Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-78/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X8 və X9 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: pul tələbi, birgə sahibkarlıq fəaliyyəti ilə bağlı razılaşma, iddia müddətinin tətbiqi, sübutların qiymətləndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, cavabdeh X6 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər X8 və X9 qarşı pul tələbinə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2-2(113)-5140/2023 nömrəli qətnaməsindən iİddiaçı və cavabdeh X6 verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və X13 arasında 2011-ci ildə birgə sahibkarlıq fəaliyyəti göstərilməsi barədə şifahi razılaşma əldə edilmiş və iddiaçı cavabdehə Çin Xalq Respublikasından santexnika malları gətirərək Sədərək Ticarət Mərkəzində cavabdehin fəaliyyət göstərdiyi mağazada satılması üçün Samir Hüseynovun atası X7 şahidliyi ilə 50000 ABŞ dolları (1 dollar = 0,78 manat məzənnə ilə 39000 manat) pul vermişdir. Bunun müqabilində cavabdeh 3 il ərzində iddiaçıya hər ay gəlirdən 1000 ABŞ dolları ödəməyi, sonda pulu qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı qəbul edir ki, cavabdeh razılaşdırıldığı kimi 3 il ərzində iddiaçıya hər ay 1000 ABŞ dolları olmaqla, 36000 ABŞ dolları ödəmişdir. Lakin 3 ildən sonra bu razılaşma üzrə ödəniş etməmiş və 2015-ci ildən etibarən iddiaçı hər il 50000 ABŞ dolları verdiyi vəsaiti geri qaytarmasını tələb etsə də, cavabdeh nə verdiyi pulu qaytarmış, nə də gəlirdən hər ay 1000 dollar ödəniş etmişdir.
3. İddiaçı tərəfindən 2012-ci ildə X14 vasitəsi ilə həmin vaxt Çin Xalq Respublikasında olan X8 göndərməsi üçün 80000 ABŞ dolları (1 dollar = 0,78 manat məzənnə ilə 62400 manat) pul verilmiş, razılaşma belə olmuşdur ki, həmin pul yenə də ticarət dövriyyəsinə qoyulacaq və iddiaçıya çatası gəlir ödəniləcək.
4. Bakı şəhər Baş Polis İdarəsinin “Cinayət işinin rədd edilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli Qərarına əsasən, iddiaçı izahatında cavabdehə birgə fəaliyyət üçün 50000 və 80000 ABŞ dolları, sonradan gəlirdən 20000 ABŞ dolları pul verildiyini, cavabdeh tərəfindən isə cəmi 80.000 ABŞ dolları ödəniş edildiyini bildirmişdir. Həmin qərara görə, cavabdeh X13 izahatından göstərmişdir ki, 2012-ci ildə iddiaçıdan həqiqətən ticarət üçün atası vasitəsi ilə 50000 ABŞ dolları və 80000 ABŞ dolları pul almışdır. 50000 ABŞ dolları pulun müqabilində iddiaçıya hər ay 1000 ABŞ dolları vermişdir. 80000 ABŞ dolları ilə bağlı razılaşma belə olmuşdur ki, qazancın müəyyən hissəsini iddiaçıya verəcək 2017-ci ilin iyul ayından maddi vəziyyəti pisləşdiyi üçün aylıq 1000 ABŞ dolları pulu verə bilməmişdir. Lakin 80000 ABŞ dolları pula görə 08 mart 2020-ci il tarixədək müxtəlif vaxtlarda müxtəlif miqdarda pul vermişdir. 2012-ci ildə iddiaçıdan aldığı 130000 ABŞ dollarının qarşılığında 18002 manat və 161827 ABŞ dolları pul vermişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər X8 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 590000 ABŞ dolları (160000 ABŞ dolları əsas borc, 160000 ABŞ dolları sağlamlığa dəyən ziyan, 250000 ABŞ dolları 2015-2023-cü il üçün ödənilməmiş gəlir) pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıdan aldıqları 160000 ABŞ dollarını vermədikləri üçün o, Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Bu illər ərzində iddiaçının sağlamlığına ağır zərbə dəymiş, iki dəfə infarkt olmuş və hər il ürəyindən müalicə alır. Eyni zamanda baş-beyin xroniki işemiyası və baş-beyin hissənin atrofiyası xəstəliyinə tutulmuşdur. Bundan başqa, iddiaçıya gəlirdən verilən 80000 ABŞ dolları 2012, 2013, 2014-cü illəri əhatə edir, yəni hər il təqribən 27000 ABŞ dolları olmuşdur. Sonrakı 2015-2023-cü illər üçün hər ilə 27000 ABŞ dolları pul verilməli idi. Nəticədə 160000 ABŞ dollar əsas pul, 160000 ABŞ dolları sağlamlığa dəyən ziyan, 250000 ABŞ dolları 2015-2023-cü illər üçün verilməli olan məbləğ, ümumilikdə 570000 ABŞ dolları iddiaçıya qaytarılmalıdır.
7. Cavabdehlər birinci instansiya məhkəməsində iddia ərizəsinə birgə etiraz edərək bildirmişlər ki, iddiaçıdan 130000 ABŞ dolları pul alıblar. İddiaçı özü də etiraf edir ki, dolların məzənnəsi dəyişərkən tərəflər arasında mübahisə yaranmışdır. Bu səbəbdən cavabdehlərin də maddi vəziyyəti pisləşməyə başlamış, 2014-cü ildən zərərə düşmüşlər. Cavabdehlər həmin məbləğdən 230000 ABŞ dolları məbləğində iddiaçıya ödəniş etmişlər. Onların iddiaçıya heç bir borcu qalmamışdır.
8. Həmçinin, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermiş və qeyd etmişdir ki, iddiaçı 2014-cü ildən sonra ona hər hansı ödəniş edilmədiyini qeyd etdiyindən müqavilə tələbi üzrə iddia müddəti ötürüldüyü üçün iddia rədd edilməlidir.
9. Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 5140/2023 nömrəli qətnaməsinə əsasən (hakim Z.R.Pirverdiyev) iddia qismən təmin edilərək, cavabdehlər X4 və X5 müştərək qaydada 130000 ABŞ dollarının ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında olan şifahi razılaşmaya görə 130000 manat pul vəsaitini iddiaçıdan almış, həmin pul vəsaitini gəlirlə birlikdə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Buna baxmayaraq cavabdehlər iddiaçıdan aldığı əsas pul məbləğini tam şəkildə iddiaçıya ödəməmişlər. Cavabdehlər 130000 manatın iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Qeyd olunan xüsusatlar iş materiallarına əlavə olunmuş, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 dekabr 2021-ci il tarixli qərarında göstərilən tərəflərin verdiyi izahatlarla da təsdiq olunmuşdur. Məhkəmə iddiaçının əsas məbləğdən əlavə olaraq cavabdehlərdən tələb etdiyi 460000 ABŞ dolları borcun olmasını əsaslandıra bilmədiyindən və bu barədə hər-hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir.
11. Birinci instansiya məhkəməsi cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız hesab edərək göstərmişdir ki, məhkəmə iclasında iddiaçının izahatından və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2021-ci il 11 dekabr tarixli qərarından müəyyən olunur ki, cavabdehlərin iddiaçıya sonuncu ödəmələri 2020-2021-ci ildə olmuşdur. Cavabdehlər tərəfindən 2020-2021-ci illər ərzində iddiaçıya ödənişlər olduğundan yəni borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmiş, həmin müqavilə üzrə iddia müddətinin axımı həmin tarixdən başladığından iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3- cü hissəsinə, Mülki Məcəllənin 373.2, 375.2, 380.1, 390.1, 439.1, 442-ci və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirməklə, cavabdehlərdən 160000 ABŞ dolları əsas, 160000 ABŞ dolları maddi və mənəvi zərər, 270000 ABŞ dolları 2015-2023-cü illər ərzində gələn gəlirlər olmaqla, ümumi 590000 ABŞ dolları pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.
14. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qarşı tərəflə aralarında olan razılaşmaya əsasən 160000 ABŞ dollarını aylıq-illik gəlir ödəmək şərti ilə vermişdir. BŞBPİ tədqiqatı zamanı Xəzər Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə, Kommersiya Məhkəməsində cavabdehlər iddiaçıdan 160000 ABŞ dollarını aldıqlarını etiraf etmiş və həmin pulun yəni, 160000 ABŞ dollarını iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bakı Kommersiya Məhkəməsinin hakimi iddiaçıya dəyən maddi və mənəvi ziyanı nəzərə almamış və bu barədə hər hansı bir sübutun olmamasını bildirmişdir. Sübut olaraq iddiaçı Bakı Kommersiya Məhkəməsinə öz sağlamlığı haqqında 7 epikriz təqdim etmiş və həmin epikrizlərdə iddiaçının 2 dəfə infakt keçirməyi, eyni zamanda baş-beyin xroniki işemiyası və baş-beyin hissəsinin atrafiyası xəstəliyinə tutulmağını açıq-aydın göstərmişdir. İddiaçıya dəyən maddi ziyanı sübut etməyə hər hansı bir sənədə ehtiyac yoxdur. Cavabdehlər BŞBPİ-də və digər məhkəmələrdə etiraf ediblər ki, iddiaçının onlara verdiyi 160000 ABŞ dollarından gələn gəlirin müddəti 2014-cü ilin sonunda bitir. 2015- 2023-cü illər ərzində qarşı tərəf verdiyi 160000 ABŞ dollarını dövriyəyə buraxmış, külli miqdarda pul qazanmış və iddiaçı o gəlirdən lazımınca faydalana bilməmişdir. İddiaçı onlardan öz pulunu tələb etdikdə onlar iddiaçını MTN-lə hədələyərək, oğlunu öldürəcəklərini, iddiaçını isə MTN zirzəmisinə salacaqlarını bildirmişdilər. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlməməsi o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Yəni məhkəmə müəyyən edir ki, qarşı tərəf ondan 160000 ABŞ dollarını almışdır. Cavabdehlər 2015-ci ildən hər il 27000 ABŞ dolların ödənilməsini dayandırmaqla 2016-cı ildən ara-bir 2021-ci ilə kimi cüzi ona pul vermişlər. Kök 160000 ABŞ dollarını isə ümumiyyətlə qaytarmamışlar. Məhkəmə qətnaməsində səhv nəticəyə gələrək 160000 ABŞ dollarından 130.000 ABŞ dolları, 2015-ci ildən hazırki dövrə qədər ödənməli olan hər il 27000 ABŞ dollarından ümumiyyətlə heç nə ödənilməməsini nəzərə almamışdır. Bununla da müəyyən olundu ki, məhkəmə qətnamədə göstərdiyi dəlillərlə işin hallarına uyğun olmamaqla səhv nəticəyə gəlmişdir. Yəni maddi hüquq normasını pozmuşdur. İddia ərizəsində cavabdehdən razılaşmaya əsasən hər il gəlirdən 27000 ABŞ dolları verilməsi tələb olunmuşdur. 2015-ci ildən hər il gəlirdən 27000 ABŞ dolları verilməsi dayandırılmışdır. Bu hal məhkəmədə müəyyən olunmuşdur. Lakin nəyə görəsə məhkəmə qətnaməsində hər il ödənməli olan 27000 ABŞ dollarına münasibət bildirməmişdir.
15. Cavabdehlər X13 və X14 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
16. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı iddia ərizəsində cavabdehlərə 160000 ABŞ dolları məbləğində pul verdiyini və bununla əlaqədar ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. İşin hallarından da görünür ki, İddiaçı iddia ərizəsində 160000 ABŞ dolları məbləğində pul verdiyini desə də, bununla əlaqədar məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Artıq bu faktın özü iddiaçının məhkəməyə verdiyi ifadələrində səmimi olmadığını və düzgün danışmadığını sübut edir. Lakin cavabdehlər vicdanlılıq prinsipini əsas götürərək İddiaçı 130000 ABŞ dolları məbləğində pul aldıqlarını etiraf etmişlər. Lakin iddiaçı ilə bizim aramızda heç bir notarial təsdiq olunmuş müqavilə olmadığını və həmçinin bizim ona borclu olmağımızı təsdiq edən hər hansı bir qəbzi ona vermədirklərinə baxmayaraq, onlar öz vicdanlarının səsinə qulaq asaraq ondan götürdükləri pulun məbləğini səmimi olaraq etiraf etmişlər. Bir halda ki, iddiaçının əlində borc verməsini sübut edən heç bir sənəd olmadığı halda, onların istənilən anda iddiaçıdan bir manat da olsun pul götürmədiyini demək daha asan olardı. Lakin əfsuslar olsun ki, məhkəmə işin hallarına və sübutlara qiymət verərkən ondardan hansının daha dürüst və səmimi olduğuna düzgün qiymət verməmişdir. Məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində hər bir tərəfin istinad etdiyi halları sübut etməli olduğunu bildirmişdir. Mülki işin sənədlərindən də görünür ki, onlar tərəfindən məhkəməyə işin daha ədalətli və obyektiv araşdırılması üçün İddiaçı ilə cavabdehlərdən biri olan X13 arasında olan telefon danışıqları yazılmış CD diski təqdim edilmiş və həmin disk məhkəmə iclasında dinlənilmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş iddiaçı ilə cavabdeh arasında olan telefon danışıqlarının səs yazısından görünür ki, iddiaçı özü də ondardan 180000 manat məbləğində pul aldığını etiraf edir. Həmçinin iddiaçının bu səsyazısında olan danışığından da açıq-aydın görünür ki, onlar arasında olan telefon danışığının yazıldığını bilir. X6 istifadəsində olan mobil telefonun özündə telefonun istehsalçısı tərəfindən səs yazılarının yazılması proqramı quraşdırılmışdır. X2 iradəsindən asılı olmayan səbəblərdən də bütün telefon danışıqları istifadəsində olan mobil telefonun yaddaşına yazılır. Həmçinin qeyd etmək istəyirəm ki, bu telefon danışıqlarından iddiaçının da məlumatı olduğu üçün həmin səsyazıları sübut kimi məhkəmə tərəfindən qəbul edilməli idi. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi barədə qanunvericiliyin tələbləri də pozulmuşdur. Belə ki, iddiaçı birinci məhkəmə iclasında aralarında olan borc münasibətlərinin 2015-ci ilin əvvəlinə qədər davam etdiyini göstərmişdir. Lakin sonradan vəkil ilə müqavilə bağlanmış və təbii ki, həmin vəkil ona iddia müddətinin keçməsinin hüquqi nəticələrini başa saldıqdan sonra o, həmin iddia müddətinin axının kəsilməsi üçün müxtəlif qanunsuz yollardan istifadə etməyə başlamışdır. Həmin qanunsuz yollardan biri də iddiaçının şikayət ərizəsi ilə Bakı şəhəri Baş Polis İdarəsinə müracət etməsi və özünün də etiraf etdiyi kimi, Bakı şəhəri Baş Polis İdarəsinin rəisi dostluq münasibətlərindən istifadə edərək bizə qarşı hədə-qorxu yollarından istifadə edərək belə qərarın qəbul edilməsinə nail olmuşdur. Belə ki, bu şikayət ərizəsini araşdıran müstəntiq guya ki, onlara kömək etmək məqsədilə guya onların Mirəsgərə 2015-ci ildən sonra pul ödənilməsi barədə etiraf edici ifadələr verməyə məcbur etmişdir. Bir halda ki, İddiaçı həm məhkəməyə ünvanladığı iddia ərizəsində, həm də Bakı şəhəri Baş Polis İdarəsinə ünvanladığı şikayət ərizəsində açıq-aydın görünür ki, o, 2015-ci ildən sonra bizim ona 1 manat da olsun pul vermədiyimizi açıq-aydın şəkildə etiraf edir. Bu halda həmin bu xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda onların guya 2015-ci ildən 2020-ci ilə qədər hissə-hissə pul ödəməyimiz barədə etirafedici ifadələrin verilməsi təbii ki, yalnız İddiaçı yaxın dostu olan Bakı şəhəri BPİ-nin rəisinin göstərişi əsasında icra olunmuşdur. CPM-nin125-ci maddəsinə əsasən hədə-qorxu və aldatma nəticəsində əldə edilmiş sübutların heç bir hüquqi qüvvəsi yoxdur. Buna görə də məhkəmənin həmin bu xx.xx.2021-ci il tarixli qərara istinad etməklə iddianı təmin etməsi nəticəsinə gəlməsi tamamilə əsassız və qanunsuzdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 17 aprel tarixli 2- 2(103)-260/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlərin apellyasiya şikayəti təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 noyabr tarixli, e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia rədd olunmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə birgə fəaliyyət barədə razılaşma X13 ilə olmuşdur. Onun atası X14 onlar arasında danışıqlarda və pulun iddiaçıdan alınaraq cavabdehə təqdim edilməsi prosesində şahid olaraq, üzərinə hər hansı öhdəlik götürmədən iştirak etmişdir. Buna görə də ona qarşı hissədə iddiaçının tələbi mülki qanunvericiliyə görə əsassız hesab edilir.
19. İddiaçının iddia ərizəsindən və 2021-ci il 11 dekabr tarixli cinayət işinin rədd edilməsi haqqında qərarda qeyd edilmiş izahatından görünür ki, 50000 ABŞ dolları pul məbləği ilə bağlı razılaşmanın müddəti 3 il müəyyən edildiyindən cavabdehin həmin razılaşma üzrə iddiaçıya aylıq 1000 ABŞ dolları ödəməsi ilə bağlı öhdəliyin icra müddəti də 36 ay olmuş və bu müddət ərzində cavabdeh iddiaçıya 36000 ABŞ dolları vəsait ödəmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarda 2015-ci ilin fevral ayında cavabdehin yanına gedərək pullarının qaytarılmasını tələb etdiyini bildirmişdir. 50000 ABŞ dolları ticarət üçün investisiya qoyulmuş məbləğin qaytarıldığı isə cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının bu tələbi yalnız X8 qarşı 50000 ABŞ dollarının geri qaytarılması hissəsində əsaslı hesab edilə bilərdi.
20. Apellyasiya kollegiyası qeyd etmişdir ki, 80000 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı razılaşmada isə aylıq ödənişin məbləği müəyyən edilməmişdir. Razılaşma belə olmuşdur ki, cavabdehin gəlirindən müəyyən hissə cavabdeh S.Hüseynov tərəfindən iddiaçıya veriləcəkdir. Bu razılaşma üzrə 44000 ABŞ dolları (80000-36000) pul və 2020-ci ilədək ayda 300-500 olmaqla 3000-4000 manat ödənildiyi iddiaçı tərəfindən qəbul edilir (sonuncu dəfə 2024-cü il 17 aprel tarixli iclas protokolundakı izahat). Həmçinin, cinayət işinin rədd edilməsi haqqında qərarda cavabdeh göstərmişdir ki, 2017-ci ildən sonra maddi vəziyyəti pisləşdiyindən və gəliri azaldığından 2020-ci ilin mart ayınadək iddiaçıya ayda 300, 500 manat pul vermişdir. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə təqdim etdiyi ərizələrdə 2015-ci ildən sonra ödənişlər edildiyinin göstəriş əsasında yazıldığını bildirsə də, bunu təsdiq edən sübut işdə yoxdur.
21. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı razılaşmada 80000 ABŞ dollarına görə aylıq gəlirdən iddiaçıya ödənilməli olan məbləğ konkret müəyyən edilmədən gəlirin məbləğinə görə müəyyənləşdirilməli olduğundan iddiaçı bu hissədə (aylıq gəlirlərin məbləği ilə bağlı) tələbin əsaslı olduğunu təsdiq etmək üçün 2017ci ildən sonra cavabdehin gəlirləri barədə sübutlar təqdim etməli və ya bu sübutların əldə edilməsi üçün məhkəməyə vəsatətlə müraciət etməli idi. İşdə bu barədə sübutlar olmadığından iddiaçının 80000 ABŞ dolları vəsaitə görə ödənilməli olan aylıq gəlirdən payla bağlı tələbi təmin edilə bilməz. Cavabdeh ticarət məqsədi ilə sonradan geri qaytarılması şərti ilə verilmiş 80000 ABŞ dollarını iddiaçıya qaytardığını sübut edə bilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia müddəti ötürülməmiş olsaydı, iddiaçının tələbi bu məbləğin qaytarılması hissəsində təmin edilə bilərdi. 130000 ABŞ dollarından əlavə iddiaçı tərəfindən cavabdehə hər hansı vəsait verildiyi isə hər hansı sübutla təsdiq edilmir və cavabdeh tərəfindən qəbul edilmir.
22. İddiaçının 160000 ABŞ dolları sağlamlığa dəyən ziyan tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, 68 yaşı olan iddiaçıda mövcud olan xəstəliklərin cavabdehlə tanış olduqdan sonra yaranması barədə işdə sübutlar olmadığından cavabdehlə əlaqəsi müəyyən edilmədiyi üçün bu hissədə də iddia tələbi əsassızdır. O cümlədən iddia ərizəsinin məzmununda cavabdehdən 570000 ABŞ dollarına dair tələbi olduğu (160000 dollar əsas borc+160000 dollar sağlamlığa ziyan+250000 dollar aylıq gəlirdən pay) qeyd edilsə də, tələb hissəsində 590000 ABŞ dolları göstərilmiş, əlavə 20000 ABŞ dollarının hansı əsasla tələb edildiyi qeyd edilməmişdir.
23. Məhkəmə hesab etmişdir ki, iddia müddəti ötdüyü üçün iddiaçının tələbi cavabdehə müqavilə üzrə verdiyi 130000 (50000+80000) ABŞ dollarının geri qaytarılması ilə bağlı hissədə də təmin edilə bilməz. Belə ki, 50000 ABŞ dolları ilə bağlı razılaşmanın müddəti 3 il olduğundan və 3 ildən sonra iddiaçı tələb etdiyi halda bu məbləğ geri qaytarılmadığından iddiaçı hüququnun pozulduğunu 2015-ci ildən bilmiş 2018-ci ildə 3 illik iddia müddəti bitmişdir. 80000 ABŞ dolları məbləğlə bağlı cavabdehin cinayət işinin rədd edilməsi haqqında qərardakı izahata əsasən 2020-ci ilin mart ayından sonra ödəniş edilmədiyindən müəyyən olunur ki, həmin müqavilə üzrə 3 illik iddia müddəti 2023-cü ilin aprel ayında başa çatmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 2023-cü ilin sentyabr ayında (eyni ayda mediasiya prosesi olmuşdur) iddia müddəti keçdikdən sonra müraciət etmişdir. İddiaçı 2022-ci ildə eyni iddia tələbi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etdiyini, həmin iddianın baxılmamış saxlanıldığını qeyd etsə də, qeyd edilən iddia ilə bağlı məhkəmə aktları təqdim edilməmişdir.
24. Məhkəməyə eyni zamanda tərəflər arasındakı telefon danışıqları maddi daşıyıcıda sübut olaraq təqdim edilmiş, həmin səs yazılarında iddiaçı 5-6 ildir ki, cavabdehə verdiyi pulları qaytarmasını səbirlə gözlədiyini, cavabdeh isə iddiaçıdan aldığı pulun müqabilində ona ödənişlər etməsini, gəlir olmadığı üçün hazırda ödəniş edə bilmədiyini qeyd etmişdir.
25. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 381.1, 385.1, 386.1, 387.3, 390.1, 442-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 106.1, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
26. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2-2(103)-260/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 380, 385.1, 385.2, 386, 387.3-cü, Mülki Prosessual Məcəllənin 215-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, - Mülki Məcəllənin 380-cı maddəsi üzrə - tərəflər arasında şifahi razılaşmaya əsasən qəti olaraq 3 illik müqavilə olmamışdır. Sadəcə ilk ödəniş cavabdehə 50000 ABŞ dolları qarşısında 1000 ABŞ dolları olduğundan, sonra 80000 ABŞ dolları əlavə və daha sonra 20000 ABŞ dolları verildiyindən həmin 100000 ABŞ dollarına görə də əlavə olaraq cavabdehdən (1000 ABŞ dollarına əlavə müəyyən qədər) gələn gəlirdən pul tələb etdiyinə görə aralarında narazılıqlar olmuşdur. Cavabdehlər 2021-ci ilədək gələn gəlirdən 1000 ABŞ dollarına əlavə pul verəcəklərinə söz vermiş, sadəcə pandemiya dövründə qazancların az olmasına əsaslanaraq əlavə pul verə bilmədiklərini bildirmişlər. Beləliklə də, iddiaçı ilk olaraq polisə, daha sonra Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsi icraata qəbul edib işə baxaraq iddianın qismən təmin olunması haqda qətnamə qəbul etmiş və həmin məhkəmə qətnaməsi ilə cavabdehlər iddiaçının 10000 ABŞ dolları məbləğində pulu qaytarmışlar. - Mülki Məcəllənin 385.2 və 387.3-cü maddələri üzrə - məhkəmə cavabdeh Ə.Hüseynovun oğlu S.Hüseynovla bərabər öhdəlik götürmədiyini, yalnız pulu iddiaçıdan alıb oğluna verdiyini həyata keçirdiyi üçün şahid kimi vəzifə daşıdığına görə cavabdeh ola bilməz qənaətinə gəlmişdir. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Cavabdehlər ata və oğul bu ticarət hərəkətlərini birgə həyata keçirtdiklərindən hər biri cavabdehdirlər. - Mülki Məcəllənin 386-cı maddəsi üzrə - əslində cavabdeh tərəfindən 2017-ci ildən hər ay yox, iki aydan bir 200-300 ABŞ dolları 2020-ci ilin payız ayına kimi, (noyabr 2020-ci il tarixə kimi) ödəniş olmuşdur. İddiaçı xəstəlik kağızlarını məhkəməyə təqdim etdiyini, olmadığı təqdirdə təqdim edə biləcəyini bildirmişdir. - Mülki Prosessual Məcəllənin 215-ci maddəsi üzrə - 2024-cü il 28 mart tarixində iclas zalında iştirak edənlərə elan etməklə hakim, məhkəmə çıxışlarından sonra qətnamə çıxartmaq üçün müşavirə otağına getmişdir. Müşavirə otağına gedərkən 2024-cü il 1 aprel tarixində qətnamənin nəticəvi hissəsini elan edəcəyini bildirdi. Həmin qanunun tələbinə görə 3 gündən çox olmayaraq, yəni 2024-cü il 31 mart tarixində elan olmalı idi. 2024-cü il 1 aprel tarixdən qətnamənin nəticəvi hissəsinin oxunması, 2024-cü il 8 aprel tarixinə və həmin tarixdən 2024-cü il 17 aprel tarixinə keçirilmişdir. 2024-cü il 17 aprel tarixində məhkəmə iclasına sədrlik edən və digər 3-cü hakim yeni tərkibdə dəyişərək 15 dəqiqə ərzində işə baxaraq qətnamə elan etdilər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-2(102)-377/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 aprel 2024-cü il tarixli, 2- 2(103)-260/2024 nömrəli qətnaməsi qismən, iddianın cavabdeh X4 130000 ABŞ dolları əsas borcun və 2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
29. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “- 36. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iddiaçının ticarət məqsədi ilə geri qaytarılması şərti ilə X8 50000 ABŞ dolları və sonradan 80000 ABŞ dolları verməsini və həmin məbləğlərin iddiaçıya qaytarılmamasını müəyyən etmiş, lakin bu tələbə iddia müddətini tətbiq etməklə iddianı qeyd olunan hissədə rədd etmişdir. - 37. Məhkəmə kollegiyasının qənaətinə görə, iddia müddətinin keçməsi ilə bağlı sübutetmə yükü apellyasiya məhkəməsi tərəfindən düzgün bölüşdürülməmiş, təqdim olunan sübutlara isə prosessual qanunvericiliyə uyğun hüquqi qiymət verilməmişdir. - 38. Belə ki, apellyasiya məhkəməsi 50000 ABŞ dolları tələbinə münasibətdə hesab etmişdir ki, həmin məbləğ üzrə öhdəliyin icrası müddəti 36 ay olmuş, cavabdeh bu müddətdə iddiaçıya 36000 ABŞ dolları vəsait ödəmiş, 2015-ci ildən isə ödəniş etmədiyi üçün iddia müddəti ötürülmüşdür. Həmçinin 80000 ABŞ dollarına münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçıya 2020-ci ilin mart ayınadək ayda 300-500 manat olmaqla ödənişlər edilmiş, həmin müqavilə üzrə iddia müddəti 2023-cü ilin aprel ayında bitmişdir. İddiaçı isə hazırki iddia ilə 2023-cü ilin sentyabr ayında məhkəməyə müraciət etmişdir. - 39. İddia müddətinin axımının başlanması tarixini müəyyən edərkən, apellyasiya məhkəməsi cavabdehin istintaq orqanına verdiyi izahatına istinad etmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində qəbul edilən “Cinayət işinin rədd edilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli qərarına görə X13 izahatında iddiaçıya 50000 ABŞ dollarına görə 20 iyun 2017-ci il tarixədək stabil olaraq aylıq 1000 ABŞ dolları, 80000 ABŞ dollarına isə 02 sentyabr 2015-ci il tarixədək ümumilikdə 97827 ABŞ dolları pul verdiyini, 2017-ci ilin iyul ayından maddi vəziyyəti pisləşdiyi üçün aldığı 50000 ABŞ dolları verə bilmədiyini, həmin tarixdən etibarən iddiaçıya ayda 300, 500 və s. buna kimi miqdarlar verməyə başladığını, beləliklə, 18 mart 2020-ci il tarixədək iddiaçıya verdiyi pulun miqdarı ümumilikdə 18002 manata çatdığını göstərmişdir. - 40. Apellyasiya məhkəməsi qeyd olunan izahatda olan məlumatları əsas götürməklə, iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. - 41. Lakin, bu zaman iddia müddətinin axımının başlanması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələr iddiaçının mövqeyini öyrənməmiş, bu məsələ məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir. - 42. Belə ki, iş materiallarında olan məhkəmə iclas protokollarına görə birinci instansiya məhkəməsində izahat verən iddiaçı sədrlik edən hakimin sualına cavab olaraq son ödənişin 2020-ci ildə 300 manat olduğunu göstərmişdir (i.v. 27-31). Həmçinin, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildikdən sonra, məhkəmə araşdırılması zamanı hakim tərəfindən verilən suala cavab olaraq iddiaçı sonuncu ödənişin 2020-ci ilin yaz-payız aylarında olması kimi qeyri-müəyyən tarixi göstərmişdir. (i.v. 55-56). - 43. Bundan başqa, apellyasiya icraatında izahat vermiş iddiaçı göstərmişdir ki, sonuncu ödəniş 2021-ci ildə olmuşdur. (i.v. 116-118). Apellyasiya məhkəməsində işə baxan yeni tərkibə izahat verərkən isə iddiaçı ödənişin “2020-ci il payızında, yazda” dayandırıldığını göstərmişdir (i.v. 142-143). - 44. Daha sonra, qeyd olunmalıdır ki, “Cinayət işinin rədd edilməsi haqqında” qeyd olunan qərarda iddiaçının sonuncu ödənişlə və ya cavabdehin hansı tarixdən ödənişləri etməkdən imtina etməsi ilə bağlı mövqeyi əksini tapmamışdır. - 45. Göründüyü kimi, cavabdehin iddiaçıya etdiyi sonuncu ödənişin tarixi barədə iddiaçı tərəfindən verilən məlumat qeyri-müəyyən olunmuş, məhkəmələr isə iş üçün əhəmiyyətli olmasına baxmayaraq, bununla bağlı əlavə araşdırma aparmamışlar. Apellyasiya məhkəməsi iddia müddətinin axımının hesablanması üçün cavabdehin istintaq orqanına verdiyi izahatı əsas götürmüş, lakin iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarına qətnamədə ümumiyyətlə istinad etməmiş, bu ifadələrdə qeyd olunan məlumatlara hüquqi qiymət verməmişdir. - 46. Həmçinin, apellyasiya məhkəməsi 2020-ci ildə edilən ödənişlərin iddiaçının cavabdehə verdiyi 50000 ABŞ dollarına, 80000 ABŞ dollarına və ümumi borca aid olmasını araşdırmamışdır. - 47. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən kreditorun öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu andan etibarən iddia müddətinin axımı başlayır. İddia müddətinin axımının davam etdiyi dövr ərzində borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı həmin andan yenidən başlanır. - 48. Beləliklə, cavabdehin borcun etiraf edilməsini əks etdirən hərəkətlər etməsi (öhdəlik üzrə ödənişlərin icra etməsi) müəyyən edildiyi halda, məhkəmənin vəzifəsi ondan ibarət olmalıdır ki, sübutetmə yükü tərəflər arasında düzgün bölüşdürülməklə həmin hərəkətlərin icrası tarixi, bu hərəkətlərin öhdəliklərin hər birinə münasibətdə aidiyyəti müəyyən olunsun və buna uyğun olaraq iddia müddətinin keçib-keçməməsinə maddi hüquq normalarına uyğun hüquqi qiymət verilsin. - 49. Lakin, işə baxmış apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının davam etdiyi dövrdə cavabdeh tərəfindən etirafedici hərəkətlərin edilməsinə dair yalnız cavabdehin verdiyi məlumatları əsas götürməklə, iddiaçının mövqeyinə dair ümumiyyətlə araşdırma aparmamaqla və buna hüquqi qiymət verməməklə, Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsi ilə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. Halbuki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 50. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti keçməməsi nəticəyə gəlindiyi halda, iddia 2015-2023-cü illər üçün ödənilməmiş gəlirin tutulması hissəsində də tam rədd oluna bilməz. - 51. Belə ki, iddianın bu hissəsi faktiki olaraq əldən çıxmış fayda formasında zərər tələbidir (Mülki Məcəllənin 21.1-21.2-ci maddələri). - 52. Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 54. Apellyasiya məhkəməsi iddiaçının “2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması” tələbinə göstərilən maddi hüquq normasını tətbiqinin mümkünlüyünü nəzərdən keçirməmiş, ötən müddət ərzində edilmiş ödənişlər nəzərə alınmaqla, əlavə olaraq iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə zərər tələb etmək hüququna qiymət verməmişdir - 55. Kassasiya şikayətinin digər dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. - 56. Belə ki, apellyasiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, cavabdeh X14 yalnız iddiaçı ilə X13 arasında danışıqlarda və pulun verilməsində şahid kimi iştirak etmiş, onun öz üzərinə öhdəlik götürməsi müəyyən olunmamışdır. İddianı cavabdeh X9 münasibətdə rədd edən apellyasiya məhkəməsi Mülki Məcəllənin 387.3-cü maddəsini düzgün tətbiq etmişdir. - 57. Həmçinin, iddia tələbinin əlavə olaraq 30000 ABŞ dolları əsas borc və 160000 ABŞ dolları sağlamlığa vurulan zərərlə bağlı apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, həmin tələblər sübutetmə ilə bağlı olmuş, iddiaçı tərəfindən isə bu hissədə mötəbər sübutlar işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim olunmamışdır. - 58. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. - 59. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxan məhkəmə tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir..”
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
30. Apellyasiya şikayətinin dəlilləri qətnamənin 14-cü bəndində qeyd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirdilər.
33. Cavabdeh X6 nümayəndəsi Vəkil1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirdi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Maddə 445.7. (01 oktyabr 2023-cü il tarixədək olan redaksiyada) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
37. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın cavabdeh X4 130000 ABŞ dolları əsas borcun və 2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2- 2(102)-377/2024 nömrəli qərarı ilə qətnamə digər hissələrdə qanuni qüvvəsini aldığından, məhkəmə aktı iddia üzrə cavabdeh X4 130000 ABŞ dolları əsas borcun və 2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması hissəsində iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. İşin halları bundan ibarətdir ki, iddianın predmeti olaraq əsas borcun məbləği 130000 ABŞ dolları təşkil edir, həmin məbləğ isə 50000 və 80000 ABŞ dolları olmaqla 2 dəfəyə verilmişdir. İddiaçının ərizəsində göstərilənlərə əsasən 3 il ərzində ona hər ay 1000 ABŞ dolları xeyir verilməsi şərtilə 17 dekabr 2011-ci il tarixdə 50000 ABŞ dolları vermiş, həmin tarixdən 2015-ci ilin yanvar ayınadək cavabdeh iddiaçıya 36 ay ərzində hər ay 1000 ABŞ dolları, ümumilikdə 36000 ABŞ dolları gəlir vermişdir, 80000 ABŞ dolları məbləğində pul vəsaiti isə (iddia ərizəsində göstərilənlərə əsasən) 11 aprel 2012-ci il tarixdə 25000 manat və 50000 ABŞ dolları olmaqla şahidlərin iştirakı ilə Əliyə verilmişdir, bir müddət sonra Samir dəqiq xatırlmadığı tarixlərdə 20000, 15000 və 9000 ABŞ dolları (cəmi – 440000 ABŞ dolları) olmaqla pulları gəlir qismində ona vermişdir, Samir ümumilikdə ona 80000 ABŞ dolları məbləğində pulu gəlir qismində vermişdir. Hər 2 məbləğ (50000 və 80000 ABŞ dolları olmaqla ümumilikdə 130000 ABŞ dolları) üzrə ona verilən 80000 ABŞ dolları məbləğində gəlir 2012, 2013, 2014-cü illləri əhatə edir, yəni, hər bir il üçün 27000 ABŞ dolları təşkil edir, hesab edir ki, 160000 ABŞ dolları məbləğində əsas borc, 2015- 2023-cü illər üzrə 250000 ABŞ dolları məbləğində gəlir ona ödənilməlidir.
39. İddiaçının iddia ərizəsindən və 11 dekabr 2021-ci il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” qərarında qeyd edilmiş izahatından görünür ki, 50000 ABŞ dolları pul məbləği ilə bağlı razılaşmanın müddəti 3 il müəyyən edildiyindən cavabdehin həmin razılaşma üzrə iddiaçıya aylıq 1000 ABŞ dolları ödəməsi ilə bağlı öhdəliyin icra müddəti də 36 ay olmuş və bu müddət ərzində cavabdeh iddiaçıya 36000 ABŞ dolları vəsait ödəmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarda 2015-ci ilin fevral ayında cavabdehin yanına gedərək pullarının qaytarılmasını tələb etdiyini bildirmişdir. 50000 ABŞ dolları ticarət üçün investisiya qoyulmuş məbləğin qaytarıldığı isə cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda iddiaçının bu hissədə tələbi yalnız X8 qarşı hissədə 50000 ABŞ dollarının geri qaytarılması hissəsində əsaslı hesab edilə bilərdi.
40. 80000 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı razılaşmada isə aylıq ödənişin məbləği müəyyən edilməmişdir. Razılaşma belə olmuşdur ki, cavabdehin gəlirindən müəyyən hissə cavabdeh S.Hüseynov tərəfindən iddiaçıya veriləcək. Bu razılaşma üzrə 44000 ABŞ dolları (80000-36000) pul və 2020-ci ilədək ayda 300-500 olmaqla 3000-4000 manat ödənildiyi iddiaçı tərəfindən qəbul edilir.
41. Kassasiya instansiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin məzmunu ondan ibarətdir ki, 2020-ci ildə edilən ödənişlərin iddiaçının cavabdehə verdiyi 50000 ABŞ dollarına, 80000 ABŞ dollarına və ümumi borca aid olması və iddia müddətinin axımının başlanğıcının müəyyən olunması üçün sonuncu ödənişin 2020-ci ilin hansı ayında ödənilməsi məsələləri araşdırılmalıdır.
42. Birinci göstərişlə (2020-ci ildə edilən ödənişlərin iddiaçının cavabdehə verdiyi 50000 ABŞ dollarına, 80000 ABŞ dollarına və ümumi borca aid olması) bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından da görünür ki, cavabdehlər tərəfindən pulun ödənilməsi dayandırıldıqdan sonra iddiaçı cavabdehlərdən ümumi borcunun ödənilməsini tələb etmişdir. Buna görə də 2020-ci ildə ödənilmiş pul vəsaiti ümumi borca aiddir.
43. İddia müddətinin axımının başlanğıcının müəyyən olunması üçün sonuncu ödənişin 2020-ci ilin hansı ayında ödənilməsi ilə bağlı kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi cavabdehin istintaq orqanına verdiyi izahatına istinad edərək sonuncu ödənişin 2020-ci ilin mart ayında ödənilməsi qənaətinə gəlmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, bu xüsusatın araşdırılması üçün iddiaçının özünün ərizələrinə, tərəflərin məhkəmə iclaslarında verdiyi izahatların xronoloji ardıcıllıqla nəzərdən keçirilməsi əhəmiyyət kəsb edir. Bu xüsusatın araşdırılması üçün iddiaçının eyni məzmnlu ərizəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsində aparılmış, sonradan isə Bakı Kommersiya Məhkəməsinə göndərilmiş iş materialları da tələb olunaraq nəzərdən keçirilmişdir.
45. Həmin iş materiallarından görünür ki, İddiaçı 16 iyun 2022-ci il tarixlə X8 və X9 qarşı 270000 manat məbləğində pul tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 27 oktyabr 2022-ci il tarixli, 2(003)-2346/2022 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)-1221\2023 nömrəli qərardadına əsasən ləğv edilmiş və mülki işin məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Bakı Kommersiya Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
46. Həmin mülki işin materiallarının 1-ci cild, 52-ci vərəqəsində olan məhkəmə iclas protokolundan görünür ki, cavabdeh X14 izahatında bildirir ki, “Biz sonuncu dəfə 2020-ci ilin mart ayında 300 manat məbləğində pulu iddiaçıya verdik”.
47. Həmin mülki işin materiallarının 1-ci cild, 113-cü vərəqəsində olan məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi iddiaçının özünün iştirakı ilə keçirilmiş məhkəmə iclasında izahatında bildirir ki, “Əlavə olaraq cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qarşı bildirirəm ki, məhkəmənin 26 iyul 2022-ci il tarixli hazırlıq iclasında cavabdeh X1 dəfə 2020-ci ilin mart ayında 300 manat məbləğində pulu iddiaçıya verdiklərini bildirmişdir, bundan əlavə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh Samirin özünün verdiyi izahatından da görünür ki, həqiqətən onlar tərəfindən cavabdehə son ödəniş xx.xx.2020-ci il tarixdə olmuşdur, bu səbəbdən də iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi mümkünsüzdür”
48. Bundan başqa iş materiallarının 1-ci cild, 129-ci vərəqəsində olan məhkəmə iclas protokolundan görünür ki, iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X11 ifadəsində bildirir ki, “Sonuncu dəfə biz 2020-ci ilin mart ayında iddiaçı ilə cavabdehin mağazasına gedib təxminən 300 manat məbləğində pul götürmüşük.”
49. İşin halları ilə təsdiq olunur ki, 26 sentyabr 2023-cü il tarixdə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənə qədər ona cavabdeh tərəfindən sonuncu ödənişin 2020-ci ilin son aylarında və ya 2021-ci ildə ödənilməsinə nə istintaq orqanında, nə də ərizələrində, nə də məhkəmə iclaslarında verdiyi izahatlarda istinad etməmişdir, əksinə sonuncu ödənişin 2020-ci ilin mart ayında aparılması tərəflər arasında mübahisə predmeti olmamışdır, iddiaçının vəsatətinə əsasən dəvət olunmuş şahid də bu xüsusatı təsdiq etmişdir.
50. Yalnız hazırkı iddia ərizəsi ilə 26 sentyabr 2023-cü il tarixdə müraciət edildikdən sonra kassasiya instansiyası məhkəməsinin də qərarında qeyd etdiyi kimi birinci instansiya məhkəməsində izahat verən iddiaçı sədrlik edən hakimin sualına qeyri – müəyyən cavab verərək son ödənişin 2020-ci ildə 300 manat olduğunu (i.v. 27-31), cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildikdən sonra, məhkəmə araşdırılması zamanı hakim tərəfindən verilən suala cavab olaraq sonuncu ödənişin 2020-ci ilin yaz-payız aylarında olması kimi qeyri-müəyyən tarix göstərmiş (i.v. 55-56), apellyasiya icraatında izahat verərkən sonuncu ödənişin 2021-ci ildə olduğunu, apellyasiya məhkəməsində işə baxan yeni tərkibə izahat verərkən isə ödənişin “2020-ci il payızında, yazda” dayandırıldığını (i.v. 142-143) qeyd etmişdir.
51. Məhkəmə kollegiyası iddia müddətinin axımının başlanma müddəti ilə bağlı aparılmış araşdırma nəticəsində bu qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu ödənişin 2020-ci ilin mart ayında aparılması öz təsdiqini tapır və iddia müddətinin axımı da həmin tarixdən başlanmalıdır. İddiaçının hazırkı iş üzrə araşdırma aparılarkən sonuncu ödənişlə əlaqədar qeyri – müəyyən tarixlər göstərməsi, hətta sonuncu ödənişin “2020-ci il payızında, yazda”, “2021-ci ildə” aparıldığını qeyd etməsi məhz iddia müddətinin keçməməsi ilə bağlı artuqmentlərini əsaslandırmaq məqsədi daşımışdır.
52. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh ticarət məqsədi ilə sonradan geri qaytarılması şərti ilə verilmiş 80000 ABŞ dollarını iddiaçıya qaytardığını sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmiş olsaydı iddiaçının tələbi bu məbləğin qaytarılması hissəsində təmin edilə bilərdi. Lakin bu tələb cavabdehə müqavilə üzrə verdiyi 130000 (50000+80000) ABŞ dollarının geri qaytarılması ilə bağlı hissədə iddia müddəti ötdüyü üçün təmin edilə bilməz. Belə ki, 50000 ABŞ dolları ilə bağlı razılaşmanın müddəti 3 il olduğundan və 3 ildən sonra iddiaçı tələb etdiyi halda bu məbləğ geri qaytarılmadığından iddiaçı hüququnun pozulduğunu 2015-ci ildən bilmiş, 2018-ci ildə 3 illik iddia müddəti bitmişdir. 80000 ABŞ dolları məbləğlə bağlı yuxarıda qeyd olunan araşdırma aparılmış, 2020-ci ilin mart ayından sonra ödəniş edilmədiyindən müəyyən olunur ki, həmin müqavilə üzrə 3 illik iddia müddəti ən geci 2023-cü ilin aprel ayında başa çatmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 2023-cü ilin sentyabr ayında (eyni ayda mediasiya prosesi olmuşdur) iddia müddəti keçdikdən sonra müraciət etmişdir.
53. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyindən məhkəmə hesab edir ki, qeyd edilən hal iddia müddətinin axımını kəsmədiyi üçün işin faktiki hallarına və iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmədiyi üçün qətnamə yoxlanılan hissələrdə ləğv olunaraq iddia X4 pul vəsaitinin tutularaq İddiaçı verilməsi və 2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması hissəsinin rədd olunduğu hissələrində iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir.
54. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2-2(113)-5140/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh X6 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi iddianın X4 pul vəsaitinin tutularaq İddiaçı verilməsi hissəsinin təmin olunduğu və 2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması hissəsinin rədd olunduğu hissələrdə ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Günay Axundova
Xəyal Sarıyev