Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-885/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya işi Açar söz: maddi ziyanın ödənilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X16 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2790/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Sumqayıt şəhər X12 Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli qərarına əsasən, Sumqayıt şəhər X12 torpaq komissiyasının 29 oktyabr 1992-ci il tarixli, 7No-li protokoluna əsasən "xxxx" kiçik müəssisəsinə Azərbaycan milli xalq musiqi alətləri hazırlanmasını və təmirini təmin edən bina tikmək üçün 42-ci məhəllədə 1220 kv. torpaq sahəsi ayrılmışdır. Qeydiyyat Vəsiqəsinin surətinə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 10, Koroğlu küçəsindən "xxxx" kiçik müəssisəsi üçün pay ayrılmışdır.
2. "xxxx" Kiçik Müəssisəsi ilə “Elina-2” X6 arasında bağlanmış xx.xx.1993-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən tərəflər Sumqayıt şəhərinin 42-ci kvartalında istehlak mallarının istehsalı zavodunun (fabrikanın) birgə tikintisini: inzibati binanın, habelə istehsalat mallarının satışı üçün yardımçı binaların tikintisini öhdələrinə götürüblər. Müqavilənin 1.4-cü bəndinə əsasən fabrikanın fəaliyyəti nəticəsində əldə olunmuş gəlir tərəflər arasında bərabər paylarda bölünür. Müqavilənin 1.5-ci maddəsinə əsasən zavoda (fabrikaya) məxsus əmlakın bir hissəsini, avadanlığı, habelə istehsal olunmuş məhsulları (malları) tərəflər vərəsəlik yolu ilə vəsiyyət edə bilərlər: "xxxx" müəssisəsi – X7, “Elina-2” X6 – X15.
3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 4/2-292 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X8 qarşı birgə mülkiyyətdə pay bölgüsü və binadan çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus qeyri-yaşayış binasının 90%-nin cavabdehə, 10%-nin isə iddiaçıya verilməsi qət edilmişdir.
4. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarışla təsdiq edilir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində icarədə olan 0,1220 ha torpaq sahəsində yerləşən binanın 1-ci və 2-ci mərtəbəsində 1086,56 kv.m ümumi, 1034,26 kv.m əsas, 52,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)-1607/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsi ilə X3 qalmış miras əmlakı, yəni Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı evdə yerləşən "xxxx" Kiçik Müəssisəsinə qanun üzrə vərəsə olması və miras aldığı vaxtdan həmin miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və X5, Sumqayıt şəhəri 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı evdə yerləşən "xxxx" kiçik müəssisəsinə qanun üzrə vərəsə olmaqla, həmin əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Sumqayıt Şəhər Dövlət Notariat Kontoruna həvalə edilməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, No ******* saylı çıxarışa əsasən, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 292, 2 nömrəli qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsi 110.4 kv.m sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır
7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti Sumqayıt Ərazi İdarəsinin 45 inventar nömrəli Sumqayıt şəhəri, 42-ci məhəllə, 292-2 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, hüquq subyekti X9r və pasport xx.xx.2010-cu il tarixdə olan vəziyyətə əsasən tərtib olunub.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/864 nömrəli rəyinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” KLİnin mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırkı texniki vəziyyəti qəzalıdır. Həmin qeyriyaşayış binasının 2-ci mərtəbəsində orta hissədə təxminən 12x13m hissədən boşluqlu yığma dəmir-beton örtük tavaları çardaqda qanunsuz “yenidən qurma” işləri aparılarkən yükdaşıyan dəmir beton konstruksiyalara tirlərə müdaxilə nəticəsində uçmuş mərtəbəarası örtük tavalarının üzərinə düşüb həmin dəmir-beton konstruksiyalarında (tava və tirlərin) tamamilə dağılmasına səbəb olmuşdur. Sumqayıt şəhəri, 42-ci məhəllədə, Koroğlu prospekti 10 ünvanda çardaq yükdaşıyan dəmir-beton konstruksiyalara “qanunsuz müdaxilə” səbəbindən uçmuşdur. Çardağ hissədə yükün artmasından qeyri-yaşayış binası bu şəkildə uça bilməz. Həmin qeyri- yaşayış binasında bünövrəyə yığılmış su nəticəsində bu formada dağıntılar yarana bilməz. Dağıntılara səbəb insan faktorudur. Vizual texniki baxış zamanı çardaqda aparılan “yenidən qurma” işlərinin qalıqları aydın aşkar müşahidə olunur. Çardaq hissədə kimin sahəsində aparılmasından aslı olmayaraq “yenidən-qurma” işləri aparan şəxslər tikinti norma və qaydalarını kobud surətdə pozmuş və qeyri-yaşayış obyektinin qəzalı vəziyyətə düşməsinə səbəb olmuşdur. Ümumilikdə binada təxminən 36 ədəd yığma dəmir beton boşluqlu tavalar və digər dəmir beton konstruksiyalar uçub dağılmışdır.
9. Tello” MMC-nin AR Vergilər Nazirliyi tərəfindən xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış nizamnaməsinə əsasən "xxxx" MMC xx.xx.1994-cü ildə qeydiyyata alınmış "xxxx" KM-in hüquqi varisidir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli məktubuna əsasən, Cavabdeh adına Sumqayıt şəhəri, 42-ci məhəllə, 292 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci və 2ci mərtəbəsində 1086,56 kv.m ümumi, 1034 kv.m əsas, 52,3 kv.m köməkçi sahə mövcuddur. Qeyri-yaşayış binasına dair təqdim edilmiş sxem plandan görünür ki, binanın 1-ci mərtəbəsində əvvəlki sxemdən (daha dəqiq 295 inventar nömrəli Sumqayıt şəhəri, 42ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasportuna əlavə olunmuş torpaq sahəsinin planı) fərqli olaraq "xxxx" MMC-yə aid hər hansı tikili əks (qeyd) olunmamışdır.
11. Bakı Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3291/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbi rədd edilmişdir.
12. X2 birinci instansiya məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə 1 il müddətində binanın 1-ci mərtəbəsində yerləşən dərzi sexində işləyib. Qəhraman Ağazadə isə binanın ikinci mərtəbəsində yaşayırdı. Onu ordan tanıyıb. 300 manat maaş alırdı. 1 ildən sonra işdən çıxıb. Müdirinin adı Yasin idi. Orada başqa obyektlər də var idi, misal üçün televizoraltı sexi, trenajor zalı, gözəllik salonu.
13. X1 birinci instansiya məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, idiaçını binanın sakini kimi, cavabdehi isə obyektin sahibi kimi tanıyıb. 2015-ci ildə orada kafe olub, gedib ki, orada çay içsin. Həmin zaman uçqun baş verdi, hamı ilə bir yerdə o da çölə çıxdı. Çıxanda görüb ki, binanın divarına bitişik sahədə söküntü işləri aparılır. Belə ki, həmin sahədə söküntü aparıldığı zaman hazırki binada uçqun olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-cü il tarixli qüvvədə olan birgə fəaliyyət haqqında gəlir müqaviləsindən irəli gələn öhdəlik üzrə 2014-2021-ci illər ərzində binadan cavabdeh tərəfindən götürülmüş və ona ödənilməmiş gəlirə görə 100000 manat zərərin alınaraq ödənməsini, təxirəsalınmaz təmirlə müşayət olunan qəzalı vəziyyət və qanunsuzluqlar səbəbindən Sumqayıt şəhəri 42-ci məhəllə, Koroğlu pr, 292,2 ünvanında yerləşən daşınmaz əmlakın cavabdehin günahından qiymətdən düşməsinə görə 50000 manat zərərin alınaraq ödənməsini, özgə əmlakın cavabdeh tərəfindən girov qoyulması səbəbindən yaranmış deliktlərin müəyyən olunaraq təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə Tello muəssiəsi və Elina-2 MMC arasında birgə fəaliyyət haqqında gəlir müqaviləsi bağlanmış, 2021-ci ilə qədər bu müqavilə qüvvədə olmuşdur. 1995-ci ildə Rusiya qeydiyyatlı Elina-2 MMC-nin direktoru Cavabdeh sözdə bu müqavilənin şərtləri əsasında birgə fəaliyyətdən imtina etmiş, lakin 1999-cu ildə qüvvədə olan bu müqavilənin interpritasiyası əsasında Tello MMC-nin Sumqayıtda yerləşən inzibati binası birgə mülkiyyətdən pay bölgüsü adı ilə bölünmüş 10%-lik ikinci mərtəbədə yerləşən yaşayış hissəsi ona verilmişdir. Tello müəssisəsinin varisi Tello MMC olaraq iddiaçıın direktorluğu təsdiqlənmişdir. Daha sonra cavabdeh müqavilənin 1.4-cü bəndindən irəli gələn - binadan götürülən gəlirin 50%-dən yarı bölünməsi şərtini pozmuş bununla ona maddi zərər vurulmuşdur. 2008-ci ildə o hərbi xidmətdə olarkən ondan xəbərsiz binanı bütövlükdə onun payı daxil Kapital Banka özünün tək payçı göstərərək girov qoymuş və 2021-ci ilə qədər 225000 manat küllü miqdarda məbləği mənimsəyərək 15 il ərzində Kapital banka heç bir faiz ödəməmiş, onun payına düşən sahələri də riskə atmışdır. İxtisasca mühəndis olaraq binanın layihələndirilməsinə yalnış istiqamət vemiş, binanın 237kv/m sahəsini dağıdıb materialını satmış, istismar normalarını pozaraq nəzərdə tutulmasa da ikinci mərtəbədə idman trenajor zalını və birinci mərtəbədə əlavə yüklərin saxlanan zalını icarələməklə nəticədə binanın zal hissəsi 2019cu ildə 36 panel çökərək dağılmışdır. 1999-cu ildə məhkəmə tərəfindən 156kv/m sahə ona ayrılsa da bu gün o cavabdehin maneləri səbəbindən 110 kv/m sahəyə sıxışdırılmışdır. Binanın yerləşdiyi 12.2 sot torpaq sahəsi Tello müəssəsinə ayrılsa da 2007-ci ildə cavabdeh bu torpağı yalnız özünün istifadə sahəsi kimi texniki sənədinə saldırmışdır. Cavabdeh ona böyük məbləğdə maddi zərər vurmuş bu zərərin vurulduğunu aşağıdakı faktlarla izah edir: 1993-cü ildə bağlanmış gəlir müqaviləsindən irəli gələn binanın komplekslərində 2014-2021-ci illər ərzində cavabdehin kafe kimi, idman zalı kimi, ayaqqabı sexi kimi, dərzi sexi kimi, limanat sexi kimi, transformator sexi kimi, mebel sexi kimi, ərzaq dükanı kimi, gözəllik salonu kimi, otel kimi icarələnməsindən götürülən gəlirləri bölməməsinə gorə onun hesabına əsasən yuvarlaq 100000 manat ona vurulan maddi ziyan, müqavilə öhdəliyinin əsas prinsipinin pozulmasıdır. 2019-cu ildə cavabdehin məsuliyyət daşıdığı işə etinadsız yanaşması səbəbindən binada qonşuluğunda dağılma nəticəsində təxirə salınmaz təmir işləri material alışı həyata keçirmişdir. Hazırda mülkiyyətində olan 110 kv/m sahədə divarlarda çatlar var bu sahə və bina qəzalı vəziyyətdə olan sahə kimi tanınıb. Onun bu sahəsi qiymətdən 50% düşüb, gələcəyi Kapital bankın fəaliyyətindən asılı olaraq qeyri-müəyyəndir. Bunlar azmış kimi cavabdeh foto sübutlarla əsaslandığı binadan yenə oğurluqlar edir. Kərpic döşəmənin, yağış turbalarının, dəmir qapılarını çıxardıb satır. Bu səbəblərdən qanunsuz hərəkətləri ilə minimum 50 min manat zərər vurur. Cavabdeh 2008-ci ildə onun əmlakını girov qoymuşdur. Lakin 2021 gələcəyində Kapital bank müdrik davranmış hələki bu günə qədər ondan kanfrantasiyaya girməmişdir. Bu yanlışı düzəltməyə çalışmışdır. Beləcə cavabdeh iddiaçının 110 kv/m əmlakını riskə atmış, 46 kv/m əmlakında sıxışdırmış, 6 sot MMC torpağın öz sahəsinə əsassız daxil etmiş, 237 . kv/m sahəni dağıtmışdır.
16. İddiaçı iddia tələbinin üçüncü hissəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh tərəfindən təktərəfli təsisçisi olduğu vərəsəlik hüquqi üzrə Tello müəssisəsinin adına ayrılmış Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən torpağın 6,2 sotun qanunsuz özgəninkiləşdirilməsinə görə ona dəymiş 100.000 manat zərərin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Ərizə onunla əsaslandırılmışdır ki, 2021-ci il tarixdə cavabdehin 42-ci məhəllədə yerləşən birgə mülkiyyət Kapitalbankın balansına keçmişdir, cavabdeh bunu gizlətmişdir. 2023-cü ildə bunu müəyyən edən kimi cavabdehə bundan irəli gələn iddiaları ortaya çıxmışdır. Belə ki, hazırda təsisçisi olduğu Tello müəssisəsinə mübahisə obyektinin (inzibati binasının) tikintisi üçün 1220 kv.metr (12 sot) torpaq sahəsi ayrılmışdır. Pay bölgüsündən sonra cavabdeh bu 12 sot torpağı bütövlükdə özgəninkiləşdirmişdir. Halbuki, cavabdehə düşmüş 90 faiz pay 6 sot torpağın üzərində yerləşir. Lakin iddiaçının bu torpağın 6,2 sotuna dair həmişə iddiası olmuşdur. Bu gün 6,2 sota dair iddiasını Kapitalbanka qarşı mədəniyyətindən və onların əks mövqeyindən irəli gələn səbəblərdən qaldıra bilmir. Çünki hüquqi cəhətdən də bu delikti ona qarşı tamah və qisas məqsədi ilə Cavabdeh etdiyi üçün məsuliyyəti də o daşıyır. Məsələnin mülahizə tərəfinə gəlincə, cavabdeh iddiaçının atasının vəfatından sonra faktiki ondan gəlib 90 faizi mülki əmlakı aldığı üçün o günahkar deyil, ona cavabdehin ədalətsiz iddiası və mövqeyi nəticəsində 10 faiz pay düşməsində günahkar odur. Bu gün cavabdeh müqavilənin MMC tərəflərindən birinin fəaliyyətini dayandırmasını, özünə bəraət kimi qələmə verməyə çalışır, lakin bu əsas deyil. İstənilən halda cavabdeh indiyə qədər hətta aralarında olan müqavilənin pozulmasına, dayandırılmasına dair hər hansı müraciət və rəsmi mövqe bildirməmişdir, istəsə bundan sonra hüquqi tərəf kimi ona bildirər. Cavabdehin hüquqlarını müdafiə edən şəxs Nümayəndə son 13 may iclasında qulağına xoş mövqelər bildirdi. İddiaçının atası, Sumqayıt Üzeyir Hacıbəyov adına musiqi texnikomunda uzun illər Muğam şöbəsində çalışmış, Azərbaycan SSRİ Nazirlər Şurasının 17 mart 1987-ci il təminatından sonra Sumqayıt şəhər X13 1988-ci il 21 saylı protokol əsasında kommersiya - tikinti və xalq məişət təminatına özəl xidmətlər üçün Tello müəssisəsinin fəaliyyətini təsisçi olaraq rəsmiləşdirmişdir. O zaman Elina xanımın 4 yaşı tamam olmuş və atası Cavabdeh Samarada küçədə tatarlara qərənfil satırdı. Atasına Xocalılara yardım göstərmək məqsədi ilə Samarada pul toplanmış, o isə bunu öz məqsədləri üçün istifadə etmişdir. Cavabdehin nümayəndəsi binanın dağılmasında günahlandırır, 3-cü mərtəbə qaldırmaqda ittiham edir. Bu böhtandır, ona ayrılmış payda təmir işi görmüş, 2010-cu ildə təmir gördüyü sahə dağılmayıb. 3-cü mərtəbə qaldırsa buna imkan verilməzdi. Daha sonra guya Kapitalbankın binada dağılma olduğuna görə cavabdehin payını verib aldığını səbəb gətirdi. Bundan sonra bankda girov qoyarkən rəsmi-qeyri rəsmi formul var, 1 il ərzində gecikmə olduğu təqdirdə girov kredit verən tərəfindən alınır. 2017-ci ildə Kapitalbank hərrac qərarının ləğvinə nail olmuş, 2018-ci ildə cavabdehin şikayəti apelliyasiya tərəfindən təmin olunmamış, 2019-cu ildə siz qəsdən dağılma imitasiyası yaratmışdır. İddianın hüquqi predmetinə qayıtdıqda, o hazırda Tello MMC-nin direktoru olaraq nizamnamə kapitalına nəzarəti aparan şəxs kimi Tellonun adına sərəncamla ayrılmış torpağa dair iddia qaldırmaq hüququna malikdir və bundan istifadə edir. Torpaq hər adama müəssisəyə özbaşına ayrılmır, torpaq olmasa tikili aparmaq mümkün deyil. Ona və müəssisəyə dəymiş ziyanı bu predmet üzrə likvid 100.000 manat hesab edir və əsas kimi yeni dövr qiymətləndirmə mərkəzinin hesablanma protokoluna istinad edur. Bu məbləği ona vurulmuş qəsdən ziyan kimi kompensasiya tələbi olaraq ortaya qoyur.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2790/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddianın rədd edilməsi qət edilmişdir.
19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X14 ilə Cavabdeh arasında Sumqayıt şəhəri 42-ci məhəllədə Koroğlu prospektində yerləşən ikimərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı əvvəllər məhkəmə mübahisəsi mövcud olmuş, həmin mübahisənin nəticəsi olaraq, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 4/2- 292 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X8 qarşı birgə mülkiyyətdə pay bölgüsü və binadan çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus qeyriyaşayış binasının 10%-nin iddiaçıya, 90%-nin isə cavabdehə verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində icarədə olan 0.1220 ha torpaq sahəsində yerləşən binanın 1-ci və 2-ci mərtəbəsində 1086,56 kv.m ümumi, 1034,26 kv.m əsas, 52.3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh, həmin binanın 2-ci mərtəbəsində yerləşən 110.4 kv.m sahə isə xüsusi mülkiyyət hüququ üzrə X5 adına dövlət qeydiyyatına alınmışdır.
20. Məhkəmə iddia tələbinin 1-ci hissəsinə (100.000 manat zərərin tutulması) münasibətdə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı, onunla Cavabdeh arasında 2014- 2021-ci illər ərzində birgə fəaliyyət müqaviləsindən irəli gələn münasibətlərin mövcüd olmasına dair sütubu və cavabdehin həmin müqavilədən irəli gələn əldə edilmiş gəlirin bölünməsi öhdəliyinin mövcüd olmasını, öhdəliyin icra edilməsi nəticəsində iddiaçıya 100.000 manat zərərin dəyməsini sübuta yetirə bilməmişdir.
21. Məhkəmə iddia tələbinin 2-ci hissəsinə (50.000 manat zərərin tutulması) münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin bu hissəsinə dair də foto-şəkillərdən başqa hər-hansı mötəbər sübutları məhkəməyə təqdim edə və iddiasını əsaslandıra bilməmişdir.
22. Məhkəmə iddia tələbinin 3-cü hissəsinə (100.000 manat zərərin tutulması) münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçıya məxsus olmasına və cavabdeh tərəfindən qanunsuz özgəninkiləşdirilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi kimi vergi orqanında qeydiyyata alınmış və ona aid olduğunu iddia etdiyi torpaq sahəsinin qanunsuz özəlləşdirilməsi nəticəsində dəymiş ziyanın tələb edilməsini də həmin hüquqi şəxsin adından deyil, iddiaçı kimi öz adından iddia qaldırmışdır. Pay bölgüsünü müəyyən edən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 4/2-292 saylı qətnaməsi ilə torpaq sahəsinin deyil, yalnız qeyri-yaşayış binasına dair iddiaçı və cavabdehin payları müəyyən edilmişdir. Buna görə də iddiaçının həmin tələbi qaldırılması üçün subyektiv hüququ da mövcud olmamışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
23. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2(113)-2790/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunaraq Cavabdeh 250.000 (iki yüz əlli min) manat zərərin əvəzinin alınaraq ona ödənilməsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh 1993-cü il bigə fəaliyyət və gəlir haqqında tərəf olduğu müqavilənin öhdəliklərini bütövlükdə pozmuşdur. Məqsədi birgə inşa olunan Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən binaya bütövlükdə yiyələnmək olmuşdur. Müqavilə üzrə əsas prinsip 50-nin 50-yə bölgü və mənfəət olduğu halda o, 1999-cu ildə uşaqlıqdan istifadə edərək yanlış müqaviləyə zidd birgə mülkiyyətdə pay bölgüsü aparmış, o, bununla razı olmamışdır. Pay bölgüsü olsa da bu müqavilə üzrə gəlirin 50 faiz bölgüsünə təsir etmir. Müqavilə üzrə Tello MMC-nin hüquqi ünvanı olan 42-ci məhəllə üzrə obyekt müəssisənin inzibati binası olmaqla müəssisənin adına mülkiyyət hüququ təsdiqlənməli idi. Yalnız gəlirin 50 faizi Samara vətəndaşı Cavabdeh ödəməli idi. Lakin buna baxmayaraq cavabdeh onu gəlirdən də tam məhrum etmişdir. Bununla ona pretenziyanın birinci predmeti üzrə 100.000 (bir yüz min) manat zərər vurmuşdur. Binanı istifadə etməklə cavabdeh icarəyə verərəkən istismar normaları kobud pozulmaqla binanın mərkəzi hissəsində dağıntı olmuş, qonşuluqda yerləşən mülkiyyətində olan sahəsinə zərər vurmuşdur, bundan ötrü təxirəsalınmaz təmir etməli olmuş, hazırda sahə qəzalıdır deyə qiymətdən düşmüşdür, daim yeni qəza təhlükəsi vardır. Bu pretenziya ilə ikinci predmet üzrə cavabdeh 50.000 manat ona zərər vurmuşdur. Bundan başqa cavabdeh 2007-ci ildən onların arasında bina və yerləşdiyi torpaq üzrə məhkəmə mübahisələri davam edə-edə ondan xəbərsiz binanı bütövlükdə Kapital banka girov qoymuş, nəticədə 2021-ci il tarixə qədər Kapital banka 225.000 manat pul borclu qalmışdır. Nəhayətində Kapital bank 2021-ci ildə girovu öz balansına keçirmişdir. Bina təsisçisi olduğu Tello MMC-nin adına verilmiş 12,2 sot torpaq sahəsini əhatə edir. Cavabdehə ayrılmış pay isə həmin torpaq sahəsinin 6 sotunun üzərində yerləşir. Lakin Kapital banka binanı böyük məbləğdə girov qoymaq üçün cavabdeh 2007-ci ildə çıxarışına bütövlükdə 12,2 sotu qeyd etdirmişdir. Bununla da Tello MMC-nin adına olan 6 sot torpağın itirilməsinə gətirib çıxaran özgəninkiləşdirmə etmişdir, özgə əmlakın girov qoyulması səbəbindən delikt törətmişdir. Bu gün o, Kapitalbankla əlaqə saxlayanda ona 12,2 sot torpağa hər hansı iddia hüququnun olmadığı bildirilir. Yeni dövr qiymətləndirmə mərkəzi 12,2 sot torpağa yuvarlaq 200.000 (iki yüz min) manat qiymət qoymuşdur. Belə olan halda ona cavabdeh pretenziyanın üçüncü predmeti üzrə 6 sot torpağın dəyərində yəni, 100.000 manat zərər vurmuşdur. Sumqayıt Kommersiya Məhkəməsində 1 ay öncə cavabdehin iddiası təmin olunmuş, halbuki iddia predmeti üzrə mülkiyyət hüququnu o 2021-ci il tarixdən itirmişdir. Belə olan halda, o, hazırda mülkiyyətçi və təsisçi olaraq ona da eyni münasibətin göstərilməsində, iddianın təmin olunmasında israrlıdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
26. Cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14-cü maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər göstərilmişdir. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə). 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı
Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə İddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
31. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2790/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, iddiaçı X14 ilə Cavabdeh arasında Sumqayıt şəhəri 42-ci məhəllədə Koroğlu prospektində yerləşən ikimərtəbəli qeyri-yaşayış sahəsi ilə bağlı əvvəllər məhkəmə mübahisəsi mövcud olmuş, həmin mübahisənin nəticəsi olaraq, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 4/2-292 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X8 qarşı birgə mülkiyyətdə pay bölgüsü və binadan çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus qeyri-yaşayış binasının 10%-nin iddiaçıya, 90%-nin isə cavabdehə verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində icarədə olan 0.1220 ha torpaq sahəsində yerləşən binanın 1-ci və 2-ci mərtəbəsində 1086,56 kv.m ümumi, 1034,26 kv.m əsas, 52.3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh, həmin binanın 2-ci mərtəbəsində yerləşən 110.4 kv.m sahə isə xüsusi mülkiyyət hüququ üzrə X5 adına dövlət qeydiyyata alınmışdır.
33. İddiaçı birinci tələbində 1993-cü il tarixli qüvvədə olan birgə fəaliyyət haqqında gəlir müqaviləsindən irəli gələn öhdəlik üzrə 2014-2021-ci illər ərzində binadan cavabdeh tərəfindən götürülmüş və ona ödənilməmiş gəlirə görə 100000 manat zərərin alınaraq ödənməsini məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, birgə fəaliyyət haqqında müqavilə İddiaçı ilə Cavabdeh arasında deyil, "xxxx" Kiçik Müəssisəsi ilə “Elina-2” X6 arasında bağlanmışdır və məhkəmə gedişatı zamanı iddiaçı iddiaya olduğu kimi (yəni İddiaçı və Cavabdeh olaraq) baxılmasını tələb etmişdir. Digər tərəfdən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 4/2-292 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X8 qarşı birgə mülkiyyətdə pay bölgüsü və binadan çıxarılma tələbinə dair iddiası qismən təmin edilmiş və Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsi, 10 saylı binada yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus qeyri-yaşayış binasının 90%-nin Cavabdeh, 10%-nin isə X8 verilməsi qət edilmişdir. Lakin, hazırki iş üzrə iddiaçı X14 "xxxx" Kiçik Müəssisəsi ilə “Elina-2” X6 arasında və ya İddiaçı ilə Cavabdeh arasında 2014-2021-ci illər ərzində birgə fəaliyyət müqaviləsindən irəli gələn münasibətlərin mövcüd olmasına və bu fəaliyyət nəticəsindən Cavabdeh hər-hansı gəlirinin əldə edilməsinə (şahid ifadələrindən başqa) və tələb edilən məbləğə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda da xx.xx.2024-cü il tarixli məhkəmə iclasında da gəlirə dair onda sübutların olmadığını sadəcə cavabdehə məxsus VÖEN olduğunu qeyd etmişdir. Bundan əlavə tələb edilən 100.000 manatın da hansı qayda da müəyyən edilməsinə dair də məhkəməyə sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi X2nın verdiyi ifadəsinə münasibətdə qeyd etmişdir ki, şahidin mübahisəli binada Yasin adlı müdirinin yanında dərzi kimi işləməsi Cavabdeh hər-hansı gəlirin əldə edilməsi anlamına gələ bilməz. Hazırki iş üzrə iddiaçı, onunla Cavabdeh arasında 2014-2021-ci illər ərzində birgə fəaliyyət müqaviləsindən irəli gələn münasibətlərin mövcüd olmasına dair sütubu və cavabdehin həmin müqavilədən irəli gələn əldə edilmiş gəlirin bölünməsi öhdəliyinin mövcüd olmasını, öhdəliyin icra edilməsi nəticəsində iddiaçıya 100.000 manat zərərin dəyməsini sübuta yetirə bilməmişdir.
34. İddiaçı ikinci tələbində təxirəsalınmaz təmirlə müşayət olunan qəzalı vəziyyət və qanunsuzluqlar səbəbindən Sumqayıt şəhəri 42-ci məhəllə, Koroğlu pr, 292,2 ünvanında yerləşən daşınmaz əmlakın cavabdehin günahından qiymətdən düşməsinə görə 50000 manat zərərin alınaraq ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin bu hissəsinə yazılı izahat verərək bildirmişdir ki, Orucun qanunsuz hərəkətləri ucbatından 42ci məhəllədə yerləşən mübahisə binasının texniki sənədlərində 237 kv.metr Tello MMC-nin adna sahə göstərilsə də, bu gün realda həmin sahə tərəfindən sökülüb va yoxdur. Əksinə binanın texniki sənədində göstərilməsə də, binanın orta hissəsində qanunsuz 10 metrlik qoşa mişar daşından tikilmiş divar hazırda movcuddur. Bu divar da ağırlıq salıb tarazlığı pozub binada qəzalı vəziyyət yaratmişdir. Binanın tikintisinə mühəndis rəyi vermiş ixtisasca mühəndis tədrisi olan Cavabdeh binanın boş təməlinə 60 sm dərinlikdə torpağa beton özül yerləşdirməklə üzərinə 10 metr hündürlükdə əlavə kəmərsiz qoşa mişar daşı ilə çöl divarlar qaldırılmışdır. Torpaqda boşalma nəticəsində də bu çöl divarlar sağa-sola əyilməklə mərkəzlərində olan mərtəbəarası beton tavanlar tökülmüşdür. Lakin, iddiaçı iddia tələbinin bu hissəsinə dair də foto-şəkillərdən başqa hər-hansı mötəbər sübutları məhkəməyə təqdim edə və iddiasını əsaslandıra bilməmişdir.
35. Bundan başqa iddiaçı dəqiqləşdirilmiş sonuncu tələbində cavabdeh tərəfindən təktərəfli təsisçisi olduğu vərəsəlik hüquqi üzrə Tello müəssisəsinin adına ayrılmış Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən torpağın 6,2 sotun qanunsuz özgəninkiləşdirilməsinə görə ona dəymiş 100.000 manat zərərin alınaraq ona ödənilməsi xahiş etmişdir. Cavabdeh isə tələbin bu hissəsinə dair bildirmişdir ki, Sovet dövründə dövlət tərəfindən torpaqlar yalnız hansısa məqsədlə istifadəyə verilə bilərdi. Bu torpaq sahəsi isə binanın tikilməsi məqsədilə verilmişdir, yəni bu torpaq nə "xxxx" MMC-yə, nə də ki “Elina-2” şirkətinə məxsus olmuşdur, yəni bu torpaq sadəcə icarədə olmuşdur. Sovet höküməti dağılandan sonra isə bu torğaqa dair bələdiyə ilə yalnız icarə müqaviləsi bağlanmışdır, ona görə də iddiaçı torpağa görə də 100.000 manat zərər tələb edə bilməz.
36. İlk öncə məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçıya məxsus olmasına və cavabdeh tərəfindən qanunsuz özgəninkiləşdirilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan Sumqayıt şəhər X12 Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli qərarından görünür ki, torpaq sahəsi "xxxx" kiçik müəssisəsinə sadəcə Azərbaycan milli xalq musiqi alətləri hazırlanmasını və təmirini təmin edən bina tikmək, yəni istifadə üçün ayrılmışdır. Belə olan halda, iddiaçının mülkiyyət hüququnun pozulması və hər-hansı zərərin dəyməsi müəyyən edilə bilməz. Digər tərəfdən "xxxx" kiçik müəssisəsinə ayrılmış torpaq sahəsinə görə dəymiş zərərin tələb edilməsinə münasiətdə iddiaçının sübuyektiv hüququnun olub-olmaması məsləsinə dair də hüquqi qiymət verilməsini məhkəmə zəruri hesab edir.
37. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. İşdən göründüyü kimi iddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi kimi vergi orqanında qeydiyyata alınmış və ona aid olduğunu iddia etdiyi torpaq sahəsinin qanunsuz özəlləşdirilməsi nəticəsində dəymiş ziyanın tələb edilməsini də həmin hüquqi şəxsin adından deyil, iddiaçı kimi öz adından iddia qaldırmışdır. Pay bölgüsünü müəyyən edən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 4/2-292 saylı qətnaməsi ilə torpaq sahəsinin deyil, yalnız qeyri-yaşayış binasına dair iddiaçı və cavabdehin payları müəyyən edilmişdir.
39. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının həmin tələbi qaldırılması üçün subyektiv hüququ da mövcud olmamışdır. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/10 saylı xx.xx.2010-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilmiş 224645,62 manat məbləğində kredit borcu ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində icarədə olan 0,1220 ha torpaq sahəsində yerləşən binanın 1-ci və 2-ci mərtəbəsində 1086,56 kv.m ümumi, 1034,26 kv.m əsas və 52,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilmişdir. Tutma üzrə tələb bilavasitə Cavabdeh məxsus əmlaka yönəldilmiş, nə hazırki iş üzrə İddiaçı, nə də "xxxx" MMC tərəfindən həmin qətnamə və ipoteka müqavilələri mübahisələndirilməmişdir. Bundan əlavə 6,2 son torpaq sahəsinə görə 100.000 manat zərərin necə formalaşması da iddiaçı tərəfindən əsaslandırılmamışdır.
40. Beləliklə, göründüyü kimi iddiaçı iddia tələbinin üç hissəsini də (100.000 manat, 50.000 manat və 100.000 manat) zərər formasında tələb etmişdir. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmədiyi, iddianın əsassız olduğu üçün məhkəmə düzgün qənaətə gələrək iddianın təmin edilməməsini qət etmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2790/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.