Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-773/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2nə (ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs olmaqla) qarşı kredit borcunun ödənilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 17 iyun 2022- ci il tarixli, e-2-2(113)-409/2021 saylı qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2(113)-409/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 9 oktyabr 2015-ci il tarixli, KBQ15-1762 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 10109,38 manat faiz borcu olmaqla, ümumilikdə 1260755,38 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 Məhdud Məsuliyyyətli Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə; 28 dekabr 2015-ci il tarixli, KBQ15-1807 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 50566,66 manat faiz borcu olmaqla, ümumilikdə 3750566,66 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh2 Məhdud Məsuliyyyətli Cəmiyyətinə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcu və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğlərin müvafiq olaraq cavabdehlərə qaytarılması, Cavabdeh1nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinin ilkin satış qiymətinin ******* (beş milyon iki yüz on min) manat məbləğində müəyyən edilməsi, Cavabdeh2nə məxsus ünvan 2 ünvanında yerləşən 0,14932 ha torpaq sahəsinin ilkin satış qiymətinin ******* (iki milyon doqquz yüz iyirmi bir min) manat məbləğində müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2ndən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1000 (min) manat pulun cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2ndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək qətnaməni kredit borcunun tutulması, tutmanın Cavabdeh1nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsində yerləşən 0,65081 ha torpaq sahəsinə yönəldilməsi ilkin satış qiymətinin 5.210.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-970/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2(113)-409/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-970/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-80/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 tərəfindən Bakı Kommersiya Məhkəməsinə xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti verərək qətnamənin Cavabdeh2 MMC-yə aid hissədə ləğv edilməsini xahiş etmiş, eyni zamanda həmin şikayətə şikayətin verilməsi müddətinin bərpa olunması barədə vəsatət əlavə edilərək, ötürülmüş müddətin bərpa edilməsi və şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, e-2-2(113)-409/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2(113)- 409/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh Evint MMC-nin nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş ərizənin təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh2 MMC tərəfindən şikayət verilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdeh2 MMC məhkəmə prosessi başlamadan öncə-xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək öz fəaliyyətini rəsmi olaraq dayandırmışdır (arayış əlavə olunur). Buna görə də qeyd olunan iddia Bakı Kommersiya Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsində mübahisələndirilməsinə baxmayaraq Cavabdeh2 MMC-nin icraatdan heç bir məlumatı olmamış, Cəmiyyətin elektron məhkəmə informasiya sistemi, şəxsi kabineti də mövcud olmamış və nəticədə işə onun iştirakı olmadan baxılmışdır. Yalnız iddia tələbi təmin edilərək icra edilməsi üçün müvafiq icra və probasiya şöbəsinə yönəldildikdən sonra cavabdehin qeyd olunan mübahisədən xəbərdar olmuşdur. xx.xx.2022-ci ildə işlə tanış olmaq, işdə olan sənədlərin kserosurətini əldə etmək məqsədi lə məhkəməyə ərizə ilə müraciət olunmuş, iş materialları ilə tanış olduqdan sonra apellyasiya şikayəti verilmişdir. Kommersiya mübahisələri üzrə sənədlərin və məhkəmə aktlarından verilən şikayətlərin yalnız elektron məhkəmə sistemi vasitəsilə təqdim edildiyi, cavabdeh MMC-nin isə hazırda fəaliyyətini dayandıran şirkət olduğundan gücləndirilmiş eketron imza və ya asan imzaya malik olmadığı üçün xx.xx.2022-ci il tarixdə asan imza sertifikatı alınmışdır. (sertifikatın surəti şikayətə əlavə olunur) Bundan başqa məhkəmə məni elektron məhkəmə sisteminə əlavə etsə də iş materiallarının hamısı elektron məhkəmə sistemində öz əksini tapmamışdır. Bu səbəbdən iş materialların ilə tam şəkildə tanış olmaq üçün sənədlərin əldə olunması müəyyən vaxt tələb etmişdir. Eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün e-manat ödəniş terminalından ödənilən dövlət rüsumu üzrə ödəniş sistemindən təqdim edilən GPP qəbz kodu texniki səhv səbəbilə yalnış qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə ödəniş sistemindən bizə yeni ödəniş qəbzi təqdim edilmişdir. (hər iki ödəniş qəbzi şikayətə əlavə olunur) Bu səbəbdən apellyasiya şikayətinin vaxtında verilməsi bizdən asılı olmayan səbəblərdən gecikdirilmişdir. Bunun da nəzərə alınması zəruridir ki, elektron məhkəmə sistemindən ilk dəfə istifadə etdiyi üçün bir sıra problemlər yaranmışdır. Qeyd olunan səbəblərdən apellyasiya şikayətini vaxtında məhkəməyə təqdim etmək mümkün olmamışdır. Bu xüsusatların buraxılmış prosessual müddətin bərpası üçün yetərli olmasına baxmayaraq məhkəmə bu haları görməzdən gəlmiş və qiymət verməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-409/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, e-2-2(113)-409/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, ”Evint” MMC-nin hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri və qətnamə çatmamış, cavabdeh Evint MMC-nin nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, elektron kabinetə əlavə edilməsini xahiş etmiş və 20 aprel 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə e-2- 2(113)-409/2021 saylı kommersiya işi üzrə cavabdeh ”Evint” MMC-nin nümayəndəsi kimi əlavə edilmişdir. Buna görə də məhkəmə qətnaməsinin ”Evint” MMC-yə rəsmi təqdim edildiyi tarix 20 aprel 2022-ci il tarix qəbul edilir. Cavabdehin xx.xx.2022-ci il tarixədək qətnamədən apellyasiya şikayəti vermək hüququ olduğu halda cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh müddətin buraxılmasının səbəbi kimi asan imzanın xx.xx.2022-ci il tarixdə alındığını qeyd edərək bu barədə sübutu (sertifikatın aktivləşdirilməsi barədə sənəd) şikayətə əlavə etsə də, asan imzanın əldə edilməsi üçün hansı tarixdə müraciət etdiyi barədə işdə sənəd olmadığından məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla qanunla nəzərdə tutulmuş müddətin cavabdehdən asılı olmayan üzürlü səbəblərə görə ötürüldüyü təsdiq olunmur. Buna görə də, apellyasiya şikayəti verilməsi üçün müddətin üzürlü səbəb olmadan ötürüldüyünə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, e-2-2(113)- 409/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh2 MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, e-2-2(113)-409/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-773/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-773/2022
28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver