Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-181/2024 11.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-14/2024 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-14/2024 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, 12970 manat əsas borc, 338 manat 78 qəpik faiz borcu, 2194 manat 09 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 15502 manat 87 qəpik məbləğində borc, 30 manat 40 qəpik dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manatın Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində 0.05 hektar torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin açıq hərracdan satılması, torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiymətinin 470000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, açıq hərrac keçirildikdən bir ay sonra fərdi yaşayış eviniun boşaldılması, Cavabdeh2 200 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il, 2-2(115)-14/2024 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini yenidən məhkəmə-əmtəəşünalıq eksprertizası keçirilməklə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cəmi 15502 manat 87 qəpik təşkil edən, 12970 manat əsas, 338 manat 78 qəpik faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2194 manat 09 qəpik faiz borcu və iş üzrə ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat 80 qəpik rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən 513.3 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi və 0.05 ha birgə torpaq sahəsinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015- ci il tarixli 057 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, 18 aylıq güzəştlə, illik 6 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli Arayışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən 513.3 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi, 0.05 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 19 sentyabr 2012-ci il tarixli 008İ saylı ipoteka müqaviləsinə əlavə olaraq 10 aprel 2015-ci il tarixli Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə, əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək, barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.3.4-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 977 saylı xx.xx.2017-ci il tarixli, **********158 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasım təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 15502 manat 87 qəpik təşkil edir. Bundan 12970 manat əsas, 338 manat 78 qəpik faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 2194 manat 09 qəpik faiz borcu təşkil edir. Şəmkir Rayon Məhkəməsinin 10 yanvar 2023-ci il tarixli 2(076)-230/2023 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən yalnız ekspert rəyinə əsaslanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 9/3320 nömrəli 30 avqust 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh2 məxsus olan Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsində inşa edilmiş 4 saylı fərdi yaşayış evinin likvid dəyəri təqribən 440000 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 9/8748 nömrəli 03 aprel 2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən Cavabdeh2 məxsus olan 513.3 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 523000 manat, azalma əmsalı tətbiq edilməklə həmin fərdi yaşayış evinin likvid dəyəri təqribən 470000 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Qeyd olunan qiymətlər gerçəyi əks etdirmir və həmin rəylər tamami ilə yalnışdır. Eyni zamanda ekpert rəyində nəyə əsasən bu məbləği təyin etdiyini qeyd etməmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi rəydə əmlakın qiymətləndirilməsi zamanı qiymətləndirilmə metodunun təsvir edilməməsi, tətbiq edilmiş metodun əvvəlki rəylərlə eyni məzmunlu olması və həmçinin eyni ərazidə yerləşən konkret hansı yaşayış sahəsinin bu vaxtadək rəydə qeyd olunan qiymətə ən yaxın dövrdə satılması qeyd edilməmişdir Bu səbəbdən də hesab edirlər ki, birinci instansiya məhkəməsi işə düzgün yanaşmış və işi lazımınca araşdırmamışdır, buna görədə apellyasiya şikayəti təmin edilməlidir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, o, məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o bankın Şəmkir filialından kredit götürmüşdür. Bankın müdiriyyəti ilə görüşəndə ona 13000 manat kredit verəcəklərini bildirmişlər, ancaq dəfələrlə istəməyinə rəğmən həmin məbləğdə pulu ona verməmişlər. O, kassadan pul götürməmişdir. Bank bağlanmamışdan əvvəl də müdir müavini Fuad adlı şəxslə bu barədə görüşmüşdür. Ona bu borcu əmisinin adına götürdüyü bundan əvvəlki kredit borcuna yönəldəcəklərini bildirmişlər. Kredit müqaviləsini 10 aprel 2015-ci il tarixində heyvandarlığın inkişafı məqsədi ilə bağlamışlar. 16 aprel 2015-ci il tarixli məxaric orderindəki imza ona məxsusdur. O, çekə imzanı pulu kassadan almamışdan əvvəl çəkmişdir. Buna görə də, kassada ona müqavilədə qeyd edildiyindən fərqli məbləğ vermək istəyiblər. O, 13000 manat məbləği almamışdır. Bundan əlavə, borcunu ödəmək üçün banka hər gedişində bankda ya sistem, ya işçi tapa bilməmişdir. Müqavilə üzrə əsas borcunu qəbul edir, faiz borcu ilə razı deyil. Onun bu bankda 2 kredit borcu olmuşdur. Bundan əvvəl əmisinin adına götürdüyü kredit borcu bağlamışdır. Evin qiymətləndirilməsi ilə razı deyil. Əsas borc 12000 manatın hamısını bankdan götürməmişdir. Evin girovdan azad edilməsini istəyir, çünki girov üzrə borcu ödəmişdir. Əsas borcu qəbul edir. Əlavə borcun güzəştini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, ipoteka müqaviləsini bağlamışdır, imza ona məxsusdur. Banka olan kredit borcunu ödəyəcəklərini bildirmişdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 057 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 heyvandarlığın inkişafı məqsədi ilə 36 ay müddətinə, 18 aylıq güzəştlə, illik 6 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16 mart 2021-ci il tarixə cəmi 15502 manat 87 qəpik olmaqla bundan 12970 manat əsas, 338 manat 78 qəpik faiz, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2194 manat 09 qəpik faiz borcunun olması göstərilmişdir. İşin faktiki halları ilə əlaqədar olaraq bildirilir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilən zaman cavabdehin hüquq və mənafeləri nəzərə alınmamış, yalnız bankın maraqları nəzərə alınmış, cavabdehin ipoteka predmetinə olan mülkiyyət hüquqları pozulmuşdur. Gəncə Kommersiya Məhkəməsi hazırkı işə baxarkən, iddiaçı tərəfindən təqdim edilmiş sübut və arayışlara əsaslanmışdır. Onlar tərəfindən edilmiş kredit ödənişləri nəzərə alınmamışdır. İddiaçı tərəfindən bank qarşısında borcuna dair məlumatlar isə təhrif edilmiş şəkildə təqdim edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və cavabdehin apellyasiya şikayətinə etiraz edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-ci il, 2-2(115)-14/2024 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini yenidən məhkəmə əmtəəşünalıq eksprertizası keçirilməklə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki iş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 057 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 heyvandarlığın inkişafı məqsədi ilə 36 ay müddətinə, 18 aylıq güzəştlə, illik 6 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16 mart 2021-ci il tarixə cəmi 15502 manat 87 qəpik olmaqla - bundan 12970 manat əsas, 338 manat 78 qəpik faiz, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2194 manat 09 qəpik faiz borcunun olması göstərilmişdir İş materiallarında olan xx.xx.2015-ci il tarixli 0008 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, bank ilə Cavabdeh2 arasında 19 sentyabr 2012- ci il tarixli 008İ saylı ipoteka müqaviləsinə əlavə olaraq bağlanaraq, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli Arayışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən 513.3 kv.m. ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi, 0.05 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 9/3320 nömrəli 30 avqust 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh2 məxsus olan Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsində inşa edilmiş 4 saylı fərdi yaşayış evinin likvid dəyəri təqribən 440000 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 9/8748 nömrəli 03 aprel 2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən Cavabdeh2 məxsus olan 513.3 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinı uyğun ümumi dəyəri təqribən 523000 manat, azalma əmsalı tətbiq edilməklə həmin fərdi yaşayış evinin likvid dəyəri təqribən 470000 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 057 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, 18 aylıq güzəştlə, illik 6 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli Arayışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən 513.3 kv.m. ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi, 0.05 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 19 sentyabr 2012-ci il tarixli 008İ saylı ipoteka müqaviləsinə əlavə olaraq 10 aprel 2015-ci il tarixli Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Dalınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə, əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək, barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.3.4-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 977 saylı xx.xx.2017-ci il tarixli, **********158 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasım təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 15502 manat 87 qəpik təşkil edir. Bundan 12970 manat əsas, 338 manat 78 qəpik faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 2194 manat 09 qəpik faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1- ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2- ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu krediti müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə araşdırılmış sübutlarla Cavabdeh1 iddiaçıya borclu olduğu sübuta yetirildiyinə görə məhkəmə kredit borcu hissəsində iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə də iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının apellyasiya şikayətinin dəlillərində göstərilir ki, o, ipoteka predmetinin qiymətitnin müəyyən edilməsinə dair ekspert rəyi ilə razılaşmır və iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təkrar ekspertizanın təyin edilməli olmasına dair dəlili ilə razılaşmır. Çünki birinci instansiya məhkəməsi tərəfidnən zəruri ekspertiza keçirilmiş və müvafiq rəy alınmış, birinci instansiya məhkəməsində işə baxılarkən həmin rəy mübahisələndirilməmişdir. Odur ki, ipoteka predmetinin dəyəri ilə bağlı həmin rəyi məhkəmə kollegiyası mötəbər sübut sayır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində bir tərəfdən kassadan pul götürmədiyini, digər tərəfdən 13000 manat məbləği almadığınə göstərməklə yanaşı müqavilə üzrə əsas borcunu qəbul etdiyini. lakin faiz borcu ilə razı olmadığını bildirir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkmə kollegiyası vurğulayır ki, cavabdeh kassadan pul götürmədiyini, digər tərəfdən 13000 manat pul götürmədiyini qeyd etməklə yanaşı əsas borcla razılaşdığını qeyd etməklə bankdan kredit borcu aldığını etiraf edir. Ona görə də, kollegiya cavabdehin apellyasiya şikayətinin bankdan kredit borcu almamasına dair dəlilini əsassız sayır. Cavabdehin apellyasiya şikayətinin digər dəlili məhkəmə tərəfindən qətnamə qəbul edilən zaman cavabdehin hüquq və mənafelərinin nəzərə alınmaması, yalnız bankın maraqlarının nəzərə alınması ilə bağlıdır ki, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Çünki işdən göründüyü kimi məhkəmə tərəfindən iş hərtərəfli və obyektiv araşdırılmış, cavabdehin məhkəmə iclasının təxirə salınmasına dair vəsatətləri belə təmin edilmiş, lakin bununla belə cavabdeh tərəfindən iddia tələbini təkzib edən hər hansı mötəbər sübut məkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-14/2024 saylı qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də hər iki apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-14/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-181/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-181/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver