Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-901/2025 28.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı müqavilənin bağlanması tələbinə tələbinə dair kommersiya mübahisəsi üzrə üzrə (açar sözlər:müqavilə bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, meşələrdən istifadə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X9 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı müqavilənin bağlanması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)- 2277/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmış çıxarışdan görünür ki, Xaçmaz rayonu, Şimali qəsəbəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi Nümayəndə3, X4 və X3 paylı mülkiyyətindədir.
2. X11 ilə “Azərtunelixtisassutikinti” idarəsi arasında bağlanmış 02 mart 1990-cu il tarixli müqavilənin kserosurətindən görünür ki, həmin müqaviləda meşə fondu torpaqlarından 5 hektar sahə ayrılaraq “Azərtunelixtisassutikinti” idarəsinin icarəsinə verilməsi nəzərdə tutulmuşdur.
3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X11 ilə “Azərtunelixtisassutikinti” idarəsi arasında bağlanmış 02 mart 1990-cu il tarixli müqavilə 5 saylı X8 Mərkəzinin arxivində tapılmamışdır.
4. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iş materiallarına əlavə edilmiş X11 ilə “Azərtunelixtisassutikinti” idarəsi arasında bağlanmış 01.yanvar 2000-2008ci illər arası dövr üçün bağlanmış icarə müqaviləsinin kserosurətindən görünür ki, həmin müqavilədə meşə fondu torpaqlarından 1 hektar sahə ayrılaraq “Azərtunelixtisassutikinti” idarəsinin icarəsinə verilməsi nəzərdə tutulmuşdur.
5. Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin bağlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Yalama meşəsində yerləşən torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanılma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 və Bərpası Müəssisəsi ilə “Azərtunelixtisassutikinti” idarəsi arasında 1 mart 1990-cı ildən icarə müqaviləsi bağlanmışdır. Bununla yanaşı qeyd edirlər ki, tərəflərindən xx.xx.2024, xx.xx.2024 tarixlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkşafı Xidmətinə müraciət olunmuş və xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilmişdir. Cavabdeh orqanın cavab məktubunda müqavilənin arxivdə tapılmaması qeyd edilmişdir. Eyni zamanda bildirirlər ki, meşə ərazisində “Azərtunelixtisassutikinti”yə məxsus “Bulaq” İstirahət Mərkəzi yerləşir. Qeyd edilən istirahət mərkəzi qanuni şəkildə fəaliyyət göstərir. Mübahisə predmeti olan ərazidə icarə müqaviləsinin bağlanması istirahət mərkəzinin fəaliyyətinin davam etdirilməsi üçün zəruridir. Həmçinin "xxxx" MMC-nin “Bulaq” istirahət zonası “Təbiəti Mühafizə Cəmiyyəti” ictimai birliyinin üzvüdür. Buna əsasən İddiaçı MMC hər il “Bulaq” istirahət mərkəzinə üzvlük haqqı ödəyir və tərəflərindən müvafiq olaraq hər ay 500 manat məbləğində vergi ödənilir. Yekun olaraq, sözügedən torpaq sahəsi həmin ildən etibarən qanuni istifadələrindədir və təyinatına uyğun istifadə edilməktədir. Buna müvafiq olaraq müəssisə vergisini ödəyir və başqalarının qanuni sahibliyini iddia etmir. Bu səbəbdən müqavilənin onlarla bağlanılma öhdəliyinin cavabdehin üzərinə qoyulmasının zəruri olduğunu hesab edirlər.
8. Cavabdeh iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəf “Azərtunelixtisassutikinti” İdarəsi ilə keçmiş X12 və Bərpası Müəssisəsi arasında bağlanılmış 1 mart 1990-cu il tarixli müqaviləni təqdim edərək, qeyd edir ki, "xxxx" MMC “Azərtunelixtisassutikinti” İdarəsinin hüquqi varisidir və həmin müqavilə əsasında indiki dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X8 Mərkəzi (X12 və Bərpası Müəssisəsini hüquqi varisi) ilə "xxxx" MMC arasında icarə müqaviləsi bağlanmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfin təqdim etdiyi müqavilənin saxta olmasına əsaslı şübhələr mövcuddur. Belə ki, tərəflərindən məhkəməyə müqavilənin bağlandığı tarixləri əhatə edən əmrlər təqdim edilmişdir. Bu əmrlərin təqdim edilmə səbəbini əsaslandırmaq istəyirlər. Qeyd etdikləri kimi iddiaçının təqdim etdiyi müqavilə 1990-cı ilin mart ayını əhatə edir və müqavilə X12 və Bərpası Müəssisəsinin direktoru N.B.Abdurəhmanov tərəfindən imzalanmışdır. Lakin tərəflərindən təqdim edilən 1990-cı ilin mart ayında X12 və Bərpası Müəssisəsi tərəfindən verilən 11 nömrəli əmrdən görünür ki, xx.xx.1990-cı ildə Mərkəzin direktoru N.Seyidov olmuşdur. Mərkəzin direktoru N.Seyidov olduğu halda müqavilə necə N.B.Abdurəhmanov tərəfindən imzalana bilər? Eyni zamanda, tərəflərindən təqdim edilən 57 nömrəli əmrdən görünür ki, N.B.Abdurəhmanov yalnız xx.xx.1997-ci ildə X12 və Bərpası Müəssisəsinin direktoru vəzifəsinə təyin edilmişdir. Bu da müqavilə tarixindən 8 il sonraya aiddir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilən müqavilə həqiqi müqavilə deyil. Eyni zamanda, həmin müqavilə 5 saylı X8 Mərkəzi arxivində də tapılmamışdır. İddiaçı tərəfindən təqdim edilən müqavilənin qeydiyyat nömrəsi belə mövcud deyil. İş materiallarına iddiaçı tərəfindən Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz Rayon şöbəsinə ödənişin edildiyi göstərilən qaimə əlavə edilmişdir. Bildiririk ki, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz Rayon şöbəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumu deyil, iddiaçının həmin cəmiyyətə hər hansı pul məbləğini köçürməsi halı sözügedən mübahisənin predmeti ilə bağlı deyil. Məlumat üçün bildirirlər ki, hazırda Azərbaycan Respublikasının Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş «Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları»na uyğun olaraq meşə fondu torpaqları müqavilə əsasında istifadəyə verilir. Meşə fondu torpaqlarında istifadəyə görə icarə haqqı dövlət büdcəsinə ödənilir. İddiaçının hər hansı qeyri-hökümət təşkilatına ödəniş etməsi onun dövlət meşə fondu torpağından istifadəyə görə icarə haqqını ödəməsi kimi başa düşülməməlidir. Yuxarıda göstərilənlərdən görünür ki, iddiaçının tələbləri əsassızdır və hər hansı sübutlarla təsdiq edilmir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2277/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verilərək bildirilir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 390.4-cı maddəsi təşkil edir. Həmin normaya əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin maddənin mənasına görə müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya iki istisna müəyyən etmişdir: 1) müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə; 2) tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulmuş olmalıdır. Hazırkı işdə qeyd olunan hallardan heç biri mövcud deyil. Belə ki, cavabdehin belə bir vəzifəsi Mülki Məcəllədə nəzərdə tutulmamışdır, onun iddiaçı qarşısında eyni öhdəliyi götürməsi də iş materialları ilə təsdiqini tapmır. İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilən 31 dekabr 1990-cı il tarixli ümumiyyətlə kserosurətdir və cavabdeh qurumlar tərəfindən təqdim olunan müraciətlərə cavablarda arxivdə aşkar edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, qeyd edilən sənəd ümumiyyətlə sübut hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd etmişdir ki, iddia ərizəsi rədd olunduğundan ödənilmiş dövlət rüsumuları iddiaçının özünə aid edilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 390.1, 390.2, 390.3-cü maddələrinə, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16 və 17-ci maddələrinə, “Torpaq islahatı” haqqında Qanunun 4-cü maddəsinə, hazırda Azərbaycan Respublikasının Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”na istinadla əsaslandırmışdır.
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişaf Xidmətinə müraciət edərək “Azərtunelixtisassutikinti” İdarəsi ilə keçmiş X12 və Bərpası Müəssisəsi arasında bağlanmış müqavilənin İddiaçı MMC-nin adına dəyişdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişaf Xidməti tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən 1 mart 1990-cı il tarixli müqavilənin 5 saylı X8 Mərkəzinin arxivində tapılmadığı qeyd edilmişdir. Müqavilə predmenti olan torpaq sahəsi faktiki olaraq İddiaçı MMC-nin istifadəsindədir və həmin ərazidə İddiaçı MMC-y məxsus “Bulaq” İstirahət Kompleksi qanuni şəikildə fəaliyyət göstərir. Bununla əlaqədar məhkəməyə sübut sənədlər (İstirahət Komleksinə dair müqavilələr, vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında arayış və s) təqdim edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən hər il 500 manat məbləğində icarə haqqı və müvafiq olaraq vergilər ödənilir. Göstərilənlərlə əlaqədar iddiaçı tərəfindən Xaçmaz rayonu, Yalama meşəsində yerləşən torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanma vəzifəsinin cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrinİnkişafı Xidmətinin və Azərbaycan Respublikasının Ekologiyavə Təbii Sərvətlər Nazirliyinin üzərinəqoyulması tələbi ilə məhkəməyə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2277/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən aydın olur ki, mübahisə predmeti sahə hazırda iddiaçının istifadəsindədir və orada iddiaçıya məxsus “Bulaq”İstirahət Kompleksi fəaliyyət göstərir, bununla yanaşı iddiaçı tərəfindən icarə haqqı və vergilər qanuna müvafiq olaraq ödənilmişdir. Bununla yanaşı “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Qanunun 28-ci maddəsinə əsasən Təbiət imühafizə sahəsində ictimai nəzarəti Azərbaycan Respublikası Dövlət X2 Nəzarət Komitəsinin ictimai müfəttişləri, habelə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti, Ekologiya İttifaqı, Yaşıllar hərəkatı, Meşəçilər Cəmiyyəti və digər ictimai təşkilatlar, əmək kollektivləri, əhali həyata keçirir. Belə ki, İddiaçı MMC-yə məxsus X5 Mühafizə cəmiyyətinin ictimai birliyinin üzvüdür, müvafiq olaraq illik 300 manat üzvlük haqqı iddiaçı tərəfindən ödənilir. Qeyd edilənlər meşə fondunun ərazisinin iddiaçı tərəfindən qanuni istifadəsini təsdiq edir. Məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınmamışdır. Qeyd edilənlər 1 mart 1990-cı il tarixli müqavilənin qüvvədə olmasını təsdiq edir. Mübahisə predmeti ərazinin iddiaçının istifadəsində olması faktı cavabdeh tərəfindən iddia ərizəsi verilənədək mübahisələndirilməmişdir. Belə ki, fiziki və hüquqi şəxslərin inzibati orqanın praktikasına etimadı qanunla qorunur (“İnzibati icraat haqqında” Qanun maddə 13). Məhkəmənin 01 mart 1990-cı il tarixli müqaviləni sübut qismində hesab etməməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq bildirir ki, müqavilənin cavabdeh qurumların arxivində olmaması halı iddiaçının məsuliyyəti ilə əhatə olunmur. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Məhkəmə qeyd etmişdir ki,“Qanunvericinin beləyanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin ... Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənlərə istinadən iddiaçı 01 mart 1990-cıil tarixli müqaviləyə əsasən ona ayrılmış sahədən qanunvericiliyə uyğun şəkildə istifadə etmişdir. Belə ki, sözügedən müqavilə X6 direktoru tərəfindən imzalanmış və qurumun möhürü ilə təsdiq edilmişdir. Bununla yanaşı Məhkəmənin Mülki Məcəllənin 390.3- cü maddəsinə münasibətdə hüquqi mövqeyi yanlış olmuşdur. Belə ki, sözügedən maddənin dizpozisiya şərtlərinə əsasən Mülki Məcəllədə nəzərdə tutulduğu halda və könüllü götürülmüş öhdəliklə nəzərdə tutulduğu halda müqavilə azadlığı prinsipi istisna edilir. Hazırki iş üzrə 1 mart 1990-cı il tarixli müqavilənin faktiki olaraq qüvvədə olması, müqavilə əsasında iddiaçıya icarəyə verilmiş sahənin iddiaçının qanuni istifadəsində olması tərəflərindən məhkəməyə təqdim edilmiş sübut materiallarla təsdiq edilir. Belə ki, cavabdeh qurumlar tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı tələb mövcud olmamışdır. Eyni zamanda İddiaçı MMC “Azərtunelixtisassitikinti” İdarəsinin hüquqi varisi olduğundan və sözügedən müqavilə İdarə ilə X12 və Bərpası Müəssisəsi arasında bağlandığından, eyni zamanda müqavilə üzrə meşə fondu torpağı iddiaçının qanuni istifadəsində olduğundan hesab edirlər ki, bu hallar cavabdehlərin İddiaçı MMC ilə müqavilə bağlamaq üzrə könüllü öhdəliklərini təsdiq edir. Bu halda cavabdehlərin formal əsaslarla müqavilə bağlamaqdan imtinaları əsassızdır. Belə ki, Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Belə ki, məhkəmə hazırda 1 mart 1990-cı il tarixli müqaviləsinə hüquqi qiymət verərkən müqavilə şərtlərinin faktiki olaraq mövcud olmasını, müqavilənin predmeti olan meşə fondundan ayrılmış torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını, müqavilə üzrə iddiaçı tərəfindən icarə haqqının ödənilməsi hallarını nəzərə almalı idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İdidaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
16. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
17. AR Mülki Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 51-ci maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.
19. Meşə Məcəlləsinin: 14-cü maddəsinə əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyrimeşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. 15-ci maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır: müqavilələr; məhkəmə qərarları; bu Məcəllə ilə yol verilən digər əsaslar. Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir. 16-cı maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər. Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər. Meşə istifadəçisi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir. Meşə fondu sahələrindən (torpaqlarından) istifadə hüququnun başqasına keçməsi müqaviləyə, meşəqırma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir. 22-ci maddəsinə əsasən bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 385-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirilmişdir. Odur ki, hazırkı qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, İddiaçı MMC Azərtunelixtisassutikinti” İdarəsi (iddiaçının hüquqi sələfi) ilə X11 arasında bağlanmış xx.xx.1990-cı il tarixli icarə müqaviləsinə əsasən Xaçmaz rayonu, Yalama meşəsində yerləşən torpaq sahəsinin onların icarəsinə verildiyini, həmin sahədə ona məxsus “Bulaq” istirahət mərkəzinin fəaliyyət göstərməsini, torpaq sahəsinə dair icrə haqqı, vergi və Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinə üzvlük haqqı ödədiklərini əsas göstərərək Xaçmaz rayonu, Yalama meşəsində yerləşən torpaq sahəsi üzrə icarə müqaviləsinin bağlanılması barədə tələb irəli sürür. Cavabdeh isə iddiaya etiraz edərək göstərir ki, 1990-cı il tarixli müqavilənin mövcudluğuna və həqiqiliyinə dair əsaslı şübhələr mövcuddur, iddiaçının etdiyi ödənişlər isə icarə haqqı olmamaqla sonuncunun icarəçi statusunu təsdiq etmir.
26. Kollegiya ilk növbədə qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəfindən məhkəməyə “Azərtunelixtisassutikinti” İdarəsi ilə X11 arasında bağlanılmış 1990-cı il tarixli icarə müqaviləsinin kserosurəti təqdim edilmişdir. Həmin sənədin həqiqiliyi şübhə doğurduğundan məhkəmə tərəfindən müqavilənin əslinin təqdim edilməsi zəruri hesab edilmişdir. Lakin iddiaçı müqavilənin əslini təqdim edə bilməmiş, cavabdeh isə arxivdə belə müqavilənin mövcud olmadığını bildirmişdir. Eyni zamanda iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş 2000-ci il tarixli icarə müqaviləsi də kserosurət olmaqla yanaşı iddiaçı həmin sənədin iş birinci instansiya məhkəməsində baxılarkən təqdim edilməsinin ondan asılı olmayan hallardan mümkün olmamasını əsaslandırmamışdır. Göstərilən səbəbdən məhkəmə kollegiyası, sözügedən kserosurətlərin sübut kimi qəbul edilməsini mümkün hesab etmir.
27. Eyni zamanda o da qeyd edilməlidir ki, birincisi, iddiaçı ilə bağlanması iddia olunan 1990-cı il tarixli müqavilədə meşə fondu torpağının icarə müddəti 1999-cu il tarixədək, 2000-ci il tarixli müqavilədə isə 2008-ci ilədək müəyyən edilmişdir, ikincisi, müqavilələrin kserosurətlərində icarə verilən torpaq sahələrinin sahələri fərqli göstərilmiş, yəni bağlanması iddia olunan həmin müqavilələrin eyni torpaq sahəsi ilə bağlı olmasını da müəyyən etmək mümkün deyil. Üçüncüsü, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə görə icarə haqqı ödənilməsini sübuta yetirmək üçün yalnız 2013-cü il tarixli təyinatı olaraq “2013-cü il üçün meşə torpağının icarə haqqı” göstərilmiş ödəniş sənədinin surətini təqdim etmişdir. Belə olan halda kollegiya hesab edir ki, sözügedən müqavilələrin mövcudluğu ehtimal edilsə belə, göstərilən hal meşə torpaq fonduna aid sahəsinin hal-hazırda iddiaçının qanuni sahibliyində olması faktını sübuta yetirmir.
28. Bununla belə, iddiaçının iddia ərizəsində tələblərinin əsası kimi istinad etdiyi hallar, yəni MMC-nin hüquqi sələfi ilə X11 arasında 1990-cı ildə icarə müqaviləsi bağlanması və həmin torpaq sahəsinin hal-hazıradək iddiaçının istifadəsində olması öz təsdiqini tapsa belə göstərilən hallar hazırkı iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz.
29. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən olunmuşdur ki, mülki hüquq subyektləri müqavilə bağlamaqda azaddırlar və müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Eyni zamanda qanunverici bu qaydadan iki istisnanı müəyyən etmişdir. Birinci istisnanı müqavilə bağlamağa məcbur etmə vəzifəsinin Mülki Məcəllədə, ikinci istisnanı isə tərəflərin könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulması halı təşkil edir.
30. Hazırki işdə isə bu istisnalardan heç biri mövcud deyil. Belə ki, Mülki Məcəllədə iddiaçının istinad etdiyi hallara əsasən müqavilə bağlamağa məcbur etmə vəzifəsini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır, eləcə də cavabdeh üzərinə könüllü olaraq torpaq sahəsinə dair icarə müqaviləsi bağlamasına dair öhdəlik götürməmişdir.
31. Şərh olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlar əsasında tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3333/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmdova
Ziya Şirinov