Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-862/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh BOKT ASC-yə qarşı kommersiya işi üzrə Açar söz: müqavilə üzrə öhdəliklərin icra edilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndələri Nümayəndə2 və X1 iştirakı ilə, iddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh BOKT ASC-yə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1629/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin vətəndaşlar və digər şəxslər qarşısında öhdəlikləri tam ödənilmiş, Əmanətlərin Sığortalanması Fondu (Fond) ilə Cavabdeh BOKT ASC (Cəmiyyət) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin kredit portfeli 4 il müddətində odarə edilməsi üçün "xxxx" ASC-nin hüquqi varisi Cavabdeh BOKT ASC-yə verilmiş və tərəflər razılığa gəlmişlər ki, Fondun Cəmiyyətə olan tələbləri 43.245.594 manat təşkil edir və bu tələb Cəmiyyət tərəfindən bu müqavilədə nəzərdə tutulan qaydada Fonda ödəniləcəkdir.
2. Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh BOKT ASC arasında 17 mart 2017-ci il tariхli müqaviləyə müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşma imzalanmış, həmin razılaşmaya əsasən tərəflər 17 mart 2017-ci il tarixli müqavilə üzrə “İkinci tərəfin” "Birinci tərəf” qarşısında icra edilməmiş 23.300.208 manat öhdəliyinin mövcud olduğunu bəyan edirlər, “İkinci Tərəf” həmin öhdəliyin 5.329.410 manat hissəsinin icra edilməsi məqsədilə bu razılaşmanın tərkib hissəsi olan 1 nömrəli əlavə ilə müəyyən edilmiş aktivləri (daşınmaz əmlak) hesabına müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilmiş qiymətləri ilə 2 ay ərzində təqdim etməyi, "Birinci tərəf” isə həmin aktivləri qəbul etməyi öhdəsinə götürür. razılaşmanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş aktivlər bu bənddə müəyyən edilmiş öhdəliyin (5.329.410 manat) tam icra edilməsinə kifayət etmədikdə "İkinci tərəf' yaranmış kəsr məbləğini 2 ay müddətində nağd vəsait və ya digər aktivlər (daşınmaz əmlaklar) hesabına icra etməyi öhdəsinə götürür.
3. 17 mart 2017-ci il tariхli müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə 27 dekabr 2021-ci il tarixli razılaşmanın xx.xx.2022-ci il tarixli 2 nömrəli Əlavəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh BOKT ASC aralarında razılaşmışlar ki, bu Əlavə № 02 ilə 27 dekabr 2021-ci il tarixli Razılaşma ilə təsdiq edilmiş Əlavə № 01 qüvvədən düşmüş hesab edilir və Razılaşmaya əsasən "Para” Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Fond qarşısında olan öhdəliyinin əvəzində mülkiyyət hüququ ilə BOKT-a məxsus, tam şəkildə (sökülməmiş), habelə üçüncü şəxslərin girov tələblərindən azad şəkildə təqdim etdiyi əmlaklar aşağıdakı kimi müəyyən edilmişdir: 1) Ağcabədi ray., Heydər Əliyev küçəsi 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1035.5 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********05-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 720.000 dəyərində; 2) Sumqayıt şəh., 5-ci mikrorayon, 132/16, 3 ünvanında yerləşən ümumi sahəsi 134.4 kv.m olan qeyri-yaşayış sahəsi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********04-05101-083002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 415.000 manat dəyərində; 3) Bakı şəh., Nərimanov rayonu., İsmayıl Hidayətzadə küç., 0.152 ha torpaq sahəsində yerləşən 30 nömrəli, 4) mərtəbəli binada, ümumi sahəsi 61.9 kv.m olan 37 nömrəli mənzil (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********41-05101- 093008 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarış) – 315.000 manat dəyərində; 4. ünvan 2 ünvanında 0.2642 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1204.5 kv.m olan qeyriyaşayış binası (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********88-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 550.000 manat dəyərində; 5). Sumqayıt şəh., Corat qəsəbəsi, 581V ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 356.5 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 170.000 manat dəyərində; 6). ünvan 4 ünvanında 0.0636 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 198.1 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 100.000 manat dəyərində; 7.) ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 116.80 kv.m olan qeyri-yaşayış sahəsi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********23- 05101-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 100.000 manat dəyərində; 8). ünvan 6 ünvanında 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 161.9 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 88.000 manat dəyərində; 9). ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 64.73 kv.m olan 94 nömrəli mənzil (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********37-05101-093031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 75.000 manat dəyərində; 10) ünvan 8 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 157 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 50.000 manat dəyərində; 11) Quba şəh., X7 küç., 38 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 270.8 kv.m fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 55.000 manat dəyərində; 12) Goranboy ray., V. Bayramov küç., 0.0133 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 209.5 kv.m olan qeyri-yaşayış sahəsi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********63-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 50.000 manat dəyərində; 13) ünvan 10 ünvanında 0.144 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 451.4 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********28- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 50.000 manat dəyərində; 14) ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 51.2 kv.m olan 7 nömrəli mənzil (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********84-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 45.000 manat dəyərində; 15) Ağcabədi ray., Şıxəli Qurbanov küç.,ev 263A ünvanında 0.0749 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 178.5 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 42.000 manat dəyərində; 16)ünvan 13 ünvanında 0.0094 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81.6 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********25-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 45.000 manat dəyərində; 17) ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 42.9 kv.m olan 4 nömrəli mənzil (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********28-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 15.000 manat dəyərində; 18) ünvan 15 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 95.6 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 23.000 manat dəyərində; 19) ünvan 16 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127.8 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********76-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 22.000 manat dəyərində; 20) ünvan 17i ünvanında 0.18 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127.8 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 20.000 manat dəyərində; 21). ünvan 18i ünvanında 0.17 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 101.7 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 24.000 manat dəyərində; 22). ünvan 19i ünvanında 0.22 ha torpaq sahəsində yerləşən 119.1 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********59-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 28.000 manat dəyərində; 23). Beyləqan ray., Tatallar kəndində yerləşən 2.7238 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 10.000 manat dəyərində; 24). ünvan 20ində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 133.6 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********69-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 21.000 manat dəyərində; 25). ünvan 20i ünvanında 0.25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********60-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 28.000 manat dəyərində; 26). ünvan 21i ünvanında 0.2 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.2 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 20.000 manat dəyərində; 27). Quba ray., Çartəpə kəndində 0.91 ha torpaq sahəsi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 8.000 manat dəyərində; 28). Quba ray., Alpan kəndində 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 158.7 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 30.000 manat dəyərində; 29). ünvan 22 ünvanında yerləşən ümumi sahəsi 64.9 kv.m olan 9 nömrəli mənzil (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********85-05101-093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 45.000 manat dəyərində; 30). Şəmkir ray., Yenihəyat kəndi., Şəmkir-Çinarlı yolunun şimal hissəsində 0.10775 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 168.3 kv.m olan əmlak kompleksi kimi müəssisə (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********06- 12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 22.000 manat dəyərində; 31). ünvan 23 ünvanında 0.044 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127.9 kv.m olan bağ evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********85-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 10.000 manat dəyərində; 32). ünvan 24 ünvanında yerləşən ümumi sahəsi 43.84 kv.m olan 18 nömrəli mənzil (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********29-05101-093025 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 28.000 manat dəyərində; 33). ünvan 25 ünvanında 0.25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 184.7 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********21-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 45.000 manat dəyərində; 34). ünvan 26 ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 140 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 35.000 manat dəyərində; 35). ünvan 27 ünvanında yerləşən ümumi sahəsi 52.1 kv.m olan 16 nömrəli mənzil (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********11-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 25.000 manat dəyərində; 36). ünvan 28 ünvanında yerləşən ümumi sahəsi 57.74 kv.m olan 38 nömrəli mənzil (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********03-05101-093032 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 80.000 manat dəyərində; 37). ünvan 29 ünvanında yerləşən ümumi sahəsi 64.84 kv.m olan 10 nömrəli mənzil (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********06-05101-093045 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 90.000 manat dəyərində; 38). ünvan 30i ünvanında 0.17 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 629 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********24-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 55.000 manat dəyərində; 39). ünvan 31 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 400.8 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 40.000 manat dəyərində; 40). ünvan 32 ünvanında yerləşən ümumi sahəsi 51.6 kv.m olan 3 nömrəli mənzil (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********34-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 30.000 manat dəyərində; 41). Beyləqan ray.,Qarallar kəndi., 0.20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 228.78 kv.m olan qeyri-yaşayış binası. (un dəyirmanı) (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********34-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 35.000 manat dəyərində; 42). Şirvan şəh., X5 küç., b 27V ünvanında yerləşən ümumi sahəsi 106.8 kv.m olan qeyri-yaşayış sahəsi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********48-05101-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 50.000 manat dəyərində; 43). Gəncə şəhəri, Kəpəz rayonu, A.İsgəndərov küçəsi., 3-cü döngə, 13 ünvanında 0.0446 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 96.6 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********38-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 50.000 manat dəyərində; 44). ünvan 35 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 134.9 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********01- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 45.000 manat dəyərində; 45). ünvan 36 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113.2 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********23-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 40.000 manat dəyərində; 46). Göygöl şəhəri, Mollacəlilli kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 15.000.00 manat dəyərində; 47). Ağcabədi rayonu, Qaravəlli kəndində 0.10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 116.3 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 20.000 manat dəyərində; 48). Goranboy rayonu, Sarovlu kəndi, 0.08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 171.3 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 40.000 manat dəyərində; 49). Samux rayonu, Əhmədbəyli kəndində 0.0142 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 68.2 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********24-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 20.000 manat dəyərində; 50). "xxxx" ASC-yə məxsus 46.399 ədəd sənədsiz adi adlı səhm – 650.000 manat dəyərində; 51). ünvan 37 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 235.4 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 60.000 manat dəyərində; 52). ünvan 38 ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 222.9 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********38-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 55.000 manat dəyərində; 53) Şirvan şəh., X6 küç., ev 76 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 250.2 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********52-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 50.000 manat dəyərində; 54). ünvan 40 ünvanında yerləşən ümumi sahəsi 79.55 kv.m olan 8 nömrəli mənzil (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********29-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 20.000 manat dəyərində; 55). ünvan 41 ünvanında 0.0584 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44.40 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********70- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 25.000 manat dəyərində; 56). ünvan 42 ünvanında 0.08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117 kv.m olan fərdi yaşayış evi (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********61- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 31.000 manat dəyərində; 57). ünvan 43 ünvanında 0.0090 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 56.40 kv.m olan fərdi yaşayış evinin (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış) – 30.000 manat dəyərində.
4. Razılaşmada qeyd edilir ki, Cavabdeh BOKT ASC tərəfindən razılaşma bağlanıldığı tarixdən sonra ödənilmiş 197.400 manat, həmçinin sözügedən əmlakların dəyəri (4.860.000 manat) BOKT-un Fond qarşısında olan öhdəliyinin Razılaşmanın 1-ci bəndində göstərilən 5.329.410 manat hissəsindən çıxıldıqdan sonra həmin məbləğ üzrə qalan borc, yəni 272.010 manat borc 3 (üç) ay ərzində ödəniləcəkdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məlumatlara (o cümlədən daşınmaz əmlaklara mülkiyyət hüququnu təsdiq edən çıxarışlar və qeydiyyat vəsiqəsinə) əsasən müəyyən olunur ki, yuxarıda qeyd olunan 56 adda daşınmaz əmlaklar "xxxx" ASC və "xxxx" ASC-nin mülkiyyətindədir və bəzi əmlaklar yüklülükdən azaddır və əksəriyyəti isə "xxxx" ASC və ya "xxxx" ASC-nin xeyrinə yüklüdür.
6. Milli Depozit Mərkəzinin depozitar haqqında məlumatına əsasən emitent "xxxx" ASC olmaqla qeydiyyat nömrəsi AZ********** olan (bir qiymətli kağızın nominal dəyəri 2 manatdır) buraxılmış qiymətli kağızların ümumi miqdarı 46.399, ədəd nizamnamə kapitalının miqdarı isə 92.798,20 manat təşkil edir, depo hesabından çıxarışdan isə müəyyən edilir ki, "xxxx" ASC-yə məxsus qiymətli kağızların sayı 41.887 ədəddir (öhdəliklər üzrə yüklənmiş 0 (yoxdur) ədəd).
7. Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli müqavilə və onun əlavələri üzrə öhdəliklərin 5 gün ərzində icra edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Əmanətlərin Sığortalanması Fondu Cavabdeh BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən hazırda Cavabdeh BOKT ASC-nin mülkiyyətində olan və fondun mülkiyyətinə verilməsi nəzərdə tutulan iddia ərizəsində qeyd edilmiş 56 daşınmaz əmlakın Əmanətlərin Sığortalanması Fondunun mülkiyyətinə keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3618/2016 saylı Qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti məcburi qaydada ləğv edilmiş və xx.xx.2016-cı il tarixindən Əmanətlərin Sığortalanması Fondu ləğvedici qismində təyin edilmişdir. Daha sonra müvafiq icra hakimiyyəti orqanının ərizəsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-3618/2016 saylı Qərardadı ilə Əmanətlərin Sığortalanması Fondunun ləğvedici qismində fəaliyyətinə xitam verilməklə ləğvedicinin səlahiyyətləri "xxxx" ASC-nin hüquqi varisi kimi yenidən təşkil edilən Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyətinə verilmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3618/2016 saylı qərarı ilə "xxxx" ASC hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilmişdir. Həmin qərara əsasən "xxxx" ASC-nin öhdəliklərinin və aktivlərinin yenidən təşkil olunan Bank Olmayan Kredit Təşkilatına köçürülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmişdir. Görülən tədbirlər nəticəsində Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyəti "xxxx" ASC-nin hüquqi varisi kimi fəaliyyət başlamışdır. Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin vətəndaşlar və digər şəxslər qarşısında olan öhdəlikləri tam ödənilmişdir. Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh BOKT ASC arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanaraq "xxxx" ASC-nin 43.000.000 manat həcmində olan kredit portfeli 4 il müddətində idarə edilməsi üçün Cavabdeh BOKT ASC-nin idarəetməsinə verilmişdir. Habelə, müqavilənin 3.4-cü bəndinə əsasən Cavabdeh BOKT ASC müqavilənin 3.1-ci bəndində göstərilən məbləğdə və qaydada tələbin tam həcmdə və vaxtında Fonda ödənilməsi üçün bütün aktivləri ilə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh BOKT ASC 2020-ci il tarixinədək müqavilə öhdəliyini tam həcmdə yerinə yetirməli idi. Lakin öhdəliklər tam icra edilmədiyi üçün xx.xx.2021-ci il tarixli “müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə” razılaşma bağlanmışdır. Razılaşmanın 1 saylı əlavəsinə əsasən Cavabdeh BOKT ASC özünə məxsus olan “passiv aktivləri” daşınmaz əmlakları öhdəliyin bir hissəsinin ödənilməsi üçün Fondun mülkiyyətinə verməli olduğu halda bu günə kimi razılaşmanın bu tələbini icra etməmişdir. Lakin fond tərəfindən keçirilmiş əlavə araşdırma nəticəsində razılaşmanın 1 saylı əlavəsi ilə müəyyən edilmiş bir sıra əmlaklar qeyri-qənaətbəxş hesab edilərək BOKTla müzakirə edilməklə mülkiyyətlərində olan digər əmlaklarla əvəz edilməsi razılaşdırılmışdır. Belə ki, Əmanətlərin Sığortalanması Fondu razılaşmanın 1 saylı əlavəsində göstərilən yuxarıdakı əmlakları öhdəliklərin təmin edilməsi üçün qənaətbəxş hesab edərək Fondun mülkiyyətinə keçirilməsinə razılıq vermişdir. Yuxarıda göstərilən əmlakların bir qismi Cavabdeh BOKT ASC-yə Fond tərəfindən idarə edilməsi üçün verilən kredit portfelinə daxil olan kreditlərin təminatı kimi ipoteka ilə yüklü edilməli və sonradan borc əvəzinə mülkiyyətə götürülmüş əmlaklar, digər hissəsi isə BOKT-un özünə məxsus olan daşınmaz əmlaklardır. xx.xx.2017-ci il tarixli müqavilənin tələbinə əsasən BOKT Fond qarşısında öz aktivləri ilə tam məsuliyyət daşıyır. Cavabdeh təşkilat Cavabdeh BOKT ASC-yə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq BOKT tərəfindən xx.xx.2017-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli Razılaşmanın tələbləri icra edilmir. Tərəflərindən göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna və mediasiya prosesinin keçirilməsinə dair təklif məktublarına da cavab verilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1629/2023 saylı qərardadı ilə iddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh BOKT ASCyə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1629/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC Əmanətlərin Sığortalanması Fondunun qarşısında olan 43.245.594 manat məbləğində öhdəliklərini həmin müqavilədə nəzərdə tutulan qaydada fonda ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında imzalanmış həmin müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən tərəflər 17 mart 2017-ci il tarixli müqavilə üzrə "xxxx" ASC-nin Əmanətlərin Sığortalanması Fondu qarşısında icra edilməmiş 23.300.208 manat öhdəliyinin mövcud olduğunu bəyan etmiş, ASC həmin öhdəliyin 5.329.410 manat hissəsinin icra edilməsi məqsədilə razılaşmanın tərkib hissəsi olan 1 nömrəli əlavə ilə müəyyən edilmiş aktivlərin (daşınmaz əmlak) hesabına müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilmiş qiymətləri ilə 2 ay ərzində təqdim etməyi, müəyyən edilmiş aktivlər bu bənddə müəyyən edilmiş öhdəliyin (5.329.410 manat) tam icra edilməsinə kifayət etmədikdə yaranmış kəsr məbləğini 2 ay müddətində nağd vəsait və ya digər aktivlər (daşınmaz əmlaklar) hesabına icra etməyi, müqavilə üzrə borc öhdəliyinin qalıq məbləğini 4 il ərzində mütəmadi şəkildə, lakin hər il dekabr ayının 15-dən gec olmayaraq, tam şəkildə Əmanətlərin Sığortalanması Fonduna ödənilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür.
13. Məhkəmə qeyd etmişdir ki, 17 mart 2017-ci il tarixli müqavilə və müqaviləyə əlavə və dəyişiklik edilməsi barəsində xx.xx.2021- ci il tarixli razılaşmada cavabdehin iddiaçı qarşısında olan borc öhdəliyinin müqabilində cavabdehə məxsus daşınmaz əmlakların iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulduğu halda həmin müqavilə və razılaşma notarial qaydada təsdiq edilməmişdir. Hazırkı halda iddia tələbinin əsaslandığı xx.xx.2017-ci il tarixli müqavilə daşınmaz əmlaka dair mülkiyyət hüququnun iddiaçıya verilməsi hissəsində həmin növ əqd üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilmədən bağlandığından, əqdin həmin hissələri etibarsızdır (əhəmiyyətsizdir).
14. Məhkəmə kollegiyası eyni müqavilənin cavabdehə məxsus "xxxx" ASC-nin səhmlərinin borc müqabilində iddiaçıya verilməsi hissəsinə münasibətdə isə qeyd etmişdir ki, birincisi, həmin hissədə müqavilənin predmeti olan sənədsiz adi adlı səhmlər rəsmi reyestrdə qeydiyyata alınan (hazırkı halda "xxxx" ASC-nin 46.399 ədəd adi səhmindən 41.887 ədədinin mülkiyyətçisinin dəyişdirilməsi barədə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlarda dəyişiklik edilməli, eləcə də səhmlərin yeni sahibi barədə məlumat Mərkəzi Depozitar tərəfindən qeydiyyata alınmalıdır) obyekt olduğundan həmin obyektin alqı-satqısı müqavilələrinə daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə bağlı tələblər, o cümlədən müqavilənin notarial qaydada bağlanmalı olması barədə tələb də şamil olunur.
15. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə razılaşmanın və 2 saylı əlavənin məzmunundan da göründüyü kimi tərəflər əlavədə göstərilən cavabdehə məxsus əmlakların məcmu şəklində, müqavilənin vahid predmeti kimi borc müqabilində iddiaçının mülkiyyətinə verilməsi barədə razılığa gəlmişlər. Belə ki, açıq-aşkardır ki, tərəflər borcun müqabilində iddiaçının mülkiyyətinə veriləcək əmlakların dairəsini, sayını, dəyərini müəyyənləşdirərkən bir-birinə qarşılıqlı güzəştlər etməklə hər iki tərəfin maraq və mənafelərini nəzərə almış və həmin maraq və mənafelər arasında balansı təmin etmişlər. Bu baxımdan müqavilənin daşınmaz əmlakların mülkiyyətə verilməsi hissəsi etibarsız olduğu halda müqavilənin səhmlərin iddiaçının mülkiyyətinə verilməsi hissəsinin birbaşa bağlı və asılı olduğu həmin hissədən ayrılmış şəkildə etibarlı şərt kimi qəbul edilməsi tərəflərin maraq və mənafeləri arasında balansın pozulmasına səbəb olmaqla yanaşı tərəflərin əqdi bağlayarkən ifadə etdikləri iradələrinin təhrif edilməsinə səbəb olacaqdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1629/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.4-cü maddəsinə görə isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Qanunvericilik normalarından göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, tərəflər arasında yazılı razılıq əldə edilmişdir eyni zamanda tərəflərin iradəsi ilə həmin daşınmaz əşyalarla bağlı ilkin satış qiyməti müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi dövründə cavabdeh tərəf özü də əmlaklar üzrə müəyyən edilmiş qiymətlərə dair etiraz bildirməmişlər. Bütün göstərilən hallar onu özündə ehtiva edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin icra edilməsi üçün məhkəmə cavabdeh tərəfin üzərinə daşınmaz əmlaklar üzrə mülkiyyətə dair hüquqların ƏSF-yə ötürülməsi öhdəliyinin qoyulması üçün qanunamüvafiq qərar qəbul etməli idi.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
19. Cavabdehin nümayəndələri Nümayəndə2 və X2 məhkəmə iclasında qarşı tərəfin apellyasiya şikayəti ilə razı olduqlarını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
20. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 144.1-ci maddə- daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 329.1-ci maddə- əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 394-cü maddə- bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 406.1-ci maddə- müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 650-ci maddə- rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 651-ci maddə- tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 372.1-ci maddə-apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddə-apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 386-cı maddə-maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1629/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin hallarından görünür ki, iddiaçının tələbi cavabdehlə bağlanmış 17 mart 2017-ci il tarixli müqavilə və 17 mart 2017-ci il tariхli müqaviləyə əlavə və dəyişiklik edilməsi barəsində xx.xx.2021- ci il tarixli razılaşmaya əsasən cavabdehin mülkiyyətində olan 56 daşınmaz əmlakın borc müqabilində onun mülkiyyətinə verilməsindən ibarətdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 17 mart 2017-ci il tariхli müqaviləyə əlavə və dəyişiklik edilməsi barəsində xx.xx.2021- ci il tarixli razılaşmada cavabdehin iddiaçı qarşısında olan borc öhdəliyinin müqabilində cavabdehə məxsus daşınmaz əmlakların iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulduğu halda həmin müqavilə və razılaşma notarial qaydada təsdiq edilmədiyindən qanunda (MM-nin 144.1, 329.1-ci maddəsi) nəzərdə tutulmuş forma tələbinə əməl edilmədən bağlandığına görə əhəmiyyətsiz əqd olduğu üçün apellyasiya şikayətinin təmin edilməsinə cavabdeh etiraz etməsə belə həmin əqdə əsaslanan iddia təmin edilə bilməz.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 1629/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1629/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.