Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-945/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 31 iyul 2024-cü il tarixli qərardaddan Cavabdeh1 MMC-nin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin adından buna səlahiyyətli olan nümayəndəsi cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edilərək, borcun ödənilməsi məqsədilə (ƏDV daxil olmaqla) 45.674,12 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 227,02 manat məbləğində pulun cavabdehlərdən iddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılan zaman Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək, işin ərazi aidiyyətı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla vəsatətin təmin edilməməsini qərara almışdır. Cavabdeh MMC həmin qərardaddan Bakı Kommersiya Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə bilikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh MMC-nin vəsatəti onunla əsaslandırılmışdır ki, MMC-nin olduğu və fəaliyyət göstəridiyi ünvan ünvan 1 göstərdiyi ünvan kimi həmin ünvan qeyd edilmişdir. Buna görə də iddia MMC-nin olduğu yerə görə Şirvan Kommersiya Məhkəməsinə verilməli idi. Vəsatəti rədd etmiş Rayon Məhkəməsi isə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş, “Kommersiya qurumunun dövlət reyestrindən” verilmiş "xxxx" görünür ki, həm cavabdeh MMC, həm də digər cavabdeh QSC-nin hüquqi ünvanı ünvan 3 məhkəmənin icraatına qəbul edilərkən, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh hüquqi şəxslərin hüquqi ünvanı Bakı şəhərində yerləşmiş, yəni iddiaçı "xxxx" MMC hazırkı iddia ilə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edərkən aidiyyət qaydalarının pozulmasına yol verməmişdir. Həmin qərardaddan şikayət vermiş cavabdeh MMC-nin şikayətində qeyd olunmuşdur ki, MMC-nin daimi fəaliyyət göstərdiyi ünvan ünvan 5essual Məcəlləsinin (MPM) 35.2-ci maddəsinə görə isə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Normada hüquqi şəxsin ünvanı qeyd edilmişdir, yəni hüquqi şəxsin hüquqi ünvanı qeyd edilməmişdir. Buna görə də MMC-nin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer vəsatətdə qeyd edilən ünvan olduğundan MMC-nin olduğu yer həmin ünvan sayılır. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. MPM-in 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə şikayətin dəlilləri ilə bağlı bildirir ki, iş üzrə digər cavabdeh olan Cavabdeh2 QSC-nin ünvanının Bakı şəhərində yerləşməsi ilə bağlı tərəflər arasında fikir ayrılığı olmadığından və iddiaçı MMC-nin hazırkı iddianı Cavabdeh1 MMC-nin ünvanının yerləşdiyi yerdən asılı olmayaraq digər cavabdehin ünvanı üzrə də Bakı Kommersiya Məhkəməsinə vermək hüququna malik olduğundan işin ərazi aidiyyətinin pozulması halı müəyyən edilmir. İddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə verilmişdir. Bu baxımdan və göstərilənlərə əsasən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı nəticəyə gəlmişdir; qərardaddan verilmiş şikayətin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə dair Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 31 iyul 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-2(103)-945/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-945/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver