Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-808/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə şərtləri pozulduğuna görə 11851 manat borcun, 592,55 manat cərimənin və mediasiya xidməti üçün ödənilmiş 200 manat xidmət haqqının, ümumilikdə 12643,55 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “X1” MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 04 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC İddiaçınə məxsus tikinti obyektində qazmapartlayış işlərini yerinə yetirməyi, iddiaçı isə görülmüş işləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.2-ci bəndinə əsasən iddiaçı görüləcək işin dəyərinin 30 faizini əvvəlcədən cavabdehin hesabına köçürür. İddiaçı tərəfindən müqavilənin 2.2-ci bəndinə uyğun olaraq cavabdehin hesabına xx.xx.2009-cu il tarixində əvvəlcədən 20000 (iyirmi min) manat ödəniş edilmişdir. Lakin cavabdeh işləri tam həcmdə görməmiş və nəticədə cavabdehin 11851 manat məbləğində borcu yaranmışdır. Həmin borcun mövcudluğu cavabdehlə iddiaçı arasında hər rüb, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixində aparılmış “qarşılıqlı borcların üzləşdirilməsi” aktları ilə təsdiq edilir. Borcun mövcudluğunun cavabdeh tərəfindən təsdiq olunmasına baxmayaraq iddiaçıya indiyədək ümumiyyətlə yaranmış borc məbləği üzrə hər hansı miqdarda ödəniş edilməmiş, bununla bağlı dəfələrlə edilmiş müraciətlər də heç bir nəticə verməmişdir. Müqavilənin 6.4cü bəndində təsbit olunub ki, işlərin yerinə yetirilməsini gecikdirdiyi halda cavabdeh hər gecikdirilmiş gün üçün müqavilənin görülməmiş işlərin həcminə və dəyərinə mütənasib olaraq 0,01 faiz məbləğində cərimə ödəməlidir. Müqavilənin 6.5-ci bəndinə əsasən gecikdirmələrə görə sanksiya tətbiq edildiyi halda cərimələrin ümumi məbləği müqavilə üzrə görülməmiş işlərin həcminə və dəyərinə mütənasib olan məbləğin 5 faizindən çox ola bilməz. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə cavabdehə bir daha müraciət edilərək, 11851 manat məbləğində borcun və müqavilənin 6.5-ci bəndinə uyğun olaraq hesablanmış 592,55 manat cərimə məbləğinin xx.xx.2023-cü il tarixinədək ödənilməsi xahiş edilsə də, cavabdeh tərəfindən məsələnin həlli istiqamətində heç bir tədbir görülməmiş və bu istiqamətdə heç bir cəhd göstərilməmişdir. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2023-cü tarixli mediasiyanın tətbiqi barədə təklif əsasında xx.xx.2023cü il tarixində mediasiya şurası Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyası keçirilmiş, qeyd edilən ilkin mediasiya sessiyasında nümayəndəsi iştirak etsə də, "xxxx" MMC-nin nümayəndəsi iştirak etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)-1500/2024 saylı qiyabi qətnaməsinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı "xxxx" MMC-nə qarşı pul tələbi barədə iddiası təmin edilmiş, 11851 manat borc, 592,55 manat cərimə olmaqla ümumilikdə 12443,55 manat məbləğində pul vəsaiti və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin əvəzi tutularaq iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. "xxxx" MMC 05 iyun 2024-cü il tarixində ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə cəmiyyətə bildiriş daxil olmadığından proses barədə məlumatsız olmuşlar və ona görə də məhkəmə iclasında üzürlü səbəbdən nümayəndənin iştirakını təmin edə bilməmişlər. Məhkəmə iclasında iştirak edə bilmədikləri üçün onlara qarşı qaldırılmış iddia ilə bağlı müdafiə qura, əlavə sübut və dəlilləri təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-in 244-cü maddəsinə əsasən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məlumat üçün bildirir ki, sözügedən qiyabı qətnamə xx.xx.2024-cü il tarixdə əlavə edilmiş və onlar xx.xx.2024-cü il tarixdə bu barədə məlumatlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinin və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1500-2024 saylı xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Kənan Hüseynov) "xxxx" MMC-nin Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)-1500/2024 nömrəli qiyabi qətnaməsinin ləğvi edilməsi barədə ərizə təmin olunmamışdır. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1500/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, "xxxx" MMC-nin ərizəsinin təmin edilərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1500-2024 nömrəli, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə cəmiyyətə bildiriş daxil olmadığından proses barədə məlumatsız olmuş və ona görə də məhkəmə iclasında üzürlü səbəbdən nümayəndənin iştirakını təmin edə bilməmişdir. Məhkəmə iclasında iştirak edə bilmədikləri üçün qaldırılmış iddia ilə bağlı müdafiələrini qura, əlavə sübut və dəlilləri təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə əsasən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabı qətnamə xx.xx.2024- cü il tarixdə əlavə edilmiş və cavabdeh xx.xx.2024-cü il tarixdə bu barədə məlumatlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinin və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244,249, 250, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmədən Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1500-2024 saylı xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdik. Məhkəmə iddiaçıın nümayəndəsinin çıxışını və EMİS vasitəsi ilə əlavə edilmiş bildirişləri əsas gətirərək ərizəni təmin etməmişdir. Məhkəmə EMİS vasitəsilə təqdim olunmuş bildirişlərin "xxxx" MMC tərəfindən oxunmasını yoxlamaq imkanı olduqda bunu etməmişdir, belə ki yoxlamış olsaydı sonuncu bildiriş oxunmamış olduğu bəlli olardı. İşə əlavə olunmuş sənədlərdən göründüyü kimi iddiaçının iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən iddia müddətinin tətbiqinə dair ərizə təqdim olunmuş, bundan sonra iddiaçı digər sübutlar təqdim etmişdir ki, həmin sübutlara münasibət bildirmək, əlavə sübutlar və etirazlar vermək imkanımız olmamışdır. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından olan AZEMİS-dən çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirlən məhkəmə iclasının bildirişi xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə keçirlən məhəmə iclasının bildirişi xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə keçirlən məhəmə iclasının bildirişi xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə keçirlən məhəmə iclasının bildirişi xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin elektron məhkəmə kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi məhkəmə icraatı barəsində cavabdeh məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırılmış, həmçinin, cavabdeh tərəfindən elektron məhkəmə sistemi vəsitəsilə xx.xx.2024-cü il tarixində məhkəmə iclasının təxirə salınmasına dair ərizə təqdim edilmiş, xx.xx.2024-cü il tarixli vəsatətlə isə iddia tələbinə münasibət bildirilmişdir. Eyni zamanda cavabdeh qiyabi qətnaməni də elektron kabinet vasitəsi ilə əldə etmişdir. Bununla da cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmaması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdehin məhkəmə iclaslarının vaxtı barədə məlumatı olduğuna dair sübutlar olduğundan qiyabi qətnamənin ləğb edilməsi üçün MPM-nin 238.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1500/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-808/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-808/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver