Məhkəmə qərarları › İş №2-2(103)-790/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-790/2023

18.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-790/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-292/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-292/2023 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6A ünvanında yerləşən 0,787 ha torpaq sahəsindən, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6 ünvanında yerləşən 2,6254 ha torpaq sahəsindən və Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı – Zığ şossesi,11-ci kilometr, 6B ünvanında yerləşən 4,5927 ha torpaq sahəsindən çıxarılmaqla, həmin torpaq sahələri cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına boşaldılmaqla, İddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-292/2023 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-292/2023 nömrəli qətnaməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti verilmişdir. Cavabdehin nümayəndəsi də izahatında xx.xx.2023-cü il tarixli, e-2-2(113)-292/2023 nömrəli qətnamənin sistemdə yerləşdirilməsi ilə bağlı məlumatların olmadığını, sadəcə olaraq xx.xx.2023-cü il tarixdə “AZEMİS” sisteminə baxış keçirərkən qətnamənin mövcudluğundan xəbərləri olduğunu bildirmiş və 1 ay müddətində, yəni xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti verildiyinə görə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-292/2023 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır. İddiaçı MMC şikayət verərək həmin qərardadın ləğv edilməsini müddətin bərpasına dair ərizənin rədd edilməsi barədə qərardad məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsində isə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Hazırki işdə də “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-292/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir. Lakin cavabdehə bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada çatdırılması müəyyən olunmur. Belə ki, həmin çıxarışda cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təsdiq edilmiş elektron ünvanı (e-mail) qeyd edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya texnologiyaları və innovasiyalar idarəsinin 13 iyul 2023-cü il tarixli 3-16-19/8-Ə-48-10/23 nömrəli məktubunda da qeyd olunmuşdur ki, "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçərkən elektron poçt ünvanı barədə məlumatı təsdiq etmədiyinə görə xx.xx.2023-cü il tarixli qətnamənin "xxxx" ASC-nin elektron kabinetində yerləşdirilməsi barədə bildiriş onun elektron poçt ünvanına ötürülməmişdir. Eyni zamanda həmin məlumatın cavabdeh "xxxx" ASC-yə SMS qaydasında göndərilməsi də hər hansı sənədlə təsdiq olunmur. Göründüyü kimi Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin cavabdehə rəsmi qaydada - həmin sistem vasitəsilə elektron poçt, SMS və s. vasitəsilə təqdim edilməsi müəyyən olunmur. Məhkəmə sənədlərinin rəsmi qaydada təqdim edilməsi vəzifəsi isə məhkəmənin üzərinə düşür. İşin qeyd olunan hallarını, nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin təmin edilməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-292/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar