Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-176/2023 21.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrilik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “SVC” firmasına qarşı borcun tutulması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 05 may 2023-cü il tarixli, e-2-2(115)-234/2018 saylı qərardadından cavabdeh “SVC” firmasının rəhbəri Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh “SVC” firmasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək dövlət büdcəsinə ödənilməmiş 857,46 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 2018-ci il tarixli e-2-2(83)-234/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, “SVC” firmasından 857 manat 46 qəpik borc məbləği və 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh “SVC” firmasının rəhbəri Nümayəndə apellyasiya şikayəti verərək Azərbaycan Respublikasının Konstitusiyasının 30 və 61-ci maddələrində təsbit olunmuş hüquqlardan onu məhrum etmiş naməlum hakimin aşkarlanaraq intizam məsuliyyətinə cəlb edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin çıxarılmasından 5 il keçəndən sonra apellyasiya şikayəti yazmağa məcbur olmuşdur. Belə ki, fəaliyyət göstərdikləri fiziki və hüquqi ünvanlarından kənara 13-14 il ərzində çıxmamışlar. Onun ünvanına nə bildiriş, nə də ki qərar göndərilməmişdir. Bu səbəbdən məhkəmədə iştirak etməmiş, məhkəmə qərarını almamışdır. Gəncə Kommersiya Məhkəməsinin 05 may 2023-cü il tarixli, e-2-2(115)-234/2018 saylı qərardadı ilə Gəncə İnzibat-İqtisadi Məhkəməsinin 02 aprel 2018-ci il tarixli e-2-2(83)- 234/2018 nömrəli qətnaməsindən cavabdeh SVC firmasının rəhbəri Nümayəndə tərəfındən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İş üzrə cavabdeh SVC firmasının rəhbəri Nümayəndə qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini və onun dövlət hesabına vəkillə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2-2(115)-234/2018 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 05 may 2023-cü il tarixli e-2-2(83)- 234/2018 nömrəli qərardadından iş üzrə cavabdeh SVC firmasının rəhbəri Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-234/2018 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materialları ilə müəyyən olunmuşdur ki, Gəncə İnzibat-İqtisadi Məhkəməsinin qətnaməsi 02 aprel 2018- ci il tarixdə çıxarılmış, qətnamənin surəti tərəflərə, o cümlədən 06 aprel 2018-ci il tarixdə cavabdeh hüquqi şəxsin ünvanı olan ünvan 1ndə olan zərdən görünür ki, cavabdehə göndərilən qətnamə cavabdeh hüquqi şəxsin ünvanına göndərilmiş və üzərində “fəaliyyət göstərmir” qeydi yazılmaqla məhkəməyə qaytarılmışdır. Birinc instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə inzibat-lqtisadi Məhkəməsinin qətnaməsi 02 aprel 2018- ci il tarixdə çıxarılmış, qətnamənin surəti tərəflərə, o cümlədən 06 aprel 2018-ci il tarixdə cavabdeh hüquqi şəxsin ünvanı olan ünvan 2 ünvanı olması məhkəməyə cavabdehin rəhbəri tərəfindən təqdim edilən şikayətdə də təsdiq olunur), buna baxmayaraq qətnamə çıxarılmasından və qətnamənin surətinin göndərilməsindən 5 ildən artıq müddət keçdikdən sonra cavabdeh hüquqi şəxsin rəhbəri tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti verilərkən buraxılmış prosessual müddətin bərpasına dair hər hansı vəsatət verilməmişdir. Bundan başqa apellyasiya şikayəti verilərkən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan forma və məzmuna əməl edilməmişdir. Belə ki, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar şikayətdə göstərilməmişdir. Şikayətin məzmununda isə məhkəmə tərəfindən çıxarılan akt mübahisələndirilməmiş, yalnız məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinin pozulması iddia edilərək tədbir görülməsi xahiş edilmişdir. Bundan başqa cavabdeh hüquqi şəxsin rəhbərı apellyasıya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Mülki prosessual qanunvericikdə şikayətin verilməsi vəkilin iştirakı ilə tərtib edilməli olması ilə məhdudlaşdırılmamışdır. Ona görə də vəkil ilə təmin olunmasına zərurət yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayəti vermək üçün prosessual müddəti buraxmış, buraxılmış prosessual müddətin bərpasına dair hər hansı vəsatət verməmiş, qanunvericilikdə nəzərdə tutulan forma və məzmunda şikayəti tərtib etməmiş və dövlət rüsumunun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 2(115)-234/2018 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Vavabdeh SVC firmasının rəhbəri Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(115)-234/2018 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-176/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-176/2023
21.06.2023 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver