Məhkəmə qərarları › İş №2-2(103)-907/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-907/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-907/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X15 Sanayi ve Ticaret. A.Ş”-nin cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 MMC-nə qarşı (“İri şəhərlərin Birləşmiş su Təchizatı Xidməti” PHŞ və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) iddia tələbinə dair iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, əldən çıxmış fayda, tətbiq edilməli olan hüququn seçimi, icra müddəti müəyyənləşdirilməmiş müqavilə tələbləri üzrə iddia müddəti, iddia müddətinin axımının hesablanması, yeni sübutun apellyasiya instansiyası məhkəməsinə təqdim olunması, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X7 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı “X15 Sanayi ve Ticaret A.Ş”-nin qanuni təmsilçisi Hüseyin Gezerin, nümayəndələri (vəkilləri) Vəkil1 və Nümayəndə4, Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh2 MMC-nin (əvvəlki adı "xxxx" MMC) nümayəndəsi (vəkili) Nümayəndə7 iştirakları ilə “X15 Sanayi ve Ticaret. A.Ş”-nin Cavabdeh1 MMC-nə və Cavabdeh2 MMC-nə qarşı “borcun, əldən çıxmış faydanın və məhkəmə xərclərinin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsindən “X15 Sanayi ve Ticaret. A.Ş”-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “X15 Sanayi ve Ticaret A.Ş” şirkəti ("xxxx") və "xxxx" MMC ("xxxx") arasında imzalanmış 2011-ci il 5 oktyabr tarixli HL.11.05-03 nömrəli müqavilənin 2-ci bəndinə əsasən "xxxx", "xxxx"-un Azərbaycan Respublikasında həyata keçirilən “Məhsuldarlığı 25 000 m3/gün olan Lənkəran və məhsuldarlığı 10 000 m3/gün olan Ələt “X2” layihələri üçün; xüsusiyyətləri əlavə edilmiş hesab proformada və “Bill of Quantity”-də təsvir olunan qurğular, material və xidmətlər təqdim etməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 7-ci bəndinə əsasən, 2-ci bənddə qeyd olunan avadanlıq, material və xidmətlərin ümumi məbləği 4 600 000 avro təşkil edir; 8.1-ci bəndinə əsasən 3 600 000 avro müqavilə imzalandıqdan sonra "xxxx" tərəfindən əvvəlcədən ödəniləcək. "xxxx" "xxxx"a bu ödənişin məbləği üçün Türkiyə banklarından aldığı maksimum 3 ay müddətinə ilkin ödənişə dair zəmanət məktubu təqdim edir. Bu zəmanət məktubu avadanlıq Azərbaycan gömrüyünə çatdırıldıqdan sonra 3 gün ərzində "xxxx" tərəfindən "xxxx"ə qaytarılacaqdır. Avadanlıq 3 ay ərzində təhvil verilə bilmədikdə, zəmanət məktubu mənfəət kimi sayılır; 8.2-ci bəndinə əsasən, 600 035 avro, tərəflər arasında obyektin elektromexaniki quraşdırma işlərinin başa çatdırılması haqqında protokol imzalandıqdan sonra 7 gün ərzində ödəniləcək; 8.3-cü bəndinə əsasən 399 965 avro, obyektin istismara verilməsinin başa çatması ilə bağlı tərəflər arasında protokol imzalandıqdan sonra 7 gün ərzində ödəniləcək.

3. "xxxx" MMC-nin adından satınalma üzrə mütəxəssis Elnur Musayev (mailto:elnur.musayev@hidro-park.comElektron ünvan 1) tərəfindən Huseyin Gezer adlı istifadəçiyə xx.xx.2011-ci il tarixdə göndərilmiş elektron məktubda hesab-faktura məlumatları təqdim edilmiş (elektron məktubun surəti "Hidro-Park” MMC-nin direktorunun elektron poçt ünvanına -mailto:emruz.iskenderov@hidro-park.comElektron ünvan 2 göndərilmişdir), mallara aid hesab-fakturaların X4 adına hazırlanacağı qeyd olunmuşdur.

4. 2013-cü il 14 noyabr tarixdə "xxxx" MMC-nin adından maliyyə direktoru Şahin Abbasov tərəfindən Huseyin Gezer adlı istifadəçiyə ünvanlanmış məktubla ödənişlər barədə məlumatlar göndərilmiş, həmin məlumatlarda, 2023-cü il 1 noyabr tarixə “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin cəmi almalı olduğu məbləğin 6 150 551,31, ödənişlərin 5 210 826,30 manat, qalıq borcun 939 725,01 manat təşkil etdiyi, “X15 Sanayi ve Ticaret A.Ş” şirkəti tərəfindən "xxxx" MMC-yə sonuncu mal alış qaiməsinin tarixi 2013-cü il 22 oktyabr olmaqla 2012-2013-cü il tarixləri arası dövrdə müxtəlif tarixli və nömrəli mal alışı qaimələrinə əsasən mallar təqdim edildiyi göstərilmişdir.

5. 2011-ci il 1 dekabr tarixli, "A” seriyalı, 624013 nömrəli hesab faktura cəmi 382 572,30 avro, 2011-ci il 15 dekabr tarixli, "A” seriyalı, 624060 nömrəli hesab faktura cəmi 163 235,82 avro, 2011-ci il 15 dekabr tarixli, "A” seriyalı, 624061 nömrəli hesab faktura cəmi 306 119,87 avro, 2011-ci il 15 dekabr tarixli, "A” seriyalı, 624062 nömrəli hesab faktura cəmi 340 801,42 avro, 2011-ci il 15 dekabr tarixli, "A” seriyalı, 624063 nömrəli hesab faktura cəmi 370 990,42 avro, 2011-ci il 15 dekabr tarixli, "A” seriyalı, 624064 nömrəli hesab-faktura cəmi 483 250,42 avro, 2011-ci il 15 dekabr tarixli, "A” seriyalı, 624065 nömrəli hesab-faktura cəmi 517 030,35 avro məbləğində müxtəlif çeşiddə olan malların “Mingəçevir/Zərdab çirkab su təmizləyici qurğu avadanlığı” 20.000 m3 /gün) layihəsi üzrə “X15 Sanayi ve Ticaret A.Ş” şirkəti adından X4 adına göndərilməsi üçün tərtib edilmişdir.

6. 01.12.2011-ci il tarixli gömrük bəyannaməsinə görə, 382 572,30 avro dəyərində mallar “X15 Sanayi ve Ticaret A.Ş” şirkəti tərəfindən X8 adlı şəxsə göndərilmişdir.

7. 21.10.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinə qədər “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin hesabına ümumilikdə 3 123 996,87 Avro vəsait köçürülmüşdür.

8. “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin baş mühasibi Şahin Yusifhanoğlu tərəfindən Cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə xx.xx.2015-ci il tarixdə aşağıdakı məzmunda elektron məktub (e-mail) ünvanlanmışdır: “Mahir bəy salam, xx.xx.2011-ci il tarixli müqavilə çərçivəsində "xxxx" MMC-dən cari hesab üzrə 983 101,04 Avro alacağımız mövcuddur. "xxxx" MMC bu günə qədər həmin məbləği ödəmədiyi üçün şirkətimiz çox ciddi cərimə sanksiyaları ilə qarşı-qarşıya qalmışdır. Məsələ ilə bağlı xx.xx.2015-ci il tarixli 2015/098 saylı məktubumuz əlavə olunur və ödənişin təcili şəkildə həyata keçirilməsini xahiş və tələb edirik”.

9. Həmin məktuba Mahir Baxşıyev tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş elektron cavab məktubunda (e-maildə) göstərilmişdir ki, “Hüseyin bəy salam. Cavabdeh1 MMC və “X15 Sanayi ve Ticaret A.Ş” arasındakı borc-alacaq vəziyyətinin bir daha təsdiq edilməsi üçün xx.xx.2015-ci il tarixinə şirkətinizin Cavabdeh1 MMC-dən borc-alacaqlı vəziyyət hesabatını bizə göndərməyinizi rica edirəm”.

10. “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin baş mühasibi Şahin Yusifhanoğlu tərəfindən Cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə xx.xx.2015-ci il tarixdə ünvanlanmış elektron məktubda (e-mail) da xx.xx.2015-ci il tarixli məktuba istinad olunaraq 983 101,04 Avro borcun ödənilməsi xahiş edilmişdir.

11. “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin direktoru Hüseyn Gezer tərəfindən Cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə xx.xx.2017-ci il tarixdə aşağıdakı məzmunda elektron məktub (e-mail) ünvanlanmışdır: “Hörmətli Mahir bəy salam, aramızda aparılmış telefon danışıqlarına əsasən bizə 983 101,04 Avro məbləğində borcu bu ilin sonuna qədər ödəyəcəyinizi vəd etmişdiniz. Artıq il başa çatır. Təkrar olaraq bildiririk ki, xx.xx.2011-ci il tarixli müqavilə çərçivəsində "xxxx" LLC-dən cari hesab üzrə bizim 983 101,04 Avro məbləğində alacağımız mövcuddur. "xxxx" LLC bu günə qədər həmin məbləği ödəmədiyi üçün şirkətimiz çox cərimə sanksiyaları ilə qarşı-qarşıya qalmışdır. Borcunuzun təcili olaraq ödənilməsini tələb edirik”.

12. Türkiyə Respublikası Prezidentinin X14 Əkbər Gezerə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubun məzmunundan aydın olur ki, “X15 Sanayi ve Ticaret A.Ş” şirkəti Cavabdeh1 MMC tərəfindən ona ödənilməli olan 983 101,04 Avro məbləğində borcun ödənilməməsi ilə bağlı Türkiyə İqtisadiyyat Nazirliyinə müraciət etmiş, bu müraciət Türkiyə Rüspublikasının Bakıdakı Ticarət Müşavirliyi vasitəsilə araşdırılmış, Ticarət Müşavirliyinin Cavabdeh1 MMC-nə ünvanladığı sorğuya həmin MMC tərəfindən “ölkədə yaşanan ekonomik kriz səbəbilə dövlət sifarişi ilə reallaşdırılan və tamamlanan proyektlərin ödənişlərini ala bilmədikləri, buna görə podratçı və mal aldıqları şirkətlərə borcların ödənilmədiyi” məzmununda cavab verilmişdir.

13. “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin direktoru Hüseyn Gezer tərəfindən Cavabdeh1 MMC-nin direktoru Emruz İsgəndərova ünvanlanmış xx.xx.2019-cu il tarixli elektron məktubda (email) də 983 101,04 Avro məbləğində borcla bağlı məlumat verilmiş, borcun 200 000 Avro hissəsinin dərhal, qalan hissənin hissə-hissə ödənilməsi ilə bağlı protokol tərtib olunması təklif edilmişdir.

14. Cavabdeh1 MMC-nin direktoru Emruz İsgəndərov tərəfindən “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin direktoru Hüseyn Gezerə göndərilmiş 2020-ci il 22 iyul tarixli 008 nömrəli məktubda göstərilmişdir ki, Cavabdeh1 MMC öhdəlik götürür ki, “X15 Sanayi ve Ticaret A.Ş”. firmasından alınan Mingəçevir 20 000 m3 çirkab sutəmizləyici qurğusuna aid elektro-mexanik malların müqaviləsindən qalan borc, qurğunun satışından əldə olunacaq gəlirlə xx.xx.2020-ci il tarixinə qədər ödəniləcəkdir. “X15 Sanayi ve Ticaret A.Ş” firmasına qalan borc, xərclər çıxıldıqdan sonra 884 700 avro təşkil edir”.

15. “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin direktoru Hüseyn Gezer tərəfindən Türkiyə Rüspublikasının Bakıdakı Ticarət Müşavirliyinə ünvanlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli məktublarda (e-mail) sözügedən borc məbləğinin ödənilmədiyi ilə bağlı xatırlatmalar edilməklə yaranmış problemin Türkiyə Prezidentinin Azərbaycana səfəri zamanı onun vasitəsilə Azərbaycan Prezidentinə bildirilməsi xahiş olunmuş, Azərbaycan Dövlətinin borc müqabilində borc məbləği qədər təbii qazı Türkiyə Dövlətinə ödənişsiz verməsi, Türkiyə Dövlətinin isə “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinə olan borcu ödəməsi təklif edilmişdir.

16. Cavabdeh1 MMC tərəfindən “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinə 2021-ci il 29 oktyabr tarixdə aşağıdakı məzmunda 0/21 nömrəli məktub göndərilmişdir: “2012-ci ildə əldə olunan satınalma razılığına əsasən, "xxxx" MMC “X17 Sanayi ve Ticaret” şirkətindən iki ədəd çirkab su təmizləmə qurğusunu təchiz etmişdir. Biz, Cavabdeh1 MMC olaraq, təchiz edilən bu qurğuların logistika hissəsini köməklik məqsədilə yerinə yetirmişik. "xxxx" MMC-nin “Gezer Endüstri” ilə aralarında yaranan borcun köməklik məqsədilə həllini tapması üçün, həmin qurğunun bir ədədini "Xaçmaz şəhərinin X12 Qurğusunun layihələndirilməsi və tikintisi” layihəsində istifadəsinə çalışdıq. Qeyd etmək istərdim ki, Cavabdeh1 MMC olaraq sıradan çıxan bir çox materialları və eyni zamanda yenilənmiş texnologiya baxımından istifadəyə yararsız olan hissələrini əlavə ödəniş edərək təchiz etmişik. “Gezer Endüstri”yə olan borcun gecikmə səbəbi, ölkələr arası kredit sazişinin müddətinin 2020-ci il 30 dekabr tarixində bitməsidir. Bildirmək istəyirəm ki, Sifarişçi şirkəti "xxxx" ASC, Məsləhətçi şirkəti "X5 Co” LTD, Podratçı şirkəti "TTŞ- İnşaat & Alkataş İnşaat və Taahhüt & Alke İnşaat Sanayi ve Ticaret A.Ş” olan “Xaçmaz şəhərinin X12 Qurğusunun layihələndirilməsi və tikintisi” layihəsinin kredit sazişi "X3 Agentliyi” və "Azərbaycan Respublikası” arasında bağlanmışdır. Bizə bildirilən məlumatlara əsasən, kredit sazişinin uzadılması üçün Azərbaycan Respublikasına yenidən müraciət olunub. Müraciətin təsdiqi üçün saziş Nazirlər Kabinetindən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuşdur. Kredit sazişinin müddəti uzadıldıqdan və qarşı tərəfə ödəniş edildikdən sonra sizə olan borc ödəniləcəkdir”.

17. Cavabdeh1 MMC-nin Xarici Satınalmalar şöbəsinin müdüri Kənan İsmayılov tərəfindən “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli elektron məktubda, online iclasda müzakirə olunan borc məsələsinin yazılı faylda göndərildiyi bildirilmişdir.

18. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş sorğuya verilmiş 2024-cü il 27 fevral tarixli **********511100 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırki adı Cavabdeh2 MMC) (VÖEN: **********) 2011-ci il 26 iyul tarixdə dövlət qeydiyyatından keçməsi və rəhbərinin Nümayəndə2 olması barədə məlumat mövcuddur.

19. “X15 Sanayi ve Ticaret A.Ş” şirkəti tərəfindən Cavabdeh1 MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubunda 884 700 avro məbləğində borcun beş gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

20. “X15 Sanayi ve Ticaret A.Ş” şirkəti tərəfindən Cavabdeh1 MMC-nə xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat ödəniş həyata keçirilmiş, xx.xx.2023-cü il tarixdə mediator tərəfindən mediasiya sessiyasının davam etdirilməməsi barədə arayış tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

21. “X15 Sanayi və Ticaret. A.Ş” şirkəti (iddiaçı) 2023-cü il 18 dekabr tarixində Cavabdeh1 MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 983 101,04 avro həcmində borcun, əldən çıxmış faydaya görə 200 000 avronun və məhkəmə məsrəfləri üçün 3000 (mediasiya xidməti, hüquqi xidmət, dövlət rüsumu) manatın cavabdehdən tutulub onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixində “X15 Sanayi və Ticaret. A.Ş” ilə "xxxx" MMC arasında Azərbaycan Respublikasında Lənkəran (sonradan Mingəçevir/Zərdab) və Ələt (sonradan Lənkəran/Kürdəmir) şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatına dair qarşılıqlı 4 600 000 avro məbləğində müqavilə bağlanmış, müqavilə şərtlərinə əsasən müqavilə çərçivəsində şirkət Mingəçevir/Zərdab və Lənkəran/X21 təmizləyici qurğuların layihələri üçün bütün elektromexaniki avadanlıqların istehsalı və təchizatını həyata keçirmək öhdəliyini üzərinə götürmüş və üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Bir müddət sonra müqavilə bağlanılan "xxxx" MMC şirkəti Azərbaycanda yerləşən Cavabdeh1 MMC-yə ("Azərsu”nun törəmə müəssisəsi) keçmiş, Cavabdeh1 MMC-nin rəhbərliyi bildirmişdir ki, onlar "xxxx" MMC ilə eyni şirkətdirlər, borcları onların borcu deməkdir, bundan sonra "xxxx" MMC-nin "Gezer” şirkətinə qalan bütün borcu Cavabdeh1 MMC tərəfindən ödəniləcəkdir. Cavabdeh tərəf 4 107 097,91 avro məbləğində hesab-fakturalı debitor borcunun müqabilində 3 123 996,87 avro ödəmişdir və şirkətin 9804,10 avro debitor borcu vardır. "xxxx" MMC tərəfindən şirkətə heç bir ödəniş edilməmişdir. Şirkətə edilən bütün ödənişlər Cavabdeh1 MMC tərəfindən həyata keçirilib. Mingəçevir/Zərdab rayonuna məxsus bütün elektromexaniki avadanlıqların istehsalı və tədarükü müqaviləsi çərçivəsində şirkətə edilən ödənişlərə dair əlavə edilmiş bank qəbzlərində ödəniş tarixi, ödənişi edən şəxs və ödəniş məbləği yazılır və bu sənədlər ərizəyə əlavə edilmişdir. Şirkətə ilk ödəniş xx.xx.2011-ci il, son ödəniş isə xx.xx.2014-cü il tarixində həyata keçirilmişdir. Cavabdeh1 MMC vergi ödəməmək üçün müxtəlif şirkətlər adından şirkətə ödənişlər etmişdir. Şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, "Hidro Park” MMC müqavilə üzrə ödənilməli olan məbləğdən 983 101 avronu ödəməmişdir. Şirkət zamanla 983 101 avro məbləğində qalan debitor borcunu cavabdehdən geri almaq istərkən cavabdeh hər dəfə bu pulu yaxın vaxtlarda ödəyəcəyini bildirmiş və pulu ödəyəcəyinə inandırmışdır. Cavabdeh hər dəfə borcun gecikmə səbəbini əsaslandırmışdır. Sonuncu dəfə cavabdeh borcu ödəməməsinin başlıca səbəbi kimi Yaponiya (JİCA) əməkdaşlığı tərəfindən ayrılan kreditin gecikməsini göstərmişdir. Belə ki, Yaponiya şirkəti əməkdaşlıq müqaviləsi əsasında Azərbaycanda 10 şəhərin su və kanalizasiya işlərində istifadə edilmək üçün 32 851 Milyon yuan kredit ayırmışdır. Cavabdeh bu kredit əsasında şirkətin təqdim etdiyi avadanlıqları JİCA krediti ilə tikilmiş çirkab sutəmizləyici qurğulardan biri olan Xaçmaz tullantı sutəmizləyici qurğusunda və digər qurğularda istifadə etmişdir. Lakin cavabdeh görülmüş işlər üçün krediti vaxtında ala bilmədiyi üçün borcunu da vaxtında ödəyə bilmədiyini bildirmişdir. "Hidro Park” MMC bildirmişdir ki, borclarından müəyyən hissəsini daxili xərclərə sərf etməli olduqlarından ümumi qalan borcdan 100 000 avronu sonrakı müqavilələr əsasında görüləcək digər işlər dövründə ödənəcək, qalan 884 700 avro borcu ödəyəcəklər. İşgüzar münasibətlər zədələnməsin deyə cavabdehin təklifin qəbul etmiş və cavabdeh xx.xx.2020-ci il tarixində 983.101,04 avro debitor borcundan 10 % xərc çıxılmaqla xx.xx.2020-ci il tarixinədək 884 700 avro ödəyəcəklərini rəsmi olaraq bildirmişdir. Bundan sonra Cavabdeh1 MMC xx.xx.2020-ci il tarixdə imzalanmış sənəddə xx.xx.2020-ci il tarixinədək 884 700 avro ödəməyi bəyan və öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixində Türkiyə İqtisadiyyat Nazirliyinin, Azərbaycan İqtisadiyyat Nazirliyinin rəsmilərinin və kreditoru olduqları Cavabdeh1 MMC şirkətinin rəsmisinin iştirakı ilə onlayn görüş keçirilmiş və problemin həllinə çalışılmışdır. Bu görüşdən sonra xx.xx.2021-ci il tarixli onlayn təqdim edilmiş məktubda Cavabdeh1 MMC bir daha borcun kredit çərçivəsində ödəniş alındığı zaman ödəniləcəyini öhdəsinə götürmüşdür. Əldə olan imkanlardan istifadə edərək məlumat alımışlar ki, Yaponiya tərəfindən verilən kredit müddəti uzadılıb və JİCA kreditin son ödənişini 2021-ci ilin dekabrında etdiyini bildirib. Krediti əldə edən Cavabdeh1 MMC isə bu günə qədər heç bir ödəniş etməyib. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh şirkət borclu olduğu 983 101,04 avro həcmində borcu təxminən 7 ildən artıq müddətə əsassız yerə özündə saxlayıb qazanc əldə etməsəydi, bu müddət ərzində bu puldan səmərəli istifadə edib ən azı 200 000 avro qazanc əldə etmiş olardılar. Cavabdeh1 MMC borcunu ödəməklə yanaşı əlavə olaraq 200 000 avro əldən çıxmış faydanı ödəməlidir.

23. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, 983 101,04 avro həcmində borcun, əldən çıxmış faydaya görə 200 000 avronun və məhkəmə məsrəfləri üçün 3000 (mediasiya xidməti, hüquqi xidmət, dövlət rüsumu) manatın "xxxx" MMC-dən və Cavabdeh1 MMC-dən (cavabdehlər) müştərək qaydada tutulub onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, bu səbəblə "xxxx" MMC (indiki adı Cavabdeh2 MMC) əlavə cavabdeh kimi işə cəlb olunmuşdur.

24. Cavabdeh1 MMC iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə müqavilə münasibəti yalnız digər cavabdeh "xxxx" MMC arasında mövcud olmuşdur. O isə bu müqavilənin tərəfi deyil və onun öhdəliklərini qəbul etdiyinə dair heç bir yazılı razılaşma yoxdur. 2011-ci il 5 oktyabr tarixli müqavilə Lənkəran və Ələt şəhərlərindəki qurğular üçün elektromexaniki avadanlıqların təchizatını nəzərdə tutsa da, iddiaçı bu layihələr üzrə öhdəliklərinin icrasını sübut edən sənədləri - təhvil-təslim aktları, idxal bəyannamələri təqdim etməmişdir. İddia tələbi əsasız olaraq ona qarşı irəli sürülmüşdür. İddiaçının əsaslandığı 2020-ci il 22 iyul və 2021-ci il 29 oktyabr tarixli məktublar konkret müqaviləyə aid deyil, yalnız Xaçmaz şəhəri üzrə ayrı layihəyə və ümumi ödəniş razılaşmalarına toxunur, Lənkəran/Ələt layihəsi ilə bağlı heç bir öhdəlik götürülməmişdir. Hətta bu sənədlərdə 2011-ci il 5 oktyabr tarixli müqavilə ümumiyyətlə göstərilməmişdir. Onunla iddiaçı arasında müxtəlif dövrlərdə digər müqavilələr mövcud olmuş və həmin müqavilələr üzrə bütün öhdəliklər yerinə yetirilmişdir. Bundan başqa, iddiaçı tərəfindən borc tələbinə əsas kimi göstərilən ödənişlərin sonuncusu 2014-cü il 20 fevral tarixdə edilmiş, lakin mediasiya üçün müraciət yalnız 2023-cü il 13 noyabrda edilmişdir. Bu baxımdan, tələbin irəli sürülməsi üçün nəzərdə tutulan 3 illik iddia müddəti ötürülmüşdür.

25. Cavabdeh2 MMC-nin (əvvəlki adı "xxxx" MMC) nümayəndəsi də iddia tələbinə qarşı etiraz göndərərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən "Mingəçevir/Zərdab və Lənkəran/X21 Təmizləyici Qurğuları” layihələri üçün iddiaçı tərəfindən hər hansı işlər görülməmiş və buna müvafiq olaraq da təhvil-təslim aktları təqdim edilməmişdir. İddianın əsasını təşkil edən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2011-ci il 5 oktyabr tarixli "məhsuldarlığı 25.000 m3 /gün olan Lənkəran və məhsuldarlığı 10.000 m3 /gün olan X22 Təmizləyici Qurğular üçün elektromexaniki avadanlıqların təchizatına” dair müqavilənin 4-cü bəndində işin təslim yeri və müddətləri müəyyən edilmişdir. İddia ərizəsində iddiaçının üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdiyi qeyd olunsa da, bununla bağlı sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, müqavilənin 4.3-cü bəndinə əsasən, iddiaçı inşaat işlərinin cavabdeh tərəfindən tamamlandığını bildirilməsindən sonra 4 ay ərzində hər iki qurğuya aid elektrik-mexanik montaj işləri tamamlamalı, 4.4-cü bəndinə əsasən montaj işləri tamamlandıqdan 6 həftə sonra hər iki qurğunun işə salınma işləri tamamlanmalı, 4.5-ci bəndinə əsasən isə, hər iki qurğu üzrə işə salınma işlərinin son 2 həftəsindən başlayaraq 1 ay ərzində işlətmə personalına təlimlər verilməsini təmin etməli idi. Lakin qeyd olunan işlərin heç biri iddiaçı tərəfindən görülməmişdir.

26. Birinci instansiya məhkəməsinin 2024-cü il 11 iyun tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət olunmuşdur.

27. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

27.1. Müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında 2011-ci il 5 oktyabr tarixli 4 600 000 avro dəyərində malın satılması və xidmətlərin göstərilməsi barədə müqavilə imzalanmışdır. İddiaçı daha sonra "xxxx" MMC-nin (hazırda "xxxx" MMC) öhdəliklərinin "xxxx" MMC-yə keçdiyini, hazırda müqavilə üzrə ödənilməli olan 983101,04 avro borcun və 200000 avro əldən çıxmış faydanın hər iki MMC tərəfindən ödənilməli olduğunu qeyd etmişdir. Cavabdeh1 MMC iddiaçının ona qarşı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmadığını, hazırda mübahisələndirilən müqavilə üzrə iddia müddətinin ötürüldüyünü bununla bağlı olaraq da iddia tələbinin rədd edilməli olduğunu qeyd etmişdir. Digər Cavabdeh2 MMC isə iddia ərizəsində qeyd edilən layihələr üzrə hər-hansısa işlərin görülmədiyini, müvafiq təhvil-təslim aktlarının təqdim edilmədiyini bildirmişdir. 27.2. İddiaçının Cavabdeh1 MMC-yə qarşı hazırda mübahisələndirilən müqavilə üzrə iddia tələbi əsaslı hesab edilməməlidir. Belə ki, həmin MMC 2011-ci il 5 oktyabr tarixli müqavilə üzrə tərəf olmamış, eyni zamanda sonraki dövrlərdə həmin müqavilə üzrə "xxxx" MMC-yə aid öhdəliklərin Cavabdeh1 MMC-yə keçməsinə dair də məhkəməyə hər hansısa mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh1 MMC-nin məktublarında isə Lənkəran (sonradan Mingəçevir/Zərdab) və Ələt (sonradan Lənkəran/Kürdəmir) şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı barədə müqavilədən bəhs edilməmişdir. Bu səbəbdən, iddiaçının Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürməsinə dair subyektiv hüququ yaranmamışdır. Ona görə də, bu MMC-yə aid hissədə iddia tələbi müddətin ötürülməsinə görə yox, məhz iddiaçının subyektiv hüququnun yaranmaması ilə bağlı rədd edilməlidir. 27.3. "xxxx" MMC-yə (hazırda "xxxx" MMC) münasibətdə qeyd olunmalıdır ki, həmin MMC iddia tələbinə etirazında iddia ərizəsində qeyd edilən “Mingəçevir/Zərdab və Lənkəran/X21 Təmizləyici Qurğuları” layihələri üzrə iddiaçı tərəfindən hər hansısa işlərin görülmədiyini, təhvil-təslim aktlarının təqdim edilmədiyini bildirmiş, iddiaçının müqavilə öhdəliklərini tam olaraq icra etməsini mübahisələndirmişdir. Cavabdeh tərəfindən iddiaçının müqavilə öhdəliklərini lazımi qaydada icra etməsi mübahisələndirildiyindən bununla bağlı sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı müqavilə öhdəliklərini lazımi qaydada tam icra edilməsini təsdiq edən sübutları, yəni müqavilədə nəzərdə tutulmuş tərəflər arasında obyektin elektromexaniki quraşdırma işlərinin başa çatdırılması haqqında protokolu və obyektin istismara verilməsinin başa çatması ilə bağlı tərəflər arasında protokolu məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında imzalanmış 2011-ci il 5 oktyabr tarixli müqavilədə göndərmə müqavilə münasibətlərinin olduğu müəyyən olunur. Belə ki, həmin müqavilə üzrə iddiaçı satıcı olaraq istehsal etdiyi malı cavabdeh "xxxx" MMC-yə alıcı olaraq çatdırmaq, quraşdırmaq və istismara vermək öhdəliyini, sonuncu isə malın dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə quraşdırma və istismara vermək başa çatdıqdan sonra ödəmək öhdəliyini üzərinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş, əvvəlcədən ödənilməli olan 3.600.000 avro "xxxx" MMC tərəfindən iddiaçıya ödənilmişdir, bu fakt iddiaçının nümayəndələri tərəfindən də təsdiq edilmişdir. Lakin iddiaçının satdığı malı quraşdırmaq və istismara hazır təhvil vermək öhdəliklərini icra etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda qarşılıqlı icra edilməli öhdəlik iddiaçı tərəfindən yerinə yetirilmədiyindən cavabdeh haqlı olaraq müqavilədən imtina edərək malın quraşdırılmasına və istismara təhvil verilməsinə görə ödəməli olduğu 983 101,04 avro pulu ödəməmişdir. 27.4. 200.000 avro əldən çıxmış fayda tələbinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının əsas tələbi öz təsdiqini tapmadığından, eyni zamanda qeyd edilən hissədə iddia tələbinin əsaslı olması barədə məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən həmin hissədə də iddia tələbi təmin edilməməlidir.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 372.1, 372.2, 385.1, 386.1, 441.1, 441.3, 442, 447.1, 448.1, 627.1, 630.1, 630.2, 631.1, 631.2, 637.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

29. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, sübutlara düzgün qiymət verilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “İddia tərəfinin məhkəməyə təqdim etdiyi və məhkəmə qətnaməsində öz əksini tapan məktublarda cavabdeh "xxxx" MMC-nin vəzifəli şəxslərinin iddiaçı tərəfin tələb etdiyi borcu etiraf etdikləri və bu pulu ödəyəcəkləri qeyd olunmuşdur. Bu borcun etiraf olunması və ödəniləcəyi vədinin tərəflər arasında olan hansı müqaviləyə aid olması məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmədən "xxxx" MMC-nin nümayəndəsi bu məktublarda qeyd olunan borcun tərəflər arasında olan xx.xx.2011-ci il tarixli müqaviləyə aid olmadığını və bu məktublardakı öhdəliyin iddiaçı ilə Hidro-Park MMC arasında olan digər müqavilə öhdəliklərinə aid olduğunu qeyd etsə də, onun da iddiaçı tərəf olaraq hazırki iddia tələbi üzrə xx.xx.2011-ci il tarixli müqavilədən başqa Azərbaycan Respublikasında "xxxx" MMC və ya digər təşkilat, qurumlarla heç bir müqavilələrinin və öhdəliklərinin olmamasını qeyd etməklərinə baxmayaraq məhkəmə bu məktublarda etiraf olunmuş borcun hansı müqaviləyə aid olmasını araşdırmamışdır. Bu səbəbdən də məhkəmə qətnaməsində işin nəticəsinə təsir edə biləcək bütün faktiki halları araşdırmamış və bu səbəbdən yanlış nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində "xxxx" MMCyə münasibətdə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC iddia tələbinə etirazında iddia ərizəsində qeyd edilən Mingəçevir/Zərdab və Lənkəran/X21 təmizləyici qurğu lahiyələri üzrə iddiaçı tərəfindən hər hansısa işlərin görülmədiyini, təhvil-təslim aktlarının təqdim edilmədiyini bildirmiş, iddiaçının müqavilə öhdəliklərini tam olaraq icra etməsini mübahisələndirmişdir. Cavabdeh tərəfindən iddiaçının müqavilə öhdəliklərini lazımi qaydada icra etməsi mübahisələndirildiyindən onunla bağlı sübut etmək yükü iddiaçının üzərində olsa da, iddiaçı müqavilə öhdəliklərini lazimi qaydada tam icra edilməsini təsdiq edən sübutları, yəni müqavilədə nəzərdə tutulmuş tərəflər arasında obyektin elektro-mexaniki quraşdırma işlərinin başa çatdırılması haqqında protokolu və obyektin istismara verilməsinin başa çatması ilə bağlı protokolu məhkəməyə təqdim etməmişdir. Onlar iddiaçı tərəf olaraq məhkəmədə qeyd etdilər ki, tərəflər arasında olan xx.xx.2011-ci il tarixli müqavilə üzrə nəzərdə tutulan su qurğularına dair hissələrin ümumi dəyəri 4 107 097,91 avro təşkil edir. Bu fakta dair aşağıda qeyd olunan və apellyasiya şikayətlərinə də əlavə etdikləri malların göndərilməsinə dair tərtib olunmuş faktura və cədvəli məhkəməyə təqdim edərək qeyd etmişlər ki, tərəflər arasında olan müqaviləyə əsasən cavabdehə göndərilən malın ümumi dəyəri 4.107.097,91 avro təşkil edir. İddiaçı öz istehsal etdiyi malların uğurlu satışını təqdim etmək məqsədi ilə bu qurğuların yerində qurulmasını da öz öhdəsinə götürür. Bu qurğuların yerində qurulması iddiaçı şirkət tərəfindən pulsuz yerinə yetirilir. Bu fakt məhkəməyə təqdim etdikləri yuxarıda qeyd olunan göndərilən malların dəyərinə dair faktura, cədvəldə və həmçinin gömrük bəyannamələrində öz əksini tapır. Eyni zamanda cavabdehlərin məhkəmə prosesinə qədər olan müddətdə iddiaçıya göndərdiyi məktubların məzmunundan da aydın olur ki, cavabdehlər məhkəməyə qədər iddiaçıya qarşı heç bir etiraz və pretenziya təqdim etməmişlər. Bunun əksinə cavabdeh bu məktublarda iddaçıya olan borclarını etiraf edib tezliklə ödəyəcəklərini bildirmişlər. Məhkəmə proseslərinin bütün gedişatı müddətində məhkəmə çağırışlarına laqeyd münasibət göstərən cavabdeh "xxxx" MMC rəhbərliyi məhkəmə proseslərinə gəlməmiş və iştirakdan imtina etmişdir. Məhkəmənin yekunlaşdığı sonuncu proses günü "xxxx" MMC-nin nümayəndəsi X6 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edib iddiaçının tərəflər arasında olan müqavilənin 4-cü maddəsinin bəndlərinə istinad edərək iddiaçı tərəfindən müqavilədə qeyd olunan qurğuların quraşdırılıb təhvil verilməməsi səbəbini əsas gətirib və iddiaçının müqavilə öhdəliyini tam yerinə yetirmədiyi üçün məhkəmədən iddia tələbinin tam rədd olunmasını xahiş edib. Məhkəmə də öz növbəsində iddiaçı tərəfindən iddia tələbinin müqavilə üzrə öhdəliyin tam yerinə yetirilməməsini əsas gətirib iddianı əsassız olaraq rədd etmişdir. Bir daha qeyd edir ki, məhkəmə iddiaçı tərəfindən cavabdehə göndərilmiş malların ümumi dəyərinə diqqət yetirməmiş, onun iddiaçı tərəf olaraq təqdim etdiyi dəlil və sübutları əsaslı şəkildə araşdırmamışdır. Cavabdehin və eyni zamanda da məhkəmənin iddiaçı tərəfin tərəflər arasında olan xx.xx.2011-ci il tarixli müqavilənin 4-cü bəndinə istinad etməzdən əvvəl bu müqavilənin 2.2 və məhz 4.3-cü bəndində cavabdehə aid olan öhdəliklərin yerinə yetirilib - yetirilməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Hansı ki, cavabdeh bu müqavilə öhdəliyinə əsasən iddiaçı tərəfindən göndərilmiş bu qurğuların quraşdırılacağı yerdən əvvəl torpaq sahəsinin ayrılması, təmizlənməsi və üzərində müvafiq olaraq cavabdehə aid işlərin başa çatdırılması, yəni bu sahəyə çirkab su təmizləyici kəmərlərin çəkilməsi, təmizlənmiş suyun sahədən ayrılması üçün kəmərlərin çəkilməsi, obyektdən çıxan çirklərin çıxarılması, quraşdırılma mərhələsində elektrik enerjisinin təmannasız təmin edilməsi, çirkab su və kimyəvi maddələrin maddələrin təmin edilməsi, müvafiq ixtisaslı xidmət heyyətinin təmin edilməsi və sairə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilib-yetirilməməsi araşdırılmamışdır. Müqaviləyə əsasən iddiaçının müqavilə üzrə müqavilənin 4-cü maddəsində nəzərdə tutulan öhdəliyi yerinə yetirməsi üçün cavabdehin bu müqavilənin 2.1, 2.2, 4.3-cü maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi vacibdir. Məhkəmə iddiaçı tərəfindən öhdəliyin yerinə yetirilməsi barədə sübut tələb etdiyi halda cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməsi barədə heç bir sübut tələb etmədi. İddiaçının müqavilə öhdəliyini yerinə yetirməməsinin səbəbi kimi iddiaçıdan müvafiq protokolu əsas gətirən məhkəmənin cavabdehin iddia öhdəliyini yerinə yetirməməsi səbəbindən baş verməsinə əhəmiyyət verməməsi açıq-aşkar göstərir ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən (müvafiq protokolların olmaması səbəbi) iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır”.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 31 yanvar tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və yeni qətnamə qəbul edilməklə iddianın rədd edilməsi qət olunmuşdur.

31. Məhkəmə kollegiyasının şahid qismində dindirdiyi X10 ifadəsində bildirmişdir ki, “hazırda Cavabdeh1 MMC-də işləmir. 2021-ci ilədək orada xarici təchizat şöbəsində işləyirdi. "xxxx" Şirkəti ilə Cavabdeh1 MMC arasında 2011-ci ildən uzun müddət əməkdaşlıq olub. "xxxx" Şirkətindən polietilen borular, quyu-bacalar və s. mal-materiallar alınıb. Onlar həmin şirkətdən su təmizləyici qurğu üçün avadanlıqlar almamışlar. 2018-2019-cu illərdə "T.T.Ş” Firmasından çirkab su təmizləyici qurğunun alınması ilə bağlı onlara müraciət daxil oldu. Bununla bağlı bazar araşdırması etdilər. Sözügedən qurğunun Azərbaycanda olması ilə bağlı məlumat aldılar. Qurğu əvvəlcədən alınmışdı. Qurğunu onlar almamışdılar. Onlar bazar araşdırması aparmışdılar və məlum olmuşdur ki, qurğu Gezer Şirkətindən alınıb. Lakin qurğunu iddiaçı şirkətdən hansı şirkət alıb bu barədə məlumatı yoxdur. Amma qurğunu istehsal edən "xxxx" Şirkətidir. Qurğunun bir çox hissələri əksik və yeni texnologiyaya uyğun deyildi. Bundan sonra Gezer Şirkəti ilə ilə əlaqə saxladılar. Qurğu çatdırılmazdan əvvəl iddiaçı şirkətin rəhbəri Hüseyn bəyi dəvət etdilər. Onların ofisinə gəldi. Hüseyn bəyə bildirdilər ki, bu qurğunu Gezer şirkəti istehsal etmiş, qurğunun əksik hissələrini Gezer Şirkəti tamamlasın. Hüseyn bəy də həmin iclasda bildirdi ki, o, bu qurğunu 2011 -ci ildə satıb. Üstündən uzun müddət keçib. O, qurğuya qarantiya verə bilməz. Əksikləri özləri tamamlasınlar və onun borcunu qaytarsınlar. Gezer Şirkəti ilə Cavabdeh1 MMC arasında onlayn iclas təşkil olundu. İclasda onlar tərəfindən iddiaçıya göndərilən məktubda qeyd olunan müqavilədən bəhs olundu. Qeyd olundu ki, müqaviləyə əsasən qurğu quraşdırıldıqdan sonra 4 mln. avro, istismardan sonra 300 000 avro ödəniləcək. Həmin iclasda onlar tərəfindən iddiaçıya göndərilmiş məktub da müzakirə olundu. Hüseyn bəy bildirirdi ki, borcları var. Lakin iddiaçı tərəfindən müqavilə onlara göstərilməmişdi. Borcun məbləği barədə məlumatı yoxdur. Qurğu təxminən 5 mln. manat dəyərində idi. Sadəcə onu bilir ki, qurğunun bir çox çatışmazlıqları vardı. Həmin çatışmazlıqların aradan qaldırılması ilə bağlı Cavabdeh1 MMC 2-3 mln manat əlavə xərc çəkib. Cavabdeh1 MMC əvvəldən bu işin içində olmayıb. 2018-ci ildə "T.T.Ş” Firmasından tələb gəldikdən sonra bu işə qoşuldu. Elnur Musayev Cavabdeh1 MMC-də təchizatçı işləyirdi. Onu Cavabdeh1 MMC-nin nümayəndəsi kimi Türkiyəyə göndərilmişdi və səhv etmirsə Ankarada otururdu. Həmin qurğu Xaçmazda quraşdırıldı. Əksik hissələrini digər türk firmasından alıb tamamladıdılar. Qurğunu Azərbaycanda başqa şirkətdən almış və quraşdırıb "Azərsu” ASC-yə təhvil vermişlər. 884 700 avro borcdan, həmçinin Mingəçevirdə su təmizləyici qurğunun quraşdırılmasından məlumatı yoxdur. Cavabdeh2 MMC ilə Gezer Şirkəti arasında bağlanmış müqavilədən məlumatı yoxdur. "xxxx" MMC ilə əvvəllər işləmişlər. Lakin həmin müqavilə barədə heç bir məlumatı yoxdur”.

32. Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş cədvəldə göstərilmişdir ki, xx.xx.2011-xx.xx.2012-ci il tarixləri arası dövrdə "X15 Sanayi və Ticaret. A.Ş” şirkəti tərəfindən X4 adına göndərilmiş müxtəlif adlı yüklər Azərbaycan Respublikasının gömrük sərhədindən keçmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi 2011-ci il 5 oktyabr tarixli müqavilədə tərəflərin Bakının məhkəmə və icra orqanlarının səlahiyyətini qəbul etməsini, cavabdehlərin Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslər olmasını nəzərə alaraq, MPM-in 440.1 və 443.0.1-ci maddələri əsasında Azərbaycan məhkəmələrinin bu xarici elementli mübahisə üzrə səlahiyyətli olduğunu müəyyən etmişdir. Tətbiq ediləcək hüquqla bağlı məhkəmə vurğulamışdır ki, iş üzrə tərəflərə Azərbaycan qanunvericiliyi əsasında mübahisənin həll edilməsi təklif olunmuş, iddiaçı əvvəlcə razılaşmış, daha sonra Türkiyə hüququna istinad etməyə çalışsa da, son nəticədə yazılı ərizə ilə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqinə razı olduğunu bildirmişdir. Bu razılıq “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 24-cü maddəsinə və Ali Məhkəmənin 2023-cü il 14 dekabr tarixli Plenum qərarındakı 5.9 və 5.10-cu bəndlərə uyğun olaraq Azərbaycan hüququnun tətbiqinə əsas yaratmışdır.

34. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC (hazırkı adı "xxxx" MMC) arasında Lənkəran və Ələt şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı və xidmətlərin göstərilməsi barədə 2011-ci il 5 oktyabr tarixli müqavilə bağlanmışdır. "xxxx" şirkəti müqavilənin ilkin olaraq cavabdeh "xxxx" MMC ilə bağlanmasını, lakin sonradan avadanlıqların təchiz edilməsi ilə bağlı danışıqların digər Cavabdeh1 MMC ilə davam etməsini, həmin danışıqlara əsasən Lənkəran layihəsinin adının Mingəçevir layihəsinə dəyişdirilməsini, avadanlıqların Cavabdeh1 MMC-nin göstərdiyi şəxsin adına göndərilməsini, təqdim edilmiş avadanlıqlara görə ödənişlərin Cavabdeh1 MMC tərəfindən edilməsini, 2020-ci ildə Cavabdeh1 MMC tərəfindən müqavilə üzrə borcun etirafı barədə qəbz (məktub) verilməsini əsas göstərərək həmin avadanlıqlara görə yaranmış borcun və borcun ödənilməsinin gecikdirilməsinə görə əldən çıxmış faydanın "xxxx" MMC və Cavabdeh1 MMC-dən müştərək qaydada tutulmasını tələb edir. Cavabdeh1 MMC iddiaçıdan su təmizləyici qurğusu avadanlığı almadığını, belə olan halda həmin avadanlığın təqdim edilməsinə görə borcunun olmadığını, eləcə də iddia müddətinin ötürülməsini əsas göstərərək iddianın rədd edilməsini, digər cavabdeh "xxxx" MMC isə 2011-ci il 5 oktyabr tarixli müqaviləsinə əsasən iddiaçı tərəfindən onlara avadanlıq təqdim edilmədiyini, eləcə də işlərin görülmədiyini bildirərək iddianın rədd edilməsini xahiş edir.

35. Kollegiya vurğulamışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2011ci il 5 oktyabr tarixli Lənkəran və Ələt şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı və xidmətlərin göstərilməsi barədə müqavilə alqı-satqı və podrat müqaviləsinin elementlərini birləşdirən qarışıq müqavilədir. İddiaçı tərəfindən həmin müqavilə əsasında Cavabdeh2 MMC-yə hər hansı avadanlıq təqdim edilməsi, işlərin görülməsi, belə olan halda iddiaçının təqdim edilmiş avadanlığın dəyərinin ödənilməsini tələb etmək hüququnun yaranması iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, iddiaçının həmin MMCyə qarşı irəli sürdüyü avadanlığın dəyərinin ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

36. Digər Cavabdeh1 MMC-yə qarşı irəli sürülən tələblər üzrə isə apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC-nin məsul işçiləri arasında (bəzi elektron poçt məktublarının surəti cavabdehin direktorunun elektron poçt ünvanına da göndərilməklə) Mingəçevir şəhəri üçün su təmizliyi qurğusu avadanlığının təchiz edilməsi, həmin avadanlığın çatdırılma şərtləri ilə bağlı danışıqlar aparılması, həmin yazışmalarda cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin müvafiq avadanlıqların X4 adına göndərilməsini xahiş etməsi, bundan sonra iddiaçı tərəfindən Nəcəfov Firuddin adına avadanlıqların göndərilməsi və AR gömrük sərhədindən keçməsi, həmin avadanlıqlara görə müxtəlif şirkətlərin adından iddiaçıya ödənişlər edilməsi, cavabdeh "xxxx" MMC-nin nümayəndələri tərəfindən avadanlıqlara görə edilmiş ödənişləri əks etdirən cədvəlin iddiaçıya göndərilməsi, mübahisəli avadanlığın 2018-ci ildə "xxxx" MMC-nin sahibliyində olması və ehtiyat hissələri əvəzləndikdən sonra Xaçmaz şəhərinin X12 qurğusu layihəsində istifadə edilməsi üçün başqa şirkətə təqdim edilməsi və nəhayət Cavabdeh1 MMC-nin 2020-ci il 22 iyul tarixli məktubla Mingəçevir şəhərinin su təmizləyici qurğu üçün avadanlığın təchizatı ilə bağlı iddiaçıya borcunun olmasını etiraf etməsi məcmu şəkildə ona dəlalət edir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında Mingəçevir şəhəri üçün 20.000 m3 su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sözügedən avadanlıq Cavabdeh1 MMC-yə təqdim edilmiş, lakin Cavabdeh1 MMC təqdim edilmiş avadanlıqların dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya 884 700 avro məbləğində borcu yaranmışdır.

37. Kollegiya vurğulamışdır ki, mübahisəli su təmizləyici qurğunun (avadanlığın) alınması ilə bağlı invoyslar X4 adına tərtib edilmiş və həmin invoyslar əsasında avadanlıq sonuncunun adına Azərbaycan Respublikasına gətirilmiş, yəni mübahisəli su təmizliyici qurğusunun alqısatqısı müqaviləsi rəsmi olaraq F.Nəcəfovla iddiaçı arasında bağlanmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş F.Nəcəfov məhkəmədə verdiyi izahatında iddiaçı və cavabdehləri tanımadığını, 20 il əvvəl “28 may” metrosu ərazisində yerləşən şirkətə şəxsiyyət vəsiqəsi təqdim etdiyini və bunun müqabilində ona ayda 100 manat pul verildiyini, Türkiyədən heç bir zaman avadanlıq almadığını bildirmişdir. Beləliklə, iddiaçı ilə Cavabdeh1 MMC arasında yuxarıda şərh edilən elektron poçt yazışmalarında cavabdehin işçisinin avadanlığın F.Nəcəfovun adına gətirilməli olmasını bildirməsi, alqı-satqı predmeti olan avadanlığın alıcı qismində çıxış edən F.Nəcəfovun sahibliyinə verilməməsi, əksinə 2018-ci ildə həmin avadanlığın "Hidro Park” MMC-nin sahibliyində olması, avadanlığın dəyərinin F.Nəcəfov tərəfindən deyil, "Hidro Park” MMC tərəfindən müxtəlif şirkətlərin adından iddiaçıya ödənilməsi kimi məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallar və eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş F.Nəcəfovun izahatı belə qənaətə gəlməyə əsas verir ki, həmin şəxs alqı-satqı müqaviləsində formal olaraq alıcı qismində göstərilmiş, yəni həmin müqavilənin bağlanmasında əsl niyyət üçüncü şəxslərdə (hazırkı halda dövlət orqanlarında) yanlış təsəvvür yaratmaqla fərqli subyektiv tərkib, yəni iddiaçı ilə cavabdeh "Hidro Park” MMC arasında bağlanmış alqı-satqı müqaviləsini pərdələmək olmuşdur. Bu zaman tərəflərin (iddiaçı və F.Nəcəfov) həmin əqdi bağlayarkən həmin əqdə uyğun hüquqi nəticələr yaratmaq (F.Nəcəfovda alqı-satqı predmeti olan malı almaq, "Hidro Park” MMC-də isə həmin əmlakı alıcı F.Nəcəfova təqdim etmək) niyyətləri olmamışdır. Hər iki tərəf müqavilə bağlanarkən əslində həmin müqavilənin iddiaçı ilə "Hidro Park” MMC arasında bağlandığını bilirdilər. Beləliklə, hazırkı halda pərdələnən əqd olan iddiaçı ilə "Hidro Park” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlılıq tələblərinə cavab verdiyindən etibarlı əqd kimi tərəflər üçün hüquqi nəticələr yaradır. Odur ki, iddiaçı həmin əqdə əsaslanaraq "Hidro Park” MMC-yə qarşı tələb irəli sürmək hüququna malikdir.

38. Cavabdeh "Hidro Park” MMC-nin nümayəndələrinin istinad etdiyi Mingəçevir şəhərində su təmizləyici qurğunun quraşdırılmaması barədə dəlillərinə münasibətdə isə qeyd olunmuşdur ki, Lənkəran və Ələtdə su təmizləyici qurğuların təchizatı və quraşdırılması ilə bağlı "Aquatech Construction” MMC ilə bağlanmış və "xxxx" şirkətinin avadanlıqların quraşdırılmasına dair öhdəliklərini də nəzərdə tutan müqavilədən fərqli olaraq sonradan iddiaçı ilə "Hidro Park” MMC-nin nümayəndələri arasında aparılmış yazışmalar su təmizləyici qurğusu avadanlıqlarının təqdim edilməsi ilə bağlı olmuş, tərəflərin razılaşmasına əsasən Firudin Nəcəfovun adına göndərilmiş invoyslar da məhz avadanlıqların təqdim edilməsinə ilə bağlı tərtib edilmişdir. Başqa sözlə, həmin yazışmalardan "xxxx" şirkətinin müvafiq avadanlıqlarının quraşdırılması öhdəliyini üzərinə götürməsi müəyyən edilmir. Əksinə tərəflər arasında yazışmalarda avadanlıqların ex works/gebze şərti ilə çatdırılmasının razılaşdırılması ona dəlalət edir ki, avadanlıqlar Gebze şəhərində yerləşən zavoddan alıcıya (cavabdehə) çatdırılmış hesab edilir və avadanlığın təyinat nöqtəsinə çatdırılması alıcının (cavabdehin) öhdəliklərinə aid edilir. Odur ki, iddiaçı ilə cavabdeh "Hidro Park” MMC arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş avadanlıqların son nəticədə Mingəçevir şəhərində (layihənin baş tutmaması səbəbindən və ya hər hansı digər səbəbdən) quraşdırılmaması faktı iddiaçının alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsinə dəlalət etmir və cavabdehi təqdim edilmiş avadanlığın dəyərinin ödənilməsi öhdəliyindən azad etmir. Beləliklə, kollegiya belə qənaətə gəlmişdir ki, Mİngəçevir layihəsi üzrə 20000 m3 su təmizləyici qurğunun təqdim edilməsinə görə yaranmış 884 700 avro məbləğində borcun "Hidro Park” MMC-dən tutulması hissəsində "Gezer” şirkətinin iddiası əsaslıdır.

39. Bununla belə kollegiya hesab etmişdir ki, iddia müddəti ötürüldüyündən iddia tələbi bu hissədə də rədd olunmalıdır. Belə ki, Mingəçevir şəhəri üçün su təmizləyici qurğusunun (avadanlıqların) alqı-satqısına dair iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi müqaviləyə əsasən müvafiq avadanlıqlar 2011-ci ilin dekabr-2012-ci il fevral tarixləri arasındakı dövrdə alıcıya çatdırılmışdır. Həmin avadanlıqlara görə ödənişlərə münasibətdə qeyd edilməlidir ki, "Hidropark” MMC tərəfindən elektron poçt vasitəsilə iddiaçıya təqdim edilmiş ödənişlər barədə cədvəldə sonuncu ödənişin 2013-cü il 26 avqust tarixində olması göstərilsə də, cədvəldən həmçinin müəyyən edilir ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 2012-2013-cü illərdə də müxtəlif mallar təqdim edilmiş, bununla bağlı malın alış fakturaları göndərilmiş və ödənişlər edilmişdir. Odur ki, həmin cədvəldən 2012-2013-cü illərdə ödənişlərin məhz Mingəçevir şəhərində quraşdırılması planlaşdırılan su təmizləyici qurğunun alqı-satqısı müqaviləsi üzrə edilməsi müəyyən etmək qeyri-mümkündür. Bununla yanaşı iddiaçı tərəfindən tərtib edilmiş cədvəldə "xxxx" MMC tərəfindən sonuncu ödənişin 2014-cü ilin fevralın 20-də edilməsi göstərilsə də, həmin ödənişin həyata keçirilməsini və həyata keçirildiyi halda məhz mübahisəli müqavilə üzrə edilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir.

40. Bununla bağlı kollegiya qeyd etmişdir ki, mübahisəli müqavilə üzrə sonuncu ödənişin iddiaçının iddia etdiyi kimi 2014-cü ilin fevralında edilməsi ehtimal edilərsə belə, iddia müddətinin buraxılması açıq-aşkardır. Belə ki, bu halda müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətinin axımı 2014-cü ilin fevralın 21-dən başlamış və 2017-ci ilin fevralın 21-də başa çatmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən Gezer şirkətinə göndərilmiş Mingəçevir su təmizləyici qurğusunun təchizatı müqaviləsi üzrə borcun etiraf edilməsi barədə 2020-ci il 22 iyul tarixli, 008 nömrəli məktuba gəldikdə isə qeyd edilməlidir ki. iddia müddətinin axımının kəsilməsi yalnız iddia müddətinin daxilində baş verə bilər. Odur ki, 2020-ci il 22 iyul tarixli məktub iddia müddəti bitdikdən sonra verildiyindən iddia müddətinin kəsilməsinə səbəb olan hərəkət kimi nəzərə alına bilməz.

41. Borcun etirafı barədə 2020-ci il 22 iyul tarixli məktubun verilməsi nəticəsində borcun ödənilməsinə dair yeni bir öhdəliyin yaranması barədə iddiaçının nümayəndəsinin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, sözügedən məktubun məzmunundan da göründüyü kimi həmin məktubda cavabdeh, tərəflər arasında bağlanılmış Mingəçevir şəhəri üçün su təmizləyici qurğunun təchizatı barədə müqaviləyə istinad edərək həmin müqavilə üzrə borcun məbləğini təsdiq edir və həmin öhdəliyin icra edilməsini vəd edir. Odur ki, sözügedən məktub icra edilməmiş öhdəliyin, yəni artıq mövcud olan mülki hüquq münasibətinin mövcud olmasının təsdiq edilməsi məqsədilə verilmiş sənəd olmaqla həmin məktubun yeni mülki hüquq münasibətinin yaranmasına və ya mülki hüquq münasibətinin dəyişməsinə yönəldilmiş birtərəfli iradə ifadəsi, yəni birtərəfli əqd kimi qiymətləndirilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, istinad edilən dəlillər əsassızdır.

42. Əldən çıxmış fayda tələbi ilə bağlı olaraq isə məhkəmə qeyd etmişdir, iddiaçı belə bir gəlirin əldə olunması üçün konkret tədbirlər gördüyünü və zərərlə səbəbli əlaqəni sübuta yetirə bilmədiyindən iddia bu hissədə də təmin edilməməlidir.

43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 340.2, 372.1, 373.2, 375.1, 375.2, 377.2, 380.1, 385.1, 386.1, 442, 443.1, 443.2, 443.4, 447.1, 448.1, 567, 598.1-ci, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının iştirakçısı olduğu “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında” 1980-ci il Vyana Konvensiyasının 1, 11, 53-cü, “Beynəlxalq Xüsusi Hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 19.1, 24.1, 24.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına və MPM-in 77.1, 440.1, 443.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

44. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılması xahiş edilmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyul 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025ci il 31 yanvar tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

46. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

46.1. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh "Hidro Lotus” MMC (hazırkı adı "Aquatech Constructıon” MMC) arasında Lənkəran və Ələt şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı və xidmətlərin göstərilməsi barədə 2011-ci il 5 oktyabr tarixli müqavilə bağlanmışdır. Hazırda iddiaçı həmin müqavilənin ilkin olaraq cavabdeh "Aquatech Constructıon” MMC ilə bağlanmasını, lakin sonradan avadanlıqların təchiz edilməsi ilə bağlı danışıqların digər cavabdeh "Hidro Park” MMC ilə davam etməsini, həmin danışıqlara əsasən Lənkəran layihəsinin adının Mingəçevir layihəsinə dəyişdirilməsini, avadanlıqların "Hidro Park” MMC-nin göstərdiyi şəxsin (Firuddin Nəcəfovun) adına göndərilməsini, təqdim edilmiş avadanlıqlara görə ödənişlərin "Hidro Park” MMC tərəfindən edilməsini, 2020-ci ildə "Hidro Park” MMC tərəfindən müqavilə üzrə borcun etirafı barədə qəbz (məktub) verilməsini əsas göstərərək həmin avadanlıqlara görə yaranmış borcun və borcun ödənilməsinin gecikdirilməsinə görə əldən çıxmış faydanın hər iki MMC-dən müştərək qaydada tutulmasını tələb edir. 46.2. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquqi məsələyə Azərbaycan Respublikasının qanunvericiliyini tətbiq etməklə cavabdeh "Aquatech Construction” MMC-yə münasibətdə qeyd etmişdir ki, işin materiallarına əsasən iddiaçı tərəfindən 2011-ci il 5 oktyabr müqavilə əsasında həmin MMC-yə hər hansı avadanlıq təqdim edilməsi, işlərin görülməsi müəyyən edilmədiyindən, bu MMC-yə qarşı avadanlığın dəyərinin ödənilməsi barədə iddia tələbi rədd olunmalıdır. Digər cavabdeh "Hidro Park” MMC-yə qarşı irəli sürülən tələblər üzrə isə məhkəmə bu qərarın 25-27-ci paraqraflarında qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçı ilə cavabdeh "Hidro Park” MMC arasında Mingəçevir şəhəri üçün 20.000 m3 su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sözügedən avadanlıq cavabdeh "Hidro Park” MMC-yə təqdim edilmiş, lakin "Hidro Park” MMC təqdim edilmiş avadanlıqların dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya 884 700 avro məbləğində borcu yaranmışdır. Odur ki, iddia tələbi həmin hissədə əsaslıdır. 46.3. Məhkəmə kollegiyası iddiaçının mübahisəli münasibətə tətbiq edilən maddi hüquqla bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya məhkəməsi hazırkı xarici elementli kommersiya mübahisəsinə tətbiq edilməli hüququ (hansı ölkənin) düzgün müəyyən etmişdir. 46.4. Bununla belə Kollegiya, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin digər dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. 46.5. Əvvəla iş üzrə cavabdeh "xxxx" MMC-yə (hazırkı adı "Aquatech Constructıon” MMC) münasibətdə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan və hüquqi qiymətləndirmədən çıxış etsə də, qətnaməni həmin hissədə də ləğv etmiş və yenidən həmin cavabdehə aid hissədə iddianı rədd etmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasları müəyyən edən 385-ci maddəsinin tələbləri pozulmuşdur. 46.6. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "Hidro Park” MMC-yə aid hissədə iddia tələbi üzrə iddia müddətinin tətbiqinə dair hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. 46.7. Belə ki, MM-in iddia müddətinin başlanmasını tənzimləyən 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). 46.8. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin başlanması anını müəyyən edərkən, MM-in 377.2-ci maddəsinə istinad etmişdir. Məzmunundan da göründüyü kimi, bu maddə tərəflər arasındakı müqavilədə öhdəliklərin icra müddəti konkret müəyyənləşdirildiyi hallarda həmin müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin axımını müəyyən edir. Baxılan işdə apellyasiya məhkəməsi iddiaçı ilə cavabdeh "Hidro Park” MMC arasında Mingəçevir şəhəri üçün 20.000 m3 su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlandığını və iddiaçının həmin cavabdehə qarşı hazırkı tələbinin məhz bu müqavilədən irəli gəldiyini müəyyən etsə də, həmin müqavilə üzrə öhdəliklərin, o cümlədən cavabdehin öz öhdəliyini nə zaman icra etməsinin müəyyələndirilməsi istiqamətində heç bir hüquqi dəyərləndirmə aparmamışdır. Buna görə də, cavabdehin öhdəliyini icra etməsi müddətinin konkret müəyyən edilmədiyi şifahi müqavilə üzrə iddia müddətinin axımının MM-in 377.2-ci maddəsinə əsasən hesablanması, həmin maddənin tələblərinə zidd olmuş, həmçinin MM-in 377.3-cü maddəsinin pozulması ilə nəticələnmişdir. 46.9. Nəzərə alınmalıdır ki, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (MM-in 427.2-ci maddəsi). 46.10. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, mübahisəli borcun ödənilməsi istiqamətində tərəflər arasında aparılmış danışıqların nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya borcunun mövcudluğunu, həmin borcun ödənilməsi müddətini nəzərdə tutan 2020-ci il 22 iyul tarixli məktub ünvanlanmışdır. 46.11. Həmin məktubda cavabdeh "Hidro Park” MMC, tərəflər arasında bağlanmış şifahi alqısatqı müqaviləsi üzrə sözügedən avadanlığa görə borcun 2020-ci il 31 dekabr tarixinədək ödəniləcəyini öhdəsinə götürmüşdür. 46.12. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh "Hidro Park” MMC-nin iddiaçıya ünvanlandığı 2020-ci il 22 iyul tarixli məktub üzrə qiymətləndirmə aparılarkən MM-in 427.2-ci maddəsinin tələbləri də pozulmuşdur. 46.13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Konstitusiyanın 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə MM-in 377-ci maddəsinin şərh edilməsinə dair” 2025-ci il 19 iyun tarixli qərarında vurğulayır ki, "Öhdəliklərin icra müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (MM-in 427.1, 427.2, 427.4-cü maddələri). 46.14. Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə MM-in 427.2 və 427.4cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. Həmin günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb hüququna münasibətdə iddia müddətinin axımı başlamış olur”. 46.15. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin yeni apellyasiya baxışı zamanı MM-in 377.3, 427.2-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, münasibəli hüquq münasibətində iddia müddətinin axımına düzgün hüquqi qiymət verilməlidir. 46.16. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir. 46.17. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən mülki qanunvericiliyin bu qərarın əsaslandırıcı hissəsində istinad olunan normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.

Təkrar apelyasiya baxışı, izahatlar

47. İddiaçının məhkəmə iclaslarında iştirak edən qanuni nümayəndəsi, habelə nümayəndələri (vəkilləri) apellyasiya şikayətinin dəlillərini kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlarla istinadla müdafiə edərək izahatlarında bildirmişlər ki, tərəflər arasında alqı-satqı müqaviləsinin mövcud olması, ödənişlər edildiyi və borcun qaldığı iş materiallarında olan e-mail yazışmaları ilə öz təsdiqini tapır, müqavilə imzalandıqdan sonrakı proseslərin hamısı e-mail yazışmaları ilə həyata keçirilmişdir. Əvvəllər Cavabdeh1 MMC tərəfindən vaxtında ödənişlər edilmiş, Cavabdeh1 MMC vergidən yayınmaq üçün ödənişləri gah İtaliyadan, gah da Türkiyədən ayrı-ayrı adamların adından etmiş, öz adlarından ödəniş həyata keçirməmişlər. Burada yüksək məbləğlərdən söhbət getdiyi üçün iddiaçı məcburən cavabdehin dedikləri ilə razılaşmışdır. Mübahisəli avadanlıqları Azərbaycana ancaq "xxxx" şirkəti gətirmiş və sözügedən 2011-ci il tarixli müqavilədən başqa cavabdehlərlə başqa müqavilələri olmamışdır. İş materiallarında cavabdehin ikinci etirafı var, orada deyir ki, həmin qurğuları "xxxx" Şirkətinə satıblar. Məktubda həmçinin qeyd ediblər ki, “Jika” adlı Yaponiya şirkətindən investisiya ayrılandan sonra borclarını ödəyəcəklər. Cavabdehin borcunu etiraf etməsi ilə tərəflər arasında münasibətlər təzələnmişdir və buna görə də iddia müddəti ötürülməyib.

48. Cavabdeh2 MMC-nin (əvvəlki adı "xxxx" MMC) nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında həmçinin göstərmişdir ki, əgər iddia müddətinin axımı tələbetmə məqamı ilə müəyyənləşdirilməlidirsə, bu halda “X15 Sanayi ve Ticaret A.Ş” şirkəti tərəfindən Cavabdeh1 MMC-nə xx.xx.2015-ci il tarixdə elektron məktub göndərilərək ödənişin təcili şəkildə həyata keçirilməsinin tələb olunduğu, beləliklə də iddia müddətinin ötürüldüyü nəzərə alınmalıdır.

49. Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, "xxxx" ASC-nin sorğuya cavabından aydın olur ki, "xxxx" Şirkəti Xaçmaz layihəsində iştirak edib. Onlar "STM” ASM” və ‘T.T.Ş” Şirkətləri ilə müqavilə bağlayıb, malları "xxxx" Şirkətinə satmışlar. Bununla bağlı bütün sübutları iş materiallarına əlavə etmişlər. Onlar "xxxx" Şirkətinə su təmizləyici qurğu yox, başqa mal-materiallar, çatışmayan hissələr satmışlar. Ola bilsin ki, borcun etirafı barədə məktub "xxxx" şirkətindən aldıqları digər mallarla bağlı verilsin. Amma Mingəçevir layihəsi ilə bağlı "xxxx"dən su təmizləyici qurğu almayıblar və borcları yoxdur. İddiaçı tərəf Layihədəki Mingəçevir dəyişikliyi ilə bağlı fikirlərini email yazışmalarına əsaslanıb deyirlər. Həmin email yazışmalarının hüquqi əsası yoxdur. Onların "xxxx" şirkəti ilə heç bir müqavilələri yoxdur. Sadəcə olaraq Xaçmaz layihəsində çatışmayan malları təmin etmişlər. Bundan başqa, iddiaçının tərəfin özünün tədqim etdiyi xx.xx.2015-ci il tarixli elektron məktubdan aydın olur ki, “X15 Sanayi ve Ticaret A.Ş” şirkəti tərəfindən Cavabdeh1 MMC-nə xx.xx.2015-ci il tarixdə elektron məktub göndərilərək ödənişin təcili şəkildə həyata keçirilməsi tələb olunmuşdur və əgər iddia müddətinin axımı tələbetmə məqamı ilə müəyyənləşdirilməlidirsə, bu halda iddia müddətinin ötürüldüyü nəzərə alınmalıdır.

50. İşə baxılmasının yeri (vaxtı) barədə dəfələrlə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X9 məhkəməyə gəlməmiş, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X20 isə nümayəndəsini göndərməmişdir.

51. İşin halları, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin əvvəlki apellyasiya baxışında öz mövqelərini bildirdikləri nəzərə alınmaqla, işə onların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

53. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

54. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

55. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

56. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

57. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

58. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

59. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

60. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

61. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

62. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

63. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

64. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

65. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

66. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

67. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

68. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

69. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

70. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

71. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

72. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

73. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

74. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

75. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

76. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

77. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

78. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

79. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

80. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

81. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

82. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

Azərbaycan Respublikasının və Türkiyə Respublikasının iştirakçısı olduğu “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında” 1980-ci il Vyana Konvensiyası

83. Maddə 1. Bu Konvensiya fəaliyyət yerləri müxtəlif Dövlətlərdə yerləşən tərəflər arasında malların alqı-satqı müqavilələrinə aşağıdakı hallarda tətbiq olunur: (a) bu Dövlətlər Razılığa gələn Dövlətlər olduqda; və ya (b) beynəlxalq xüsusi hüququn normaları Razılığa gələn Dövlətin hüququnun tətbiqinə gətirib çıxardıqda.

84. Maddə 11. Alqı-satqı müqaviləsinin yazılı formada bağlanılması və ya təsdiq olunması və ya forma ilə bağlı hər hansı digər tələbə tabe tutulması tələb olunmur. O, şahid ifadələri də daxil olmaqla, istənilən vasitələrlə sübut oluna bilər.

85. Maddə 53. Alıcı müqavilənin və bu Konvensiyanın tələblərinə uyğun olaraq malların qiymətini ödəməli və onların göndərilməsini qəbul etməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu

86. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

87. Maddə 19.1. Müvafiq münasibətin tənzimlənməsi üçün hansı ölkənin hüququ tətbiq olunursa, iddia müddəti də həmin ölkənin hüququ ilə müəyyən edilir.

88. Maddə 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.

89. Maddə 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər.

90. Maddə 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının.

“Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli qərarı

91. Bənd 5.9. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.

92. Bənd 5.10. Bu baxımdan, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.

93. Bənd 5.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olduğundan, tərəflərin bildirməsindən asılı olmayaraq “jura novit curia” - “məhkəmə hüququ bilir” prinsipi əsas götürülərək xarici elementli mübahisəni tənzimləyən, xarici maddi qanunun tətbiqinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin olub-olmaması araşdırılmalıdır.

94. Bənd 5.18. Beləliklə, xarici elementli mübahisəyə hansı dövlətin maddi hüququnun tətbiq edilməli olduğu müəyyənləşdirilərkən aşağıdakı ardıcıllığa əməl edilməlidir: - mübahisəyə hansı ölkənin maddi hüququnun tətbiqi ilə bağlı tərəflər arasında bağlanmış ayrıca yazılı razılaşmanın (müqavilə, saziş və s.) və ya razılaşma şərtinin, yaxud Azərbaycan Respublikası qanununun tətbiqi barədə məhkəməyə ünvanlanan aydın iradə ifadəsinin mövcudluğu; - Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilənin, yaxud uzun illər ərzində formalaşmış beynəlxalq adətlərin mövcudluğu; - Azərbaycan Respublikasının mübahisəli münasibətləri tənzimləyən və hansı ölkənin qanununun tətbiq edilməli olmasını müəyyən edən sahəvi qanunlarının mövcudluğu; - “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş kolliziya hüquq normalarının mövcudluğu.

95. Bənd 5.19. Tətbiq edilməli olan xarici hüququn məzmununun müəyyən edilməsi xidməti vəzifəsinə görə (ex officio) məhkəməyə aiddir. Xarici elementli mübahisələrdə tətbiq edilməli xarici hüququn məzmunu məhz müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edilməlidir. Xarici hüququn məzmununun müəyyən edilə bilmədiyi aşağıdakı hallarda məhkəmə dövlətdaxili hüququ (lex fori) tətbiq edir: a) xarici qanunun məzmununun müəyyən edilməsi ilə bağlı görülmüş tədbirlər nəticə verməsin; b) yaxud bu tədbirlər həddən çox xərc tələb etsin; c) mübahisə tərəflərindən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquq normalarını təsdiqləyən sənədləri təqdim edə bilməsin.

96. Bənd 5.20. Müvafiq ölkədə rəsmi təfsir və tətbiq praktikası müəyyənləşdirilərkən, həmin ölkədə aidiyyəti dövlət və peşəkar qurumların, o cümlədən elmi tədris müəssisələrinin və ya peşəkar hüquqşünas alimlərin rəylərinin alınmasına üstünlük verilə bilər.

Türkiyə Respublikasının Borclar Qanunu

97. Maddə 146. Qanunda əksinə bir müddəa yoxdursa, bütün tələblər üzrə iddia müddəti on il təşkil edir.

98. Maddə 149. İddia müddətinin axımı öhdəliyin icra müddətinin çatdığı andan başlanır. Əgər öhdəliyin icra müddətinin çatması kreditorun bildiriş göndərməsindən asılıdırsa, iddia müddətinin axımı həmin bildirişin göndərilə biləcəyi gündən başlanır.

Türkiyə Respublikasının Ticarət Qanunu

99. Maddə 6. Əgər qanunda əksinə müddəa yoxdursa, kommersiya münasibətlərini tənzimləyən qanunlarda nəzərdə tutulan iddia müddətləri müqavilə ilə dəyişdirilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

100. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

101. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

102. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

103. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

104. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

105. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

106. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

107. Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

108. Maddə 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. Apellyasiya baxışının həddi

109. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

110. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

111. İlk növbədə qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

112. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da nəzərə almaqla məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini Cavabdeh1 MMC-nə münasibətdə rədd edərkən hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.

113. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh "xxxx" MMC (hazırkı adı "Aquatech Construction” MMC) arasında Lənkəran və Ələt şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı və xidmətlərin göstərilməsi barədə xx.xx.2011-ci il tarixdə müqavilə bağlanmış, lakin sonradan avadanlıqların təchiz edilməsi ilə bağlı danışıqlar digər Cavabdeh1 MMC ilə davam etdirilmiş, həmin danışıqlara əsasən Lənkəran layihəsi Mingəçevir layihəsi ilə əvəzlənmiş və avadanlıqlar "Hidro Park” MMC-nin göstərdiyi şəxsin adına göndərilmiş, avadanlıqlara görə ödənişlər Cavabdeh1 MMC tərəfindən həyata keçirilmiş, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən müqavilə üzrə 884 700 avro borcun mövcudluğu barədə iddiaçıya məktub ünvanlanmış, amma sözügedən məbləğ ona ödənilməmişdir.

114. “X15 Sanayi və Ticaret. A.Ş” Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan hazırkı mübahisə xarici elementli mübahisədir - odur ki, mübahisəyə baxılarkən birinci həll edilməli olan məsələ Azərbaycan Respublikasının məhkəmələrinin hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmaması məsələsidir.

115. “X15 Sanayi və Ticaret. A.Ş”-nin Cavabdeh2 MMC-yə qarşı tələbinin faktiki əsası kimi istinad etdiyi xx.xx.2011-ci il tarixli müqavilədə tərəflər müqavilədən irəli gələn mübahisələrin Bakının məhkəmə və icra orqanlarında həll edilməsi barədə razılaşmışlar - cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MMC isə Azərbaycan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxslərdir.

116. Buna görə də, Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidirlər (§ 107, 108).

117. Həll edilməli ikinci məsələ mübahisəyə hansı ölkənin hüququnun tətbiq edilməli olması məsələsidir. Əvvəlki apellyasiya baxışı zamanı tərəflərə mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılması barədə razılığa gəlmələri təklif edilmiş, cavabdeh tərəf mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll edilməsinə etiraz etməmiş, iddiaçının nümayəndələrinə mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılması barədə razılaşdıqları halda mübahisənin bütövlükdə (o cümlədən iddia müddəti məsələsinin) Azərbaycan qanunvericiliyi əsasında həll olunacağı, əks təqdirdə “Beynəlxalq xüsusi hüquq” haqqında qanunun tələblərinə əsasən mübahisəyə satıcının (podratçının) hüququnun, yəni Türkiyə Respublikasının qanunvericiliyinin tətbiq ediləcəyi, tərəflər arasında yaranmış müqavilə münasibətlərinə Azərbaycanın, iddia müddəti məsələsinə isə Türkiyə qanunvericiliyinin tətbiq edilməsinin mümkün olmadığı izah edilmiş, iddiaçının nümayəndəsi Nümayəndə4 mübahisəyə bütövlükdə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilməsinə razı olduğunu, Azərbaycan qanunvericiliyinin tələblərinə əsasən də iddia müddətinin keçmədiyini bildirmişdir. Sonradan iddiaçının nümayəndələri iddia müddəti hissəsində Türkiyə qanunvericiliyinin tətbiq edilməsini məhkəmədən xahiş etmiş, lakin daha sonra yazılı ərizə verərək mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll edilməsinə razı olduqları bildirmişlər.

118. Bu baxımdan kollegiya hesab edir ki, mübahisə “Beynəlxalq xüsusi hüquq haqqında” qanunun tələbləri və “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe (5.9 və 5.10-cu bənd) nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir (§ 86 -92).

119. Bu kontekstdə kollegiya qeyd edir ki, iddiaçının cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etdiyi məbləğ şifahi alqı-satqı müqaviləsi üzrə təqdim edildiyi iddia olunan avadanlığın dəyəri olduğundan (avadanlığın quraşdırılmadığı faktı işin mübahisəsiz halıdır) iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları (§ 81, 82) təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

120. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

121. İddiaçı ilə Cavabdeh2 MMC arasında Lənkəran və Ələt şəhərlərindəki çirkab su təmizləyici qurğular üçün elektromexaniki avadanlıqların təchizatı və xidmətlərin göstərilməsi barədə müqavilə bağlansa da, iddiaçı tərəfindən həmin müqavilə əsasında Cavabdeh2 MMC-yə hər hansı avadanlığın təqdim edilməsi və işlərin görülməsi müəyyən olunmur; bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin adı çəkilən cavabdehə yönəlmiş hissəsi üzrə gəldiyi nəticə əsaslı olmaqla, həmin nəticə ilə bağlı əlavə əsaslandırma aparılmasına zərurət mövcud deyildir.

122. İddianın digər cavabdeh "xxxx" MMC-yə qarşı olan hissəsinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir:

123. “X15 Sanayi və Ticaret. A.Ş” ilə Cavabdeh1 MMC arasında Mingəçevir şəhəri üçün su təmizləyici qurğusu layihəsi üzrə avadanlıqlar təchiz edilməsinə dair yazılı müqavilə bağlanmasa da, Cavabdeh1 MMC-nin rəsmi elektron poçt domenində (@hidropark.com) qeydiyyata alınmış elektron poçt ünvanlarından müxtəlif şəxslərlə (direktor Emruz İsgəndərov, satınalma üzrə mütəxəssis Elnur Musayev, maliyyə direktoru Şahin Abbasov, satınalma mütəxəssisi Kənan İsmayılov və digərləri) iddiaçının səlahiyyətli şəxsləri arasında aparılmış elektron poçt yazışmalarından müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında ilkin olaraq "xxxx" MMC-yə göndərilməli olan 2 ədəd su təmizləyici qurğunun Cavabdeh1 MMC-yə göndərilməsi, sonradan layihələrin adının dəyişdirilərək Lənkəran layihəsinin Mingəçevir/Zərdab, Ələt layihəsinin Lənkəran/Kürdəmir adlandırılması, çatdırılmanın “ex works/gebze” şərti ilə həyata keçirilməsi barədə yazışmalar aparılmış, bununla yanaşı həmin yazışmalarda cavabdehin nümayəndələri tərəfindən avadanlıqların alqı-satqısı üzrə invoysların X8 adlı şəxsin adına göndərilməli olması bildirilmiş, iddiaçınin nümayəndəsi tərəfindən həmin invoyslar Cavabdeh1 MMC-nin nümayəndələrinə göndərilmiş, sonradan Cavabdeh1 MMC (maliyyə direktoru Şahin Abbasov) tərəfindən iddiaçıya edilmiş ödənişləri əks etdirən cədvəllər göndərilmiş, qalıq borcun məbləği dəqiqləşdirilmişdir.

124. O da qeyd edilməlidir ki, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən iddiaçının nümayəndəsinə elektron poçt vasitəsilə göndərilmiş və MMC tərəfindən iddiaçıya 2011-ci ilin oktyabr-dekabr ayları arası dövrdə edilmiş ödənişləri (tarixləri və məbləğləri göstərilməklə) əks etdirən ödəniş cədvəlindəki məlumatlar iddiaçı tərəfindən təqdim edilmiş bank hesablarından çıxarışlarla qarşılaşdırılmış, cədvəldə əks edilmiş ödənişlərə uyğun olaraq eyni tarixlərdə və eyni məbləğlərdə pul vəsaitlərinin müxtəlif şirkətlərin adından (“Streamtrade İndustries” və s.) iddiaçının bank hesabına mədaxil edildiyi müəyyən olunmuşdur.

125. Cavabdeh1 MMC-nin nümayəndəsinin vəsatəti əsasında əvvəlki apellyasiya baxışında şahid qismində dindirilən həmin MMC-nin sabiq işçisi Kənan İsmayılovun verdiyi ifadələrlə də müəyyən edilmişdir ki, “X15 Sanayi və Ticaret. A.Ş” şirkətinin istehsalı olan su təmizləyici qurğu 2018-ci ildə Cavabdeh1 MMC-nin sahibliyində olmuş, həmin dövrdə “X15 Sanayi və Ticaret. A.Ş” şirkəti ilə sözügedən avadanlığın yenilənməsi və işlək vəziyyətə gətirilməsi üçün ehtiyat hissələrinin alınması barədə danışıqlar aparılmış, lakin “X15 Sanayi və Ticaret. A.Ş” şirkəti avadanlığa görə borcun ödənilməsini tələb etməklə ehtiyat hissələrini təqdim etməkdən imtina etmiş, bundan sonra həmin ehtiyat hissələri başqa şirkətdən alınmışdır.

126. “X15 Sanayi və Ticaret. A.Ş” şirkəti tərəfindən təchiz edilmiş su təmizləyici qurğunun yararsız ehtiyat hissələrinin Cavabdeh1 MMC tərəfindən dəyişdirilməklə Xaçmaz layihəsində istifadə edilməsi "xxxx" MMC tərəfindən “X15 Sanayi və Ticaret. A.Ş” şirkətinə ünvanlanmış 29 oktyabr 2021-ci il tarixli məktubda da öz təsdiqini tapmışdır.

127. Bununla bağlı 2018-ci ildə "T.T.Ş” Firmasına təmizləyici qurğunun özünü deyil, həmin qurğu üçün ehtiyat hissələrini təqdim etmələri barədə Cavabdeh1 MMC-nin istinad etdiyi dəlillərə və göstərilən halı sübuta yetirmək üçün məhkəməyə təqdim edilmiş sənədlərə (alqı-satqı müqaviləsi və s.) münasibətdə kollegiya qeyd edir ki, birincisi, "xxxx" MMC tərəfindən "xxxx" Firmasına su təmizləyici qurğu üçün ehtiyat hissələrinin təqdim edilməsi faktı qurğunun özünün də "xxxx" MMC tərəfindən təqdim edilməsi ehtimalını istisna etmir. Əksinə, yuxarıda da qeyd edildiyi kimi "xxxx" MMC tərəfindən təmizləyici qurğunun Xaçmaz layihəsində istifadə edilməsi üçün "xxxx" firmasına təqdim edilməsi faktı həm cavabdehin işçisi olmuş şahid K.İsmayılovun ifadələri, həm də "xxxx" MMC-nin “X15 Sanayi və Ticaret. A.Ş” şirkətinə ünvanladığı 29 oktyabr 2021-ci il tarixli məktubla təsdiq edilir. Digər tərəfdən, Cavabdeh1 MMC direktorunun imzası və möhürü ilə təsdiq olunmuş xx.xx.2020-ci il tarixli 008 nömrəli məktubla Mingəçevir 20000 m3 çirkab sutəmizləyici qurğunun elektromexaniki materialları müqaviləsindən “X15 Sanayi və Ticaret. A.Ş” şirkətinə qalıq borcun 884 700 avro olmasını etiraf etmişdir.

128. İddiaçı ilə Cavabdeh1 MMC-nin məsul işçiləri arasında Mingəçevir şəhəri üçün su təmizliyi qurğusu avadanlığının təchiz edilməsi, həmin avadanlığın çatdırılma şərtləri ilə bağlı danışıqlar aparılması, həmin yazışmalarda "xxxx" MMC-nin nümayəndəsinin müvafiq avadanlıqların X4 adına göndərilməsini xahiş etməsi, bundan sonra iddiaçı tərəfindən Firuddin Nəcəfov adına avadanlıqların göndərilməsi və Azərbaycan Respublikasının gömrük sərhədindən keçməsi, həmin avadanlıqlara görə müxtəlif şirkətlərin adından iddiaçıya ödənişlər edilməsi, "xxxx" MMC-nin nümayəndələri tərəfindən avadanlıqlara görə edilmiş ödənişləri əks etdirən cədvəlin iddiaçıya göndərilməsi, mübahisəli avadanlığın 2018-ci ildə "xxxx" MMC-nin sahibliyində olması və ehtiyat hissələri əvəzləndikdən sonra Xaçmaz şəhərinin X12 qurğusu layihəsində istifadə edilməsi üçün başqa şirkətə təqdim edilməsi və nəhayət Cavabdeh1 MMC-nin xx.xx.2020-ci il tarixli məktubla Mingəçevir şəhərinin su təmizləyici qurğu üçün avadanlığın təchizatı ilə bağlı iddiaçıya borcunun olmasını etiraf etməsi məcmu şəkildə ona dəlalət edir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında Mingəçevir şəhəri üçün 20.000 m3 su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqısatqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sözügedən avadanlıq Cavabdeh1 MMC-yə təqdim edilmiş, lakin Cavabdeh1 MMC avadanlıqların dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya 884 700 avro məbləğində borcu yaranmışdır.

129. Su təmizləyici qurğunun (avadanlığın) alınması ilə bağlı invoysların X4 adına tərtib edilməsinə və həmin invoyslar əsasında avadanlığın sonuncunun adına Azərbaycan Respublikasına gətirilməsinə münasibətdə kollegiya qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X8 məhkəmədə verdiyi izahatında iddiaçı və cavabdehləri tanımadığını, 20 il əvvəl “28 May” metrostansiyası ərazisində yerləşən şirkətə şəxsiyyət vəsiqəsi təqdim etdiyini və bunun müqabilində ona ayda 100 manat pul verildiyini, Türkiyədən heç bir zaman avadanlıq almadığını bildirmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında elektron poçt yazışmalarında cavabdehin işçisinin avadanlığın X4 adına gətirilməli olmasını bildirməsi, alqı-satqı predmeti olan avadanlığın alıcı qismində çıxış edən X1 verilməməsi, əksinə 2018-ci ildə həmin avadanlığın Cavabdeh1 MMC-nin sahibliyində olması, avadanlığın dəyərinin Firuddin Nəcəfov tərəfindən deyil, Cavabdeh1 MMC tərəfindən müxtəlif şirkətlərin adından iddiaçıya ödənilməsi kimi müəyyən edilmiş faktiki hallar və eləcə də X4 izahatı belə qənaətə gəlməyə əsas verir ki, X9 alqısatqı müqaviləsində formal olaraq alıcı qismində göstərilmiş, yəni həmin müqavilənin bağlanmasında əsl niyyət üçüncü şəxslərdə (hazırkı halda dövlət orqanlarında) yanlış təsəvvür yaratmaqla fərqli subyektiv tərkib, yəni iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış alqı-satqı müqaviləsini pərdələmək olmuşdur. Bu zaman tərəflərin (iddiaçı və Firuddin Nəcəfov) həmin əqdə uyğun hüquqi nəticələr yaratmaq (Firuddin Nəcəfovda alqı-satqı predmeti olan malı almaq, iddiaçıda isə həmin əmlakı alıcı Firuddin Nəcəfova təqdim etmək) niyyətləri olmamış, hər iki tərəf müqavilə bağlanarkən əslində həmin müqavilənin iddiaçı ilə "Hidro Park” MMC arasında bağlandığını bilmişlər.

130. Kollegiya bir daha vurğulayır ki, alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib qiymətini satıcıya ödəyəcəyi haqqında əqddir; hər hansı başqa əqdi, yaxud münasibəti pərdələmək məqsədilə bağlandıqda isə belə müqaviləni etibarlı hesab etmək qanunvericinin iradəsinə uyğun hesab oluna bilməz.

131. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

132. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.

133. Hazırkı halda pərdələnən əqd olan iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlılıq tələblərinə cavab verdiyindən etibarlı əqd kimi tərəflər üçün hüquqi nəticələr yaradır - odur ki, iddiaçı həmin əqdə əsaslanaraq Cavabdeh1 MMC-yə qarşı tələb irəli sürmək hüququna malikdir.

134. Cavabdeh1 MMC-nin nümayəndələrinin istinad etdiyi Mingəçevir şəhərində su təmizləyici qurğunun quraşdırılmaması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, Lənkəran və Ələtdə su təmizləyici qurğuların təchizatı və quraşdırılması ilə bağlı Cavabdeh2 MMC ilə bağlanmış və “X15 Sanayi və Ticaret. A.Ş” şirkətinin avadanlıqların quraşdırılmasına dair öhdəliklərini də nəzərdə tutan müqavilədən fərqli olaraq, sonradan iddiaçı ilə Cavabdeh1 MMC-nin nümayəndələri arasında aparılmış yazışmalar su təmizləyici qurğusu avadanlıqlarının təqdim edilməsi ilə bağlı olmuş, tərəflərin razılaşmasına əsasən Firudin Nəcəfovun adına göndərilmiş invoyslar da məhz avadanlıqların təqdim edilməsi ilə bağlı tərtib edilmişdir. Başqa sözlə, həmin yazışmalardan “X15 Sanayi və Ticaret. A.Ş” şirkətinin müvafiq avadanlıqların quraşdırılması öhdəliyini üzərinə götürməsi müəyyən edilmir. Əksinə, tərəflər arasında yazışmalarda avadanlıqların “ex works/gebze” şərti ilə çatdırılmasının razılaşdırılması ona dəlalət edir ki, avadanlıqlar Gebze şəhərində yerləşən zavoddan alıcıya (cavabdehə) çatdırılmış hesab edilir və avadanlığın təyinat nöqtəsinə çatdırılması alıcının (cavabdehin) öhdəliklərinə aid olunur. Odur ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş avadanlıqların son nəticədə Mingəçevir şəhərində (layihənin baş tutmaması səbəbindən və ya hər hansı digər səbəbdən) quraşdırılmaması faktı iddiaçının alqısatqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsinə dəlalət etmir və cavabdehi təqdim edilmiş avadanlığın dəyərinin ödənilməsi öhdəliyindən azad etmir.

135. Şərh olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, Mingəçevir layihəsi üzrə 20000 3 m su təmizləyici qurğunun təqdim edilməsinə görə yaranmış 884 700 avro məbləğində borcun Cavabdeh1 MMC-dən tutulması hissəsində “X15 Sanayi və Ticaret. A.Ş” şirkətinin iddia tələbi əsaslıdır.

136. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, Cavabdeh1 MMC əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin gəldiyi müvafiq nəticəni mübahisələndirməməklə, əslində sözügedən tələbin əsaslı olduğunu faktiki olaraq qəbul etmişdir – belə ki, apellyasiya instansiyası məhkəməsi 884 700 avro məbləğində borcun Cavabdeh1 MMCdən tutulması hissəsində “X15 Sanayi və Ticaret. A.Ş” şirkətinin iddia tələbini əsaslı hesab etsə də, iddia müddətinin ötürülmüş olması qənaəti ilə həmin tələbi rədd etmiş, Cavabdeh1 MMC bu qənaətlə razılaşaraq qətnamədən kassasiya şikayəti verməmiş, qətnamə iddiaçının kassasiya şikayəti əsasında yoxlanılaraq iddia müddətinin ötürülüb-ötürülmədiyi məsələsinə yenidən qiymət verilməsi üçün ləğv olunmuşdur.

137. “X15 Sanayi və Ticaret. A.Ş” şirkətinin iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması barədə Cavabdeh1 MMC-nin arqumentinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir:

138. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir, bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir (§ 56).

139. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).

140. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).

141. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir - iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (§ 61).

142. Hazırkı iş üzrə müəyyən edilən odur ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında Mingəçevir şəhəri üçün 20.000 m3 su təmizləyici qurğunun təchizatı ilə bağlı şifahi alqı-satqı müqaviləsi bağlanmışdır və iddiaçının Cavabdeh1 MMC-nə qarşı tələbinin əsasını təşkil edən həmin müqavilədə cavabdehin öz öhdəliyini nə zaman icra etməli olduğu, eləcə də iddiaçının tələbetmə məqamı konkret olaraq müəyyənləşdirilməmişdir (bu xüsusatları müəyyənləşdirməyə imkan verən hər hansı sübut təqdim edilməmişdir).

143. Cavabdehin öhdəliyini icra etməsi müddətinin, həmçinin tələbkarın tələbetmə məqamının konkret müəyyən edilmədiyi müqavilə üzrə iddia müddətinin axımı isə kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır (§ 63).

144. İşin hallarından görünür ki, Mingəçevir şəhəri üçün su təmizləyici qurğusunun (avadanlıqların) alqı-satqısına dair iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış şifahi müqaviləyə əsasən müvafiq avadanlıqlar 2011-ci ilin dekabr - 2012-ci ilin fevral ayları arasındakı dövrdə alıcıya çatdırılmış, iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 2012-ci - 2013-cü illərdə də müxtəlif mallar təqdim edilmiş, bununla bağlı malın alış fakturaları göndərilmiş və ödənişlər həyata keçirilmiş, sonuncu ödəniş xx.xx.2014-cü il tarixində aparılmışdır.

145. Yuxarıda qeyd olunduğu kimi, “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin baş mühasibi Şahin Yusifhanoğlu tərəfindən Cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə xx.xx.2015-ci il tarixdə elektron məktub (e-mail) ünvanlanaraq 983 101,04 Avro borcun təcili şəkildə ödənilməsi xahiş olunmuş (§ 8), həmin məktuba Mahir Baxşıyev tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş elektron cavab məktubunda xx.xx.2015-ci il tarixinə “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin Cavabdeh1 MMC-dən borc-alacaqlı vəziyyət hesabatının göndərilməsi istənilmiş (§ 9), “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin baş mühasibi Şahin Yusifhanoğlu tərəfindən Cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə xx.xx.2015-ci il tarixdə ünvanlanmış elektron məktubda (e-mail) da (§ 10) xx.xx.2015-ci il tarixli məktuba istinad olunaraq 983 101,04 Avro borcun ödənilməsi xahiş edilmiş, daha sonra “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin direktoru Hüseyn Gezer tərəfindən Cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə xx.xx.2017-ci il tarixdə elektron məktub (e-mail) ünvanlanaraq 983 101,04 Avro məbləğində borcun ilin sonuna qədər ödəniləcəyi vədiyinin yerinə yetirilmədiyi diqqətə çatdırılmış və borcun təcili olaraq ödənilməsi tələb olunmuş (§ 11), tərəflər arasında yazışmalar, habelə iddiaçının müxtəlif dövlət qurumlarına şikayətləri 2020-ci ilə qədər və bundan sonra da davam etmiş, Cavabdeh1 MMC-nin direktoru tərəfindən “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinə göndərilmiş 2020-ci il 22 iyul tarixli 008 nömrəli məktubda isə Cavabdeh1 MMC-nin “X15 Sanayi ve Ticaret A.Ş” firmasına qalan 884 700 avro borcunun xx.xx.2020-ci il tarixinə qədər ödəniləcəyi barədə öhdəlik götürdüyü bildirilmişdir.

146. Kollegiya hesab edir ki, “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinin baş mühasibi Şahin Yusifhanoğlu tərəfindən Cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə ünvanlanmış elektron məktublar (e-mail), eləcə də Hüseyn Gezer tərəfindən Cavabdeh1 MMC-nin əməkdaşı Mahir Baxşıyevə xx.xx.2017-ci il tarixdə ünvanlanmış elektron məktub (e-mail) aşağıdakı səbəblərə görə hazırkı mübahisə üzrə iddia müddətinin axımının başlanması baxımından əhəmiyyət kəsb edə bilməz:

147. Belə ki, birincisi, həmin məktublar (e-maillər) hazırkı (ikinci) apellyasiya baxışı zamanı təqdim olunduğundan sübut kimi qəbul olunmamalıdır; çünkü cavabdehin nümayəndəsi həmin sənədləri nə birinci instansiya məhkəməsinə, nə də işə ilk dəfə apellyasiya qaydasında baxan apellyasiya instansiyasına təqdim etməmişdir – hansı ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 104).

148. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§ 104) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.

149. Həmçinin nəzərə alınmalıdır ki, həmin məktublar (e-maillər) cavabdeh tərəfindən deyil, iddiaçının özü (vəkili) tərəfindən cavabdehlə 2014-cü ildən sonra da yazışmaların aparılmış olduğunu diqqətə çatdırmaq üçün hazırkı apellyasiya baxışı zamanı təqdim olunmuşdur və cavabdehin, daha əvvəl istinad etmədiyi bu sənədlərdən təkrar apellyasiya baxışı zamanı öz lehinə istifadə etməyə çalışması dürüstlük prinsipinə də ziddir.

150. İkincisi, hətta həmin məktublar (e-maillər) sübut kimi qəbul olunsa belə, onlar nə öhdəliyin icra edilməsi müddətini müəyyənləşdirən, nə də iddiaçının tələbetmə məqamının məhz xx.xx.2015-ci il (yaxud xx.xx.2015-ci il və xx.xx.2017-ci il) olduğuna dəlalət edən sənədlər kimi qiymətləndirilməməlidir – lakin bu halda onların, Mülki Məcəllənin 427.2-ci maddəsi baxımından əhəmiyyət kəsb edib-etmədiyi müzakirə oluna bilər.

151. Belə ki, öhdəliyin icrası müddətinin təyin edilmədiyi və ya şəraitə görə onu təyin etməyin mümkün olmadığı hallarda, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (§ 70).

152. Bu kontekstdə aydınlaşdırılmalı məsələ odur ki, xx.xx.2015-ci il tarixli (yaxud xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli) elektron məktublar sübut kimi qəbul olunarsa və Mülki Məcəllənin 427.2-ci maddəsinin mənası baxımından “öhdəliyin dərhal icrasının tələb olunması” kimi qiymətləndirilərsə, bu halda iddiaçının iddia müddətini ötürmüş olduğu nəticəsinə gəlmək mümkündürmü?.

153. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Konstitusiyanın 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə MM-in 377-ci maddəsinin şərh edilməsinə dair” 2025-ci il 19 iyun tarixli qərarında vurğulamışdır ki, “...Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (MM-in 427.1, 427.2, 427.4-cü maddələri). Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. Həmin günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb hüququna münasibətdə iddia müddətinin axımı başlamış olur”.

154. İşin hallarından aydın olur ki, xx.xx.2015-ci il tarixli həmin məktuba “xx.xx.2015-ci il tarixinə şirkətinizin Cavabdeh1 MMC-dən borc-alacaqlı vəziyyət hesabatını göndərməyiniz rica olunur” məzmununda cavab verən cavabdeh heç bir ödəniş həyata keçirməmiş, bundan sonrakı tarixlərdə tərəflər borcun ödənilməsi ilə bağlı müzakirələrini davam etdirmiş, 2018-ci ildə Cavabdeh1 MMC tərəfindən Türkiyə Rüspublikasının Bakıdakı Ticarət Müşavirliyinə “ölkədə yaşanan ekonomik kriz səbəbilə dövlət sifarişi ilə reallaşdırılan və tamamlanan proyektlərin ödənişlərini ala bilmədikləri, buna görə podratçı və mal aldıqları şirkətlərə borcların ödənilmədiyi” məzmununda cavab verilmiş, cavabdehin təşəbbüsü ilə dindirilmiş şahidin bildirdiyinə görə 2018-ci ildə “X15 Sanayi və Ticaret. A.Ş” şirkəti ilə sözügedən avadanlığın yenilənməsi və işlək vəziyyətə gətirilməsi üçün ehtiyat hissələrinin alınması barədə danışıqlar aparılmış, lakin “X15 Sanayi və Ticaret. A.Ş” şirkəti avadanlığa görə borcun ödənilməsini tələb etməklə ehtiyat hissələrini təqdim etməkdən imtina etmiş, borcun ödənilməsi istiqamətində tərəflər arasında aparılmış danışıqların nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya borcunun mövcudluğunu təsdiq edən və həmin borcun ödənilməsi müddətini nəzərdə tutan 2020-ci il 22 iyul tarixli məktub ünvanlanmışdır.

155. Başqa sözlə, iddiaçının xx.xx.2015-ci il tarixli (o cümlədən xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli) məktubundan sonra cavabdeh ağlabatan müddətdə borcunu ödəməsə də, işin hallarından görünür ki, tərəflər faktiki olaraq icranın başqa müddətdə həyata keçirilməsi barədə razılaşmışlar və sözügedən məktub(lar) sübut qismində qəbul olunsa belə, iddia müddətinin axımının başlanmasına əsas yaradan sənəd(lər) kimi qiymətləndirilə bilməz.

156. Bu kontekstdə kollegiyanın qənaətinə görə, Cavabdeh1 MMC-nin “X15 Sanayi ve Ticaret A.Ş” şirkəti qarşısında yaranmış öhdəliyinin icra edilməsi müddətini, habelə iddiaçının tələbetmə məqamını müəyyənləşdirən sənəd qismində, Cavabdeh1 MMC-nin direktoru tərəfindən “X15 Sanayi ve Ticaret A.Ş” şirkətinə göndərilmiş 2020-ci il 22 iyul tarixli 008 nömrəli məktub qəbul oluna bilər; belə ki, məhz həmin məktubda Cavabdeh1 MMC “X15 Sanayi ve Ticaret A.Ş” firmasına qalan 884 700 avro borcunu xx.xx.2020-ci il tarixinə qədər ödəyəcəyi barədə öhdəlik götürdüyünü bildirmiş, beləliklə də həm öhdəliyin icra müddətini, həm də iddiaçının tələbetmə məqamını müəyyənləşdirmişdir.

157. Göstərilən yanaşma isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı müvafiq iddia tələbi üzrə iddia müddətini ötürməmişdir (iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərildiyi və iddia tələbinin 2023-cü il 18 dekabr tarixində irəli sürüldüyü nəzərə alınmaqla).

158. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, əslində hazırkı mübahisə üzrə tətbiq edilməli hüquq Türkiyə Respublikasının qanunvericiliyi olmuş (§ 90), lakin birinci instansiya məhkəməsi mübahisənin xarici elementli olduğunu nəzərə almayaraq bu məsələni ümumiyyətlə müzakirə etməmişdir – hansı ki, həmin ölkənin qanunvericiliyinə görə də iddiaçı iddia müddətini ötürməmişdir (§ 97, 98, 99).

159. İşə ilk dəfə apellyasiya qaydasında baxıldığı zaman apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin (vəkilinin) Azərbaycan Respublikasının qanunverciliyinin tətbiq olunması ilə bağlı iradəsinə uyğun hərəkət etdiyi və kassasiya instansiyası məhkəməsi də bununla razılaşdığı üçün hazırda həmin məsələ müzakirə olunmasa da, tətbiq edilməli qanunu hakim özü müəyyənləşdirməli olduğundan (“iura novit curia” - “məhkəmə hüququ bilir” - prinsipinə əsasən) və hazırkı mübahisə üzrə tətbiq edilməli hüquq tərəflərin razılaşması ilə deyil, bilavasitə qanunda təsbit edildiyindən (§ 90), kollegiyanın qənaətinə görə əslində hansı qanunun tətbiq olunması ilə bağlı iddiaçının nümayəndəsinin iradəsi nəzərə alınmamalı idi.

160. İddiaçının “əldən çıxmış faydanın ödənilməsi” tələbinə münasibətdə kollegiya qeyd edir ki, həmin tələbin qanuni əsaslarını Mülki Məcəllənin 21.1, 21.2 və 443.1-ci maddələri təşkil edir.

161. Müqavilə öhdəliklərinin pozulmasından irəli gələn maddi zərərin əvəzinin ödənilməsi tələblərinə baxılarkən cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi, maddi zərərin (real zərər və ya əldən çıxmış fayda formasında) vurulması və pozuntu ilə dəymiş zərər nəticəsində səbəbli əlaqə müəyyən edilməlidir.

162. O da qeyd olunmalıdır ki, maddi zərərin formalarından biri olan əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.

163. İşin halları ilə Cavabdeh1 MMC tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi öz təsdiqini tapsa da iddiaçı, müqavilə öhdəlikləri pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyini, bunun üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.

164. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

165. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, mediasiya sessiyasının keçirilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri də Cavabdeh1 MMC-dən alınıb iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

166. İddiaçı vəkil xərci qismində də pulun xeyrinə tutulmasını tələb etsə də, nə onu məhkəmədə təmsil etmiş nümayəndələr (vəkillər) ilə bağladığı müqaviləni, nə də həmin vəkillərə (nümayəndələrə) pul ödədiyinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir; Mülki- Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə isə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

167. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

“X15 Sanayi ve Ticaret. A.Ş”-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-788/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11 iyun 2024-cü il tarixli qətnaməsi “X15 Sanayi ve Ticaret. A.Ş”-nin Cavabdeh1 MMCnə qarşı iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. “X15 Sanayi ve Ticaret. A.Ş”-nin Cavabdeh1 MMC-nə qarşı “borcun, əldən çıxmış faydanın və məhkəmə xərclərinin tutulması” tələbi qismən təmin olunsun. Cavabdeh1 MMC-dən 884 700 (səkkiz yüz səksən dörd min yeddi yüz) Avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) borc məbləği, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş rüsumun əvəzi qismində 400 (dörd yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1792,69 (min yeddi yüz doxsan iki manat 69 qəpik) manat tutulub “X15 Sanayi ve Ticaret. A.Ş”-nin hesabına ödənilsin. “X15 Sanayi ve Ticaret. A.Ş”-nin Cavabdeh1 MMC-nə qarşı “borcun, əldən çıxmış faydanın və məhkəmə xərclərinin tutulması” tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə, yəni “X15 Sanayi ve Ticaret. A.Ş”-nin Cavabdeh2 MMC-nə qarşı “borcun, əldən çıxmış faydanın və məhkəmə xərclərinin tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 1100 (min yüz) manat Cavabdeh1 MMC-dən alınıb “X15 Sanayi ve Ticaret. A.Ş”-nə ödənilsin. Qətnamədən, “X15 Sanayi ve Ticaret. A.Ş” və Cavabdeh1 MMC tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar