Məhkəmə qərarları › İş №2-2(103)-772/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-772/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-772/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Ağa-zadə Aygün Aydın qızının iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1243/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödənilmiş 100000 manat məbləğində əsas borc, AR Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 8500 manat məbləğində dəbbə pulu, 153.161.42 manat əldən çıxmış fayda və müqavilənin 2.12-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün 100 000 manat məbləğində maddi ziyan və mediasiya xərclərinin əvəzi olaraq 410 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1243/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 100000 manat məbləğində pul, ödənilmiş 241 manat dövlət rüsumu, ümumilikdə 100241 (bir yüz min iki yüz qırx bir) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1243/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddədən də göründüyü kimi, tərəflər Mülki məcəlləyə zidd olmayan istənilən şərti müqaviləyə əlavə edə bilərlər. Məhkəmə də daxil olmaqla hər hansı tərəfin bu məsələyə müdaxiləsi müqavilə azadlığı prinsipinin kobud pozuntusu olmaqla kommersiya fəaliyyətinə qanunsuz müdaxilə hesab olunur. Tərəflər arasında bağlanmış müqavilənin 2.9-cu maddəsinə əsasən “Satıcıalıcının bank hesabına 100000 manat (ƏDV daxil) pul vəsaiti köçürəcəkdir”.Nəzərə alsaq ki, imzalanmış müqavilə forması Satıcı tərəfindən təqdim olunmuşşablon formadır və bazarda Satıcı demək olar ki, inhisarçı mövqeyə malik güclü şəxsdir, bu bəndin kənar təsir sayəsində müqaviləyə əlavə olmasını düşünmək absurddur. Maddənin mətnindən və müqavilənin digər müddəaları ilə müqayisəsi zamanı həmin pulun verilməsi qarşılığında cavabdehin hər hansı hərəkət yaxud hərəkətsizlik etməsi tələb olunmur və o vəsaitin hər hansı bir halda geri qaytarılması barədə müqavilədə müddəa yoxdur. Mülki Məcəllənin qeyd olunan maddəsinə əsasən “Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nəisə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır”. Tərəflərin Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilməsi həmçinin əvəzli və əvəzsiz müqavilənin şərtlərini bir müqavilədə birləşdirən qarışıq müqaviləni də bağlamaq hüququnu özündə ehtiva edir. Mülki Məcəllə bağışlama, əvəzsiz istifadə və s. kimi əvəzsiz müqavilələri tanıdığından məhkəmənin “iddiaçıya mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, iddiaçı tərəfindən cavabdehə əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işiyerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır yanaşması bu vəziyyətdə kökündən yanlış olmaqla müqavilə azadlığı və mülki qanunvericiliyin digər əsas sütunları ilə ziddiyyət təşkil edir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Məhkəmənin mövqeyinin yanlış olmasını təsdiq edən daha bir müddəa olmaqla təsdiq edir ki, tərəflər arasında müqavilənin olması əsassız varlanmaya dair iddianı aradan qaldırır. Bundan əlavə mülki məcəllənin 449-cu maddəsi qeyd edir ki, yalnız öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Bizim halda pul vəsaiti öhdəlik çərçivəsində ödənildiyindən geri tələb edlilməsi qanunvericilik çərçivəsində mümkün deyil. Yuxarıda da qeyd etdiyi kimi iddiaçı bazarda kifayət qədər iqtisadi gücə malik təşkilatdır. Təbiidir ki, həmin təşkilatın hüquqi biliyə, savada malik, peşəkar hüquqşünasları da var. Bu səbəbdən İddiaçının spontan,araşdırılmamış, hüquqi savadsızlıq nəticəsində qəbul olunmuş qərarlar qəbuletməsi, müqavilələr tərtib etməsi mümkün deyil. Həmçinin yuxarıda onu da qeyd etmişdik ki, imzalanmış müqavilə Satıcı tərəfindən tətbiq olunan şablon müqavilə formasıdır. Mülki Məcəllənin istinad etdiyimiz 419-cu maddəsinin tələblərinə əsasən isə “Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir”. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməlivə i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin məcəllənin 186-cı maddəsinə əsasən “Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qətnaməsi ilə müəyyən etmişdir ki, bizim Satıcıya pul ödəmək öhdəliyimiz var, halbuki bu öhdəliyin yaranması üçün nə zərər vurulma faktı, nə əsassız varlanma faktı mövcuddur, nə də ki, müqavilə üzərimizə belə bir öhdəlik qoyub. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. Əks tərəfdən yanaşsaq öhdəliyin icrası Borclunun qərəzi və ya kobud ehtiyyatsızlığı yoxdursa bu zaman hər hansı məsuliyyətdən söz gedə bilməz. Məhkəmənin 100000 manat məbləğində vəsaiti İddiaçıya ödəmək məsuliyyətinin üzərimizə qoyması müqavilənin icra olunmamasına görədir. Lakin məhkəmə bir fakta münasibət bildirməyib ki, tərəflər arasında imzalanmış müqavilənin 2.9-cu maddəsində Satıcının üzərində bumalların saxlanması üçün soyuducular təchizetmək öhdəliyi var. Bu öhdəliyin icra olunmaması tərəfindən müqavilənin icrasını qeyri mümkün etmişdir. MM-nin 446-cı maddəsi isə onların belə bir məsuliyyətinin olmamasını göstərir. Məhkəmə bir hala qiymət verməmişdir ki, müqavilə üzrə tərəfindən öhdəliyin icra olunmaması Satıcının təqsiri səbəbindən baş vermişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 2.9-cu bəndinə əsasən malların saxlanması üçün Satıcı Alıcını soyuducularla təmin etmək öhdəliyi götürmüşdür. Malların xüsusiyyətləri və müqavilənin həcmini nəzərə almaqla, müqavilə predmeti olan məhsullar yalnız soyuducuda saxlanmalı idi. Satıcı isə müqavilə müddətininsonunadək üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bütün bunlara baxmayaraq Alıcı olaraq biz imkanlarımız daxilində malların alışını davam etmişik. Bu onun göstəricisidir ki, öhdəliyinin icrasından yayınmadan müqavilə müddətinin sonunadək öhdəliyi Satıcının öhdəliyin icrasından yayınmasının imkan verdiyi maksimal həddə icrasını həyata keçirib. Belə olan halda Satıcının öhdəliyini icra etməməsinin nəticəsində bizə ziyan dəyməsi qanunsuz və əsassızdır. Çünki Mülki məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, həmçinin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Hazırki qətnaməyə əsasən isə Satıcının öhdəliyini icra etməməsi nəticəsində ona həmçinin 100 000 manat məbləğində ziyan dəyir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

6. Etiraz belə əsaslandırılmışdır ki, hesab edir ki, cavadehin apellyasiya şikayəti əsassızdır və məhkəmə tərəfindən təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında 50/**********/MO/22 saylı və xx.xx.2022-ci il tarixli məhsulların müstəsna alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı cavabdehi birinci növbəli seçilən imtiyazlı, kommersiya baxımından üstün müstəsna sifarişçisi (Alıcı) kimi qəbul edərək, əməkdaşlıqda maksimal güzəşt və preferensiyalar tətbiq etməyi, cavabdeh isə öz növbəsində müstəsna satınalma hüququ əsasında məhsulları qəbul etməyi, həmin məhsulları müstəsna olaraq təklif etdiyi qaydada və formada satış nöqtələrində yerləşdirməyi və satışını həyata keçirməyi; müqavilənin 2.8-ci bəndinə görə alıcı aldığı məhsullara görə ödəniş etməyi, müqavilə müddəti (bir il) ərzində 550 000 manat məbləğində “CSD” məhsullarını almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin 2.9-cu bəndinə əsasən - satıcı tərəfindən alıcının bank hesabına 100 000 manat (ƏDV daxil) məbləğində pul köçürüləcəkdir. Müqavilə bağlandıqdan bir neçə gün sonra xx.xx.2022-ci il tarixində iddiaçı cavabdehin bank hesabına həmin 100 000 (yüz min) manat pulu ödəmişdir. ƏDV daxil 100 000 (yüz min) manat pulun köçürülməsində məqsəd alıcının (cavabdehin) satıcının (iddiaçının) məhsullarını öz satış məntəqələrində yerləşdirərək reklam etmək və digər marketinq xidmətləri göstərərək, müqavilə müddəti (bir il) ərzində 550 000 manat məbləğində “CSD” məhsulları almalı və dəyərini ödəməli, müqavilədən irəli gələn digər əsas vəzifə və öhdəliklərini yerinə yetirməli idi. Müqavilə müddəti (bir il) ərzində də Cavabdeh tərəfindən ümumilikdə 12 566.41 manat dəyərində “CSD” məhsulları alınmışdı. Alıcı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmişdir. Lakin bunun müqabilində alıcı satıcının mallarını öz satış nöqtələrində yerləşdirmək və reklam etmək üçün əldə etdiyi 100 000 (yüz min) min manat pulun, satıcıya o istiqamətdə heç bir xidmət göstərmədiyi halda onda qalmasını istəyir və məhkəmənin geri qaytarma ilə bağlı qərarını qanunsuz hesab edir. Yəni alıcı müqavilə öhdəliyini kobud şəkildə pozmasına baxmayaraq, göstərmədiyi xidmətə görə əldə etdiyi pul vəsaitini geri qaytarmır. Cavabdehin “pulun geri qaytarılmasının müqavilədə göstərilməməsinə” istinad etməsi də əsassızdır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Cavabdehin apellyasiya şikayəti verməsini məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir. Belə ki, cavabdeh qeyd etdiklərinə dair heç bir sübutedici sənəd təqdim etməmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən təqdim olunmuş sübutedici sənədlər əsasında işi düzgün araşdırmış və qanunu qətnamə çıxarmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

12. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

15. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

23. İşin faktiki hallarından görünür ki, iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında 50/**********/MO/22 saylı və xx.xx.2022-ci il tarixli məhsulların müstəsna alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı cavabdehi birinci növbəli seçilən imtiyazlı, kommersiya baxımından üstün müstəsna sifarişçisi (Alıcı) kimi qəbul edərək, əməkdaşlıqda maksimal güzəşt və preferensiyalar tətbiq etməyi, cavabdeh isə öz növbəsində müstəsna satınalma hüququ əsasında məhsulları qəbul etməyi, həmin məhsulları müstəsna olaraq təklif etdiyi qaydada və formada satış nöqtələrində yerləşdirməyi və satışını həyata keçirməyi; müqavilənin 2.8-ci bəndinə görə alıcı aldığı məhsullara görə ödəniş etməyi, müqavilə müddəti (bir il) ərzində 550 000 manat məbləğində “CSD” məhsullarını almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin 2.9-cu bəndinə əsasən - satıcı tərəfindən alıcının bank hesabına 100 000 manat (ƏDV daxil) məbləğində pul köçürüləcəkdir. Müqavilə bağlandıqdan bir neçə gün sonra xx.xx.2022-ci il tarixində iddiaçı cavabdehin bank hesabına həmin 100 000 (yüz min) manat pulu ödəmişdir.

24. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə 100000 manat pul ödənilmiş, həmin vəsait “marketinq xərcləri” adı altında ödənilsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya hər hansı xidmət göstərilmədiyi müəyyən edilmiş, həmin xərcin formal olaraq ödənişin təyinatında göstərildiyini nümayəndələr məhkəmə iclasındakı izahatlarında təsdiq etmişlər. Məhkəmə iddia tələbinin digər hissələrini təmin etməmişdir.

25. Apellyasiya baxışının predmetini müqavilənin 2.9-cu bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə köçürülmüş 100 000 (yüz min) manat pulun hüquqi müqəddəratı təşkil edir. Müqavilə və tərəflərin mövqelərindən aydın olur ki, bu məbləğin münasibətlərin ilk günlərində verilməsində məqsəd cavabdehi müqavilə öhdəliklərinə riayət etməsinə həvəs yaratmaq, malların alınmasına motiviasiya etməkdir.

26. İddiaçı hesab edir ki, ƏDV daxil 100 000 (yüz min) manat pulun köçürülməsində məqsəd alıcının (cavabdehin) satıcının (iddiaçının) məhsullarını öz satış məntəqələrində yerləşdirərək reklam etmək və digər marketinq xidmətləri göstərərək, müqavilə müddəti (bir il) ərzində 550 000 manat məbləğində “CSD” məhsulları almalı və dəyərini ödəməli, müqavilədən irəli gələn digər əsas vəzifə və öhdəliklərini yerinə yetirməli idi. Müqavilə müddəti (bir il) ərzində də Cavabdeh tərəfindən ümumilikdə 12 566.41 manat dəyərində “CSD” məhsulları alınmışdı. Alıcı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmişdir. Lakin bunun müqabilində alıcı satıcının mallarını öz satış nöqtələrində yerləşdirmək və reklam etmək üçün əldə etdiyi 100 000 (yüz min) min manat pulun, satıcıya o istiqamətdə heç bir xidmət göstərmədiyi halda onda qalmasını istəyir. Yəni alıcı müqavilə öhdəliyini kobud şəkildə pozmasına baxmayaraq, göstərmədiyi xidmətə görə əldə etdiyi pul vəsaitini geri qaytarmır.

27. Cavabdeh isə hesab edir ki, 1 il ərzində iddiaçı malları cavabdehə satmağa şərait yaratmamış və ona görə cavabdeh malları ala bilməmiş, cavabdehin malları almaq istəyi, niyyəti olmuşdur. Cavabdeh məhkəmənin 100 000 (yüz min) manat pulun geri qaytarma ilə bağlı qətnamasini qanunsuz hesab edir.

28. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi bağlanmış, həmin müqavilə bağlandıqdan 10 gün sonra iddiaçı tərəfindən cavabdehə 100000 manat vəsait ödənilmiş, alqı-satqı müqaviləsi üzrə cavabdehə 12 566.41 manat dəyərində mallar verilmiş və cavabdeh tərəfindən həmin malların dəyəri tam şəkildə ödənilmişdir.

29. Məhkəmə hesab edir ki, cavabdeh konsensual müqavilə üzrə malların alınmasını öz üzərinə öhdəlik götürməsi səbəbindən, onun həmin malları almasına dair iddiaçıya müraciət etməsini, iddiaçının bu müraciəti cavabsız qoyması nəticəsində iddiaçıya pretenziya göndərməsi kimi halları sübut etmə vəzifəsini yaratmış olur.

30. İşdə olan cavabdehin iddiaçıya müvafiq müraciət tarixi xx.xx.2024-cü ildir. Göründüyü kimi müqavilənin 2.8-ci maddəsində qeyd edilən müqavilə müddəti ərzində, yəni (müqavilə müddəti 1 il müəyyən edilmişdir) 1 il sonra müraciət edilmişdir. Halbuki iddiaçının təqdim etdiyi mediasiya arayışı xx.xx.2023-cü il tarixdə verilmişdir. Yəni cavabdeh mübahisə başlayandan bir neçə ay sonra, hətta iş məhkəmənin icraatına qəbul olandan sonra iddiaçıya müraciət etmişdir.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən - öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 425.1-ci maddəyə görə - öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəyə əsasən - öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 448.1-ci maddəyə görə - əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəyə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

32. Göründüyü kimi iş materiallarında olan sübutlara əsasən cavabdehin irəli sürdüyü dəlillər təkzib edilmiş, iddia tələbində qeyd edilənlər təsdiq edilmişdir. Cavabdehin öhdəliyi yerinə yetirməməsi nəticəsində müqavilə münasibətləri pozulmuşdur. Əvəzsiz qaydada cavabdehə ödənilmiş 100 000 manat pulun verilməsində yeganə məqsəd cavabdehi malların alınmasına sövq etməkdir. Cavabdeh bu şərtə əməl etmədyindən vicdansız hərəkət edərək həmin məbləği iddiaçıya qaytarmaqdan imtina edir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri əsassızdır.

33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1243/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar