Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-91/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı “borcun silinməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-2431/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X11” ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış abunə müqaviləsi üzrə əsassız hesablanmış 3616,97 manat, “Professor Ə.Qarayev adına 2 saylı X1” ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış abunə müqaviləsi üzrə əsassız hesablanmış 1095,06 manat məbləğində borcun silinməsi, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə 8İ-1459 reyestr nömrəsi ilə qeydə alınmış icra qeydinin ləğv edilməsi, ödənilmiş 68 manat məbləğində mediasiya xərci və dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC tərəfindən İddiaçınə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli pretenziya məktubları təqdim edilmişdir. Məlum olmuşdur ki, X10 ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə abunə müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən 3616,97 manat məbləğində ödənilməmiş borc yaranmışdır. Belə ki, bağlanmış xx.xx.2014-cü il tarixli abunə müqaviləsinə görə, Cavabdeh1 MMC mobil telefon şəbəkəsinə qoşulan nömrələri və telekommunikasiya xidmətlərini təmin edir, abunəçi isə müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və müvafiq ödənişləri həyata keçirir. Araşdırma zamanı həmin müqavilənin mövcudluğu və müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən hesab-fakturaların təqdim edilməsi müəyyən olunmamış, müqavilənin də əvvəlki rəhbər tərəfindən imza olunduğu müəyyən edilmişdir. Bununla bağlı, Cavabdeh1 MMC-yə dəfələrlə məktub göndərilərək həmin borc məbləğinin hansı tarixdə, hansı əməliyyat və ya müqavilə əsasında yaranması barədə məlumat verilməsi xahiş olunmuşdur. Lakin Cavabdeh1 MMC tərəfindən iddiaçı X9 bu barədə heç bir məlumat təqdim edilməmişdir. Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə 3641,97 manat məbləğində pul vəsaitinin iddiaçı X2 tutulması barədə icra qeydi aparılmış və icra olunması üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Ona görə də xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMCyə pretenziya göndərilərək xx.xx.2014-cü il tarixli abunə müqaviləsinin ləğv edilməsini və əsassız olaraq hesablanan 3 616,97 manat məbləğində borc məbləğinin silinməsi tələb olunmuşdur. Bundan əlavə, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli pretenziya məktubundan məlum olmuşdur ki, “Professor Ə.Qarayev adına 2 saylı X1” ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə abunə müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən 1095,06 manat məbləğində ödənilməmiş borc yaranmışdır. “Professor Ə.Qarayev adına 2 saylı X1” X5 tabeliyinə verilmişdir. Ona görə də iddiaçı X10 tərəfindən Cavabdeh1 MMC-yə dəfələrlə məktub göndərilərək həmin borc məbləğinin hansı tarixdə, hansı əməliyyat və ya müqavilə əsasında yaranması barədə məlumat verilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, X9 bu barədə heç bir məlumat təqdim edilməmişdir. Araşdırma zamanı həmin müqavilənin mövcudluğu və müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən hesab-fakturaların təqdim edilməsi müəyyən olunmamışdır. Ona görə də xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-yə pretenziya göndərilərək xx.xx.2014-cü il tarixli abunə müqaviləsinin ləğv edilməsi və əsassız olaraq hesablanan 1095,06 manat məbləğində borc məbləğinin silinməsi tələb edilmişdir. Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli abunə müqavilələri barədə iddiaçı X6 heç bir məlumat olmamış, həmin müqavilələr üzrə cavabdeh tərəfindən hesab-fakturalar təqdim olunmamışdır. Həmin müqavilələrin 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, abunəçiyə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim olunur. Bundan əlavə, həmin müqavilələrin 7.1-ci bəndində göstərilmişdir ki, hazırkı müqavilədən irəli gələn və tərəflər arasında müzakirə yolu ilə həll oluna bilməyən mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanları tərəfindən həll olunur. Lakin müqavilə şərtlərinə zidd olaraq, Cavabdeh1 MMC tərəfindən borcun tutulması barədə məhkəmə qaydasında deyil, notariusa müraciət edərək icra qeydin aparılması ilə mübahisəni həll etmək qərarına gəlinmişdir. İddiaçı X5 icra olunmayan öhdəliklərini, mövcud olduğu halda, Cavabdeh1 MMC-nin 3 il müddət ərzində tələb etmək hüququ vardır. Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən həmin borcun yaranmasına əsas olan sənədləri tələb etmədən, bununla da müvafiq müddətin keçməsini müəyyən etmədən, əsassız olaraq icra qeydi aparmışdır. Abunə müqavilələri ilə bağlı yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi məqsədilə iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə təklif göndərilmiş, daha sonra 11 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə iclas təyin edilmişdir. Lakin Cavabdeh1 MMC-yə iclas barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməkdən imtina etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2-2(113)- 2431/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, tələbkar Cavabdeh1 xeyrinə borclu İddiaçındən 3616,97 manat əsas borc və 25 manat dövlət rüsumunun tutulması barədə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 xx.xx.2023-cü il tarixli 8İ-1459 nömrəli icra qeydinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-2431/2023 saylı qətnaməsinin qismən, borcun silinməsi hissəsinin rədd edilməsi hissəsində ləğv edilməsi, iddianın borcun silinməsi hissəsində də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilənin imzalanması borcun təsdiqinin yeganə vasitəsi deyildir. Müqavilə üzrə götürülmüş öhdəliklər yerinə yetirilmişdirsə, bunun sübutları da olmalıdır. Lakin dəfələrlə tərəflərindən hesab-faktura tələb olunsa da, bunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli abunə müqaviləsi üzrə 3616,97 manat, “Professor Ə.Qarayev adına 2 saylı X1” ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli abunə müqaviləsi üzrə 1095,06 manat məbləğində borc əsassız olaraq hesablanmışdır. Belə ki, müqavilə əvvəlki rəhbərliyin dövründə bağlanmış, hazırkı rəhbərliyin müqavilədən xəbəri olmamış, müqavilənin mövcudluğu və Cavabdeh1 MMC tərəfindən hesab-fakturaların təqdim edilməsi müəyyən olunmamışdır. Cavabdeh qanunvericiliyin yaratdığı imkandan sui-istifadə edərək əsassız tələbinə dair icra qeydini verməklə iddiaçının hüquqlarını pozmuşdur. Halbuki, bu tələblər mübahisəsiz olduğu halda mümkündür. İşdə olan sübutlar təsdiq edir ki, iddia tələbləri əsaslıdır. İcra qeydi qanunvericiliyin tələblərinə zidd olaraq verildiyindən iddia o hissədə təmin olunmuşdur. Həmçinin aşkar olunmuşdur ki, iddia müddəti keçmişdir. Lakin məhkəmə iddia müddətinin keçməsi müddəasına düzgün yanaşmamış, əsassız olaraq borc öhdəliyi iddiaçının üzərində qalmışdır. Ümumiyyətlə, cavabdeh tərəfindən həmin borcun mövcudluğu sübut oluna bilmir. Müqavilə üzrə borc tələbi hüququ müddətli xarakter daşıdığından, öhdəliyə xitam müddətləri isə mahiyyət etibarı ilə iddia müddəti hesab olunduğundan, bu müddətlərin keçməsi borcun xitam üçün əsas kimi qəbul olunmalıdır. Məhkəmə qətnaməsində öz mövqeyində ziddiyyətli olmuşdur. İddia əsaslı, müddət keçdiyi halda iddiaçının üzərində borc öhdəliyinin qalmasına düzgün qiymət verməmişdir. Borcun tutulması məhz icra qeydinin ləğvindən asılı olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə maddi hüquq normalarına uyğunluğu yoxlanılmalı idi. Məhkəmə müddətin keçməsini qəbul etsə də, iddianı o hissədə təmin etməməklə mövqeyini əsaslandıra bilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.
10. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
11. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
12. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
13. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
14. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin edilməyən -borcun silinməsi hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsassızdır.
19. Hazırkı işin halları ilə müəyyən olunur ki, İddiaçı (abunəçi) ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixli, “Professor Ə.Qarayev adına 2 saylı X1” (abunəçi) ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixli abunə müqavilələri bağlanmış, Cavabdeh1 MMC nömrələri və telekommunikasiya xidmətlərini abunəçiyə təmin etməyi, abunəçi isə xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür.
20. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 xx.xx.2021-ci il tarixli qərarı ilə “X11” X12 yenidən təşkil olunmuş və “Professor Ə.Qarayev adına 2 saylı X1” İddiaçı strukturuna daxil edilmişdir.
21. Eyni zamanda Cavabdeh1 MMC-nin ərizəsi əsasında İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli abunə müqaviləsi üzrə Cavabdeh1 MMC-nin xeyrinə borclu İddiaçındən 3616,97 manat əsas borc və 25 manat dövlət rüsumunun tutulması barədə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixli 8İ-1459 nömrəli icra qeydi aparılmışdır.
22. İddiaçı (abunəçi) ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə, “Professor Ə.Qarayev adına 2 saylı X1” (abunəçi) ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə abunə müqavilələri bağlanmış və müqavilənin hər iki tərəflə imzalandığı tarixdən etibarən qüvvəyə minməsi və müqavilə ilə nəzərdə tutulmuş qaydada xitam verilənədək etibarlı hesab olunması razılaşdırılmışdır
23. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı qeyd olunan müqavilələrin ləğvi ilə bağlı iradə ifadəsini irəli sürmüşdür. Cavabdeh qeyd olunan müqavilənin birtərəfli qaydada ləğvini mübahisələndirməmiş, əksinə billinq sistemindən çıxarışdan görünür ki, xidmətlərin göstərilməsini dayandırmışdır. Beləliklə, müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müraciət olunanadək abunə müqavilələri qüvvədə olmuşdur.
24. Cavabdehin təqdim etdiyi billinq sistemindən çıxarışın əks olunduğu maliyyə arayışlarından ayrı-ayrı nömrələr üzrə xx.xx.2014-cü il tarixli abunə müqaviləsi üzrə 3615,97, xx.xx.2014-cü il tarixli abunə müqaviləsi üzrə 1095,06 manat borcun olduğu müəyyən olunur.
25. Bundan başqa, iddiaçının hesab-fakturaların təqdim edilməməsinin borcun əsassız hesab olunması tələbinin əsası kimi çıxış etməsi ilə bağlı dəlilinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqaviləyə əsasən "xxxx" MMC-nin hesabfaktura təqdim etmək öhdəliyi nəzərdə tutulsa da, abunə müqavilələrin 4.3-cü bəndinə əsasən müntəzəm olaraq balansı yoxlamaq və müsbət olmasını təmin etmək (4.3.1), vaxtlı vaxtında xidmətlərdən istifadəyə görə və Cavabdeh1 tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirmək (4.3.2), müqavilədə nəzərdə tutulmuş xidmətlərdən imtina edərsə, bu haqda "xxxx"a əvvəlcədən rəsmi yazılı qaydada müraciət etmək (4.3.12) abunəçinin öhdəliklərinə aid edilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur və billinq sistemindən çıxarış məlumatları ilə hər iki müqavilə üzrə borcların olması təsdiq olunur. Həmçinin nəzərə alınmalıdır ki, hesab-fakturanın təqdim olunması ödəniş qaydasını müəyyən edən sənəd qismində çıxış edir. Belə olan halda, hesab-fakturanın təqdim olunmaması borcun mövcud olduğunu inkar edən fakt qismində çıxış edə bilməz.
26. Bununla yanaşı, müqavilələr müvafiq müəssisələrin adından bağlanmış və möhürləri ilə təsdiq olunmuşdur. “X11”nin əsasında publik hüquqi şəxs yaradılmış və “Professor Ə.Qarayev adına 2 saylı X1” da həmin X12n strukturuna daxil edilmişdir. Hüquq varisliyi qaydasında qeyd olunan müəssisələrin öhdəliklərinə görə cavabdehlik daşıyan iddiaçının müəssisənin rəhbərinin dəyişməsi əsası ilə iddiasını əsaslandırmağa çalışması qəbul edilən deyildir.
27. İddiaçı pul tələbi üzrə iddia müddətinin keçdiyini bildirir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətləridir və mülki qanunvericilikdə əks olunan iddia müddətləri institutu kreditor (iddiaçı) tərəfindən müvafiq tələb irəli sürüldüyü halda borclunun (cavabdehin) ərizəsi əsasında tətbiq olunan və bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olan müddətdir.
29. Hazırkı halda iddiaçının iddia müddətinə istinad etməklə borcun silinməsini tələb etməsi əsassızdır.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə (borcun silinməsinin təmin edilməyən hissəsində) işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Həmçinin, mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-2431/2023 saylı qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova