Məhkəmə qərarları › İş №2-2(103)-871/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-871/2023

20.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-871/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Prosessual müddətin bərpasından imtina edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2245/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlərə qarşı iddiaçı və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli GNC-2125ip saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması və cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış yüklülük qeydiyyatının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2245/2023 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2245/2023 nömrəli qərardadından şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2245/2023 nömrəli qərardadı ilə İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2245/2023 nömrəli qərardadından verdiyi şikayət və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2245/2023 nömrəli qərardadından iddiaçı tərəfindən “AZEMİS” Elektron məhkəmə informasiya sistemdə yaradılan elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2245/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 11 may 2023-cü il tarixli, e-2-2(113)- 2245/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli e-2-2(113)-2245/2023 nömrəli qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2245/2023 nömrəli qərardadı ilə həmin qərardaddan verilmiş şikayət və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2245/2023 nömrəli qərardadından iddiaçı tərəfindən AZEMİS” Elektron məhkəmə informasiya sistemdə yaradılan elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə şikayət verilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2245/2023 nömrəli qərardadı ilə həmin qərardaddan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2245/2023 nömrəli qərardadından iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilmiş, şikayətə həmçinin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2245/2023 nömrəli qərardadı ilə xx.xx.2023-cü il tarixli e-2-2(113)-2245/2023 nömrəli qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı şikayət verilərək qərardadın tamamilə ləğv edilməsini, iş üzrə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə e-məhkəmə məlumatlandırma sisteminə sorğu verərək iş üzrə çıxarılmış xx.xx.2023-cü il tarixli qərardadın kabinetdə yerləşdirilməsi barədə iddiaçıya elektron qayadada məlumatın göndərilib-göndərilməməsini müəyyən edə bilərdi ki, bununla da mülki prosessual qanunvericiliyin tələbləri baxımından iş üzrə düzgün nəticəyə gələrək ədalətli qərar qəbul etmiş olardı. Beləliklə də bu hal bir daha, işin mahiyyətinə dair məhkəmənin mövqeyi daxil olmaqla (işin icraatına xitam verilməsi), Bakı Kommersiya Məhkəməsi tərəfindən hər vəchlə iddiaçının məhkəməyə müraciət hüququnun pozulması və nəticədə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş əsas hüquq və azadlıqların müdafiəsinə yönəlmiş tədbirlərin əngəllənməsinin bariz göstəricisidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2245/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2245/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.5-ci maddəsinə əsasən, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. İddiaçının ərizəsində qeyd edilir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2245/2023 nömrəli qərardadı xx.xx.2023-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilmiş, ilk dəfə 10 günlük müddət ərzində -xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, həmin şikayət prosessual qanunvericilikdə tələb olunan formada verilmədiyi üçün xx.xx.2023-cü il tarixdə qaytarılmış, həmin qərardadın elektron kabinetə yüklənməsi barədə məlumat ona göndərilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, ərizədə qeyd edilən hal ( ilk dəfə prosessual normalara uyğun tərtib edilməmiş .şikayətin 10 günlük prosessual müddət ərzində verilməsi) ötürülmüş müddətin bərpası üçün əsas ola bilməz. MPM-nin 133-cü maddəsinin tələbləri baxımından müddətin bərpası üçün üzürlü hesab edilə bilən hallar o hallardır ki, həmin hallar işdə iştirak edən şəxsin iradəsindən asılı olmayaraq ona vaxtında prosessual hüquqlarından istifadə etməyə mane olur. Bu səbəblər-ağır xəstəlik, sənədin elektron sistemə yüklənməsinə maneə olan texniki xəta və s. İşdə iştirak edən şəxs şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməli olduğunu bildiyi halda, bu tələblərə riayət etmədən .şikayət təqdim etmişsə təxminən 2 ay sonra qüsurun aradan qaldırılması buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2245/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2245/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar