Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-789/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri Nümayəndə3 və X2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2683/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 924.037,60 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1.214,04 manat məbləğində dövlət rüsumunun, cəmi 925.251,64 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2683/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatında tərəflər barışıq sazişini təqdim edərək, onun təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 384.0.5-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təsdiq edilməli və kommersiya mübahisəsi üzrə icraata xitam verilməli, eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: “1.4. Qətnaməyə əsasən Cavabdeh MMC-nin STP-yə ödəyəcəyi ümumi məbləğ 925.251,64 AZN təşkil edir və bu məbləğ Sazişin 1.5-ci bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 19 ay müddətində hər ayın sonuncu günündən gec olmayaraq ödənilir. 1.5 Ödəniş cədvəli: 1 50 000 6 50 000 11 50 000 16 50 000 2 50 000 7 50 000 12 50 000 17 50 000 3 50 000 8 50 000 13 50 000 18 50 000 4 50 000 9 50 000 14 50 000 19 25.251,64 5 50 000 10 50 000 15 50 000 1.6. Bir təqvim ili ərzində ümumu gecikmələrin sayı 30 (otuz) təqvim günündən artıq olmamalıdır. Cavabdeh MMC öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, öhdəliyin icra olunmadığı və ya lazımınca icra olunmadığı günə olan qalıq borc məbləği bu Saziş üzrə qəbul olunan qərardad üzrə verilmiş icra sənədi əsasında icraya yönəldilir və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq icra edilir. 1.7. Bu Sazişdə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləinə uyğun olaraq nizama salınır.” Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2683/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Hazırki kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-789/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-789/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver