Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-939/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2345/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli KOD-S 054/2020 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, həmin müqaviləyə 01 Əlavə imzalanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən istifadəyəverən satışını təşkil etdiyi spirtli və spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş soyuducuları istifadəçiyə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyəverənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə geri qaytarmağı öhdəsinə götürür.
3. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən soyuducunu istifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada istifadəçiyə Əlavə 01-də göstərilən təhvil-təslim aktı vasitəsi ilə təhvil verir.
4. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 5 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir.
5. Müqavilə və müqaviləyə əlavə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) “X6 Cool-350P” soyuducusunun əvəzi olaraq 1200 (min iki yüz) manatın və 32 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə (VÖEN **********) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İstifadəyəverən İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında xx.xx.2020-ci il tarixli KOD-S 054/2020 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, həmin müqaviləyə 01 saylı əlavə olan “Təhvil-təslim” AKT-ı imzalanmış və sonuncuya dəyəri 600 (altı yüz) manat olan “X6 Cool-350P” soyuducusu verilmişdir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyə verənə ödəyir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2345/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı şirkət özü, vermiş olduğu soyuducunu yeni mallarla doldurduğundan, cavabdehin artıq qeyd edilmiş Neftçilər metrostansiyası yaxınlığında yerləşən mağazada fəaliyyət göstərmədiyindən dərhal xəbərdar olmuşdur və vermiş olduğu soyuducunun təxmini həmin ərəfələrdə, yəni 3 il bundan qabaq tələb edərdi. 20. Ancaq iddiaçı tərəf qeyd edilən zaman soyuducunu tələb etməmiş və 3 il keçdikdən sonra Məhkəməyə müraciət etmişdir, cavabdeh tərəf də, soyuducunu iddiaçının öz əməkdaşlarının apardığını qeyd etmişdir. 21. Bu xüsusda Məhkəmə qeyd edir ki, mülki dövriyyədə heç bir şəxsin üzərinə hər hansı bir əşyanın qaytarılması ilə bağlı təhvil aktını 3 il və yaxud daha artıq saxlanması öhdəliyi qoyulması məntiqsizdir. Belə ki, bu hal, sui-istifadə hallarına gətirməkdə yanaşı, mülki dövriyyənin sabitliyini də, pozmuş olacaqdır. 22. Ona görə də, Məhkəmə üçün inandırıcıdır ki, soyuducu iddiaçıya təhvil verilmişdir, əks halda 3 il keçmədən cavabdehdən soyuducunu tələb etmiş olardı.
9. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəsi gedən soyuducunu qaytarmasına dair heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh isə apellyasiya şikayətinə etiraz etdi.
Tətbiq edilən hüquq:
12. Mülki Məcəllənin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 733.1-ci maddəsinə görə əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. - 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
13. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın rədd edilməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli KOD-S 054/2020 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı 1 ədəd soyuducunu cavabdehin əvəzsiz istifadəsinə vermişdir.
19. Hazırda iddiaçı tərəflər arasında bağlanmış əvəzsiz istifadə müqaviləsi üzrə əvəzsiz istifadəyə verilmiş soyuducunun cavabdeh tərəfindən itirildiyini və bununla da cavabdehin müqavilə öhdəliklərini pozduğunu iddia edərək, cavabdehdən ümumi dəyəri 600 manat olan soyuducunun dəyərinin 2 misli - 1200 manat məbləğində cərimənin tutularaq İddiaçı MMC-yə ödənilməsini tələb edir. Cavabdeh isə sözügedən soyuducunun 2020-ci ilin sonunda iddiaçıya qaytarıldığını bildirir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi mübahisəli soyuducu iddiaçı tərəfindən cavabdehə satılması üçün təqdim edilən sərinləşdirici içkilərin soyuq vəziyyətdə saxlanılması, bununla da satışa dəstək verilməsi və malların reklamın həyata keçirilməsi məqsədilə cavabdehin istifadəsinə verilmişdir. İddiaçı ilə cavabdeh arasında içkilərin alqı-satqısına dair münasibətlər bitdikdən sonra soyuducu iddiaçıya qaytarılmalı idi. Hazırkı halda cavabdeh tərəflər arasında alqı-satqı münasibətlərinə 2020-ci ilin payızında xitam verildiyini bildirir. İddiaçı isə tərəflər arasında alqı-satqı münasibətlərinin 2020—ci il tarixdən sonra davam etməsini təsdiq edən sübutları (qaimə-faktura və s.) təqdim etməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı müqaviləsinə cavabdehin Neftçilər metrostansiyasının yaxınlığındakı mağazası bağlandıqda - 2020-ci ilin payızında xitam verilmişdir.
21. Belə olan halda isə məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçı alqı-satqı münasibətlərinə xitam verildikdən 3 il ərzində satışı artırmaq məqsədilə cavabdehə verilmiş soyuducunu geri tələb etməməsi inandırıcı görünmür.
22. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi soyuducunun iddiaçıya təhvil verilməsi, belə olan halda cavabdehin əvəzsiz istifadə müqaviləsi üzrə öhdəliklərinin pozulmasının öz təsdiqini tapmaması və cavabdehdən cərimənin tutulması üçün əsas olmaması qənaətinə gələrək iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas vermir.
23. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Apellyasiya şikayəti rədd edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2345/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova Ziya Şirinov