Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-163/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-14/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cəmi 15502 manat 87 qəpik təşkil edən, 12970 manat əsas, 338 manat 78 qəpik faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2194 manat 09 qəpik faiz borcu və iş üzrə ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat 80 qəpik rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən 513.3 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi və 0.05 ha birgə torpaq sahəsinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-230/2023 saylı qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-14/2024 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, 12970 manat əsas borc, 338 manat 78 qəpik faiz borcu, 2194 manat 09 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 15502 manat 87 qəpik məbləğində borc, 30 manat 40 qəpik dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manatın Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində 0.05 hektar torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin açıq hərracdan satılması, torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 470000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, açıq hərrac keçirildikdən bir ay sonra fərdi yaşayış evinin boşaldılması, Cavabdeh2 200 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilərək, 03 iyul 2024-cü il tarixə, saat 10:50-ə məhkəmə baxışına təyin edilmişdir. Gəncə Kommersiya Məhkəməsindən daxil olmuş məktubdan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-14/2024 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti də apellyasiya şikayəti vermişdir. Buna görə də verilmiş şikayətin mümkünlüyünün yoxlanılması üçün işin Gəncə Şəhər Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi həmin qətnamədən iddiaçı tərəfindən də apellyasiya şikayəti verildiyini, ona görə də işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsini dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)-163/2024 saylı qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-14/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6, 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)-163/2024 saylı qərardadı ilə ləğv edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-14/2024 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün 2-2(104)-163/2024 saylı kommersiya işi apellyasiya baxışından çıxarılaraq birinci instansiyası məhkəməsinə geri qaytarılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Həmin qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-163/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-163/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver