Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(103)-804/2025 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X12 və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının qanuni təmsilçisi HYPERLINK "https://icms.courts.gov.az/cases/caseoperations?id=NIQTEGz04lc=" qanuni nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin halları:
1. Icraçı - İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sifarişçi - Cavabdeh arasında 2021-ci il tarixli **/***/* nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1 və 2.2-ci bəndlərinə görə icraçı öz texniki avadanlıqları və vəsaiti hesabına sifarişçinin kommunal və digər ödəniş xidmətlərinin həyata keçirilməsi məqsədi ilə ödəniş və ya ödənişlərin aparılmasını təmin etməyi, sifarişçi isə sifarişinin yerinə yetirildiyi təqdirdə icraçıya yaranan borc (kommunal və digər ödənişlərin icrasında istifadə edilən vəsait) və xidmət haqqını sifariş icra olunduğu gündən 15 gün ərzində icraçıya ödəməyi öhdəsinə götürmüşdür. 3.1 və 3.2-ci bəndlərinə görə göstərilmiş elektron ödəniş vasitəçiliyi məbləği müvafiq ayın 5 iş günü ərzində tərəflər arasında qarşılaşdırılaraq məbləğlər təsdiq edilir, icraçının xidmət haqqı dəyəri sifarişçinin ona məxsus komunal və digər ödənişlərinin ödənilməsi məqsədilə sifariş verdiyi ödəniş məbləğinin 2,5%-i təşkil edir. 3.3-cü bəndinə görə müqavilə əsasında sifarişçi təqdim etdiyi sifarişin icraçı tərəfindən icra olunduğu gündən hesablanaraq 15 gün ərzində öhdəliyində olan məbləği (borc və komissiya haqqı) icraçıya ödəyir.
2. ##.##.2024- cü il tarixli aktla Cavabdeh göstərmişdir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin satış təmsilçisi X2 tabeliyində diller kimi fəaliyyət göstərir. Distribütor X2 “portmanat” ödəniş sistemində özünə məxsus ödəniş panelindən (hesab) Cavabdeh adına olan “xxxx” tacir kartına məhsul almaq məqsədilə vəsaitlər köçürür, sonra istifadə olunan həmin vəsait X2 geri qaytarılırdı. Cavabdeh məxsus “xxxx” tacir kartı və vergi şəhadətnaməsi Cavabdeh işçisi X1 ixtiyarındadır. “Asan Imza” idarəçiliyi (daxil olmaq, nəzarət əməliyyatlarının aparılması və s.), cav Cavabdeh məxsus olan “xxxx” tacir kartının idarəçiliyi, gələn vəsaitlərin idarə olunması X1 əlində idi. Ödəniş kartı və digər sənədlər həmişə onda qalıb. “xxxx” tacir kartına X2 tərəfindən köçürülən 185 589 manat vəsaiti istifadə edən Cavabdeh işçisi X1 geri qaytarmamışdır. Nəticədə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 185 589 manat borc yaranmışdır
3. **/***/* nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə və ##.##.2024-cü il tarixli aktdakı imzaların Cavabdeh tərəfindən şəxsən icra edildiyi müəyyən olunmuşdur.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli */*** nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş ##.##.2024-cü il tarixli **/***/* nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1-3-cü səhifələrinin aşağı sol tərəflərindəki imzalar, 4-cü səhifəsində “Sifarişçi” hissəsindəki imza, ##.##.2024-cü il tarixli aktın sonunda “Imza:” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur.
5. Cavabdeh məxsus “xxxx” ASC-dəki hesabdan çıxarışda ##.##.2024–##.##.2024 tarixlərinə aid mədaxil/məxaric əməliyyatları əks olunub.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, iş materialları ilə tanışlıq zamanı ##.##.2024-cü il tarixdən ##.##.2024- cü il tarixədək dövrü əhatə edən hesabdan çıxarış məlumatları, həmçinin, Cavabdeh nəğd ödənişləri barədə cədvəllər, **/***/* saylı müqavilə, portmanat hesabından çıxarışlar və s. məlumatların mövcudluğu müəyyən edilmişdir. Lakin təqdim edilmiş hesabdan çıxarış məlumatları tədqiq edilərkən **/***/* nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə cavabdehin tacir kartına köçürülən pulların təyinatları həmin müqaviləyə uyğun olmadığından ekspert qarşısında qoyulmuş suallar üzrə konkret olaraq hansı əməliyyatların aparıldığını müəyyən etmək mümkün olmadı. Bundan əlavə təqdim edilmiş hesabdan çıxarışlarda mədaxil-məxaric əməliyyatlarının bəzi təyinatlarında “** saylı ##.##.2021-ci il tarixli müqavilə” üzrə aparıldığı qeyd olunsa da, həmin müqavilə də iş materiallarında öz əksini tapmamışdır. Təqdim edilmiş hesabdan çıxarış məlumatları ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək (C.İ.V-53) əməliyyatlar öz əksini tapsa da, cavabdeh tərəfindən cədvəl məlumatında edilmiş nağd ödənişlər haqqında məlumatlar, həmçinin “Portmanat” hesabından çıxarış məlumatlarında əməliyyatların dövrü 2021-2024-cü illəri əhatə etmişdir. Belə ki, yuxarıda qeyd edilənlərə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparmaq mümkün olmadı.
Birinci instansiya məhkəməsindəki icraat:
7. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 185 589 manat əsas borc, 19326 manat cərimə borcu, əsas borca illik 5 faizlə hesablanmaqla 5288 manat məbləğində pulun və ödənilmiş 500 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq iddiaçıya “elektron pul təşkilatı” növündə ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası və s. ödəniş xidmətlərinin həyata keçirilməsi hüququ verən ## #### 2024-cü il tarixli EPT*** saylı lisenziya verilmişdir. Iddiaçı xidmət saytı “portmanat.az” olan, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərən “elektron pulqabı” və “onlayn ödəniş təchizatçısı”dır. Iddiaçı fəaliyyət məzmununa uyğun olaraq sayı yüzlərlə hesablanan müxtəlif fəaliyyət növlü şirkətlər və dövlət qurumları ilə müqavilə əsasında əməkdaşlıq edərək, partnyorlarının müştərilərinə və ödəyicilərinə ödəniş xidmətinin yüksək səviyyədə aparılmasını təmin edir. “Portmanat.az” portalı vasitəsilə bir sıra ödəniş xidmətlərinin, kommunal (Azərişiq, Azəriqaz, Azərsu, Azəristilik və s.), mobil operatorlar (Azercell, Bakcell, Narmobile, Naxtel 4G və s.), internet provayderlər, TV ödənişləri, stasionar telefonlar, bank kredit ödənişləri, sığorta, DIN, DGK, DIM, DYP, DMX, DSX (cərimələr), Maliyyə Nazirliyi (cərimələr), Ədliyyə Nazirliyi (cərimələr) və s. ödənişlər onlayn olaraq həyata keçirilir. Iddiaçı müştərilərinə xidmət göstərməklə yanaşı, şirkətlə rəsmi formada müqavilə bağlayıb qazanc əldə etmək məqsədilə distribütor və diller kimi fəaliyyət göstərən şəxslərin xidmətlərindən istifadə edir. Iddiaçı ilə Cavabdeh arasında **/***/* saylı elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, “Icraçı” öz texniki avadanlıqları və vəsaiti hesabına, Sifarişçinin kommunal və digər ödəniş xidmətlərinin həyata keçirilməsi məqsədi ilə ödəniş və ya ödənişlərin aparılmasını təmin edir. “Icraçı” “Sifarişçi”nin tapşırığı əsasında çıxış edir və sonuncu ona “portmant.az” portalı üzərindən aparılan bütün maliyyə əməliyyatlarının aparılmasını etibar edir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, göstərilmiş elektron ödəniş vasitəçiliyi məbləği (“Sifarişçi” tərəfindən verilən sifariş icra edildikdən sonra) müvafiq ayın beş (5) iş günü ərzində tərəflər arasında qarşılaşdırılaraq məbləğlər təsdiq edilir. “Icraçı”nın xidmət haqqının dəyəri “Sifarişçi”nin ona məxsus kommunal və digər ödənişlərinin ödənilməsi məqsədilə sifariş verdiyi ödəniş məbləğinin 2,5%-i təşkil edir. Bu müqavilə əsasında “Sifarişçi”, təqdim etdiyi sifarişin “Icraçı” tərəfindən icra olunduğu gündən hesablanaraq, 15 gün ərzində öhdəliyində olan məbləği (borc və komissiya haqqı) “Icraçı”ya ödəyir. Həmin müqavilə çərçivəsində iddiaçı tərəfindən “potrmanat.az” saytında cavabdehin adına açılmış şəxsi kabinet vasitəsilə “xxxx” tacir kart hesabına avans məbləğlər köçürülmüşdür. Həmin hesabdakı vəsaitdən müştərilərin adından “portmanat.az” portalı vasitəsilə bir sıra ödənişlər həyata keçirildikdən sonra hesabdan istifadə olunmuş vəsait dəyərində müştərilərdən əldə edilən məbləğlər cavabdeh tərəfindən iddiaçıya geri ödənilməli idi. Lakin cavabdeh hesabına köçürülmüş 185 589 manat vəsaiti müştərilərin adından müxtəlif təyinatlı ödənişlərin həyata keçirilməsi üçün istifadə etsə də, həmin məbləğlərin ödəniş təyinatı barədə heç bir hesabat, məlumat verməmiş və həmin məbləği iddiaçıya qaytarmamışdır. Cavabdehdən müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni yaranmış borcun qaytarılması tələb edildikdə, cavabdeh ##.##.2024-cü il tarixli akt təqdim etmiş, həmin aktda 185 589 manat borcun olduğunu etiraf etmiş, bu borcun qaytarılmamasını özünə məxsus kartın, “Asan Imza”nın onun “işçisi” Baxışov Səxavət adlı şəxsdə olması ilə izah etməklə məsuliyyətdən yayınmağa cəhd etmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında mülki münasibətlər müqavilə ilə yaranmış və həmin müqavilə üzrə də cavabdeh üzərinə öhdəliklər götürmüşdür. Əlavə olaraq, sözügedən müqavilənin 3.5-ci maddəsinə əsasən, yaranan borca görə “Sifarişçi”nin ödəməli olduğu cərimə forması: 25 AZN və hər gün üçün 0,05% müəyyən edilmişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə aktın təqdim edildiyi tarixdən ##.##.2024-cü il tarixə kimi cərimə borcu: 185 589 AZN x 0,05% x 208 gün + 25 AZN = 19326 AZN təşkil edir. Əlavə olaraq, cavabdeh pul vəsaitini özündə qanunsuz şəkildə, yəni əsas olmadan saxlamışdır, bu isə mülki qanunvericiliyin müvafiq normalarına əsasən pozuntu hesab edilir və buna görə cavabdeh tərəfindən əsas məbləğdən əlavə əldən çıxmış faydaya görə də ödəniş edilməlidir. Çünki bu vəsait iddiaçının özündə olsa idi, iddiaçı bu pul vəsaitindən mülki dövriyyənin qaydalarına uyğun istifadə edə və fayda götürə bilərdi. Bu o deməkdir ki, cavabdehdən əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan əldən çıxmış fayda 185 589 x 5% / 365 gün x 208 gün = 5288 manat tutulmalıdır. Qeyd edilənlərlə, tərəflər arasında müqavilənin bağlandığı, həmin müqavilə üzrə cavabdehin borcunun yarandığı və borcun onun özü tərəfindən etiraf edildiyi sübuta yetirilir, həmçinin o hal da sübuta yetirilir ki, cavabdeh etiraf etdiyi öhdəliyi icra etmək əvəzinə, etiraf etdiyi borcun ödənilməsindən tərəflərin münasibətlərini tənzimləyən müqaviləyə və Mülki Məcəllənin normalarına zidd olan tərzdə yayınmağa cəhd edir. Iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, 3 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. Lakin bu günədək ödəniş həyata keçirilməmişdir. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, iddiaçının vəziyyətini olduqca ağırlaşdırdığından, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
9. Iddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 445, 448-ci maddələri göstərilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 185589 manat əsas borc, 9200 manat cərimə borcu olmaqla ümumilikdə 194789 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Iddia qalan hissədə təmin edilməmişdir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 460 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Ekspertiza xərci olaraq 110 manat pulun cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X7, 210005, VÖEN – 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – 1700326621, hesab AZ34CTRE00000000000002088501) ödənilməsi qərara alınmışdır. Qətnamədən apellyasiya şikayəti vermə müddəti və qaydası izah edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilənin ödəniş şərtlərində borcun və xidmət haqqının sifariş iddiaçı tərəfindən icra olunduğu gündən hesablanaraq 15 gün ərzində ödənilməsi şərtləşdirilmiş, lakin xidmətlərin dəyəri və borc ödənilməmişdir. Məhkəmə həmçinin göstərməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli */*** nömrəli ekspert rəyi ilə cavabdehin imza ilə bağlı arqumentlərinin əsassızlığı müəyyən edildikdən sonra ##.##.2025-ci il tarixli vəsatətlə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xahiş edilmişdir. Halbuki cavabdeh ##.##.2024-cü il tarixli aktla hər hansı etiraz etmədən öz imzası ilə borc məbləğini təsdiq etmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh əvvəla ##.##.2024-cü il tarixli aktdakı imzanın ona məxsusluğunu mübahisələndirmiş, həmin aktın onun tərəfindən yazıldığını, lakin məhz borc məbləği ilə razı olmadığından akta imza etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən cavabdehin etirazına uyğun olaraq məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməklə həmin aktdakı imzanın cavabdehə məxsusluğu müəyyən olunduqdan sonra cavabdeh öz mövqeyini dəyişərək borc məbləğinin düzgün hesablanmadığını bildirmişdir. Göründüyü kimi, cavabdeh öz maddi və prosessual hüquqlarından sui-istifadə edərək öz davranışı ilə şübhəsiz olaraq bağladığı müqaviləni və qəbul etdiyi borcu məhkəmə icratında mübahisələndirmişdir. Bu isə cavabdehin həmin vəsatətinin əsassızlığını göstərib. Digər tərəfdən, cavabdeh iş ekspertizada olarkən **/***/* nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqaviləyə imza etmədiyinin təsdiq olunması üçün X1 şahid qismində dindirilməsini xahiş etmiş, müqavilə və ##.##.2024-cü il tarixli aktdakı imzanın cavabdeh tərəfindən icra edildiyi ## #### 2025-ci il tarixli */*** nömrəli ekspert rəyi təsdiq olunduğundan həmin vasatət də öz əhəmiyyətini itirmişdir. Həmçinin, cavabdeh aktda və izahında öhdəliyin icra edilməməsi ilə bağlı üçüncü şəxslərin hərəkət (hərəkətsizliyinə) istinad etsə də, məhkəmə Mülki Məcəllənin 448.3-cü maddəsinə əsasən qeyd etmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. **/***/* nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilənin 3.4 və 3.5-ci bəndlərinə əsasən, Sifarişçi müqavilənin 3.3-cü bəndini icra etmədiyi və ya edə bilmədiyi təqdirdə Icraçıya borclanır. Yaranan borca görə Icraçı Sifarişçiyə cərimə tətbiq edir. Yaranan borca görə Sifarişçinin ödəməli olduğu cərimə forması: 25 manat və hər gün üçün 0,05%.Iş materialları ilə müəyyən olunub ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı da müqavilə üzrə borc ödənilmədiyi halda, uzun müddət sonra, yəni ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 9200 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 5288 manat məbləğində pulun da tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsin və ya tərəflərin razılığı ilə ayrı qayda nəzərdə tutulmasın. Hazırkı halda isə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 3.4 və 3.5-ci bəndlərinə istinad etməklə daha böyük pul məbləğini tələb etmişdir. Məhkəmə xərcləri hissəsində gəlinən nəticənin faktiki əsasları kimi iddia tələbinin qismən təmin edildiyi və məhkəməxətşünaslıq ekspertizasının məhz cavabdehin etirazına müvafiq olaraq keçirildiyi, etirazın əsassız olduğunun müəyyən edildiyini nəzərə alınmışdır. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 560.1, 560.2, 560.3.4, 427.3, 442, 448.1, 448.2, 462.1, 445.7, 467ci maddələrinə,
12. Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il ## #### tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2023-cü il tarixli qərar, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul Qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarına, məhkəmə xərcləri hissəsində həll edərkən Mülki Porsessual Məcəllənin 119.1 və 119.3-cü maddələrinə istinad etmişdir.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə qanunvericiliyin (Azərbaycan Respublikasının Konstitusiyası, AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsi və digər qanunlar) hakimlərin üzərinə öhdəlik kimi müəyyən etdiyi- işə tərəflərin müstəqilliyi, onların qanun və məhkəmə qarşısında bərabərliyi, heç bir tərəfin mövqeyi üstün tutulmadan baxılması, işin obyektiv aparılması, işə qərəzsiz yanaşılması prinsipləri və müddəaları kobud şəkildə pozularaq baxılmış və bu pozuntu nəticəsində əsassız və qanunun tələblərinə uyğun olmayan qətnamə qəbul edilmişdir. Iddiaçı tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizəni baxış iclası zamanı verilməsi əsası kimi məhkəməyə hər hansı sübut, dəlil və ya iddianın ondan asılı olmayan səbəblərdən məhkəmə baxış iclasınadək təqdim edilə bilməməsi əsaslandırmamışdır. Hansı ki, bu hal qanunun tələblərinə əsasən, yolverilməz olduğu halda, buna baxmayaraq, dəyişdirilmiş iddia ərizəsi məhkəmə tərəfindən baxış iclası zamanı heç bir əsas gətirilmədən icraata qəbul edilmişdir. Bununla yanaşı dəyişdirilmiş iddia icraata qəbul edilərkən, hakim tərəflərin çəkişmə prinsipi, iş üzrə onların dinlənilmək hüququ, qarşı tərəfin verdiyi iddiaya və ya digər sübuta qarşı öz izahatını, sübutunu təqdim etmək və s. digər özünü müdafiə vasitələrindən istifadə hüququnu pozaraq cavabdehin izahatını alınmadan iddaçının iddiasını icraatına qəbul etmişdir və bu barədə heç bir qərardad qəbul etməmişdir. ## ###### 2025-ci il tarixdə iş üçün xüsusi əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə X1 videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilməsi zərurəti yarandığından məhkəməyə vəsatətlə müraciət edilmiş, lakin məhkəmə tərəfindən vəsatət və bu halın cavabdeh üçün əhəmiyyətliliyi nəzərə alınmadan, yenə vəsatətin rədd edilmə əsasları, səbəbləri izah edilmədən vəsatət rədd edilmişdir. ## ##### 2025-ci il tarixdə məhkəməyə aşağıdakı məzmunda vəsatətlə müraciət edilmişdir. (vəsatətin məzmunu apellyasiya şikayətində göstərilmişdir). Vəsatətin məzmunundan və işin faktiki hallarından aydın olduğu kimi, iş üzrə mübahisəli məbləğlərin müəyyənləşdirilməsi və obyektiv həqiqətin tam şəkildə aydınlaşdırılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruri olduğu halda, məhkəmə tərəfindən bu vəsatət heç bir əsaslandırılmış hüquqi və ya faktiki səbəb göstərilmədən rədd edilmişdir. Məhkəmə vəsatəti rədd etmə əsası kimi, iddiaçı tərəfindən Cavabdeh müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni yaranmış borcun qaytarılması tələb edildikdə, Cavabdeh ##.##.2024-cü il tarixli akt təqdim etdiyi və həmin aktda 185 589 manat borcun olduğunu etiraf etdiyini göstərilmişdir. Bildirmək istəyir ki, məhkəmə qətnaməsini yalnız tərəflərin izahatları və ya iş üzrə bildirdikləri məlumatlarla kifayətlənməklə əsaslandıra bilməz. Buradan da aydın görünür ki, Cavabdehktda qeyd edilən məlumatların məğzi ilə tanış olmadan sadəcə sənədi formal olaraq imzalamışdır. Bu halın aydınlaşdırılması isə məhkəmənin vəzifəsi olduğu halda məhkəmə iş üzrə hər tərəfli, tam, aydın məhkəmə araşdırması aparmadan cavabdeh tərəfindən imzalanmış aktı sübut kimi qiymətləndirmişdir. Belə ki, yuxarıda sadaladığı xüsusatlardan da aydın göründüyü üzrə, məsələnin mahiyyətinin aydınlaşdırılması və dəqiq hesablamaların aparılması xüsusi bilik və peşəkar yanaşma tələb edir. S.Turalın belə ixtisaslaşdırılmış biliklərə malik olmamasını nəzərə alsaq, aktda göstərilən məbləğin dəqiqliyinə, habelə bu məbləğin onun özü tərəfindən hesablandığı halda belə məlumatların düzgünlüyünə dair hər hansı araşdırılma aparılmadan birbaşa olaraq, aktda S.Turalın ifadəsinin sübut kimi qəbul etmək və bu ifadə nəticəsində xüsusi bilik tələb ediliyi halda məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsindəm imtina etmək əsassızdır.
15. Apelyator mövqeyini əsaslandırmaq üçün AR Konstitusiyasının 13, 29 və s. maddələrinə, MM-in 11, 560-cı maddələrinə, AR Konstitusiya Məhkəməsinin bir sıra qərarlarına istinad etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh “elekton ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilədəki və borcu etiraf etdiyi aktda imzanın onun tərəfindən icra edilmədiyini bildirmiş, bunun üçün də məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Buna görə də, Məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli e-*- *(***)-****/**** nömrəli qərardad ilə, **/***/* nömrəli “elekton ödəniş xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 1-3-cü səhifələrinin aşağı sol tərəfində yerləşən imza nümunəsi, 4-cü səhifəsində - müqavilənin 12-ci hissəsində “Sifarişçi” bölməsinin aşağısında yerləşən imza və xətt nümunəsinin, ##.##.2024-cü il tarixli aktın sonunda “imza” qrafasının sağında yerləşən imza nümunəsinin Cavabdeh tərəfindən icra edilibedilməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli */*** nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş ##.##.2024-cü il tarixli **/***/* nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilənin 1- 3-cü səhifələrinin aşağı sol tərəflərindəki imzalar, 4-cü səhifəsində “Sifarişçi” hissəsindəki imza, ##.##.2024-cü il tarixli aktın sonunda “Imza:” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi, cavabdehin bildirdiyinin əksinə, **/***/* nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilə və ##.##.2024-cü il tarixli aktdakı imzaların cavabdeh tərəfindən şəxsən icra edildiyi müəyyən olunmuşdur. Daha sonra, cavabdeh həmin aktın onun tərəfindən yazıldığını, lakin məhz borc məbləği ilə razı olmadığını bildirmişdir. Buna görə də, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh borcunu etiraf etdiyi aktdakı imzanın cavabdehə məxsusluğu müəyyən olunduqdan sonra öz mövqeyini dəyişərək borc məbləğinin düzgün hesablanmadığını bildirmişdir. Qeyd edilənlər onu göstərir ki, cavabdeh öz maddi və prosessual hüquqlarından sui-istifadə edərək öz davranışı ilə şübhəsiz olaraq bağladığı müqaviləni və qəbul etdiyi borcu sonradan məhkəmə icratında mübahisələndirmişdir. Bu isə cavabdehin apellyasiya şikayətinin də əsassızlığını göstərir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdehin mübahisə predmeti olan məbləğdən xəbəri olmamış, onun “Asan Imza”sı digər şəxslərin istifadəsində olmuşdur. Həmin şəxslər cavabdehin məlumatı olmadan onun bank kartına külli miqdarda pul vəsaiti köçürmüş, daha sonra isə həmin vəsaitləri hesabdan çıxarmışlar.
Tətbiq edilən hüquq:
20. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -390.4-ci maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -448.3-cü maddəsinə görə borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
21. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamə iddianın təmin edilmiş hissəsində cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış **/***/* nömrəli elektron ödəniş xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək öz vəsaiti hesabına sifarişçinin kommunal və digər ödəniş xidmətlərinin həyata keçirilməsi məqsədi ilə ödəniş və ya ödənişlərin aparılmasını təmin etməyi, cavabdeh isə istifadə olunmuş vəsaiti və xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin istifadə olunmuş vəsaiti və xidmət haqqını müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyini, nəticədə iddiaçıya 185.589 manat məbləğində borcu yarandığını əsas göstərərək həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı İddiaçı MMC tərəfindən ona məxsus tacir kartına ödənişlərin həyata keçirilməsi üçün pul yüklənməsi və həmin vəsaitlərdən istifadə edilməsini inkar etməsə də, həmin vəsaitlərin bir hissəsinin onun tacir kartını idarə edən Səxavət və iddiaçının satış təmsilçisi Rəvan adlı şəxslər tərəfindən mənimsənildiyini, eləcə də istifadə edilmiş vəsaitlərin geri qaytarıldığını və iddiaçıya borcunun olmamasını əsas gətirərək iddianın rədd edilməsini tələb edir.
27. Məhkəmə ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin müxtəlif (xidmət, kredit və s.) müqavilələrin elementlərini birləşdirən qarışıq müqavilə olduğunu, xidmət müqaviləsini tənzimləyən xüsusi normaların qanunvericilikdə yer almadığını nəzərə alaraq hesab edir ki, tələbin qanuni əsasını Mülki Məcəllənin 385-ci maddəsi təşkil edir.
28. Kollegiya xatırladır ki, affirmanti, non neganti, incumbit probation prinsipinə əsasən sübutetmə yükü iddia edən tərəfin üzərinə düşür. Hazırkı halda iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün məhkəməyə tərəflər arasında bağlanmış müqavilə ilə yanaşı bank hesabından çıxarışı və cavabdehin imzası ilə təsdiq edilmiş cavabdehin iddiaçı qarşısında 185.589 manat məbləğində borcun mövcudluğunun etiraf edilməsi barədə ##.##.2024-cü il tarixli aktı təqdim etmişdir. Bundan əlavə cavabdeh tərəf özü də məhkəmədə verilmiş izahatlarında iddiaçı ilə aralarında 10-11 milyon manat məbləğində dövriyyənin olmasını, yəni həmin məbləğdə pulun cavabdehə məxsus tacir kartına yüklənməsini təsdiq etmişdir.
29. Cavabdeh isə iddiaya etirazına əsas kimi digər əsaslarla yanaşı müqavilə üzrə borcun mövcud olmamasına və ya daha az məbləğdə olmasına istinad etsə də, tacir kartına yüklənməsini təsdiq etdiyi vəsaitlərin iddiaçıya qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən cavabdehə müvafiq sübutların təqdim edilməsi təklif edilməklə müqavilə üzrə borcun məbləğinin müəyyən edilməsi məqsədilə məhkəməmühasibatlıq
30. ekspertizası təyin edilmiş, lakin ekspertiza mərkəzi tərəfindən sənədlərin natamamlığı səbəbindən rəyin verilməsindən imtina edilmişdir.
31. Tacir kartının əslində Səxavət adlı şəxs tərəfindən idarə edilməsi, pul vəsaitlərin bir hissəsinin onun tacir kartından Səxavət və Rəvan adlı şəxslərin kartlarına köçürülməsi barədə dəlillərə gəldikdə kollegiya qeyd edir ki, birincisi, həmin halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ikincisi, tacir kartının Səxavət adlı şəxs tərəfindən idarə edilməsi ehtimal edilsə belə, qeyd edilməlidir ki, cavabdeh iddiaçı ilə müqaviləni bağlamaqla müqavilə üzrə öhdəliklərinin lazımi qaydada icra edilməsini və icra edilməməsinə görə məsuliyyəti üzərinə götürmüşdür, belə olan halda isə cavabdehin işlərinin aparılmasını başqa şəxsə həvalə etməsi və öhdəliyin məhz həmin şəxsin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində icra edilməməsi Mülki Məcəllənin 448.3cü maddəsinin tələblərinə əsasən cavabdehi iddiaçı qarşısında götürdüyü öhdəliklərdən azad etmir.
32. Müqavilədə tacir kartına pulların kommunal və digər ödəniş xidmətlərinin həyata keçirilməsi məqsədilə yüklənməli olduğu halda həmin pulların mal alqı-satqısı üçün istifadə edilməsi barədə dəlillərə gəldikdə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən tacir kartına yüklənilən məbləğlərin müqavilədə nəzərdə tutulmuş təyinat üzrə istifadə edilməməsi də cavabdehin tacir kartından istifadə edilmiş vəsaitlərin iddiaçıya qaytarılması öhdəliyini aradan qaldırmır.
33. Odur ki, kollegiya hesab edir ki, mübahisəli xidmət müqaviləsi üzrə borcun tutulması hissəsində iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
34. Dəbbə pulunun tutulmasına dair iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə xidmət haqqı ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, mübahisəli müqavilədə həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin 3.4 və 3.5-ci bəndləri), eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 9200 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov