Məhkəmə qərarları › İş №2-2(103)-802/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-802/2024

25.07.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-802/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı “müflis elan olunması” tələbinə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 4645/2024 saylı qərardadından İddiaçınün etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) “müflis elan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4645/2024 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə həmin qərardaddan şikayət verərək, məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4645/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadla İddiaçı qanunla müəyyən edilmiş aşağıdakı hüquqları pozulmuşdur: AR Konsttusiyası 60-cı (Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ). Belə ki, məhkəmə qərardad çıxararkən aşağıdakı norma və nəticələrə əsaslanmışdır: 1)iddiaçı tərəfindən elektron qaydada verilmiş iddia ərizəsinin tərəflər bölməsində cavabdehlər (kreditorlar) barədə məlumat qeyd olunmamışdır. 150.1.1-cimaddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı mülkiyyətində əmlak yəni aktivləri yoxdur. Beləliklə İddiaçı mümkün bütün məlumatları göstərmişdir. Mövcud olmayan kreditorlar barədə məlumat verilməsimümkün deyil. Yeganə tələbi olan təşkilat Dövlət Vergi Xidmətidir ki,bu barədə məlumat verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən MPM-in 149-cu maddəsinə əməl olunmamış və iddia ərizəsinin forma tələbləri pozulmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən “Müflisləşmə və iflas” haqqında Qanunun 4-cü maddəsinin tələblərinə riayət olunmamış və həmin bənddə qeyd olunan məlumatlar iş materiallarına əlavə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 4645/2024 saylı qərardadından verilmiş şikayətdə iddiaçının nümayəndəsi Nümayəndə iş materiallarına səlahiyyətlərini təsdiq edən etibarnaməni əlavə etmiş, lakin vəkil orderini təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin geri qaytarılması əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçınün etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 4645/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar