Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-947/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasinin Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "abunə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2970/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abunə müqaviləsi üzrə xidmət müqabilində 2438,77 manat məbləğində borcun və 45 (qırx beş manat) manat dövlət rüsumunun, ümumilikdə cəmi 2483,77 (iki min dörd yüz səksən üç manat yetmiş yeddi qəpik) manat vəsaitinin məbləğində pul vəsaitinin cavabdeh İqtisadiyyat Nazirliyin yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri X7indən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2970/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı MMCtərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏmlakMəsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və ReyestriX7inə göndərilmiş 14 iyun 2023-cü il tarixli məktubda 2640,58 manat məbləğində borcun 20 gün müddətinə ödənilməsi barədəxəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7i tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, 2558 nömrəli məktuba 17 fevral 2023-cü il tarixli cavab məktubunda telefon nömrələri üzrə yaranmış borcların ödənişinin yaxın zamanda mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan sonra X7 borcun 100 manatını ödəmişdir. Öhdəliklərdən yaranan münasibətlər davamedici olmuşdur. Abunə müqaviləsində borc yaranması və həmin nömrənin bağlanması borcun ödənilməsindən azad etmir. Onagörə də bu iddia tələbində iddia olunan nömrələrdə yaranan borc ilə bağlı müddət ötürülməyib. DƏDKR X7in İdarə Heyətinin sədr müavininin "xxxx" MMC-yə ünvanladığı iki fərqli məktubda bir daha borcun ödəyəcəkləri və hətta məbləğin müəyyən qisminin ödənildiyi, mütəmadi olaraq ödəyəcəklərini rəsm bildirmiş və qanunvericiliyə uyğun olaraq öhdəlik götürmüşdür. Məhkəmənin mövqeyi yanlışdır.Belə ki, Qətnamədə qeyd edir ki,iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız hesab faktura əlavə edilmiş, həmin hesab fakturaya əsasən cavabdehin iddiaçıya olan borcu cəmi 2438,77 manat qeyd edilmişdir. Halbuki iddiaçı tərəfindənməhkəməyə təqdim edilmiş hesab fakturalarda borcun hansı nömrələr üzrə yaranması qeyd edilməmmişdir. Yanlış yanaşmadır. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə verilən zaman həmin borclu nömrələrin sayı əlavə edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H. Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R. Salamovun şikayəti üzrə 30oktyabr 2007-ci il, X. Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380-cimaddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır.Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Lakin Bakı Kommersiya məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız cavabdeh tərəfindən irəli sürülən dəlillərə və izahatına istinad etməklə iddianı təmin etməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
10. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
11. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
12. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
13. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
14. Həmin Məcəllənin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
15. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür..
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
21. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abunə müqaviləsi üzrə xidmət müqabilində 2438,77 manat məbləğində borcun və 45 (qırx beş manat) manat dövlət rüsumunun, ümumilikdə cəmi 2483,77 (iki min dörd yüz səksən üç manat yetmiş yeddi qəpik) manat vəsaitinin məbləğində pul vəsaitinin cavabdeh İqtisadiyyat Nazirliyin yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri X7indən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı MMC və Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti arasında xx.xx.2010-cu il tarixli 00301 saylı müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən bu saziş ilə “Azercell” tərəfindən “abunə”yə telekommunikasiya xidmtələrinin göstərilməsi, “abunə” tərəfindən isə bunun müqabilində haqqın ödənilməsi ilə bağlı tərəflər arasında yaranacaq münasibətlərin tənzimlənməsi təşkil edir. Tərəflər arasındakı münasibətlərə “Azercell GSM” müqaviləsinin şərtləri tətbiq ediləcək. “Azercell GSM” müqaviləsi nümunəsi, üzərinə “Əlavə-1” yazılmaqla, tərəflər arasında qarşılıqlı təsdiq edilməklə bu sazişə əlavə edilir və onun tərkib hissəsi hesab edilir.
23. İddiaçı MMC və Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti arasında bağlanmış xx.xx.2010-cu il tarixli 00301 saylı sazişə xx.xx.2010-cu il tarixli “Əlavə-2”də saziş üzrə xidmət göstəriləcək nömrələrin siyahısı təsdiq edilmişdir.
24. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli cari hesab arayışında cəmi 3 ödənilməmiş faktura üzrə 8,110000 ödənilməmiş məbləğ qeyd edilmiş, xx.xx.2017-ci il son ödəmə tarixi, xx.xx.2024-cü il tarixli cari hesab arayışında cəmi 3 ödənilməmiş faktura üzrə 7,150000 ödənilməmiş məbləğ qeyd edilmiş, xx.xx.2017- ci il son ödəmə tarixi, xx.xx.2024-cü il tarixli cari hesab arayışında cəmi 3 ödənilməmiş faktura üzrə 8,130000 ödənilməmiş məbləğ qeyd edilmiş, xx.xx.2019-cu il son ödəmə tarixi, xx.xx.2024-cü il tarixli cari hesab arayışında cəmi 3 ödənilməmiş faktura üzrə 7,820000 ödənilməmiş məbləğ qeyd edilmiş, xx.xx.2021-ci il son ödəmə tarixi olaraq qeyd edilmişdir.
25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7i tərəfindən İddiaçı MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, 2558 nömrəli məktuba 17 fevral 2023-cü il tarixli cavab məktubunda telefon nömrələri üzrə yaranmış borcların ödənişinin yaxın zamanda mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
26. İşin faktiki hallarından görünür ki, tərəflər arasında mübahisə xx.xx.2010-cu il tarixli 00301 saylı saziş üzrə yaranmışdır. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli hesab fakturada 2438,77 manat ödənilməli olan qalıq faktura borcu hesablanmışdır.
27. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız hesab faktura əlavə edilmiş, həmin hesab fakturaya əsasən cavabdehin iddiaçıya olan borcu cəmi 2438,77 manat qeyd edilmişdir. Halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesab fakturalarda borcun hansı nömrələr üzrə yaranması qeyd edilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qalıq borca dair faktura və digər sənədlərdə cavabdeh barəsində hesablanmış borcun məhz, xx.xx.2010- cu il tarixli 00301 saylı sazişə xx.xx.2010-cu il tarixli “Əlavə-2”də saziş üzrə müəyyən edilmiş nömrələrlə bağlı hesablanıb-hesablanmaması öz təsdiqini tapmamışdır.
28. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, hətta, cavabdehin xx.xx.2010-cu il tarixli müqavilə üzrə borcu yaranmış olsa belə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, tərəflər arasında xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilə üzrə ödənişlərin vaxt aşırı, yəni hər ay ödənilməsi nəzərə alınmaqla həmin müqavilə üzrə ilkin ödənişin 2011-ci ilin 13 may tarixdə ödənilməli olması əsas götürülərək öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2011-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bundan sonra cavabdeh tərəfindən borcun etirafı ilə bağlı hər hansı hərəkətlər edilməmiş və həmin tarixdən də üç il müddət keçmişdir.
29. Apellyator cavabdehin mərhələli şəkildə borcun ödənilməsi barədə məktubuna və 100 manat ödəniş etməsinə istinad edərək iddia müddətinin keçmədiyini bildirir. Lakin həmin məktubda hansı müqavilə, hansı məbləğdə borcdan söhbət getdiyi aydın olmadığından işə aidiyyəti olan sübut hesab edilə bilməz. Bundan başqa iddiaçı 100 manatın cavabdeh tərəfindən ödənilməsinə dair sübut təqdim etməmişdir.
30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2970/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.