Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-771/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “birgə fəaliyyət müqaviləsi üzrə pul” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2025-cü il tarixli, e-2-2(113)-1209/2025 saylı qərardadından ilkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 001/20JV nömrəli X3 əsasən müqavilənin bağlanıldığı tarixdən iddianın verildiyi tarixədək satış dövriyyəsinin 2.5 faizi məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən iddiaçı Cavabdeh MMC-nin xeyrinə 241.666.6 (iki yüz min altı yüz altmış altı manat altı qəpik) manat və 535 manat dövlət rüsumu ümumilikdə 242.201.6 (iki yüz qırx iki min iki yüz bir manat altı qəpik) pul tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin e-2-2(113)-1209/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilkin iddia ilə birlikdə baxılması qərara alınmışdır. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh 241.666.6 (iki yüz min altı yüz altmış altı manat altı qəpik) manat və 535 (beş yüz otuz beş) manat dövlət rüsumu ümumilikdə 242.201.6 (iki yüz qırx iki min iki yüz bir manat altı qəpik) manat pulun tutularaq iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1209/2025 nömrəli qərardadına əsasən ilkin iddia üzrə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “birgə fəaliyyət müqaviləsi üzrə pul” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “pul” tələbi barədə iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizənin qarşılıqlı iddia üzrə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan Cavabdeh MMC şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, İş e-2-2(113)-1209/2025 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin artırılmasına dair ərizənin icraata götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsini qəbul etmirlər və xitam verilməsi tərəflər iradə ifadələrini yazılı bildirilmişdir. Göründüyü kimi qarşılıqlı iddia ərizəsi icraata qəbu edilmiş və mahiyyəti üzrə baxılır. İddia tələbinin artırılması məhkəmənin hazırlıq iclasında təqdim edilmişdir. Azərbaycan RespublikasıMülki Prosesuual Məcəlləsinin 53-cü maddəsinin tələblərindən görünür ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Belə olan halda artıq iddia ərizəsinə mahiyyəti üzrə baxıldığı üçün məhkəmənin qərardadında əsaslandırmış olduğu yeni tələb kimi qəbul edilə bilməz. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin artırılmasına dair ərizə verilərkən umumi iddia üzrə məhkəməyədək prosessual qaydalar əsasında verilməlidir. Ancaq, iddiaçı məhkəmənin hazırlıq iclasında işin baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcminiartırmağa və ya azaltmağa hüququ vardır. Lakin məhkəmə bu halları aydınlaşdırmamışdır. Bakı Kommersiya Məhkəməsinin qərardadında qarşılıqlı iddia üzrə iddia tələbinin artırılmasının qarşılıqlı iddia ərizəsinə aid olmamsını göstərsə də lakin işin halları ilə sübuta yetirilmir. Belə ki, iş üzrə iddiaçı "xxxx" ASC 28 oktyabr 2020-ci il tarixli birgə fəaliyyət müqaviləsindən sonra tərəflərin son iradə ifadəsi olan 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsinə görə ödənilmiş 241.666,6 manat pul vəsaitini icarə müqaviləsinin şərtlərini pozduğuna görə geri tələb olunur. Həmin vəsaitlər "xxxx" ASC-dən qaytarılması tələb olunduğu üçün artıq 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsi tərəflər arasında hüquqi əhəmiyyəti olmamışdır. Bakı Kommersiya Məhkəməsinin hazırki qərardadında göstərilmiş halların işin halları ilə uyğun gəlməmişdir. Çünki, iş üzrə iddia tələbinin artırılmasına dair ərizə 01 noyabr 2020-ci il tarixli müqavilə üzrə edilmiş icarə haqqqı ödənişləri tam geri tələb olunduğu üçün həmin müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, müəyyən edilir ki, ilkin iddia ilə yanaşı qarşılıqlı iddia verilmiş və məhkəmənin qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Sonradan qarşılıqlı iddiaçı iddia tələbini artıraraq qarşılıqlı tələbə (241.666,6 manat ödənilmiş icarə haqqının geri qaytarılması və dövlət rüsumunun əvəzi qismində 535 manat qarşılıqlı cavabdehdən tutulması) Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanılmış 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini də xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, dəqiqləşmə ərizəsinə ərizənin məhkəməyə verilməmişdən qabaq MPM-nin 423.2-ci maddəsinin imperativ tələblərinə riayyət edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Qarşılıqlı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə geri qaytarılmalı, qarşılıqlı iddia üzrə iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi və pretenziya məktubu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfə çatdırılmamışdır. Qeyd edilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 150.1.4, 150.1.6, 150.2, 152.1.6-ci maddəsinə istinad edərək, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsinə görə qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Hazırki işin də halları ondan ibarətdir ki, qarşılıqlı iddia ərizəsi e-2-2(113)-1209/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı qarşı qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilkin iddia ilə birlikdə baxılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə cavabdeh qarşılıqlı iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ünvanlanmışdır. İş materiallarında olan ünvan 1 qətnaməsi ilə müəyyən olunur ki, Cavabdeh MMC ilkin iddiaçı "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi və tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərkən sözügedən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı pretenziya qaydasına əməl etdiyindən, hazırki işdə yenidən Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanılmış 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə bağlı pretenziya məktubunun göndərilməsi zərurəti aradan qalxır. Bundan əlavə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3-4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Yuxarıda göstərilən qərarda formalaşdırılmış hüquqi mövqeyə görə qarşılıqlı iddianın özünəməxsus xüsusiyyətləri, yəni özü-özlüyündə müstəqil tələb olmaması, həmin iddiaya artıq başlamış iş üzrə ilkin iddia ilə birlikdə baxılması həmin iddianın verilməsi zamanı ilkin iddianın üçün nəzərdə tutulan bəzi tələblərə yenidən əməl edilməsini lüzumsuz edir. Kollegiya qeyd edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qarşı tərəfə çatdırılması barədə prosessual tələb cavabdehin və işdə iştirak edən digər şəxslərin məhkəməyə iddia qaldıralacağı, yəni məhkəmə mübahisəsinin başlanacağı barədə, eləcə də həmin mübahisənin mahiyyəti barədə məlumat əldə etməsinə yönəlmişdir. Hazırkı halda ilkin iddia üzrə məhkəmədə iş artıq başlamış, ilkin iddiaçının bu barədə məlumatı olmuş və ilkin iddia ilə birlikdə baxılması üçün verilmiş qarşılıqlı iddia ərizə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə elektron işə yerləşdirilməklə elektron kabineti olan ilkin iddiaçının həmin sənədlərə çatımlılıq imkanı təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasniya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsi icraata qəbul olunduğundan qarşılıqlı iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizədə icraata qəbul olunub baxılmalıdır. Qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə formal olaraq prosessual qaydaya riayət etmək naminə bir daha ilkin iddiaçıya göndərilməsi prosessual qənaət prinsipinə ziddir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunub baxılamlıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1209/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunsun. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-771/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-771/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver