Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-924/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2563/2023 saylı, 21 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı xeyrinə 8.030 ABŞ dollarının ekvivalenti 10.920,80 manatın və mediasiya xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2022-cil tarixdə 04 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən sifarişçinin sifariş verdiyi Alman istehsalı olan 20 lik, 51 lik və 50-60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları üçün həmçinin sifarişçinin sifariş verdiyi dizel sayğaclarının quraşdırılmasına görə ona 8030 ABŞ dollarının ekvivalenti 10.920,80 manat ödəniş edilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıya Alman istehsalı olan 20 lik, 51 lik və 50-60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları verməli olduğu halda Türkiyə istehsalı olan dizel sayğacları vermişdir. Bundan başqa, həmin sayğaclar ümumiyyətlə işləmir. Dəfələrlə sayğacın Türkiyə istehsalı olduğundan onun dəyişdirilməsi barədə cavabdehə bildirilsə də bu günə kimi dəyişdirilməmişdir. Halbuki, söhbət əsnasında bunun həll olunacağını qeyd etmişdirlər. İddiaçı bunula bağlı olaraq Mediasiya şurasında müraciət etmişdir. Lakin, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdehin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/17/2023- 00323 saylı Arayış verilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 İddiaçı xeyrinə 10.920,80 manatın və 201 manat mediasiya xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 İddiaçı xeyrinə 8.030 ABŞ dollarının ekvivalenti 10.920,80 manatın və mediasiya xərcin tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Belə ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2022-cil tarixdə 04 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən iddiaçı sifariş verdiyi Alman istehsalı olan 20 lik, 51 lik və 50-60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları üçün həmçinin sifarişçinin sifariş verdiyi dizel sayğaclarının quraşdırılmasına görə cavabdehə 8030 ABŞ dolların 80% faizinin 6.424 ABŞ dolların ekvivalenti 10.920,80 manat ödəniş edilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıya Alman istehsalı olan 20 lik, 51 lik və 50- 60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları verməli olduğu halda Türkiyə istehsalı olan dizel sayğacları vermişdir. Bundan başqa, həmin sayğaclar ümumiyyətlə işləmir. Məhz buna görə ödəniş məbləğinin 20% faizi cavabdehə ödənilməmiş və bununla bağlı təhvil-təslim aktı tərəflər arasında imzalanmamışdır. Belə ki, sayğacların üzərində yazılmışdır ki onların adı Turbine Flowmeter-dir və modeli FLTR-CE. İnternetdə bu modeldə və bu adda məhsulun hansı şirkət tərəfindən istehsal olunduğunu yoxladıqda məlum olur ki, onu Türkiyənin Ceyeko şirkəti istehsal edir. Bu məhsul barədə ətraflı məlumatlar həmin şirkətin www.ceyeko.com internet saytında yerləşdirilmişdir. LF**********36, LF**********33 və LF**********37 seriya nömrəli sayğaclardır. Dəfələrlə sayğacın Türkiyə istehsalı olduğundan, normal işləmədiyindən qəbul etməkdən imtina etdiklərini və onların dəyişdirilməsi barədə cavabdehə bildirilsə də, bu günə kimi dəyişdirilməmişdir. Halbuki, söhbət əsnasında cavabdeh bunun həll olunacağını qeyd etmişdir. İddiaçı bununla bağlı cavabdehə pretenziya məktubu və iddia ərizə göndərsə də cavabdeh tərəfindən heç bir münasibət bildilməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2563/2023 saylı, 21 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il, № e-2-2(113)-2563/2023 qətnaməsini tamamilə ləğv edib, İddiaçı MMCnin iddia tələbinin təmin edilməsi, yəni Cavabdeh2 İddiaçı xeyrinə 10.920,80 manatın və mediasiya xərcin tutulması ilə bağlı İddiaçı MMC-nin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh qeyd edilən sayğaclarını gömrük nəzarətindən yayındıraraq qanunsuz yol ilə ölkəyə gətirmişdir. Bu səbəbdən gömrük orqanlarında qeyd edilən malların cavabdeh tərəfindən gətirilməsi barədə heç bir sənəd aşkar olunmamışdır. Qeyd edilən faktı nəzərə alaraq, iddiaçı məhkəmədən Bakı Gömrük Baş İdarəsini müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb edilməsini və həmin dövlət orqanından mütəxəssis rəyinin alınmasını xahiş etmişdir. Lakin, məhkəmə Bakı Gömrük Baş İdarəsini işə müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb etməmişdir və mütəxəssis rəyi əldə etməmişdir. Cavabdehin təqdim etdiyi Türkiyədə qeydiyyatdan keçmiş şirkətin adından tərtib edilmiş sayğacların sınaq sertifikatının surətinə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, guya sayğaclar Almaniyada istehsal olunub. Bu sənədə və iddiaçının guya gec məhkəməyə müraciət etməsini əsas gətirərək Bakı Kommersiya Məhkəməsi iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı malları və xidmətləri qəbul etməmişdir, müqavilə üzrə malları və xidmətləri qəbul etdikdən sonra ödəməli olduğu müqavilə qiymətinin 20%-ni cavabdehə ödəməmişdir və iddia müddətini ötürməmişdir. İşə baxan hakim heç iddiaçının vəsatətin gözləmədən öz təşəbbüsü ilə Bakı Baş Gömrük İdarəsini hazırki işdə müstəqil tələb irəli sürməyən şəxs kimi cəlb etməli idi. İddiaçının vəsatətinə əsasən məhkəmə Gömrük Komitəsinə sorğu vermişdir və cavabdehin iddiaçıya satdığı malların gömrük nəzarətindən kənar, qanunsuz yol ilə ölkəyə gətirildiyini müəyyən etmişdir. Belə vəziyyətdə hakimin gömrük orqanını işə cəlb etməməsi hakimin cavabdehin törətdiyi inzibati xətaya görə məsuliyyətdən yayındırmasına yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. İşə baxan hakim gömrük nəzarətindən kənar gətirilmiş malların guya Almaniyada istehsal olunması və cavabdehin bu hissədə müqavilə üzrə öhdəliyini icra etməsi haqqında qərar qəbul etməsi gələcəkdə gömrük orqanının cavabdehi məsuliyyətə cəlb etməsi, qanunsuz idxal olunan malların müsadirəsinə mane ola bilər. Eyni zamanda, gömrük orqanı malın mənşəyini müəyyən etmək üçün özü araşdırma apara bilər, cavabdehin təqdim etdiyi saxtalaşdırılmış sınaq testi sertifikatına münasibətdə rəyini bildirə bilər. İşə baxan hakim bilir ki, bu rəy cavabdehin əleyhinə olacaq və məhz bu səbəbdən obyektiv araşdırma üçün şərait yaratmamış, müvafiq icra hakimiyyət orqanını işə cəlb etməmişdir. Cavabdeh qeyd edilən malı gömrük nəzarətindən kənar ölkəyə idxal etmişdir. Belə olan halda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsi məhkəmənin vəzifəsi idi. Məhkəmə üzərinə düşən vəzifəni yerinə yetirmədiyindən iddiaçı vəsatət təqdim edərək hakimin səhvini aradan qaldırmaq üçün özü təşəbbüs göstərmişdir. Lakin, məlum olmuşdur ki, hakim qeyd edilən pozuntunu aradan qaldırmaqda və işə obyektiv baxmaqda maraqlı olmamışdır. Cavabdehin nümayəndəsi də məhkəmədə bildirmişdir ki, o gömrük orqanının işə cəlb edilməsinə və gömrük orqanının rəyinin alınmasına etiraz etmir. Belə olan halda işə baxan hakimin hər iki tərəfin xahiş etdiyi prosessual tədbiri icra etməməsi hakimin qərəzli mövqedə olmuşdur. Məhkəmə tərəfindən qərardad qəbul edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Azərbaycan Respublikasına gətirilmiş Turbine Flowmeter olan sayğacın idxalı ilə bağlı gömrük bəyannaməsinin, uyğunluq sertifikatının, müqavilənin, ödəniş sənədlərinin surətlərini məhkəmə təqdim edilməsi qərara alınmışdır. Gömrük Komitəsi tərəfindən məhkəməyə göndərilmiş cavab məktubundan qeyd olunmuş ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasına gətirilmiş Turbine Flowmeter olan sayğacın idxalı haqqında onların bazasında hər hansı məlumat yoxdur. Bu o deməkdir ki, həmin sayğaclar Azərbaycan Respublikasına bəyan olunmadan, gömrük sərhədindən gömrük nəzarətindən kənar gətirilmişdir. Məhkəmə zamanı dəfələrlə cavabdehdən iddiaçıya satılmış sayğacların mənşəyini təsdiq edən sənədin məhkəməyə təqdim olunması tələb olunsa da, cavabdeh tərəfindən məhkəməyə həmin sənəd təqdim olunmamışdır. Yalnız “Pera Valf” adlı şirkət tərəfindən turbinlərin sınaq sertifikatı və sınaq hesabatı barəsində açıqlama qeyd olunmuşdur. Belə ki, tərcümədə istehsalçı: CeYeKo Texnologiya qeyd olunsa da, daha sonra yazılıb ki, CeYeKo Gmbh Alman şirkətidir. Bu sənəddə iddia edilir ki, cavabdehin satdığı malın istehsalçısı “CeYeKo Texnologiya” adında şirkətdir. Bu şirkətin adında GMBH hərfləri yoxdur. GMBH Alman dilində X3 deməkdir. Bu hərflərin şirkətin adında olmaması da onun Alman şirkəti olmadığını sübut edir. Bunun ardınca cavabdehin verdiyi sənəddə yazılır ki, CeYeKo Gmbh Alman şirkətidir. Əgər malın istehsalçısı “CeYeKo Texnologiya” şirkətidirsə, o zaman CeYeKo Gmbh şirkətinin Alman şirkəti olması heç bir əhəmiyyət, məna kəsb etmir. Buradan görünür ki, CeYeKo Gmbh Alman şirkətidir yazmaqla cavabdeh məhkəməni və iddiaçını aldatmağa, CeYeKo Gmbh və “CeYeKo Texnologiya” adlarını eyniləşdirməyə, məhkəməni də bu yalanına inandırmağa çalışır. Əslində isə cavabdeh qeyd edilən sənədi (test sertifikatını) saxtalaşdırmışdır. Ümumiyyətlə “Pera Valf” adlı şirkət tərəfindən turbinlərin sınaq sertifikatı ilə bağlı verilmiş sənədin iş üçün heç bir hüquqi əhəmiyyəti yoxdur. Bundan başqa, CoO - Verification Website (ihk.de) linkində internetdə məlumat əks olunub ki, Almaniyada istehsal olunmuş malların mənşə sertifikatını Almaniyanın Ticarət və Sənaye Palatası verir. Hətta həmin saytda qeyd edilən Palatanın verdiyi sertifikatın nümunəsi də əks olunmuşdur. Həmin sənədin QR kodu ilə onun həqiqiliyini dünyanın istənilən yerindən internet üzərindən yoxlamaq mümkündür. Cavabdeh belə bir sənəd əvəzinə Türkiyədə fəaliyyət göstərən şirkətin verdiyi saxta sənədə istinad etmiş və belə bir saxta sənədlə iddiaçıya satdığı malın guya Almaniyada istehsal olunduğunu sübut etməyə çalışmışdır. Qeyd etdiyimiz kimi cavabdeh israrla bildirmişdir ki, iddiaçıya satdığı sayğaclar Alman istehsalıdır və məhkəməyə təqdim etdiyi “Pera Valf” adlı şirkətin məktubu ilə sübut etməyə çalışmışdır. Lakin, məhkəmənin nəzərinə çatdırılmışdır ki, sayğaclar Çin istehsalıdır. Belə ki, iddiaçı tərəfindən X8 Müh. 1-ci İhr.San və Tic.Ltd Sti-dən cavabdehin iddiaçıya satdığı oxşar dəyəri 1 ədədinin 525 ABŞ dolları olan 2 ədəd sayğaclar alınmışdır. Hansı ki, həmin şirkət bəyan edir ki, onlara satdıqları sayğaclar Çin mənşəlidir və X4 Elek Müh. 1-ci İhr.San və Tic.Ltd Sti tərəfindən təchiz edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclası zamanı cavabdeh iddiaçının X2 Elek Müh. 1-ci İhr.San və Tic.Ltd Sti-dən aldığı sayğaclarla cavabdehin iddiaçıya satdığı sayğacların eyni olmadığını bildirmişdir Qətnamədə qeyd olunur ki, məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçı 8030 dollar (13651 manat) dəyəri olan sayğaclar sifariş vermiş, sayğaclar gəldikdən sonra iddiaçı onları qəbul etmiş, qəbul edən zaman heç bir etiraz etməmiş, sonradan sayğacın müqavilənin 1-ci bəndində nəzərdə tutulduğu kimi Alman istehsalı olmamasını mübahisələndirsə də, cavabdehin öhdəliyi icra etməməsi və bunun nəticəsində də iddiaçıya zərər vurması, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması halları işdən müəyyən edilmir, cavabdeh tərəflərin razılaşdığı əşyanı iddiaçıya vermişdir, iddiaçı müqavilədən ona müqavilə şərtinə uyğun gəlməyən çeşiddə əşya təqdim edildiyi əsası ilə imtina etməmiş, malı qəbul edərək, malın dəyərinin böyük hissəsini ödəmiş və ondan uzun müddət, yəni bir ilə yaxın istifadə etmiş və malı qəbul etdikdən sonra da ağlabatan müddətdə,yəni müqavilənin 2.1.3-cü bəndinə əsasən işi icrasından sonra təhvil almış, cavabdehə öz imtinasını bildirməmişdir. İddiaçı tərəf tərəflər arasında təhvil-təslim aktının olmamasına (cavabdehisəhəmin aktın imzalandığını, sadəcə nüsxəsinin ona verilmədiyi bildirmiş) istinad etsə də, sayğacların quraşdırılmasını və onlar tərəfindən həmin sayğacların bu günə kimi istifadə etdiklərini həm nümayəndəsi, həm dəvət etdiyi şahidlər təsdiq etmişdilər. Beləliklə, tərəflərarasında müqavilədə göstərilən malın təhvil-təslimin baş tutması faktına dair şübhələr də aradan qalxmış olur. Cavabdeh məhz müqavilənin şərtlərinə əsasən Alman istehsalı olmayan mal vermədiyindən tərəflər arasında təhviltəslim Aktı imzalanmamışdır. Buna görə müqaviləyə əsasən sayğacların dəyərinin 20% cavabdehə ödənilməmiş və cavabdehdə iddiaçıdan həmin məbləği tələb etməmişdir. Məhkəmə tərəfindən sayğacların işlədilməsi və bu halın təhvil təslimin baş tutması kimi qiymətləndirməsi tamamilə əsassız bir mövqedir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2022-cil tarixdə 04 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən sifarişçinin sifariş verdiyi Alman istehsalı olan 20 lik, 51 lik və 50-60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları üçün həmçinin sifarişçinin sifariş verdiyi dizel sayğaclarının quraşdırılmasına görə iddiaçı cavabdehə 8.030 ABŞ dolların 80% faizi təşkil edən 6.424 ABŞ dolların ekvivalenti 10.920,80 manatı qabaqcadan ödəyir və yerdə qalan müqavilə qiymətinin 20%-ni mallar və xidmətlər müqavilə şərtlərinə əsasən təhvil alındıqdan sonra ödənilməlidir. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıya Alman istehsalı olan 20 lik, 51 lik və 50-60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları verməli olduğu halda, müqavilə üzrə öhdəliyini pozaraq cavabdehə Çində istehsal olunan dizel sayğaclarını vermişdir. Eyni zamanda, cavabdeh iddiaçıya sayğacların hansı ölkədə istehsal olunmasını təsdiq edən mənşə sertifikatını təqdim etməmişdir. Məhz buna görə iddiaçı cavabdehlə malların və xidmətlərin təhvil-təslimi haqqında aktı imzalamamışdır və müqavilə üzrə mallar və xidmətlər təhvil verildikdən sonra ödənilməsi nəzərdə tutulan müqavilə qiymətinin 20%-ni cavabdehə ödəməmişdir. Həmin sayğaclar Türkiyə İstehsalıdır. Dəfələrlə sayğacların normal işləmədiyi cavabdehə bildirilsə də, qeyd edilən sayğacların dəyişdirilməsi cavabdehdən tələb edilsə də buna məhəl qoymamışlar.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, sayğacların alınmasını qarşı tərəf israrla tələb etmişdir. 3 sayğac verilmiş, sayğaclara dair texniki sənədləri hər birinin uyğunluq sertifikatı, mənşələrinə dair bütün sənədlər iddiaçıya verilmişdir. Müəssisə daxilində olan iki sayğac nöqsansız işlədiyi halda, necə olur çöldəki sayğacda problem yaranır. Məhkəməyə müraciət etməmişdən əvvəl, iddiaçının işçiləri ofisə gəlib sayğac üçün əlavə də motorun verilməsini istədilər. Əgər verməsələr iddiaçının yerdə qalan borc pulu cavabdehə ödəməyəcəklərini bildirdilər. Lakin motorun verilməsi müqavilədə nəzərdə tutulmamışdır. Satılan avadanlıqları istehsal edən Almaniyadır. Cavabdehə sayğacları satan Türk şirkəti həmin avadanlıqları istehsalı etməyib, sadəcə satıb. Sayğac 1,5 il öncə iddiaçıya təhvil verilmişdir və hazırda da işlək vəziyyətdədir. Təxminən 4000 manat ödənilməmiş borcları qalmışdır. Təhvil-təslim aktı tərtib olunmuşdur, lakin bildirdilər ki, ödənişin qalan hissəsin edəndə təhvil-təslim aktını götürəcəklər. Mənə iddiaçının nümayəndəsi bildirdi ki, nasos verəcəyimiz təqdirdə mübahisəni sonlandıracaqlar. Lakin nasos 700 eurodur, bizim belə bir vəsaitimiz yoxdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
16. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
17. Həmin Məcəllənin 580.3-cü maddəsinə əsasən alqı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
18. Həmin Məcəllənin 580.4-cü maddəsinə əsasən alqı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin.
19. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
20. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.
26. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04 saylı müqaviləyə əsasən icraçı aşağıda qeyd olunan xidmətləri göstərməli: - Sifarişçinin sifariş verdiyi alman istehsalı olan 20-lik, 25-lik, 51-lik və 50-60 dərəcə istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları. - Sifarişçinin sifariş verdiyi dizel sayğaclarının quraşdırılması.
27. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifariş Sifarişçi tərəfindən verilir.
28. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi dizel sayğaclarının quraşdırılmasını həyata keçirir (işi icra edir).
29. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifariş verdiyi xidmətin ilkin 80% dəyərini ödəmək; istifadə olunacaq ehtiyyat hissələrinin dəyərini öncədən nağd olaraq tam ödəmək; işi icrasından sonra təhvil almaq və 5 gün müddətində qalan məbləği tam ödəmək; xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin icraçıya ödəmək sifarişçinin vəzifəsidir.
30. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi dizel sayğaclarının quraşdırılmasını həyata keçirmək icraçının vəzifəsidir.
31. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.
32. İddiaçı MMC tərəfindən Cavabdeh2 hesabına xx.xx.2022-ci il tarixli, 4 saylı müqavilə üzrə EBCB seriyalı 803351 saylı e-qaimə üzrə 10.920,80 manat məbləğində ödəniş edilmişdir.
33. İddiaçı bildirir ki, müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıya Alman istehsalı olan 20 lik, 51 lik və 50-60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları verməli olduğu halda Türkiyə istehsalı olan dizel sayğacları vermişdir. Sayğacın mənşəyini test sertifikatları deyil, mənşə sertifikatı ilə müəyyən olunmalıdır, mənşə sertifikatı isə təqdim olunmayıb. Bundan başqa, həmin sayğaclar ümumiyyətlə işləmir.
34. Cavabdeh isə bildirir ki, müqavilə predmeti olan sayğaclar iddiaçının özündədir və işlək vəziyyətdədir. Sayğac alındığı zaman da iddiaçı ilə razılaşdırılaraq alınmışdır.
35. İddiaçı tərəfindən təqdim olunmuş cavabdeh tərəfindən quraşdırılmış sayğacların foto-şəkillərindən görünür ki, həmin sayğacların üzərində Turbine FlowMeter, model – FLTR-CE, Power – DC24V, Output 4- 20mA/puldeRS485, LF**********37, LF**********33 və LF**********36 seriya nömrələri və hər sayğacın (Turbine) üzərində www.CeYeKo.com yazısı mövcuddur.
36. İddiaçı tərəfindən əsilləri təqdim olunmuş X11 L1550714-seriya nömrəli FLTR- G020N-5SSNNN-tipli, L25GHOB164-seriya nömrəli FLTR-G025N-05SSENN-tipli və L50GHOB119-seriya nömrəli FLTR-G050N-05SSENN-tipli avadanlıqların tesr sertifikatlarından görünür ki, istehsalçı (manufacturer) CeYeKo Technoolgy göstərilmişdir, həmin sertifikatların aşağı hissəsində isə CeYeKo GmbH Alman şirkəti (“CeYeKo GmbH is German Company”) olduğu qeyd olunmuşdur.
37. Cavabdeh tərəfindən məhkəməyə məqdim olunmuş (mübahisə predmetləri olan sayğaclara dair) Pera Valf şirkətinin məktubundan görünür ki, CeYeKo FLTR seriyası turbin axın ölçmə cıhazlarının xüsusiyyətləri bunlardı: Alman texnologiyası, yüksək həssaslıq, yaxşı təkrarlanma qabiliyyətinə malik, sərfəli quraşdırma / qulluq xərcləri, sadə quruluş və s. Maye turbin qutusundan axır və daxili çarxı fırladır. Çarx fırlandıqca generatordan elektrik siqnalı meydana gəlir. Bu siqnal yerli ekranda mühəndislik bölmələrinə (litr, kubmetr, qalon və s.) çevrilir. Siqnalı digər avadanlıqlara ötürmək üçün istəyə uyğun aksessuar modullarından istifadə edilə bilər. Tipi: FLTR-G020N-5SSNNN, FLTR-G025N-05SSENN, FLTR-G050N-05SSENN, İstehsalçı – CEYEKO Technology, CeYeKo GmbH Alman Texnologiyasıdır. Alman məhsuludur. Almaniyada istehsal edilmişdir.
38. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, hazırda İddiaçı MMC-də baş mexanik vəzifəsində işləyir. Müəssisəyə dizel sayğacı lazım olmuşdur. Fərhəd müəllimə alman istehsalı olan sayğac lazım olduğunu bildirdiyini, o da alman istehsalı sayğac gətirməyi öhdəsinə götürmüşdür. Fərhad bəy sayğacların pasportlarını göstərmişdi ki, alman istehsalıdır. Rəhbərlik də sayğacın gətirilməsi ilə bağlı razılaşdı. Daha sonra 80 faiz ödəniş edilmişdir. Sayğaclar gətirilib quraşdırılırb. Sayğaclarla qarışıq sayğacları da gətiriblər və sayğacların pasport və sertifikatları təqdim edilib. Hər sayğacın pasportu idi və pasportun içində sertifikatlar. Sənədləri ilk öncə göstərdilər, sonra isə sayğac gətiriləndə sənədləri də verdilər. Sayğacların pasportu şirkətdə var. Sayğacların alman istehsalı olmadığı məlum olduqda, rəhbərlik ona bildirmişdir ki, təchizatçı Fərhad bəylə həmin məsələni dəqiqləşdirsin və sayğacların alman istehsalı olmadığını bildirmişdir. Sayğaclar gələndə sənədlərlə sayğacın nömrələrinə baxmayıb. Quraşdırılan zaman işlək vəziyyətdə idi sayğaclar, lakin düz göstərmirdi. “Kolibirovka” (sazlama) olunmalı idi. İlk quraşdırılan gündən həmin qüsur var idi. “Kolibirovkanı” kim etməli olduğunu bilmir. Sayğacları hazırda da işlətdiklərini və təxminən 2022-ci ilin avqust ayından işlətdiklərini bildirir, lakin təhvil-təslim aktının imzalanmasını xatırlamadığını, sayğaclar təxminən avqustun axırı - sentyabrın əvvəli quraşdırıldığını və həmin dövrdən sayğacların işlədiyini izahatına əlavə etdi. Dizel həmin sayğaclardan keçir. Dizel paylayıcı maşın gəlir və çənlərə nə boşaldırsa sayğaclardan keçir, amma sayğacın göstəricisi düz işləmir. Çünki nasos lazımdır, kollibirovka lazımdır. Bu sayğaclar dizel gətirəndə çənlərə gedən turbaya quraşdırılır. Bir problem mövcuddur, o da yalnız sıfırlanma məsələsidir. Alman istehsalı olması adı ilə təqdim etmişdir. Təqdim olunan sertifikatlarda da alman istehsalı olması qeyd edilmişdir. Sayğac quraşdırılandan sonra təxminən üç ay ərzində qarşı tərəfə bildirildi ki, alman istehsalı deyildir. Hazırda da sayğaclar işlək vəziyyətdədir. Üç sayğacdan yalnız biri düz göstərmir. Sayğacların texniki şərtlər kitabını da təqdim etmişdilər. Eyni zamanda hər bir sayğacın göstərici kodu yoxlanıldı, seriya nömrəsi kompyuterdə olduğunu, sayğacların birində hazırda da problem olduğunu, həmin sayğacı qaytarmaq istədiklərini, türk şirkəti ilə əlaqə saxladıqlarını və şirkət həmin sayğacı qaytara biləcəyini, müəssisə daxilində iki sayğac düz göstərdiyini, çöldəki sayğacın düzgün göstərmədiyini, çünki nasos lazım olduğunu, tərəflər arasında ödənişlə bağlı problem olduğunu və sayğacın öz motorunu Əflatun adlı şəxs təchiz edilməli olduğunu izahatına əlavə etdi.
39. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş İddiaçı MMC-də qoruyucu, təhlükəsizlik xidməti vəzifəsində çalışan X5 izahatında müəssisəyə alman istehsallı sayğac lazım olduğunu, Fərhad bəylə həmin sayğacla bağlı əlaqə yaratdıqlarını, sayğacların quraşdırıldığını, hətta onun yanında Türkiyəyə zəng edildiyini, dəqiqləşdirildiyini, təklif edilmişdir ki, sayğacı qaytarın pulu qaytara biləcəklərini, sayğacla bağlı araşdırma aparan zaman məlum olmuşdur ki, nəyin ki alman, hətta çin istehsalı olduğunu, özləri araşdırma aparanda türk şirkəti ilə özləri danışanda onlara həmin sayğacların hazırlanmasının Çinə aid olduğunu, onlar yalnız distrubitorluqla məşğul olduqlarını, sayğac təxminən avqust ayından sonra 2022-ci ildə quraşdırıldığını, təhviltəslim aktının imzalanmadığını, sayğacların indiyənə kimi də işləmədiyini, quraşdırma zamanı orada olmadığını, quraşdırılandan bir ay sonra sayğacları qaytarmaq istədiklərini, sayğacın hazırda işləmədiyini, sayğaclar hazırda da müəssisədə olduğunu, Fərhad bəylə iki dəfə görüşdüyün, bir dəfə ofisdə görüşdüklərini və onlara pulu qaytarın daha sonra sayğacları qaytaracaqlarını, yəni Şirkət öncə pulun qaytarılmasını istədiyini bildirdi.
40. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş İddiaçı MMC-də kadrlar şöbəsinin rəisi vəzifəsində çalışan X6 izahatında şirkətlə cavabdeh arasında müqavilə bağlandığını, bir müddət sonra məlum olmuşdur ki, sayğaclar alman istehsalı deyil, sayğacların qarşı tərəfə qaytarılması qərara alındığını, qarşı tərəf də da Şirkətin ödəniş etdiyi məbləği qaytarsınlar. Lakin tərəf tələblərini yerinə yetirmədiyinə görə məhkəmədə iddia qaldırmağa qərar verdilər. Gətirilən sayğacların alman istehsalı olmadığı üçün biz onlara müraciət etdik. 2022-ci ilin avqust ayında sayğaclar quraşdırılmışdır. Rəhbərlik ona təxminən sentyabr ayında bildirdi ki, həmin sayğaclar alman mənşəli deyildir. Hətta söhbət gedirdi ki, sayğaclar qaytarılacaqdır. Yazılı qaydada qarşı tərəfə müraciət edilməyib. Şifahi danışıqlar aparılıb. Həmin sayğacların işləyib-işləmədiyinə dair məlumatlı deyil. Sayğacların mənşəyinə dair pasportları görməmişdir. Cavabdehi tanımır. Müqavilə bağlanan zaman orada olmamışdır.
41. İş materiallarında göründüyü kimi İddiaçı MMC-yə təqdim olunan üç sayğaca aid test sertifikatlarında istehsalçı kimi (manufacturer) CeYeKo Technoolgy göstərilmişdir, həmin sertifikatların aşağı hissəsində isə CeYeKo GmbH Alman şirkəti (“CeYeKo GmbH is German Company”) olduğu qeyd olunmuşdur.
42. İddiaçı mənşə serifikatlarının sayğac quraşdırılan zaman onlara təqdim olunmadığını bildirsə də, test sertifikatlarının əsilləri iddiaçıda olmuş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İddiaçının həmin sertifikatlarda istehsalçı kimi göstərilən - “CeYeKo Technology”nin Almaniyanın deyil, başqa ölkə şirkəti olmasına dair şübhələri/əsaslı sübutları olduğu təqdirdə, habelə mənşə sertifikatların təqdim edilməməsi əsasından çıxış edərək həmin sayğacların quraşdırılmasına etiraz edərək müqavilədən vaxtında imtina edə bilərdi. Lakin, əksinə sayğaclar iddiaçı tərəfindən qəbul olunmuş və bir ilə yaxındır ki, istifadə olunur.
43. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 8030 dollar (13651 manat) dəyəri olan sayğaclar sifariş vermiş, sayğaclar gəldikdən sonra iddiaçı onları qəbul etmiş, qəbul edən zaman heç bir etiraz etməmiş, sonradan sayğacın müqavilənin 1-ci bəndində nəzərdə tutulduğu kimi Alman istehsalı olmamasını mübahisələndirsə də, cavabdehin öhdəliyi icra etməməsi və bunun nəticəsində də iddiaçıya zərər vurması, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması halları işdən müəyyən edilmir, cavabdeh tərəflərin razılaşdığı əşyanı iddiaçıya vermişdir, iddiaçı müqavilədən ona müqavilə şərtinə uyğun gəlməyən çeşiddə əşya təqdim edildiyi əsası ilə imtina etməmiş, malı qəbul edərək, malın dəyərinin böyük hissəsini ödəmiş və ondan uzun müddət, yəni bir ilə yaxın istifadə etmiş və malı qəbul etdikdən sonra da ağlabatan müddətdə, yəni müqavilənin 2.1.3-cü bəndinə əsasən işi icrasından sonra təhvil almış, cavabdehə öz imtinasını bildirməmişdir.
44. İddiaçı tərəf tərəflər arasında təhvil-təslim aktının olmamasını bildirsə də, sayğacların quraşdırılmasını və onlar tərəfindən həmin sayğacların bugünə kimi istifadə etdiklərini həm nümayəndəsi, həm dəvət etdiyi şahidlər təsdiq etmişdilər. Beləliklə, tərəflər arasında müqavilədə göstərilən malın təhvil-təslimin baş tutmuşdur.
45. Bundan başqa, “sayğacların ümumiyyətlə işləməməsi” ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd edilməlidir ki, həm iddiaçının özünün dəvət etdiyi şahidlər ifadəsi ilə, həm də iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində məhkəmə araşdırılması zamanı verdiyi izahatından müəyyən olunmuşdur ki, sayğacların üçü də quraşdırılan gündən işlək vəziyyətdədir, istifadə olunur və bu müddət ərzində cavabdeh tərəfə sayğacın işləməməsi ilə bağlı iradların bildirilməsi iş materialları ilə müəyyən olunmur.
46. Üç sayğacdan birinin göstəricilərində müəyyən yalnışlığın olması səbəbi isə İddiaçı MMC-nin sayğacın sazlanmasına (kolibirovka) ehtiyac olduğundan irəli gəlir. Sazlanmanın edilməsi isə müqaviləyə əsasən cavabdehin vəzifəsi olmamış, iddiaçı da buna dair hər hansı etirazını bildirməmişdir.
47. İddiaçı tərəf test sertifikatlarında göstərilən “CeYeKo Technoolgy” ilə “CeYeKo GmbH” adlı ayrı-ayrı şirkətlər olması ehtimalını irəli sürsə də, onu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.
48. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
49. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
50. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2563/2023 saylı, 21 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova