Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-182/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(115)-963/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,07338 ha torpaq sahəsindən və qeyriyaşayış sahəsindən Cavabdeh çıxarılması və iddiaçının mülkiyyət hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,07338 ha torpaq sahəsinin mülkiyyətçisidir. İddiaçı ilə Cavabdeh arasında əvəllər torpaq sahəsi və qeyri yaşayış sahəsi ilə bağlı məhkəmə mübahisələri olmuş və cavabdehə qeyriyaşayış sahəsinin verilməsinə dair məhkəmə qərarı qəbul olunmuşdur. Lakin hazırda Cavabdeh mülkiyyətində olan əmlaka aid ərazidən (sahədən) faktiki olaraq kənara çıxaraq, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə qanunsuz müdaxilə etmişdir. O, iddiaçıya məxsus sahəni zəbt etmiş və uzun müddətdir ki, mülkiyyətə bu qanunsuz müdaxilə davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə əsasən, “Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.” Bu səbəbdən iddiaçı hesab edir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan sahədən çıxarılmalı və iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək Gəncə Kommersiya Məhkəməsində İddiaçı MMC-nin Cavabdeh qarşı “Qeyri-yaşayış sahəsindən çıxarılma və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair e-2-2(115)-963/2024 saylı məhkəmə işi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Gəncə Kommersiya Məhkəməsində ona qarşı iddia ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.07338 ha torpaq sahəsindən və qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılması və iddiaçının mülkiyyət hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin vəkili daha sonra məhkəməyə vəsatətlə müraciət edərək Cavabdeh hazırda faktiki sahiblik və istifadə etdiyi torpaq sahəsi və onun üzərində olan qeyri-yaşayış binasının koordinatları ilə, ona verilmiş sənədlərdə göstərilən koordinatlar arasında uyğunluğun müəyyən edilməsi üçün məhkəmə-torpaqşünaslıq və məhkəmə tikinti-texniki ekspertizalarının təyin edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin hazırki məhkəmə işində və vəsatətində qaldırdığı bütün məsələlər Gəncə İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(83)-40/2015 saylı məhkəmə işində bir il müddətində hərtərəfli araşdırılmış, yekun qərar qəbul edilmiş, qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. Həmin məhkəmə işində İddiaçı MMC üçüncü şəxs qismində işə cəlb olunaraq məhkəmə prosesinin bütün mərhələlərində iştirak etmiş, iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarından apellyasiya, kassasiya şikayətləri vermiş, hətta Konstitusiya Məhkəməsinə belə şikayət vermiş və şikayətləri təmin edilməmiş, məhkəmə qərarının icra olnmasında iştirak etmiş və bu barədə nə icra zamanı, nə də ki sonradan hər hansı etirazı olmamışdır. İddia tələbində qaldırılan məsələlər qanuni qüvvəsini almış Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2- 1(83)-40/2015 saylı qərarı ilə müəyyən edilən faktların yenidən mübahisələndirilməsinə və həmin qərarın icra olunması ilə bağlı məsələlərin araşdırılmasına xidmət edir. Qüvvəyə minmiş məhkəmə qararında müəyyən edilən faktların başqa məhkəmədə yenidən mübahisələndirilməsini prosessual qanunvericilik birmənalı olaraq qadağan edir. Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m. torpaq sahəsini və üzərindəki qeyri-yaşayış binasını o tikib ayırmamışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin nəzarəti altında, İddiaçı MMC-nin iştirakı ilə cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(83)-40/2015 saylı qərarına uyğun olaraq müvafiq ölçülərdə qeyri-yaşayış sahəsini ayıraraq layihə sənədləri əsasında tikib və sonra ona təhvil verib. Göründüyü kimi iddiaçının hazırda qaldırdığı məsələlərin cavabdeh olaraq birbaşa ona və işə baxılması ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə aidiyyatı yoxdur. İddiaçının qaldırdığı məsələlər məhkəmə qərarının icra olunması ilə bağlıdır, icra üzrə icraata aid məsələdir və məhkəmə icraatı qaydasında baxılmamalıdır. İddiaçı MMC-nin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015ci il tarixli, 2- 1(83)-40/2015 saylı qərarının yanlış icra olunması ilə bağlı hər hansı şikayəti varsa aidiyyətı üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir. Gəncə Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(115)-963/2024 saylı qərardadı ilə (hakim R.Qələndərzadə) Cavabdeh İddiaçı Cavabdeh qarşı torpaq və qeyriyaşayış sahəsindən çıxarılma və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə vəsatəti rədd edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-963/2024 saylı qərardadının ləğv edilməsini və İddiaçı Cavabdeh qarşı “torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iş üzrə Cavabdeh tərəfindən iş üzrə icraata xitam verilməsi barədə verilmiş vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli qərarı ilə xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 91.7 kv.m. qeyri-yaşayış sahəsi ilə müvafiq ölçülərdə və istifadəyə yararlı vəziyyətdə qeyri-yaşayış sahəsinin Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh verilməsi qərara alınmışdır. Göründüyü kimi məhkəmə qərarı ilə cavabdehin əvvəl mövcud olmuş mülkiyyət hüququ bərpa edilmişdir. Qərar icra olunduqdan sonra cavabdehə müvafiq çıxarış verilmişdir. İddiaçı isə iddia ərizəsində cavabdeh tərəfindən onların mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilə olunduğunu bildirmişdir. Belə ki, cavabdehə məxsus torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış binasının iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşdüyü iddia olunur. Bu halların da aydınlaşdırılması üçün obyektiv və düzgün məhkəmə araşdırılması aparılmalıdır. Məhkəmə qərardadında Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(83)-40/2015 saylı qərarının xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qəbul edildiyi bildirilib. Qeyd olunan məhkəmə qərarının qəbul edilməsində həmin çıxarışın əhəmiyyətli rolu olsa da, məhkəmə qərarı həmin çıxarışa əsasən deyil, Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli protokol üzrə öhdəliyinə əsasən qəbul edilmişdir. Yəni məhkəmə qərarı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə öhdəliyin qoyulmasının əsası xx.xx.2011-ci il tarixli çıxarış deyil, xx.xx.2011-ci il tarixli protokoldur. Protokolda Gəncə Şəhər İcra Hakimiyyəti ilə imzalanmış razılaşmaya əsasən ünvan 3 ünvanında inşa edilməsi nəzərdə tutulan binanın Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən hissəsində, dəqiq koordinat şərti qoyulmadan 110,30 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 91.7 kv.m qeyri-yaşayış sahəsinin tikilib verilməsi şərti ilə Cavabdeh ona məxsus qeyri yaşayış binasının sökülməsinə razılıq vermiş və Gəncə Şəhər İcra Hakimiyyəti də həmin şərtin yerinə yetiriləcəyini qəbul etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(83)-40/2015 saylı qərarına əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 91.7 kv.m qeyri-yaşayış sahəsi ünvan 3 ünvanı adı altında inşa edilməkdə olan binanın (“Biznes Mərkəzi”nin) tikintisi altına düşdüyünə görə, xx.xx.2011-ci il tarixli protokol üzrə öhdəliyinə əsasən həmin binanın Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanında yerləşən hissəsində Cavabdeh məxsus torpağa və üzərindəki əmlaka mülkiyyət hüquqları saxlanılmaqla, binanın birinci mərtəbəsində, zirzəmisi ilə birlikdə müvafiq ölçülərdə və istifadəyə yararlı vəziyyətdə qeyri-yaşayış sahəsinin Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh verilməsi təmin edilmişdir. Həmçinin məhkəmə qərardadının əsaslandırma hissəsində göstərilir ki, İddiaçı MMC iddia ərizəsində Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli qərarı qəbul edilərkən və icra olunan zaman cavabdeh tərəfindən onların mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilə olunduğunu bildirmişdir. Bu halların da, aydınlaşdırılması üçün obyektiv və düzgün məhkəmə araşdırılmasının aparılmalı olduğu bildirilib. Yəni məhkəmə prosessual qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçının Gəncə İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarında müəyyən edilən halların mübahisələndirilməsinin və düzgün icra edilməməsinin başqa məhkəmədə baxılmasını haqlı saymışdır. Bir daha bildirir ki, iddia tələbində qaldırılan məsələlər qanuni qüvvəsini almış Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(83)-40/2015 saylı qərarı ilə müəyyən edilən faktların yenidən mübahisələndirilməsinə və həmin qərarın icra olunması ilə bağlı məsələlərin araşdırılmasına xidmət edir. Qüvvəyə minmiş məhkəmə qararında müəyyən edilən faktların başqa məhkəmədə yenidən mübahisələndirilməsini prosessual qanunvericilik birmənalı olaraq qadağan edir. Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m torpaq sahəsini və üzərindəki qeyri-yaşayış binasını o tikib ayırmamışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin nəzarəti altında, İddiaçı MMC-nin iştirakı ilə cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(83)-40/2015 saylı qərarına uyğun olaraq müvafiq ölçülərdə qeyri-yaşayış sahəsini ayıraraq layihə sənədləri əsasında tikib təhvil verib ona. Bundan başqa bildirir ki, İddiaçı 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,07338 ha torpaq sahəsinin mülkiyyətçisidir. X1-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(83)-40/2015 saylı qərarının icrasının nəticəsi olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161A ünvanında yerləşən 110,30 kv.m torpaq sahəsi və üzərindəki 98.2 kv.m qeyriyaşayış binası üzərində mülkiyyət hüququ bərpa edilmişdir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsi və onun üzərində olan qeyri-yaşayış binasının koordinatları ilə İddiaçı mülkiyyətində olan 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,07338 ha torpaq sahəsinin koordinatları üst-üstə düşsəydi, həmçinin, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və onun üzərində olan qeyri-yaşayış binasının koordinatları ilə İddiaçı mülkiyyətində olan 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,07338 ha torpaq sahəsinin koordinatları üst-üstə düşsəydi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona çıxarış verilə bilməzdi. Göründüyü kimi, məhkəmə qərarı icra edilərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən layihə əsasında ölçmə işləri aparılmış və hər hansı pozuntu halı olmadığı üçün çıxarışın verilməsi qərara alınmışdır. Bir daha bildirir ki, iddia tələbində qaldırılan məsələlər qanuni qüvvəsini almış Gəncə İnzibatiİqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(83)-40/2015 saylı qərarı ilə müəyyən edilən faktların yenidən mübahisələndirilməsinə və həmin qərarın icra olunması ilə bağlı məsələlərin araşdırılmasına xidmət edir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində qeyd edilən hüquq normasını düzgün tətbiq etməyərək qanuni qüvvəsini almış Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2-1(83)-40/2015 saylı qərarı ilə müəyyən edilən faktların yenidən mübahisələndirilməsini haqlı sayır. Belə ki, iddiaçının qaldırdığı məsələlərin cavabdeh olaraq birbaşa ona və işə baxılması ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə aidiyyətı yoxdur. İddiaçının qaldırdığı məsələlər inzbati məhkəmənın qərarının icra olunması ilə bağlıdır, məhkəmə qərarının icrası üzrə icraata aid məsələdir və mülki məhkəmə icraatı qaydasında baxılmamalıdır. İddiaçı MMC-nin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 04 sentyabr 2015ci il tarixli, 2-1(83)- 40/2015 saylı qərarının yanlış icra olunması ilə bağlı hər hansı şikayəti varsa aidiyyətı üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə icraatın Gəncə Kommersiya Məhkəməsində aparılması məhkəmə aidiyyətini pozmaqla qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilən faktların yenidən mübahisələndirilməsinə və həmin qərarın icra olunması ilə bağlı məsələlərin araşdırılmasına xidmət edir. Gəncə Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli e-2-2(115)-963/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(115)- 963/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli e-2-2(115)- 963/2024 saylı qərardadı ləğv edilməli, şikayət geri qaytarılması üçün iş materialları ilə birlikdə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şikayətdən görünür ki, Cavabdeh iş üzrə icraata xitam verilməsi barədə vəsatətin rədd edilməsi qərardadından şikayət vermişdir. Halbuki həmin vəsatət məhkəmə iclasında həll edilir və həmin vəsatətin rədd edilməsi ilə bağlı qərardaddan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 267.1-ci madəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Yenə də həmin Məcəllənin 184.4-cü maddəsinə əsasən işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Qanunvericiliyin həmin normasından göründüyü kimi işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Lakin qanunvericiliyin həmin normasında təmin olunan və ya da təmin olunmayan vəsatətlə bağlı qəbul edilmiş məhkəmə qərardadından şikayət verilməsi nəzərdə tutulmamışdır. Kollegiya qeyd edir ki, qərardadlardan bütün hallarda deyil, MPM-də xüsusilə göstərilən hallarda şikayət vermək mümkündür. Ona görə ki, vəsatətin təmin edilməməsinə dair qəbul edilmiş qərardad tərəfi yenidən vəsatətlə müraciət etmək hüququnu istisna etmir. Yəni buna əsas olduğu halda proses tərəfinin yenidən əsaslandırılmış vəsatətlə müraciət etmək hüququ vardır. Ona görə də də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətə mahiyyəti üzrə baxmaqda və vəsatətin təmin edilməməsinə dair qəradadda vəmin qərardaddan şikayətin verilə bilməsini göstərməklə səhvə yol vermişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Gəncə Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli e-2-2(115)-963/2024 saylı qərardadı ləğv edilməli, şikayət geri qaytarılması üçün iş materialları ilə birlikdə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 26 iyul 2024-cü il tarixli e-2-2(115)-963/2024 saylı qərardadı ləğv edilsin. Gəncə Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(115)-963/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-182/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-182/2024
14.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver