Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-9/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı firmasının Cavabdeh ASC-yə qarşı (üçüncü şəxs: X3 Xidməti) “qeyri-yaşayış sahəsinə görə maddi ziyanın ödənilməsi, torpaq sahəsindən çıxarılması, mümkün olmadıqda real bazar qiymətinin alınması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-381/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı firması Cavabdeh ASC-yə (bundan sonra-“Gəmiçilik”) qarşı iddia ərizəsi və sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən məhv edilmiş qeyri-yaşayış sahəsinin bazar qiymətini təşkil edən ******* manatın tutulması və onun Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanda iddiaçıya məxsus olan 4247.6 kv.metr torpaq sahəsindən çıxarılması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması mümkün olmadıqda isə torpaq sahəsinin bazar qiymətini təşkil edən 3.042.200 manatın və məhv edilmiş qeyri-yaşayış sahəsinin bazar qiymətini təşkil edən 4.006.300 manat, cəmi ******* manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı firması dənizdə istifadə olunan bütün qurğuların, sualtı texniki işlərin görülməsi ilə məşğuldur. Bu fəaliyyətin həyata keçirilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 3 ünvanında yerləşən ümumi sahəsi 4247,6 kv.m olan torpaq sahəsini və orada yerləşən qeyri-yaşayış sahəsini özəlləşdirmiş və özəlləşdirməyə dair firmaya müvafiq şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi firmanın mülkiyyətindədir. Lakin cavabdeh heç bir əsas olmadan həmin torpaq sahəsini və qeyriyaşayış sahəsini ələ keçirmək məqsədi ilə firmanın mülkiyyətinə qəsd edərək, həmin ərazini zəbt etmişdir. Dəfələrlə həmin ərazinin boşaldılması tələb olunsa da nəticəsi olmamışdır. Hüquqi əsas kimi isə Bakı Şəhər İcra Hakimiyyətinin 450 saylı xx.xx.2011-ci il tarixli sərəncamı göstərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 mart 2012-ci il tarixli 2in(82)-660/2012 saylı qərarı ilə iddiaçı tərəfindən cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qaldırılan iddia təmin edilmiş, cavabdehin sözügedən sərəncamı qismən, yəni iddiaçıya məxsus 4247,6 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmiş və iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərin ona qadağan edilməsi qət edilmişdir. Həmin məhkəmə aktı ilə həqiqətən cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 4247,6 kv.m torpaq sahəsinin və orada yerləşən qeyri-yaşayış sahəsinin zəbt edilməsi öz təsdiqini tapmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verməmiş, birinci instansiya məhkəməsində işə baxılmasında iştirak edən nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş, mübahisələndirilən qeyri-yaşayış və torpaq sahələrinin sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsində yerləşməsi sübut olunmadığını bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-381/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslanıdırılmışdır. “... Qətnamə qanuni və əsaslı deyil, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmənin qətnamədə yeganə dəlili iddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 307 saylı sərəncamının mübahisələndirməməsidir. Məhkəmənin həmin dəlilli ilə razılaşmaq olmaz. Belə ki, həmin sərəncmla cavabdehə ayrılan Xətai rayonu Zığ şossesi küçəsi, 2962 məhəllədə cizgidə göstərilən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-230/2019 saylı qətnaməsi ilə də müəyyən olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 450 saylı sərəncamı və xx.xx.2013-cü il tarixli 307 saylı sərəncamı ilə eyni ünvanda - ünvan 2 olan halda məhkəmə, daşınmaz əmlakın dövlət reyestrinin məzmununu həqiqiliyi və tamamlığı prezumpsiyasını təsbit edən 140-cı maddəsi tətbiq etməli idi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 mart 2012-ci il tarixli 2in(82)-660/2012 saylı qərarı ilə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 450 saylı sərəncamı qismən, yəni Tərsanə” Firmasına məxsus 4247,6 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmiş, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlər cavabdeh X1 edilmişdir. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, Tərsanə” Firmasının mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verilə bilməzdi. Gəmiçiliyin istinad etdiyi həmin sərəncam və torpaq ayrılmasına dair digər sənədlər firmanın torpaq sahəsinə olan mülkiyyət hüququnu məhdudlaşdırmaq üçün əsas vermir. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti başıçısının xx.xx.2013-cü il tarixli 307 saylı sərəncamı, xx.xx.2011-ci il tarixli 450 saylı sərəncamın faktiki olaraq təkrarıdır. Məhkəmə, Azərbaycan Respublikası Kontitusiyasında və qanunlarında təsbit edilmiş mülkiyyətin müdafisəinə dair müddəaları bir kənara qoyaraq iddiaçının mülkiyyətinin vaxtaşırı müdaxilə formasında meydana çıxan sərəncamlarla” üz-üzə qoymaqla, özünü mübahisənin ədalətli və qanuni həllindən qərəzli suratdə kənarlaşmışdır. Bundan əlavə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 mart 2012-ci il tarixli 2in(82)-660/2012 saylı qərarına istinadən qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başıçısının xx.xx.2013-cü il tarixli 307 saylı sərəncamı ilə Xətai rayonu, Zığ şossesi küçəsi, 2962-ci məhəllədə torpaq sahəsi yeni zavod tikintisinin layihələndirilməsi üçün Gəmiçiliyə verilmişdir. Belə olan halda həmin qərarın hazırkı iş üzrə preyudisallığı istisna edilməlidir. Lakin məhkəmə nəzərə almamışdır ki, iddia tələbi yalnız torpaq sahəsindən çıxarılma ilə məhdudlaşmır, həmçinin cavabdehin həmin torpaq sahəsinə qanunsuz sahiblik etməklə yanaşı iddiaçıya məxsus həmin sahədəki qeyri-yaşayış sahəsinin bazar qiymətini təşkil edən 4.006.300 manat pulun da tutulmasını dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda Konstitusiyaının 13 və 29-cu, Mülki Məcəllənin 157-ci madələrinin tələbələrinə iməhəl qoymadan dövlətin təmin at verdiyi iddipaçının mülkiyyət hüququnun pozulmasına əhəmiyyət verməmişdir (Avropa Məhkəməsinin qərarlarına istinad olunur). Hazırkı işdə nəinki iddiaçının torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş, hətta cavabdehin qanunsuz sahibliyində olan dövrdə torpaq sahəsində olan qeyri-yaşayış sahəsi də sökülərək, iddiaçıya külli miqdarda ziyan vurulmuşdur. Belə olan halda məhkəmə tərəfindən hazırkı iddia tələbinin hazırda icra prosesində olan məhkəmə qərarı ilə həll edilmiş tələblə eyniləşdirilməsi tamamilə əsassız olmuşdur...” İşə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 309/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərərək iş üzrə icraat rəy alınanadən dayandırılmışdır. Həll edilməsi üçün ekspert (lər) qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. İddiaçı firmasına məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanında yerləşən 4247,6 kv. m torpaq sahəsi ilə ünvan 3 2013-cü il tarixli sərəncamına əsasən Xətai rayonu, Zığ şosesi, 2962-2938-2939 saylı məhəllələrdə yeni zavod tikintisinin layihələndirilməsi üçün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-yə ayrılmış və hazırda onun istifadəsində olan 3,1171 ha torpaq sahəsi - üst-üstə düşürmü ?
2. Əgər həmin torpaq sahələri üst-üstə düşmürsə, İddiaçı firmasına məxsus 4247,6 kv m torpaq sahəsinin yerləşdiyi yer müəyyən edilsin.” xx.xx.2021-ci il tarixdə iş materialları, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2021-ci il tarixli 10/1968 saylı məktubu il Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi təqdim edilmədyindən, icrasız geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə isə Əmlak Məsələlri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin mütəxəssis rəyi Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixdə iş üzrə icraat təzələnərək, işə baxılması üçün xx.xx.2022-ci il tarixinə hazırkı məhəmə iclası təyin edilmişdir. Məkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddiaçının tələblərinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.5, 135.8, 376.2ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qətnamədə qeyd etmişdir ki: “...Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2in(82)660/2012 saylı 09 mart 2012-ci il tarixli qərarında Bakı şəhəri İcra Hakimıyyətinin 450 saylı, xx.xx.2011-cı il tarixli sərəncamının qanuniliyi məsələsi araşdırılmış, həmin sərəncam ləğv edilmişdir. Hazırkı işin hallarından isə görünür ki, Bakı Şəhər icra Hakımıyyətı başçısının xx.xx.2013-cü il tarixli, 307 saylı sərəncamı ilə cavabdehə müvafiq torpaq sahələri ayrılmışdır. Göründüyü kimi, iddiaçının hazırki tələbində mübahisələndirdiyi cavabdehin hərəkətlərinin hüquqi əsası dəyişmişdir... iddiaçı isə Bakı Şəhər icra Hakımıyyətı başçısının xx.xx.2013-cü il tarixli, 307 saylı sərəncamını mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz...” Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçının iddia ərizəsindən və onun apellyasiya şikayətinin qeyd olunan dəlillərində israrlı şəkildə mübahisələndirir ki, onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanda yerləşən 4247.6 kv.metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək orada yerləşən qeyri-yaşayış sahəsinin qanunsuz olaraq məhv edilmişdir. İddiaçı bu mövqeyini 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 mart 2012-ci il tarixli 2in(82)-660/2012 saylı qərarı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(103)-230/2019 saylı qətnaməsi ilə də müəyyən olunan hallarla əsaslandırmağa çalışmışdır. İşə əlavə olunmuş, istinad olunan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 mart 2012-ci il tarixli 2in (82)-660/2012 saylı qərarından isə görünür ki, həmin iş üzrə istər “Təsanə” firmasının iddia ərizəsində şərh olunan faktiki hallarından, istər cavabdeh tərəfin bununla bağlı yazılı etirazında göstərilənlərdən, istərsə də həmin məhkəmə araşdırması ilə tədqiq olunan hallardan görünür ki, AR Dövlət Əmlakı Nazirliyi tərəfindən iddiaçıya verilmiş 000250 saylı xx.xx.2000-ci il tarixli şəhatənaməyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3 ünvanda yerləşən 1214,8 kv.m qeyri-yaşayış sahəsinin Gəmçilik tərəfindən faktiki olaraq məhv edildiyi, eləcə də həmin nazirlik tərəfindən ona verilmiş 62 saylı xx.xx.2000-ci il tarixli tarixli şəzadətnaməyə əsasən mülkiyyətində olan 4247.6 kv.metr torpaq sahəsinin Gəmiçilik tərəfindən zəbt olunması halları mübahisə predmeti olmamış, heç bu barədə söhbət də getməmiş, iddiaçı tərəfindən mübahisələndirilən məsələ yalnız, İddiaçı Firmasına məxsus 4247,6 kv.m torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 450 saylı sərəncamı ilə, Gəmiçiləyə ayrılmış 11.2243 ha torpaq sahəsi ilə əhatə olunması (hüdudları daxilində olması) məsələsi təşkil etmişdir ki, məhkəmə tərəfindən də sərəncam həmin (firmaya məxsus 4247,6 kv.m torpaq sahəsinə aid) hissədə ləğv edilmişdir. Beləliklə də, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 450 saylı sərəncamının “Təsanə” firmasına aid olan hissədə” ləğv olunsa da, faktiki olaraq Gəmiçilik tərəfindən həmin torpaq sahəsinin zəbt olunduğunu və orada yerləşən tikililərin məhv edilməsi anlamını ehtiva etmir. Belə olan halda, iddiaçının həmin qərara əsaslanaraq ona məxsus torpağın cavabdeh tərəfindən zəbt olunmasının və əmlaklarının məhv edilməsinin həmin qərarla sübuta yetirilməsi kimi qiymətləndirilə bilməz. İddiaçının istinad etdiyi - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(103)-230/2019 saylı qətnaməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 450 saylı sərəncamı, eləcə də, xx.xx.2013-cü il tarixli 307 saylı sərəncamı ilə - Gəmiçiliyə ayrılan torpaq sahəsinin “eyni ünvanda” (ünvan 4 istinad olunan dəlillərinə gəldikdə isə, Gəmiçiliyə sözügedən 307 saylı sərəncamla ayrılan torpaq sahəsi ilə 450 saylı sərəncamla ayrılıan torpaq sahəsi - eyni torpaq sahələri kimi qiymətələndrilməsi də istisna olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı firmasının cavabdeh “Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi”nə qarşı “iddiaçının torpaq sahəsində fəaliyyətin qanunsuz məhdudlaşıdırılması nəticəsində ona dəymiş maddi (əldən çıxmış fayda) və işgühar nüfuzuna vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki (iqtisad) iş üzrə 21 avqust 2019-cu il tarixli 2-2(102)373/2019 saylı qərarı və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 mart 2012-ci il tarixli 2in(82)- 660/2012 saylı qərarı ilə müəyyən olunan hallardan, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının işə əlavə olunmuş xx.xx.2013-cü il tarixli 307 saylı sərəncamının surətindən görünür ki, mülkiyyət şəhadətnamələri əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin ünvanı - “Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3”; Gəmiçiliyə ayrılan torpaq sahəsinin ünvanı isə - ünvan 6öründüyü kimi, bu iki ünvanın heç də eyniləşdirilməsi mümkün deyil. Qeyd olunmalıdır ki, hazırkı mərhələdə təyin edimiş məhkəmə-tikinti ekspertizası üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinən aydın olur ki, mütəxəssis tərəfindən mübahisələndirilən əraziyə baxış keçirilmiş, naturada koordinatları müəyyən edilərək ölçülmüş, ərazinin koordinatlarını və məlumatlarını və sair parametrlərini əks etdirən sxemlər hazırlanması nəticəsində: İddiaçı firmasına “Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 3” ünvanında yerləşən 4247,6 kv m torpaq sahəsinə dair ilkin torpaqayırma sənədləri təqdim edilmədiyinə, firmaya işlənmiş Texniki pasportda isə koordinatın olmadığına görə, habelə cizgidəki orientirlər və situasiya itdiyindən - həmin cizgi göstəricilərinə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının qeyd olunan 307 saylı sərəncamı ilə Xətai rayonu, Zığ şossesi, 2962-2938-2939 saylı məhəllələrdə Gəmiçiliyə ayrılmış və hazırda onun istifadəsində olan 3.1171 ha torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək də mümkün olmamışdır. Hər bir halda, iddiaçının hüquqlarının güman etdiyi pozuntuları Bakı şəhər İcra hakimiyyəti Başçısının Gəmiçiliyin istifadəsinə torpaq sahəsinin ayrılması barədə qəbul etdiyi sərəncamları ilə əlaqədar olmuşdur. İşə əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 307 saylı sərəncamının sərəncamının mətnindən də görünür ki, Gəmiçiliyə torpaq sahəsi ayrılarkən, həmin sərəncamla, ərazidə yerləşən əmlak mülkiyyətçilərinin köçürülməsinə dair Gəmiçiliyə hər hansı bir tapşırıq verilməmişdir. İddiaçı firmasının cavabdeh “Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçiliyi”nə qarşı“iddiaçının torpaq sahəsində fəaliyyətin qanunsuz məhdudlaşıdırılması nəticəsində ona dəymiş maddi (əldən çıxmış fayda) və işgühar nüfuzuna vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki (iqtisad) iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının qeyd olunan 21 avqust 2019-cu il tarixli 2-2(102)373/2019 saylı yekun qərarında da məhz vurğulamışdır ki, “Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 307 saylı sərəncamı ilə cavabdehə ayrılmış torpaq sahəsinin iddiaçıya ayrıliış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin dəqiq müəyyən edilməsi, həmin sərəncamın iddiaçının hüquq və mənafelərinə toxunub-toxunmadığına hüquqi qiymət verilməsi başqa bir məhkəmə mübahisəsinin predmeti ola bilər və həmin əsasın hazırkı (mülki) icraat çərçivəsində araşdırılmasına məhkəmə səlahiyyətli deyildir.” Beləliklə də iddiaçının mülkiyyətində olan mübahisəlndirilən əmlaklarına münasibətdə cavabdehin hüququzidd hərəktlərinin mövcudluğu, belə hərəkələri ilə mülki hüquq pozuntusu törədərə iddiaçının torpağını zəbt etdiyi və ona maddi ziyan vurduğu sübuta yetirilmir. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin qeyd olun tələblərindən isə göründüyü kimi, qanunazidd hərəkətləri ilə mülki hüquq pozuntusu törətmiş şəxs mülki məsuliyyət məsuliyyət daşıya və vurulmuş zərəin əvəzini zərərçəkənə ödəyə bilər. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın rədd edilməsini işdə olan sübutlarla müəyyən edilən hallara, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qətnamənin maddi və prosesessul hüquq normalarının pozulması ilə çıxarıldığını, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-381/2020 saylı xx.xx.2020-ci il tarixli il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119, 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı firmasının apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-381/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Vidadi Məmmədov