Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-865/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Şirinovun sədrliyi və məruzəsi ilə, X11 və X19 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İlkin iddia üzrə iddiaçının və birləşdirilmiş iş üzrə 3-cü şəxsin nümayəndəsi X5, İlkin iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs və birləşdirilmiş iş üzrə iddiaçı X18 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1nə və "xxxx" MMCyə (X37, X26, X32, X38 və X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı “öhdəliklərin icra edilməsi” və birləşdirilmiş iş üzrə iddiaçı X37 Cavabdeh1 MTK-ya qarşı (QSC "xxxx" Kommersiya Bankı (Ləğv prosesindədir) və "xxxx" MMC müstəqil tələb irəli sürməyən 3-cü şəxslər olmaqla) qeyriyaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1181/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) və cavabdeh "xxxx" MMC-ə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları
1. QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014cü il tarixli müqavilənin surətinə əsasən:
2. Müqavilənin 1.3-cü bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Hom-Paş Prestij“ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tkintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli ofis 170 kv.m., “Kooperativ” “Payçı” ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini “payçı” isə həmin qeyri-yaşayış sahəsini qəbule tməyi öz öhdələrinə götürürlər.
3. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəf imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz üzərinə götürdükləri öhdəlikləri tam həcmdə yerinə yetirilənə qədər qüvvəsini saxlayır. 21. QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə MTK tərəfindən imza və möhür ilə, Bank tərəfindən yalnız X46 sədri S.Krimanın imzası ilə təsdiq edilmişdir.
4. xx.xx.2014-cü il tarixli maliyyə arayışının surətinə əsasən Bakı şəhəri, Xocalı pr, 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində,4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi (ofis) QSC "xxxx" KB0na məxsus olduğu vəbu 3 tərəfin razılı ilə yazılmış maliyyə arayışı Hikmət Yiğitdol, Sənan Novruzov, QSC "xxxx" KB-nin İdarə heyətinin sədri S.Kriman kreditlərdən qalan borc əvəzində verildiyi, Hikmət Yigitdol, Sənan Novruzovun "xxxx" KB-na heç bir borcu qalmadığını, bundan öncə bağlanan yaşayış və qeyriyaşayış sahələrinə aid bütün müqavilələr etibarsız hesab edildiyi, pay dəyəri olan 850000 manatın tam ödənildiyi və borcu olmadığı qeyd olunmuşdur.
5. xx.xx.2014-cü il tarixli qarşılıqlı razılaşma protokolunun surətinə əsasən "xxxx"a məxsus olan ofis 170 kv.m. 4-cü mərtəbədə yerləşən 23 nömrəli ofisin (hazır tikilinin) dəyəri 850000 manat və bir il müddətində Cavabdeh1 MTK tərəfindən 170 kv.m. olan ofis təmir edilib "xxxx"a təhvil veriləcəyi, "xxxx" A2 blokunda 21/22/24 və 30 nömrəli mənzillərin X1 etiraz etmədiyi və daha əvvəl banka girov kimi verilən bütün müqavilələr, mənzillər yaşayış və qeyri-yaşayış sahələrinin etibarsız hesab edildiyi və 170 kv.m. ofis əvəzində Hikmet Yigitdolun bankda olan və eləcə də Sənan Novruzon qalan kredit borclarının tam bağlanılmış hesab edilməsi razılaşdırılmışdır.
6. Cavabdeh1 MTK ilə X37 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 014 saylı müqaviləyə (əsli iş materiallarında mövcüddur) əsasən:
7. Müqavilənin 1.1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən “Hom-Paş Prestij“ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tkintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli ofis 170 kv.m., “Kooperativ” “Payçı” ya (ofisin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini “payçı” isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.
8. xx.xx.2014-cü il tarixli maliyyə arayışına (əsli iş materiallarında mövcüddür) əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın Al , A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 m2 sahəsi olan qeyri-yaşayış obyekti X22 850 000 AZN satıldığı, ümumi məbləğin 731 000 AZN-i daha öncədən 3 dəfəyə ödəndiyi, (561 000 AZN + 100 000 AZN + 70 000 AZN) lakin yerdə qalan hissə 170 m2 sahəli ofis X22 təhvil verildiyində), yəni 119 000 AZN "Standart Bank” -a ödəniş ediləcəkəyi (sözügedən obyekt banka məxsus olduğuna görə). Bu protokol hər üç tərəfin razılığı ilə xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən bağlandığı, həmçinin "xxxx"-a məxsus olan ofis 170 kv m 4-cü mərtəbədə yerləşən 23 nömrəli ofisin (hazır tikilinin) dəyəri 850.000 azn olan və bir il muddətində Cavabdeh1 MTK tərəfindən 170 kv. m olan ofis tam tamir edilib "Standart Banka"-a tehvil veriləcəyi və "Standart Bank” ASC yerdə qalan vəsaitin qarşılığında obyekti 1 il ərzində X22 təhvil verməyi öhdəsinə götürdüyü, o cümlədən Hikmət Yiğitdölə məxsus ********** şifrəli kredit hesabı və eləcədə də Senan Novruzova məxsus ********** şifrəli kredit hesabı ödəniş tamamlandığında bağlanmış hesab ediləcəyi qeyd olunmuşdur. Arayış MTK-nın möhür və imzası ilə, X46 imzası ilə və Əliyev Musanın imzası ilə təsdiq edilmişdir.
9. “X56” MTK-nın xx.xx.2014-cü il tarixli Ümumi yığıncağının protokolundan çıxarışdan (əsli) görünür ki, kooperativin üzvləri yekdilliklə X18 “X56” MTK-ya üzv və payçı kimi qəbul olunmasına razılıq veriblər.
10. Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən:
11. Müqavilənin 1-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005ci il tarixli Sərəncamına əsasən Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Yığıtdöl Hikmət Bakı ş., Xocalı pr., 32 ünvanında inşa etdiyi 21 mərtəbəli A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı pr., 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X43 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinn tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin auditinin başa çatdığı tarixdə auditlə müəyyən olunacaq debitor və kreditor borclarının Yiğitdöl Hikmətin şəriki Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi X23 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir.
12. Müqvilənin 2-ci bəndinə əsasən müxtəlif vaxtlarda tərtib olunmuş müqavilələrə əsasən Cavabdeh1 MTK-nın təsisçisi və qanuni təmsilçisi X7 rəsmi şəriki Cavabdeh2 MM-nin təsisçisi və qanuni təmsilçisi X43 aşağıda qeyd olunan öhdəliklərin icrasını öz üzərinə götürür:
13. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh1 MTK-nın təsisçisi və qanuni təmsilçi X13 tərəfindən ayrı-ayrı şəxslərə təkrar satılmış və Audit rəyində öz əksini tapacaq həcmlərdə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi öhdəliyinin Cavabdeh2 MMC-yə keçməsini və həmin Cəmiyyət tərəfindən vurulmuş ziyanın ödənilməsi prosessinin qısa müddətdə icra edilməsini,
14. Müqavilənin 3.2-ci bəndinə əsasən Cavabdeh1 MTK-nın X27 və Cavabdeh2 MMC-yə qarşı qaldırdığı bütün məhkəmə iddialarından və müxtəlif orqanlara şikayətlərindən imtina etməyi, Cavabdeh1 MTK-nın Cavabdeh2 MMC-yə qarşı hər hansı iddiasının olmayacağını,
15. Müqavilənin 3.3-cü bəndinə əsasən “X56” MTK audit keçirildikdən sonra ortaya çıxacaq istənilən mübahisəli məsələni, o cümlədən təkrar alqı-satqı müqavilələrində nəzərdə tutulmuş digər şəxslər qarşısında öhdəliklərə görə özünün məsuliyyət daşımağını Müqavilənin 3.5-ci bəndinə əsasən Cavabdeh1 MTK Bakı ŞİH-nin 443 saylı 2015-ci il oktyabr tarixli sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihələndirilmiş 3 bloklu yaşayış kompleksini və altındakı torpaq sahələrinin Cavabdeh2 MMC-yə məxsus olmasını, Hikmət Yiğitdol tərəfindən tikilmiş A1 blokunda, eləcə də A1, A2 blokları arasında olan 6 mərtəbəli (2mərtəbəsi zirzəmi olmaqla) qeyri-yaşayış sahəsindən yaranmış bütün problemlərin Cavabdeh2 MMC tərəfində həll edilməsini qəbul edir.
16. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-78/2020 saylı hökmünə əsasən X34 AR CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313- cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və müvafiq maddələrə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı QSC "xxxx" Kommersiya Bankı (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB və Cavabdeh1 MTK tərəfindən 14 may 2014-cü il tarixli müqavilüəzrə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulmasınıvə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 MTK-dan iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. “İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB-nin İdarə Heyətinin sədri S.Kriman və Cavabdeh1 MTK-nın sədri H.S.Yigitdöl tərəfindən 14 may 2014-cü il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli,170 kv.m. ofisin QSC "xxxx" KB-yə verməyi, QSC "xxxx" KB isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. 14 may 2014-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli,170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini “Payçı”ya təhvil verməyi öhdəsinə götürür.
19. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, QSC "xxxx" KB və Cavabdeh1 MTK tərəfindən 14 may 2014-cü il tarixli müqavilə üzrə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-nin üzərinə qoyulmasını və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X18 ləğv prosesində olan QSC "xxxx" KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı qeyri-yaşayış obyektinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-8766/2024 saylı mülki iş Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1181/2025 saylı kommersiya işinə bir icraatda birləşdirilməsi üçün göndərilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-8766/2024 saylı mülki işi üzrə iddiaçı X37 tərəfindən Elektron Məhkəmə Sisteminə sübut qismində xx.xx.2018-ci il tarixli müqavilə əlavə edilmişdir. Belə ki, AR Auditorlar Palatasının auditoru A.A.Əliyev, Cavabdeh1 MTK-nın sədri Hikmet Yigitdöl və Cavabdeh2 MMCnin direktoru Q.T.Əliyev arasında Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri yaşayış sahələrində yaranmış bütün problemlərin Cavabdeh2 MMC tərəfindən həll edilməsinə dair xx.xx.2018-ci il tarixli müqavilə imzalanmışdır. İddia tələblərinin obyekti - Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyriyaşayış sahəsidir. Göründüyü kimi iddia tələbinin obyekti olan əmlak xx.xx.2018-ci il tarixli müqavilənin təsir dairəsində daxil olur. Odur ki, Cavabdeh2 MMC-nin e-2- 2(113)-1181/2025 saylı kommersiya işi üzrə cavabdeh qismində cəlb edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır.
21. Birləşdirilmiş iş üzrə iddiaçı X37 Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamı əsasında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A1, A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli, ümumi sahəsi 170 kv.m olan qeyri-yaşayış obyektinin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Birləşdirilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK-nın direktoru Hikmət Yigitdöl arasında qeyri-yaşayış obyektinin alqı-satqısına dair xx.xx.2014- cü il tarixli 014 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamı əsasında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A1, A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli, 170 kv.m sahəsi olan qeyri-yaşayış obyekti ümumi dəyəri 850.000 manat dəyərləndirilərək tərəfindən həmin qeyri-yaşayış obyektinə hissə-hissə ümumi məbləğin 731.000 manatını öncədən ödəyərək (561.000+100.000+70.000 AZN), yerdə qalan 119.000 AZN pulu MTK-ya ödəməli idi. Həmin protokol 3 tərəfin razılığı ilə olmuşdur. Lakin həmin vaxt 119.000 AZN-i ödəyə bilmədiyi üçün və sonradan "xxxx" ASC ləğv edildiyi üçün həmin pulu ödəyə bilməmişdir. Hazırda qalıq olan 119.0 AZN pulu MTK-ya ödəməyə hazırdır, bu barədə dəfələrlə MTK-ya müraciətlər etsə də, lakin müsbət nəticə əldə edə bilməmişdir. Aralarındakı xx.xx.2014-cü il tarixli müqavilənin 2.1-ci maddəsinin "xxxx" bəndinin tələbinə əsasən MTK müqavilə şərtinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın A1, A2 blokunun orta hissəsində, 4-cü mərtbəsində, 23 nömrəli, 170 kv.m sahəsi olan qeyri-yaşayış obyektini payçıya, yəni alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrə və verilmiş maliyyə arayışlarına əsasən tərəfindən sözügedən qeyri-yaşayış obyektinin dəyərinin 731.0 manat hissəsinin ödənilməsinə, 119.000 manatı MTK-ya ödəməyə cəhd etsə də, yaşayış binasının tikintisinin başa çatdırılmasına baxmayaraq heç bir əsaslı səbəb göstərilmədən sözügedən qeyri-yaşayış obyektini balhazıradək ona təhvil verilmək İstəmir. Halbuki, dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh qeyri-yaşayış obyektinə daxil olmağına maneə yaratmış və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur, hal-hazırda da pozulmaqda davam edir. Çarəsiz qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəfindən həmin qeyriyaşayış obyektinin ona təhvil verilməsi, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə cavabdehə müvafiq peretenziya məktubu da ünvanlamışdır. Ünvanlamış olduğu xx.xx.2024-cü il tarixli peretenziya məktubu cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə götürülmüş, lakin bu günə kimi heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi tamamilə qanuni və əsaslıdır, iddia tələbinin məhkəmə qaydasında təmin olunmalı və göstərilən qeyri-yaşayış obyektinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmalıdır.
23. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-8766/2024 saylı qərardadı ilə iddiaçı X18 Cavabdeh1 MTKya qarşı (QSC "xxxx" KB-nin (ləğv prosesindədir) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimsində cəlb olunduğu) qeyri-yaşayış obyektinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməi tələbinə dair 2(011)-8766/2024 nömrəli mülki iş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı QSC "xxxx" KB (ləğv prosesindədir) Cavabdeh1 MTK-ya qarşı öhdəliklərin icra edilməsi tələbinə dair e-2-2(113)-8995/2024 saylı kommersiya mübahisəsi üzrə işlə ir icraatda birləşdirilməsi qərara alınmışdır.
24. İlkin iddiaçının birləşdirilmiş iddia ərizəsinə dair mülahizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X18 ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı və iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X6 işi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı birləşdirilmiş işlər hazırda icraatdadır. Hikmət Yiğitdöl ilə QSC "xxxx" KB arasında xx.xx.2008-ci il tarixli, ********** saylı təminatsız kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən 6 ay müddətinə illik 22% dərəcəsi ilə 591.000 manat məbləğində kredit verilmişdir. X25 BƏS-də xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə 212.946,12 manat məbləğində kredit borcu mövcuddur. X44 oğlu ilə QSC "xxxx" KB arasında xx.xx.2005ci il tarixli, ********** saylı təminatlı kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən 12 ay müddətinə illik 20%dərəcəsi ilə 2.300.000.000 köhnə Azərbaycan manatı ilə kredit verilmişdir. X45 Sistemi üzrə verilən kreditin məbləği 470.000 manat kimi qeyd edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2008- ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbləri qismən təmin edilmiş, X44 oğlundan və "xxxx" MTK-dan müştərək qaydada 470.000 manat əsas, 107.133,82 manat faiz, cəmi 577.133,82 manat borcun tutulması qət edilmişdir. xx.xx.2014-cü il tarixli maliyyə arayışında Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, “267” saylı sərəncamı əsasında cavabdeh tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m olan 3 otaqlı 21 saylı mənzillərin QSC "xxxx" KB-yə Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin borcunun əvəzində girov qoyulduğunu, iddiaçı X37, “X56” MTK və "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli razılaşma protokolu imzalandığını, həmin protokola əsasən əvvəlcədən QSC "xxxx" KB-yə məxsus olan A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillərin əvəzində Cavabdeh1 MTK tərəfindən QSC "xxxx" KByə həmin binanın 4cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis verildiyini və QSC "xxxx" KB-nin isə həmin mübahisəli (21, 22 və 24 saylı mənzil) mənzillərin X1 etiraz etmədiyini bildirmişdir. xx.xx.2014-cü il tarixli maliyyə arayışında QSC "xxxx" KB-yə məxsus olan ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis verildiyini əvəzində Hikmət Yiğitdöl ilə QSC "xxxx" KB arasında xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə həmçinin X44 oğlu ilə QSC "xxxx" KB arasında xx.xx.2005-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə borcu ilə əvəzləşdiriləcəyi qeyd edilmişdir İddiaçı X18 cavabdeh "xxxx" MTK-ya qarşı iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xocalı prospekti 32 ünvanında, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, “267” saylı sərəncamı əsasında cavabdeh tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m olan 3 otaqlı 21 saylı mənzillərin ona təhvil verilməsini tələb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4393/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində Cavabdeh1 MTK-nın rəhbəri Hikmet Yiğitdöl tərəfindən aşağıdakı məzmunda ifadə verilməsi qeyd edilmişdir ( apellyasiya şikayəti də həmin məzmunda tərtib edilmişdir) Belə ki, 21, 22 və 24 saylı mənzillərin iddiaçıdan ( X37) əvvəl QSC "xxxx" KB-yə Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin borcunun əvəzində girov qoyulduğunu, iddiaçı X37, “X56” MTK və QSC "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli razılaşma protokolu imzalandığını, həmin protokola əsasən əvvəlcədən QSC "xxxx" KB-nin xeyrinə girov qoyulmuş A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillərin əvəzində Cavabdeh1 MTK tərəfindən QSC "xxxx" KB-yə həmin binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis verildiyini və QSC "xxxx" KB isə həmin mübahisəli (21, 22 və 24 saylı mənzil) mənzillərin X1 etiraz etmədiyini bildirmişdir. Eyni zamanda Cavabdeh1 MTK ilə iddiaçı X37 arasında bağlanmış şifahi razılaşmaya əsasən iddiaçı X4 21, 22 və 24 saylı mənzillər Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin QSC "xxxx" KB-yə olan borcu MərkəzləşdirilmişKredit Reyestrindən (MKR) silindikdən sonra təhvil veriləcək, QSC "xxxx" KB isə Hikmət Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin QSC "xxxx" KB-yə olan borcunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin ancaq onlara borc əvəzi verilmiş ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofisin mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış aldıqdan sonra balansa keçirəcək və bundan sonra Sənan və Hikmət adlı şəxslərin borcunu MKR-dən silinəcəkdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, mübahisələndirilən qeyri-yaşayış sahəsinin Banka məxsus olması Cavabdeh1 MTK-nın rəhbəri Hikmet Yiğitdöl tərəfindən birbaşa etiraf edilir. Məhkəməyə təqdim edilmiş sübutlardan mübahisələndirilən əmlakla bağlı müqavilənin ilkin olaraq Bankla bağlanması məlumdur. xx.xx.2014-cü il tarixli razılaşmadan sonra bağlanmış müqavilənin mötəbərliyi ilə bağlı əsaslı şübhələr mövcuddur. Həmin müqavilə Bankın razılığı olmadan tərəflərin öz arasında tərtib edilmişdir. Belə ki, borc əvəzində banka təhvil verilməli olan ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofisin hansı səbəbdən bankın razılığı olmadan X3 qeyri-müəyyən olaraq qalır. Cavabdeh1 MTKnın rəhbəri Hikmet Yiğitdöl məhkəmə iclasında X37 tərəfindən qeyri-yaşayış sahəsinin alınması üçün ödənilmiş pul məbləğinin, borclarının qarşılığında Banka köçürüldüyünü iddia etsə də, həmin məbləğ banka köçürülməmişdir. Bütün bunları nəzərə alaraq, tərəflərindən verilmiş iddianı təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
25. . Cavabdeh1 MKT-nın nümayəndəsi məhkəməyə yazılı mülahizə təqdim edərək bildirmişdir ki, hər iki iddia predmeti Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32- də inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A1 A2 bloklarının orta hissəsində olan 4-cü mərtəbədə yerləşən, sahəsi 170 kv.m olan 23 saylı qeyri-yaşayış obyektidir. Bununla bağlı aşağıdakıları bildirmək istəyir: 1 .Cavabdeh1 MTK (VÖEN: **********) xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X8r. Respublika Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin X17 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış və ona X17 Dövlət Reyestrindən xx.xx.2012-ci il tarixli **********857400 saylı çıxarış sənədi verilmişdir. Həmin çıxarış sənədinə əsasən Cavabdeh1 MTK-nın qanuni təmsilçisi X14, təsisçiləri isə X49, X48, X16, X28 və X9r. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə "HOM-PAŞ Prestij” MTK-ya Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181- ci məhəllədə, Xocalı prospekti 32 ünvanında 0,73 ha torpaq sahəsi, həmin ünvanda 5 bloklu hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmış, həmin tikintinin aparılması üçün eskiz layihə işləri görülmüşdür. Öz vəsaitimiz hesabına və "xxxx" Kommersiya Bankından götürülmüş kredit hesabına həmin ünvanda yerləşən 0,73 ha torpaq sahəsinin 0,2316 ha hissəsində 18 mərtəbəli A1 A2 bloklarını və A1 A2 bloklarının arasında 6 mərtəbə (2 mərtəbəsi zirzəmi olmaqla) hər iki binanı tikib başa çatdırdıq. Sözdə Maliyyə çatışmaması səbəbindən 0,73 ha torpaq sahəsinin geridə qalan 0,4984 ha hissəsində əlavə olaraq 3 bloklu hündürmərtəbəli yaşayış binasını inşa edib başa çatması üçün əlavə vəsait lazım olduğu üçün X29 Notarial qaydada özümə 20%-ə şərik etdim. Bu barədə MTK-nın Nizamnaməsində Vergilər Departamentinin sənədləşdiriliməsi səbəbindən X43 payçı kimi göstərilməyib (2013-cü il). 0,4984 ha torpaq sahəsində 3 bloklu hündürmərtəbəli yaşayış binasının tikintisinin aparılması, lazımi sənədlərin toplanması, eləcə də eskiz layihəsində bəzi dəyişikliklərin aparılması üçün ilk olaraq 19 oktyabr 2013-cü il tarixində xx.xx.2014-cü il tarixinə kimi işlərin aparılmasına kömək məqsədi ilə etibarnamə verdim. Ailə vəziyyətim ilə əlaqədar olaraq uzun müddət Türkiyə Respublikasına getməli olduğum üçün 04 sentyabr 2014-cü ildə X27 yenidən həmin işləri davam etdirməsi üçün uzun müddətə etibarnamə verdim. Mən bir müddət Türkiyə Cümhuriyyətində qaldığım dövrdə Cavabdeh1 MTK-nın təmsilçilərinin hesabına tikintisi tamamlanmış 2 bloklu hündürmərtəbəli yaşayış binasının A1 A2 və eləcə də onun orta hissəsində tikilmiş 6 mərtəbə (-2 mərtəbəsi qaraj) olan qeyriyaşayış obyektlərindən və mənzillərdən mənzilin və obyektlərin müəyyən hissəsində aparılmış satışdan və ödəniləcək məbləğdən X43 istifadə edərək inşasına başladığımız yeni tikiləcək 3 bloklu hündürmərtəbəli yaşayış binasının layihə işlərini və texniki işlərini aparmış, sonradan mənim Azərbaycanda olmamağımdan istifadə edib Cavabdeh1 MTK-nın “xüsusi” balansında mənim imzamı saxtalaşdıraraq guya ki, 0,4984 ha torpaq sahəsini "xxxx" MTK-nın adına keçirilməsi barədə razılıq vermişəm. Cavabdeh2 MMC xx.xx.2000-ci ildə dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən xx.xx.2004-cü il tarixli ********* saylı şəhadətnamə (VÖEN) verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin tərəfindən qeydiyyata alınmış və ona X17 Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli **********25700 saylı çıxarış sənədi verilmiş və təsisiçisi X30r. Azərbaycana qayıtdıqda bilmişəm ki, tikintisini başa çatdırdığım A1, A2 blokunun bir neçə mənzilləri tərəfimdən satılmasına baxmayaraq Cavabdeh2 MMCnin qanuni təmsilçisi X43 bəzi mənzilləri təkrar satmaqla MTK-ya üzv olan payçılar arasında narazılıqlar yaratmış, həmin payçıların da bir neçəsi artıq dövlət orqanlarına müraciətlər edibdir. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hər ikimizə qarşı açılmış cinayət işi uzun müddət davam etmiş, istintaq dövründə bütün anlaşılmamazlıqlara aydınlıq gətirilmiş, mənim etibarımdan sui-istifadə edərək Cavabdeh2 MMC-nin balansına ayrılmış xx.xx.2015-ci il tarixli 443 saylı Sərəncama əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanda onun təsisçisi və qanuni təmsilçisi kimi tanınan (məhkəmədə barışıq sazişi imzalandı) X43 tərəfindən tikilməkdə olan C, D bloklarındakı sahələrə təkrar satış edilmiş vətəndaşların ora Cavabdeh2 MMC tərəfindən yerləşdirilməsi və yeni tikdiyi binada həmin vətəndaşları sənədlə təmin etmək öhdəliyi qəbul etmişdir. Həmin razılaşma xx.xx.2018-ci il tarixli müqavilədə və eləcə də 21 fevral 2019-cu il tarixli Auditor rəyində öz əksini tapmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmündə də göstərilmişdir. xx.xx.2018-ci il tarixli müqavilə, 21 fevral 2019-cu il tarixli Auditor rəyi və eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü Sizin icraatınızda olan iş materiallarında təqdim edilib. “HOM-PAŞ Prestij" MTK ilə onun təsisçiləri arasında 02 iyul 2007-ci il tarixində “Birgə fəaliyyətin göstərilməsi haqqında” müqaviləyə əsasən "xxxx" MTK-nın direktoru Asif Abbasov bizə ayrılmış 0,73 ha torpaq sahəsində 5 bloklu hündürmərtəbəli yaşayış binasının tikintisi üçün, təsisçisi olduğu “ABES” kəndli fermer təsərrüfatı təsisçilərinin ümumi yığıncağının 25 may 2007-ci il tarixli protokoluna əsasən “ABES” kəndli fermer təsərrüfatının xüsusi mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 20 ha, və mənim adımda olan 2 torpaq sahəsini ( 2.22 ha və 2.23 ha) QSC "xxxx" KB ilə "xxxx" MTK arasında imzalanmış 29 may 2007-ci il tarixli ********** saylı kredit müqaviləsini təmin etmək məqsədi ilə xx.xx.2007-ci il tarixində bağlanmış ********** saylı İpoteka müqaviləsi bağlanmışdır. Bizim MTK həmin bankla işlədiyinə görə 2008-ci il tarixində də mənə kredit xətti açaraq 591.000 AZN ( beş yüz doxsan min manat) vəsaiti kreditlə vermişdir və həmin krediti tam ödəyərək borcumu bağlamışam. X42 bağladığı kredit müqaviləsini vaxtında ödəyə bilmədiyinə görə Cavabdeh1 MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən və qeyriyaşayış obyektlərindən banka girov kimi qoyub 20 ha torpaq sahəsini girovdan azad etmək məqsədilə xx.xx.2009-cu il tarixində şəxsən mən bir neçə mənzillərin müqaviləsini bankın direktoru olan Krimana təklif etdim. Və bir müddət sonra yerdə qalan müqavilələrin nəğd şəkildə pulunu ödəyərək , həmin müqavilələri Krimandan geri almışam. Cavabdeh1 MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A1 A2 bloklarının orta hissəsində yerləşən 4-cü mərtəbədə sahəsi 170 kv.m olan qeyri-yaşayış obyekti mənim tərəfimdən vətəndaş X2. Bu barədə xx.xx.2014-cü il tarixli 014 saylı alqı-satqı müqaviləsi də imzalanmışdır. Həmin qeyri yaşayış obyekti tərəfimdən başqa adama satılmamış, lakin hal-hazırda həmin obyektə başqa bir vətəndaş sənədsiz daxil olaraq oradan istifadə etdiyinə görə həmin obyekti mən alıcı X22 təhvil verə bilmirəm. Sənan Novruzovun QSC "xxxx" KB ilə bağlamış olduğu kredit müqaviləsi təminatlıdır, sadəcə olaraq onu bildirmək istəyirəm ki, həmin dövrdə mən QSC “Bank Standart’ KB-nin işçilərini tanıdığıma görə onlardan Sənan Novruzova kredit verilməsini xahiş etmişdim. Hal-hazırda ona zamin durmağım barəsində Zaminlik müqaviləsinə imza atmağım yadımda deyil. Həmçinin bildirmək istəyirəm ki, X44 oğlunun krediti QSC "xxxx" KB na ödəmədiyinə görə bu barədə Bakı şəhəri Xətai Rayon Məkəməsinin 07 iyul 2008 ci il tarixli iş № 2 ( 011) 1117 /08 saylı qətnaməsi ilə bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri , Səbail rayonu , Badamdar qəsəbəsi, 2-ci massiv küçəsindəki , 4 otaqlı, 128,1 kvm yaşayış sahəsi, 201.6 kvm ümumi sahəsi olan 176 saylı fərdi yaşayış evinə yönəldilmişdir. Banka Cavabdeh1 MTK-nın 119.000 AZN (bir yüz on doqquz min manat) ödəniş olunmağını qəbul edirəm, (lakin 731 000 AZN olan vəsaiti Krimana nağd şəkildə tam ödəmişəm) qalan iddialarda göstərilən xüsusatları rədd edir.
26. Cavabdeh2 MMC-nin vəkili xx.xx.2025-ci il tarixində iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraicət edərək X37 və QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin əsassız olduğunu və iddia tələbinin məhkəməyə verilməsi üçün nəzərdə tutulmuş 6 illik iddia müddətinin ötürüldüyünü nəzərə alaraq Sizdən iddia müddətinin tətbiq edilməsi və iddia tələblərinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Ərizə onunla əsaslandırılmışdır ki, İddia müddətinin tətbiq edilməsinə dair İddiaçı X18 ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" MTK-ya qarşı və iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X6 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-yə qarşı birləşdirilmiş işlər hazırda icraatınızdadır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1181/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 olmaqla) qarşı “öhdəliklərin icra edilməsi” və birləşdirilmiş iş üzrə iddiaçı X37 cavabdeh "xxxx" MTK-ya qarşı (QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla) qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair e-2-2(113)-1181/2025 saylı kommersiya mübahisəsi üzrə birləşdirilmiş iş üzrə iddiaçı X18 Cavabdeh1 MTK-ya qarşı (QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla) qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iş üzrə "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyənüçüncü şəxs qismində cəlb edilmişdir. Qeyd edim ki, iddiaçılar X37 və QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli müqavilələrə istinad edərək Cəmiyyətdən onlara qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb edirlər. Qeyd edim ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələblərinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi iddiaçılar tərəfindən hazırda qaldırılmış iddia tələbi qanunla müəyyən edilmiş iddia müddətlərinin ötürülməsi ilə məhkəməyə təqdim edilmişdir. Tərəfimizdən bir müddət əvvəl eyni tipli ərizə məhkəmə sisteminə yerləşdirilmişdir. Lakin məhkəmə tərəfindən bizə haqlı olaraq bildirilmişdir ki, həmin müddətdə biz Əliyev Musa tərəfindən qaldırılmış iddia tələbi üzrə tərəf deyilir. Hazırda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından sonra təkrar məhkəməyə eyni tipli ərizə ilə müraciət edirik. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
28. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1181/2025 nömrəli qətnaməsi ilkin iddia üzrə iddiaçı QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə ilkin iddia ərizəsinin rədd edilməsi,ilkin iddia verilən zaman ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə aid edilməsi,birləşdirilmiş/qarşılıqlı iddia ərizəsinin təmin edilməsi,Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının A1, A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh1 MTK tərəfindən iddiaçı X22 təhvil veriməsi,iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 MTK-dan tutulaaq iddiaçı X22 ödənilməsi qət edilmişdir.
29. İddiaçı QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1181/2025 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi və birləşdirilmiş iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etməyinizi xahiş etmişdir.
30. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1181/2025 saylı, xx.xx.2025-ciil tarixli qətnaməsinin, “birləşdirilmiş qarşılıqlı iddiatələbinin təmin olunması və Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətairayonu, Xocalı prospekti 32 ünvanındainşaedilmiş yüksək mərtəbəli yaşayış binasınınA1, A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyriyaşayış sahəsi Cavabdeh1 MTKtərəfindən iddiaçı X22 təhvil verilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1MTK-dan tutularaq iddiaçı X22 ödənilsin” hissəsində ləğv olunması.” Və Birləşdirilmiş iş üzrə iddiaçı X18 Cavabdeh1 MTK-ya qarşı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci iltarixli, 267 saylısərəncamı əsasında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A1, A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli, ümumi sahəsi 170 kv.m olan qeyri-yaşayış obyektinin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinin rədd olunmasına dair yeni qətnəmə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) İddiaçı QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) apellyasiya şikayətinin dəlilləri
31. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Hikmət Yiğitdöl ilə QSC "xxxx" KB arasında xx.xx.2008-ci il tarixli, ********** saylı təminatsız kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən 6 ay müddətinə illik 22% dərəcəsi ilə 591.000 manat məbləğində kredit verilmişdir. X25 BƏS-də xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə 212.946,12 manat məbləğində kredit borcu mövcuddur. X44 oğluilə QSC "xxxx" KB arasında xx.xx.2005-ci il tarixli, ********** saylıtəminatlı kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən 12 ay müddətinə illik 20% dərəcəsi ilə 2.300.000.000 köhnə Azərbaycan manatı ilə kredit verilmişdir. X45 Sistemi üzrə verilən kreditin məbləği 470.000 manat kimi qeyd edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbləri qismən təmin edilmiş, X44 oğlundan və Cavabdeh1 MTK-dan müştərək qaydada 470.000 manat əsas, 107.133,82 manat faiz,cəmi 577.133,82 manat borcun tutulması qət edilmişdir. xx.xx.2014-cü il tarixli maliyyə arayışında Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, “267” saylı sərəncamı əsasında cavabdeh tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m olan 3 otaqlı 21 saylı mənzillərin QSC "xxxx" KB-yə Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin borcunun əvəzində girov qoyulduğunu, iddiaçı X37, “X56” MTK və QSC "xxxx" KB arasında xx.xx.2014-cü il tarixli razılaşma protokolu imzalandığını, həmin protokola əsasən əvvəlcədən QSC "xxxx" KB-yə məxsus olan A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillərin əvəzində Cavabdeh1 MTK tərəfindən QSC "xxxx" KB-yə həmin binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis verildiyini və QSC "xxxx" KB-nin isə həmin mübahisəli (21, 22 və 24 saylı mənzil) mənzillərin X1 etiraz etmədiyini bildirmişdir. xx.xx.2014-cü il tarixli maliyyə arayışında QSC "xxxx" KB-yə məxsus olan ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis verildiyini əvəzində Hikmət Yiğitdöl ilə QSC "xxxx" KB arasında xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə həmçinin X44 oğluilə QSC "xxxx" KB arasında xx.xx.2005-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə borcu ilə əvəzləşdiriləcəyi qeyd edilmişdir. İddiaçı X18 Cavabdeh1 MTK-ya qarşı iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xocalı prospekti 32 ünvanında, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, “267” saylı sərəncamı əsasında cavabdeh tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m olan 3 otaqlı 21 saylı mənzillərin ona ödənilməsi haqqında məlumat təhvil verilməsini tələb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. BakıApellyasiya Məhkəməsinin 2(103)- 4393/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində Cavabdeh1 MTK-nın rəhbəri Hikmet Yiğitdöl tərəfindən aşağıdakı məzmunda ifadə verilməsi qeyd edilmişdir. Belə ki, 21, 22 və 24 saylı mənzillərin iddiaçıdan ( X37) əvvəl QSC "xxxx" KB-yə Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin borcunun əvəzində girov qoyulduğunu, iddiaçı X37, “X56” MTK və QSC "xxxx" KB arasında xx.xx.2014-cü il tarixli razılaşma protokolu imzalandığını, həmin protokola əsasən əvvəlcədən QSC "xxxx" KBnin xeyrinə girov qoyulmuş A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillərin əvəzində Cavabdeh1 MTK tərəfindən QSC "xxxx" KB-yə həmin binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis verildiyini və QSC "xxxx" KB isə həmin mübahisəli (21, 22 və 24 saylı mənzil) mənzillərin X1 etiraz etmədiyini bildirmişdir. Eyni zamanda Cavabdeh1 MTK ilə iddiaçı X37 arasında bağlanmış şifahi razılaşmaya əsasən iddiaçı X4 21, 22 və 24 saylı mənzillər Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin QSC "xxxx" KB-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) silindikdən sonra təhvil veriləcək, QSC "xxxx" KB isə Hikmət Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin QSC "xxxx" KB-yə olan borcunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin ancaq onlara borc əvəzi verilmiş ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofisin mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış aldıqdan sonra balansa keçirəcək və bundan sonra Sənan və Hikmət adlı şəxslərin borcunu MKR-dən silinəcəkdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, mübahisələndirilən qeyri-yaşayış sahəsinin Banka məxsus olması Cavabdeh1 MTK-nın rəhbəri Hikmet Yiğitdöl tərəfindən birbaşa etiraf edilir. Məhkəməyə təqdim edilmiş sübutlardan mübahisələndirilən əmlakla bağlı müqavilənin ilkin olaraq Bankla bağlanması məlumdur. xx.xx.2014-cü il tarixli razılaşmadan sonra bağlanmış müqavilənin mötəbərliyi ilə bağlı əsaslı şübhələr mövcuddur. Həmin müqavilə Bankın razılığı olmadan tərəflərin öz arasında tərtib edilmişdir.Belə ki, Bank Standard KB, Hom-Paş Prestij və X37 arasında müqaviləni mötəbər hesab etsək belə, sözügedən müqavilə üzrə 731 000 manatın Banka ödənilməsi barədə hər hansı sübut təqdim edilməmiş, həmçinin ödəniləcəyi qeyrimüəyyən olan 119 000 manata münasibətdə Bank əmlakından olmaqla,hüquqları pozulur. İş üzrə məhkəmə iclasları zamanı Əliyev Musa tərəfindən 731 000 manat ödənişin Banka deyil, Hikmət Yiğitdölə təqdim edilməsi etiraf edildi. 731 000 manat Banka ödənilməmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışında əmlakın dəyəri olan 850 000 manatın Bank tərəfindən tam ödənilməsi öz əksini tapmışdır. Qeyri-yaşayış sahəsinin Banka məxsus olması və pay dəyərinin tam ödənilməsinə dair ilkin iş üzrə iddiaçı tərəfindən məhkəməyə maliyyə arayışı təqdim edilmiş, məhkəmə iclaslarında Cavabdeh1 MTK-nın direktoru Hikmət Yigitdöl tərəfindən təsdiq edilmiş, həmçinin yanaşı sübutlarda öz əksini tapmışdır. Belə ki, X37 tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışının mötəbər olmamasını qeyd etsək də, sözügedən maliyyə arayışında X46 sədri S.E.Krimanın adının qarşısındakı imzanın həmin tərəfindən imzalanması araşdırılmamış, həmin hissəyə qiymət verilməmişdir. Maliyyə arayışının mətnində Bankın adının çəkildiyi bütün yerlərdə səhv yazılması, hətta ASC qeyd edilməsi, həmçinin bəzi ifadələrin türk dilində işlənilməsi və Bankın əmlakını digər şəxsə verilməsi halında arayışda Banka məxsus olan möhürün olmaması maliyyə arayışının mötəbər olmamasını deməyə əsas verir. X37 və Hikmət Yigitdöl tərəfindən xx.xx.2014-cü il tarixli 014 saylı müqavilə üzrə iddia etdiyi 731 000 manatın Banka ödənilməsini sübut etməməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır.
b) Cavabdeh2 MMC apellyasiya şikayətinin dəlilləri
32. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İlk öncə qeyd etmək istərdim ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin1(101)-78/2020 saylı, 11 noyabr 2020-ci il tarixli hökmü ilə X15 AR CM-nin 178.3.2, 29, 308.2 və 313-cü maddələri nəzərdətutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 1 (bir) ilmüddətinə dövlət və yerli özünü idarə orqanlarındarəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin AR CM-nin 70-cimaddəsinin tələblərinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il müddətə sınaq müddəti ilə şərti hesab edilmişdir. X15 “X56” MTK-nın sədrih,əmçinin təsisçilərindən biri olmuşdur. Barəsində çıxmış hökmə nəzər salandaisə həmçinin onun bir mənzili dəfələrlə başqa-başqa şəxslərə satan bir dələduz olduğunu aşkaretmiş olarıq. Təəssüf ki, Hikmət Yığıtgöl"xxxx" MTK-nın sədri olduğumüddət ərzində Cavabdeh2 MMC ilə iş birliyi həyata keçirmişdir. Bu səbəbdən onun barəsində cinayət işiaparılan zaman iş üzrə bütün zərərçəkmiş şəxslərə dəymişziyanın ödənilməsi öhdəliyi məhzCavabdeh2 MMC-nin üzərinə qoyulmuşdur. Bu hal həm Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 saylı, 11noyabr 2020-ci il tarixli hökmündə, həmçinin həmin hökmün çıxarılması üçün əsas olmuş xx.xx.2018-ci il tarixli müqavilədə öz əksinitapmışdır. Qeyd edilən müqavilə “X56” MTK, Cavabdeh2 MMC və AuditorlaPralatasının səlahiyyətli nümayəndəsinin imzaları ilə təsdiq edilmiş və Tərəflərin gələcək öhdəliklərin icra edilmə qaydasını müəyyən etmişdir. Öhdəliklərin icra edilməsi zamanı AR Auditorlar Palatasının 21 fevral 2019-cuil tarixli rəyinin tələblərinin nəzərə alınması da birmənalı olaraq sözü gedən Sazişdə qeyd edilmişdir. Yuxarıda qeyd edilən sənədlər tərəfimizdən məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmişdir. Hətta sözügedən sənədlərin bir hissəsi ilkin iddia üzrə iddiaçı QSC "xxxx" Kommersiya Bankının iddia tələbində özəksini tapmışdır. Belə ki, ilkin iddiaçı düzgün olaraq hesab etmişdir kim mübahisəli ərazi ilə bağlı “X56” MTK-nın hər hansı hüququnun olmadığından Saziş əsasında hüquqlarınCavabdeh2 MMC onun öhdəliklərini icra etməlidir. Belə ki, “X56” MTK-nın rəhbəri HikmətYığıtgöl ilə Cavabdeh2 MMC-nin rəhbəri Əliyev Qabil arasında olan münasibətlər hazırda olduqca pis vəziyyətdədir. Hikmət Yığıtgöl istənilən qanunsuz üsullara əl ataraq Cavabdeh2 MMC-nin yerləşdirdiyi zərərçəkmiş şəxsləri mənzillərindən məhrum etməyə çalışır. Bu mənfur planın həyata keçirilməsi üçün Hikmət Yığıtgöl özünün etibar etdiyi bir sıra şəxslərlə köhnə tarixli müqavilələr bağlayır. Sonradan həmin şəxslərin adından məhkəmədə iddia qaldırır və bildirir ki, guya ki, həmin şəxslərin zərərçəkmiş şəxslərdən daha əvvəl sözügedən binalarda mənzilləri olmuşdur və hazırda qeyd edilən mənzillər ilkin sahiblərinə qaytarılmalıdır. Məhkəmə iclasında cavabdeh kimi çıxış etsə də, əslində Hikmət Yığıtgöl bu iddia üzrə həmdə iddiaçı olmaqla bu cinayət əməlinin təşkilatçısıdır. Təbii ki, keçiriləcək məhkəmə iclaslarında Hikmət Yığıtgöl iddia tələbini birinci məhkəmə iclasından etiraf edir. Bununla da qəbul ediləcək məhkəmə qətnaməsindən apellyasiya şikayət vermək hüququnu belə itirir. Məhkəmə qərarının icrasının tez müddətdə təmin etməyə çalışır. Birləşdirilmiş iddia üzrə iddiaçı Əliyev Musanın də Hikmət Yığıtdölilə əlbir olması da prosess zamanı açıq aşkar olaraq görünürdü. Tərəflərin məhkəmə iclasına birlikdə gəlməsi, məhkəmədən əvvəl çıxışlarını birlikdə müzakirə etməsi və s. onların əvvəlcədən əlbir olduqlarını sübuta yetirir. Çox maraqlıdır ki, bu tərəflər arası birinci məhkəmə mübahisəsi deyil. İş materiallarına əlavə edilmiş 2(103)-4393/2024 saylı, xx.xx.2024-cüil tarixli qətnamədən görünür ki, iddiaçı X37 cavabdeh“X56” MTK-ya qarşı mənzillərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xocalı prospekti 32ünvanında cavabdeh tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.molan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.molan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m olan 3 otaqlı 21 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sözügedən iddiatələbi də həmBakı şəhəri Xətai Rayon Məhkəməsi, həm Bakı Apellyasiya Məhkəməsi, həmdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təmin edilərək qüvvədə saxlanılır. “X56” MTK, Cavabdeh2 MMC və Auditorlar Palatasınınsəlahiyyətli nümayəndəsinin imzaladığı xx.xx.2018-ci il tarixli müqavilənin 3.5-ci bəndinə əsasən “X56” MTK Bakı şəhər İcra Hakimiyyətinin443 saylı Sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri, Xətairayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihələndirilmiş üç blokdan ibarət yaşayış kompleksini və altındakı torpaq sahələrinin Cavabdeh2 MMC-yəməxsus olmasını qəbul edir. Yəni ki, qeyd edilən ərazi bizim istifadəmizdədir. Bu məhkəmə hökmü ilə təsdiq edilmiş müqavilənin şərtində irəli gələn haldır. Bina bizim mülkiyyətimizdədir. Binaya dair bütün daxili sənədlər, kommunal xidmətlər tərəfimizdən icra edilməkdədir. xx.xx.2018ci il tarixli müqavilənin 3.5-ci bəndinə istinad etsə də, A1, A2 blokların orta hissəsində 23 nömrəli 170 kv.m sahənin audit rəyində qeyd edilmədiyini bildirərək ümumiyyətlə xx.xx.2018-ci il tarixli müqavilənin həmin sahəyə şamiledilmədiyini bildirir. Halbuki, 3.5ci bənd toplam3 bloklu binanın bizə məxsus olmasınıehtiva edir. Əgər bizə məxsus deyilsə və cavabdeh iddianı qəbul edirsə niyə cavabdeh ərazini özü təhvil vermir. Qeyd edilən sahənin audit rəyində qeyd edilməməsi isə birbaşa Əliyev Musanın və QSC "xxxx" Kommersiya Bankınının bu iş üzrə heç vaxt zərərçəkmiş şəxs olmadıqlarını sübuta yetirir. Bu müqavilələr ümumiyyətlə mövcud olmayıb. Əliyev Musa ilə bağlanılmış xx.xx.2014-cü il tarixli müqavilə təzəlikcə Hikmət Yığıtgölün düzəltdiyi saxta möhürlər əsasında imzalanıb. , 2014-cüildə qeyri-yaşayış sahəsi satılan zaman ümumiyyətlə binanın layihəsində nömrələnmə olmamışdır. X47 məhkəməyə təqdim etdiyi müqavilədə qeyri-yaşayış sahəsinin 23 saylı olduğu qeyd edilir. Baxmayaraq ki, bütün ərazidən mənzil və qeyri-yaşayış sahələri alan şəxslərə ərazilər kv.müzrə satılıb. Bununla bağlı müvafiq sübutlar da (mərtəbədə digər şəxslərə satılan sahələrlə bağlı müqavilələr) tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Hətta “X56” MTK tərəfindən saxtalaşdırılaraq işmateriallarına əlavə edilmiş "xxxx" MMC-nin eskiz layihəsinin əsl versiyası nümayəndəmiz tərəfindən AR FHN-dən tələb edilmiş və iş materiallarına əlavə edilmişdir. Həmin layihədə də heç bir sahənin nömrəsi qeyd edilməmişdir. Bu səbəbdən 2014-cü ildə müqavilədə qeyri-yaşayış sahənin nömrəsinin olması ümumiyyətlə mümkünsüzdür. Məhz bu səbəbdən də audit rəyində belə sahələr kv.m üzrə qeyd edilmiş və onların nömrələri göstərilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etsə də, birləşdirilmiş iş üzrə Əliyev. M ilə Cavabdeh1 MTK arasında olan müqavilənin etibarsız əqd olması barədə tərəfimizdən gətirilmiş dəlillərə qiymət verməmişdir. Həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin faktiki olaraq 170 kv.m sahədə mövcud olması, harada yerləşməsi və iddiaçıya təhvil verildiyi təqdirdə 3-cü şəxslərin hüquqlarının pozulması müəyyən olunmamışdır. 33.
1. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının və birləşdirilmiş iş üzrə 3-cü şəxsin nümayəndəsi X10 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdeh İnter MMC tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
36. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs və birləşdirilmiş iş üzrə iddiaçı X37 apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
37. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Konstitusiyası:
38. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
39. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
41. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
42. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
43. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
44. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
45. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
46. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
47. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
48. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.
49. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
50. 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
51. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
52. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
53. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
56. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
58. Məhkəmə kollegiyası ilkin iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, QSC "xxxx" KB-nin ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2014cü il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən “Hom-Paş Prestij“ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tkintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli ofis 170 kv.m., “Kooperativ” “Payçı” ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini “payçı” isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüş və müqavilənin qüvvəyə minməsi kimi imzalanma şərti nəzərdə tutulmuşdur. Lakin müqavilə MTK tərəfindən imza və möhür ilə təsdiq edilsə də, Bank tərəfindən yalnız X46 sədri tərəfindən imza ilə təsdiq edilmişdir. Birinci insatansiya məhkəməsində icraat zamanı ilkin iddia üzrə iddiaçıdan həmin müqavilənin və maliyyə arayışının əslinin təqdim edilməsi təklif edilmiş, lakin Bankın nümayəndəsi həmin sənədlərin əsillərinin onlarda mövcüd olmadığını bildirmişdir .
59. Bundan başqa xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı pr, 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində,4cü mərtəbəsində 23 nömrəli 170 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi (ofis) QSC "xxxx" KB-na məxsus olduğu və bu 3 tərəfin razılı ilə yazılmış maliyyə arayışı Hikmət Yiğitdol, Sənan Novruzov, QSC "xxxx" KB-nin İdarə heyətinin sədri S.Kriman kreditlərdən qalan borc əvəzində verildiyi, Hikmət Yigitdol, Sənan Novruzovun "xxxx" KB-na heç bir borcu qalmadığını, bundan öncə bağlanan yaşayış və qeyri-yaşayış sahələrinə aid bütün müqavilələr etibarsız hesab edildiyi, pay dəyəri olan 850.000 manatın tam ödənildiyi və borcu olmadığı qeyd olunmuşdur. Buna əlavə olaraq xx.xx.2014-cü il tarixli qarşılıqlı razılaşma protokoluna əsasən "xxxx"a məxsus olan ofis 170 kv.m. 4-cü mərtəbədə yerləşən 23 nömrəli ofisin (hazır tikilinin) dəyəri 850000 manat və bir il müddətində Cavabdeh1 MTK tərəfindən 170 kv.m. olan ofis təmir edilib "xxxx"a təhvil veriləcəyi, "xxxx" A2 blokunda 21/22/24 və 30 nömrəli mənzillərin X1 etiraz etmədiyi və daha əvvəl banka girov kimi verilən bütün müqavilələr, mənzillər yaşayış və qeyri-yaşayış sahələrinin etibarsız hesab edildiyi və 170 kv.m. ofis əvəzində Hikmet Yigitdolun bankda olan və eləcə də Sənan Novruzon qalan kredit borclarının tam bağlanılmış hesab edilməsi razılaşdırılmışdır.
60. Həmçinin xx.xx.2014-cü il tarixli maliyyə arayışına (əsli iş materiallarında mövcüddür) əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1, A2 bloklarının orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 m2 sahəsi olan qeyri yaşayış obyekti X22 850 000 AZN satıldığı, ümumi məbləğin 731 000 AZN-i daha öncədən 3 dəfəyə ödəndiyi, (561 000 AZN + 100 000 AZN + 70 000 AZN) lakin yerdə qalan hissə 170 m2 sahəli ofis X22 təhvil verildiyində), yəni 119 000 AZN "Standart Bank”-a ödəniş ediləcəkdir (sözügedən obyekt banka məxsus olduğuna görə). Bu protokol hər üç tərəfin razılığı ilə xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən bağlandığı, həmçinin "xxxx"-a məxsus olan ofis 170 kv m 4- cü mərtəbədə yerləşən 23 nömrəli ofisin (hazır tikilinin) dəyəri 850.000 azn olan və bir il muddətində Cavabdeh1 MTK tərəfindən 170 kv. m olan ofis tam tamir edilib "Standart Banka"-a tehvil veriləcəyi və "Standart Bank” ASC yerdə qalan vəsaitin qarşılığında obyekti 1 il ərzində X22 təhvil verməyi öhdəsinə götürdüyü, o cümlədən Hikmət Yiğitdölə məxsus ********** şifrəli kredit hesabı və eləcədə də Senan Novruzova məxsus ********** şifrəli kredit hesabı ödəniş tamamlandığında bağlanmış hesab ediləcəyi qeyd olunmuşdur. Arayış MTK-nın möhür və imzası ilə, X46 imzası ilə və Əliyev Musanın imzası ilə təsdiq edilmişdir.
61. Bank ilə MTK arasında bağlanmış müqavilə etibarlı müqavilə hesab edildiyi halda belə, nəzərə alınmalıdır ki, X37 ilə müqavilə bağlanan zaman həmin qeyri-yaşayış sahəsinin M.Əliyeva satılmasına dair Bankın nümayəndəsinin (məhz müqaviləni və bütün maliyyə arayışlarını imzalayan X46 sədrinin) razılığı olmuşdur. Mübahisəli qeyriyaşayış sahəsinə görə Musa Əliyevin cəmi 119.000 manat borcun mövcüdluğu və həmin məbləğin qeyri-yaşayış sahəsi ona təhvil verildikdən sonra ödəniləcəyi MTK, Bank və M.Əliyev tərəfindən razılaşdırılmışdır.
62. Qeyd olunanlardan göründüyü kimi ilkin iddiaçı (Bank) mübahisə predmeti olan qeyriyaşayış sahəsinin Əliyev Musaya satılmasına etiraz etməmiş və maliyyə arayışına və MTK-nın ümumi yığıncağının protokoluna əsasən Əliyev Musa tərəfindən sahəsi 170 kv.m olan 23 nömrəli qeyri-yaşayış sahəsinə görə 731.000 manat ödənildiyi, MTK-ya 119.000 manat borclu qaldığı, MTK-ya üzv və payçı kimi qəbul olunduğu müəyyən edilmişdir.
63. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, ilkin iddia üzər iddiaçı Bank tərəfindən sözügedən maliyyə arayışında X46 sədri S.E.Krimanın adının qarşısındakı imzanın ona məxsusluğunun araşdırılmaması ilə bağlı qeyd edir ki, apellyasiya icraatı zamanı mübahsiləndirilən imzanın mötəbərliyi halı iddiaçı banka əvvəldən məlum olmuş, lakin birinci instansiya məhkəməsində icraat zamanı imzanın yoxlanılmasi ilə bağlı vəsatətlə müraciət edilməmişdir.
64. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
65. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.
66. Kollegiya həmçinin qeyd etmək istəyir ki, iddiaçı "xxxx" QSC KB-nın cavabdeh X44 oğluna və Cavabdeh1nə qarşı “kredit müqaviləsinə xitam verilməsi və.s” iddia tələbinə dair mülki iş üzrə icra vərəqəsinin icra vəziyyəti barədə məlumatların əldə edilməsi məqsədi ilə Xətai rayon Məhkəməsinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi icra olunması üçün sonuncu dəfə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə göndərildiyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Ayaz Nuqaylı tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək məhkəməyə göndərildiyi, qətnamənin icrasının sonrakı vəziyyəti ilə bağlı mülki iş materiallarında başqa məlumat aşkar edilmədiyi bildirilmişdir.
67. Bakı şəhəri Səbail rayon İcra şöbəsi məhkəmə sorğusuna cavab olaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4156/2009 saylı xx.xx.2009-cu il tarixli icra sənədi üzrə borclu X24 hal-hazırda Naxçıvan MR Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olduğundan qalıq borcun ödənilməsi hissəsində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Babək rayon İcra və Probasiya şöbəsinə göndərildiyi bildirmişdir.
68. Naxçıvan MR Babək rayon İcra və Probasiya şöbəsi məhkəmə sorğusuna cavab olaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4156/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədi xx.xx.2025-ci il tarixdə şöbəninin icraatına daxil olmuşdur. Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən “icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında” qərarında icra sənədində göstərilən əmlakın hərrac protokolu əsasında xx.xx.2014-cü il tarixdə satıldığı göstərilmişdir. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli məktubuna əsasən icra sənədində göstərilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi küçəsində yerləşən əmlak satılmamışdır. Həmin əmlak Səbail rayonunun inzibati ərazi dairəsində yerləşdiyindən icra sənədi icra olunması üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə göndərilmişdir.
69. Məhkəmə kollegiyası Cavabdeh2 MMC apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh2 MMC mübahisəli qeyri-yaşayış obyektinin onlara məxsus olması iş materillarına əsasən öz təsdiqini tapmır.
70. Belə ki, birinci instansiya məhkəməisndə icraat zamanı məhkəmə tərəfindən mübahisəli 170 kv.m qeyri-yaşayış sahəsinin faktiki olaraq kimi sahibliyində olmasının müəyyən edilməsi üçün məhkəmə tərəflərin iştirakı ilə yerinə müayinə keçirmişdir (müayinə zamanı foto və video görüntülər çəkilərək iş materiallarına əlavə edilmişdir). Və muayinə zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-nin nümayəndəsinin izahatı həqiqəti əks etdirmir (növbəti iclaslarda nümayəndə ona da müvəkkilinin yalnış məlumat verilməsi və mübahisəli ərazidə özünün əvvəllər olmadığı səbəbi ilə o cür yalnış izahat verdiyini bildirmişdir), mübahisəli qeyri-yaşayış sahəsi əlavə olaraq kiməsə satılmayıb və adları qeyd edilən şəxslərin sahibliyində deyil. Əksinə mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh2 MMC-nin təsisçisi Qabil Əliyevin sahibliyindədir (yerində baxış zamanı Cavabdeh2 MMC-nin təsisçisi kimi özünü təqdim etdi və qeyri-yaşayış sahəsinin və açarının onun sahibliyində olduğunu, sahibliyinin qanuni olduğunu bildirmişdir).
71. Cavabdeh2 MMC həm apellyasiya şikayətinin dəlillərində, həm də birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli qeyri-yaşayış sahəsinin öz sahiblik və istifadəsinə götürdüyünə dair hüquqi əsası kimi yalnız istintaq zamanı AR Auditorlar Palatasının auditoru A.A.Əliyev, "xxxx" MTK-nın sədri Hikmet Yigitdöl və Cavabdeh2 MMC-nin direktoru Q.T.Əliyev arasında imzalanmış xx.xx.2018-ci il tarixli müqaviləyə istinad etmişdir. Qedy olunan xx.xx.2018-ci il tarixli müqavilədə, nə istintaq zamanı tərtib edilmiş audit rəyində, nə də məhkəmə hökmündə hazırkı iş üzrə mübahisəli qeyri-yaşayış sahəsi araşdırma/müzakirə/mübahisə predmeti olmamışdır. xx.xx.2018-ci il tarixli müqavilədə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC-yə keçməsinə dair hər-hansı müdəa öz əksini tapmamışdır.
72. Kollegiya qeyd edir ki, əksinə həmin müqavilə ilə MMC-nin təsisçisi Cavabdeh1 MTK tərəfindən ayrı-ayrı şəxslərə satılmış və zərərçəkmişlərə vurulmuş ziyanın ödənilməsi öhdəliyini öz üzərinə götürmüş və həmin müqavilənin 3.5-ci bəndinə əsasən Cavabdeh1 MTK Bakı ŞİHnin 443 saylı 2015-ci il oktyabr tarixli sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihələndirilmiş 3 bloklu yaşayış kompleksini və altındakı torpaq sahələrinin Cavabdeh2 MMC-yə məxsus olmasını, Hikmət Yiğitdol tərəfindən tiilmiş A1 bloknda, eləcə də A1, A2 blokları arasında olan 6 mərtəbəli (2mərtəbəsi zirzəmi olmaqla) qeyri-yaşayış sahəsindən yaranmış bütün problemlərin Cavabdeh2 MMC tərəfində həll edilməsini qəbul etmişdir. Göründüyü kimi həmin müqavilə Cavabdeh2 MMC-yə sadəcə yaranmış problemlərin həlli ilə bağlı öhdəlik verilmişdir.
73. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
74. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlkin iddia üzrə iddiaçı QSC "xxxx" Kommersiya Bankının (Ləğv prosesindədir) və cavabdeh "xxxx" MMC-ə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1181/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.