Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-914/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), hakimlər Sadıqov Vahid Nəriman oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçınə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: İddiaçınə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli protokol-qərardadı ilə ərizənin (vəsatətin) təmin olunmaması qərara alınmış, eyni tarixli qərardadla iş məhkəmə baxışına təyin edilmişdir. Cavabdehin nümayəndəsi-vəkili şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-255/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadını ləğv edərək e-2-1(112) 10732/2025 nömrəli inzibati işə Bakı İnzibati Məhkəməsində baxılana kimi hazırki e-2 2(113)-255/2025 nömrəli kommersiya işi üzrə icraatı dayandırılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-255/2025 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Daha sonra cavabdehin nümayəndəsi-vəkili şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-255/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadını ləğv edilməsini, əks təqdirdə şikayəti baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-255/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 05 iyun 2025-ci il tarixli,e-2-2(113) 255/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-783/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113) 255/2025 saylı iş üzrə 05 iyun 2025-ci il tarixli, həmçinin bununla bağlı olan 18 iyun 2025ci il tarixli qərardadları ləğv olunması və işin, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla 29 may 2025-ci il tarixli qərardaddan verilən şikayətə qanunla müəyyənləşdirilmiş qaydada yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-255/2025 saylı, 05 avqust 2025-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli,e-2-2(113)- 255/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Mülki-Prosessual Məcəllənin nə 184.5-ci, nə 254 və 258-ci maddələrində icraatın dayandırılması barədə vəsatətin təmin olunmaması barədə qərardaddan şikayət nəzərdə tutulmamışdır. Bu səbəbdən 29 may 2025-ci il tarixli qərardaddan verilən şikayət təmin oluna bilməz. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, ümumi sahəsi 191.3 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3843/2019 nömrəli iş üzrə 06 noyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 191.3 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin qeyriyaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(81)- 3843/2019 saylı qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3843/2019 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə təzələnməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2- 1(103) 4045/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi Cavabdeh kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1123/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə ərizəçi Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2-1(103)-4045/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 191.3 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3843/2019 nömrəli iş üzrə 06 noyabr 2019-cu il tarixli qərarının və həmin qərarın icrası qayadasında İddiaçı adına qeydiyyatın aparılaraq çıxarış verilməsinin Cavabdeh Söhaq oğlunun mənafeyinə toxunmaması yuxarıda şərh olunan qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin düzgün olaraq belə nəticəyə gəlmişdir ki, yuxarıda qeyd edilən iş üzrə məhkəmə qərarları qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraat dayandırılmışdır və hazırki halda icraatın dayandırılması işin lüzumsuz şəkildə uzanmasına səbəb olacaqdır, bu da öz növbəsində MPM-nin 254-cü maddəsinin tələblərinə ziddir. Şikayətin dəlillərində isə cavabdeh qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsində iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair İddiaçı adına tərtib edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin inzibati iş xx.xx.2025-ci il tarixdə icraata götürülmüş və hazırda hakim Ləman Musayevanın icraatındadır. Əgər İddiaçı adına tərtib edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati məhkəmə qaydasında ləğv edilərsə, onda hazırki iş üzrə iddianın heç bir əhəmiyyəti qalmayacaqdır. Lakin məhkəmə maddi hüquq normasının tələbini pozaraq vəsatəti təmin etməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, şikayəti dəlilləri əsassızdır. Belə ki, cavabdeh İddiaçı adına tərtib edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın inzibati qaydada mübahisələndirilməsinə istinad etsə də, işin qeyd edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı adına qeydiyyatın aparılaraq çıxarış verilməsinin Cavabdeh Söhaq oğlunun mənafeyinə toxunmamışdır və belə olan halda da həmin qeydiyyatın mübahisələndirilməsi hazırki icraatın dayandırılmasına əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, vəsatətin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli,e-2-2(113)-255/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2-2(103)-914/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-914/2025
25.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver