Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-960/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: xidmət müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli e-2-2(113)-3861/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 20/TV17 nömrəli və xx.xx.2023-cü il tarixində XTR-VO-05/01/23 nömrəli reklam xidmətlərinin göstərilməsinə dair müqavilələr bağlanmışdır.
2. İş materiallarına əlavə edilmiş hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2020-ci il tarixli müqavilə üzrə ƏDV xaric 42.480 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ƏDV xaric 45.000 manat borcunun qaldığını etiraf etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli 20/TV17 nömrəli müqavilə üzrə icra edilməmiş xidmət haqqı qismində cəmi 42.480 manat məbləğində vəsaitin, xx.xx.2023-cü il tarixli XTR-VO- 05/01/23 nömrəli müqavilə üzrə icra edilməmiş 45.000 manat xidmət haqqı, 4.500 manat cərimə məbləği olmaqla, cəmi 49.500 manat məbləğində vəsaitin, eləcə də iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 375 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilən 2.596 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 20/TV17 nömrəli Müqavilə bağlanmışdır. Bağlanmış Müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Cavabdeh MMC-nin sifariş edəcəyi reklamı müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada yayımlamağı, sonuncu isə müqavilədə nəzərdə tutulan xidmət haqqını İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu Müqavilədən irəli gələrək iddiaçı cavabdehin sifarişi əsasında özünə məxsus Xəzər TV kanalında müxtəlif adlı proqramlarda cavabdehin “Predo uşaq bezləri” məhsullarının reklamını yayımlamışdır. Bundan başqa, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində XTR- VO-05/01/23 nömrəli digər Müqavilə bağlanmışdır. Bağlanmış Müqavilənin şərtlərinə əsasən Şirkət qismində İddiaçı MMC Sifarişçi qismində Cavabdeh MMC-nin sifarişi əsasında təqdim olunan reklam çarxlarını öz efirlərində yerləşdirməsi ilə bağlı xidmətlərin göstərilməsini, sifarişçi isə reklam xidmətlərinin göstərilməsi üçün müqaviləyə əlavə olunan X1 göstərilən miqdarda ödəniş edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilədən irəli gələrək bağlanmış 18 yanvar 2023-cü il tarixli “X2”na əsasən iddiaçı xx.xx.2023-cü il tarixindən başlayaraq “Komedixana” verilişində sponsor” adı altında Cavabdeh MMC-nin məhsullarının reklamını yayımlamışdır. Xidmət xx.xx.2023-cü il tarixinədək davam etməklə 30 (otuz) bölüm üzrə iddiaçı tərəfindən icra edilmişdir. Göstərilən xidmətə əsasən iddiaçı tərəfindən 19 nömrəli hesab-fakturaya əsasən xx.xx.2023-cü il tarixində xidmətin adı, tarixi, dəyəri və s. xüsusiyyətləri tam göstərilməklə EBDH-272230 saylı elektron qaiməfaktura hazırlanaraq qarşı tərəfə təqdim edilmişdir. Təqdim edilmiş elektron qaiməfakturada 45.000 manat əsas, 8.100 manat ƏDV məbləği olmaqla, cəmi 53.100 manat xidmət haqqı göstərilmişdir. Elektron qaimə-faktura cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində 8.100 manat ƏDV məbləğini avans olaraq ödəmişdir. Hazırda həmin xidmət üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş 45.000 manat xidmət haqqı ödənişi mövcuddur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında mövcud xx.xx.2023-cü il tarixli XTR-VO-05/01/23 nömrəli Müqavilənin 7.3-cü bəndin 2-ci yarımbəndinə əsasən Sifarişçi tam ödənişi gecikdirdiyi hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.1%-i qədər, bir şərtlə ki, maksimal tətbiq ediləcək cərimə ümumi Müqavilə məbləğinin 10%-dən çox olmayaraq cərimə ödəyir. Qeyd olunan tələbdən irəli gələrək cavabdeh ica edilməmiş xidmət haqqından əlavə 4500 (dörd min beş yüz) manat məbləğində cərimə ödəməlidir. Hər iki müqavilə üzrə icra edilməmiş xidməti haqqı ödənişlərinin, eləcə də aparılmış ƏDV məbləği ödənişlərinin dəqiqləşdirilməsi məqsədi ilə 06 iyun 2023-cü il tarixində tərəflər arasında rəsmi qaydada “Üzləşmə aktı” tərtib olunaraq təsdiq edilmişdir. Həmin akta əsasən cavabdeh xx.xx.2020-ci il tarixli 20/TV17 nömrəli Müqavilə üzrə cəmi 42.480 manat, xx.xx.2023-cü il tarixli XTR-VO05/01/23 nömrəli Müqavilə üzrə isə 45.000 manat olmaqla, ümumilikdə 87.480 manat icra edilməmiş xidmət haqqı borcunun olmasını etiraf etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3861/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 42.480 (qırx iki min dörd yüz səksən) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 45.000 (qırx beş min) manat, cərimə borcu üzrə 2.250 (iki min iki yüz əlli) manat olmaqla, cəmi 47.250 (qırx yeddi min iki yüz əlli) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 359 (üç yüz əlli doqquz) manat, 19 (on doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 20/TV17 nömrəli və xx.xx.2023-cü il tarixində XTR-VO- 05/01/23 nömrəli reklam xidmətlərinin göstərilməsinə dair müqavilələr bağlanmışdır. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2020-ci il tarixli müqavilə üzrə ƏDV xaric 42.480 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ƏDV xaric 45.000 manat borcunun qaldığını etiraf etmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq reklam xidmətləri göstərilmiş və cavabdeh tərəf də, üzləşmə aktını təsdiq etməklə qeyd edilmiş müqavilələr üzrə borcunun qaldığını qəbul etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya xx.xx.2024-cü il tarixli e-2-2(113)-3861/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia ərisəzinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında heç bir müqavilə olmamış və formal olaraq danışıqlar əsasında xidmət göstərilmişdir. Bu qədər də borcları mövcud deyildir. İddiaçı əsassız olaraq borcu şişirtmiş və saxta üzləşmə aktı gətimişdir. Üzləşmə aktındakı imza və möhür onlara məxsus deyil. Aktdakı imzalar ona məxsus deyil. Bu barədə məhkəmədən ekspertiza keçirilməsini xahiş etsə də buna dair araşdırma aparılmamışdır. Bu səbəbdən də həm üzləşmə aktındakı imzanın ona məxsus olub olmamasını yoxlamaq üçün xəttşünaslıq ekspertizası təyin edilməlidir.
10. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3861/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-3861/2024 nömrəli qətnaməsi iş materialları ətraflı araşdırılmaqla, mövcud vəziyyət düzgün qiymətləndirməklə, qanunvericiliyin bütün aidiyyəti normaları nəzərə almaqla qəbul edilmişdir. Bu səbəbdən də sadalanan, eləcə də məhkəmə proseslərində araşdırılaraq sübuta yetirilmiş aşağıda göstərilən hallar nəzərə alındıqda, apellyasiya şikayətinin təmin edilməsinə, istinad olunan qətnamənin hər hansı formada ləğv edilməsinə və dəyişdirilməsinə əsas yoxdur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 20/TV17 nömrəli Müqavilə bağlanmışdır. Həmin Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər həyata keçirilmişdir. Xidmətlərlə əlaqədar iddiaçı tərəfindən müvafiq tarixlərdə xidmətlərin adı, tarixləri, dəyərləri və s. xüsusiyyətləri tam göstərilməklə elektron qaimə-fakturalar hazırlanaraq qarşı tərəfə təqdim edilmişdir. Elektron qaimə-fakturalar cavabdeh tərəfindən qəbul edilmiş və qaimə-faktura üzrə müəyyən miqdarda vasait iddiaçıya ödənilmişdir. Bundan başqa, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində XTR- VO-05/01/23 nömrəli digər Müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə göstərilən xidmətə əsasən iddiaçı tərəfindən 19 nömrəli hesab-fakturaya əsasən xx.xx.2023-cü il tarixində xidmətin adı, tarixi, dəyəri və s. xüsusiyyətləri tam göstərilməklə EBDH-272230 saylı elektron qaimə-faktura hazırlanaraq qarşı tərəfə təqdim edilmişdir. Elektron qaiməfaktura cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində 8100 (səkkiz min yüz) manat ƏDV məbləğini avans olaraq ödəmişdir. Yuxarıda sadalanan hər iki müqavilə üzrə icra edilməmiş xidməti haqqı ödənişlərinin, eləcə də aparılmış ƏDV məbləği ödənişlərinin dəqiqləşdirilməsi məqsədi ilə 06 iyun 2023-cü il tarixində tərəflər arasında rəsmi qaydada “Üzləşmə aktı” tərtib olunaraq təsdiq edilmişdir. Həmin akta əsasən cavabdeh qeyd olunan hər iki Müqavilə üzrə ümumilikdə 87 480 (səksən yeddi min dörd yüz səksən) manat icra edilməmiş xidmət haqqı borcunun olmasını etiraf etmişdir. Göründüyü kimi, sadalanan sübutlar əsasında iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin olması, həmin müqavilələr üzrə iddiaçı tərəfindən xidmətlərin göstərilməsi, xidmətlərin nəticəsinin qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında razılaşdırılması, lakin cavabdeh tərəfin xidmət haqqlarına münasibətdə öz vəzifələrini icra etməməsi tam sübut olunur. Cavabdehin öz şikayətində göstərdiyi hallara gəldikdə isə ilk əvvəl onu qeyd etmək lazımdır ki, AR MPM-nin 372.2-ci maddəsində əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsi zamanı keçirilən iclaslardan tam məlumatlı olmuş, hətta müvafiq tələblə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh tərəf birinci instansiya məhkəməsində olan icraat zaman heç bir halda iş materiallarında olan “üzləşmə aktının” onun tərəfindən imzalanmaması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Nəzərə alınsa ki, bu tələb onun özünə bağlıdır, belə olan halda, cavabdeh iddia etdiyi kimi sadalanan aktın onun tərəfindən imzalanmamasını elə birinci instansiya icraatı zamanı iş materialları ilə tanış olduğu andan bilməli idi. Buna baxmayaraq, cavabdehin yalnız apellyasiya instansiya məhkəməsinə bu tələblə müraciət etməsi onu sübut edir ki, tələb tam əsassızdır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, həmin aktla yanaşı iş materiallarında iddiaçının cavabdehə ünvanladığı elektron qaimə-fakturalar, həmin elektron qaimə-fakturaların cavabdeh tərəfindən qəbul edilməsi, hətta hər bir faktura üzrə müəyyən miqdarda ödənişlər etməsi kimi çox mötəbər sübutlar var. Dolayısı ilə həmin akt iş materiallarında olmasa belə, cavabdehin müqavilə öhdəliklərini icra etməməsi tam sübut olunur. Buna görə də apellyasiya şikayətində qeyd edildiyi kimi iş üzrə hər hansı ekspertizanın təyin edilməsi işin ümumi nəticəsinə heç bir təsir göstəməyən, yalnız vaxt itkisinə səbəb olan hərəkət olardı. Odur ki, yuxarıda qeyd olunan və iş materialları ilə öz təsdiqini tapan məqamları, eləcə də apellyasiya şikayətinin dəlilləri kimi göstərilənlər iddiaların tam əsassız olmasını nəzərə alındıqda, hesab edirik ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini zəruri edən heç bir hal mövcud deyil.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
12. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
13. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 442-ci maddəsinin tələblərinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinin tələblərinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinin tələblərinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinin tələblərinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinin tələblərinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə Cavabdeh MMC tərəfindən qarşı tərəfin iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3861/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 20/TV17 nömrəli və xx.xx.2023-cü il tarixində XTR-VO-05/01/23 nömrəli reklam xidmətlərinin göstərilməsi dair müqavilələr bağlanmışdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
20. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
21. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
22. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə reklam xidmətlərinin göstərilib-göstərilməsidir.
23. Birinci instansiya məhkəməsində iddiaçı tərəfə xx.xx.2020-ci il tarixli müqavilənin işə əlavə edilmədiyi bildirilmiş, iddiaçı tərəf də, rəhbərliyin dəyişməsi ilə bağlı qeyd edilən müqaviləni tapa bilmədiklərini, ancaq üzləşmə aktında qeyd edilmiş müqaviləyə istinad olunduğunu bildirmişdir.
24. İş materiallarına əlavə edilmiş hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2020-ci il tarixli müqavilə üzrə ƏDV xaric 42.480 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ƏDV xaric 45.000 manat borcunun qaldığını etiraf etmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hal onu təsdiq edir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq reklam xidmətləri göstərilmiş və cavabdeh tərəf də, üzləşmə aktını təsdiq etməklə qeyd edilmiş müqavilələr üzrə borcunun qaldığını qəbul etmişdir.
26. Bundan əlavə, iş materiallarından və işin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, üzləşmə aktı ilə yanaşı, elektron qaimələrdən də görünür ki, cavabdeh ƏDV borcunu ödəməklə borcunun olduğunu etiraf etmişdir.
27. Ona görə də, kollegiya hesab edir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 42.480 manat məbləğində pul, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 45.000 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
28. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə dəbbə pulunun qismən təmin edilməsi hissəsində də düzgün qənaətə gəlmişdir.
29. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 45.000 manat əsas borcuna münasibətdə 2.250 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
30. Kollegiya cavabdehin apellyasiya şikayətindəki ekspertiza keçirilməsi barədə xahişinə münasibətdə qeyd edir ki, üzləşmə aktındakı imza və möhürün MMC-yə məxsus olmaması barədə dəlillər inandırıcı deyil. Çünki MMC üzləşmə aktındakı imza və möhürün saxtalaşdırılmasını qeyd etsə də, faktla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmiş və xahişini əsaslandıra bilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Apellyasiya şikayətindən isə görünür ki, cavabdeh xahişini əsaslandırmamışdır.
31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3861/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.