Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-78/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X12 qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçılar X21, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3 və Cavabdeh2 qarşı xalis gəlirdən pay hüququna uyğun məbləğlərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2(113)-153/2023 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X21, İddiaçı3 və İddiaçı1 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Mənzil Tikinti Kooperativinin Sumqayıt şəhəri, H.Əliyev prospekti 16-cı məhəllə ərazisində 16 mərtəbəli (mansardlı) 2 girişli, ümumi sahəsi 17357,76 m2 , qeyri-yaşayış sahəsi 1211,2 m2 , faktiki olaraq ümumi sahəsi 16832,2 m2, qeyri yaşayış sahəsi 1208 m2 təşkil edən binanın yaşayış və qeyri yaşayış sahələrinin satışı nəticəsində əldə edilmiş xalis mənfəətin müəyyən edilməsi, kooperativ üzvləri arasında bölüşdürülməsi və həmin mənfəətin mütləq pay haqqına uyğun olaraq Cavabdeh1 MTK-dan tutularaq iddiaçılar Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi (bundan sonra - MTK) 18 sentyabr 2013-cü il tarixində yaradılmış, 24 sentyabr 2013-cü il tarixində ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2017-ci il tarixli çıxarışına (**********196100) əsasən MTK-nın qanuni təmsilçisi Qanuni nümayəndədur və aşağıdakı mütləq payda üzvləri vardır: İddiaçı1 - 2%, Əli-X16 - 1 %, İddiaçı3 - 3 %, Cavabdeh3 - 31 %, X4 - 5%, Çalbay Ayhan (Türkiyə Respublikası) - 27%, Qanuni nümayəndə - 31%. Yuxarıda qeyd edilən məlumatlar xx.xx.2022-ci il tarixli, 34 nömrəli vəkil sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********447200 nömrəli məktubu ve məktuba əlavə edilən sənədlər əsasında əldə edilmişdir. Bildiririk ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının 22 oktyabr 2015-ci il tarixli “istismar müddəti başa çatmış, ağac materiallarından inşa olunmuş binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binası tikintisi, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilməsi haqqında sərəncamı qəbul edilmişdir. Sərəncama əsasən Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində ağac materiallarından inşa olunmuş, istismar müddəti başa çatmış 1 ədəd 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünün Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən yerinə yetirilməsinə və həmin ərazidə Cavabdeh1 Mənzil Tikinti Kooperativinə 3008 m2, sahədə 1 ədəd, 2 girişli çoxmərtəbəli yaşayış binası tikintisinin, ətrafın abadlaşdırılması və yaşıllaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Qeyd edilən ərazidə MTK tərəfindən çoxmərtəbəli yaşayış binası tikilmiş və başa çatmışdır. Yaşayış binası ilə bağlı məlumatların əldə edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə vəkil sorğusu göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi vəkil sorğusuna 15 avqust 2022-ci il tarixli **********74 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, sözügedən çoxmənzilli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən hüquqmüəyyənedici sənədlərə əsasən 16 mərtəbəli (mansardlı) 2 girişli binanın ümumi sahəsi 17357,76 m2 , qeyri- yaşayış sahəsi 1211,2 m2 , faktiki olaraq ümumi sahəsi 16832,2 m2, qeyri yaşayış sahəsi 1208 m2 təşkil edir. MTK-da mütləq pay haqqı və hüququ olan üzvləri Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 MTK-nın sədri Qanuni nümayəndə müraciət edərək, MTK-nın apardığı hündürmərtəbəli bina tikinti işləri və tikinti işlərinə cəlb edilmiş vəsait və binanın tikintisinə sərf olunan xərclər barədə məlumatın, tikintinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələrin, binanın qeyri yaşayış sahələrinin və mənzillərinin satış müqavilələrinin təsdiq olunmuş surətlərinin təqdim edilməsini xahiş etmişlər. MTK-nın sədri müraciəti cavablandırmamışdır. Bundan başqa vəkil sorğusu əsasında əldə edilmiş sənədə əsasən məlum olmuşdur ki, "xxxx" MMC və Cavabdeh1 MTK arasında bağlanmış müqaviləyə əsasən Sumqayıt şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ünvanında inşa edilmiş 16 mərtəbəli (mansardlı) 2 girişli yaşayış binasının tikintisi ilə əlaqədar audit xidməti göstərilmiş və "xxxx" MMC tərəfindən hesabat tərtib edilərək MTK-nın sədrinə təqdim edilmişdir. MTK-nın sədrindən hesabatın təqdim edilməsi xahiş olunsa da, verilməsi təmin edilməmişdir. Bununla belə, kooperativ üzvləri Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 xx.xx.2022-ci il tarixində MTK-nın sədri Qanuni nümayəndə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4 və 111.8-ci maddələrinə əsaslanaraq, 15 gün müddətində Cavabdeh1 MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması haqqında müraciət ünvanlamışlar. Müraciətdə ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin daxil edilməsi xahiş olunmuşdur: Sumqayıt şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində Cavabdeh1 MTK tərəfindən inşa edilən iki girişli 16 mərtəbəli, mansardlı yaşayış binasının tikintisinə cəlb olunan vəsait və binanın tikintisinə sərf olunan xərclər haqqında, Sumqayıt şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində Cavabdeh1 MTK tərəfindən tikintinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələr, binanın qeyri yaşayış sahələrinin və mənzillərinin satış müqavilələri haqqında kooperativin mənfəəti və onun bölüşdürülməsi haqqında MTK-nın sədri Qanuni nümayəndə 15 gün müddətində Cavabdeh1 MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılmasını təmin etməmişdir. Bununla belə, Kooperativ üzvləri Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 MTK-nın qanuni təmsilçisi Qanuni nümayəndə mübahisəyə mediasiyada baxılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif irəli sürülmüş, lakin təklifə heç bir münasibət bildirilməmişdir. Kooperativ üzvləri Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 mübahisəyə baxılması üçün mediasiya təşkilatına müraciət etmişlər. Mediasiya prosesinin tətbiqi barədə təklifdə MTK-nın maliyyə təsərrüfat fəaliyyətinə dair məlumatların və sənədlərin verilməsi, gəlir-xərc barədə sənədlərin təqdim edilməsi, xalis gəlirin bölüşdürülməsi barədə ümumi yığıncağın çağırılması və kooperativin cari fəaliyyəti ilə bağlı digər məsələlərə dair mübahisəyə baxılması təklif edilmişdir. Mübahisəyə baxılması ilə əlaqədar 23 avqust 2022-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmiş və sessiyada MTK-nın nümayəndəsi iştirak etməmiş və eyni tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/5-02781 nömrəli arayış verilmişdir. Bununla yanaşı, Kooperativ üzvləri Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 MTK-nın sədri Qanuni nümayəndə xx.xx.2022ci il tarixində pretenziya göndərmiş və pretenziyada həmçinin 10 gün müddətində Sumqayıt şəhəri, H. Əliyev prospekti 16- cı məhəllə ərazisi ünvanında tikilmiş 16 mərtəbəli (mansardlı) 2 girişli hündürmərtəbəli binada mənzillər və qeyri-yaşayış sahələrinin satışından əldə olunmuş Kooperativin mənfəəti barədə rəsmi məlumat verilməsi xahiş olunsa da, məlumat verilməmişdir. İddia ərizəsində qeyd edilən dəlillərdən göründüyü kimi, MTK-da mütləq pay haqqı olan üzvlər Ayhan Çalbay, İddiaçı3 və İddiaçı1 hüquqları pozulmuş və MTK-dan pay haqlarının alınması üçün məhkəmədənkənar qaydada bütün vasitələrdən istifadə etsələr də, mümkün olmamışdır. Hazırkı tarixədək koorperativin mənfəətindən qanunvericilikdə nəzərdə tutulan qaydada pay bölüşdürülməmişdir. Bundan sonra iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş və Cavabdeh3 və Cavabdeh2 cavabdeh qismində cəlb edilmişlər. Daha sonra iddiaçılar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia ərizəsinə əlavə” barədə ərizə verərək, "xxxx" Mənzil Tikinti Kooperativinin Sumqayıt şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində 16 mərtəbəli (mansardlı) 2 girişli, ümumi sahəsi 17357,76 m2 , qeyri-yaşayış sahəsi 1211,2 m2, faktiki olaraq ümumi sahəsi 16832,2 m2, qeyri-yaşayış sahəsi 1208 m2 təşkil edən binasının yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş ******* manat xalis gəlirdən MTK-da 27% səs və pay hüququ olan İddiaçı2 938250 manat, 3% səs və pay hüququ olan X5 104250 manat, 2% səs və pay hüququ olan X1 69500 manat Cavabdeh1 MTKdan, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar X21, İddiaçı3 və İddiaçı1 Cavabdeh1nə və qeyrilərinə qarşı “kooperativin mənfəətinin payçılar arasında bölüşdürülməsi” tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə edilmiş əlavəni Cavabdeh1nə münasibətdə tamamilə əsassız hesab edir. İş materiallarında olan iddia ərizəsinə əlavədən görünür ki, iddiaçılar tərəfindən ilkin iddia tələblərinə dəyişiklik edilərək, Cavabdeh1 Sumqayıt şəhərində, Heydər Əliyev prospekti,16-cı məhəllə ərazisində 16 mərtəbəli 2 girişli binasının satışından əldə edildiyi iddia edilən ******* manat xalis gəlirdən 27 % pay hüququ olan Ayhan Çalbaya 938250 manat, 3 % pay hüququ olan İddiaçı3 104250 manat və 2 % pay hüququ olan İddiaçı1 69500 manat xalis gəlirin Cavabdeh1ndən, X2 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamənin qəbul olunması xahiş edilmişdir. Həmin tələbi irəli sürərkən iddiaçılar ona əsaslanmışlar ki, bundan daha öncə inşa edilmiş Cavabdeh1 Sumqayıt şəhərində, Heydər Əliyev prospekti,17-ci məhəllə ərazisində 2 girişli binasının satışından əldə edilmiş xalis gəlir ******* manat təşkil etmiş və həmin gəlirdən 27 % pay hüququ olan Ayhan Çalbaya 938250 manat, 3 % pay hüququ olan İddiaçı3 104250 manat və 2 % pay hüququ olan İddiaçı1 69500 manat gəlir düşmüşdür. Bu rəqəmləri səsləndirərkən iddiaçılar tərəfindən Çalbay Ayhanla bağlanılmış “auditor xidmətinin göstərilməsinə dair” 06 may 2021-ci il tarixli, 074/32 saylı müqaviləyə əsasən sərbəst auditor X11 tərəfindən tərtib edilmiş 06 iyul 2021-ci il tarixli, 32 saylı auditor rəyinə istinad edilmişdir. Adı çəkilən auditor rəyinin də, onun əsasında tələb olunan xalis gəlirdən pul məbləğinin bölünməsi tələbinin də hər hansı hüquqi əsası yoxdur. İlk növbədə qeyd edilməlidir ki, sərbəst auditor X11 tərəfindən tərtib edilmiş 06 iyul 2021-ci il tarixli, 32 saylı auditor rəyi mötəbər sayıla bilməz, çünki həmin rəyin hazırlanması barədə müqavilə Cavabdeh1 təmsil edən onun sədri ilə bağlanılmamış, rəy hazırlanarkən kooperativin maliyyə və digər sənədlərindən istifadə edilməmiş, rəydə göstərilmiş rəqəmlərin hansı mənbədən götürüldüyü öz əksini tapmamışdır. Eyni zamanda Cavabdeh1 2013-cü ildə Sumqayıt şəhərində, Heydər Əliyev prospekti, 17-ci məhəllə ərazisində 2 girişli binasının satışından əldə edildiyi iddia olunan xalis gəlirin mütləq şəkildə həmin kooperativin Sumqayıt şəhərində, Heydər Əliyev prospekti, 16-cı məhəllə ərazisində 2 girişli binasının satışından əldə edilmiş xalis gəliri ilə eynilik təşkil etməli olması və bu səbəbdən hər hansı mötəbər sənədə istinad edilmədən bu məbləğə uyğun şəkildə sözügedən binanın satışından əldə edilmiş xalis gəlirin bölüşdürülməsinin tələb edilməsi də məntiqsiz görünür. Belə ki, ilkin olaraq Sumqayıt şəhərində, Heydər Əliyev prospekti, 17-ci məhəllə ərazisində inşa edilmiş 2 girişli binadan bir neçə il sonra inşa edilmiş Cavabdeh1 Sumqayıt şəhərində, Heydər Əliyev prospekti, 16-cı məhəllə ərazisində yerləşən 16 mərtəbəli 2 girişli binasının tikintisinə çəkilmiş xərclər və əldə edilmiş xalis gəlir fərqli olmuşdur ki, bu da həmin dövrdə binanın tikintisinə çəkilən xərclərin artması, yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş vəsaitlərin azalması və digər obyektiv faktorlarla əlaqəli olmuşdur. Məhkəməyə təqdim edilmiş Cavabdeh1 sədri Qanuni nümayəndə ilə “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış “auditor xidmətinin göstərilməsinə dair” 22 sentyabr 2021-ci il tarixli, M-9552 saylı müqaviləyə əsasən qeyd edilən cəmiyyətin auditoru tərəfindən Cavabdeh1 Sumqayıt şəhərində, Heydər Əliyev prospekti, 16-cı məhəllə ərazisində inşa etdiyi 16 mərtəbəli 2 girişli yaşayış binasının tikitisinə çəkilmiş xərclərin, yaşayış və qeyri-yaşayış sahələrinin satışından daxil olmuş vəsaitlərin və təsisçilərlə hesablaşmaların auditi aparılaraq həmin auditin nəticəsinə dair 07 yanvar 2022-ci il tarixli, M-9552 saylı auditor rəyi hazırlanmışdır. Həmin rəydən aydın olur ki, Cavabdeh1 həmin bina ilə bağlı gəliri ******* manat təşkil etmişdir ki, həmin gəlirdən də 27 % pay hüququ olan Ayhan Çalbaya 517625 manat, 3 % pay hüququ olan İddiaçı3 57513 manat və 2 % pay hüququ olan İddiaçı1 38343 manat vəsait hesablanmalıdır. Lakin həmin rəydə də göstərilmişdir ki, Cavabdeh1 təsisçilərindən Cavabdeh3 və keçmiş təsisçi Cavabdeh2 tərəfindən hesablanmış gəlir məbləğinin ******* manatı hər hansı əsas olmadan artıq götürülmüşdür. Nəzərə alınsa ki, iddiaçılara çatası məbləğ ümumilikdə 600000 manatdan bir qədər artıqdır, aydın olur ki, tələb olunan pul vəsaiti Cavabdeh1 hesabında deyildir. Bununla yanaşı, nəzərə alınsa ki, iddiaçılar "xxxx" Mənzil-Tikinti Kooperativinin Sumqayıt şəhərində, Heydər Əliyev prospekti, 16-cı məhəllə ərazisində inşa etdiyi 16 mərtəbəli 2 girişli yaşayış binasının tikintisinə heç bir pul vəsaiti qoymamışlar, onların həmin binadakı yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş gəlirdən paylarına uyğun pul vəsaitini Cavabdeh1ndən tələb etmələrinin hər hansı hüquqi əsasının olmadığı bir daha öz təsdiqini tapır. Yuxarıda sadalananlardan görünür ki, iddiaçılar X21, İddiaçı3 və İddiaçı1 “kooperativin mənfəətinin payçılar arasında bölüşdürülməsi” tələbi Cavabdeh1nə münasibətdə tamamilə əsassızdır. ”X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış və tərəfimizdən məhkəməyə təqdim olunmuş 07 yanvar 2022-ci il tarixli, M-9552 saylı auditor rəyindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhərində, Heydər Əliyev prospekti, 16-cı məhəllə ərazisində inşa etdiyi 16 mərtəbəli 2 girişli yaşayış binasının tikintisindən əldə edilmiş gəlirdən iddiaçılara paylarına uyğun şəkildə nə qədər pul vəsaiti hesablanmalıdır və hesablanmış pul vəsaiti də Cavabdeh1 hesabında deyildir. Həmin rəyi mötəbər saymayaraq şəxsi mülahizələri əsasında, özü də şişirdilmiş rəqəmlərlə paylarına mütənasib hesab etdikləri məbləği Cavabdeh1ndən tələb etməkdə iddiaçılar haqlı deyillər. Cavabdeh3 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək, etiraz ərizəsi təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların iddiası X6, eyni zamanda Cavabdeh2 münasibətdə (birlikdə götürülmüş təsisçilərə) təmin edilə bilməz, faktiki (iddiaçıların pul qoyması sübuta yetərsə) və hüquqi əsaslar (əlvə pay haqqı qoymalarına dair sənədlər olarsa) mövcud olduğu təqdirdə isə "xxxx" MTK-ya qarşı iddiaları qismən təmin edilə bilər. Təsisçilər hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımırlar. Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Göründüyü kimi, cavabdehlər Əlizadə Famil və Cavabdeh2 hüquqi şəxsin təsisçiləridir və əgər həqiqətən də iddiaçılar "xxxx" MTK-dakı təsis payına uyğun dividendini, payını istəyirsə, hüquqi şəxsdən bunu tələb etməlidir, təsisçilərdən deyil. Çünki qanunla təsisçi buna məsuliyyət daşımır. İddiaçı öz iddiasını sübut etməyə borcludur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə iddiaçılar aşağıdakı halları sübut etməyə, sənədlər və sübutlar təqdim etməyə borcludurlar. İddiaçıların "xxxx" MTK-nın tikdiyi 16-cı məhəllədəki bina üçün qoyduqları vəsaitin həcmini və bunu təsdiq edən sübutları (qəbzlər, hesabdan çıxarış, ümumi yığıncağın protokolu və s.) məhkəməyə təqdim edilmiş ilkin iddia ərizəsi və onlara edilmiş əlavələrdə, e-məhkəmə sisteminə yerləşdirilmiş sənədlərdə bu halları təsdiq edən sübutlar görünmür. Hətta iddiaçıların özlərinin belə istinad etdikləri xx.xx.2022-ci il tarixli audit hesabatında da qeyd olunur ki, iddiaçılar heç bir pul vəsaiti qoymamışlar. Cavabdeh kimi məhz Cavabdeh2 və Cavabdeh3 iddiaçılara pul vəsaiti ödəməli olduqlarını da təsdiq edən sübut yoxdur. İddiaya əlavəyə görə guya Cavabdeh2 və X10 hüquqi şəxsin kassasından hansısa məbləğlərdə pul vəsaiti götürüblər. Birincisi götürməyiblər, ikincisi hətta götürmüş olsaydı belə, həmin pul vəsaitini tələb etmə hüququ "xxxx" MTK-ya məxsusdur, digər təsisçi bunu tələb edə bilməz. Yəni iddiaçı cavabdehlərdən (Nazim və Famildən) digər cavabdehin ("xxxx" MTKnın) xeyrinə hansısa məbləğin ödənilməsini tələb edə bilməz. Cavabdeh2 və Cavabdeh3 fiziki şəxs təsisçi kimi digər təsisçiyə iddiaya edilmiş son əlavədəki məbləğlərdə borcun olmasını sübut etməlidir. Ümumiyyətlə bu cavabdehlər iddiaçılardan heç bir məbləğdə pul almayıblar və onlara da borcları yoxdur. E-məhkəmə kabinetində iddiaçılar cavabdehlərdən pul vəsaitini tələb etmək üçün əsas sübut kimi Sumqayıt Şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad ediblər. Birincisi həmin qərar hüquqi baxımdan səhv qərardır, çünki qərarda cinayət işi həm AR CM-nin 75-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi, həm də AR CPM-nin 39.1.2-ci maddəsi, yəni əməldə cinayət tərkibi olmadıqda əsası ilə rədd edilmişdir. Bu absurddur. İkincisi, müraciətlə həmin qərar ləğv edilmiş, araşdırma yenidən aparılmışdır. Bu məsələdə cavabdehlər haqlıdır və heç bir saxtakarlıq yoxdur. İddiaçılardan Çalbay Ayhanı hüquqi şəxsin 17-ci məhəllədə tikilən binasına əlaqəsi olmuş, ora tikinti üçün pul vəsaiti yatırmış, təsisçi olmuşdur. Digər iddiaçılar Nafiə Səidova və İddiaçı3 isə ümumiyyətlə hüquqi şəxsin fəaliyyətində iştirak etməmiş, pul vəsaiti qoymamışlar. 17-ci məhəllədəki bina ilə əlaqədar mənfəət bölüşdürülmüş və hər bir təsisçi paylarını götürmüşlər. 2016-cı ildə Çalbay Ayhan 17-ci məhəllədəki binadan əldə etdiyi vəsait artıq özü təkbaşına bina tikmək qərarına gəlmiş və "xxxx" adlı şirkətlə Sumqayıt şəhərində uşaq bağçasını sökərək yerində bina tikməyə başlamışdır. Eyni zamanda artıq "xxxx" MTK-nın 16-cı məhəllədə tikmək istədiyi binanın xərclərində iştirak etmək istəmədiyini bildirmişdir. Çalbay Ayhan 17-ci məhəllə tikilərkən birgə vəsait hesabına alınmış dəyəri 150000 manat olan qülləli krandan öz payına düşən 50000 manatı istəmiş və şirkətdən ayrıldığını bildirmişdir. Ona həmin kranın pulu ödənilmişdir. Kranın ödənişində problem yarandığına görə Çalbay Ayhan Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etmişdir ki, orada da araşdırma zamanı Çalbay Ayhan bildirdi ki, əsas tələbi 17-ci məhəllədəki bina ilə bağlıdır və ona pul əksik ödənilib. İdarədə araşdırma zamanı ona krandan ona düşən 50000 manat ödənilmiş və istəyirsə audit keçirilməsi tövsiyə edilmişdir. Çalbay Ayhan da auditor təyin etdirmiş və rəy alınmışdır. Həmin rəy e-məhkəmə sisteminə elə iddiaçılar tərəfindən yüklənmişdir. Göründüyü kimi, iddiaçılardan yalnız Çalbay Ayhanın "xxxx" MTK-da 17-ci məhəllədə payı olmuş və öz payını götürmüşdür və özü təsis etdiyi "xxxx" MTK-ya yatırmışdır. 16-cı məhəllədəki binaya isə heç bir vəsait qoymamış, oradan ayrıldığını bəyan etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2(113)-153/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli e-2-2(113)-153/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, "xxxx" Mənzil Tikinti Kooperativinin Sumqayıt şəhəri, H. Əliyev prospekti 16-cı məhəllə ərazisində 16 mərtəbəli (mansardlı) 2 girişli, ümumi sahəsi 17357,76 m2, qeyriyaşayış sahəsi 1211,2 m2, faktiki olaraq ümumi sahəsi 16832,2 m2, qeyri- yaşayış sahəsi 1208 m2 təşkil edən binasının yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş ******* manat xalis gəlirdən MTK-da 27% səs və pay hüququ olan İddiaçı2 938250 manat, 3% səs və pay hüququ olan X5 104250 manat, 2% səs və pay hüququ olan X1 69500 manat Cavabdeh1 MTK-dan, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının iclasının 01/2023 nömrəli, xx.xx.2023-cü il tarixli protokolunu əlavə etmişlər. Ümumi yığıncağın sözügedən protokolu birinci instansiya məhkəməsinin qətnaməsindən sonra qəbul edilmişdir. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsində iddiaçı “Lider-Ayta MTK cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, qeyd olunmuş yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş xalis gəlirin tutulub iddiaçılara ( X21, İddiaçı3 və İddiaçı1) ödənilməsi barədə tələblərində haqlılar. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, hazırki iş üzrə tələb divident tələbidir, xalis gəlirin bölünməsi ilə bağlı tələbə məhkəmə qaydasında baxıla bilməz. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də, iddia tərəf heç bir maliyyə sənədi təqdim etmədiyi üçün rəy vermək mümkün olmamışdır. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e- 2-2(113)-153/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.5-ci maddəsinə əsasən mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. 109.6-cı maddəsinə əsasən əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır. 109.7-ci maddəsinə əsasən üzvlük haqqı iştirakçının kooperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir. Kooperativ üzvünün kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) və dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ vardır. 109.9-cu maddəsinə əsasən dividend (əlavə kooperativ ödənişləri) yalnız səs hüququna malik olan üzvlərə onların əlavə əmlak pay haqlarına və kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsidir. 109-4.1.5-ci maddəsinə əsasən kooperativin üzvlərinin mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq hüququ vardır. 109.11-ci maddəsinə əsasən kooperativ qanunla qadağan olmayan istənilən sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak, qarışıq (istehsal-istehlak) və digər növlərdə ola bilər. 110-1.5-ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağının qərarı ilə pay fondu artırıla və ya azaldıla bilər. Pay fondunun miqdarı kooperativin xalis aktivlərinin miqdarından artıq olmamalıdır. Kooperativin pay fondunun miqdarı onun xalis aktivlərinin miqqdarından artıq olduqda kooperativin pay fondu göstərilən fərq məbləğində mütləq pay haqlarının proporsional azaldılması yolu ilə azaldılmalıdır. 110-2.1-ci maddəsinə əsasən kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. 110-2.2-ci maddəsinə əsasən kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. 110-2.3-cü maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. 111.3-cü maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: kooperativin nizamnaməsini dəyişdirmək; kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək. 111.3.6-cı maddəsinə əsasən kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər. xx.xx.2017-ci il tarixli hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarışlardan görünür ki, Cavabdeh1 MTK-nın nizamnamə kapitalının miqdarı 20 manatdır. Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı İddiaçı1 - 2%, Əli-X16 - 1 %, İddiaçı3 - 3 %, Cavabdeh3 - 31 %, X4 - 5%, Çalbay Ayhan (Türkiyə Respublikası) - 27%, Qanuni nümayəndə - 31% təşkil edir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış Cavabdeh1 MTK-nın Nizamnaməsindən görünür ki, MTK-nın üzvləri Əli-X16, X7, Cavabdeh3 və iddiaçılardır. Cavabdeh1 MTK-nın nizamnaməsinin 1.2-ci bəndinə əsasən Cavabdeh1 (bundan sonra - Kooperativ) istehlak kooperativi olmaqla, kooperativin məqsədləri üçün binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın (binaların) tikintisi başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcəllə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti koperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevirilməlidir. 2-ci bəndinə əsasən kooperativin fəaliyyətinin məqsədi kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının təmin edilməsidir. 3.3-cü bəndinə əsasən kooperativin əsas məqsədi yaşayış binalarının tikintisi və digər tikinti xidmətlərinin göstərilməsidir. 4.4-cü bəndinə əsasən kooperativin ilkin pay fondu 20 (iyirmi) manat həcmində müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları aşağıdakı kimidir: Əli-X16 - 0,2 AZN, 1%, 0,2 pay pul şəklində, Cavabdeh3 - 6.6 AZN,33%, 6.6 pay pul şəklində, X7 - 6.6 AZN,33%, 6.6 pay pul şəklində, Çalbay Ayhan -5.6 AZN,28%, 5.6 pay pul şəklində, X3 - 0,4 AZN,2%, 0,4 pay pul şəklində, İddiaçı3 - 0,6 AZN,3%, 0,6 pay pul şəklində. Nizamnamənin 4.6-cı bəndinə əsasən əlavə pay haqqı üzv tərəfindən Mülki Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqlarından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə ki, kooperativin xalis gəlirinin bölüşdürülməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Qanunvericiliyin və Kooperativin nizamnaməsinin tələblərinə görə Kooperativin tikinti planını və smetasını, proqramını, illik hesabatı və mühasibat balansını təsdiq etmək və zərəri bölüşdürmək məsələsinə baxılması və haqqında qərar qəbul edilməsi Ümumi Yığıncağın müstəsna səlahiyyətinə aiddir. Kooperativin iş materiallarına əlavə edilmiş nizamnaməsində cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi üçün xüsusi qayda müəyyən edilməsə də, Mülki Məcəllənin 110-2.3-cü maddəsində kooperativ üzvlərinin ümumi yığıncağının ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilməsi göstərilmişdir. Kollegiya qeyd edir ki, xalis gəlirin bölüşdürülməsi ilə bağlı məsələ ümumi yığıncağın iclasında baxılmalı, yalnız ümumi yığıncağın qərarından narazı qalındığı təqdirdə məhkəmə qaydasında həmin qərar mübahisələndirilə bilər. Beləliklə, hazırkı mübahisəyə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir qeyd edir ki, apellyasiya şikayətinə Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının iclasının 01/2023 nömrəli, xx.xx.2023cü il tarixli protokolu əlavə edilmiş, həmin protokoldan təsisçilər arasında xalis gəlirinin bölüşdürülməsi məsələsinə baxılaraq qərar çıxarılması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2(113)-153/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.5, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, e-2-2(113)-153/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-78/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-78/2024
12.01.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver