Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-884/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2095/2023 saylı, 27 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 272 nömrəli Müqaviləyə əsasən cavabdehdən 2019-cu və 2020-ci illər üçün 3827,88 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixində 272 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında Müqavilə” bağlanmışdır. Müqavilənin 2.5-ci bəndinə görə cavabdehin qüvvədə olan mövcud tariflərə uyğun ödənişlərin ödənilməsini təmin etməsinə dair öhdəliyi vardır. Cavabdeh Müqavilə üzrə öhdəliyini icra etmədiyi üçün tezlik və radioelektron vasitələrindən istifadəyə görə iddiaçıya 2019-cu və 2020-ci illər üçün 3827,88 manat məbləğində borcu yaranmışdır. Müqavilənin dəyəri cavabdehin iddiaçıya təqdim etdiyi anket məlumatlarına əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin 44 və 49-cu bəndləri tətbiq edilməklə hesablanmışdır. Bu barədə cavabdehə xx.xx.2019-cu il tarixində 9P-19-1 nömrəli, xx.xx.2019-cu il tarixində 9P-19-2, xx.xx.2019-cu il tarixində 9P-19-3 və 9P-19-4 nömrəli, xx.xx.2020-ci il tarixində 11P-20 nömrəli, xx.xx.2020-ci il tarixində 12P-20, 12P-20-1 nömrəli, xx.xx.2020-ci il tarixində 12P-20-1 nömrəli hesablar təqdim edilmişdir. Cavabdehə xx.xx.2020-ci il tarixli DRİ-HKŞ-9/741 nömrəli və xx.xx.2021-ci il tarixli 106-01-12/348-21 nömrəli “Pretenziya” məktublarının göndərilməsinə baxmayaraq, qeyd olunan dövrdən 3827,88 manat borcu hal-hazıradək qalmaqdadır.
3. Cavabdehin nümayəndə və vəkili Nümayəndə1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən belə başa düşülür ki, müqavilə üzrə müvafiq radiorabitə avadanlıqlarının istismarına 2019-cu ildə icazə verilmişdir. Müqavilənin 2.12-ci bəndinə əsasən isə iddiaçı ödənişlər aparıldıqdan sonra 1 il müddətinə radiorabitə avadanlıqlarının istismarı üçün icazə verilir. Göründüyü kimi, ödənişlər aparılmadıqda radiorabitə avadanlıqlarının istismarına icazənin avtomatik qaydada artırılması müqavilə şərtlərinə uyğun deyil. Müqavilənin 2018-ci ildə bağlanıldığı və iddia ərizəsinin əlavələrində ilkin istismara icazələrin verilməsini təsdiq edən sənədlərin 2019-cu ilə aid olduğu nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə nəzərdə tutulan 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən, hazırkı iş üzrə irəli sürülmüş iddia tələbləri üzrə iddia müddətinin tətbiq edilməsini xahiş edir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2095/2023 saylı, 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 3827,88 (üç min səkkiz yüz iyirmi yeddi manat səksən səkkiz qəpik) manat pul və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
5. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2095/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiası üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 24 yanvar 2018-ci il tarixli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” 272 saylı Müqavilənin (bundan sonra “Müqavilə” adlandırılacaq) 2.11-ci bəndinə əsasən iddiaçı cavabdeh tərəfindən ödəniş aparıldıqdan sonra 1 il müddətinə radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. Məhkəmənin iş üzrə gəldiyi nəticə tərəflər arasında mövcud münasibətlərə, həmçinin qeyd edilən bəndin tələblərinə ziddir. Müqavilənin mahiyyəti ödəniş aparıldıqdan sonra radiorabitə avadanlıqlarının istismarına iddiaçı tərəfindən icazə verilməsi olduğu halda, qətnamədə cavabdehdən istifadə etmədiyi avadanlıqların istismarına icazəsi üçün pulun tutulması müəyyən edilmişdir. Halbuki, cavabdeh tərəfindən müvafiq ödəniş aparılmadığı təqdirdə, iddiaçı avadanlığın istismarına icazə verə bilməzdi. Bundan başqa, iddiaçının Məhkəməyə təqdim etdiyi sənədlər iddia tələbinin sübut edilməsi üçün yetərli deyil. Belə ki, iddiaçı Məhkəməyə yalnız hesab sənədlərini (elektron qaimə və hesab fakturalar) təqdim etmişdir. Qeyd edilən hesab sənədləri müqavilə üzrə iddiaçının öz öhdəliklərini yerinə yetirdiyini təsdiq etmir. Müqavilə üzrə iddiaçının əsas öhdəliyi radiorabitə avadanlıqllarının istismarına icazə verilməsidir. Bu öhdəliyin yerinə yetirilməsini təsdiq edən hər hansı bir sənəd (qərar və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdehin iddia ərizəsində qeyd edilən icazənin alınması üçün hər hansı müraciəti iş materiallarında mövcud deyil. Məhkəmə qətnamədə yalnız cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli müraciətə istinad edərək cavabdehin iradə ifadəsini müəyyən etmiş və həmin müraciəti cavabdehin etirafı kimi qiymətləndirmişdir. Halbuki, həmin müraciətin məqsədi iddiaçı tərəfindən əsassız hesablanmış borc məbləğinin qarşısını almaqdır. Müraciətdə istifadə edilməyən avadanlıqların qeydiyyatdan çıxarılması tələb olunur. Həmin avadanlıqların cavabdehin anbarında olması belə, cavabdehin müqavilə üzrə hər hansı öhdəliyinin yaranmasına dəlalət etmir. Çünki müqavilə üzrə cavabdehin öhdəlikləri yalnız avadanlığın istismarına icazə verildiyi halda yaranır. İstismara icazə isə yalnız, yuxarıda qeyd edildiyi kimi, ödəniş aparıldıqdan sonra verilə bilər. Həmçinin bildiririk ki, Məhkəmə cavabdeh tərəfindən təqdim edilən iddia müddətinin tətbiqi barədə ərizəyə də düzgün qiymət verməmişdir. İş materiallarından göründüyü kimi, ödənişlər aparılmadıqda radiorabitə avadanlıqlarının istismarına icazənin avtomatik qaydada artırılması müqavilə şərtlərinə uyğun deyil. Müqavilənin 2018-ci ildə bağlanıldığı və hesab sənədlərinin 2019-cu ilə aid olduğu nəzərə alaraq hesab edirik ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə nəzərdətutulan 3 (üç) illik iddia müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Mülki Məcəllənin373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti, 373.3cümaddəsinə əsasən isə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Məhkəmə isə iddia müddətinə münasibətdə bildirmişdir ki, mediasiya sessiyasının tətbiqi barədə təklif göndərildiyi tarixdən iddia ərizəsi məhkəməyə təqdim edildiyi tarixədək iddia müddətinin axımı dayandırıldığına görə iddia müddəti ötürülməmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı mediasiya prosesiyi bitdiyi tarixdən bərpa olunmuş hesab olunur. Göründüyü kimi, Məhkəmə qanunun bu imperativ normasını nəzərə almamaqla, yalnış nəticəyə gəlmişdir. Hesab edirlər ki, iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
11. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
12. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.
17. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir.
18. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
19. Həmin Qaydaların 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
22. Hazırkı işdən görünür ki, iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında 24 yanvar 2018-ci il tarixli 272 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqaviləyə əsasən icarçı sifarişçinin rəsmi müraciətini nəzərə alaraq UQD və simsiz məlumat ötürən rabitəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir.
23. Müqavilənin 3-cü bəndinə əsasən sifarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarını nəzarət tarifləri” preyskurantının bəndinə uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda icraçı hər gecikdirilmiş aya görə 0,1 % penya ödənilməsini sifarişçidən tələb edir.
24. İddiaçı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 9P-19-1 nömrəli hesaba əsasən xx.xx.2018-ci il tarixli 272 nömrəli müqaviləyə əsasən cavabdeh xx.xx.2019- xx.xx.2019-cu il tarixləri üzrə istismar yığımı üçün 378,84 manat, xx.xx.2019-cu il tarixli 9P-19-2 nömrəli hesaba əsasən xx.xx.2019-xx.xx.2019-cu il tarixi üzrə 422,40 manat, xx.xx.2019-cu il tarixli 9P-19-3 nömrəli hesaba əsasən xx.xx.2019-xx.xx.2019-cu il tarixi üzrə 378,84 manat, xx.xx.2019-cu il tarixli 9P-19-4 nömrəli hesaba əsasən xx.xx.2019- xx.xx.2019-cu il tarixi üzrə 378,84 manat, xx.xx.2020-ci il tarixli 11P-20 nömrəli xx.xx.2020-xx.xx.2020-ci il tarixləri üzrə 537,24 manat, xx.xx.2020-ci il tarixli 12P-20 nömrəli hesaba əsasən xx.xx.2020-xx.xx.2020-ci il tarixləri və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri üzrə 1074,48 manat, xx.xx.2020-ci il tarixli 11P-20-Z nömrəli hesaba əsasən xx.xx.2020-xx.xx.2020-ci il tarixləri üzrə 120 manat, xx.xx.2020-ci il tarixli 12P-20-1 nömrəli hesaba əsasən xx.xx.2020-xx.xx.2020-ci il üçün 537,24 manat ödəniş etməlidir.
25. İddiaçı tərəfindən cavabdehə EBAV 371651 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 924599 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 690254 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 689901 nömrəli xx.xx.2020-ci il tarixli, EBAE 112256 nömrəli xx.xx.2019-cu il tarixli, EBAB 722845 nömrəli xx.xx.2019-cu il tarixli, EAAZ 155479 nömrəli xx.xx.2019-cu il tarixli, EAAX 282000 nömrəli xx.xx.2019-cu il tarixli, EAAV 669049 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimələr göndərilmişdir.
26. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 4 yanvar 2018-ci il tarixli 272 nömrəli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
27. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
28. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında işlərin təhviltəslimi qaimə faktura və hesab faktura göndərilməsi ilə rəsmiləşdirilmişdir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır.
30. İddiaçı tərəfindən təqdim edilmiş 01 noyabr 2023-cü il tarixli 3-27-119/2-934/2023 saylı arayışdan görünür ki, 2019-cu il ərzində "xxxx" ASC 2 tezlikdə 97 ədəd radiostansiya (R/st) və 4 ədəd radiorele xətti (RRX) istismar etmişdir. İstismar edilmiş tezlik və REV-lərə müvafiq olaraq “Cavabdeh”ə cəmi 1.558,92 (bir min beş yüz əlli səkkiz manat doxsan iki qəpik) manat məbləğində hesablar və elektron qaimələr (əlavə olunur) göndərilmişdir: a) 2019-cu il, 2-ci rüb, hesab nömrəsi- 9P-19-1 Bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı olaraq bir tezliyin istismarı üçün illik ödəniş (“Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin 44-cü bəndi bundan sonra “bənd”) 3-30 Vt- 2 ədəd tezlik, 53 ədəd R/St. İki stansiya arasında bir radiorele xəttində (giriş-çıxış) bir tezlik kanalının istismarı üçün illik ödəniş (bənd 49) 1-10 QHs- 1 kanal, 4 RRX b) 2019cu il, (xx.xx.2019-xx.xx.2019) hesab nömrəsi-9P-19-2 Bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı olaraq bir tezliyin istismarı üçün illik ödəniş (bənd 44) 3-30 Vt- 2 ədəd tezlik, 44 ədəd R/St. c) 2019-cu il, 3-cü rüb, hesab nömrəsi- 9P-19-3 Bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı olaraq bir tezliyin istismarı üçün illik ödəniş (bənd 44) 3-30 Vt- 2 ədəd tezlik, 53 ədəd R/St. İki stansiya arasında bir radiorele xəttində (giriş-çıxış) bir tezlik kanalının istismarı üçün illik ödəniş (bənd 49) 1-10 QHs- 1 kanal, 4 RRX Ç) 2019-cu il, 4-cü rüb, hesab nömrəsi- 9P-19-4 Bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı olaraq bir tezliyin istismarı üçün illik ödəniş (bənd 44) 3-30 Vt- 2 ədəd tezlik, 53 ədəd R/St. İki stansiya arasında bir radiorele xəttində (giriş-çıxış) bir tezlik kanalının istismarı üçün illik ödəniş (bənd 49) 1-10 QHs- 1 kanal, 4 RRX 2020-ci ildə “Cavabdeh” 2 tezlik, 107 ədəd R/st və 4 ədəd RRX istismar etmişdir. İstismar edilmiş tezlik və REV-lərə müvafiq olaraq “Cavabdeh”ə cəmi 2.268,96 (iki min iki yüz altmış səkkiz manat doxsan iki altı) manat məbləğində hesablar və elektron qaimələr (əlavə olunur) göndərilmişdir: a) 2020-cu il, 1-ci rüb, hesab nömrəsi- 11P-20 Bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı olaraq bir tezliyin istismarı üçün illik ödəniş (bənd 44) 3-30 Vt- 2 ədəd tezlik, 97 ədəd R/St. İki stansiya arasında bir radiorele xəttində (giriş-çıxış) bir tezlik kanalının istismarı üçün illik ödəniş (bənd 49) 1-10 QHs- 1 kanal, 4 RRX b) 2020-cu il, 2-3-cü rüblər, hesab nömrəsi- 12P-20 Bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı olaraq bir tezliyin istismarı üçün illik ödəniş (bənd 44) 3-30 Vt- 2 ədəd tezlik, 97 ədəd R/St. İki stansiya arasında bir radiorele xəttində (giriş-çıxış) bir tezlik kanalının istismarı üçün illik ödəniş (bənd 49) 1-10 QHs- 1 kanal, 4 RRX ç) 2020-cu il (xx.xx.2020-xx.xx.2020) hesab nömrəsi- 11P-20-1 Bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı olaraq bir tezliyin istismarı üçün illik ödəniş (bənd 44) 3-30 Vt- 2 ədəd tezlik, 10 ədəd R/St. c) 2020-cu il, 4-cü rüb, hesab nömrəsi- 12P-20-1 Bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı olaraq bir tezliyin istismarı üçün illik ödəniş (bənd 44) 3-30 Vt- 2 ədəd tezlik, 97 ədəd R/St. İki stansiya arasında bir radiorele xəttində (giriş-çıxış) bir tezlik kanalının istismarı üçün illik ödəniş (bənd 49) 1-10 QHs- 1 kanal, 4 RRX.
31. İddiaçı tərəfindən cavabdehə ödənişlərlə bağlı təqdim edilmiş hesab faktura və elektron qaimələrə cavabdeh tərəfindən etiraz edilməmiş, bundan əlavə, cavabdeh yalnız xx.xx.2021-ci il tarixdə iddiaçıya müraciət ünvanlayaraq istifadəsində olmuş antenaların qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
32. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndinə əsasən tərəflərdən biri müqavilənin müddətinin bitməsinə 30 gün qalmış onun ləğv edilməsi haqqında yazılı təklif verməzsə, müqavilə növbəti illər üçün də qüvvədə qalır. Cavabdeh tərəfindən məhkəməyə həmin müqavilənin ləğv edilməsi barədə edilmiş təkliflə bağlı hər hansı sübut təqdim edilməmişdir. Odur ki, müqavilə qüvvədə olmuşdur.
33. İddiaçı iddia ərizəsində 2019 və 2020-ci illər üzrə yaranmış borcun ödənilməsi tələbi irəli sürülmüşdür.
34. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
35. Həmin Qanununun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
36. Həmin Qanununun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.
37. İddiaçı mediasiya prosesinin tətbiqi barədə 2021-ci il 22 dekabr tarixində cavabdehə bildiriş göndərmişdir. Mediator tərəfindən 2022-ci il 26 sentyabr tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddia isə 2023-cü il 30 mart tarixində verilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
38. İddiaçı xx.xx.2019-cu il tarixli 9P-19-1 nömrəli hesaba əsasən xx.xx.2019xx.xx.2019-cu il tarixləri üzrə istismar yığımı üçün 378,84 manat, xx.xx.2019-cu il tarixli 9P- 19-2 nömrəli hesaba əsasən xx.xx.2019-xx.xx.2019-cu il tarixi üzrə 422,40 manat, xx.xx.2019-cu il tarixli 9P-19-3 nömrəli hesaba əsasən xx.xx.2019-xx.xx.2019-cu il tarixi üzrə 378,84 manat, xx.xx.2019-cu il tarixli 9P-19-4 nömrəli hesaba əsasən xx.xx.2019xx.xx.2019-cu il tarixi üzrə 378,84 manat, xx.xx.2020-ci il tarixli 11P-20 nömrəli xx.xx.2020xx.xx.2020-ci il tarixləri üzrə 537,24 manat, xx.xx.2020-ci il tarixli 12P-20 nömrəli hesaba əsasən xx.xx.2020-xx.xx.2020-ci il tarixləri və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri üzrə 1074,48 manat, xx.xx.2020-ci il tarixli 11P-20-Z nömrəli hesaba əsasən xx.xx.2020xx.xx.2020-ci il tarixləri üzrə 120 manat, xx.xx.2020-ci il tarixli 12P-20-1 nömrəli hesaba əsasən xx.xx.2020-xx.xx.2020-ci il üçün 537,24 manat ödənişin edilməsini tələb edir.
39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2095/2023 saylı, 27 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova