Məhkəmə qərarları › İş №2-2(103)-817/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-817/2024

01.10.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-817/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Milli Elmlər X1 Avtobazasının müflis elan edilməsi barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2959/2024 saylı qətnaməsindən ərizəçi Azərbaycan Milli Elmlər X1 Avtobazası tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Milli Elmlər X1 Avtobazası ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli Elmlər X1 Avtobazasının müflis elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi bildirir ki, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 23 oktyabr 1984-cü il tarixli 19 nömrəli qərarı ilə AMEA-nın X5 yaradılmışdır (VÖEN: **********). AMEA-nın X5 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1995-ci il 28 noyabr tarixli D-855 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli 363 nömrəli qərarının 1-ci bəndi ilə “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu” təsdiq edilmiş və yeni strukturda AMEA-nın X5 nəzərdə tutulmamışdır. Qeyd olunan səbəblərdən də AMEA Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli iclasında (AMEA Rəyasət Heyətinin 27 yanvar 2016- cı il tarixli 1/9 nömrəli qərarı) AMEA-nın X3 ləğv edilməsi qərara alınmış, AMEA Rəyasət Heyətinin 10 fevral 2016-cı il tarixli 3/4 nömrəli qərarı ilə Ləğvetmə Komissiyası yaradılmış və müvafiq qanunvericiliyə uyğun olaraq, bir sıra tədbirlər həyata keçirilmiş, lakin bu müəssisənin ləğv edilməsinin rəsmiləşdirilməsi başa çatdırılmamışdır. Həmin vaxt, yəni 2016-cı ilin yanvar ayından AMEA-nın X3 kommersiya, ümumiyyətlə, bütün fəaliyyətini dayandırmış, AMEA-nın X4 işləyən bütün işçilərlə bağlanılmış əmək müqavilələrinə xitam verilmiş, onlara son haqq-hesablar ödənilmişdir. Hazırda AMEA-nın X3 hər hansı bir əmlakı və pul vəsaitləri mövcud deyildir. Buna görə də, AMEA Rəyasət Heyətinin 15 noyabr 2023-cü il tarixli iclasında AMEA-nın X3 ləğv edilməsinin başa çatdırılması ilə bağlı 20/15 nömrəli vəsatət qaldırılmış və həmin vəsatəti nəzərə alaraq, AMEA-nın Ümumi Yığıncağının 29 noyabr 2023-cü il tarixli 2/9 nömrəli qərarı ilə AMEA-nın X3 ləğv edilməsinin rəsmiləşdirilməsinin başa çatdırılması qərara alınmışdır. AMEA-nın Ümumi Yığıncağının 29 noyabr 2023-cü il tarixli 2/9 nömrəli qərarına əsasən ləğvetmə komissiyası yaradılmışdır. Komissiya hüquqi şəxsin ləğv edilməsi prosedurlarına uyğun olaraq mərhələli şəkildə aidiyyəti qurumlarla yazışmaları həyata keçirmişdir. Ləğvetmə komissiyasının müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 fevral 2024-cü il tarixli **********719600 nömrəli cavab məktubuna əsasən müəssisənin şəxsi hesab vərəqəsi üzrə 23 fevral 2024-cü il tarixə şəxsi vərəqə üzrə vergi və faizlərdən 289,54 manat, sosial sığorta və işsizlikdən sığorta haqqlarından 33579,13 manat, penya üzrə 5471,21 manat (cəmi, 39050 manat 34 qəpik) dövlət büdcəsinə ödənilməli olan borcu vardır.

3. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə iclasında iştirak etməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2959/2024 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.

5. Ərizəçi Azərbaycan Milli Elmlər X1 Avtobazası həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi.

9. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 59.5-ci maddəsinə əsasən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər.

11. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

12. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.

13. Həmin Qanunun 2-ci maddəsinə əsasən kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər.

14. Həmin Qanunun 5-ci maddəsinə əsasən borclunun iflas haqqında ərizəsinə həmin maddədə nəzərdə tutulmuş sənədlərlə yanaşı ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları əlavə edilməlidir.

15. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə müvafiq qərar çıxarır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

18. Belə ki, Mülki Məcəllənin 59.5-ci, 63-cü maddələrinin, o cümlədən “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, 3-cü, 5-ci və 11.1-ci maddələrinin tələblərindən göründüyü kimi, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur.

19. Hazırkı işdə isə ərizəçi debitor borcları barədə siyahını, aktivləri, o cümlədən illik maliyyə hesabatlarını məhkəməyə təqdim etməmişdir.

20. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 fevral 2024-cü il tarixli **********719600 nömrəli cavab məktubuna əsasən müəyyən edilir ki, müəssisənin şəxsi hesab vərəqəsi üzrə 23 fevral 2024-cü il tarixə şəxsi vərəqə üzrə vergi və faizlərdən 289,54 manat, sosial sığorta və işsizlikdən sığorta haqqlarından 33579,13 manat, penya üzrə 5471,21 manat (cəmi, 39050 manat 34 qəpik) dövlət büdcəsinə ödənilməli olan borcu vardır.

21. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçinin müflis elan olunması üçün əsaslar yoxdur və birinci instansiya məhkəməsi də düzgün olaraq ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir.

22. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Ərizəçi Azərbaycan Milli Elmlər X1 Avtobazası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2959/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Ziya Şirinov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar