Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-191/2024 11.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-834/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-834/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı Məhdud Məsuliyyətli apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-834/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək, Cavabdeh MMC-nin müqavilə üzrə yaranmış 2090.06 manat məbləğində borc, cərimə üzrə hesablanmış 3390.75 manat, dövlət rüsumu olaraq 112.71 manat, cəmi 5593.52 manat məbləğin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış 2090,06 manat məbləğində borc, cərimə üzrə hesablanmış 3390,75 manat, dövlət rüsumu olaraq 74,81 manat, cəmi 5555,62 manat məbləğin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, İ02339 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri Cavabdeh MMC müqavilə üzrə “Partnyor” (VÖEN: **********), İddiaçı MMC - “Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, “Umico” istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi (bundan sonra “Müştəri” adlandırılacaq) tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X4 manatlarının hesablanmasının maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməti öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən, X1 13-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, Müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Partnyorun malların alınması üzrə həyata keçirilən əməliyyatlarının məbləğindən faiz dərəcəsi Əlavə 1-də qeyd olunan kimi hesablanacaq. Müqavilənin 4.1-ci bəndinə əsasən, Partyor Operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, Partyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında Operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatlar üzrə müqavilənin 3.1.1-ci bəndinə müvafiq olaraq 2.5% (bonus) və 1.5 (komissiya)%-ni təşkil edir. Müqavilənin 2.1-cü bəndinə əsasən, tərəflər Proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. Eləcə də, müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və Tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının Tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən, müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə Cavabdeh MMC 2090.06 manat məbləğində borcu yaranmışdır. Cavabdeh MMC-nin 2090,06 manat məbləğində borc qalığının ödənilməsinə dair tərəflərindən dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, iddia ərizəsi və pretenziya məktubu Cavabdeh MMC-yə göndərilməmiş və ya çatdırılmamışdır. Bu isə mübahisənin məhkəməyəqədər həlli qaydalarının pozulmasıdır. Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Bundan başqa, iddiaçı hesablanmış bonus və komissiyaların necə formalaşması barədə sənəd təqdim etməmişdir. Əgər hər hansi xidmət göstərilirsə bu, təhvil-təslim aktları əsasında təsdiq edilməli idi. Bununla bağlı iddiaçı tərəfindən onlara hər hansı akt təqdim edilməmişdir. Əlavə olaraq qeyd edirlər ki, qeyd edilən xidmətlərin ödənişsiz olması ilə bağlı e-mail yazışmaları mövcuddur. Odur ki, iş üzrə iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə və tam şəkildə baxmamış, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. İşdə olan sənədləri və sübutları hərtərəfli araşdırmadan yekun qərar qəbul etmişdir. Belə ki, İddiaçı MMC Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlə bağlanmış müqavilə və elektron qaimə-fakturaları təqdim edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən elektron poçt yazışmaları təqdim edilmişdir. Gəncə Kommersiya Məhkəməsi təqdim edilmiş elektron qaimə-fakturaların kifayət qədər sübut olmadığını qeyd etmişdir. Gəncə Kommersiya Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayətiüzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarına istinad edərək əsaslandırmışdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarına nəzər yetirəndə görünür ki, iddiaçı "xxxx" MMC Şirvan İnzibati- İqtisadi Məhkəməsinə "xxxx"MMC ilə aralarında bağlanmış 02/SS-002 və02/SS-009 nömrəli alğı-satqı müqavilələri əsasında yaranmış 115596,11(bir yüz on beş min beş yüz doxsan altı manat on bir qəpik) manat məbləğində borcun sonuncudan tutularaq ona ödənilməsi tələbinə dair iddia ilə müraciət etmişdir. Lakin 20 fevral 2018-ci il tarixində iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ərizələrində texniki səhvə yol verildiyini göstərməklə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq 02/SS-009 nömrəli müqavilənin SS-250 nömrəli müqavilə ilə əvəz edilməsini xahiş etmiş, bundan sonra məhkəmələr "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı 19 iyul 2013-cü il tarixli SS-250 və 7 yanvar 2014-cü il tarixli 02/SS-002 nömrəli alqı-satqı müqavilələri üzrə115596, 11 (bir yüz on beş min beş yüz doxsan altı manat on bir qəpik) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair işə baxmışdır. 02/SS-009 nömrəli müqavilə iddianın əsasını təşkil etmədiyindən məhkəməyə təqdim edilməmişdir. Kassasiya instansiyası məhkəməsi məhkəmələrə təqdim edilməyən 02/SS-009 nömrəli 26 fevral 2014-cü il tarixli müqavilə əsasında qərar qəbul etməklə faktiki olaraq iddianın əsasını dəyişmiş və bununla mülki prosesin təməl prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri ilə uzlaşmayan prosessual pozuntuya yol vermişdir. Konstitusiya Məhkəməsinin mövqeyinə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Yəni Konstisusiya Məhkəməsinin mövqeyinə görə tərəflər arasında müqavilə olmadan ancaq elektron qaiməfakturalar iddianın təmin olunması üçün əsas ola bilməz. Belə ki, X3 istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun Qərarından aydın şəkildə görünür ki, iddia ərızəsinə əlavə olunmuş sənədlər arasında 02/SS-009 nömrəli 26 fevral 2014-cü il tarixli müqavilə olmamış, lakin elektron qaimə-faktura olmuşdur və məhkəmə yalnız bunun əsasında həmin müqavilə üzrə borc tələbini təmin etmişdir. Göründüyü kimi, Gəncə Kommersiya Məhkəməsi qeyd olunan qərarın mahiyyəti və dəlilləri ilə yaxından tanış olmamış, sadəcə həmin qərarın mətninin bir hissəsini əsas kimi götürərək yalnış nəticəyə gəlmişdir. İddiaçı “Competo MMC” nin təqdim etdiyi sənədlər arasında tərəflər arasında bağlanmış müqavilə və cavabdeh tərəfindən təsdiqlənmiş müvafiq ödənilməmiş elektron qaimə-fakturalarda vardır. Plenumun qərarından göründüyü kimi məhkəmələr tərəflərin işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməlidir, lakin Gəncə Kommersiya Məhkəməsi yuxarıda göstərilən Konstitusiya Məhkəməsinin qərarını mahiyyəti üzrə araşdırmadan sadəcə onun mətninin bir hissəsinə istinad edərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Əlavə olaraq cavabdeh tərəfindən təqdim edilmiş elektron poçt yazışmalarından görünür ki, cavabdeh ona xidmətlərin göstərilməsi faktını təsdiqedir, lakin ödəniş etməkdən imtina edir. İş materiallarına cavabdeh tərəfindən əlavə olunmuş etiraz ərizəsinə qoşmada elektron poçt üzərindən tərəflər arasında olan yazışmada Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən xidmətin ödənişsiz olmasını israr etdiyi görünür. Bu yazışma cavabdehin xidmətin göstərilməsi faktını qəbul etməsi anlamına gəlməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş etməkdən imtina edir. Qeyd olunanlara baxmayaraq, məhkəmə cavabdehin etirazına əsaslanaraq qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmin şikayətin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İ02339 saylı xidmət müqaviləsindən görünür ki, müqavilənin tərəfləri Cavabdeh MMC müqavilə üzrə “Partnyor” (VÖEN: **********), İddiaçı MMC - “Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Həmin müqavilənin 1.9-cu bəndinə əsasən hesabat (bonus manatlarının hesabatı, istifadə edilmiş Bonus manatlarının Hesabatı) - Müştərilərin həyata keçirdiyi əməliyyatların sayı və məbləği haqqında məlumat, belə əməliyyatların həyata keçirilməsi zamanı toplanmış və (və ya) istifadə edilmiş Bonus manatlarının məbləği, X2 və (və ya) Operatorun istifadə edən Partnyora hesablanacaq Bonus manatlarının Ekvivalentinin məbləği haqqında məlumat deməkdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Bonus manatlarının Ekvivalentinin Operatorun hesablaşma hesabına köçürülməsi Operatorun hesabat ayının nəticələri əsasında hazırladığı toplanmış Bonus manatlarının Hesabatı əsasında Hesablayan Partnyor tərəfindən həyata keçirilir. Həmin müqavilənin 3.3.1-ci bəndinə əsasən hesabat operator tərəfindən partnyora hesabat ayından sonrakı ayın 10-dan gec olmayaraq göndərilməlidir. Həmin müqavilənin 3.3.2-ci bəndinə əsasən partnyor toplanmış bonus manatlarının ekivalentini hesablaşmanın təsdiq edildiyi (razılaşdırıldığı) andan etibarən 5 iş günü ərzində operatorun hesablaşma hesabına köçürməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesabatlar Operator tərəfindən kağız daşıyıcıda, elektron poçt göndərişlərinə qoşma formasında, Operatorun proqram-texniki kompleksində Partnyorun şəxsi kabineti vasitəsilə və ya Tərəflərin razılaşdırdığı digər vasitələrlə göndərilə bilər. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən Partnyor Operatorun göndərdiyi müvafiq Hesabatdakı məlumatlarla razılaşmadıqda Operatora əsaslandırılmış yazılı etirazlarını göndərir. 5 iş günü ərzində Operator tərəfindən əsaslandırılmış yazılı etirazların alınmaması Hesabatın Partnyor tərəfindən təsdiq edilməsi (razılaşdırılması) hesab edilir. (Partnyor tərəfindən göndərilməməsi) Həmin müqavilənin 3.6-cı bəndinə əsasən partnyor hesabata etirazını bildirdiyi təqdirdə Operatorun təqdim edilmiş etiraza cavab vermə müddəti etirazın alındığı tarixdən etibarən 3 (üç) iş günü təşkil edir. Partnyorun müəyyən edilmiş müddətdə etirazlarına cavab almaması Operatorun həmin etirazlarla razılaşması deməkdir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən hesabat təsdiq edildikdən (razılaşdırıldıqdan) sonra Partnyor onu imzalayaraq Operatorun ünvanına, eləcə də, müvafiq məlumat təkrarlanmaqla Operatorun Elektron ünvan elektron poçt ünvanına göndərməlidir. Həmin Müqavilənin 4.1.2-ci bəndinə əsasən operatora ediləcək ödənişlərin məbləği müvafiq Hesabat (Hesabatlar) əsasında Operator tərəfindən hazırlanan İnvoysda göstərilir. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən İnvoys Operator tərəfindən müvafiq Hesabatla birlikdə Müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş rabitə kanalları ilə Partnyora ünvanlanır. Müqavilənin 3.5-3.6-cı bəndlərinə uyğun olaraq Hesabata dəyişikliklər edildikdə Tərəflərin təsdiq etdiyi (razılaşdırdığı) yekun Hesabat əsasında hazırlanmış İnvoys ödənilməli İnvoys hesab edilir İş materiallarında olan xx.xx.2023-cü il tarixli 386846 nömrəli qaiməyə əsasən 137,81 manat, xx.xx.2023-cü il tarixli 911237 nömrəli elektron qaiməyə əsasən 72,57 manat, xx.xx.2024-cü il tarixli 911110 nömrəli elektron qaiməyə əsasən 42,75 manat, xx.xx.2023cü il tarixli 435499 nömrəli elektron qaiməyə əsasən 51,19 manat, xx.xx.2023-cü il tarixli 435835 nömrəli elektron qaiməyə əsasən 85,23 manat, xx.xx.2023-cü il tarixli 943234 nömrəli elektron qaiməyə əsasən 115,48 manat, xx.xx.2023-cü il tarixli 944205 nömrəli elektron qaiməyə əsasən 191,86 manat, xx.xx.2023-cü il tarixli 922263 nömrəli elektron qaiməyə əsasən 171,58 manat, xx.xx.2023-cü il tarixli 922354 nömrəli elektron qaiməyə əsasən 303,70 manat, xx.xx.2023-cü il tarixli 196138 nömrəli elektron qaiməyə əsasən 436,62 manat, xx.xx.2023-cü il tarixli 196071 nömrəli elektron qaiməyə əsasən 249,44 manat, xx.xx.2023-cü il tarixli 386963 nömrəli elektron qaiməyə əsasən 231,83 manat dəyərində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xidmətlərin görülməsi barədə elektron qaimələr ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, İ02339 saylı xidmət müqaviləsi bağlanmış, müqavilənin tərəfləri Cavabdeh MMC müqavilə üzrə “Partnyor”, İddiaçı MMC - “Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, “Umico” istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X4 manatlarının hesablanmasının maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən, X1 13-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, Müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Partnyorun malların alınması üzrə həyata keçirilən əməliyyatlarının məbləğindən faiz dərəcəsi Əlavə 1-də qeyd olunan kimi hesablanacaq. Müqavilənin 4.1-ci bəndinə əsasən, Partyor Operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, Partyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partyorun TMM ində həyata keçirdiyi və hesabat ayında Operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatlar üzrə müqavilənin 3.1.1-ci bəndinə müvafiq olaraq 2.5% (bonus) və 1.5 (komissiya)%-ni təşkil edir. Müqavilənin 2.1-cü bəndinə əsasən, tərəflər Proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. Eləcə də, müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və Tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının Tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin, buna baxmayaraq Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən, müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə Cavabdeh MMC 2090.06 manat məbləğində borcu yaranmışdır. Cavabdeh MMCnin 2090,06 manat məbləğində borc qalığının ödənilməsinə dair tərəflərindən dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Operator, yəni İddiaçı MMC tərəfindən Partnyora, yəni Cavabdeh MMC-yə hesabat ayının nəticələri əsasında hazırladığı toplanmış Bonus manatlarının Hesabatını təqdim etməli idi. Partnyor toplanmış bonus manatlarının ekivalentini hesablaşmanın təsdiq edildiyi (razılaşdırıldığı) andan etibarən 5 iş günü ərzində operatorun hesablaşma hesabına köçürməyi öhdəsinə götürmüşdür. Partnyor Operatorun göndərdiyi müvafiq Hesabatdakı məlumatlarla razılaşmadıqda Operatora əsaslandırılmış yazılı etirazlarını göndərir. Hesabat təsdiq edildikdən (razılaşdırıldıqdan) sonra Partnyor onu imzalayaraq Operatorun ünvanına, eləcə də, müvafiq məlumat təkrarlanmaqla Operatorun Elektron ünvan elektron poçt ünvanına göndərməlidir. Lakin hazırki iş üzrə iddiaçı (Operator) tərəfindən hər ay üzrə müvafiq hesabatların cavabdehə (Partnyora) göndərilməsi barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən hesabat Operator tərəfindən Partnyora hesabat ayından sonrakı ayın 10-dan gec olmayaraq göndərilməli idi. İş materiallarında hesabatların Müqavilənin 3.4-cü bəndində göstərilən hər hansı bir vasitə ilə Partnyora göndərilməsini təsdiq edən sübutlar mövcud deyil. undan başqa elektron qaimə-fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı tərəfindən məhkəməyə borcun olmasını təsdiq edən sübut kimi yalnız elektron qaimə-fakturalar təqdim edilmişdir. Halbuki tərəflər arasında bağlanmış Müqaviləyə əsasən Operatora ediləcək ödənişlərin məbləği müvafiq Hesabat (Hesabatlar) əsasında Operator tərəfindən hazırlanan İnvoysda göstərilməli idi. Konstitusiya Məhkəməsinin Plenum Qərarından da göründüyü kimi elektron qaiməfakturalar özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini və xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. İş materiallarına əlavə edilmiş elektron qaiməfakturaların tərtib olunmasına əsas olan Hesabatlar təqdim olunmadığından həmin elektron qaimə-fakturalar iddianın təmin olunması üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə xidmət göstərmiş, həmin xidmətlərə görə cavabdeh ödəniş edəcəyinə dair təşkilat qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliyini icra etməmişdir. İddiaçı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, göstərilmiş xidmətlərə görə 2090,06 manat borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə verilməlidir. Cərimə borcu ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehə hesablanmış 3390,75 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək hesablanmışdır. Ona görə də həmin məbləğ azaldılaraq cavabdehdən iddiaçının xeyrinə tutulan dəbbə pulunun məbləği 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. Kollegiyanın qənaətinə görə bu məbləğdə cərimə ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42,90 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-834/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehndən 2090,06 manat məbləğində əsas borc, 200 manat cərimə borcu, dövlət rüsumunun əvəzi olaraq 42,90 manat, cəmi 2332,96 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-191/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-191/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver