Məhkəmə qərarları › İş №2-2(104)-187/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-187/2024

06.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-187/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Göyçay rayon İcra Hakimiyyətnin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 581/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-581/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli,e-2-2(115)-581/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı Cavabdeh Fik̇rət qızına qarşı icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı başçısının 16 dekabr 2020-ci il tarixli 88 nömrəli sərəncamına əsasən Göyçay şəhəri N.Nərimanov küçəsi 25 saylı ünvanda yerləşən və dövlət mülkiyyətinə aid 665.0 kv.m torpaq sahəsi 15 il müddətinə ünvan 1 ünvanda yaşayan Cavabdeh icarəsinə verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı İddiaçı ilə Cavabdeh arasında 16 dekabr 2020-ci il tarixli müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən icarə haqqı illik 200 manat məbləğində müəyyən edilmişdir. Sərəncama əsasən torpaq sahəsi Cavabdeh icarəsinə sahibkarlıq məqsədilə verilmişdir. Ölkənin və regionların iqtisadi inkişafı yeni sosial obyektlərin, çoxmənzilli yaşayış binalarının tikintisini sürətləndirmişdir. Göyçay şəhərinin dinamik inkişafı, şəhər ərazisində torpaqların məhdud olması bu kateqoriyadan olan torpaqlardan daha səmərəli istifadəni zəruri edir. Cavabdehin icarəsinə verilmiş torpaq sahəsində əvvəllər rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binası yerləşmişdir. Bina söküldükdən sonra həmin torpaq sahəsində nümayəndəliyin yeni binasının inşası nəzərdə tutulmuşdur. İnşa olunacaq yeni binada rayon icra hakimyyətinin keçmiş Sanitar-Təmizlik, Abadlaşdırma və Təmir İdarələrinin, rayon Mənzil İstismar Sahəsinin də (hazırkı rayon icra hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyi) yerləşdirilməsi planlaşdırılmışdır. Lakin nümayəndəliyin yeni binasının inşası üçün nəzərdə tutulmuş torpaq sahəsi həmin dövrdə səlahiyyətli şəxslər tərəfindən qanunsuz olaraq Cavabdeh icarəsinə verilmiş, icarə haqqı bazar dəyərlərindən qat-qat az məbləğdə müəyyən edilmişdir. Rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, rayon icra hakimyyətinin keçmiş Sanitar-Təmizlik, Abadlaşdırma və Təmir İdarələri, rayon Mənzil İstismar Sahəsi uzun müddətdir ki, icarə əsaslarında ayrı-ayrı təşkilatların binasında fəaliyyət göstərir. Hazırda həmin təşkilatların inzibati binası mövcud deyildir. Rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçün inzibati binanın inşası üçün nəzərdə tutulmuş torpaq sahəsinin fiziki şəxsə uzun müddətli icarəyə verilməsi, icarə haqqının bazar dəyərindən az məbləğdə müəyyən edilməsi həmin dövrdə icarə müqaviləsi bağlamaq səlahiyyəti olan şəxs tərəfindən torpaq sahəsinin məhz sahibkarlığın inkişafı məqsədilə icarəyə verilməsinə şübhələr yaradır. Sözügedən məsələ Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində və ünvan 2 ünvanda yaşayan X4 rayon Prokurorluğuna daxil olmuş şikayət ərizəsinin araşdırılmasının nəticəsi olaraq sözügedən torpaq sahəsinin icarəyə verilməsi barədə rayon icra hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli sərəncamının ləğv edilməsi məsələsinə baxılması barədə rayon prokurorluğu tərəfindən sorğu verilmişdir. Rayon prokurorluğunun sorğusunda qeyd edilən məsələyə baxılarkən məlum olmuşdur ki, rayon icra hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli sərəncamına əsasən dövlət mülkiyyətinə aid 665.0 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə icarəyə verilsə də, icarəçi Cavabdeh həmin dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hər hansı sənəd təqdim etməmiş, fərdi sahibkar kimi Dövlət Vergi Xidmətində qeydə alınmamışdır. Göstərilən səbəblərdən İddiaçı 12 may 2022-ci il tarixli 50 nömrəli sərəncamı ilə rayon icra hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli 88 nömrəli sərəncamı ləğv edilmişdir. Cavabdeh İddiaçı 12 may 2022-ci il tarixli 50 nömrəli sərəncamının ləğv edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən tələblə bağlı Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, Şəki Apellyasiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərarlarında icarə müqaviləsinin qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında ləğv edilməli olduğu göstərilmişdir. Bununla yanaşı qanunvericilik qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi zamanı uzun müddətli fasilələrin yaranmasının qarşısının alınması məqsədilə torpaq sahəsinin 1 il ərzində üzrlü səbəb olmadan istifadə olunmaması halında icarə hüquqlarına xitam verilməsini nəzərdə tutmuşdur. İcarəçi Cavabdeh artıq 2 il müddət keçsə də, torpaq sahəsindən sahibkarlıq məqsədi ilə istifadə etməyərək qanunla icarəçi kimi üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Lakin cavabdeh icarəsinə verilmiş torpaq sahəsindən ötən müddət ərzində sahibkarlıq məqsədi ilə istifadə etməmiş, hər hansı sahibkarlıq fəaliyyəti həyata keçirməmişdir. Məlum olmuşdur ki, cavabdehin icarəsinə verilməsindən 2 ildən çox müddət keçsə də, hazıradək torpaq sahəsi boş və istifadəsiz qalmışdır. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İcarəçi tərəfindən icarəyə verilmiş torpaq sahəsindən sahibkarlığın inkişafı, malların istehsalı, satışı və ya xidmətlərin göstərilməsi kimi fəaliyyət həyat keçirilməmiş, tikinti və ya qurğu inşa olunmamışdır. Əraziyə baxış keçirilərkən torpaq sahəsi boş və istifadəsiz olmaqla, ərazinin kol-kosla və məişət tullantıları ilə əhatə olunması müşahidə edilmişdir. Torpaq sahəsinə dair icarə müqaviləsinin 1.5-ci bəndində göstərilmişdir ki, torpaq sahəsi sahibkarlığın inkişafı məqsədilə verilir. Göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir. Müqaviləsinin 7-ci bəndində “İcarəçinin” torpaq sahəsindən təyinatı üzrə istifadə etmək, torpaq qanunvericiliyinin tələblərinə riayət etmək, qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək və.s kimi vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin beşinci abzasında göstərilmişdir ki, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Maddənin göstərilən abzasının məzmununda belə kateqoriyadan olan torpaqlar üçün üzrlü səbəb olmadan istifadə edilməmə müddəti 1 il olaraq müəyyənləşdirilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş həmin müddəa torpaq sahəsindən səmərəli istifadəyə rəvac verməklə, torpaqların boş və istifadəsiz qalmasının qarşısını alır. Sahibkarlıq məqsədilə verilmiş torpaq sahəsinin uzun müddət istifadəsiz qalması bir tərəfdən ondan səmərəli istifadə olunması baxımından dövriyyədən kənarda qalması, digər tərəfdən də dövlət mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hüquqların məhdudlaşdırılması ilə nəticələnə bilər. İcarə müqaviləsinin bağlanması torpaq sahəsinin icarə haqqının ödənilməsi və ya digər öhdəliklərin yerinə yetirilməsi icarəçiyə torpaq sahəsindən istədiyi qaydada və zamanda istifadə edə bilmək və ya heç istifadə etməmək kimi hüquqlar vermir. İcarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. Hazırkı halda isə, cavabdeh tərəfindən torpaq sahəsindən istifadə olunmaması öz təsdiqini tapır. Bununla da, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək icarəyə götürdüyü torpaq sahəsindən istifadə etməmişdir. Torpaq sahəsinin boş və istifadəsiz saxlanılması faktı Göyçay rayon Prokurorluğunun rayon icra hakimiyyətinə daxil olmuş sorğu məktubunda da öz təsdiqini tapmışdır. Bununla yanaşı torpaq sahəsinin icarə haqqı müvafiq illər ərzində ödənilməmiş, icarə haqqının ödənilməməsi nəticəsində yaranmış borc yalnız 15 aprel 2022-ci il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsində qeyd edilmişdir ki, torpaq icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiət qoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək, torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə uyğun olaraq həyata keçirmək, torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək, torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək, başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq, torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq, torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə borcludurlar. Rayon icra hakimiyyəti tərəfindən cavabdehə icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə təklif məktubu göndərilmiş, icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinin ləğv edilməsi təklifi qəbul olunmamış, torpaq sahəsinin istifadəsiz saxlanmasına səbəblər kimi respublika ərazisində koronovirus (COVİD-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə müvafiq məhdudlaşdırıcı tədbirlərin görülməsini, icazəsi olan şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinin məhdudlaşdırılmasını, habelə sərəncamda hər hansı bir sahibkarlıq obyektinin layihələndirilməsinin göstərilməməsini qeyd etmişdir. Cavabdehin qeyd etdiyi səbəblər əsassız olmaqla onun torpaq sahəsindən sahibkarlıq məqsədilə istifadə etməsinə maneələr yaratmamışdır. Eyni zamanda torpaq sahəsi icarəsinə verildikdən sonra cavabdehin rayon icra hakimiyyətinə torpaqdan istifadə ilə bağlı hər hansı müraciəti olmamış, torpaqdan istifadə etməməsinin səbəbi barədə məlumat verməmiş, hər hansı layihə təqdim etəməmiş, hətta icarə haqları belə ödəməmişdir. Bundan başqa icarəçi sanitar norma və qaydaları pozmuşdur. Yuxarıda qeyd edildiyi ki, torpaq sahəsinə baxış keçirilərkən ərazinin kol-kosla və məişət tullantıları ilə əhatə olunması müşahidə edilmişdir. Bu da icarəçi ilə bağlanmış icarə müqaviləsinin 7.6-cı bəndinə ziddir (İcarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq, sanitar norma və qaydalara əməl etmək). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrinə görə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi aşağıdakı hallarda məhkəmələr tərəfindən həyata keçirilir: torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə - belə qərarlar buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə - müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir) - belə qərarlar buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir, torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə, istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə - belə qərarlar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir, dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda əvəzsiz istifadə hüququna, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə, torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda, hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə, torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. Azərbaycan Respublikası Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş üzrə Cavabdeh nümayəndəsi X5 iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi belə əsaslandırılmışdır ki, torpaq sahəsi üzərində Cavabdeh icarə hüquqlarının dövlət qeydiyyatına alındığı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan dövr ərzində COVİD -19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlər, eləcə də xx.xx.2022-ci il tarixdən hazırkı müddətədək icarəyə verilmiş torpaq sahəsi ilə bağlı iddiaçı ilə məhkəmə mübahisələri davam etdiyindən torpaq sahəsindən istifadə edə bilməmyi səbəbləri üzürlü olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsinin birinci cümləsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyi və müqavilə bağlanarkən onun həmin halı nəzrə ala biləcəyi, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Cavabdeh icarəyə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməməyi onun cavabdeh olmadığı haldan (öncə pandemiya ilə bağlı məhdudiyyətlər, daha sonra isə məhkəmə çəkişmələri ilə bağlı) irəli gəlmişdir. Eləcə də Cavabdeh COVİD -19 pandemiyasının baş verəcəyini, bununla bağlı məhdudiyyətlərin tətbiq olunacağını, iqtisadi sahədə ciddi şəkildə durğunluq yaşayacağını heç cürə öngörə, həmin halları nəzərə ala, nəticələrini istisna etmək və ya aradan qaldıra bilmək imkanına malik ola bilməzdi. Bundan başqa icarə müqaviləsinin 8-ci bəndində tərəflərin məsuliyyəti təsbit olunmuşdur. Həmin bəndin 8.1-ci yarımbəndinə əsasən tərəflərdən hər hansı biri müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 30 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Lakin iddiaçı icarə haqının bazar dəyərindən qat-qat aşağı həddə müəyyən edilməsi, ərazinin sahibkarlıq fəaliyyəti üçün icarəyə verisə də bu dövr ərzində hər hansı sahibkarlıq fəaliyyətinin icra edilmədiyi, torpaq sahəsinin istifadəsiz və boş qaldığı, icarə haqqı üzrə ödənişlərin vaxtında ödənilmədiyi, ərazinin kol-kos və məişət tullantıları ilə əhatə olunmasının müşahidə edilməsi və s. barədə ona rəsmi qaydada heç bir məlumat verilməmiş, əgər hər hansı qaydaları pozmuşdursa ona pozulmuş qaydaları düzəltmək üçün 30 gün vaxt verməmiş, iddia ərizəsi ilə birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi müqavilə tərəfi kimi onun hüquqları məhz iddiaçı tərəfindən pozulmuşdur. İş üzrə İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq ərizəsində göstərmişdir ki, cavabdeh icarə müqaviləsinin 3.4-cü bəndinin şərtini pozaraq 2020-2022ci illər ərzində icarə haqqı ödəməmiş, yalnız 15 aprel 2022-ci il tarixdə ödəniş aparmışdır. Bundan sonra cavabdeh yenə də müqavilə üzrə öhdəliklərinin yerinə yetirməmiş və nəticədə xx.xx.2024-cü il tarixə 400 manat ödənilməyən borcu yaranmışdır. Bu fakt özü cavabdehin icarə müqaviləsinin şərtlərinə əməl etməməsini təsdiq edir. Eyni zamanda cavabdeh tərəfindən müqavilənin 7.2-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, icarəçi torpaq sahəsindən istifadə etməmiş, boş və istifadəsiz saxlamış, bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək icarəyə götürdüyü torpaq sahəsindən təsərrüfat təyinatına uyğun istifadə etməmişdir. İcarə müqaviləsinin 1.5-ci bəndində göstərilmişdir ki, torpaq sahəsi sahibkarlığın inkişafı məqsədilə verilir. Göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir. Qanunvericiliyin tələblərinə görə icarəçi icarəyə götürdüyü torpaqdan onun təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. Cavabdehin torpaq sahəsindən istifadə edə bilməməsinin səbəbi kimi onun tərəfindən rayon icra hakimiyyətinə təqdim edilmiş layihəyə dair müvafiq rəy verilməməsi ilə bağlı dəlilləri əsassızdır. İcarə müqaviləsi 16 dekabr 2020-ci il tarixdə bağlansa da, cavabdehin torpaq sahəsində inşa ediləcək qeyri-yaşayış sahəsinin memarlıq planlaşdıma layihəsinin müvafiq rəy verilməsi üçün Azərbacyan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi barədə ərizəsi 02 fevral 2023cü il tarixdə daxil olmuşdur. Bu müddət ərzində cavabdeh hər hansı sahibkarlıq fəaliyyətinin həyata keçirilməmiş, torpaq sahəsi icarəsinə verildikdən sonra cavabdehin rayon icra hakimiyyətinə torpaqdan istifadə ilə bağlı hər hansı müraciəti olmamış, torpaqdan istifadə etməməsinin səbəbi barədə məlumat verməmiş, hər hansı layihə təqdim etməmiş, müqaviləyə hər hansı dəyişilik və ya əlavələrin olmasını təklif etməmiş, hətta icarə haqları belə ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi İddiaçı icarəçi ilə müqavilə bağlayarkən hər il dövlət büdcəsinə icarə haqqının ödənilməsi nəticəsində müəyyən gəlirin daxil olmasına, şəhərin mərkəzində torpaq sahəsindən səmərəli istifadə olunacağına, sahibkarlığın inkişafına təkan verəcəyinə, yeni iş yerlərinin yaradılacağına ümid etmişdir. Lakin əksinə icarə haqları ödənilməmiş, torpaq sahəsindən səmərəli istifadə edilməmiş, ərazini kol-kos əhatə etmiş, şəhərin görünüşünü pozan bir mənzərə yaranmışdır. İcarəçi tərəfindən icarəyə verilmiş torpaq sahəsindən sahibkarlığın inkişafı, malların istehsalı, satışı və ya xidmətlərin göstərilməsi kimi fəaliyyət həyat keçirilməmiş, tikinti və ya qurğu inşa olunmamışdır. Bütün bunlar cavabdeh tərəfindən icarə müqaviləsinin şərtlərinin pozulmasını, müqavilə tərəfi kimi üzərinə düşən vəzifələri yerinə yetirməməsini təsdiq edir. İş üzrə Cavabdeh nümayəndəsi X5 iddia ərizəsinə əlavəyə etiraz verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi belə əsaslandırılmışdır ki, hər bir işdə ilk olaraq iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normaları müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində torpaq icarəsi müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmamışdır. Lakin həmin Məcəllənin 48-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsini dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Beləliklə, sadalanan qanunvericiliyin tələblərinə görə, torpaq icarəsi müqaviləsinin ləğv edilməsi qaydası yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada aparılmalıdır. Müqavilələrin ləğv edilməsi qaydası həmin Məcəllənin “Ümumi hissəsində” yerləşmiş, xüsusi olaraq torpaq icarə müqaviləsindən irəli gələn münasibətlərin tənzimlənməsi qaydası isə Məcəllənin “Xüsusi hissəsində” nəzərdə tutulmuşdur. Hazırkı iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirə və ya ləğv edə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina etdikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və dəyişdirilmiş sayılır. Sadalanan maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin mövsud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: Müqavilənin əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. İşin hallarına münasibətdə bu müddəaların tələblərini tətbiq etdikdə müəyyən olunur ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuş olsun və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Cavabdeh tərəfindən icarə müqaviləsinin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmiş və bu hissə ilə bağlı iddiaçının bildirdikləri subyektiv fikirlər olmuşdur. Hazırkı tələbin qanuni əsasını yuxarıda istinad edilmiş Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbləri təşkil edir. İddiaçı iddia ərizəsinə əlavədə tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə istinad edərək, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulduğunu iddia etmiş, lakin bu iddia ilə çıxış edərkən mübahisələndirilən müqavilənin 8.1-ci yarımbəndinin tələblərini nəzərə almamışdır. Belə ki, icarə müqaviləsinin 8.1-ci yarımbəndinə əsasən tərəflərdən hər hansı biri müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar barədə məlumat verir. Pozulmuş qaydalar 30 gün müddətində düzəlməzsə, mövcud qanunla əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Lakin iddiaçı ötən müddət ərzində bir dəfə də olsun icarə haqqının ödənilməməsi, torpaqdan səmərəli istifadə edilməməsi, ərazini kol-kos basması (halbuki belə hal mövcud deyil) və tikinti işlərinin aparılmaması barədə xəbərdarlıq edilməmiş, pozulmuş müqavilə şərtlərinin düzəldilməsi üçün müddət müəyyən etməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş şərtlər (müqavilənin ləğvi üçün onun əhəmiyyətli dərəcədə pozulması, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş halların müəyyən edilməsi) mövcud olmadığından, iddiaçı tərəfindən torpaq icarə müqaviləsinin ləğv edilməsi tələbinin təmin edilməsinin hüquqi əsasları yoxdur. Digər tərəfdən iddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73 və 75 maddələrinə istinad etmişdir. Həmin maddələrə görə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüququna xitam verilməsi aşağıdakı hallarda məhkəmələr tərəfindən həyata keçirilir: Torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə- belə qərarlar buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər gorülmədikdə qəbul edilir. İstifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə - müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir)belə qərarlar buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər gorülmədikdə qəbul edilir. Torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə, istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə- belə qərarlar buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər gorülmədikdə qəbul edilir. Dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda əvəzsiz istifadə hüququna, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə, torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) ökdükdə və vərəsələr olmadıqda, hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə, torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. Göstərilmiş maddələrin tələblərinə görə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə bu torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi üçün əsasdır. İddia ərizəsindən görünür ki, tənzimləmə qaydası hüquq münasibətlərinin xitam edilməsi ilə bağlıdır. Halbuki iddiaçı iddia tələbində cavabdehlə bağlanmış icarə müqaviləsinin ləğvini xahiş etmişdir. Torpaq icarəsi müqaviləsi münasibətlərinə xitam verilməsi və ya müqavilənin ləğv edilməsi müxtəlif hüquqi anlayışlar olmaqla müxtəlif qaydalar üzrə tənzimlənmiş və müxtəlif hüquqi nəticələrə səbəb ola bilər. Digər tərəfdən işin hallarından göründüyü kimi iddiaçı cavabdehlə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi tələbini irəli sürərkən iki əsasla çıxış etmişdir. 1) qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi (Torpaq Məcəlləsinin 73cü maddəsi), 2) tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması (Mülki Məcəllənin 421.2-ci maddəsi). Ümumiyyətlə iddia ərizəsindən anlaşılmır ki, iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsini tələb edir, yoxsa ləğv edilməsini. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından qanunsuz və əsassızdır. Belə ki, cavabdeh sözügedən müqavilənin 7.2ci bəndində göstərilən torpaq qanunvericiliyinə əməl etmək kimi şərtlərin pozulması ondan ibarət olmuşdur ki, icarəçi torpaq sahəsindən istifadə etməmiş, boş və istifadəsiz saxlamış, bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək icarəyə götürdüyü torpaq sahəsindən təsərrüfat təyinatına uyğun istifadə etməmişdir. İcarə müqaviləsinin 1.5-ci bəndində göstərilmişdir ki, torpaq sahəsi sahibkarlığın inkişafı məqsədilə verilir. Göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir. Cavbdeh torpaq sahəsindən istifadə etmədiyi üçün müqavilə şərtlərini pozmuşdur. Gəncə Kommersiya Məhkəməsi cavabdeh tərəfindən icarə müqaviləsinin şərtlərinin pozulması məsələlərinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə hesab etmişdir ki, icarəçinin icarəyə götürdüyü torpaq sahəsində qeyri-yaşayış sahəsini tikdirməklə sahibkarlıq fəaliyyətinin həyata keçirmək niyyəti olmuşdur. Lakin məhkəmə bu cür nəticəyə gələrkən nəzərə almamışdır ki, cavabdeh tikinti niyyəti ilə memarlıq planlaşdırma layihəsi müvafiq rəy verilməsi üçün İddiaçınə yalnız xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Cavabdeh icarə müqaviləsinin 3.4-cü bəndinin şərtini pozaraq 2020-2022-ci illər ərzində icarə haqqı ödəməmiş, yalnız 15 aprel 2022-ci il tarixdə ödəniş aparmışdır. Bundan sonra cavabdeh yenə də müqavilə üzrə öhdəliklərinin yerinə yetirməmiş və nəticədə xx.xx.2024-cü il tarixə 400 manat ödənilməyən borcu yaranmışdır. Bu fakt özü cavabdehin icarə müqaviləsinin şərtlərinə əməl etməməsini təsdiq edir. Eyni zamanda icarə müqaviləsinin 7-ci bəndində icarəçinin vəzifələri kimi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək və müqavilənin şərtlərinə və torpaq qanunvericiliyinə əməl etmək göstərilmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulsa da, icarəyəverən tərəfindən icarə müqaviləsinə birtərəfəli qaydada xitam verilməsinədək iddia tələbində göstərilən nöqsanlar (torpaq sahəsinin istifadəsiz qalması, icarə haqqının ödənilməməsi və s) barədə heç bir xəbərdaredici bildiriş göndərilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2023-cü il, 11 may 2022ci il və digər tarixlərdə bildirişlər göndərilərək torpaq sahəsinin boş və istifadəsiz qalması qeyd edilməklə, icarə müqaviləsinin ləğv edilməsi təklif olunmuş, təklifə münasibət bildirilməsi xahiş edilmiş və təklif qəbul olunmadığı halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Göründüyü kimi İddiaçı icarəçi ilə müqavilə bağlayarkən hər il dövlət büdcəsinə icarə haqqının ödənilməsi nəticəində müəyyən gəlirin daxil olmasına, şəhərin mərkəzində torpaq sahəsindən səmərəli istifadə olunacağına, sahibkarlığın inkişafına təkan verəcəyinə, yeni iş yerlərinin yaradılacağına ümid etmişdir. Lakin əksinə icarə haqları ödənilməmiş, torpaq sahəsindən səmərəli istifadə edilməmiş, ərazini kol-kos əhatə etmiş, şəhərin görünüşünü pozan bir mənzərə yaranmışdır. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İcarəçi tərəfindən icarəyə verilmiş torpaq sahəsindən sahibkarlığın inkişafı, malların istehsalı, satışı və ya xidmətlərin göstərilməsi kimi fəaliyyət həyat keçirilməmiş, tikinti və ya qurğu inşa olunmamışdır. Əraziyə baxış keçirilərkən torpaq sahəsi boş və istifadəsiz olmaqla, ərazinin kol-kosla və məişət tullantıları ilə əhatə olunması müşahidə edilmişdir. Bütün bunlar cavabdeh tərəfindən icarə müqaviləsinin şərtlərinin pozulmasını, müqavilə tərəfi kimi üzərinə düşən vəzifələri yerinə yetirməməsini təsdiq edir. Qeyd edilməlidir ki, qanunvericilik qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi zamanı uzun müddətli fasilələrin yaranmasının qarşısının alınması məqsədilə torpaq sahəsinin 1 il ərzində üzrlü səbəb olmadan istifadə olunmaması halında icarə hüquqlarına xitam verilməsini nəzərdə tutmuşdur. X6 Məhkəməsi yuxarıda göstərilən halları nəzərə almamış, qeyd edilənləri aydınlaşdırmamış, onlara hüquqi qiymət verməmiş və nəticədə iddia tələbinin təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmiş, cavabdeh məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil olunsa da özü və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəmıəsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasınıl xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak etmiş cavabdehin nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 2020-ci il tarixli ofis binasının şəhərsalma əsaslandırmasından və memarlıq planlaşdırma layihəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 5 ünvanında Cavabdeh məxsus ofis binasının şəhərsalma əsaslandırması və memarlıq planlaşdırma layihəsi tərtib edilərək təsdiq edilmişdir İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 dekabr 2020-ci il tarixli İddiaçınə ünvanladığı torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi barədə məktubundan görünür ki, tərtib edilmiş yerquruluşu planında göstərilən koordinantlar daxilində yerləşən dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 665,0 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə Cavabdeh icarəsinə ayrılmasına etiraz etmirlər İş materiallarında olan İddiaçı başçısının 16 dekabr 2020-ci il tarixli 88 saylı sərəncamından görünür ki, Göyçay şəhəri N.ünvan 13 mülkiyyətində olan 665,0 kv.m olan torpaq sahəsinin sahibkarlığın inkişafı məqsədilə Cavabdeh 15 il müddətinə icarəyə verilməsi, icarə müqaviləsinin bağlanması qərara alınmışdır. İş materiallarında olan 16 dekabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ilə Göyçay rayon sakini Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, icarəyəverən icarə əsasında şəhərin N.Nərimanov küçəsi 25 saylı ünvanda yerləşən sahəsi 665,0 kv.m olan torpaq sahəsini icarəçiyə 15 il müddətinə istifadəyə verməyi, icarəçi isə onu qəbul etməyi öhdəsinə götürmüşdür. Sahədə tikinti və qurğular, təbiət, tarixi mədəniyyət abidələri, ümumi yayılmış təbii qazıntılar, ağac və yaşıllıqlar mövcud deyildir. Torpaq sahəsi sahibkarlığın inkişafı məqsədilə verilir. Göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir və gələcəkdə istifadə üçün icazə adlanacaq. İcarə haqqı 16 dekabr 2020-ci il tarixdən hesablanmaqla hər il üçün 200 manat müəyyən edilir. Həmin müqavilənin 2-ci bəndinə əsasən torpaq sahəsindən qanunvericiliyə uyğun olaraq məqsədli təyinatına uyğun istifadə etmək müqavilənin xüsusi şərti kimi qeyd edilmişdir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən tərəflərdən hər hansı biri müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 30 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Həmin müqavilənin 12.1-ci bəndinə əsasən icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyesrtində qeydə alındıqdan sonra qüvvəyə minir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0.0665 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaq sahəsi) sahibkarlıq məqsədilə xx.xx.2020-xx.xx.2035-ci il, 15 il müddətinə Cavabdeh icarəyə verilməsi xx.xx.2021-ci il tarixdə qeydə alınmış və plan və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan 15 aprel 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh həmin tarixdə icarə haqqı olaraq 400 manat pul ödəmişdir. İş materiallarında olan Göyçay rayon Prokurorluğunun 06 may 2022-ci il tarixli İddiaçınə ünvanladığı məktubda qeyd edilmişdir ki, qeyd edilən torpaq sahəsi xx.xx.2020ci il tarixdə Cavabdeh sahibkarlıq məqsədilə verilsə də həmin torpaq sahsəi hal-hazıradək boş saxlanılmış və təyinatına uyğun istifadə edilməmişdir. Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi vergilər idarəsinin məktubundan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC təsis edilmiş və xx.xx.2022-ci il tarixdə isə sonuncu fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Belə ki, həmin torpaq sahəsinin icarəyə verilməsi zamanı Cavabdeh hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, rayon prokurorluğunda araşdırma aparıldıqdan sonra formal olaraq fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Bundan başqa qeyd edilən torpaq sahəsi Göyçay şəhərinin mərkəzində yerləşdiyi halda icarə müqaviləsində simvolik olaraq torpaq sahəsinin illik 200 manata icarə haqqı ilə icarəyə verilməsi göstərilmişdir. Həmin icarə haqqı müvafiq illər ərzində ödənilməmiş, sadəcə olaraq rayon prokurorluğunda araşdırma aparıldıqdan sonra, xx.xx.2022-ci il tarixdə 400 manat icarə haqqı ödənilmişdir. Bütün bunlar onu göstərir ki, qeyd edilən icarə müqaviləsi formal olaraq bağlanmış, həmin icarə müqaviləsinin bağlanması dövlət mülkiyyətində olan torpaq sahəsinin şəxsi marağa uyğun istifadə edilməsi olmuşdur. Odur ki, Cavabdeh Göyçay şəhəri N.Nərimanov küçəsi 25 ünvanında dövlət mülkiyyətində olan 665 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə İddiaçı xx.xx.2020-ci il tarixli 88 nömrəli sərəncamının ləğvi məsələsinə baxılması və nəticəsi barədə qısa zamanda rayon prokurorluğuna məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı başçısının 12 may 2022-ci il tarixli 50 nömrəli sərəncamından görünür ki, İddiaçı başçısının 16 dekabr 2020-ci il tarixli 88 nömrəli sərəncamı ləğv edilmiş, İddiaçı ilə Göyçay şəhəri İbrahim Göyçaylı küçəsi 11 saylı ünvanda yaşayan Cavabdeh ilə bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 11 may 2022-ci il tarixli 816 saylı məktubundan görünür ki, Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən və dövlət mülkiyyətinə aid torpaq sahəsinin icarəyə verilməsi haqqında rayon icra hakimiyyəti başçısının 16 dekabr 2020-ci il tarixli 88 nömrəli sərəncamının ləğvi məsələsinə baxılmış və sözügedən sərəncam İddiaçı başçısının 50 nömrəli 12 may 2022ci il tarixli qərarı ilə ləğv edilmişdir. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş iddia ərizəsini surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək İddiaçı başçısının xx.xx.2022-ci il tarixli 50 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)- 1458/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı İddiaçı başçısının xx.xx.2022-ci il tarixli 50 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı başçısının xx.xx.2022-ci il tarixli 50 nömrəli sərəncamı ləğv edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(107)- 398/2022 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(116)- 1458/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq bildirişində qeyd edilmişdir ki, icarəyə verilmiş torpaq sahəsindən ötən müddət ərzində sahibkarlıq fəaliyyəti ilə istifadə olunmamış, hər hansı sahibkarlıq fəaliyyəti həyata keçirilməmişdir. 2 ildən çox müddət keçsə də hazıradək torpaq sahəsi boş və istifadəsiz qalmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbləri nəzərə alınaraq torpaq sahəsindən istifadə edilmədiyi üçün 16 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi təklif olunur. İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı təklifə 10 gün müddətində münasibət bildirilməsi xahiş olunur. Müqavilənin ləğv edilməsi ilə bağlı təklif qəbul olunmadığı və göstərilən müddət ərzində münasibət bildirilmədiyi halda icra hakimiyyətinin məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişində qeyd edilmişdir ki, icarəyə verilmiş torpaq sahəsindən ötən müddət ərzində sahibkarlıq fəaliyyəti ilə istifadə olunmamış, hər hansı sahibkarlıq fəaliyyəti həyata keçirilməmişdir. 2 ildən çox müddət keçsə də hazıradək torpaq sahəsi boş və istifadəsiz qalmışdır. Azərbaycan Respublaiksı Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbləri nəzərə alınaraq torpaq sahəsindən istifadə edilmədiyi üçün 16 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi təklif olunur. İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı təklifə 30 gün müddətində münasibət bildirilməsi xahiş olunur. Müqavilənin ləğv edilməsi ilə bağlı təklif qəbul olunmadığı və göstərilən müddət ərzində münasibət bildirilmədiyi halda icra hakimiyyətinin məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişində qeyd edilmişdir ki, icarəyə verilmiş torpaq sahəsindən ötən müddət ərzində sahibkarlıq fəaliyyəti ilə istifadə olunmamış, hər hansı sahibkarlıq fəaliyyəti həyata keçirilməmişdir. 2 ildən çox müddət keçsə də hazıradək torpaq sahəsi boş və istifadəsiz qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Mülki Məcəllənin 423.2ci maddəsinə əsasən icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə rayon icra hakimiyyəti tərəfindən məhkəməyə müraciət edilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçınə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsi ilə memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırması göndərilməklə müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müraciətə baxılmış, inşa ediləcək qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə rayon icra hakimiyyəti tərəfindən məhkəmədə iddia qaldırıldığından memarlıq planlaşdırma layihəsinin müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş iddia ərizəsini surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən və dövlət mülkiyyətinə aid olan 665,0 kv.m torpaq sahəsində tikilməsi nəzərdə tutulan qeyriyaşayış sahəsinə dair tərtib edilmiş memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırmasının şəhərsalma sənədlərinə uyğun olub-olmamasına dair rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsi öhdəliyinin cavabdeh inzibati orqan olan İddiaçı üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin **********002100 nömrəli məktubdan görünür ki, baza məlumatlarına əsasən Cavabdeh dövlət torpaq sahəsinin icarəsi üzrə 2021-2024-cü illər üzrə hər il üçün 200 manat olmaqla ümumilikdə 800 manat hesablama aparılmışdır. xx.xx.2024-cü il tarixə dövlət torpaq sahələrinin icarə haqqı üzrə 400 manat ödənilməyən borcu mövcuddur. İş materiallarında olan Göyçay rayonu Göyçay bələdiyyəsinin 05 aprel 2023-cü il tarixli 176 saylı İddiaçınə ünvanlanmış məktubundan görünür ki, şəhərin N.ünvan 13 mülkiyyətində olan və Cavabdeh icarəsinə verilmiş 665 kv.metr torpaq sahəsinə dair icarəçi tərəfindən yerli bələdiyyə vergisi sayılan hər hansı torpaq vergisi ödənilməmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, icarə müqaviləsini ləğvi tələbi məhkəmənin icraatındadır və icarə hüququna dair müqavilə mübahisələndirilmişdir. İcarə müqaviləsi məhkəmə qaydasında ləğv olunduğu halda torpaq sahəsində qeyri-yaşayış obyektinin layihələndirilməsinə və inşasına icazə verilməsi mümkünsüz olur. İnşa ediləcək qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahsəinin icarə müqaviləsinin ləğv edilmsəi tələbi ilə rayon icra hakimiyyəti tərəfindən məhkəmdə iddia qaldırıldığından tikintiyə icazə verilməsi məsələsinə məhkəmənin yekun aktından sonra baxılması daha məqsədəuyğun hesab edilir İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh icarə haqqı olaraq həmin tarixdə 200 manat ödəniş etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh müraciəti əsasında "xxxx" MMC tərəfindən məxsus ofis binasının şəhərsalma əsaslandırması və memarlıq planlaşdırma layihəsi tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh 665,0 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ayrılmasına dair 07 dekabr 2020-ci il tarixdə rəy verilmişdir. Bundan sonra İddiaçı başçısı Göyçay şəhəri N.ünvan 13 mülkiyyətində olan 665,0 kv.m olan torpaq sahəsinin sahibkarlığın inkişafı məqsədilə Cavabdeh 15 il müddətinə icarəyə verilməsi, icarə müqaviləsinin bağlanması ilə bağlı 16 dekabr 2020-ci il tarixli 88 saylı sərəncam imzalamışdır. Həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, şəhərin N.Nərimanov küçəsi 25 saylı ünvanda yerləşən 665,0 kv.m olan torpaq sahəsi 16 dekabr 2020-ci il tarixdən hesablanmaqla hər il üçün 200 manat icarə haqqı ilə 15 il müddətinə icarəyə verilmişdir. İcarə hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göyçay rayon Prokurorluğunda icarəyə verilmiş torpaq sahəsi ilə bağlı araşdırma aparılmış, 06 may 2022-ci il tarixdə prokurorluq Cavabdeh Göyçay şəhəri N.Nərimanov küçəsi 25 ünvanında dövlət mülkiyyətində olan 665,0 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə İddiaçı xx.xx.2020-ci il tarixli 88 nömrəli sərəncamının ləğvi məsələsinə baxılması və nəticəsi barədə qısa zamanda rayon prokurorluğuna məlumat verilməsi ilə bağlı müraciət etmişdir. Bundan sonra İddiaçı başçısı 12 may 2022-ci il tarixli 50 nömrəli sərəncam imzalayaraq 16 dekabr 2020-ci il tarixli 88 nömrəli sərəncamı ləğv etmiş və tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam vermiş, icarə müqaviləsinə xitam verilməsi ilə bağlı icarəçiyə məktub ünvanlanmışdır. Həmin qərardan icarəçi məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı başçısının xx.xx.2022-ci il tarixli 50 nömrəli sərəncamı ləğv edilmişdir. Məhkəmənin qərarı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə xəbərdarlıq bildirişi göndərərək torpaq sahəsinin boş və istifadəsiz qalmasını qeyd etmiş, icarə müqaviləsinin ləğv edilməsi təklif olunmuş, təklifə münasibət bildirilməsi xahiş edilmiş və təklif qəbul olunmadığı halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bundan başqa xx.xx.2023cü il tarixdə eyni məzmunlu xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh İddiaçınə xx.xx.2023-cü il tarixdə müqaciət edərək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə memarlıq planlaşdırma layihəsinin və şəhərsalma əsaslandırmasının göndərilməklə müvafiq rəy verilməsi üçün tədbir görülməsi xahiş edilmişdir. İddiaçı icarə müqaviləsinin ləğv edilməsi tələbi ilə rayon icra hakimiyyəti tərəfindən məhkəmədə iddia qaldırıldığından memarlıq planlaşdırma layihəsinin müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilməsini məqsədəmüvafiq hesab etməmişdir. İmtinanı aldıqdan sonra Cavabdeh xx.xx.2023-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmçinin Cavabdeh tərəfindən icarə haqqı olaraq 15 aprel 2022-ci il tarixdə 400 manat və 29 may 2024-cü il tarixdə 200 manat ödəniş edilmişdir. İddiaçı iddia tələbində icarəçinin üzürsüz səbəbdən 1 il ərzində icarəyə verilmiş torpaq sahəsini istifadə etmədiyini qeyd edərək Torpaq Məcəlləsinin 73-cü maddəsinə istinad etmiş və icarə müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini rədd etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, qanunverici qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi zamanı uzun müddətli fasilələrin yaranmasının qarşısının alınması məqsədilə torpaq sahəsinin 1 il ərzində üzürlü səbəb olmadan istifadə olunmaması halında torpaq sahəsinə icarə hüquqlarına xitam verilməsini nəzərdə tutmuşdur. İstinad olunan maddi hüquq norması qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 1 ildən artıq üzürsüz istifadə olunmamasının başlanğıcını hər hansı müqavilənin tarixi ilə deyil, yalnız belə hərəkətsizliyin baş verməsi ilə əlaqələndirmişdir. Yəni maddə torpaq sahəsindən istifadə edilmədikdə ona istifadə və icarə hüquqlarına xitam verilməsi üçün 1 illik müddət müəyyən etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin hansı tarixli olmasından və mübahisələndirilməsindən asılı olmayaraq icarə müqaviləsi əsasında istifadə hüququ olan tərəf subyektiv hüququndan qanunvericiliklə nəzərdə tutulmuş müddət çərçivəsində istifadə etmədiyinə görə onun icarə hüququna xitam verilməlidir. İş materiallarından isə görünür ki, icarəçi şəhərsalma əsaslandırması və memarlıq planlaşdırma layihəsi tərtib etdirdikdən sonra icarəyə götürdüyü torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikilməsi və bununla bağlı sahibkarlıq fəaliyyətinin həyata keçirməsi niyyətində olmuşdur. İcarə müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmaqla həmin tarixdən müqavilə qüvvəyə minmişdir. Xüsusilə qeyd edilməlidir ki, icarə müqaviləsi icarəyə götürülmüş torpaq sahəsində tikinti işlərinin aparılmasının məhz icarəyəverənin razılığı ilə şərtləndirilmişdir. İcarəyəverən birtərəfli qaydada icarə müqaviləsinə icarəçiyə heç bir xəbərdarlıq bildirişi göndərmədən 12 may 2022-ci il tarixdə xitam vermiş, həmin xitam qərarı cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ləğv edilmişdir. Həmçinin cavabdeh icarəyəverəndən icarəyə verilmiş torpaq sahəsinə layihəyə uğun olaraq tikinti işlərinin aparılması üçün müvafiq tədbirlər görülməsini xahiş etmiş, lakin icarəyəverən müvafiq tədbirlərin görülməsindən imtina etmişdir. İcarəçi icarəyəverənin imtinasını aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, icarəçinin icarəyə götürdüyü torpaq sahəsində qeyriyaşayış sahəsini tikdirməklə sahibkarlıq fəaliyyətinin həyata keçirmək niyyətinin olması iş materialları və cavabdehin nümayəndəsinin izahatları ilə təsdiq edilir. Lakin icarə müqaviləsi əsasında icarəçiyə qanunvericiliklə nəzərdə tutulan qaydada subyektiv hüququndan istifadə etməsinə icarəyəverən tərəfindən maneə yaradılmışdır və bu maneə davam etməkdədir. Belə ki, icarəyə verilmiş torpaq sahəsi ilə bağlı icarəçi yalnız həmin torpaq sahəsində qeyri-yaşayış sahəsi tikdirməklə sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Buna baxmayaraq icarə müqaviləsində icarəçiyə icarəyə verilmiş torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi kimi bir şərt yoxdur. Müqavilədə yalnız sonradan tikinti işləri aparıldığı təqdirdə icarəyəverənin razılığının alınması ilə bağlı şərt mövcuddur ki, icarəyəverən həmin torpaq sahəsində tikintinin aparılması ilə bağlı müvafiq tədbirlərin görülməsindən imtina etmişdir. İcarəyəverən tərəfindən bir tərəfdən heç bir xəbərdarlıq etmədən, nöqsanların olması ilə bağlı bildiriş göndərmədən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi, digər tərəfdən tikinti işlərinin aparılması üçün müvafiq tədbirlərin tətbiqindən imtina edilməsi həmin torpaq sahəsindən istifadə ilə bağlı icarəçinin istifadə hüquqlarını məhdudlaşdırmış və həyata keçirməsinə maneə yaratmışdır. İddiaçı özü də icarəyə verilmiş torpaq sahənin inzibati orqanlar üçün inzibati binaların tikilməsi ilə bağlı onlara lazım olduğunu, həmçinin icarə haqqının az olmasını iddia ərizəsində vurğulamışdır. Bundan başqa tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulsa da, icarəyəverən tərəfindən icarə müqaviləsinə birtərəfəli qaydada xitam verilməsinədək iddia tələbində göstərilən nöqsanlar (torpaq sahəsinin istifadəsiz qalması, icarə haqqının ödənilməməsi və s) barədə heç bir xəbərdaredici bildiriş göndərilməmişdir. İcarəçiyə 11 may 2022-ci il tarixdə icarə müqaviləsinə xitam verildiyi ilə bağlı bildiriş göndərilmişdir. Həmçinin icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi ilə bağlı qərar məhkəmə aktları ilə ləğv edildikdən sonra xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmiş, torpaq sahəsinin boş və istifadəsiz qalması qeyd edilməklə, müqavilənin ləğvinə icarəçi tərəfindən münasibət bildirilməsi təklif edilmiş, təklif qəbul edilmədiyi təqdirdə müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin məhkəmə bildirir ki, icarə müqaviləsi üzrə icarəçi tərəfindən 15 aprel 2022-ci il tarixdə 400 manat, 29 may 2024-cü il tarixdə isə 200 manat ödənilmişdir. İddiaçı icarəçi tərəfindən icarə haqqının ödənilməməsinə istinad edərək icarə müqaviləsinin ləğv edilməsini də tələb etməkdə haqlı deyil. Nəzərə alınmalıdır ki, icarə müqaviləsinə icarəyəverən tərəfindən birtərəfli qaydada xitam verilməsinə, bununla bağlı məhkəmə mübahisələrinin olmasına, icarəyə götürülmüş torpaq sahəsində tikinti işlərinin aparılması üçün müvafiq tədbirlərin görülməsindən imtina edilməsinə baxmayaraq icarə haqqı ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia tələbi, bununla bağlı torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azətrbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəllənin 719.7-ci maddəsinə əsasən bu Məcəllənin 677.1.4, 685.1 və 686cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Torpaq Məcəlləsinin 73-cü maddəsində torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları göstərilmişdir. Həmin maddənin 1-ci bəndinsə göstərilmişdir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin maddənin 2-ci bəndinə əsasən bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Həmin maddənin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Həmin maddənin 4-cü bəndinə əsasən qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Həmin Qanunun 19-cu maddəsinə əsasən icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüquqlarına aid edilmişdir. Həmin qanunun 22-ci maddəsində göstərilmişdir ki, torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək icarəçinin hüquqdur. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış, icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmaqla həmin tarixdən müqavilə qüvvəyə minmişdir. İcarəyəverən birtərəfli qaydada icarə müqaviləsinə icarəçiyə heç bir xəbərdarlıq bildirişi göndərmədən 12 may 2022-ci il tarixdə xitam vermiş, həmin xitam qərarı cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ləğv edilmişdir. Həmçinin cavabdeh icarəyəverəndən icarəyə verilmiş torpaq sahəsinə layihəyə uğun olaraq tikinti işlərinin aparılması üçün müvafiq tədbirlər görülməsini xahiş etmiş, lakin icarəyəverən müvafiq tədbirlərin görülməsindən imtina etmişdir. Hazırki halda icarə müqaviləsi əsasında icarəçiyə qanunvericiliklə nəzərdə tutulan qaydada subyektiv hüququndan istifadə etməsinə icarəyəverən tərəfindən maneə yaradılmışdır və bu maneə davam etməkdədir. Bundan başqa tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulsa da icarəyəverən tərəfindən icarə müqaviləsinə birtərəfəli qaydada xitam verilməsinədək iddia tələbində göstərilən nöqsanlar barədə heç bir xəbərdaredici bildiriş göndərilməmişdir. İcarəçi isə müqavilə şərtlərinə uyğun olaraq 15 aprel 2022-ci il tarixdə 400 manat, 29 may 2024-cü il tarixdə isə 200 manat icarə haqqından ödəniş etmişdir. Hazırki halda icarə müqaviləsinin xitam verilməsinə əsas olmadığından və iddianın təmin edilməsi cavabdehin hüququnu məhdudlaşdıracağından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 581/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar