Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-203/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Firmasına qarşı dəmir borunun sökülməsi, qanunsuz müdaxiləyə son qoyulması və əldən çıxmış fayda tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 saylı qətnaməsindən Cavabdeh Firmasının prezidenti X1 və nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh Firmasının ona məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən mağazasının qarşısına quraşdırdığı dəmir borunun cavabdehin hesabına sökülməsi, mağazanı işlətməyinə göstəridiyi qanunsuz müdaxiləsinə son qoyulması və əldən çıxmış fayda olaraq cavabdehdən 6000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********68-06301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən 6 kvadratmetr qeyri-yaşayış binasının 0,50 mert məsafəsində Cavabdeh Firması tərəfindən quraşdırılmış dəmir borunun Cavabdeh Firmasının hesabına sökülməsi, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********68-06301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən 6 kvadratmetr qeyri-yaşayış binasından mülkiyyətçi İddiaçı istifadəsinə Cavabdeh Firması tərəfindən yaradılan maneələrlə bağlı hərəkətlərə son qoyulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Firmasının prezidenti X1 və nümayəndəsi X2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-161/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni apellyasiya şikayəti həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti də göstərilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh Firmasının prezidenti X1 və nümayəndəsi X2 apellyasiya şikayətində hüquqi şəxsin adı, həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, yazışmaların aparılmasının istənildiyi digər ünvan qrafalarında Cavabdeh Firmasına aid məlumatları göstərmədiyinə görə məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 saylı qətnaməsindən cavabdeh təşkilatın prezidenti X1 və nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. İş materiallarından görünür ki Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)-203/2024 saylı qərardadı ilə şikayət səhvən mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Sonradan müəyyən edilmişdir ki, cavabdeh təşkilatın prezidenti X1 və nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün əsas olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin etibarnamənin anlayışından bəhs edən 362.1-ci maddəsində göstərilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İstinad olunan prosessual və maddi hüquq normalarının məzmunundan da aşkar şəkildə görünür ki, hər bir şəxs üşüncü şəxs qarşısında təmsil olunması üçün başqa şəxsə vəkalət verə bilər. O cümlədən məhkəmədə nümayəndə vasitəsi ilə təmsil oluna və ya da nümayəndə vasitəsi ilə iddia, məhkəmə aktlarından isə şikayət verə bilər. Lakin bu halda təmsil edən (nümayəndə) iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməli, ona iddia ərizəsini (şikayəti) imzalamaq səlahiyyəti verildiyi halda həmin sənədi imzalaya bilər. Mülki işlər üzrə nümayəndə hər bir halda iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməlidir. Hazırkı halda isə cavabdeh təşkilatın prezidenti X1 və nümayəndəsi X2 mülki prosessual qanunvericiliyin istinad olunan normasının tələbini pozaraq apellyasiya şikayətini Cavabdeh Firmasının adından verməli olduğu halda, öz adından vermişdir ki, bu da MPM-in 361.1-ci maddəsinin apellyasiya şikayətinin məzmununa dair tələblərinin pozulmasıdır. Bundan başqa apellyasiya şikayətindən görünür ki, həmin apellyasiya şikayəti Cavabdeh Firmasına dair elektron kabinetdən yerləşdirilsə də, elektron qaydada imzalanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15 və 1.1.18-ci maddələrinə əsasən gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; sertifikatlaşdırılmış elektron imza vasitələri isə - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələridir. Həmin Qanunun 6.1-ci maddəsinin tələblərinə görə, dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 saylı qətnaməsindən Cavabdeh Firmasının prezidenti X1 və nümayəndəsi X2 tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan qərardad qəbul etmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli 2-2(104)-203/2024 saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 69.2, 366- 368, 402 və 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının apellyasiya şikayətinin mümkünlüyünə dair xx.xx.2024-cü il tarixli 2-2(104)-203/2024 saylı qərardadı ləğv edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 saylı qətnaməsindən Cavabdeh Firmasının prezidenti X1 və nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün sayılsın və apellyasiya baxışından çıxarılaraq apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-203/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-203/2024
06.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver