Məhkəmə qərarları › İş №2-2(103)-800/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-800/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-800/2023 24.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1771/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 MMC, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il, BSA-01/20 saylı və xx.xx.2021-ci il tarixli, BSA-09/01 saylı müqavilələr üzrə İddiaçı2 MMC-yə ödənilməmiş 114410 manat borc məbləği və 7287,76 manat faiz məbləği; b) xx.xx.2020-ci il, BSA-01/20 saylı və xx.xx.2021-ci il tarixli, BSA-09/01 saylımüqavilələr üzrə "xxxx" Firmasına ödənilməmiş 202000 USD borc məbləği və 12867,12 USD faiz məbləği; c) iddiaçıların müəllif hüquqlarının pozulması faktının müəyyən edilməsi və pozuntuya görə cavabdehdən 15000 manat kompensasiya; d) 1550,92 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçıların müəlliflik hüquqlarının pozulması faktının müəyyən edilməsi və pozuntuya görə cavabdehdən İddiaçı2 MMC-nin xeyrinə 7500 manat, “İddiaçı1” Firmasının xeyrinə isə 7500 manat, ümumilikdə 15000 manat məbləğində kompensasiyanın tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1771/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermiş, habelə ərizə verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1771/2023 saylı qərardadı ilə ərizə (vəsatət) təmin edilərək, iddiaçılar İddiaçı2 MMC, İddiaçı1 tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1771/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün materiallarla birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsindən 10 avqust 2023-cü il tarixdə məktub daxil olmuşdur. Həmin məktubda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1771/2023 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən şikayətin verildiyi bildirilmiş və işin həmin Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddələrinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1771/2023 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Mirzə Tağızadə Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar