Məhkəmə qərarları › İş №2-2(103)-778/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-778/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-778/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 MMC-nin vəkili Vəkil2, 3-cü şəxs Ərizəçi nümayəndələri və vəkilləri Nümayəndə2 və Vəkil4 iştirakı ilə, İddiaçı “İddiaçı”nın cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1267/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı “İddiaçı” və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya işinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birinci cavabdeh olan "xxxx" MMC-dən kredit müqaviləsinə əsasən əsas borc üzrə 48.734.005,73 avro, faizlər üzrə 31.769.268,39 avro, cərimə üzrə 207.986,05 avro olmaqla ümumilikdə 80.711.260,19 avro məbləğində vəsaitin, eləcə də xx.xx.2019-cu il tarixdən etibarən həmin vəsaitin ödəniləcəyi tarixədək gecikdirilmiş hər bir günə görə 14.890,95 avro məbləğində dəbbə pulunun tutularaq iddiaçı tərəfə - İran İslam Respublikasının İddiaçına ödənilməsi, borcun tutulmasının birinci cavabdeh olan "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116,3 kv.m olan (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-cu il tarixdə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmışdır) 24 mərtəbəli 2 girişli yaşayış binasına və birinci cavabdeh olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% paylara yönəldilməsi, həmin daşınmaz əmlaklar və "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% paylar hərracda satılması və satışdan əldə olunan vəsait hesabına cavabdeh "xxxx" MMCnin iddiaçı İran İslam Respublikasının İran X5 borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh ilə xx.xx.2009-cu il tarixdə bağladığı 880/M/AZE/11 nömrəli kredit müqaviləsinin 2-ci maddəsinə əsasən iddiaçı cavabdehə 37.000.000 avro məbləğində kredit ayırmışdır. Kredit müqaviləsinin 5.1ci maddəsinə əsasən cavabdeh kredit götürülmüş vəsaiti hər 6 aydan bir, cəmi 4 ödəniş ilə iddiaçıya geri qaytarmalı idi. xx.xx.2013-cü il tarixdə həmin müqaviləyə edilmiş 2 saylı əlavəyə əsasən həmin tarixə qədər layihə üzrə ********.63 avro vəsait xərclənmişdir və yuxarıda qeyd olunan məqamlar nəzərə alınaraq, 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsinin məbləği 37.000.000 avrodan 50.000.000 avroya artırılmışdır. Eyni zamanda həmin əlavənin 4-cü (Geri ödəniləcək məbləğin düzəlişi) maddəsinə əsasən 880/M/AZE/11 saylı xx.xx.2009-cu il tarixli güzəştli kredit müqaviləsinə, eləcə də bu müqaviləyə edilən 31 avqust 2010-cu il tarixli Əlavə №1 və xx.xx.2013-cü ildə edilmiş Əlavə № 2-nin müddəalarına uyğun olaraq əsas borc və ona hesablanmış faizlər, eləcə də digər aidiyyətli xərclər (məsələn idarəçilik və öhdəliklərin icrasından irəli gələn xərclər) icra müddəti bitdikdən sonra ardıcıllıqla hissə-hissə səkkiz üç aylıq mərhələdə birinci cavabdeh olan "xxxx" MMC (güzəştli kredit müqaviləsi üzrə layihənin Sifarişçisi) tərəfindən İddiaçına geri qaytarılmalı idi. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2600/98/8/604 saylı xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən birinci cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixə olan əsas borcu 48.734.005,73 avro, faizlər üzrə 31.769.268,39 avro, cərimə 207.986,05 avro, ümumilikdə 80.711.260,19 avro təşkil edir. Həmin üzləşmə aktında qeyd olunub ki, birinci cavabdehin borcun qaytarılması ilə bağlı öhdəliyinin icrasının xx.xx.2019-cu il tarixdən etibarən gecikdirdiyi hər gün üçün 14.890,95 avro hesablanır. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin təminatı üçün xx.xx.2010-cu il tarixdə tərəflər arasında ipoteka müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-65 reyestr nömrəsi ilə təsdiqlənmişdir. Birinci İpoteka müqaviləsinə əsasən təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün cavabdeh öz xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 4 ünvanında yerləşən 0,07752 ha torpaq sahəsini (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir), həmin ünvanda yerləşən ümumi sahəsi 266,3 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,144 ha torpaq sahəsini (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 264,8 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,2143 ha torpaq sahəsini (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) iddiaçının ipotekasına qoymuşdur. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin təminatı üçün xx.xx.2017-ci il tarixdə tərəflər arasında İpoteka müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-1382 reyestr nömrəsi ilə təsdiqləmişdir. İkinci ipoteka müqaviləsinə əsasən təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün cavabdeh öz xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58.116.3 kv.m. olan 24 mərtəbəli, 2 girişli yaşayış binasını (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-cu il tarixdə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) iddiaçının ipotekasına qoymuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən RX seriyalı ******* nömrəli çıxarışı ilə ipotekaya qoyulmuş daşınmaz əmlak və onun iddiaçının xeyrinə yüklü olması barədə çıxarış verilmişdir. 4 sentyabr 2013-cü il tarixdə tərəflər kredit müqaviləsinə 2 saylı əlavəni təsdiqləmişlər. Həmin əlavəyə əsasən kredit müqaviləsinin 10-cu maddəsində “Fransa qanunlarını tənzimləyici qanun kimi seçərək və X16 Mərkəzinə (TRAC) əsaslanaraq və Sifarişçi tərəfindən Fransa səlahiyyətli məhkəmələrinə təqdimatla” ifadəsi “Azərbaycan Respublikasının məhkəmə orqanları tərəfindən” ifadəsi ilə əvəz edilmişdir. Eyni zamanda, həmin əlavəyə əsasən kredit müqaviləsinin 16-cı maddəsində “Sifarişçiyə qarşı Arbitraj tribunalı və ya Fransa məhkəməsi tərəfindən” ifadəsi “Azərbaycan Respublikasının məhkəmə orqanları tərəfindən” ifadəsi ilə əvəz edilmişdir. Beləliklə, tərəflərin iradəsinə əsasən onların arasındakı mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən baxılmalıdır. İddiaçının birinci cavabdehin təsisçisi Qanuni nümayəndə ilə bağladığı və xx.xx.2010-cu il tarixdə 3M/3-405 reystr nömrəsi ilə Abşeron rayonu 1 saylı Notariat Kontorunda qeydiyyatda alınmış ipoteka müqaviləsinə əsasən birinci cavabdehin nizamnamə kapitalındakı payların 100% kredit müqaviləsi üzrə cavabdeh El.SƏ.Nİ MMC-nin öhdəliklərinin təminatı kimi iddiaçının ipotekasına qoymuşdur. 4 iyul 2015-ci il tarixdə 3M339 reyestr nömrəsi ilə Sumqayıt ASAN notariat kontorunda qeydiyyatda alınmış alqı-satqı müqaviləsinə əsasən Birinci cavabdeh olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların yüz faizi ikinci cavabdehin (Cavabdeh1 MMC-nin) mülkiyyətinə keçmişdir. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən **********535000 nömrəli xx.xx.2016-cı il tarixli çıxarışına əsasən El.SƏ.Nİ. MMC-nin nizamnamə kapitalındakı payların üzərində mülkiyyət hüququ ikinci cavabdehin adına qeydiyyata alınmışdır. Birinci cavabdeh ipoteka ilə təmin olunmuş öhdəliyini icra etməmişdir və iddiaçıdan aldığı 48.734.005,73 avro məbləğində kredit vəsaitini geri qaytarmamış və ona hesablanmış faizləri ödəməmişdir. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi barədə 2600/98/8/604 saylı xx.xx.2019-cu il tarixli bildirişlə cavabdeh "xxxx" MMC-ni məlumatlandırmışdır. Bildirişin alınması barədə Birinci cavabdeh El.Sə.Ni MMC-nin 2019-22 saylı xx.xx.2019-cu il tarixli məktubu iddiaçıya təqdim edilmişdir. İddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsi barədə 2600/98/8/777 saylı xx.xx.2019-cu il tarixli bildirişin qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin bildiriş xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır. 06 fevral 2020-ci il tarixində işin birinci instansiya məhkəməsi baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında barışığa gəldiklərini, borcun bir hissəsinin müstəqil auditor hesabatı ilə 31.075.000 manat məbləğində qiymətləndiridiyini, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58.116,3 m2 olan 24 mərtəbəli 2 girişli yaşayış binası ilə əvəzləşdirilməsinə dair barışıq sazişi imzaladıqlarını bildirmiş, həmin barışıq sazişinin şərtlərinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. 14 fevral 2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya instansiyası məhkəməsinə "xxxx" MMC ilə öz aralarında barışığa gəldiklərini bildirərək, tərtib edilmiş yeddi bənddən ibarət barışıq sazişini məhkəməyə təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-424/2020 saylı 6 fevral 2020-ci il tarixli qərardadı ilə ilk barışıq sazişi təsdiq edilsə də, qərardaddan maraqlarına toxunan Ərizəçi şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 518/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-424/2020 saylı 6 fevral 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən 02 mart 2021-ci il tarixində keçirilən məhkəmə iclasının protokol qərardadı ilə Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. 13 oktyabr 2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 və cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə yazılı ərizə verərək, iş üzrə barışıq sazişinin təsdiq edilməsinə dair müvafiq qərardad qəbul edilməsini xahiş etsələr də, Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsindən imtina edilmişdir. Eyni zamanda Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli digər qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh1 MMC-yə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi tutmanın cavabdeh "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% (bir yüz faiz) paylara yönəldilməsi, "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% (bir yüz faiz) payların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına cavabdeh "xxxx" MMC-nin iddiaçı İran İslam Respublikasının İran X5 borcunun ödənilməsi hissəsində baxılmamış saxlanılmışdır. Bununla yanaşı, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1267/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qalan hissələrdə rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı “İddiaçı” tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Həmçinin digər cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qətnaməsinin, həmin tarixli “barışıq sazişinin təsdiq olunmasından imtina edilməsi” barədə qərardadın və Ərizəçi işə 3-cü şəxs qismində cəlb olunması ilə bağlı qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardadın ləğv edilməsi, tərəflərin tərtib edib məhkəməyə təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, “tərəflər arasında mübahisəli kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmadığından kredit borcunun qaytarılması tələbinə dair hissədə İddiaçı iddiası əsassızdır. Eləcə də kredit borcunun tutulmasına dair əsas tələb rədd edildiyindən həmin tələbdən irəli gələn əlavə tələblərin-ipotekaya tutma yönəldilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi barədə tələblərin də təmin edilməsi üçün əsaslar yoxdur.” “İddiaçı” ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında öhdəlik münasibətlərinin olmasını Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən X1) 1(102)-826/17 saylı 06 iyun 2017-ci il tarixli qərarı sübut edir. Belə ki, məhkəmənin qərarında müəyyən edilmişdir ki, “Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Qanuni nümayəndə göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 may 2005-ci il tarixdən onun tərəfindən təsis edilərək, 16 iyun 2005-ci il tarixdə 2 saylı Ərazi Vergilər Departamentində ********** VÖEN ilə vergi uçotuna alınmış, cəmiyyət təsis olunan vaxtdan hazıradək direktor vəzifəsində özü işləyir. Təxminən 2011-ci ilədək cəmiyyət heç bir fəaliyyətlə məşğul olmamış, 2008-ci ilin payız aylarında şəxsi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 48 sot torpaq sahəsində bina tikintisi ilə məşğul olmaq qərarına gəlmiş, elə həmin vaxtlarda torpaq sahəsində bina tikintisi aparmaq üçün Bakı şəhəri İcra Hakimiyyətindən sərəncam alaraq, tikinti aparılması məqsədi ilə İran İslam Respublikasının X13 Bankına kredit almaq üçün müraciət etmişdir. Təxminən 2010-cu ilin oktyabr-noyabr aylarında X13 Bankı ilə olan danışıqlar müsbət nəticə vermiş və həmin bankla 27.000.000 Avroluq kredit müqaviləsi bağlanmışdır. Kredit alınması üçün şəxsi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 48 sot torpaq sahəsini "xxxx" MMC-nin balansına keçirməklə həmin banka girov qoymuşdur. Müqavilənin şərtləri belə olmuşdur ki, binanın tikintisi üçün bütün maliyyə vəsaiti mərhələlərlə bank tərəfindən kredit şəklində ödəniləcək, tikintini İran şirkəti tərəfindən podrat müqaviləsi əsasında həyata keçirilməklə, ayrılmış kreditin 65-75 faizi məcburi olaraq İran tərəfindən alınacaq mal-material və işçi qüvvəsinə ödəniləcək. Kredit müqaviləsi bağlandıqdan sonra 2011-ci ilin ilk aylarında "xxxx" MMC-nin direktoru kimi bankın ona təklif etdiyi müqavilə bağladığı İran firması olan “115 yol salma və tikinti şirkəti” tikinti işlərinə başlamışdır. Tikinti işlərinə başlanmazdan 3-4 ay əvvəl İran İslam Respublikasından tikintidə istifadə olunacaq tikinti materialları gətirilmiş, həmin tikinti başlanmazdan əvvəl, həm də tikinti aparılan dövrdə İrandan gətirilən tikinti materiallarının hamısı gömrük orqanlarında "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş, həmin malmaterialların gömrük rüsumları və vergiləri onun tərəfindən “115 yol salma və tikinti şirkəti” nin nümayəndələri tərəfindən ona təqdim olunmuş nağd vəsaitlər hesabına ödənilmişdir. Yalnız iki dəfə müəssisənin “Nikoilbank”ın Sumqayıt filialında olan hesabına bir dəfə 500.000 manat, bir dəfə isə 300.000 manat köçürmə yolu ilə vəsait daxil olmuşdur ki, bu məbləğ onun tərəfindən nağdlaşdırılaraq bir hissəsi gömrük ödənişlərinə, bir hissəsi isə “qara bazar”dan alınmış müxtəlif tikinti materiallarının dəyərinin ödənilməsinə yönəldilmişdir.” Bundan əlavə, Qanuni nümayəndə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 30 iyul 2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq idarəsinin 2-ci şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi 1-ci dərəcəli hüquqşünas X21 tərəfindən tərtib ittiham aktında qeyd edilmişdir ki, “ İş üzrə şahid qismində dindirilmiş "xxxx" MMC-nin sabiq baş mühasibi X6 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2010-cu ilin iyun ayından 2011-ci ilin avqust ayınadək "xxxx" MMC-nin baş mühasibi vəzifəsində işləmiş, cəmiyyət xx.xx.2005-ci il tarixdə Qanuni nümayəndə tərəfindən təsis edilərək, xx.xx.2005-ci il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsində ********** VÖEN ilə vergi uçotuna alınmışdır. Cəmiyyət təsis olunan vaxtdan direktor vəzifəsini Qanuni nümayəndə icra edərək, bütün fəaliyyətinə faktiki olaraq özü rəhbərlik etmişdir. 2011-ci ilin mart ayının əvvəlində cəmiyyət İran bankından alınmış kreditlər hesabına Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 4 ünvanında yerləşən torpaq sahəsində hündürmərtəbəli yaşayış binasının inşasına başlamışdır. İnşaat işlərini podrat müqaviləsi əsasında İran firması olan “115 yol salma və tikinti şirkəti” həyata keçirirdi. İş üzrə şahid qismində dindirilmiş X7 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MMC tərəfindən Bakı şəhərində yaşayış kompleksinin tikintisi ilə əlaqədar İddiaçı 37.000.000,00 AVRO kredit müqaviləsinin alınması üçün bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi ilə əlaqədar olaraq, özünə məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1,185912 ha., 1,314177 ha. və 0,50 ha. torpaq sahələrini 15 ildən artıq tanıdığı "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə xahişi ilə girov qoymuş, lakin Vaqiflə heç bir iş birliyi olmamışdır. Belə ki, 2010-cu ildə Vaqif ona müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonunda yaşayış binasının tikintisi üçün İddiaçı tərəfindən kreditina ayrılması ilə bağlı razılığa gəldiyini, lakin bunun üçün müəyyən əmlakın girov qoyulmasının zəruri olduğunu bildirmiş, o, da Qanuni nümayəndələ yaxın münasibətləri olduğu səbəbindən təmənnasız olaraq, kreditin ayrılması üçün ona məxsus torpaq sahələrinin girov qoyulmasına razılıq vermiş, lakin həmin tikinti ilə bağlı onun heç bir əlaqəsi olmamışdır.” Bundan əlavə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən X3) 2-1(81)-27/2017 saylı 11 may 2017-ci il tarixli qərarında müəyyən edilmişdir ki, “Bağlanmış müqavilələrə əsasən "xxxx" MMC tərəfindən İran İslam Respublikasının bankından götürülmüş kredit məbləğləri İran İslam Respublikasının şirkəti olan “X17 Arman” tərəfindən tikinti işlərini həyata keçirilməsi üçün birbaşa "xxxx" QSC-nin Azərbaycan Respublikasındakı filialına keçirilmişdir.” Cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə baxışında dəfələrlə iddiaçı “İddiaçı” tərəfindən "xxxx" MMC-yə kredit verildiyini bildirmiş və "xxxx" MMC-nin banka borcunun mövcudluğu faktlarını etiraf etmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərardadına istinad edilərək müəyyən edilmişdir ki, “10 fevral 2014-cü il tarixli 2(006)-208/2014 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" MMC-nin əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin təqdimatına baxılarkən "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə verdiyi izahatda Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 4, 3014-cü məhəllədə quraşdırılmış metal konstruksiya və tikilişi yarımçıq qalan 2 bloklu binanın "xxxx" MMC-nin İran İslam Respublikasının 115 saylı X33 İnşası Şirkətinə olan borcunun əvəzi olaraq həmin şirkətə təhvil verildiyini, 115 saylı X33 İnşası Şirkətinin isə həmin tikililəri üçtərəfli müqavilə əsasında bu tikintini maliyyələşdirən “İddiaçı” na razılaşma yolu ilə verdiyini, həmin bankın isə başqa podratçı təşkilatla müqavilə əsasında binanın inşasını davam etdirdiyini, tikilinin "xxxx" MMC-yə aidiyyətinin olmamasını, tikilinin İran şirkətinin adına qeydiyyata alınanadək müvəqqəti olaraq MMCnin adında qeydiyyatda qaldığını bildirmişdir.” Adı çəkilən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-208/2014 saylı 10 fevral 2014-cü il tarixli qətnaməsindən maraqlı şəxslər Cavabdeh1 və “İddiaçı” apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (sədrlik edən hakim Tofiq Səmədov) tərəfindən apellyasiya şikayətinə baxılaraq, maraqlı şəxslər “X29 Bankı” və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 10 fevral 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ilkin iddia üzrə üzrə iddiaçı Ərizəçi cavabdehlər "xxxx" MMC-yə və Qanuni nümayəndə qarşı “borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar "xxxx" MMCnin və Qanuni nümayəndə cavabdeh Ərizəçi qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi barədə 2(103)-972/2021 saylı 04 may 2021-ci il tarixi qərardad qəbul etmişdir. Beləliklə, yekun qərarla bağlı icra icraatına bütövlükdə xitam verilmiş, əmlakın üzərindən həbs götürülmüşdür. Məhz bu səbəbdən də hazırki məhkəmənin Qanuni nümayəndə həmin izahatına istinad etməsi əsassızdır və məhkəmənin birtərəfli mövqe tutmasından xəbər verir. Məhkəmə qüvvədən düşmüş məhkəmə qətnaməsinə istinad edərək cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 4, 3014-cü məhəllədə yarımçıq tikilmiş binaya dair cavabdeh EL.SƏ.Nİ” MMC ilə iddiaçı “İddiaçı” arasındakı münasibətlərin kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri olması barədə verdiyi izahatını cavabdehin etirafı qismində qəbul etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən qətnamə çıxarılarkən tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinmişdir. 15 fevral 2022-ci il tarixində keçirilmiş məhkəmə iclasında tərəflər apellyasiya instansiyası məhkəməsinə yeni təqdim etdikləri 14 fevral 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər (barışıq sazişinin şərtləri üçün bax hazırkı qərarın 4-cü bəndinə). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(139)-/2022 saylı 15 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər R.Qurbanov (sədrlik edən, məruzəçi), V.Məmmədov, V.Baxışova) barışıq sazişi ilk dörd bənddə təsdiq edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1267/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, kommersiya mübahisəsi üzrə icraata xitam verilmiş, tərəflərə izah olunmuşdur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Üçüncü şəxs Ərizəçi tərəfindən 5 mart 2022-ci il tarixində kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 278/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə 2-2(103)-139/2022 saylı 15 fevral 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan hazırki işin təkrar apellyasiya baxışı təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İşdə iştirak edən şəxslər hazırki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə hazırki işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil3 oğlu öz apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Cavabdeh1 MMC-nin vəkili Vəkil2 oğlu apellyasiya şikayətlərini müdafiə edərək onların təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. 3-cü şəxs Ərizəçi nümayəndəsi və vəkili Vəkil4 və Nümayəndə2 hər iki apellyasiya şikayətini qəbul etməyərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasından imtina edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-778/2022 saylı 19 oktyabr 2022-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiqi ilə digər şəxslərin qanunla qorunan hüquqlarının kobud şəkildə pozulacağı nəzərə alınaraq məhkəmə tərəfindən həmin barışıq sazişinin təsdiq olunmasından imtina edilmişdir. Ərizəçi işə 3-cü şəxs qismində cəlb olunması ilə bağlı qəbul edilmiş qərardadın ləğv edilməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin 02 mart 2021-ci il tarixli protokol qərardadına əsasən Ərizəçi üçüncü şəxs qismində işə cəlb edilmişdir (İİ cild i.v 48). İşin müəyyən edilmiş hallarından göründüyü kimi, üçüncü şəxs Ərizəçi Sumqayıt şəhər məhkəməsində cavabdehlər "xxxx" MMC və X4rşı hazırki iş üzrə barışıq sazişinin predmetini təşkil edən, tərəflər arasında bağlanmış 28 dekabr 2017-ci il tarixli 3M-1382 reyestr nömrəli ipoteka müqaviləsinin etibarsız hesb edilməsi, həmin ipoteka müqaviləsinin predmetini təşkil edən mübahisəli yaşayış binasının yüklülüyü barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia qaldırmış və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Bu baxımdan işə birinci instansiya qaydasında baxmış məhkəmə Ərizəçi hazırki iş üzrə 3-cü şəxs qismində işə cəlb etməkdə haqlı olmuşdur. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə icraatın qaydasını müəyyən edir (MPM-nin 1-ci maddəsi). MPM-də məhkəmə tərəfindən çıxarılacaq aktın maraqlarına toxunacağı ehtimal olunan şəxsin üçüncü şəxs qismində işə cəlb olunması ilə bağlı çıxarılmış qərardaddan (belə qərardad ayrıca akt şəklində çıxarılsa belə) şikayət verilməsi nəzərdə tutulmamışdır. MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə kollegiyası Ərizəçi üçüncü şəxs qismində işə cəlb olunması ilə bağlı qəbul edilmiş qərardaddan apellyasiya şikayətinin verilməsinin MPM-də nəzərdə tutulmadığını və sonuncunu üçüncü şəxs qismində işə cəlb etməkdə birinci instansiya məhkəməsinin haqlı olduğunu, həmin üçüncü şəxsin də verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən mümkün hesab edilib, məhz həmin kassasiya şikayətinə əsasən apellyasiya instansiya məhkəməsinin məlum qərardadının ləğv edilib işin mahiyyəti üzrə baxılması üçün yenidən apellyasiya instansiyasına qaytarıldığını nəzərə alaraq hesab edir ki, şikayətin bu dəlili əsassızdır və təmin oluna bilməz. İşin mahiyyətinə gəldikdə isə, İddiaçı (EDBİ) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış 880/M/AZE/11 saylı 21 noyabr 2009-cu il tarixli güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən sifarişçinin 115 Construction Co. şirkəti (podratçı) ilə bağladığı müqavilə əsasında Azərbaycan Respublikası, Bakı şəhəri yaşayış, kommersiya və biznes kompleksi tikintisi həyata keçirməsi xərcləri 59.246.906 avro məbləğindən artıq olmayacaq və bu müqavilənin müddəalarına əsasən sifarişçi və podratçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 105-B-2008 nömrəli müqavilənin şərtlərinə əsasən təsdiqlənmiş layihə dəyərinin ən azı 60 faizi İran mənşəli material və xidmətlərə sərf olunmalıdır. Sifarişçi layihənin 85% EDBİ tərəfindən razılaşan 43.529.411 Avro məbləğində kredit vəsaitini əldə etməyə çalışır. Sifarişçi bu vasitə ilə EDBİ-ə təklif edir ki, bu müqavilədə təyin olunan şərtləri ilə layihənin icrası üçün onu maliyyələşdirsin. EDBİ sifarişçiyə həmin işi qeyd olunan və sonrakı şərtlər və müddəalar əsasında yerinə yetirmək üçün X30 Fondu (bundan sonra Zəmanət Fondu adlanacaq) İxracat Zəmanəti ilə tərəflər müqavilədə qeyd olunan şərtlər əsasında kredit vəsaiti ayırır. Müqavilənin 1-ci bəndinə əsasən “Bank” Zaminbank deməkdir. “Podratçı” İİR-nın qanunları əsasında təsis edilmiş və fəaliyyət göstərən və Cənubi Cami küçəsi, Kerman şəhəri, İİR-da yerləşən “115 Construction Co” Cəmiyyətidir. Müqavilənin 2-ci bəndinə əsasən EDBİ, müqavilədə qeyd olunan şərtlərlə razılaşır ki, işə qəbul edənin tələbi ilə Razılaşmış layihə qiymətinin 85 faizini 37.000.000 avrodan çox olmamaq şərti ilə, EDFİ sığortası ilə maliyyələşdirsin. Müqavilənin 3.1.11-ci bəndinə əsasən EDBİ tərəfindən avans qismində zəmanətnamə qarşılığında təsdiq edilmiş layihənin dəyərinin 15% həcmində nağd vəsait əvvəlcədən ödənilir (EDBİ tərəfindən ödənilməlidir). EDBİ tərəfindən avans qismində ödənilən 15% vəsait sifarişçiyə ödənilməli olan kredit vəsaitini əhatə edir və sifarişçi bu vəsaitlə yanaşı müqavilə şərtlərinə əsasən ödənilməli olan digər vəsaiti geri qaytarmalıdır. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin başqa müddəalarına görə EDBİ podratçıya fakturanın 70%-ni müqavilə əsasında aşağıdakı sənədləri aldıqdan sonra ödəyir. Sifarişçi tərəfindən hazırlanmış orijinal ödəniş tapşırığı nüsxəsi və bank tərəfindən imza və möhürlərin doğruluğunu təsdiq edən rəy məktubu. Sifarişçi tərəfindən təsdiqlənmiş 15% miqdarında faktura/deklarasiya qismən ödəniş kimi qəbul edilir. 5.1-ci bəndinə əsasən sifarişçi, EDBİ tərəfindən hissələrlə ödəniş cədvəlinə əsasən və EDBİ tərəfindən təyin edilmiş bütün məbləğləri müqavilədə qeyd olunan şərtlərə uyğun olaraq və müqavilə üzrə heç bir tərəfin öhdəliklərindən asılı olmayaraq ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən sifarişçi tərəfindən EDBİyə geri qaytarılmalı olan əsas vəsait dörd bərabər yarım illik ardıcıl hissələrlə ödəniş şəklində Avro ilə ödənilməlidir. İlk ödəniş erkən başlanma vaxtından etibarlılıq müddətinin sonuncu günündən başlayaraq 6 (altı) ay sonra olmalıdır. Müqavilənin 5.4-cü bəndinə əsasən sifarişçi kredit vəsaiti üzrə borclarını məbləğləri Avro ilə və ya rahatlıqla avroya konvertasiya edilə bilən digər istənilən valyutada, heç bir azalma tətbiq etmədən yalnız EDBİ-nin azad seçiminə əsasən geri qaytarmalıdır. Sifarişçi bu müqavilə üzrə kredit vəsaitlərindən irəli gələn borclarla bağlı EDBİ-yə qarşı hər hansısa bir iddia və etiraz tələbini gündəmə gətirməyəcək və bu hüququndan imtina edir. Xüsusilə sifarişçi iddia hüququ, ərizə ilə məhkəməyə müraciət hüququ, podratçıdan hüquq və tələblərini almaq hüququ kimi faktlara istinad etməklə banka olan borclarını geri qaytarılmasını dayandırmaqdan imtina edə bilməz. Müqavilənin 5.6-cı bəndinə əsasən sifarişçi müqavilə üzrə kredit vəsaiti ilə əlaqədar borcların geri qaytarılması üzrə öhdəliklərini o zaman tam icra etmiş hesab olunur ki, müvafiq vəsait heç bir kəsmə olmadan, EDBİ tərəfindən müəyyən edilmiş hesaba köçürülsün və bu yazılı qaydada təsdiqini tapsın. 21 noyabr 2009-cu il tarixli, 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsi üzrə 31 avqust 2010-cu il tarixli Düzəliş Razılaşmasına əsasən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Razılaşmanın 1-ci bəndinə əsasən müqavilənin 6-cı bəndində olan vəsait xərclərinin hazırki rəqəmi yerinə 11% olması müəyyən edilmişdir. Razılaşmanın 3-ci bəndinə əsasən müqavilənin 3-1-11-ci bəndinə düzəliş edilərək, 3- 1-11 layihənin təsdiq olunmuş qiymətinin 12,75% nağd olaraq, avans ödəniş şəklində ödənilir. EDBİ-nin 12,75% ödənişi sifarişçiyə ödəmə hesab olunur və sifarişçi həmin məbləği başqa ödəmələr ilə bərabər müqaviləyə uyğun ödəməli olması müəyyən edilmişdir. Razılaşmanın 6-cı bəndinə əsasən müqavilənin 4-cü bəndinin 3-cü paraqrafına düzəliş edilərək müqavilənin icazələrini nəzərə alaraq EDBİ podraçıya ödənməmiş 72,75 % ödənişi aşağıdakıları almaq ilə faktura/ödəniş ödəyəcək. 21 noyabr 2009-cu il tarixli, 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixli Əlavə N 2-yə əsasən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Müqavilənin 1.1-ci bəndinin 3-cü abzasına aşağıdakı əlavələr edilmişdir: Layihənin yekunlaşdırılması üzrə işlərin başa çatdırılması və kreditin geri qaytarılma müddətinin uzadılması məqsədilə, aparılan danışıqlara əsasən 880/M/AZE/l 1 saylı, 21 noyabr 2009-cu il tarixli kredit müqaviləsinin icra müddəti üç ildən beş ilə uzadılır. Bu müddət xx.xx.2013-cü il tarixində başlanır və xx.xx.2018-ci il tarixində başa çatır. Ödənilmiş bütün vəsait, o cümlədən əvvəl ödənilmiş və ilkin müqavilənin icra müddətində veriləcək bütün vəsait sifarişçinin kredit borcu və öhdəliyi hesab edilir və sifarişçinin EDBİ qarşısındakı öhdəlikləri müqavilənin icra müddətində tam olaraq icra olnmalıdır. Müqavilənin 2-ci bəndinə dəyişiklər edilərək kredit müqaviləsinin məbləği 37.000.000 avrodan 50.000.000 avroya artırılmışdır. Müqavilənin 10-cu bəndində “Fransa qanunlarını tənzimləyici qanun kimi seçərək və X16 Mərkəzində (TRAC) əsaslanaraq və Sifarişçi tərəfindən Fransa səlahiyyətli məhkəmələrinə təqdimatla” ifadəsi "Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının məhkəmələrinin rəy və qərarlarına ifadəsi ilə əvəz edilmişdir. Müqavilənin 16-cı bəndində dəyişikliklər edilərək “sifarişçiyə qarşı arbitraj tribunalı və ya Fransa Məhkəməsi tərəfindən” ifadəsi “Azərbaycan Respublikasının Məhkəmə orqanları tərəfindən” ifadəsi ilə əvəz edilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. X26 adından əlavə nümayəndə X18 tərəfindən imzalanmışdır. İddiaçı (ipoteka saxlayan) ilə "xxxx" MMC (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, ipoteka saxlayan ilə borclu arasında 880/M/AZE/l 1 saylı, 21 noyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən ayrılmış 37.000.000 manat məbləğində veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün ipoteka qoyan bununla öz xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 4 ünvanında yerləşən 0,07752 ha torpaq sahəsini, (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MH seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) həmin ünvanda yerləşən ümumi sahəsi 266.3 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0.144 ha torpaq sahəsini, (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MA seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 264.8 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0.2143 ha torpaq sahəsini, (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən MA seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) ipoteka saxlayan üçün ipoteka qoyur və ipoteka saxlayan təminatlı öhdəliklərin müvafiq qaydada və vaxtında ödənişi, yerinə yetirilməsi və tamamilə ödənilməsi üçün bu ipoteka qoyulmuş mülkiyyəti birinci dərəcəli əmlak təminatı olaraq qəbul edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka qoyulmuş mülkiyyətin ümumi dəyəri "xxxx" Firması tərəfindən verilmiş olan 10 fevral 2010-cu il tarixli qiymətləndirmə rəyinə əsasən 11.000.000 manat hesab edilir (bu şərtlə ki, belə qiymətləndirmə tərəflər üçün məcburi olmasın). Qiymətləndirmə hesabatının surəti Qoşma 3 kimi buraya əlavə olunmuşdur. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. İddiaçı (ipoteka saxlayan) ilə "xxxx" MMC (ipoteka qoyan) arasında bağlanmış 3M- 1382 reyestr nömrəli xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən ilə müəyyən edilir ki, ipoteka saxlayan ilə ipoteka qoyan arasında 880/M/AZE/l 1 saylı, 21 noyabr 2009-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ipotekanın predmeti ünvan 4 ünvanında, mülkiyyətində olan 0.4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binasıdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 40.000.000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cı bəndinə əsasən öhdəliyin icra müddəti kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin İpoteka qoyana faktiki təqdim edildiyi tarixindən xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir. Həmin müqavilənin 4.1-ci maddəyə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmentinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi də daxil olmaqla təm həcmdə təmin edilməsi razılaşdırılmışdır. Həmin müqavilənin 3-cü bəndinə görə öhəliyin icra müdəti kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi tarixindən xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən ipoteka tələbi aşağıdakılar da daxil olmaqla tam şəkildə təmin edilir: əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi. İpoteka müqaviləsində təmin olunmuş öhdəliyin mühüm şərtləri, o cümlədən əsas borcun məbləği və faiz dərəcəsi göstərilməmişdir. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli xx.xx.2010-cu il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 3014, Asif Məhərrəmov küçəsi 4-də yerləşən qeyri-yaşayış binası və 0.2143 ha torpaq sahəsinin üzərində "xxxx" MMC-nin hüququ “İddiaçı” qarşısında ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli xx.xx.2010-cu il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 3014, Asif Məhərrəmov küçəsi 4-də yerləşən torpaq sahəsi üzərində "xxxx" MMC-nin hüququ “İddiaçı” qarşısında ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli xx.xx.2010-cu il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 4-də yerləşən Qeyri yaşayış binası və 0,144 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin hüququ “İddiaçı” qarşısında ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 4 ünvanında yerləşən 0,4358 ha topraq sahəsində yerləşən çoxmərtəbəli bina üzərində "xxxx" MMCnin hüququ “İddiaçı” qarşısında ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin təsisçisi Qanuni nümayəndə ilə Cavabdeh1 MMC arasında bağlanmış 14 iyul 2014-cü il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsidən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini satıcı, "xxxx" MMCnin təsisçisi Qanuni nümayəndə "xxxx" MMC-də ona məxsus olan 100% həcmində 200 payını alıcı tərəf olan Cavabdeh1 MMC-yə 200 manata satması, alıcının isə həmin payı alması, satıcı həmin müəssisə ilə bağlı müqavilə bağlandığı tarixədək olan öhdəlikləri və cavabdehliyi (məsuliyyəti) öz üzərinə götürməsi və həmçinin: a) müəssisənin möhürü və ştampı, b) dövlət qeydiyyatı haqqında şəhadətnaməni, v) Nizamnamələrini və cəmiyyətə aid digər sənədləri, payını alıcıya təhvil verməsi və alan tərəfin bunları qəbul etməsi təşkil edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş **********637300 saylı və 02 iyul 2014-cü il tarixli və **********909700 saylı və 02 iyul 2014-cü il tarixli məktublara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Qanuni nümayəndə nizamnamə kapitalındakı 100% payı ipoteka ilə yüklüdür. Həmin müqavilə Cavabdeh1 MMC adından qanuni təmsilçi X34 Sadegh tərəfindən imzalanmışdır. "xxxx" MMC-nin təsisçisi olan Cavabdeh1 MMC-nin təsisçisi Shokr X2 xx.xx.2017-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, təssisçi ünvan 5 ünvanında mövcud olan 0,4358 ha sahədə inşa edilən və "xxxx" MMC-yə məxsus iki girişli 24 mərtəbəli yaşayış binasının “İddiaçına girov qoyulması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış tutmanın ipoteka predmetinə yönəldilməsi barədə xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, kredit borcunun 10 iş günü ərzində qaytarılması tələb edilmiş, əks təqdirdə həmin borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bildiriş İddiaçı nümayəndəsi X18 tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 06.2019-cu il tarixli ərizədən görünür ki, "xxxx" MMC məxsus olan ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli binaya tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Ərizə İddiaçı nümayəndəsi X18 tərəfindən imzalanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçına ünvanladığı xx.xx.2019-cu tarixli məktubu ilə təsdiq edilir ki, "xxxx" MMC məxsus olan ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli binaya tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. “İddiaçı” (bank), "xxxx" MMC(şirkət) və Cavabdeh1 MMC (Cami) arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli “Nəsim Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqavilədən görünür ki, həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin predmeti qeydiyyat nömrəsi ******* və qeydiyyat tarixi xx.xx.2018 olan Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 8 ünvan) və əvvəlki çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov-4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış Nəsimi Bakı yaşayış binasının cari fiziki problemlərinin şirkət tərəfindən aradan qaldırılmasının ikinci mərhələsinin icrası hazırki müqavilənin predmetini təşkil edir. Hazırki müqavilənin predmetinin istiqamətləri müqavilənin tərkib hissəsi sayılan sənədlər, aktlar və texniki göstəricilər, layihə və cizgilərlə əsaslanır və şirkət onların kəmiyyət və keyfiyyət göstəricilərindən məlumatlı olmaqla yanaşı onların icrası barədə öhdəliklər götürmüşdür. 3.1.2-ci bəndinə əsasən bank tərəfindən tələb olunan təqdirdə şirkət öz maliyyə vəziyyəti və üçüncü şəxslər qarşısındakı öhdəlik barədə məlumatları tam və əhatəli şəkildə hazırlayaraq banka və ya bankın istəyi ilə Cavabdeh1-yə təqdim etməlidir. 3.1.3-cü bəndinə əsasən bu müqavilənin dəyəri Şirkətin Bank qarşısındakı əvvəlki müqavilələrdən irəli gələn borc öhdəliklərinə əlavə olunur və Şirkət hazrki müqavilə üzrə aldığı vəsaiti banka olan əvvəlki borcları ilə birgə geri qaytaracağı barədə öhdəlik götürür. İddiaçı(bank), "xxxx" MMC(şirkət) və Cavabdeh1 MMC (Cami) arasında bağlanmış 06 yanvar 2018-ci il tarixli “Nəsim Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqavilədən görünür ki, həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin predmetini qeydiyyat nömrəsi ******* və qeydiyyat tarixi xx.xx.2018-ci il olan Dövlət reyestrindən çıxarışa əsasən ünvan 10 ünvan) və əvvəlki çıxarışara əsasən Asəf Məhərrəmov-4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış “Nəsim Bakı” yaşayış binasının cari fiziki problemlərinin, şirkət tərəfindən aradan qaldırılmasının üçüncü mərhələsinin icrası təşkil edir. Müqavilənin 3.1.4-cü bəndinə əsasən müqavilə üzrə bütün ödənişlər təqdim olunacaq sənəd və aktlara əsasən həyata keçiriləcək və şirkət bank tərəfindən tələb olunan lazımi sənədləri hazırlayaraq banka və bankın istəyi ilə Cami şirkətinə təqdim etməlidir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilənin dəyəri, o cümlədən podratçılara, tikinti materiallarının satıcılarına və layihənin icrası ilə bağlı ödənilməsi nəzərdə tutulan ödənişlərlə bağlı pul vəsaiti hazırkı müqavilə üzrə şirkət adlanan "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 MMC-nin hesabına köçürülür. Layihə ilə bağlı Cavabdeh1 tərəfindən şirkətə ödənilən və bankın istəyinə əsasən şirkət tərəfindən podratçılara birbaşa ödənilən vəsait və ödəmələr "xxxx" MMC-nin kreditor borcu sayılır və onun İddiaçı qarşısında kredit öhdəliyi kimi tanınır və şirkətin kredit müqaviləsinə əsasən banka olan əvvəlki kredit borclarına əlavə olunur. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənni dəyəri 1.986.097,29 manat təşkil edir. İddiaçı (bank), "xxxx" MMC(şirkət) və Cavabdeh1 MMC (Cami) arasında bağlanmış 08 iyun 2018-ci il tarixli “Nəsim Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqavilədən görünür ki, həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin predmetini qeydiyyat nömrəsi ******* və qeydiyyat tarixi xx.xx.2018-ci il olan Dövlət reyyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov-4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış “Nəsim Bakı” yaşayış binasının cari fiziki problemlərinin, şirkət tərəfindən aradan qaldırılmasının üçüncü mərhələsinin icrası təşkil edir. Müqavilənin 3.1.4-cü bəndinə əsasən müqavilə üzrə bütün ödənişlər təqdim olunacaq sənəd və aktlara əsasən həyata keçiriləcək və şirkət bank tərəfindən tələb olunan lazımi sənədləri hazırlayaraq banka və bankın istəyi ilə Cami şirkətinə təqdim etməlidir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilənin dəyəri, o cümlədən podratçılara, tikinti materiallarının satıcılarına və layihənin icrası ilə bağlı ödənilməsi nəzərdə tutulan ödənişlərlə bağlı pul vəsaiti hazırkı müqavilə üzrə şirkət adlanan "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 MMC-nin hesabına köçürülür. Layihə ilə bağlı Cavabdeh1 tərəfindən şirkətə ödənilən və bankın istəyinə əsasən şirkət tərəfindən podratçılara birbaşa ödənilən vəsait və ödəmələr "xxxx" MMC-nin kreditor borcu sayılır və onun İddiaçı qarşısında kredit öhdəliyi kimi tanınır və şirkətin kredit müqaviləsinə əsasən banka olan əvvəlki kredit borclarına əlavə olunur. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin dəyəri 8.030.637,62 manat təşkil etmişdir. İddiaçı tərəfindən verilmiş 011494 saylı çekin surətindən görünür ki, çek 2010-cu ildə El.SƏ.Ni” MMC-nin adına 5.549.999 avro məbləğinə verilmişdir. İddiaçının təqdim etdiyi müxtəlif tarixli “maliyyə sənədləri” adlandırdığı sənədlərdən görünür ki, Güzəştli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitlərinin 115 Yol İnşaatı və Tikinti Şirkətinə- ********* saylı hesablaşma hesabına (EL.Sə.Nİ-115 Yol İnşaatı və Tikinti Şirkəti), Modiriyyat va X19 şirkətinin ********* saylı hesabına, X20 Arman şirkətinin ********* saylı hesabına köçürüldüyü göstərilmişdir. "xxxx" MMC tərəfindən İddiaçına ünvanlanmış müxtəlif tarixli məktublardan görünür ki, bankdan aralarında olan kredit müqaviləsinə uyğun olaraq ödənilməli olan məbləğlərdə vəsaitin podratçıya ödəniş edilməsi tələb edilmiş və podratçıya ödənildikdən sonra, həmin vəsaiti, eləcə də ona hesablanmış faizlər və sairə məsrəfləri müqavilə şərtlərinə uyğun qaytaracağı barədə öhdəlik götürdükləri bildirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 2021/16 saylı xx.xx.2021-cı il tarixli maliyyə arayışından görünür ki, ünvan 11 ünvanında inşa olunan 2 girişli 24 mərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək üçün X24 Bankı və "xxxx" MMC arasında bağlanmış 880/M/AZE/11 saylı və 21 noyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən tikinti işlərinin davam etdirilməsi üçün İddiaçı, "xxxx" MMC və Cavabdeh1 MMC arasında bağlanmış üçtərəfli müqavilələrə əsasən X36 Bakı filialı vasitəsilə xx.xx.2017-ci il tarixli üçtərəfli müqavilə, xx.xx.2018-ci il tarixli üçtərəfli müqavilə və xx.xx.2018-ci il tarixli üçtərəfli müqavilə və ona əlavələrə uyğun olaraq “Nəsim Bakı” layihəsi üzrə xx.xx.2021-ci il tarixə qədər olan dövr üçün, tikinti quraşdırma işləri üçün, əmək haqqı və digər xərclər üçün "xxxx" MMC-nin kassasına nağd şəkildə 478271,18 manat, "xxxx" MMC-nin X36 Bakı Filialındakı hesabına köçürmə yolu ilə 3.580.412,67 manat olmaqla, ümumilikdə 4.058.683,85 manat pul vəsaiti daxil olmuş və həmin vəsait “Nəsim Bakı” layihəsilə bağlı xərclərə sərf olunmuşdur. "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli borcların qarşılıqlı üzləşmə aktından görünür ki, həmin aktda 880/M/AZE/11 saylı və 21 noyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-nin İddiaçına ümumi borcunun 80.711.260,17 avro olması qeyd edilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İİR Tehran Şəhəri 242 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.20147-ci il tarixli razılıq ərizəsindən müəyyən edilir ki, İddiaçı "xxxx" MMC-nin 0,43583 ha torpaq sahəsində tikilməkdə olan 2-ci, 3-cü, 4-cü mərtəbələri ofis təyinatlı olmaqla 2 girişli 24 mərtəbəli yaşayış binasının İddiaçı girovunda qalmaq şərti ilə vahid əmlak kimi qabaqcadan qeydiyyata alınmasına razılıq vermişdir. “X31” MMC-nin 23 sentyabr 2021-ci il tarixli, qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, audit zamanı ünvan 12 ünvanda (əvvəlki adı: A.Məhərrəmov küçəsi, 3014-cü məhəllədə) inşa olunan binanın tikintisinin maliyyələşdirilməsinə görə "xxxx" MMC-nin “İddiaçına - (EDBİ)” əsas məbləğ üzrə 48.734.005,73 avro, əsas borca hesablanmış faizlər üzrə 31769268,39 avro və öhdəliklərin icrasından irəli gələn xərclər üzrə 207.986,05 avro borcunun qaldığı müəyyən olunmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə İddiaçına dəfələrlə cavabdeh "xxxx" MMC-yə və ya müqavilədə podratçı qismində göstərilmiş “115 Construction CO” şirkətinə iddia edilən kredit məbləğinin verilməsini təsdiq edən mötəbər sübutların, pul vəsaitinin nağd şəkildə verilməsinə dair kassa məxaric sənədlərinin (və ya digər sənədlər) və ya nağdsız formada verilməsini təsdiq edən ilkin mühasibat uçotu sənədlərinin (ödəniş tapşırıqları və s.), eləcə də pulun dövriyyəsini təsdiq edən mübahisəli pul vəsaitlərini alan şəxslərin bank hesabından çıxarışların məhkəməyə təqdim edilməməsinə, təqdim edilmiş İddiaçı tərəfindən "xxxx" MMC-nin adına verilmiş çekin lazımi qaydada təsdiq edilməməsinə, xarici dildə olan surətinin məhkəməyə təqdim edilməsinə, həmin çekin nağdlaşdırılmasını və ya çekdə göstərilən vəsaitdən "xxxx" MMC və ya digər şəxs tərəfindən hər hansı nağdsız formada istifadə edilməsini təsdiq edən hər hansı sənədin də məhkəməyə təqdim edilməməsinə, buna görə də tərəflər arasında mübahisəli kredit münasibətləri yaranmadığından kredit borcunun qaytarılması tələbinə dair hissədə iddiaçının iddiasının əsassız olduğuna istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, kredit müqaviləsi üzrə kredit alan şəxsin borcu qaytarmaq öhdəliyinin yaranması üçün ilk növbədə kredit verən tərəfindən kredit müqaviləsinin predmeti olan pul vəsaitinin kredit alanın mülkiyyətinə verilməsi əsas şərtdir. Hazırki işdə isə kredit məbləğinin nağd şəkildə borc alan "xxxx" MMC-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi halı öz təsdiqini tapmır. Nəzərə alınmalıdır ki, iş üzrə iddiaçı qeyri-rezident, cavabdehlər isə rezident hüquqi şəxslərdir. İddia tələbinin Azərbaycan Respublikasının rezidenti olan hüquqi şəxslərin xarici hüquqi şəxsdən kredit müqaviləsi üzrə aldıqları iddia olunan 48.734.005,73 avro miqdarında xarici valyutanın, müvafiq faizlərlə birlikdə qaytarılmasından ibarət olması nəzərə alınarsa, ilk növbədə iddia olunan miqdarda pul vəsaitinin valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq ölkə ərazisinə daxil olub-olmamasına hüquqi qiymət verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddianın təmin olunması və ya barışıq sazişinin təsdiq olunması yolu ilə müvafiq vəsaitin qeyri-rezident hüquqi şəxsə qaytarılması, həmin vəsaitin son nəticədə ölkə ərazisindən çıxarılacağını istisna etmir. Belə ki, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir ( “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi). “Mərkəzi Bank” haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 3 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”na əsasən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə pul vəsaitinin bir hissəsinin cavabdehə, bir hissəsinin isə onun xahişi ilə podratçı olan şirkətlərə ödənildiyini bildirsə də, onun tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən həmin hallar ümumi şəkildə qeyd olunmuş, konkret olaraq iddia olunan pul vəsaitinin nə qədər hissəsinin “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasına gətirilməsinə aydınlıq gətirilməmişdir. İşin qeyd olunan halı ilə bağlı birinci intansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kredit məbləğinin nağd şəkildə borc alan "xxxx" MMC-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi işin materiallarına əsasən müəyyən edilmir. Həmçinin işin təkrar apellyasiya baxışı zamanı da tərəflər iddia olunan kredit vəsaitinin nağd şəkildə ölkə ərazisinə daxil olmaqla cavabdeh tərəfə ödənilmədiyini təsdiq etmişlər. İddiaçının iddia etdiyi pul vəsaitinin həqiqətən verilməsini sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi «maliyyə sənədləri»nə münasibətdə isə qeyd olunmalıdır ki, həmin sənədlər ziddiyyətli olmaqla yanaşı, nağdsız hesablaşmaların aparılmasını təsdiq edən ümumi qəbul edilmiş sənədlər olaraq tərtib olunmuşdur. Həmin sənədlər İran İslam Respublikasının Xarici işlər Nazirliyi tərəfindən leqallaşdırılmış, rəsmi tərcümə olunmuş və Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilsə də, təkcə formasına görə deyil, həm də məzmunu ilə bağlı iddiaçı tərəfin iddia etdiyi məbləğdə pul vəsaitinin verilməsini təsdiqləmir və buna görə də iddia tələbinin təmin olunması üçün yetərli sübutlar sayılmır. Kollegiya onu da qeyd edir ki, sözügedən “maliyyə sənədləri”nin hazırki işə aidliyi müəyyən olunarkən nəzərə alınmalıdır ki, iddiaçı maliyyə sənədlərinə əsasən 44 milyon avro məbləğindən artıq vəsaitin cavabdeh "xxxx" MMC-nin öhdəliklərinə görə 115 Yol İnşaatı və Tikinti Şirkətinə və İran İslam Respublikasının ayrı-ayrı hüquqi şəxslərinə ödənildiyini göstərmişdir. Bununla belə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2013-cü il 09 yanvar tarixli qərardadından aydın olur ki, «"xxxx" MMC-nin 115 Yol İnşaatı və Tikinti Şirkəti qarşısında öhdəliyi icra olunmamış qalmış və bu səbəbdən İran İslam Respublikasında 2012-ci il 18 iyul tarixli qərar qəbul edilmişdir. Beləliklə, iddiaçının iddia etdiyi vəsaitin bank qanunvericiliyinin tələblərinə uyğun olaraq borcalanın kredit müqaviləsi üzrə hesabına daxil olduğu iş üzrə müəyyən edilmədiyindən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuş sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmadığından kredit borcunun qaytarılması ilə bağlı iddiaçının tələbi əsassızdır və təmin oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuş, buna görə də hər iki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “İddiaçı” və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1267/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyantlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar