Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-836/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İlk iddia üzrə iddiaçı “İddiaçı SA” şirkətinin cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiaçıya məxsus xammal və hazır məhsulların verilməsi və pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər “İddiaçı SA” şirkəti və Cavabdeh3nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı) müqavilənin etibarsız hesab edilməsi, iddiaçıya məxsus ərazidən Cavabdeh3 MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) cavabdehin öz vəsaiti hesabına çıxarılması, iddiaçıya vurulmuş zərərin və saxlanma xərclərinin Cavabdeh3 MMC-dən tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)- 1457/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı “İddiaçı SA” şirkəti, qarşılıqlı iddia üzrə Cavabdeh3, qarşılıqlı iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, M ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı SA” şirkəti cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti (Cavabdeh2 QSC) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 X1 MMCnin zavodunda saxlanılan və iddiaçıya məxsus olan (kvars (pervouralskiy). ton, kvars eksperiment (kurminskiy).ton, kömür KT. ton, daş kömür СДС.ton, kömür KT+SDS (toz).ton, okalina.ton, kömür evraz.ton, əhəng daşı.ton, elektrod pastası.ton, madqan pastası.ton) və tələb hüququnun güzəştinə dair 12 yanvar 2023-cü il tarixli müqaviləyə uyğun olaraq cəmi 860420,69 manatın ABŞ dolları kimi iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra “İddiaçı SA” şirkətinin nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia ərizəsinə əlavə” barədə ərizə verərək, tələb hüququnun güzəştinə dair 12 yanvar 2023-cü il tarixli müqaviləyə uyğun olaraq Cavabdeh2 QSC-dən cəmi 860420,69 manatın və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və tutulan (qətnamə icra olunan) gündə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq həmin pul məbləğinin manatın ABŞ dollarına konvertasiya edilərək iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 QSC cavabdehlər “İddiaçı SA” şirkəti və "X3 X1" MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı SA” şirkəti ilə "X3 X1" MMC arasında imzalanan 12 yanvar 2024-cü il tarixli BNFFC-STİ001.12012024 saylı tələbin güzəşt olunmasına dair müqavilənin ("X3 X1" MMC ilə "X2" QSC arasında imzalanmış 06 oktyabr 2022-ci il tarixli BNF-BSC-3 saylı alqı-satqı müqaviləsi ilə bağlı 860420,69 manat hissədə) 2-ci və 3-cü bəndlərinin etibarsız hesab edilməsi "X2" QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan "X3 X1" MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) "X3 X1" MMC tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması, "X2" QSC-yə vurulmuş 25000 (iyirmi beş min) manat dəyərində xərclərin (zərərin), habelə həmin malların ərazidən tam aparılması gününədək olan müddətə aylıq 2000 (bir min) manat hesablamaqla saxlanma xərcinin "X3 X1" MMC-dən tutularaq "X2" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh2 QSC-nin nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “qarşılılqlı iddia ərizəsinə əlavə” barədə ərizə verərək, “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında imzalanan 12 yanvar 2024-cü il tarixli BNFFC-STİ-001.12012024 saylı tələbin güzəşt olunmasına dair müqavilənin tam etibarsız hesab edilməsi, Cavabdeh2 QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan Cavabdeh3 MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) Cavabdeh3 MMC tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması, Cavabdeh2 QSC-yə vurulmuş 25000 (iyirmi beş min) manat dəyərində xərclərin (zərərin), habelə həmin mallar ərazidən tam aparılması gününədək olan müddətə aylıq 2000 (bir min) manat hesablamaqla saxlanma xərcinin Cavabdeh3 MMC-dən tutularaq Cavabdeh2 QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)-1457/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında bağlanan 12 yanvar 2024-cü il tarixli, BNFFC-STİ001.12012024 saylı “Tələbin güzəşt olunmasına dair” müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan Cavabdeh3nə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) Cavabdeh3 tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı “İddiaçı SA” şirkəti həmin qətnamədən apellyasiya şikayəti və şikayətə əlavə verərək, Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2- 2(113)-1457/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın yalnız müqavilənin etibarsızlığı hissəsində rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti və şikayətə əlavə verərək, Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)- 1457/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın yalnız müqavilənin etibarsızlığı hissəsində rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)-1457/2024 nömrəli qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu tam ödənilmədiyinə görə ilk iddia üzrə iddiaçı “İddiaçı SA” şirkəti və qarşılıqlı iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 108.1 və 108.1.7-ci maddələrinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İlk iddia üzrə iddiaçı “İddiaçı SA” şirkəti və qarşılıqlı iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə ilk iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 faizi məbləğində apellyasiya icraatı üçün ödənilmiş dövlət rüsumu əlavə edilmişdir. Lakin qeyd edilən şikayətlərdə qarşılıqlı iddia (qismən) mübahisələndirildiyi üçün yalnız 50 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz elektron məhkəmə sisteminə daxil edilmişdir. Halbuki qarşılıqlı iddia mübahisələndirildiyi üçün (qarşılıqlı iddia tam olaraq apellyasiya baxışının predmetidir) qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 1093 manatın 50 faizi, yəni 518 manat apellyasiya icraatı üçün ödənilməli idi. Qarşılıqlı iddia ilkin iddiaya uyğun tənzimləndiyindən şikayətçilərin mövqeyi əsassızdır. 518 manatdan 50 manat çıxıldıqda satışmayan dövlət rüsumunun məbləği 468 manat təşkil edir. Şikayətçilər ayrı-ayrılıqda 468 manat dövlət rüsumu ödəməli idilər. Ümumiyyətlə qanunvericilikdə ilk və ya qarşılıqlı iddianın qismən mübahisələndirilməsi əsası ilə dövlət rüsumunun da mütənasib olaraq ödənilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)- 1457/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı “İddiaçı SA” şirkəti və qarşılıqlı iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)- 1457/2024 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərkən qanunvericiliyin tələblərinə riayət edildiyindən mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)- 1457/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı “İddiaçı SA” şirkəti və qarşılıqlı iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətlər geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 16 may 2024-cü il tarixli, e-2-2(113)- 1457/2024 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilsin. Qeyri-mümkün hesab edilmiş şikayətlər geri qaytarıldıqdan və bununla əlaqədar digər prosessual hərəkətlər edildikdən sonra mümkün hesab edilmiş şikayətə baxılacaqdır. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-836/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-836/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver