Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-998/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 05 iyun 2025-ci il tarixli e-2-2(113)-1640/2025 saylı qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin 2020-2023-cü illər hesabat dövrü üzrə maliyyə göstəriciləri, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə strukturu, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi barədə məlumatların və bu məlumatları təsdiq edən sənədlərin surətinin təqdim edilməsi, Cəmiyyətin 2020-2023-cü illər ərzində fəaliyyətinə dair məlumatların - həmin illər üzrə illik hesabatı və maliyyə hesabatları, həmin illər üzrə auditor tərəfindən yoxlanılmanın nəticələrinə dair auditor rəylərinin surətinin təqdim edilməsi və 100 manat dövlət rüsumu Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməsi vəzifəsinin Cavabdeh QSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 iyun 2025-ci il tarixli e-2-2(113)-1640/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh QSC tərəfindən 2020-2023-cü illər hesabat dövrü üzrə maliyyə göstəricilərinin, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlərin, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə strukturu, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi barədə məlumatların, cəmiyyətin 2020-2023-cü illər ərzində fəaliyyətinə dair məlumatların, həmin illər üzrə illik hesabatının və maliyyə hesabatlarının, həmin illər üzrə auditor tərəfindən yoxlanılmanın nəticələrinə dair auditor rəylərinin təsdiq edilmiş surətləri İddiaçı təqdim edilməsi qət edilmişdir. Cavabdeh QSC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Hazırkı halda Cavabdeh QSC-nin məhkəməyə təqdim etdiyi apellyasiya şikayətindən isə görünür ki, həmin şikayət apellyasiya şikayətləri üçün MPM-ə əlavə kimi təsdiq edilmiş “Apellyasiya şikayətinin forması”na uyğun deyil. Belə ki, həmin formaya uyğun olaraq apellyasiya şikayətinin 5-ci bəndində yalnız “işin halları” göstərilməli olduğu halda hazırkı apellyasiya şikayətinin 5-ci bəndində “apellyasiya şikayəti verən şəxsin tələbi” də daxil olmaqla apellyasiya şikayətinin məzmunu tam şəkildə əks edilmiş, 7-ci bənddə (prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər) şikayət edilən qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməmiş, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 05 iyun 2025-ci il tarixli e-2-2(113)-1640/2025 saylı qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Tural Qocayev Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2-2(103)-998/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-998/2025
19.09.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver