 ha torpaq sahəsinin hamısında çuğundur əkinini hayata keçirdiyini və məhsulu başqa emal müəssisənə təhvil verilməsinin istisna olunmadığını bildirsədə bunula bağlı hər hansı sübut ( cavabdehin istifadəsinə verilimş əkin sahəsinin hamsının becəriməsinə, məhsulu başqa emal müəssisəsinə verilməsinə dair) təqdim etməmişdir.
45. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
46. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
47. Bu baxımdan məhkəmə kollegiyası vurgulayır ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.
48. İşin hallarından da ona ziyanın bilavasitə cavabdeh tərəfindən vurulması müəyyən edilməmiş və iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
49. Apellyasiya şikayətinə də iddiaçı sübut əlavə etməmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər iddia ərizəsində qeyd edilmişdir. İddiaçının yalnız izahatına əsaslanaraq zərərin vurulması faktı təsdiq edilmədən, cavabdehin təqsirli olması kimi hallar müəyyən edilmədən iddiaçının deliktlə bağlı tələbi təmin edilə bilməz.
50. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1361/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.